Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-251/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 Mədəniyyət İdarəsi və X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili vəkil1, cavadehin nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 Mədəniyyət İdarəsi və X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsi Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin ## ###### 2024-cü il tarixli ** saylı əmrindən görünür ki, İddiaçı Mərkəzə müəllim vəzifəsinə bərpa edilməsinin icra edilməsi, İddiaçı 12 saat ümumi fənn (qarmon) dərs yükü ilə təmin edilməsi əmr edilmişdir. 2.## ##### 2025-ci il tarixdə Şamaxı İncəsənət Təhsili Mərkəzinin ilk həmkarlar İttifaqı təşkilatının keçirdiyi iclasın ** nömrəli protokolundan çıxarışdan görünür ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin qarmon müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunmasına etiraz edilmədiyi qərar alınmışdır. 3.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyət idarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmrində göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ##.##.2025-ci il tarixdən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 Mədəniyyət İdarəsi və X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə, əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1986-cı il tarixdən musiqi məktəbində tədris işləri üzrə direktor vəzifəsində çalışmış, ##.##.2013-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2013-cü il tarixdə İncəsənət Təhsili Mərkəzinə müəllim təyin edilmiş, ##.##.2013-cü ildən etibarən Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsindən azad edilmiş, buna əsas kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü olmuşdur. X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Mərkəzin ümumi fənn (qarmon) müəllimi kimi vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi əsası kimi, barəsində tərtib olunmuş aktlar göstərilmişdir. Burada əsas kimi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin İlk Həmkarlar İttifaqı Təşkilatının keçirdiyi iclasın ** nömrəli protokolundan çıxarışı göstərilmişdir. Belə ki, çıxarışda qeyd olunmuşdur ki, Mərkəzin Xalq çalğı Alətləri şöbəsinin müdiri Mürsəliyeva Lətafət çıxış edərək bildirdi ki, əmək intizamını ciddi pozduğuna görə Mərkəzin ümumi fənn (qarmon) müəllimi İddiaçı barəsində aktlar tərtib olunmuş, hətta Mərkəzdə işləyən qızı X3 bu barədə məlumat verilmişdir. Bütün bunlara baxmayaraq, o heç bir məlumat vermədən işə gəlməmişdir; Mərkəzin Fortepiano müəllimi Həmidova Təranə İddiaçı işə gəlmədiyini təsdiq etdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmədiyini bildirdi; Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin ilk Həmkarlar İttifaqı Təşkilatının sədri Məryam Babayeva öz çıxışında bildirdi ki, həqiqətən qarmon müəllimi İddiaçı qeyd olunan tarixlərdə işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən azad olunmasına etiraz etmir. Onun işdən xaric olunmasına səbəb kimi, qeyd etdiyi müddətdə işə üzrsüz olaraq gəlməməməsi qeyd edilmişdir. Həmkarlar ittifaqı tərəfindən tərtib olunmuş protokolla və işdən çıxarılması ilə bağlı əmrlə qətiyyən razı deyil, ona qarşı ədalətsizlik olmuşdur. Belə ki, onun barəsində davam edən cinayət işi ilə bağlı üzrlü səbəbdən işə gələ bilmədiyi halda, bu vəziyyət başqa cür qiymətləndirilmiş və ədalətsiz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdən qanunsuz olaraq çıxarılması ilə bağlı o, Mədəniyyət İşçiləri həmkarlar İttifaqı Respublika Komitəsinə ərizə ilə müraciət etmiş və ərizəyə baxılaraq, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının **-*-**/****V**** nömrəli, ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ##.##.2025-ci il tarixdə *(***)-*/**** nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq olunması ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Buna görə də, ondan asılı olmayan və üzrlü səbəbdən iş yerinə gələ və əmək funksiyalarını icra edə bilməmiş və bu halla bağlı İttifaq əvvəlcədən məlumatlandırılmadığı üçün, iclasın qərarı natamam məlumat əsasında verilmişdir. Bu səbəbdən də, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı bildirmişdir ki, əgər təqdim edilən məlumatlarda bəhs edilən hallar əvvəlcədən qeyd olunsa idi, İclasın münasibəti fərqli ola bilərdi və onun hüquqlarının qorunması zəminində müvafiq addımlar atılardı. Sözügedən məktubdan da aydın görünür ki, onun işdən çıxarılması barədə əmr tamamilə qanunsuz və ədalətsizdir. O, 45 il müddətində qüsursuz olaraq Şamaxı Şəhər İncəsənət Məktəbində işləmiş, laureatlar yetişdirmiş, Nazirliyin fəxri fərmanları, tərifnamə və pul mükafatları ilə təltif olunmuşdur. Bu günə qədər işlədiyi heç bir yerdən onun öz iş öhdəliklərini yerinə yetirməməsinə və ya vəzifədən suiistifadə etməyə dair heç bir şikayət və ya narazılıq olmamışdır. Onun işdən çıxarılması barədə əmr əsaslandırılmayıb və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməyib, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmamışdır. Ona görə də, işdən çıxarılmasını tamamilə qanunsuz və əsassız hesab edir. 6.Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, barəsində cinayət işinə baxılması ilə əlaqədar, ##.##.2025-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin binasında olmuş, lakin səhhəti pisləşdiyindən, məhkəmə iclasının bitməsini gözləmədən, məhkəmə iclas zalını tərk etmişdir. Həmin gün barəsində məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, sonrakı günlər və ümumiyyətlə hökmdən tərəfindən verilmiş apellyasiya şikayətinə baxılanadək işə çıxmamış, hesab etmişdir ki, müdriyyət müvəqqəti olaraq onun işini dayandırmalıdır. 7.Məhkəmə iclasında cavabdeh X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin nümayəndəsi - vəkil vəkil2 iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. 8.Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 Mədəniyyət İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 9.İş üzrə cavabdehin nümayəndəsi vəkil2 Qəhraman oğlu iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrindən görünür ki, əmr İddiaçı barəsində olmaqla onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozulması səbəbilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qəbul edilmişdir. Qeyd edilməlidir ki, işçinin əmək funksiyası, yəni yerinə yetirməli olduğu işlər (vəzifələr, öhdəliklər) işəgötürənlə qarşılıqlı razılaşma əsasında və müqavilə bağlamaq yolu ilə müəyyən edilir ki, həmin yazılı razılaşma elektron qaydada imzalandığı gündən artıq tərəflər üçün müəyyən vəzifələr və hüquqlar yaradır. Qeyd edək ki, işçi əmək müqaviləsi üzrə müəyyən edilmiş və üzərinə düşən vəzifəni müəyyən və davamlı müddət üçün yerinə yetirmir və yerinə yetirməməsinin səbəblərini üzürlü olduğuna dair hər hansı sübut təqdim etmir, bu hal onun yerinə yetirdiyi funksiya ilə bağlılığı olan digər vəzifələrin də icrasına maneçilik törədəcək və nəhayətdə müəssisənin normal fəaliyyəti pozulacaq. Bu, maddi istehsal sahələrində hətta maddi ziyana da səbəb olur. Belə olan halda, yəni işçinin iş yerində əmək funksiyalarını pozma əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olar. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. İşçinin əmək vəzifələrini kobud şəkildə pozması isə işə davamlı gecikməsi, iş yerində nizam-intizamın pozulması, əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərin kobud pozulması kimi hallar aiddir. Bu bənd işəgötürənə qanunla müəyyən edilmiş əsaslarla və qaydada işçini işdən azad etməyə hüquqi imkan verir, lakin bunun üçün ciddi sübutlar, prosedur qaydalar və əmək mübahisəsi üçün apellyasiya imkanları nəzərdə tutulub. Qeyd edilən maddi hüquq normasının hazırkı mübahisəyə tətbiq edilməklə işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilməsi əsaslıdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı 21- ##.##.2025, ##.##.2025 və ##.##.2025, ##.##.2025, 14-##.##.2025, ##.##.2025 və ##.##.2025 və 04-##.##.2025-ci il tarixlərdə işəgötürənə heç bir məlumat vermədən (sonradan da hər hansı üzürlü səbəb gətirmədən) işə gəlməmişdir. Bu hallar müvafiq tarixlərdə tərtib edilmiş aktlarla təsdiq edilir. Həmçinin işə götürən tərəfindən müvafiq tarixlərdə həmin hallarla bağlı X2 Mədəniyyət İdarəsinin rəisinə xidməti məruzələr edilmişdir. Qeyd edilən hal ciddi şəkildə əmək intizamının yuxarıda sadalanan kobud pozulması halı olmaqla yanaşı, əmək kollektivi içərisində əmək münasibətlərində digərlərinin hüquq bərabərləyinin təmin edilməsi kimi təməl prinsipin pozulması deməkdir. Qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində tələbini yeganə əsaslandırdığı hal barəsində olan cinayət işinin olmasıdır. İddiaçı qeyd edir ki, işə gəlməməsinin səbəbi barəsində olan cinayət işi ilə bağlı gedən istintaq hərəkətlərində iştirak etməsi olmuşdur. Bu hallarla bağlı qeyd edək ki, iddiaçı İddiaçı törətdiyi cinayət hüquqi əmələ görə məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı hökmü ilə o, ##.##.2025-ci il tarixdə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Burdan görünür ki, hələ məhkəmənin hökmü çıxarılanadək, yəni 21 və ## ###### 2025-ci il tarixlərdə (iki gün ardıcıl olaraq) iddiaçı İddiaçı işə gəlməmiş, gəlməməsinin səbələri barədə işəgötürənə heç nə bildirməmişdir. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsaəsn özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi (proqul) işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qanunvericilik konkret olaraq iki halı biri işçinin özünün xəstələnməsi, ikincisi isə onun yaxın qohumunun xəstələnməsi, yaxud da ölməsi ilə əlaqədar halları üzürlü hesab etmişdir. Digər halların qanunvericilikdə üzrlü hesab edilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktorunun ##.##.2025-ci il tarixli, ** saylı məktubu ilə Mərkəzin ilk Həmkarlar İttifaqının sədrinə İddiaçı əmək qanunvericiliyini kobud şəkildə pozulması halı ilə bağlı onunla əmək münasibətlərinə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Mərkəzin ilk Həmkarlar İttifaqının ##.##.2025-ci il tarixli, ** saylı iclas protokolu ilə Mərkəzinm qarmon müəllimi İddiaçı AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktorunun ##.##.2025-ci il tarixli, ** nömrəli əmri verilərkən əmək qanunvericiliyinin yuxarıda qeyd edilən bütün tələbləri gözlənilmiş, ona görə də qeyd edilənləri nəzərə alıb, tələbin əsassız olması və iddiaçı İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. 10.Həmçinin, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 Mədəniyyət İdarəsi Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Yeganə Əzizova iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsində qeyd edilib ki, guya iddiaçı uzun illər qüsursuz işləmiş, 2025-ci ilin fevral ayında onun barəsində cinayət işi getdiyinə görə üzürlü səbəblərdən işə çıxa bilməmiş, daha sonra isə, barəsində ittiham hökmü çıxarılmışdır, iddiaçı məhz bu səbəbləri əsas götürərək, işə çıxmamasının səbəblərini üzürlü hesab edir və tərəfimizdən verilmiş əmri qanunsuz hesab edir. Bildirir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi əsas götürülməklə işdən azad edilməsi barədə olan əmr, eləcə də həmin əmrin verilməsinədək olan proseslər tamamilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur və heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, iddiaçı İddiaçı işə çıxmadığı ##.##.2025-ci il tarixindən başlayaraq ##.##.2025-ci il tarixinədək olan dövr ərzində hər gün onun işə çıxmadığını təsdiq edən aktlar tərtib edilmiş, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsinə mütəmadi olaraq məlumat verilmiş, onun bu kobud əmək pozuntusu barədə Həmkarlar İttifaqı Təşkilatına müraciət edilərək müsbət rəy alınmışdır.İddiaçının onun barəsində cinayət işinin araşdırılması səbəbindən işə çıxmamasının səbəblərinin üzrlü olması barədə arqumenti də tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan və iddiaçının öz iddia ərizəsində də istinad etdiyi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı hökmünə əsasən, İddiaçı barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Lakin İddiaçı məhkəmə istintaqından yayındığına görə, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Məhkəmə bu barədə eyni tarixli qərar da qəbul etmiş və icra olunmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinə həvalə etmişdir. Yəni, Lalə Məmmədova məhkəmə hökmü ilə həbs edilməyib, əksinə, heç bir üzürlü səbəb göstərmədən həm işə gəlməmiş, həm də barəsində gedən cinayət işi üzrə çağırışlardan yayınaraq gizlənmişdir. Bu isə, İddiaçınm nəinki məsuliyyətli işçi, ümumiyyətlə qanunlara hörmət edən vətəndaş olmadığını da bir daha təsdiq edir. Bütün bunlar, iddiaçı İddiaçı iddiasının tamamilə əsassız olduğu qənaətinə gəlmək üçün kifayətdir. Məhkəmədən iddiaçı İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinə qarşı “əmrin ləğvi, işəbərpa və məcburi işburaxma müddətinə görə əməkhaqqı tələbi” barədə iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. 11.Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (Hakim Fərid Yaqubov) 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 70-ci maddəsinin “c” bəndinə, 72-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 13.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətanməsini ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin çıxarmış olduğu qətnaməni tamamilə qanunsuz və əsassız hesab edirlər. Belə ki, məhkəmə prosesində cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, „ iddiaçının iddia ərizəsində tələbini yeganə əsaslandırdığı hal barəsində olan cinayət işinin olmasıdır. İddiaçı qeyd edir ki, işə gəlməməsinin səbəbi barəsində olan cinayət işi ilə bağlı gedən istintaq hərəkətlərində iştirak etməsi olmuşdur. Bu hallarla bağlı qeyd edirlər ki, iddiaçı İddiaçı törətdiyi cinayət hüquqi əmələ görə məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı hökmü ilə o, ##.##.2025-ci il tarixdə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum(dəlillər) edilmişdir. Burdan görünür ki, hələ məhkəmənin hökmü çıxarılanadək, yəni 21 və ## ###### 2025-ci il tarixlərdə (iki gün ardıcıl olaraq) iddiaçı İddiaçı işə gəlməmiş, gəlməməsinin səbələri barədə işəgötürənə heç nə bildirməmişdir.“Məhkəmənin nəzərinə çatdırırırlar ki, ##.##.1986-cı il tarixdən musiqi məktəbində tədris işləri üzrə direktor vəzifəsində çalışmış, ##.##.2013-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2013-cü il tarixdə İncəsənət Təhsili Mərkəzinə müəllim təyin edilmiş, ##.##.2013-cü ildən etibarən Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini vəzifəsindən azad edilmiş, buna əsas kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü olmuşdur. X2 Mədəniyyət İdarəsinin Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Mərkəzin ümumi fənn (qarmon) müəllimi kimi vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi əsası kimi, barəsində tərtib olunmuş aktlar göstərilmişdir. Burada əsas kimi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin İlk Həmkarlar İttifaqı Təşkilatının keçirdiyi iclasın ** nömrəli protokolundan çıxarışı göstərilmişdir. Belə ki, çıxarışda qeyd olunmuşdur ki, Mərkəzin Xalq çalğı Alətləri şöbəsinin müdiri Mürsəliyeva Lətafət çıxış edərək bildirdi ki, əmək intizamını ciddi pozduğuna görə Mərkəzin ümumi fənn (qarmon) müəllimi İddiaçı barəsində aktlar tərtib olunmuş, hətta Mərkəzdə işləyən qızı X3 bu barədə məlumat verilmişdir. Bütün bunlara baxmayaraq, o heç bir məlumat vermədən işə gəlməmişdir; Mərkəzin Fortepiano müəllimi Həmidova Təranə İddiaçı işə gəlmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmədiyini bildirdi; Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin ilk Həmkarlar İttifaqı Təşkilatının sədri Məryam Babayeva öz çıxışında bildirdi ki, həqiqətən qarmon müəllimi İddiaçı qeyd olunan tarixlərdə işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən azad olunmasına etiraz etmir. Onun işdən xaric olunmasına səbəb kimi, qeyd etdiyi müddətdə işə üzrsüz olaraq gəlməməməsi qeyd edilmişdir. Həmkarlar ittifaqı tərəfindən tərtib olunmuş protokolla və işdən çıxarılması ilə bağlı əmrlə qətiyyən razı deyil, ona qarşı ədalətsizlik olmuşdur. Belə ki, onun barəsində davam edən cinayət işi ilə bağlı üzrlü səbəbdən işə gələ bilmədiyi halda, bu vəziyyət başqa cür qiymətləndirilmiş və ədalətsiz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdən qanunsuz olaraq çıxarılması ilə bağlı o, Mədəniyyət İşçiləri həmkarlar İttifaqı Respublika Komitəsinə ərizə ilə müraciət etmiş və ərizəyə baxılaraq, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 16-1-19/2- ***V**** nömrəli, ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ##.##.2025-ci il tarixdə *(***)-*/**** nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq olunması ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Buna görə də, ondan asılı olmayan və üzrlü səbəbdən iş yerinə gələ və əmək funksiyalarını icra edə bilməmiş və bu halla bağlı İttifaq əvvəlcədən məlumatlandırılmadığı üçün, iclasın qərarı natamam məlumat əsasında verilmişdir. Bu səbəbdən də, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı bildirmişdir ki, əgər təqdim edilən məlumatlarda bəhs edilən hallar əvvəlcədən qeyd olunsa idi, İclasın münasibəti fərqli ola bilərdi və onun hüquqlarının qorunması zəminində müvafiq addımlar atılardı. Sözügedən məktubdan da aydın görünür ki, onun işdən çıxarılması barədə əmr tamamilə qanunsuz və ədalətsizdir. O, 45 il müddətində qüsursuz olaraq Şamaxı Şəhər İncəsənət Məktəbində işləmiş, laureatlar yetişdirmiş, Nazirliyin fəxri fərmanları, tərifnamə və pul mükafatları ilə təltif olunmuşdur. Bu günə qədər işlədiyi heç bir yerdən onun öz iş öhdəliklərini yerinə yetirməməsinə və ya vəzifədən sui-istifadə etməyə dair heç bir şikayət və ya narazılıq olmamışdır. Onun işdən çıxarılması barədə əmr əsaslandırılmayıb və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməyib, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmamışdır. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində iddia tələbinin təmin edilməməsi ilə bağlı çıxışı ilə razılaşmırlar. Aydın məsələdir ki, hökm ##.##.2025-ci il tarixdə çıxarılmış olsa da istintaq və məhkəmə prosesləri ilə əlaqədar olaraq iddiaçı dəfələrlə istintaq və məhkəmə orqanlarına getməli olmuşdur. Hesab edirlər ki, iddiaçının işə gəlməmə səbəbi üzrlüdür və onun iradəsindən aslı olmayan bir səbəbdən işə gələ bilməmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə icraatında olan cinayət işinin sanki cəmi 1 proseslə yekunlaşan bir proses kimi qələmə vermişdir. Hesab edirlər ki, iddia tələbinin təmin olunması üçün kifayət qədər əsaslar vardır. Məhkəmə isə bu sübutları tam və ətraflı tədqiq etmədən əsassız qətnamə çıxarmışdır. Bu səbəblə də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edirlər. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Cavadehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinə qarş əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əməkhaqqı tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəklili tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəllili olaraq göstərilir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tələbini pozaraq iş üzrə düzgün nəticəyə gəlməmiş, həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları düzgün və tam araşdırmamışdır. Hesab edirlər ki, apellyasiya şikayəti dəlilləri əsassızdır, təmin edilə bilməz. 16.Belə ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrindən görünür ki, əmr İddiaçı barəsində olmaqla onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin pozulması səbəbilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qəbul edilmişdir. Qeyd edilməlidir ki, işçinin əmək funksiyası, yəni yerinə yetirməli olduğu işlər (vəzifələr, öhdəliklər) işəgötürənlə qarşılıql razılaşma əsasında və müqavilə bağlamaq yolu ilə müəyyən edilir ki, həmin yazılı razılaşma elektron qaydada imzalandığı gündən artıq tərəflər üçün müəyyən vəzifələr və hüquqlar yaradır. Qeyd edək ki, işçi əmək müqaviləsi üzrə müəyyən edilmiş və üzərinə düşən vəzifəni müəyyən və davamlı müddət üçün yerinə yetirmir və yerinə yetirməməsinin səbəblərini üzürlü olduğuna dair hər hansı sübut təqdim etmir, bu hal onun yerinə yetirdiyi funksiya ilə bağlılığı olan digər vəzifələrin də icrasına maneçilik törədəcək və nəhayətdə müəssisənin normal fəaliyyəti pozulacaq. Bu, maddi istehsal sahələrində hətta maddi ziyana da səbəb olur. Belə olan halda, yəni işçinin iş yerində əmək funksiyalarını pozma əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olar. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. İşçinin əmək vəzifələrini kobud şəkildə pozması isə işə davamlı gecikməsi, iş yerində nizam-intizamın pozulması, əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərin kobud pozulması kimi hallar aiddir. Bu bənd işəgötürənə qanunla müəyyən edilmiş əsaslarla və qaydada işçini işdən azad etməyə hüquqi imkan verir, lakin bunun üçün ciddi sübutlar, prosedur qaydalar və əmək mübahisəsi üçün apellyasiya imkanları nəzərdə tutulub. 17.Qeyd edilən maddi hüquq normasının hazırkı mübahisəyə tətbiq edilməklə işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilməsi əsaslıdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı L. Novruzova 21-##.##.2025, ##.##.2025 və ##.##.2025, ##.##.2025, 14-##.##.2025##.##.2025 və ##.##.2025 və 04-##.##.2025-ci il tarixlərdə işəgötürənə heç bir məlumat vermədən (sonradan da hər hansı üzürlü səbəb gətirmədən) işə gəlməmişdir. Bu hallar müvafiq tarixlərdə tərtib edilmiş aktlarla təsdiq edilir. Həmçinin işə götürən tərəfindən müvafiq tarixlərdə həmin hallarla bağlı X2 Mədəniyyət İdarəsinin rəisinə xidməti məruzələr edilmişdir. Qeyd edilən hal ciddi şəkildə əmək intizamının yuxarıda sadalanan kobud pozulması halı olmaqla yanaşı, əmək kollektivi içərisində əmək münasibətlərində digərlərinin hüquq bərabərləyinin təmin edilməsi kimi təməl prinsipin pozulması deməkdir. 18.Qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin ləğv edilməsi barədə tələbini yeganə əsaslandırdığı hal iddiaçının barəsində olan cinayət işinin olması və işə gəlməməsinin səbəbi də iddiaçı barəsində olan cinayət işi ilə bağlı gedən istintaq hərəkətlərində iştirak etməsi olmuşdur. 19.Bu hallarla bağlı qeyd edir ki, iddiaçı İddiaçı törətdiyi cinayət hüquqi əmələ görə məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı hökmü ilə o, ##.##.2025-ci il tarixdə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Burdan görünür ki, hələ məhkəmənin hökmü çıxarılanadək, yəni 21 və ## ###### 2025-ci il tarixlərdə (iki gün ardıcıl olaraq) iddiaçı İddiaçı işə gəlməmiş, gəlməməsinin səbələri barədə işəgötürənə heç nə bildirməmişdir. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi (proqul) işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qanunvericilik konkret olaraq iki halı-biri işçinin özünün xəstələnməsi, ikincisi isə onun yaxın qohumunun xəstələnməsi, yaxud da ölməsi ilə əlaqədar halları üzürlü hesab etmişdir. Digər halların qanunvericilikdə üzrlü hesab edilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddianın rədd edilməsi barədə nəticəyə gələrkən qeyd edilən maddi hüquq normasının tələbini əsas tutmuş və əsaslı qərar qəbul etmişdir. 20.Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktorunun ##.##.2025-ci il tarixli, ** saylı məktubu ilə Mərkəzin ilk Həmkarlar İttifaqının sədrinə İddiaçı əmək qanunvericiliyini kobud şəkildə pozulması halı ilə bağlı onunla əmək münasibətlərinə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Mərkəzin ilk Həmkarlar İttifaqının ##.##.2025-ci il tarixli, ** saylı iclas protokolu ilə Mərkəzin qarmon müəllimi İddiaçı 21.Məmməd qızının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz edilməmişdir. 22.Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktorunun ##.##.2025-ci il tarixli, ** nömrəli əmri verilərkən əmək qanunvericiliyinin yuxarıda qeyd edilən bütün tələbləri gözlənilmiş, ona görə də qeyd edilənləri nəzərə alıb məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsi və iddiaçı İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyyət İdarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinə qarş əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əməkhaqqı tələbinə dair iddiasının rədd edilməsi barədə Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya icraatı iştirakçılarının izahatları 23.Məhkəmə iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. 24.Məhkəmə iclasında cavadehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 25.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 Mədəniyyət İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 26.Maddə 35. (İ, II və VII hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 27.Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. 28.Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 29.Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 30.Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 31.Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 32.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 37.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 39.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. 43.İşin mübahisəsiz hallarından görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 Mədəniyət idarəsi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin ## ##### 2025-ci il tarixli ** nömrəli əmrində göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ##.##.2025-ci il tarixdən işdən azad edilmişdir. Şamaxı İncəsənət Təhsili Mərkəzinin ilk həmkarlar İttifaqı təşkilatının keçirdiyi iclasın ** nömrəli protokolundan çıxarışdan görünür ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin qarmon müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunmasına etiraz edilmədiyi qərar alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı hökmü ilə İddiaçı ##.##.2025-ci il tarixdə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin digər mübahisəsiz hallarından görünür ki, 21 və ## ###### 2025-ci il tarixlərdə (iki gün ardıcıl olaraq) iddiaçı İddiaçı işə gəlməmişdir. 44.Kollegiya apellyasiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator məhkəmə kollegiyasının iclasında gəlməməsinin səbəbləri barədə işəgötürənə (direktorun katibəsinə) qabaqcadan məlumat verilməsini göstərsə də, buna dair hər hansı mötəbər və təkzibolunmaz sübut təqdim edə bilməmişdir. 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 46.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 47.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 48.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-251/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-251/2026
13.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver