Məhkəmə qərarları › İş №2(3-8)-200/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-200/2026

30.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-200/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: hasarın və darvazanın cavabdehin hesabına sökülməsi, yolun açılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X9 və X10 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "hasarın və darvazanın cavabdehin hesabına sökülməsi və yolun açılması" tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Qobustan rayonunun Cəyirli kəndində iddiaçıya məxsus evə gedən gediş-gəliş yolunun üstündə tikdirdiyi daş hasarın və dəmir darvazanın cavabdehin hesabına sökülməsi və həmin yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1949-cu ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmaqla, hal-hazırda da həmin kənddə yaşayır. Cavabdeh Cavabdeh onun mərhum qardaşı Novruzun arvadıdır. Mərhum atası keçən əsrin 60-cı illərində Qobustan rayonunun Cəyirli kəndində 0,05 ha torpaq sahəsində özünə məxsus ev tikdirmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır. Sonradan həmin evin qonşuluğunda özü 0,07 ha torpaq sahəsində özünə aid ev tikdirmiş və hal-hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bu müddət ərzində o və ailəsi orada olan yoldan istifadə etmişlər. Cavabdeh 2024-cü ilin sentyabr ayında bir az irəlidə olan dəmir qapını çıxararaq təxminən 5 metr şərqə tərəf çəkib yeni darvaza qoymuş, iddiaçının evinə gedən yolu kəsmişdir. Həmin yolu daş hasarla hörmüşdür. O, cavabdehə, ətraflarında olan ağsaqqallara və dövlət orqanlarına dəfələrlə müraciət etsə də, həmin yolun açılması mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.

3. Cavabdeh Cavabdeh yazılı vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı onun mərhum həyat yoldaşı X5 qardaşıdır. Əvvəllər ərizədə göstərildiyi kimi bir həyətdə yaşamışlar. Sonradan ona məlum olmayan tarixdə iddiaçı qonşuluqda torpaq sahəsi almaqla təsərrüfatını ayırmışdır. İddiaçının həyətyanı sahəsi hal-hazırda iddia olunan və cavabdehin istifadəsində olan torpaq sahəsinin şərq tərəfindədir. Onların həyətinə gələn dalan yoldan birgə istifadə edirlər və iddiaçının tam sərbəst şəkildə heç kimə mane olmadan istifadə etmək imkanı var. Bundan başqa, iddiaçının həyətinə belə qonşuluq olmayan tərəfdən üç yerdən yol imkanı var. Hansı ki torpaq sahəsi ayrılarkən ona şimal tərəfdən (köhnə dəyirman yolundan) çıxış müəyyən edilmişdir və bu yol onu qane etmədiyindən yolu məhz onların həyətindən salmağa israrlıdır. Həmin yer cavabdehin mülkiyyət hüququnu pozduğundan, o və əlaqədar qurumlar bunu qənaətbəxş hesab etmədiklərindən o, məhkəməyə müraciət etdiyini iddia edir. Dəfələrlə iddiaçının ailə üzvləri cavabdehin həyətinə özbaşına müdaxilə etmiş, heç bir texniki şərtə istinad etmədən qaz sayğacını həyətdən aparıb öz həyətində quraşdırmışdır. Bir dəfə müəmmalı şəraitdə cavabdehin təsərrüfat damı yandırılmışdır. Buna görə də həyətə çıxış məhdudiyyəti qaçılmazdır. Nə iddiaçının torpaq planı sxemində, nə də 2007-ci ildə işlənmiş Ənvər Abdullayevin adına olan pasportda bu yol nəzərdə tutulmamışdır.

4. Qobustan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş: “1. A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri, kontur və koordinatlarının müəyyən edilsin; 2. Cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? 3. Qobustan rayonu, Cəyirli kəndinə aid xəritə məlumatlarında A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu? 4. Əgər mübahisəli ərazidən A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdursa, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza həmin yolun üzərində yerləşirmi? Yerləşirsə, hansı hissədə? 5. A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən başqa digər bir yerdən gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu?”, ekspertizanın məhkəməyə məlumat verilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən müvafiq rəy tərtib edilməklə, tərəflərin iştirakı ilə keçirilməsi, ekspert rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ## ####### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Kamil Mirzəyev tərəfindən tərtib olunan mütəxəssis rəyindən görünür ki, Qobustan rayonu, Cəyirli kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə naturada çöl ölçmə işləri aparmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: 1) A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi və yerləşmə mövqeyi rəyə əlavə olunmuş kompleks yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır. 2) ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DVJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə məlumatları) əsasən cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. 3) ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DVJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə məlumatları) əsasən Qobustan rayonu, Cəyirli kəndinə aid xəritə məlumatlarında A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu nəzərdə tutulmuşdur. 4) ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gedişgəliş yolu nəzərdə tutulmuşdur, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza həmin yolun üzərində yerləşir. 5) ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən başqa digər bir yerdən gediş-gəliş yolu nəzərdə tutulmamışdır.

6. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, mövcud olan elektron baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi X2 (194 nömrədə) adına qeyd edilmişdir. Cavabdeh adı 355 nömrədə X5 ailə tərkibində qeyd olunmuşdur. Mütəxəssis rəyinə kompleks yerquruluşu layihəsindən çıxarış əlavə edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ## ####### 2025-ci il tarixli məlumatda qeyd edilmişdir ki, *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsin mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə, “xxxx” publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, “X4, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinə görə X4nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri aparıldıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. Göstərilənlərə əsasən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır.

8. Cavabdeh Cavabdeh məhkəmə baxış iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təyin edilən ekspertiza rəyini verən mütəxəssis mübahisə predmeti olan İddiaçı həyətyanı sahəsinə giriş kimi A****** dəmir darvazanın yeri heç də onun həyətyanı sahəsindən olmamış, təxminən 10 il bundan qabaq şimal tərəfdən “Dəyirman yolu” deyilən yoldan bacısının həyat yoldaşı X3 ilə mübahisə predmeti kimi qaldırılmış və müəyyən edilmişdir. Bundan başqa, əvvəl təqdim edilmiş, əslində rus dilində təqdim edilməsi şübhə doğuran sxemdə göstərilən təxminən onun həyət girişindən 20 metr məsafədə olan darvaza göstərildiyi halda mütəxəssisin onun həyətindən yol göstərməsi qərəzlidir. Məhkəmənin getdiyi müddətdə İddiaçı məhkəməyə hörmətsizlik edərək həmin hasarı sökmüş və sonradan polisin təkidi ilə müvəqqəti tikili aparmışdır. Mütəxəssis onunla məsləhətləşmədən iddiaçının sifarişini yerinə yetirmişdir. Bundan başqa, iddiaçının şərq tərəfdən qonşusu yoxdur və birbaşa kəndə gələn asfalt yola çıxışı var. İddiaçı həyətində oğlu üçün tikinti aparanda həmin yollara çıxışı nəzərə almalı idi. Bu, onun şəxsi işidir və cavabdehin ona yol göstərməsinə ehtiyac yoxdur. Dəfələrlə onunla mübahisələri olmuş, Daxili İşlər Nazirliyinin “102 Xidmətinə müraciəti olmuşdur.

9. A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə X6 verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş, X4 kitabında ## ###### 2010-cu ildə 2099 nömrə ilə uçota alınmışdır.

10. İnventar nömrəsi 319 olan 2007-ci ilin oktyabr ayında tərtib edilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən X7 məxsus fərdi yaşayış evi olan daşınmaz əmlakın texniki pasportu əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Samir Mayılov) iddianın təmin edilməsi, A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvazanın cavabdeh Cavabdeh hesabına sökülməsi və həmin gediş-gəliş yolunun açılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 238.1, 239.2 və 240.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 9.1, 14.2, 77.1, 217.4, 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

13. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin bütünüklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza guya onun mülkiyyətində olan 740,97 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən və mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istədiyi şəkildə istifadə etmək, həmin torpaq sahəsinə başqa şəxslərin sahibliyinə və tikili ucaltmasına yol verməmək hüququ olduğundan, hazırkı iddia tələbi əsaslı olmuşdur və ona görə də təmin edilməlidir. Bundan başqa, cavabdehin inşa etdiyi daş hasar və qoyduğu dəmir darvaza iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməklə yanaşı, onun torpaq sahəsinə gedən gediş-gəliş yolunun da üzərində olduğundan və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu nəzərdə tutulmadığından, iddiaçı öz mülkiyyətindən istifadəyə mane olan həmin hasarın və darvazanın cavabdehin öz hesabına sökülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmənin bu nəticəyə gəlməsi mütəxəssis tərəfindən verilmiş rəyə əsasən olmuşdur, halbuki həmin rəyin verilməsində o, iştirak etməmiş və həmin rəy mövcud koordinatlar əsasında deyil, iddiaçının öz subyektiv mülahizəsinə əsaslanmaqla verilmişdir. Bununla da məhkəmə onun mülkiyyət hüquqlarına təminat verməmiş və birtərəfli, qeyri-obyektiv qətnamə çıxarmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə birtərəfli mövqe nümayiş etdirmiş, tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, yalnız birtərəfli və qeyri-obyektiv verilmiş mütəxəssis rəyinə əsaslanmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçı İddiaçı tərəfindən ##.##.2026-cı il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

16. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətinin iki dəlilindən biri bundan ibarət olmuşdur ki, cavabdeh onun həyətinə gedən yolu bağlamamış, ümumiyyətlə, onun həyətinə yol başqa tərəfdən olmuş, guya o, öz həyətində tikililər inşa edərək öz yolunu bağlamışdır. Cavabdehin bildirdiyi bu hallar tamamilə əsassız olmaqla, onların əsassızlığı təqdim edilmiş mütəxəssis rəyində də öz əksini tapmışdır. Xəritə məlumatlarına əsaslanılmaqla verilmiş həmin rəylə müəyyən edilmişdir ki, onun həyətyanı sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu nəzərdə tutulmuş, həmin ərazidən başqa hər hansı digər yerdən bu cür yol nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində bunun əksini iddia etsə də, bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əgər cavabdehin dediyi kimi olsaydı belə, yəni onun həyətyanı sahəsinə başqa yerdən gediş-gəliş yolu nəzərdə tutulmuş olsaydı belə, mövcud olan elektron baza məlumatlarına əsasən cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza A****** seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə ona verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinə görə də, o, həmin hasar və darvazanın sökülməsini tələb etmək hüququna malik olmuşdur. Lakin hər bir halda cavabdehin bu arqumenti ümumilikdə heç bir sübutla öz təsdiqini tapmamış, sadəcə formal mülahizə xarakteri daşımışdır. Cavabdehin digər dəlili isə ondan ibarət olmuşdur ki, məhkəmə onun iştirakı olmadan verilmiş mütəxəssis rəyinə əsaslanmaqla iddia tələbini təmin etmişdir. Həmin rəy mövcud koordinatlar əsasında deyil, guya onun subyektiv mülahizəsinə əsaslanmaqla verilmiş, bununla da, məhkəmə cavabdehin mülkiyyət hüquqlarına təminat verməmiş və birtərəfli, qeyri-obyektiv qətnamə çıxarmaqla cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehin bu arqumenti də tamamilə əsassız olmuşdur. Belə ki, mütəxəssis rəyindən də göründüyü kimi, mütəxəssis tərəfindən çöl ölçmə işləri tərəflərin, yəni onların iştirakı ilə aparılmış, çöl ölçmə işlərinin nəticəsi isə kameral şəraitdə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı M tarixli, *** nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Mübahisəsizdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri aparıldıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Hazırkı iş üzrə də mütəxəssis çöl ölçmə işlərini tərəflərin iştirakı ilə aparmış, rəyi isə müvafiq xəritə materialları və elektron baza məlumatlarına əsasən kameral şəraitdə tərtib etmişdir. Belə olan halda onun tərtib edilməsi zamanı mütəxəssis tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə əsassız olmuşdur. Bundan başqa, cavabdeh öz mülkiyyət hüququnun pozulduğunu bildirsə də, məhkəmənin diqqətinə çatdırır ki, cavabdehin mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd yoxdur, öz evi olduğunu qeyd etdiyini ev isə əslində onun atasına məxsus olmuşdur. Bundan əlavə, mütəxəssis rəyində əlavə olaraq həm də o göstərilmişdir ki, mövcud olan elektron baza məlumatlarına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi X2 (194 nömrədə) adına qeyd edilmiş, cavabdehin adı isə 355 nömrədə X5, yəni qardaşının ailə tərkibində qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi də tamamilə başqa şəxsə məxsusdur. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, cavabdehin apellyasiya şikayəti tamamilə əsassız olmuş, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi formal dəlillərlə mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları tam düzgün tətbiq olunmuşdur. Cavabdeh Abdullayevə Məhparə Şahlar qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

19. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsinin mütəxəssisi X1 məhkəmə iclasında bildirdi ki, torpaq sahəsində hər iki tərəfin iştirakı ilə ölçmə işləri aparılmışdır. 740 kv.m-lik torpaq sahəsi Abdullayevin mülkiyyətindədir. Darvaza və daş hasar həmin sahənin daxilində yerləşir. Həmin ərazidən iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Tədqiqat baza məlumatlarına əsasən aparılmışdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...) Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Qobustan rayonunun Cəyirli kəndində iddiaçıya məxsus evə gedən gediş-gəliş yolunun üstündə tikdirdiyi daş hasarın və dəmir darvazanın cavabdehin hesabına sökülməsi və həmin yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 11/. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza onun mülkiyyətində olan 740,97 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən və mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istədiyi şəkildə istifadə etmək, həmin torpaq sahəsinə başqa şəxslərin sahibliyinə və tikili ucaltmasına yol verməmək hüququ olduğundan, hazırkı iddia tələbi əsaslı olmuşdur və ona görə də təmin edilməlidir. Bundan başqa, cavabdehin inşa etdiyi daş hasar və qoyduğu dəmir darvaza iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməklə yanaşı, onun torpq sahəsinə gedən gedişgəliş yolunun

30. da üzərində olduğundan və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu nəzərdə tutulmadığından, iddiaçı öz mülkiyyətindən istifadəyə mane olan həmin hasarın və darvazanın cavabdehin öz hesabına sökülməsini tələb etməkdə haqlı olmuşdur.

31. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

33. Göründüyü kimi mübahisə predmeti olan məsələ araşdırılması xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert (mütəxəssis) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında tədqiqatın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır.

35. Beləliklə, şərh olunanları ümumiləşdirərək kollegiya bu nəticəyə gəlir ki, hazırkı halda apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar