Məhkəmə qərarları › İş №2(3-8)-216/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-216/2026

08.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Sumqayıtşəhəri İş№2(3-8)-216/2026 08.04.2026 SUMQAYITAPELLYASIYAMƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 İmanəli oğlunun cavabdeh Şirəliyev İmanəli İmaməli oğluna qarşı“yaşayışsahəsinədairpaylarınnaturadabölünməsitələbinədairmülkiişüzrə (Açar sözlər: paylarınnaturadaayrılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi),X2vəHüseynzadəAfiqHüseynoğlundanibarəttərkibdə, MəmmədliRəşadMehmanoğlununkatibliyiilə İddiaçılar iddiaçı2 və iddiaçı1 İmanəli oğlunun cavabdeh Şirəliyev İmanəli İmaməli oğluna qarşı “yaşayış sahəsinə dair payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 İmanəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Şirəliyev İmanəli İmaməli oğlunun mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəsi isə onun ailə üzvlərinin ümumibirgəmülkiyyətindədir. 2.Şamaxı rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şirəliyev İmanəli İmaməli oğlunun cavabdeh iddiaçı1 İmanəli oğluna qarşı “yaşayış sahəsinə düşən payın ayrılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 3.Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şirəliyev İmanəli İmaməli oğlunun apellyasiya şikayətinin təmin edilməməsi və Şamaxı rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinindəyişdirilmədənsaxlanılmasıqətedilmişdir. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçılar iddiaçı2 və iddiaçı1 İmanəli oğlunun cavabdeh Şirəliyev İmanəli İmaməli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qanunamüvafiq qaydada onların payının naturada ayrılmasına dair qətnamə qətedilməsinixahişetmişdir. 5.İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, onlar, yaşadıqları evin mülkiyyətçisi olan Şirəliyev İmanəli İmaməli oğlundan həmin evin onların 5 nəfərlik ailə üzavlərinin sayına uyğun olaraq 50 kv.m yaşayış sahəsinin paylarına düşən hissəsinin onlara verilməsini xahiş etmişlər. Lakin, cavabdeh göstərilən ölçüdə pay verməkdən imtina etmişdir. Onlar, 5 nəfərlik ailə üçün 32 kv.m yaşayış sahəsinin çox az olması səbəbi ilə etiraz etmişlər. Şamaxı rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə atası Şirəliyev İmanəli İmaməli oğlunun iddia tələbi təmin edilməmişdir. Sumqaytı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Şirəliyev İmanəli İmaməli oğlunun apellyasiya şikayəti təmin edilməmişdir. Yaşayış sahəsinin bölünməsi üzrə aralarında olan mübahisə hazırda davam edir. Əvvəlkindən fərqli olaraq hazırda həyat yoldaşı iddiaçı2 da, indi iddiaçı tərəf kimi iştirak edir. Məlumat üçün bildirir ki, cavabdeh Şiraliyev İmanəli İmaməli oğlu əvvəlcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinə yaşayış sahəsinin özləri ilə onun arasında payların müəyən edilərək bölünməsi üçün ərizə ilə müraciət etmişdir. Bu məqsədlə Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən Dövlət Notariat Ofisinə getmişlər. O, 50 kv.m pay istəmiş, atası isə narazılığını bildirmiş və buna görə də, aralarında notarial qaydada saziş bağlanması mümkün olmamışdır. 6.Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 Elixan qızı (həm də iddiaçı iddiaçı1 İmanəli oğlunun nümayəndəsi) iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təminolunmasıbarədəqətnaməqətedilməsinixahişetdi. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Şirəliyev İmanəli İmaməli oğlu izahat verərək bildirdiki,payınayrılmasınarazıolsada,50kv.msahəsininayrılmasınaetirazedir. 8.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesabedirki,iddiatəminedilməməlidir. 9.Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsiqətedilmişdir(hakim Qürur Abbasov). 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.3 və 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 11.İddiaçı iddiaçı1 İmanəli oğlu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, iddiatələbinintəminolunmasıbarədəyeniqətnaməçıxarılmasınıxahişetmişdir. 12.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar iddiaçılar iddiaçı2 və iddiaçı1 İmanəli oğlu cavabdeh Şirəliyev İmaməli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qanunamüvafiq qaydada onların paylarının naturada ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdirlər. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Onlar bu qətnamədən ciddi narazıdırlar və buna görə də apellyasiya şikayəti verirlər. Sumqayıt Apellyasiya Məhkəməsinə bildirirlər ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsin bölünməsinə dair aralarında olan mübahisə hazırda davam edir. Əvvəlkindən fərqli olaraq hazırda həyat yoldaşı X8 da iddiaçı tərəf kimi iştirak edir. O Şiralıyev Hünər İmanəli oğlu, məlumat üçün bildirir ki, cavabdeh Şirəliyev İmanəli İmaməli oğlu əvvəlcə Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinə yaşayış sahəsinin özləri ilə onun arasında payların müəyyən edilərək bölünməsi üçü ilə müraciət etmişdir. Bu məqsədlə Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən Dovlət Notariat Ofisinə gəldik. Orada o, atası Şirəliyev İmaməli oğlunun fikrinə etiraz edib ümumbirgə mülkiyyətlərində və istifadələrində olan mənzildən yaşayış sahəsi üçün minimum 50 kv.m. Buna isə atası ciddi narazılığını bildirmiş və ona görə də onların arasında notarial qaydada saziş bağlanması mümkün olmamışdır. Elektron Məhkəmə Kabinetindən surətini əldə etməklə bu ərizəyə daxil etdkləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şamaxı Ərazi İdarəsindən verilmiş ************ saylı, ## ###### 2024-cü il tarixli rəsmi cavabdan görünür ki, Azərbaycan Respublika Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. İş materiallarına daxil edilmiş Reyestr nömrəsi 410013043410-10301 olan Texniki Pasportdan görünür ki, mübahisəli ev fərdi yaşayış evidir və ünvan 2 ünvanında yerləşir və bu fərdi yaşayış evi 0,14 ha torpaq sahəsində yerləşməklə birmərtəbəli, ümum sahəsi 132,2 kv.metr olan 4-otaqlı mənzildir. İş materiallarına daxil edilmiş Reyestr nömrəsi 410013043410-10301, qeydiyyat nömrəsi 2923020074 olan fərdi yaşayış evinin ##.##.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evi atası Şirəliyev İmanəli İmaməli oğlunun adına olmaqla onun ailə üzvləri ilə birgə xüsusi mülkiyyətindədir. Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsində yazılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Şirəliyev İmanəli İmaməli oğlunun mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəs nun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdeh fərdi yaşayış evindən 32 kvadratmetr hissənin iddiaçıların payına ayrılmasını təklif etsə də iddiaçılar bununla razılaşmayaraq, ailə üzvlərinin sayı nəzərə alınmaqla onlara daha çox pay verilməsini istəyirlər. Belə olan halda, məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayıldığından həmin əqdin bağlanması üçün təkcə cavabdehin iradəsi kifayət deyil, həmçinin iddiaçıların da iradə ifadəsinin olması vacibdir. Hazırki halda isə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evindən 32 kv.m payın ayrılmasına iddiaçılar razılaşmadıqlarından bağışlama müqaviləsi bağlanmamış hesab edilir. Eyni zamanda, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsin əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə pay mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasınıməhkəməqaydasındatələbedəbilər. 13.Birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinin sonunda yazılmışdır ki, məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki işin mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılarla cavabdehin ümumi (paylı) mülkiyyətində olmadığından, həmçinin iddiaçılar cavabdehin təklif etdiyi ölçüdə pay ayrılmasın. Razılaşmadıqlarından və cavabdehin üzərinə belə öhdəliyin qoyulması mümkün olmadığından iddia tələbi təmin edilə bilməz”. Lakin Reyestr nömrəsi 410013043410-10301, qeydiyyat nömrəsi 2923020074 olan fərdi yaşayış evinin ##.##.2023-cü il tarixli Çıxarışından görünü amaxı Rayon, Çarhan kəndi, 20 Yanvar küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi atam Şirəliyev İmanəli İmaməli oğlunun adına göstərilsə də ailə üzvlərinin hər birinin payı göstərilmişdir və deməli həmin daşınmaz əmlak onların birgə xüsusi mülkiyyətlərindədir. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri kimi onlar ümumi əşyanın bölünməsi və ya ondan payın alınması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, onlar paylı mülkiyyətin mülkiyyətçiləri öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdəhaqlıdırlar.. 14.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə on us olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarını Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 1 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərini yış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən iş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzər alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarıtətbiqedilməlidir.  iddiaçı ##.##.1986-cı il təvəllüdlüdür və indiyədək ünvan 1 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evində yaşayır və həmin evdən istifadə hüququ vardır. Onsuzda onlar faktiki olaraq eyni fərdi yaşayış evində yaşasalar da amma həmin evə çıxışları ayrıdır və iki yerə bölünmüş şəkildə ayrı-ayrılıqda istifadə qaydaları mövcuddur. Belə ki, mətbəx, hamam, san-uzel, həyətyanı sahə aralarında qeyri-rəsmi qaydada iki yerə bölünmüşdür. Lakin onlar bunu rəsmiləşdirmək istəyirlər ki, evin istəklərinə uyğun bölünməsinin sənədləşdirilməsində rəsmi razılıq olmadığından məhkəməyə müraciət etməli olmuşlar. Məhkəməyə ona görə müraciət etməli olmuşdürlar ki, el arasında deyildiyi kimi “nə sən deyən olacaq, nə mən deyən – qanun bu bölgünü necə müəyyənlişdiribsə o cürə də bölgü həyata keçirilməklə rəsmiləşdirilsin” prinsipini əsas tutmuşdurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərini (arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçiyə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təkrarən vurğulayırlar ki, onlar iddiaçılar və cavabdeh bir ailə üzvləri kimi eyni bir daşınmaz əmlakın mülkiyyətçiləridirlər və bu fakt həmin daşınma əmlakın Çıxarışında açıq surətdə yazılmışdır. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinin bu mübahisəyə tətbiq olunması qanuni və əsaslıdır. Beləliklə, aşkar görünür ki, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsində maddi hüquq normal düzgün tətbiq olunmamış – yəni qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmişdir. Həmçinin, iş materialları üzrə sübutlarda sənədlərdən görünür ki, işin bütün faktiki halları tam aydınlaşdırılmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən səhv və əsassız qətnamə qət olunmuşdur. Ona görə də Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qət edilməklə haqlı, qanuni vəəsaslıiddiatələbləritəminedilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Apellyasiyaşikayətinəqarşıyazılıetirazdaxilolmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməməmişlər, gəlməmələri səbəbləri barədə məlumatverməmişlər. 17.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesabetmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 18.Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarınıpozmasın,yaxudhüquqdansuiistifadəolmasın. 19.Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasənonlararasındabölünəbilər. 20.Maddə220.2.Paylımülkiyyətinmülkiyyətçisiözpayınınayrılmasınıtələbedəbilər. 21.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləritərəfindənonaödənilməsihüququnamalikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli qərarı 22.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır,əksyanaşmamülkiyyəthüquqununtoxunulmazlığıprinsipinəziddolardı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ##.##.2024-cü il tarixli qərardadı 23.Bənd 37. İlk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarınınöhdəsinəonakompensasiyaödənilməsivəzifəsiniqoyabilər. 24.Bənd 39. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylaramütənasibsurətdəmülkiyyətçilərarasındabölüşdürülməsi. 25.Bənd 40. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunanvəsaitpaylaramütənasibsurətdəmülkiyyətçilərarasındabölüşdürüləbilər. 26.Bənd 41. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. 27.Bənd 42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçidetməlidir. 28.Bənd 43. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. Mülki Prosessual Məcəllə 29.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. 31.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır. 32.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaəsaslandırır. 33.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiyaşikayətinitəminetmədənsaxlayabilər. 34.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddivəprosessualhüquqnormalarınariayətetməsiniyoxlayır. 36.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirəbilər. 37.Apellyasiya şikayətindən görünür ki, iddiaçı iddiaçı1 İmanəli oğlu Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin##.##.2025-ciiltarixliqətnaməsinintamyoxlanılmasınıvacibhesabedir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlivəbirinciinstansiyaməhkəməsininqətnaməsidəyişdirilmədənsaxlanılmalıdır. 39.İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılarla cavabdehin ümumi (paylı) mülkiyyətində olmadığından, həmçinin iddiaçılar cavabdehin təklif etdiyi ölçüdə pay ayrılmasına razılaşmadıqlarından və cavabdehin üzərinə belə öhdəliyin qoyulması mümkünolmadığındaniddiatələbitəminediləbilməz. 40.Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı iddiaçı1 İmanəli oğlu apellyasiya şikayətivermişdir. 41.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-cimaddələri). 42.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlakına dair iddiasının təmin edilməsiüçünəsaslarmövcuddeyil. 43.Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təminetməməklədüzgünhüquqinəticəyəgəlmişdir. 44.Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessualqanunvericiliyibaxımındanşərhedilməsinədair”2019-cuil######tarixliQərarı). 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və405.0.1-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası Qət etdi: Apellyasiyaşikayətitəminedilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədənsaxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)veriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar