Məhkəmə qərarları › İş №2(3-8)-171/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-171/2026

19.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-171/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh, eyni zamanda cavabdeh1 nümayəndəsi cavabdeh2, cavabdeh cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 qanunsuz zəbt etdikləri Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətində olan 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi çıxarılmaları, vəkil üçün ödədiyi 400 manat pulun və 100,40 manat rüsum pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Qobustan rayonunun Dərəkənd kəndində doğulmaqla, hal-hazıra kimi həmin kənddə yaşayır. 1997-ci ildə Respublikada gedən torpaq islahatı zamanı ## ### 1997-ci il tarixli Qobustan rayon Aqrar İslahat Komissiyasının ** saylı qərarı ilə anasına və ona 8,21 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. 1997-ci ildən hal-hazıradək həmin torpaq sahəsini əkib becərir. ## ###### 2022-ci ildə həmin torpaq sahəsinə, o cümlədən mübahisəli 1,9999 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Onun torpaq sahəsinin bir hissəsini cavabdehlər cavabdeh2 və cavabdeh1 qanunsuz zəbt edib əkib-becərirlər. Bununla əlaqədar xxxx publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq ## #### 2025-ci il tarixli məktubla ona izah edilmişdir ki, 1,9999 ha torpaq sahəsi elektron uçot xəritəsində çıxarış üzrə göstərilən torpaq sahəsinə uyğun olaraq işlənilsə də həmin torpaq sahəsinin sərhədləri qonşu mülkiyyətçi cavabdeh1 faktiki istifadəsində olan pay torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Qeyd olunan hal ilə bağlı qonşu torpaq mülkiyyətçisinin atası ilə ** saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən telefon əlaqəsi saxlanılmışdır. Torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı ətraflı izah verilsə də torpaq sahəsinin sərhədlərindən çıxmayacağını bildirmişdir. Bu hal öz növbəsində torpaq sahəsinin üzərində müəyyən mübahisələrə səbəb olduğundan 1,9999 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada tanıdılması mümkün olmamışdır. Cavabdehlər ona məxsus torpaq sahəsindən könüllü çıxmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə işinin aparılması üçün vəkil tutmuşdur. Ona görə vəkilə ödədiyi və iddianın verilməsinə görə dövlətə ödədiyi rüsumu da cavabdehlərdən tələb edir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Samir Mayılov) iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadədə olan 1,37 ha hissəsindən cavabdeh cavabdeh2 məcburi çıxarılması, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin 200 manat məbləğində hissəsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində hissəsinin cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın cavabdeh cavabdeh2 münasibətdə qalan hissədə, eləcə də cavabdeh cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mütəxəssis rəyi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş, həmin torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi aşkar olunmuşdur. Rəydə qeyd edilmişdir ki, mübahisəli ərazidə cavabdehlər cavabdeh2 və cavabdeh1 faktiki istifadələrində 4,2220 ha torpaq sahəsi vardır. Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,37 ha hissəsi cavabdeh cavabdeh2 faktiki istifadəsindədir. İddiaçı da xüsusi mülkiyyətində olan Qobustan rayonu, Dərəkənd kəndi ərazisində yerləşən 1,9999 ha torpaq sahəsinin 1,37 ha hissədən kənar hissəsinin cavabdeh cavabdeh2 tərəfindən, eləcə də həmin torpaq sahəsinin hər hansı hissəsindən digər cavabdeh cavabdeh1 tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə müəyyən edilənlərlə isə cavabdehlərdən yalnız cavabdeh2 iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin yalnız 1,37 ha hissəsindən istifadə etməsi təsdiq olunur. Bu baxımdan məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6, Torpaq Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəllənn 107, 115, 119, 121.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 ildən artıqdır ki, mübahisəli ərazidə yerləşən torpaq sahəsini qanun çərçivəsində alqı-satqı yolu ilə əldə etmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən Çıxarış da almışdır. 10 ildən çoxdur ki, həmin torpaq sahəsində əkin-biçinlə məşğul olur, buğda, dənli bitkilər əkmiş və torpaq sahəsinin yaxşılaşdırılması üçün gübrə və s. tökmüş və maneəsiz istifadə etmişdir. Həmin torpaq sahəsi qaz idarəsi üçün ayrılmış inzibati bina ilə həmsərhəddir. Əgər həmin ərazidə sürüşmə baş verərsə, ona məxsus torpaq sahəsi ilə qaz idarəsi üçün ayrılmış torpaq sahəsi üst-üstə düşəcək, yəni sürüşmə baş verəcək, beləliklə də onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuş olacaq. Qeyd edilən mübahisəli torpaq sahəsini o, Torpağa mülkiyyət hüququna dair JN-0023, KOD 30706018 olan Dövlət Aktına əsasən alqı-satqı yolu ilə əldə edib. Daha sonra ona məlum olmayan səbəblərdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən vətəndaşlara verilən Çıxarışlarda sürüşmələrə yol verilmişdir. Məhkəmə zamanı Torpağa mülkiyyət hüququna dair JN-0023, KOD 30706018 olan Dövlət Aktını məhkəməyə təqdim etsə də həmin sənədə diqqət yetirilməmiş və yalnız iddiaçı tərəfin hüquqları müdafiə olunmuş, iddiaçı tərəfin xeyrinə qətnamə qət edilmişdir. Qobustan Rayon Məhkəməsində mütəxəssis rəyi alınsa da həmin mütəxəssis rəyi yalnız iddiaçı tərəfin fikirləri ilə qeyd edilmiş və uyğunsuz şəkildə araşdırılma aparılmışdır. ** saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis Kamil Mirzəyev tərəfindən çox absurd bir cavab verilmişdir. Həmin rəydə 1-ci sualın cavabı olaraq göstərilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il qeydiyyat nömrəsi 2022012722 olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il qeydiyyat nömrəsi 2022012722 olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Mübahisəli ərazidə cavabdehlər cavabdeh2 və cavabdeh1 faktiki istifadəsində 4.2220 ha torpaq sahəsi vardır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il qeydiyyat nömrəsi 2022012722 olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsi cavabdeh cavabdeh2 faktiki istfadəsində olduğu göstərilmişdir. Bu cavablardan açıq-aydın görünür ki, məsələ başdansovdu və kimlərinsə marağına görə təmin edilmişdir. ** saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Kamil Mirzəyev yalnız iddiaçı tərəflərin hüquqlarını müdafiə etməklə rəy tərtib etmişdir. Yenidən mütəxəssis rəyinin alınmasını məhkəmədən xahiş edir. Belə ki, işə yeni mütəxəssis cəlb olunmalıdır. Kamil Mirzəyev vəzifə səlahiyyətlərindən sui-istifadə edir, tərəflər arasında olan mübahisəyə şəffaf və obyektiv şəkildə yanaşmır, öz maraqlarını güdərək, ədalətli rəyin verilməsinə, həqiqətlərin gün üzünə çıxmasına əngəllər törədir. Kamil Mirzəyev qeyd edilən mübahisəli məsələ ilə bağlı şəxsən qapısına gələrək bildirmişdir ki, torpağın yerini sürüşdürəcək, ona aid xərcləri şəxsən özü çəkəcək, təklifi ilə razılaşsın. Ona sual etmişdir ki, bu işdə nə maddi marağı var ki, əvəzinə 340 manat rüsum ödəyir, evinə gəlib, iddiaçıların adından xahiş edir, əlavə xərcləri çəkir. Bütün bunlardan da aydındır ki, mübahisə yalnız iddiaçı tərəfin xeyrinə həll olunması üçün çalışılır və həqiqət olan bəzi hallar göz ardına edilir. Hətta bu söhbətlər məhkəmə zalında da baş tutdu, Kamil Mirzəyev bildirir ki, bu işi o, görəcəkdir. İddiaçı tərəfi razılaşdıracaq və ərazini sürüşdürəcək. Bu işdə artıq kinli münasibət var, onsuz arxada yer var deyib, ona məxsus olan torpaq sahəsini sürüşdürmək istəyirlər. Belə olan halda o da, kiminsə yerinə girmiş sayılır. Qobustan Rayon Məhkəməsi də iddiaçıya bildirir ki, razısan arxaya sürüşmə olsun, iddiaçı isə yox deyə bildirir. Beləliklə də iddiaçının istəyi ilə məhkəmə qətnamə qət edilmişdir. Halbuki bu məsələ ciddi şəkildə araşdırılaraq, məsələ obyektiv qaydada həllini tapmalı idi. İstinad nöqtəsindən ölçü aparılsa əgər X6 faktiki istifadəsində 1.01 ha, X5 istifadəsində 0.72 ha, Qayımov Eyyub Bakıxan oğlunun istifadəsində 0.09 ha artıq torpaq sahəsi vardır. Yuxarıda qeyd etdiyi mütəxəssis rəyi saxtalaşdırılmışdır. Ona görə saxtalaşdırılmışdır ki, sonuncu məhkəmədən əvvəlki məhkəmədə verilən rəydə də torpaq sahələrinin üst-üstə düşmədiyi göstərilmişdir. Mübahisəli məsələnin dəqiqləşdirilməsi ilə bağlı rəsmi şəkildə ** saylı Şamaxı Ərazi İdarəsinin rəisi cənab Ədalət Cabbarova müraciət etmişdir. Ərizəyə hələ ki, cavab verilməyib. Qobustan Rayon Məhkəməsində iddiaçının torpaq sahəsində sürüşmə olduğu göstərilir. O, sual etmişdir ki, bəs onun torpaq sahəsi kimin torpaq sahəsinin üstünə düşür? Bu məsələ tam şəkildə araşdırılmadan yalnız iddiaçı tərəfin hüquqları müdafiə olunmuşdur. Beləliklə də qeyd etdiklərindən də açıq-aşkar görünür ki, Qobustan Rayon Məhkəməsi və ** saylı Şamaxı Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyi ləğv olunmalı və təkrar rəy verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda cavabdeh1 nümayəndəsi cavabdeh2 bildirdi ki, torpağın sağında “SOCAR”-ın strateji obyekti var. Obyektin hasarı torpaq sahəsi ilə qonşudur. Torpaq sahəsini 10 ildir özü əkir, heç bir narazılıq olmayıb, 2025-ci ildə bu məsələ ortaya çıxıb, bu məsələ araşdırılmalıdır. Mütəxəssis rəyinin verilməsi üçün ödənişi etməyə razıdır.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 nümayəndəsi Nümayəndə bildirdi ki, 2015-ci ildə alqı-satqı yolu ilə 4 hektar torpaq sahəsini almışlar, torpaq vergisini vermişlər, münbitləşmə işləri görüblər. 2025-ci ilin mayında iddiaçı onun ərazisini istifadə etdilərini bildirmişdir. Torpaq sahəsinin çıxarışında döngə nöqtələri üstüstə düşür. Rəyi vermiş mütəxəssis iş üzrə maraqları olmuşdur. Belə ki, mütəxəssis atasına bildirmişdir ki, torpağın sənəd üzrə sürüşdürülməsi ilə bağlı sənədləşmə xərclərini özü çəkəcək. İstinad nöqtəsindən ölçülsə artıq yer müəyyən ediləcək. Ölçmə işləri üçün dövlət rüsumu 170 manatdır, əlavə xərclər də olur. Hesab edir ki, reyestr xidmətinin marağı vardır ki, bu cür sürüşdürmələrlə əlavə qazanc əld etsin. Hesab edir ki, təkrar ekspertiza təyin edilməli, istinad nöqtəsindən ölçmə işlərinin aparılmalı, rəy verilməsinə başqa mütəxəssis cəlb edilməlidir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı bildirdi ki, 1997-ci ildə verilmiş 2 hektar torpaq sahəsi pay torpağıdır, 30 ildir əkib-becərir. Torpağa görə subsidiya alır. Nəbi adlı şəxs torpağını ölçdürüb və müəyyən olumuşdur ki, o, Xəlilov Çingizin yerinə girib, Xəlilov Çingiz də torpağını ölçdürmüş və müəyyən edilmidir ki, o da İsmət adlı şəxsin torpağına girmişdir. İsmət torpağına isə o, girmiş hesab olunur. Reyestr xidmətinə onun torpağının da ölçdürülməsi üçün müraciət etmiş, lakin cavabdeh Yaşar Niftalıyev buna imkan verməmişdir. Bundan sonra məhkəməyə müraciət etmişdir. Onu məhkəməyə verməyiblər, ondan əvvəl 4 nəfər bir-birinin yerinə giriblər, belə olan da onun torpağı sürüşüb qonşunun yerinə girməlidir, qonşunun torpağı da digər torpağa sürüşməlidir. Qaz binası dövlətin balansında olan torpaq sahəsindədir. Yaşardan sonra Kərim adlı şəxsin torpağıdır, bina ortada qalır. Əkin sahəsinə aidiyyəti olmayan tikilidir. Onun torpağından sonra Kərim adlı şəxsin torpağıdır. Hamı bir-biri ilə razılaşıb, torpaq sahələri tamamlanıb. Razılaşmayan cavabdeh olub. Başqa mütəxəssisin rəy verməsinə etiraz edir. Özü isə qonşunun torpağından çıxmışdır.

13. Cavabdeh Niftalıyev Yaşar Şahnəsib oğlu məhkəməyə ərizə ilə müraciət edərək, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Neft daşlarında işdə olduğundan ## ### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabeh Niftalıyev Yaşar Şahnəsib oğlunun məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edərək, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, ərizəyə əlavə edilmiş arayışda ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək olan müddət ərzində cavabdeh Niftalıyev Yaşar Şahnəsib oğlu deyil, digər cavabdeh cavabdeh1 nümayəndəsi Nümayəndə Neft daşlarında işdə olması qeyd edilmişdir.

İşdə olan sübutlar

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qobustan rayonu, Dərəkənd kəndi ərazisində yerləşən 1,9999 ha torpaq sahəsi ## ###### 2022-ci ildə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X4 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı ## ####### 2024-cü ildə xxxx publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir.

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qobustan rayonu, Dərəkənd kəndi ərazisində yerləşən 4,00 ha torpaq sahəsi ## ###### 2015-ci ildə xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı ## ###### 2015-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi İdarəsi tərəfindən A 031539 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

16. “xxxx” publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ## ####### 2025ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iş üzrə təqdim edilmiş sənədlərə əsasən iddiaçının və cavabdehin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Mübahisəli ərazidə cavabdehlər cavabdeh2 və cavabdeh1 faktiki istifadələrində 4,2220 ha torpaq sahəsi vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1,9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,37 ha hissəsi cavabdeh cavabdeh2 faktiki istifadəsindədir.

17. “xxxx” publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışla İddiaçı və X4 ümumi birgəmülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən cavabdeh cavabdeh2 faktiki istifadəsindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə faktiki istifadəçilik arasında sahə və yerləşmə mövqeyi cəhətdən uyğunsuzluq mövcuddur. Naturada faktiki olaraq cavabdeh1 istifadəsində 4.2220 ha torpaq sahəsi vardır. Lakin 1.37 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan torpaq sahəsi kimi işlənilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışlacavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən X3 və onun ailə üzvlərinin (JN-** nömrəli Dövlət aktı) faktiki istifadəsindədir. Əlavə olaraq bildirilir ki, mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi massivdə Ərazi idarəsinin mütəxəssisləri, iddiaçının, cavabdehin, həmin massivdə olan bir neçə mülkiyyətçinin və yerli özünü idarəetmə orqanlarının iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl-ölçmə işlərinin nəticəsində məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi massivdə vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları arasında yerləşmə mövqeyi cəhətindən müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, ölçü zamanı həmin massivdə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahəsindən əlavə 0.81 ha torpaq sahəsinin olması məlum olmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında həmin massivdə artıq olan 0.81 ha torpaq sahəsini nəzərə alaraq müəyyən düzəlişlər aparılacağı təqdirdə massivdə yerləşən mülkiyyətçilər arasında mübahsələrin azalmasına səbəb ola bilər. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün, həmin massivdə yerləşən mülkiyyətçilərin, iddiaçının, cavadehin və yerli özünü idarəetmə orqanlarının birgə iştirakı və razılığı ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında müvafiq düzəlişlərin aparılması mümkündür.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

21. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Qobustan Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh cavabdeh2 apellyasiya şikayəti üzrə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, birinci instansiya tərəfindən iş üzrə mütəxəssis rəyi alınmış, rəyə əsasən iddiaçıya məxsus torpaq sahəsinin 1,37 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmiş, lakin cavabdeh tərəfindən qeyd edlən rəy mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə yenidən iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyi ilə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2022-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi ## ###### 2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşməməsi, İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 1.9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.37 ha hissəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən cavabdeh cavabdeh2 faktiki istifadəsində olması təsdiq olunmuşdur. Bununla yanaşı, cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə faktiki istifadəçilik arasında sahə və yerləşmə mövqeyi cəhətdən uyğunsuzluğun mövcud olması, naturada faktiki olaraq cavabdeh1 istifadəsində 4.2220 ha torpaq sahəsinin olması, cavabdeh1 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Dərəkənd kəndində yerləşən 4.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha hissəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən X3 və onun ailə üzvlərinin (JN-** nömrəli Dövlət aktı) faktiki istifadəsində olması müəyyən edilmişdir.

25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaçının torpaq sahəsinin 1,37 ha hissəsi üzərində qanunsuz sahiblik etməsi təsdiq olunmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar