Məhkəmə qərarları › İş №2(3-8)-183/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-183/2026

08.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-183/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, cavabdehin vəkili və nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı cavabdeh tərəfindən *3.*7.2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin *1.12.2*25-ci il tarixli, 2(*6*)-5393/2*25 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı məxsus ИT-İ *562779 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 2*.*6.2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

2. Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin 1** saylı, 2*.*6.2*25-ci il tarixli əmri ilə Qara Qarayev adına * nömrəli Uşaq Musiqi məktəbinin fortepiano müəllimi İddiaçı 2* iyun 2*25-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilmişdir.

3. Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış 1* iyun 2*25-ci il tarixli, *5 nömrəli “İşəgəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında” bildirişdən görünür ki, İddiaçı 2*25-ci ilin iyun ayının 13-ü saat 13:**-dək məsələ ilə əlaqədar məktəbə izahat verməyə dəvət edilmişdir.

4. Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin ilk Həmkərlar İttifaqı Təşkilatının sədri Famil Həsənova ünvanlanmış 13.*6.2*25-ci il tarixli, *9 nömrəli məktubun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur.

5. Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin ilk Həmkərlar İttifaqı Təşkilatının sədri Famil Həsənov tərəfindən Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Vüqar Hacıyevə ünvanlanmış 19 iyun 2*25-ci il tarixli, ** nömrəli məktubun surətindən görünür ki, 13.*6.2*25-ci il tarixli *9 nömrəli məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməmişdir.

6. Sumqayıt şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Esmira Əliyeva, ümumi fənn şöbəsinin müdiri İradə Bədəlova, xalq çalğı alətləri şöbəsinin müdiri Famil Həsənov tərəfindən tərtib edilmiş 13.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 13.*6.2*25-ci il tarixində dərs cədvəlinə uyğun olaraq saat 11:**-dan 17:3*-a qədər üzrsüz səbəbdən işdə olmamışdır.

7. Sumqayıt şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Esmira Əliyeva, ümumi fənn şöbəsinin müdiri İradə Bədəlova, xalq çalğı alətləri şöbəsinin müdiri Famil Həsənov tərəfindən tərtib edilmiş 13.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 2*25-ci ilin may ayının 19-u, iyun ayının 2, 3 və 13-ü tarixlərində dərs cədvəlinə uyğun olaraq dərs prosesində iştirak etməməsi ilə bağlı 2*25-ci il iyun ayının 13-ü tarixində saat 13:**-dək mətkəbə gələrək izahat verməsi üçün dəvət olunsa da, İddiaçı göstərilən vaxtda məktəbə gəlməmişdir.

8. Sumqayıt şəhər Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Esmira Əliyeva, ümumi fənn şöbəsinin müdiri İradə Bədəlova, xalq çalğı alətləri şöbəsinin müdiri Famil Həsənov tərəfindən tərtib edilmiş 13.*6.2*25-ci il tarixli aktın surətindən görünür ki, məktəbin fortepiano şöbəsinin müəllimi İddiaçı 2*25-ci ilin iyun ayının 4ü tarixində saat 1*:**-da Bakı Xoreoqrafiya Akademiyasının binasında keçirilən attestasiyada iştirak etməməsi ilə bağlı 2*25-ci il iyun ayının 13-ü tarixində saat 13:**-dək məktəbə gələrək izahat verməsi üçün dəvət olunsa da, İddiaçı göstərilən vaxtda məktəbə gəlməmişdir.

9. XV2**52*25969 saylı, XV1**52*254*9 saylı, XV*9*62*25723 saylı sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı 2* may 2*25-ci il tarixdən 22 may 2*25-ci il tarixədək, 23 may 2*25-ci il tarixdən 25 may 2*25-ci il tarixədək, 26 may 2*25-ci il tarixindən 31 may 2*25ci il tarixədək, *9 iyun 2*25-ci il tarixdən 11 iyun 2*25-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirərək əmək funksiyasının icrasından azad edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı İddiaçı cavabdeh Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin *3.*7.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1* may 2*25-ci il tarixdən 11 iyun 2*25-ci il tarixə qədər səhhəti ilə əlaqədar olaraq üzrlü səbəbdən işdə olmamış və buna dair xəstəlik tarixçələrini iş yerinə təqdim etmişdir. 13 iyun 2*25-ci il tarixdə isə Həmkarlar təşkilatının iclasına dəvət almışdır (qeyri-rəsmi formada). Məktəbə yaxınlaşdıqda fortepiano şöbəsinin müdiri Esmira Əliyeva onu işdən qovduğunu bildirmiş, növbəti iş günü 2* iyun 2*25-ci il tarixinə təsadüf etmiş və işə gedərkən Esmira Əliyeva ona aid olan sənədləri məktəbin koridoruna ataraq götürməyini tələb etmişdir. Cavabdeh Qara Qarayev adına * saylı Uşaq Musiqi Məktəbinin direktoru Vüqar Hacıyevin tarixli nömrəli əmri ilə Qara Qarayev adına * saylı Uşaq Musiqi Məktəbinin fortopiano müəllimi vəzifəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. 2*24-2*25-ci tədris ilinin əvvəlində direktor əvəzi Gülnar Babayevanın hazırladığı attestasiyası və sertifıkasiyası ilə bağlı məlumat vərəqəsini imzalamamış, eyni zamanda ona rəsmi xəbərdarlıq edilməmiş və SİMA tətbiqində my culture.gov domenində reqstrasiya olunmamışdır. 13 mart 2*25-ci il və 19 mart 2*25-ci il tarixlərində Qara Qarayev adına Uşaq Musiqi Məktəbində işçilər attestasiyaya çağırış üçün sms və digər tətbiqlər vasitəsilə bildirişlər gəlsə də, ona heç bir məlumat verilməmişdir. 12 may 2*25-ci il tarixdə iştirakla bağlı bildiriş gəlsə də, əmək qabiliyyətimin müvəqqəti itirilməsi səbəbindən (XV 1**52*25593) attestasiyada üzürlü olaraq iştirak edə bilməmişdir. *4.*6.2*25ci il tarixində bildiriş alsa da, Nazirlər Kabinetinin qərarına əsasən bir dəfə iştirak etməmək hüququndan istifadə edərək iştirakdan imtina etmişdir. (forma 27 təqdim etmişdir) 13 iyun 2*25ci ildə 1** nömrəli əmrdə göstərilir ki, 27 may tarixində növbəti attestasiya iclasına dəvət olunub, əslində həmin tarixə heç bir rəsmi məlumat verilməmişdir. Ona verilmiş 1** nömrəli 13 iyun 2*25-ci il tarixli intizam tənbehi əsassızdır. Əmrin sonunda direktorun adının yazılmaması ƏMnin 82-ci maddəsinin birinci hissəsinə ziddir. 12.*6.2*25-ci il tarixində məktəb həmkarlar təşkilatının sədri Famil Həsənov vatsap üzərindən şəxsi istifadəsində olanda nömrəyə bildiriş yazaraq 13.*6.2*25-ci il tarixli 12:**-da olan iclasda onun ƏM-nin 7*-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına baxılacağını və iştirak etməməyinin heç nəyi dəyişməyəcəyini bildirmişdir. 13.*6.2*25-ci il 14:** tarixli iclasa getmiş və iclasda iştirak edərək səs qeydi apardığını elan etmişdir. Eyni zamanda hər hansı bir təxribatın olunmaması üçün öncədən polisə müraciət etdiyini bildirmişdir. İclasın göndərildiyini, iştirak edənlərin kimliyini və rəyasət heyətinin üzrlərinin kimlərdən ibarət olduğunu tələb etsə də, Famil Həsənov direktorun razılığı ilə iclasın onsuz da qərarında israrlı olduqlarını bildirdi.

12. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2* iyun 2*25-ci il tarixli 1** nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması, həmin tarixdən işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı üzrlü səbəbdən işə gedə bilməmişdir. Qol nahiyəsində yaranan problemə görə 1*.*5.2*25-ci il tarixdən 11.*6.2*25-ci il tarixədək bülletendə olmuşdur. Əmək Məcəlləsinin müvafiq normasına əsasən işçinin özünün və yaxın qohumunun xəstəliyi ilə əlaqədar işə gəlməməsi əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. Bülletendə texniki səhvin olması iddiaçının məsuliyyətində deyildir. İddiaçı 1* may tarixində bülletendə olmuş, 19 may tarixində bülleten 1 günlük deaktiv olunmuş və növbəti gündən bərpa olunmuşdur. Digər tarixlərdə də belə bir problem yaranmışdır. 19 may, *2 iyun, *3 iyun və 13 iyun tarixlərində iddiaçı işdə olmamış, özünü bülletendə hesab etmişdir. Bülletenlər işəgötürənin elektron sisteminə yerləşdirilir. İşəgötürən tərəfindən iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilir. Belə olmasa idi, bu tarixlərdə işçiyə zəng etməklə məlumat verilməli idi. Cavabdehin iddiaçıya təqdim etdiyi bildirişin iddiaçıya göndərilməsini təsdiq edən sənəd yoxdur. Eyni zamanda iddiaçının Həmkərlar İttifaqının iclasında iştirakı təmin olunmamışdır.

14. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Qara Qarayev adına * nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi və vəkili nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı əmək məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə göstərilən günlərdə, məsələn, 19 may, *2 iyun, *3 iyun və digər tarixlərdə iddiaçı üzrsüz səbəbdən işdə olmamışdır. Həmçinin iddiaçı xəstəlik vərəqindən istifadə etməklə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan attestasiya prosesindən boyun qaçırmağa cəhd etmişdir.

15. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Əmiraslanova Aybəniz İsmayıl qızı ifadəsində bildirmişdir ki, iddiaçı qızıdır. İş yerində ona qarşı rəhbərliyin qərəzli mövqeyi olmuşdur. Belə hallar ona təsir edərək gözünün üzərində damar partlamışdır. Qol nahiyəsində də müəyyən problemlər yaranmışdır. Bununla əlaqədar xəstəlik vərəqəsi açdıraraq müalicəyə başlamışdır. 1 may tarixindən etibarən xəstəlik vərəqələri elektron qaydada hazırlanır və işəgötürənə elektron qaydada göndərilir. Texniki problem yarandığı üçün müəyyən günlərdə xəstəlik vərəqələri açılmamışdır. Lakin qızı həmin günlərdə büllütendə olduğunu hesab etmişdir. Həmkərlar İttifaqı 26 ilin müəllimi ilə maraqlanmamış, onu müdafiə etməmişdirlər. Qeyd olunan günləri iddiaçının öz hesabına hesablaya bilərdilər. 1* may 2*25-ci il tarixindən 11 iyun 2*25-ci il tarixinədək qızı xəstəliyi ilə əlaqədar müalicə almışdır. Özü isə həkim kimi fəaliyyət göstərir.

16. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirmişdir ki, iddiaçının anasının iş yoldaşıdır. Ağrıları olduğu üçün iddiaçıya elektroterapiya eləmişdir. Anası həkim olduğu üçün onun təyinatı ilə eləmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-5393/2*25 nömrəli, *1.12.2*25-ci il tarixli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işə getmədiyi günlərdə əmək funskiyasının icrasından azad edildiyini zənn etmiş, texniki səhv olaraq həmin günlərdə əmək funsiyasından icrasından azad edilmədiyini, lakin həmin müddətlərdə də xəstə olduğunu bildirmişdir. Bu faktı məhkəmə iclasında iştrak etmiş şahidlər də təsdiq etmişlər. Yəni iddiaçının işə gəlmədiyi günlərdə xəstə olması və müalicə alması şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. İddiaçıya hər hansı bir xəbərdarlıq olunmamışdır. Əksinə iddiaçının yaşadığı ünvana göndərilən məktubda qeyd olunub ki, şəxs həmin ünvanda yaşamır. Halbuki iddiaçının daimi yaşayış yeri məhz məktubun göndərildiyi ünvandır. Hətta iddiaçının yerinə məktəbə teleqram da vurulmuşdur. Həmin teleqramın kim tərəfindən vurulması isə məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Çünki şahidlər onlara məlum olan hallarla bağlı məhkəmədə ifadə vermişlər. Şahidin birinin iddiaçının anası olması o anlama gəlməli deyil ki, onun ifadəsi sübut kimi qəbul olunmasın. Əgər məhkəmənin yanaşması bu idisə bəs o zaman həmin şahidin dindirilməsinə nə zərurət var idi. İşçinin 19 may 2*25-ci il tarixdə, *2 iyun 2*25-ci il tarixdə, *3 iyun 2*25 il tarixdə və 13 iyun 2*25-ci il tarixdə dərs saatlarına uyğun olaraq bütün iş günü işə gəlməməsi kobud pozuntu hesab oluna bilməz. Çünki işçi həmin vaxtlarda üzürlü səbəbdən işə gəlməyib. Bu üzürlü hal isə onun xəstəliyi olub. Xəstəliyinə dair sübutları isə məhkəməyə təqdim etmiş və bu halı şahidlər də təsdiq etmişdirlər. Lakin məhkəmə həmin sübutlara tənqidi yanaşmış, mötbər sübut kimi qəbul etməmişdir. Bu isə məhkəmənin iddiaçıya qarşı qərəzi kimi qiymətləndirilməlidir. Məhkəmə qərəzli olaraq sübutlara tənqidi yanaşmışdır. Cavabdeh kimi məhkəmə də iddiaçıya qarşı qərəzli mövqedə olmasını açıq-aşkar nümayiş etdirmişdir. Halbuki Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin nə dərəcədə ağır maddə olduğu hər kəsə məlumdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı işlədiyi müddətdə ona bir dəfə də olsun xəbərdarlıq belə olunmayıb və o, bir dəfə də olsun üzürsüz səbəbə görə işdən qalmayıb. Ona görə də iddiaçının işdən çıxarılmağı əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

2*. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

23. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)

24. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

25. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

26. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; (...)

28. Maddə 8*. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar

1. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. (...)

29. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri (...) 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 3*. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

35. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.*2.2*26-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. İddiaçı *1.*9.1998-ci ildən Q.Qarayev adına uşaq musiqi məktəbinə işə qəbul edilmiş, 2*.*6.2*25-ci il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.

39. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. 4*. Əmrdə işçinin işdən azad edilməsinin səbəbi kimi onun 19.*5.2*25-ci il tarixdə, *2.*6.2*25-ci il tarixdə, *3.*6.2*25 il tarixdə və 13.*6.2*25-ci il tarixdə dərs saatlarına uyğun olaraq üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi göstərilmişdir

41. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o işə getmədiyi günlərdə də əmək funskiyasının icrasından azad edildiyini zənn etmiş, texniki səhv olaraq həmin günlərdə əmək funsiyasından icrasından azad edilməmiş, lakin həmin müddətlərdə də xəstə olmuşdur.

42. İşdə olan XV2**52*25969 saylı, XV1**52*254*9 saylı, XV*9*62*25723 saylı sığortaolunanın xəstəlik vərəqələrindən görünür ki, İddiaçı 2*.*5.2*25-ci il tarixdən 22.*5.2*25ci il tarixədək, 23.*5.2*25-ci il tarixdən 25.*5.2*25-ci il tarixədək, 26.*5.2*25-ci il tarixindən 31.*5.2*25-ci il tarixədək, *9.*6.2*25-ci il tarixdən 11.*6.2*25-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirərək əmək funksiyasının icrasından azad edilmişdir.

43. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, işə getmədiyi müddət ərzində cavabdeh tərəfindən iddiaçıya “watsap” tətbiqi vasitəsilə, eyni zamanda onun qeydiyyatda olduğu ünvana məktublar göndərilərək üzrlü səbəb olmadan işə gəlməməsi, habelə attestasiyada iştirak etməmə ilə bağlı izahatın təqdim olunması tələb edilmiş və cavab vermədiyi təqdirdə zəruri tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci madəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. Həmin Məcəllənin 72-ci maddəsində isə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

46. İşdən görünür ki, iddiaçının yuxarıda göstərilən tarixlərdə bütün iş günü işə gəlməməsi onun xəstəliyi ilə işdən azad olunduğu dövrü deyil, məhz işdə olmalı olduğu dövrü əhatə edir.

47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 71, 8*, 84, 187 və 189-cu maddələrinin tələblərinə əməl edilmiş, həmçinin iddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlillər həmin əmrin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

48. Bundan başqa, iddiaçı mənəvi zərərin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

49. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, kollegiya hesab ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-5393/2*25 nömrəli, *1.12.2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *1.12.2*25-ci il tarixli, 2(*6*)-5393/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar