Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-202/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Daşınmaz Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs cəlb olunmaqla) qarşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin baxılmamış saxlanılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Daşınmaz Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozun ərazisindən Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmiş 2 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Qurbanov) ərizənin təmin edilməsi, Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozunun ərazisindən Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı verilmiş 2 hektar torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Daşınmaz Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakim A.Məmmədov) Şabran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2017-ci il tarixli qətnaməsindən maraqlı tərəf * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daşınmaz Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadından maraqlı tərəf * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2026-cı il tarixli *(***)****/**** saylı qərardadına əsasən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli və onunla bağlı ## ###### 2025-ci il tarixli qərardadları ləğv edilmiş, maraqlı şəxs * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozunun ərazisində Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmiş 2 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, ##.##.2001-ci il tarixində N.Nərimanov adına Yerli Aqrar İslahat Komissiyasına müraciət edərək bildirmişdir ki, bacı və qardaşlarının aldıqları avtotraktor parkındakı tikililərin yanında özü də vaxtilə çeşidləmə məntəqəsini idarə binası olmuş və sonradan yaşayış binasına çevrilmiş binanın 5 sot həyətyanı sahəsi ilə satın almışdır. Özünün və bacı, qardaşlarının aldıqları tikilər eyni ərazidə yerləşməklə bir-birinə çox yaxın olması, həmin ərazidə kiçik müəssisə yaradılması üçün əlavə torpaq sahəsinə ehtiyac olmasını nəzərə alıb, Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozunun ərazisindən 2 hektar torpaq sahəsi Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmişdir. Bu barədə ##.##.2001-ci il tarixində müvafiq protokol tərtib edilmişdir. İstifadəsində olan Şabran şəhəri, N.Nərimanov adına sovxozun ərazisindən ona verilmiş 2 hektar torpaq sahəsinə mülkiyyət hüququnu onda olan protokol ilə əldə edə bilmir. Xahiş edir ki, Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozunun ərazisindən Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmiş 2 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti * saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş ##.##.2001-ci il tarixli ** saylı iclas protokolundan görünür ki, İddiaçı ərizəsi nəzərə alınmış və keçmiş N.Nərimanov adına sovxozun avtotraktor parkının ərazisində kiçik müəssisə yaratmaq istədiyi üçün onun, bacı və qardaşlarının torpaq sahəsinə bitişik ərazidən 2 hektar əlavə torpaq sahəsi verilmişdir. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozunun ərazisindən Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı verilmiş 2 hektar torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir (hakim Teymur Qurbanov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şabran (Dəvəçi) şəhərinin N.Nərimanov adına sovxozunun ərazisindən Yerli Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı verilmiş 2 hektar torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququ müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336, 139.1, 139.2, 139.3, 178.1, 152.1, 152.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 217, 307.2 və 307.2.6-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə torpaq sahəsinə ərizəçinin mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə əsaslandığını qətnamədə göstərməmişdir. Belə ki, iş materiallarında torpaq sahəsinin ərizəçinin adına ayrılmasına dair heç bir sənəd yoxdur. Yerli Aqrar İslahat Komissiyasının qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə hüquqların dövlət qeydiyyatına əsas kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bundan əlavə, İddiaçı * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və İnzibati orqan tərəfindən ərizəsinin icrasından imtina edilməsini sübut edən məktub iddia ərizəsinə əlavə edilməmişdir və məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd İddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsini tətbiq edilərək iddia ərizəsinin qaytarılması haqqında qərardad çıxarılır. Bu baxımdan hesab edirlər ki, ilk növbədə mübahisənin ümumi və ya inzibati iqtisadi məhkəməyə aidiyyatı, o çümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2 və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.1- 2.2.4-cü maddələrinin tələblərinə zidd olaraq məhkəmə və ərazi aidiyyəti qaydalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1.-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Həmin məcəllənin 2.2, 2.2.1-2.2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilir ki, inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 259.0.10. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 384.0. və 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətində Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdiyindən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmadığından Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiyanın qənətinə görə birinci instansiya məhkəməsi tərəfindən ərizənin icraata götürülüb qətnamə çıxarılarkən ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, MPM-in 259.0.10 və 306.4-cü maddələrinin tələbindən irəli gələn imperativ normalara xüsusi diqqət yetirilməmişdir. Birinci instansiya məhkəməsi hüquq haqqında mübahisə olduğu halda ərizəni icraata qəbul edərək, mahiyyəti üzrə baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MPM-in 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən ərizəni baxılmamış saxlamamış, ərizə əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu da yolverilməzdir. MPM-in 4-cü, 5-ci, 149-cu, 216-cı və 218-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərtib olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir. Lakin qeyd olunan nöqsanların apellyasiya icraatı zamanı aradan qaldırılması qeyrimümkün olmaqla, apellyasiya instansiyasının səlahiyyətinə aid deyil. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən buraxılmış bu nöqsanları davam etdirməyərək, ərizənin baxılmamış saxlamaq qənaətinə gəlir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi qaydada iddia icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, 2(031)-1154/2017 qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi İddiaçı cavabdeh Daşınmaz Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə iddia icraat qaydasında iddia ərizəsi ilə müvafiq məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-202/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-202/2026
08.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver