Məhkəmə qərarları › İş №2(3-8)-245/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-245/2026

05.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-245/2026 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı,cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-1010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin xx.xx.2025-d il tarixli, 124/K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 31 iyul 2025-ci il tarixdən xitam verilmişdir.

2. İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.2018-ci il tarixdə Şabran RMTMnin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir.

3. xx.xx.2025-ci il tarixli Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, sessiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin nümayəndəsi iştirak etməmişdir.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi cənab Elnur Musayevə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şabran rayonunun inzibati ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Pirəbədil bələdiyyəsinin ərazisində diametrləri 16,20 və 32 sm-lik 3 ədəd palıd və 1260 ədəd qaratikan kolunun, 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalı ərazisində isə diametrləri 8-80 sm-lik 2398 ədəd meşə cinsli (qoz, fıstıq, vələs, palıd və s.) ağacın və 142 ədəd yemişan kolunun “Azneft” İB-yə məxsus 35 KV-lik “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin yerinin dəyişdirilməsi məqsədilə İB-yə məxsus ağır texnika vasitəsilə məhv edilməsi, eyni zamanda meşə fonduna aid torpağın üst münbit qatının qanunsuz götürülməsi və yerində elektrik dirəklərinin basdırılması faktının aşkar olunduğu bildirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən təbiətə dəymiş ziyanın məbləği (ümumilikdə 480432,13 manat) cinayət tərkibi yaratdığını nəzərə alaraq iş üzrə materialların təqdim edilərək məsələyə hüquqi qiymət və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Şabran X14 Mərkəzi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 13 nömrəli əmrdən görünür ki, İddiaçı Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi təyin edilmişdir.

6. İddiaçı tərəfindən verilən xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, o, Şabran meşəbəyinin Pirəbədil meşə sahəsinə meşə gözətçisi işinə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2018-ci il tarixli, 8 nömrəli əmək müqaviləsindən görünür ki, müqavilə Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinin direktoru B.Allahyarov və İddiaçı arasında bağlanmışdır.

8. 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartallarında “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi ilə əlaqədar götürülmüş ağacların həcm qiymət cədvəllərinə əsasən vurulmuş ziyanın yekun məbləği hesablanmışdır.

9. 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalı tərəfindən Pirəbədil meşəbəyiliyinin meşəbəyisi Saleh Həmidov və Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinə daxil olmuş şifahi məlumata əsasən 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8-ci kvartalın bir hissəsində 13 ha sahə ağır texnika vasitəsilə kürünmüş ərazidəki ağac və kollar əsasən torpağın altında qalmışdır. Ərazidə 7 ədəd yüksək gərginlik hava elektrik verilişi xətlərinin çəkilməsi məqsədilə dəmir dayaqla basıdırlmışdır. Bu işlər heç bir icazə sənədi olmadan , Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən “ZağlıZeyvə” hava elektrik verilişi xətlərinin köçürülməsi nəticəsində olmuşdur. Həmin ərazidə olan müxtəlif diametrlərdə palıd cinsindən 820 ədəd, göyrüş cinsindən 284 ədəd, qarağac 153 ədəd, ağcaqayın 85 ədəd, fıstıq 22 ədəd, vələs 450 ədəd, yemişan 571 ədəd, qoz cinsindən 1 ədəd, cır alma 12 ədəd olmaqla, cəmi 2398 ədəd ağac, heyva cinsindən 10 ədəd, fındıq cinsindən 85 ədəd, alça cinsindən 47 ədəd olmaqla, cəmi 142 ədəd kol, ümumilikdə 2540 ədəd yaşıllıq, o cümlədən cücərti və yeniyetmələri kürünərək məhv edilmiş və torpağın üst münbit qatı götürülmüşdür.

10. 4 saylı Regional Meşə X2 meşəbəyiliyinin xidməti ərazilərindən keçən "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi barədə məlumatdan görünür ki, ümumilikdə köçürülmə zamanı X23 dəymiş zərərin məbləği 277572,13 manat təşkil etmişdir.

11. 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, sözügedən ərazinin qanunsuz olaraq kürünməsi və elektrik dirəklərinin basdırılması barədə şifahi məlumat verdiyini bildirmişdir.

12. 4 saylı X14 Mərkəzinin meşəbəyisi X9 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi ilə əlaqədar meşəbəyi və ya meşə gözətçisi tərəfindən mərkəzə rəsmi və ya şifahi məlumat daxil olmadığını bildirmişdir.

13. 4 saylı X14 Mərkəzinin direktoru X12 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalında görülən işlərlə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona məlumat vermiş, həmən yerə gedərək ərazinin qanunsuz olaraq kürünməsi və elektrik dirəklərinin basdırılmasını görmüşdür.

14. 4 saylı Regional Meşə X2 meşəbəyiliyinin meşəbəyisi Saleh Həmidov tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə 7 saylı dolayının meşə gözətçisi İddiaçı telefon vasitəsilə axşam çağı sözügedən pozuntu barədə ona məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə o, həmin əraziyə getmiş, ərazinin kürünüb dəmir dirəklə basdırıldığını görmüşdür.

15. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.

16. 4 saylı X14 X3 Komitəsinin xx.xx.2025-ci il tarixli iclas protokolundan görünür ki, Pirəbədil meşəbəyiliyinin meşəbəyisi X17 və həmin meşəbəyliyin 7 saylı dolayının meşə gözətçisi İddiaçı əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə 4 saylı X14 X3 Komitəsi tərəfindən razılıq verilmişdir.

17. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilib-verilməməsi məsələsinin xx.xx.2025-ci il tarixdə, saat 14:00da 4 saylı X14 Mərkəzinin binasında 4 saylı X14 X3 Komitəsi tərəfindən müzakirə olunacağı barədə məlumat verilmiş, iclasda iştirak etməsi təklif edilmişdir.

18. 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, 7 saylı dolayının 8 nömrəli kvartalında elektrik xətlərinin yerinin dəyişdirilməsi barədə xx.xx.2025ci il tarixdə Saleh Həmidova zəng vasitəsilə məlumat verdiyini bildirmişdir.

19. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən qeyd edilən qanunvericilik aktı və vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə 4 saylı X14 X3 Komitəsi tərəfindən razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 297/ü nömrəli əmrdən görünür ki, mühafizəsinə məsul olduğu dolayda “Azneft” İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən 10-15 gün müddətində qanunsuz aparılmış tikintiquraşdırma işlərinə maneə olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə 4 saylı Regional Meşə X2 meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması əmr edilmişdir.

20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 124/k nömrəli əmrdən görünür ki, mühafizəsinə məsul olduğu dolayda “Azneft” İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən 10-15 gün müddətində qanunsuz aparılmış tikintiquraşdırma işlərinə maneə olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə 4 saylı Regional Meşə X2 meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

21. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş meşə gözətçisin vəzifə təlimatından görünür ki, meşə gözətçisi dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim edir, meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlayır, meşədə yanğın təhlükəsizlik qaydalarına nəzarət edir, yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görür, yanğın haqqında meşəbəyliyə, mərkəzə və digər aidiyyəti qurumlara xəbər verir. Dolayın ərazisində meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşıyır. Xidməti ərazisi daxilində (dolay) meşə mühafizə və nəzarət tədbirlərini lazımi şəkildə və ya müddətdə təşkil etmədiyindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində meşə qanunvericiliyinin pozulması halları ilə bağlı müvafiq qanunvericiliklə məsuliyyət daşıyır. Bundan əlavə vəzifə təlimatı ilə tanış olduğunu İddiaçı imzası ilə təsdiq etmişdir.

22. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 014/K nömrəli əmrdən görünür ki, əmək funksiyası üzrə öhdəliyini tələb edilən qaydada yerinə yetirmədiyinə görə Pirəbədil meşəbəyiliyinin 7 saylı dolay meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsi əmr edilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, 4 saylı X14 Mərkəzinin direktor müavini X11 daxil olmuş DX-001 nömrəli, 11 yanvar 2024-cü il tarixli təqdimata əsasən Pirəbədil meşəbəyliyinin 7 saylı dolayın 8-ci kvartalında aparılan qəfləti yoxlama zamanı aşkar olunmuş ərazidə müxtəlif diametrli müxtəlif cinsli 13 ədəd kök üstə yaş ağacların kəsilərək aparılması faktı aşkar olunmuşdur.

23. 4 saylı X14 X3 Komitəsinin xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsinin mərkəzin direktoru Elbrus Əliyevdən xahiş edilməsi qərara alınmışdır. Babayev X8 iştirak etdiyini imzası ilə təsdiq etmişdir.

24. 4 saylı X14 Mərkəzinin direktoru Elbrus Əliyevə mərkəzin direktoru müavini X6 tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, tərəfindən Pirəbədil meşəbəyliyinin 7 saylı dolayın 8-ci kvartalında aparılan qəfləti yoxlama zamanı aşkar olunmuş ərazidə müxtəlif diametrli müxtəlif cinsli 13 ədəd kök üstə yaş ağacların kəsilərək aparılması faktı aşkar olunmuşdur. X19 və meşə gözətçisi İddiaçı əraziyə dəvət olunmuş və onlarda bu qırıntı ilə bağlı məlumatlarının olub-olmaması ilə bağlı izahat alınsa da, onlar öz növbələrində bundan məlumatsız olmaları barədə izahatlarında qeyd etmişdirlər. Qanunsuz ağac kəsilməsi zamanı təbiətə 629,07 manat məbləğində ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq dəymiş ziyanın ödənilməsi və səhlənkarlıq göstərmiş cavabdeh əməkdaşların məsuliyyət dərəcəsinə uyğun olaraq qanuna müvafiq tədbir görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X14 Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2024cü və xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş 58462 nömrəli aktdan görünür ki, Pirəbədil meşəbəyliyinin 7 saylı dolayında 13 ədəd kök üstə yaş vəziyyətdə olmuş ağacların qanunsuz olaraq kəsilməsi faktı aşkar olunmuşdur. Pirəbədil meşəbəyliyinin meşə gözətçisi ağacların kim və ya kimlər tərəfindən kəsilməsini bilmədiyi barədə yazılı izahat vermişdir.

26. Pirəbədil meşəbəyliyinin meşəbəyisi Saleh Həmidov və Pirəbədil meşəbəyliyinin meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli izahatardan görünür ki, Pirəbədil meşəbəyliyinin 7 saylı dolayında 13 ədəd kök üstə yaş vəziyyətdə olmuş ağacların qanunsuz olaraq kəsilməsi hadisəsi barədə məlumatlarının olmadığını bildirmişdirlər.

27. xx.xx.2024-cü il tarixli 4 saylı Regional Meşə X2 meşəbəyliyinin 7 saylı dolayının 8 saylı kvartalında aparılmış qanunsuz qırıntının çöl hesabatından görünür ki, cəmi 13 ədəd yaş kök üstə ağaclar kəsilərək yerindən aparılmışdır.

28. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Pirəbədil meşəbəyliyinin 7 saylı dolayında olan ağaclar kəsilmişdir.

29. 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartallarında xx.xx.2024-cü il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş təqsirkarı məlum olmayan qanunsuz qırıntının həcm-qiymət cədvəllərindən görünür ki, vurulmuş ziyan hesablanmış və yekun ödəniləcək məbləğ 629,07 manat təşkil etmişdir.

30. "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 1582 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ziyanın dəyəri olan 629,07 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

31. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi vəzifəsinə işə bərpa olunması barədə, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi təyin edilmişdir. Şabran X14 Mərkəzi sonradan "4 saylı X14 Mərkəzi" adlandırılmışdır. O, meşə gözətçisi olaraq işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X15 Mərkəzinin xx.xx.2025-d il tarixli, 124/K nömrəli əmrinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 31 iyul 2025-ci il tarixdən xitam verilmişdir. Həmin əmrdə qeyd olunur ki, 4 saylı X15 Mərkəzinin Pirəbədil meşəbəyliyinin 7 saylı meşə dolayında Azneft tB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən meşə fondu torpağı kürünərək diametrli ağac və kol cinsləri məhv edilmiş 1.3 ha ərazidə torpağın üst münbit qatı korlanmışdır. Nəticədə X23 277572,13 manat zərər hesablanmışdır. Göründüyü kimi Pirəbədil meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı vəzifə təlimatı üzrə müəyyən olunmuş vəzifələrini, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, nəticədə dövlətin qanunla qorunan mənafelərinə 277572,13 manat məbləğində ziyan dəymişdir. Məsələ ilə bağlı xx.xx.2025- ci il tarixdə 4 saylı X14 X3 Komitəsinin iclası keçirilmiş və Pirəbədil meşəbəyliyinin 7 saylı dolay meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bildirir ki, işlədiyi dövrdə Pirəbədil meşəbəyliyinin meşə gözətçisi olaraq 7 saylı dolayın 3 kvartalında əmək funksiyalarını həyata keçirmişdir. Hər bir kvartal təxminən 200 hektar ərazini əhatə edirdi. Bir gün ərzində isə bütün kvartalların hamısını gəzmək qeyri-mümkündür. 2025-ci ilin 1516 iyun tarixlərində o, 7 saylı dolayın 13 və 7-ci kvartallarını gəzmiş, 8-ci kvartalda olmamışdır. Belə ki, Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işləri həmin 8-ci kvartal ərazisində, 2025-ci ilin 15-16 iyun tarixlərində baş vermişdir. Üstəlik 2025-ci ilin 15-16 iyun tarixləri qeyri-iş günləri olmuşdur. Bundan əlavə 2025-ci ilin iyun ayının 5-i anası rəhmətə getdiyindən yas mərasimi ilə əlaqədar həmin ərəfələr başı çox qarışıq olmuşdur. 2025-ci ilin iyun ayının 17si axşam 8 saylı kvartalda olarkən Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparıldığını, ərazidə kol-kosların qırıldığını görmüşdür. Belə ki, Şabran rayonu, Pirəbədil kəndi ərazisində yerləşən "Şabran" otelin ərazisindən işıq dirəklərinin çıxardılaraq Pirəbədil meşəbəyliyinin 7 saylı dolayının ərazisində basdırıldığı ona məlum olmuşdur. O, Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin əməkdaşlarına etirazını bildirmiş və ona görülən işlərin yuxarı səviyyədə razılaşdırıldığı bildirilmişdir. Buna baxmayaraq, o, bu barədə 7 saylı dolayın meşəbəyisinə həmin gün dərhal şifahi formada məlumat vermişdir. 2025-ci ilin iyun ayının 18-i səhər meşəbəyi və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə gəldilər. Yerində baxış keçirilərək müvafiq inzibati xəta haqqında protokol tərtib edildi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Meşələrin İnkişafı Xidmətinə bu barədə məlumat verildi. Sonradan həmin faktlara hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərildi. Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin və "Şabran" otelin əməkdaşları işdən azad olunmaq yerinə heç bir əsas olmadan o, işdən azad olundu. Göründüyü kimi o, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, üzərinə düşən əmək vəzifələrini pozmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmri əsassız və qanunsuzdur. Həmin qanunsuz və əsassız əmr əsasında o işindən məhrum olmuşdur. Bundan sonra o, işin mediasiya vasitəsi ilə həll olunması məqsədi ilə əmək mübahisəsi, işə bərpa tələbləri ilə xx.xx.2025-ci il tarixdə Quba 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Qarşı tərəfin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmək üçün gəlməmiş, nəticədə ona Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmri ləğv edilməli, o, 4 saylı X14 Mərkəzində əvvəlki vəzifəsinə işə bərpa olunmalıdır və əmək müqaviləmə xitam verildiyi tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir.

33. Şabran Rayon Məhkəməsinin 2(031)-1010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

34. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 10, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “ə” bəndinə və 83.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

35. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlədiyi dövrdə Pirəbədil meşəbəyliyinin meşə gözətçisi olaraq 7 saylı dolayın 3 kvartalında əmək funksiyalarını həyata keçirmişdir. Hər bir kvartal təxminən 200 hektarərazini əhatə edirdi. Bir gün ərzində isə bütün kvartalların hamısını gəzmək qeyri-mümkündür. 2025-ci ilin 15-16 iyun tarixlərində 7 saylı dolayın 13 və 7-ci kvartallarını gəzmişdir, 8-ci kvartalda olmamışdır. Belə ki, Azneft İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işləri həmin 8-ci kvartal ərazisində, 2025-ci ilin 15-16 iyun tarixlərində baş vermişdir. Üstəlik 2025-ci ilin 15-16 iyun tarixləri qeyri-iş günləri olmuşdur. Bundan əlavə 2025-ci ilin iyun ayının 5-i anası rəhmətə getdiyindən yas mərasimi ilə əlaqədar həmin ərəfələr başı çox qarışıq olmuşdur. 2025-ci ilin iyun ayının 17-si axşam üstü 8 saylı kvartalda olarkən Azneft İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparıldığını, ərazidə kolkosların qırıldığını görmüşdür. Belə ki, Şabran rayonu, Pirəbədil kəndi ərazisində yerləşən “Şabran” otelin ərazisindən işıq dirəklərinin çıxardılaraq Pirəbədil meşəbəyliyinin 7 saylıdolayının ərazisində basdırıldığı ona məlum oldu. Azneft İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin əməkdaşlarına etirazını bildirmişdir və ona bildirilmişdir ki, görülən işlər yuxarı səviyyədə razılaşdırılıb. Buna baxmayaraq, bu barədə 7 saylı dolayın meşəbəyisinə həmin gün dərhal şifahi formada məlumat vermişdir. 2025-ci ilin iyun ayının 18-i səhər meşəbəyi və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə gəldilər. Yerində baxış keçirilərək müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya vəTəbii Sərvətlər Nazirliyinə və Meşələrin İnkişafı Xidmətinə bu barədə məlumat verildi. Sonradan həmin faktlara hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərildi. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiyavə Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətitərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi cənab Elnur Musayevə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şabran rayonunun inzibati ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Pirəbədil bələdiyyəsinin ərazisində diametrləri 16, 20 və 32 sm-lik 3 ədəd palıd və 1260 ədəd qaratikan kolunun, 4 saylı X14 Mərkəzinin (RMTMP) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalı ərazisində isə diametrləri 8-80 sm-lik 2398 ədəd meşə cinsli (qoz, fıstıq, vələs, palıd və s.) ağacın və 142 ədəd yemişan kolunun “Azneft” İB-yə məxsus 35 KV-lik “Zağlı-Zeyvə” hava elektrik verilişixətlərinin yerinin dəyişdirilməsiməqsədilə İB-yə məxsusağır texnika vasitəsilə məhv edilməsi, eyni zamanda meşə fonduna aid torpağın üst münbit qatının qanunsuz götürülməsi və yerində elektrik dirəklərinin basdırılması faktının aşkar olunduğu bildirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259cu maddəsinə əsasən təbiətə dəymiş ziyanın məbləği (ümumilikdə 480432,13 manat) cinayət tərkibi yaratdığını nəzərə alaraq iş üzrə materialların təqdim edilərək məsələyə hüquqi qiymət və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Göründüyü kimi yuxarı səviyyədə razılaşdırılmasaydı minlərlə ağac 2 gün ərzində necə qırıla bilərdi? Sual olunur necə ola bilər ki, 2 gün içərisində minlərlə ağac qırılır amma heç kəsin guya xəbəri olmayıb, hansı ki, bu qeyd etdiyi kimi yuxarı səviyyədə razılaşdırılmış məsələ idi. Razılaşma olmasa idi heç kəs bu addımı ata bilməzdi. Təqsirli olsaydı o, ən ağır cəzalardan birini almalı idi, təbiətə dəymiş külli miqdarda ziyan pulu onun ayağına vurulardı. Bir daha aydın olur ki, ağacların qırılmasında təqsirkar şəxs deyildir. O, həmin vaxt məlumat verməkdən başqa nə edə bilərdi. Həmin məlumatı isə hadisəni görən kimi dərhal məlumat vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

40. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

41. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

42. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: (...) b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.

Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

44. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən, əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsindən ibarətdir. Tələbin ikinci və üçüncü hissələri törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.

47. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, xx.xx.2013-cü ildən X22 X2 meşəbəyliyində meşə gözətçisi işlədiyini bildirir. xx.xx.2025-ci il tarixli 124/K nömrəli əmrlə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə göstərilib ki, onun nəzarət etdiyi ərazidə Azneft İB “Siyəzənneft” tərəfindən 1.3 ha meşə fondu torpağına zərər vurulmuş və dövlətə 277 572,13 manat ziyan dəymişdir. İddiaçı isə bildirir ki, bu hadisə 2025-ci ilin 15 - 16 iyun tarixlərində, qeyri-iş günlərində və onun həmin vaxt nəzarət etmədiyi kvartalda baş vermişdir. O, 17 iyun tarixində qanunsuz işləri aşkar etmiş, dərhal meşəbəyinə məlumat vermiş və ertəsi gün aidiyyəti qurumların əməkdaşları əraziyə baxış keçirərək protokol tərtib etmişlər. Buna baxmayaraq, qanunsuz iş aparan şəxslər deyil, o işdən azad edilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur.

49. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, işin mabahisə edilməyən hallarından biri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 014/K nömrəli əmrinə əsasən Pirəbədil meşəbəyiliyinin 7 saylı dolay meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir.

50. Bu hal onu göstərir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə töhmət verilməsinə baxmayaraq, onun məsuliyyətsizliyi, öhdəliklərini yerinə yetirməməsi və ya laqeyd davranması yenidən mənfi nəticələrə, yəni meşə qanunvericiliyinin pozulmasına gətirib çıxarmışdır, hansı ki, sözügedən pozuntu ilə bağlı İddiaçı məsuliyyət daşıyır.

51. İşdə olan sənədlərdən məlum olur ki, 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalı tərəfindən Pirəbədil meşəbəyiliyinin meşəbəyisi Saleh Həmidov və Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinə daxil olmuş şifahi məlumata əsasən 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8-ci kvartalın bir hissəsində 13 ha sahə ağır texnika vasitəsilə kürünmüş ərazidəki ağac və kollar əsasən torpağın altında qalmışdır. Ərazidə 7 ədəd yüksək gərginlik hava elektrik verilişi xətlərinin çəkilməsi məqsədilə dəmir dayaqla basdırlmışdır. Bu işlər heç bir icazə sənədi olmadan , Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən “ZağlıZeyvə” hava elektrik verilişi xətlərinin köçürülməsi nəticəsində olmuşdur. Həmin ərazidə olan müxtəlif diametrlərdə palıd cinsindən 820 ədəd, göyrüş cinsindən 284 ədəd, qarağac 153 ədəd, ağcaqayın 85 ədəd, fıstıq 22 ədəd, vələs 450 ədəd, yemişan 571 ədəd, qoz cinsindən 1 ədəd, cır alma 12 ədəd olmaqla, cəmi 2398 ədəd ağac, heyva cinsindən 10 ədəd, fındıq cinsindən 85 ədəd, alça cinsindən 47 ədəd olmaqla, cəmi 142 ədəd kol, ümumilikdə 2540 ədəd yaşıllıq, o cümlədən cücərti və yeniyetmələri kürünərək məhv edilmiş və torpağın üst münbit qatı götürülmüşdür.

52. 4 saylı Regional Meşə X2 meşəbəyiliyinin xidməti ərazilərindən keçən "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi barədə məlumatdan görünür ki, ümumilikdə köçürülmə zamanı X23 dəymiş zərərin məbləği 277572,13 manat təşkil etmişdir.

53. 4 saylı X14 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, sözügedən ərazinin qanunsuz olaraq kürünməsi və elektrik dirəklərinin basdırılması barədə şifahi məlumat verdiyini bildirmişdir.

54. 4 saylı X14 Mərkəzinin meşəbəyisi X9 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi ilə əlaqədar meşəbəyi və ya meşə gözətçisi tərəfindən mərkəzə rəsmi və ya şifahi məlumat daxil olmadığını bildirmişdir.

55. Göründüyü kimi İddiaçı iddia ərizəsində və iş materiallarında olan izahatında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı Regional Meşə X2 meşəbəyiliyinin 7 saylı meşə dolayısında Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən meşə fondu torpağının kürünərək diametrli ağac və kol cinsləri məhv edildiyi, 1.3 ha ərazidə torpağın üst münbit qatı korlandığı barədə 7 saylı dolayın meşəbəyisinə şifahi formada məlumat verdiyini qeyd etmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş meşə gözətçisin vəzifə təlimatından görünür ki, meşə gözətçisi dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim etməlidir.

56. Bundan əlavə dolayın ərazisində meşələrin qorunub mühafizə olunmasına və meşə mühafizə və nəzarət tədbirlərini lazımi şəkildə və ya müddətdə təşkil etmədiyindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində meşə qanunvericiliyinin pozulması halları ilə bağlı müvafiq qanunvericiliklə məsuliyyət daşıyır.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hazırki məhkəmə iclasında vermiş olduğu şifahi izahatına əsasən müəyyən edilmişdir ki, o, həmin günlər qeyri-iş günü olmasını qeyd etsədə, işdə olmuş və əraziyə səhər saat 10 radələrində baş çəkmişdir. Baş çəkdikdən sonra hadisənin foto görüntüsünü əldə etmiş , lakin bunu axşam saatlarında öz rəhbərliyinə telefon vasitəsilə ötürmüşdür. Həmçinin o, izahatında qeyd etmişdir ki, hadisə yerinə baxış keçirdikdən sonra həmin yerdən uzaqlaşaraq digər meşə sahələrinə baxışa getmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ağacların kəsilməsinin canlı şahidi olsada o bunları görərək etinasız yanaşmış, ağacların kəsilməsi barədə dərhal öz işinə qayıtmamış və bununlada ağacların davamlı olaraq kəsilməsinə şərait yaratmışdır.Halbuki o, həmin an kəsimin dayandırılmasını tələb etməklə polisə , bilavasitə öz iş yerinə məlumat verməklə faktiki yerini dəyişməməli və təkidlə kəsimin qarşısını almalı idi. Lakin iddiaçı bunu etməmiş və evə getdikdən sonra axşam saatlarına şifahi məlumat vermişdir ki, buda nəticədə xeyli ağacların kəsilməsi ilə nəticələnmişdir.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlil həmin əmrin ləğv edilməsi üçün əsas deyildir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 4 saylı X14 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmri ləğv edilmədiyindən apellyasiya şikayətinin digər hissələrinə (işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) prosessual qənəat prinsipi nəzərə almaqla qiymət verilməsinə zərurət qalmamışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

61. Beləliklə, göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. 62.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 2(031)-1010/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar