Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-262/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X6 X5 Xidməti publik hüquqi şəxsin X7 Idarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X6 X5 Xidməti publik hüquqi şəxsin X7 Idarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh ADSEA-nin “X5 Xidməti” PHŞ-in X7 Idarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, X7 Idarəsinin ##.##.2025-ci il tarixli ****-*/ş saylı əmrini qanunsuz və əsassız olduğundan ləğv edərək, ADSEA-nin sədri Zaur Mikayılovun ##.##.2024-cü il tarixli FƏ67 N-li əmri və "xxxx" MMC ilə ##.##.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında hazırlanmış, ##.##.2024-cü ildə bağlanmış müddətsiz əmək müqaviləsi şərtləri əsasında işə bərpa olunması, işə bərpa olunması DSEA-nin sədri Zaur Mikayılovun ##.##.2024-cü il tarixli FƏ67 N-li əmrinə və onun 3-cü bəndinə əsasən işə bərpa ##.##.2024-cü il tarixdən hesablanaraq, işə çıxdığı, lakin əmək haqqı almadığı ##.##.2024- ##.##.2025 tarixlər üçün əmək haqqı ödənilməsi, işdən azad edildikdən sonra boşdayanmalara görə əmək haqqının və Ilkin Mediasiya Xidməti üçün ödədiyi 60 AZN-nin ödənilməsi, "xxxx" MMC Prezidentin ##.##.2023-cü il tarixli 2074 N-li Fərmanı ilə yaradılan Dövlət X6nin tərkibində 1 il 9 ay (##.##.2023-##.##.2024) fəaliyyət göstərdiyindən, mülkiyyətçinin dəyişməsi ilə əvvəlki müqavilə şərtləri saxlandığı, bunun əsasında yeni müqavilə bağlandığından (##.##.2024 tarixli) yeni yaradılan X4 Idarəsi ilə müqavilənin də ona uyğunlaşdırılması, fəaliyyətini rahat, qüsursuz və fasiləsiz surətdə həyata keçirə bilməyi üçün, gələcəkdə yenidən bəhanə taparaq Əmək Məcəlləsinin 10-1; 68 və 70 (e) maddələrinin tətbiq edilməsinə şərait yaranmayana qədər işdən azad edilməyini qadağan edən qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, X7 Idarəsinin ##.##.2025-ci il tarixli ****-*/ş saylı əmrininin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, ADSEA-nin sədri Zaur Mikayılovun ##.##.2024-cü il tarixli FƏ67 N-li əmrinə əsasən onunla 2 ay əvvəl ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv olunması göstərilmədiyindən, X7 Idarəsində iş başlama vaxtı ##.##.2025-ci il tarixdən hesablanmaqla, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixdə qanunsuz olaraq işdən azad olunduğu üçün, işə bərpa olunması üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin 2 ay vaxt keçdikdən sonra heç bir məlumat almadığından, ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edən zaman məlum olmuşdu ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə mediasiya şurasına müraciət edilmədiyindən sənədləri geri qaytarılmışdır. ##.##.2025-ci il tarixdə 60 manat mediasiya xərcini ödəməklə Abşeron * saylı Mediasiya təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. O, 2020-ci ildə Ceyranbatan su anbarı ətrafındakı meşə sahəsinin 4 km uzunluğunda 40 m enində (16 ha) 60-70 illik çox qiymətli meşə sahəsinin köçürmə adı ilə məhv edilməsinin qarşısını aldığı üçün, keçmiş FHN SEDA-nin və "xxxx" MMC-nin rəhbərliyinin, habelə FHN-nin yüksək rütbəli şəxslərin qəzəbinə tuş gəldi yəni, onun 65 yaşının tamam olması ilə əlaqədar qanunsuz olaraq işdən azad etmişlər. Dövlət büdcəsindən alınan vəsaitlə işlədiklərini əsas gətirib, hətta nazir müavini də məhkəmələrə məktubla müraciət edərək, "xxxx" MMC-nin büdcədən maliyələşən müəssisə olduğunu iddia etsələr də, məhkəmələr həmin müəssisənin büdcə təşkilatı olmadığını dəqiq müəyyən etdi və 28 aydan sonra (üç yay mövsümü) işinə bərpa olundu, 28 aylıq məcburi işburaxmaya görə əmək haqqını da almışdı. Ancaq bu dövr ərzində meşələrin daha böyük hissəsi də bilərəkdən və qəsdən məhv edildi. Indi yaşının 70 olmasından istifadə edən keçmiş rəhbərliyin DSEA-də mühüm post tutan qohum və yaxınları, həmçinin müəssisədə keçmiş rəhbərliyin yaxın adamları tərəfindən çox çirkin, qanunsuz işlər aparılır. Ona əvvəlcə əmək müqaviləsinin digər bütün işçilərlə bərabər müddətsiz uzadılacağını bildirmişlər, ilkin əsas kimi meşə üzrə yeganə mütəxəssis olması və uzun müddət burada işləməsi idi. Lakin sonradan Əmək Məcəlləsinin 10.1 və 70 (e)-ci maddələrinin tətbiqi ilə əmək müqaviləsinə xitam verilə biləcəyi deyilirdi, ancaq heç bir rəsmi sənəd yox idi. Ona görə də surəti X5 Xidməti publik hüquqi şəxsin (RSMX PHŞ) idarə heyətinin sədri Zakir Quliyevə olmaqla, X7 Idarəsinin direktoru Yusif Ələsgərova ünvanladığı ## ### 2025-ci il tarixli məktubundan sonra, onun "Işçi çalışmasının yaş həddinə görə" və buna görə də 70 yaşının tamam olmasına görə işdən azad edə bilməyəcəklərini müəyyənləşdirdiklərindən və məhkəmə qərarı ilə yenidən işə qayıdacağından ehtiyatlanaraq, düz 1 həftə sonra, ## ### 2025-ci il tarixdə 8 gün əvvələ sənədləşdirilərək əmr və "bildiriş" təqdim etdilər. Işdən azad olunma haqqındakı ##.##.2025-ci il tarixli 0217-1/3 N-li həmin əmr saxtakar, əsassız və qanunsuzdur. Əmək məsələləri Əmək Məcəlləsi əsasında tənzimlənir. Ilk əvvəl istinad etməyə cəhd göstərdikləri "Işçinin çalışmasının yaş həddinə" aydınlıq gətirir. Əmək Məcəlləsinin 10.1.1ci bəndində deyilir: - Dövlət büdcəsindən maliyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. 10.1.2-ci bənddə isə bildirilir ki, " Ildə hər dəfə 1 ildən artıq olmayaraq uzadıla bilər. 5 ildən artıq uzadılmasına yol verilmir". Beləliklə 70 yaşdan artıq şəxslər büdcədən maliyələşən müəssisələrdə işləyə bilməz. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.1.23-cü bəndində göstərilir: Büdcə təşkilatı - maliyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın büdcəsi hesabına həyata keçirilən müəssisə və təşkilatlardır. Yəni heç bir digər mənbəədən istifadə edilmədən, vasitəsiz olaraq birbaşa yalnız dövlətin büdcəsindən maliyələşən müəssisə və təşkilatlar nəzərdə tutulur. Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli 540 N-li Qərarının 1-ci bəndində - Dövlət büdcəsindən maliyələşdirilən sahələrdə çalışan işçilərin X1 ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu Qərarın Əlavəsinə uyğun olaraq müəyyən edilir. Ancaq müəssisənin RSMX-nin ##.##.2024-cü il tarixdə təsdiq etdiyi ştat cədvəlində direktorun maaşı 2750 manat (870 manat əvəzinə), müavinlər - 1600 manat, digər vəzifəlilər 800 - 1400 manat arası dəyişir. Büdcə təşkilatında belə məbləğlər nəzərdə tutulmayıbsa, bu pullar haradan gəlir. Hətta sonradan direktor vəzifəsinə təyin olunan şəxsin vəzifə maaşı 8000 (səkkiz min) manatdan artıq müəyyən olunub, bəzi böyük həcmli (milyonlarla manat) maliyyələşmələr büdcədənkənar vəsaitlərlə nəzərdə tutulub. Ancaq dövlət büdcəsində bu tip rəhbərlər üçün belə vəsaitlər nəzərdə tutulmayıb və verə də bilməz. Deməli Qurumun xüsusi yığılan vəsaiti hesabına həyata keçirilir. Xatırladır ki, bir qədər əvvəlki illərdə Baş Nazir VTC əsasında büdcədən maliyələşən müəssisələrdə çalışanların əmək haqlarını artıranda, əmək haqları artırılan qurumların adları da verilirdi və orada meşə təsərrüfatı, meliorasiya, kənd təsərrüfatı, balıqçılıq və digərləri də. Hətta elmi müəssisələr üçün ayrı verilirdi. Indi əvvəlki qaydada verilməməsinin səbəbi də, bir sıra müəssisə və təşkilatların həmin statusdan, bilavasitə büdcədən maliyələşən müəssisələr statusundan çıxmalarıdır. "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin ##.##.2018-ci il tarixli 440 N-li qərarı var. Qərar ##.##.2020-ci ildən tətbiq olunur və elə həmin vaxtdan da yuxarıda qeyd etdiyi kimi əvvəllər bilavasitə büdcədən maliyyələşən bir sıra müəssisələr, bu statusu itirmişdir. Büdcə təşkilatı haqqında Qanunun 1.1.23-cü maddəsi büdcədən maliyyələşən müəssisə və təşkilatı müəyyənləşdirir. Qanunun 9.1-ci maddəsində isə deyilir ki, "Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir: 9.1.1- Dövlət vergiləri; 9.1.2-Qrantlar; 9.1.3- digər gəlirlər". Yəni, bilavasitə maliyələşmə, dövlət büdcəsinə bu qaydada yığılıb formalaşan büdcə vəsaitindən maliyələşmə hesab olunur. O, 65 yaşının tamam olması bəhanəsi ilə qanunsuz olaraq uzaqlaşdırılan vaxt büdcədən maliyələşməni müəyyən edən üç qurumdan - Maliyyə Nazirliyindən, X8 Xidmətindən və qanunları hazırlayan Milli Məclisdən sorğuları əsasında cavablar alıb. ## ######## 2024-cü il tarixli Fərmanla ##.##.2023-cü il tarixli 2356 N-li Fərmanla təsdiq edilmiş "Azərbaycan DSEA haqqında Əsasnamədə" dəyişiklik edib, dəyişikliklərə əsasən Agentliyin sədri dövlət büdcəsindən ayrılan və büdcədənkənar vəsaitlərlə yanaşı, qurumun strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürə, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edə bilər. Bu artıq bilavasitə büdcədən maliyələşmə deyil. Yəni belə müəssisələrdə yaş həddi tətbiq edilə bilməz. Prezidentin imzaladığı ##.##.2023-cü il **** saylı Fərmanda göstərilir ki, RSMX publik hüquqi şəxsdir, yəni dövlət təşkilatı deyil. Fərmanın 6.8-ci bəndində göstərilir ki, "Bu Fərmanın 5.1 və 5.2-ci bəndlərində nəzərdə tutulmuş publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbəələr hesabına maliyələşir". Bu özü onu göstərir ki, RSMX bilavasitə dövlət büdcəsindən maliyələşən təşkilat statusunda deyil. X7 Idarəsinin Əsasnaməsinin 1.3cü bəndində də göstərilir ki, müəssisə "Xidmət tərəfindən ayrılan vəsait hesabına maliyələşir". Bu özü də təsdiq edir ki, müəssisə bilavasitə dövlət büdcəsindən deyil, RSMX-nin büdcəsindən maliyələşən müəssisə statusundadadır. "Əmək haqqının dövlət tənzimlənməsi" - təminatlı minimum əmək haqqının müəyyən edilməsi, əmək haqqının indeksləşdirilməsi, əmək haqqının vergi qaydası ilə tənzimlənməsi, əmək haqqının hüquqi tənzimlənməsi, gəlirlər və qiymət siyasəti, sosial müdafiə, əmək haqqının istehsalının səmərəliliyi, işçinin əməkdə iştirak dərəcəsi, müəssisənin gəlir səviyyəsi ilə əlaqələndirilməsi, mükafatlandırma sisteminin düzgün seçilməsi. Büdcədən maliyələşən müəssisələrdə əmək haqqı Baş Nazirin təsdiq etdiyi VTC əsasında tənzimlənir, cari il üçün də yuxarıda qeyd etdiyi kimidir. Əmək Məcəlləsinin 12-ci maddəsi "Işəgötürənin əsas vəzifələri və məsuliyyəti"ni müəyyən edir. Həmin maddənin 1(c) bəndində göstərilir ki, işəgötürən "əmək müqaviləsini bu Məcəllədə nəzərdə tutulmuş əsalarla və qaydada" poza bilər. "Əmək müqaviləsinin müddəti" maddə 45-də müfəssəl verilib. 1-ci bənddə göstərilir ki, "Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır". 3-cü bəndə göstərilir: "Müddəti müəyyən edilmədən bağlanan müqavilə hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli ilə əvəz edilə bilməz". Ən əsas şərt isə 4-cü bənddə verilib. Orada göstərilir ki, "Əmək funksyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda bu məcəllənin 47-ci maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır". Bildirir ki, Ceyranbatan su anbarı ətrafında meşə salınması işlərinə 1957- ci ildən başlanıb, 68 ildir davam edir, hələ çox 68 illər də keçəcək, meşələrdə iş qanunvericiliklərə uyğun şəkildə davam edəcəkdir. Ona görə də onunla müqavilə müddəti müəyyən edilmədən bağlanmalı idi. Müddəti müəyyən edilməyən həmin müqaviləyə xitam verilməsi də qanunvericiliklər əsasında yerinə yetirilir. 47-ci maddə müddətli əmək müqaviləsinin bağlanma şərtlərini müəyyənləşdirir. Həmin maddədə onunla müddətli əmək müqaviləsini şərtləndirən heç bir bənd yoxdur, yalnız 47 (g) bəndində göstərilir ki, "qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda" müddətli bağlana bilər. Lakin heç bir qanunvericilikdə bunu məhdudlaşdıran şərt yoxdur və əgər bilirdilərsə, həmin şərti qeyd edərək bağlamalı idilər. Əmək Məcəlləsinin 68-ci maddəsi "Əmək müqavilələrinə xitam verilməsinin əsasları"nı müəyyənləşdirir. Həmin maddənin 1-ci bəndində bildirilir ki, "Əmək müqaviləsi yalnız bu məcəllə ilə müəyyən olunmuş əsaslarla və qaydada xitam verilə bilər". 2-ci bənddə xitam verilməsinin əsasları müəyyənləşir, a) yarımbəndində tərəflərdən birinin təşəbbüsü, b) yarımbəndində əmək müqaviləsinin müddətinin bitməsi və sair göstərilir. Indi məhz 68.2(b) bəndini əsas gətiriblər. Bu isə yuxarıda qeyd etdiyi kimi 45-ci maddəyə tam olaraq ziddir. Əlavə olaraq qeyd edir ki, ümumilikdə DSEA-də onunla birlikdə on minlərlə insanların hüquqları pozulub, əsassız olaraq hamı ilə bir neçə dəfə uzatmaqla 3 aylıq müqavilələr imzalatdırılıb ki, bu da həmin qurumun hüquq və kadr işinin hansı səviyyədə olduğunu göstərir. 70-ci maddədə işəgötürən tərəfdən əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilir: Əmək müqaviləsi işə götürən tərəfdən naşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edidikdə; b) işçi sayı və ya ştat ləğv edildikdə; e) dövlət büdcəsindən maliyələşən müəssisənin işçi çalışmasının yaş həddinə çatdıqda. Bu maddəyə uyğun da onunla əmək müqaviləsinin pozulmasını əsaslandıran heç nə yoxdur. Yalnız e) yarımbəndində uyğunluq gələ bilərdi ki, yuxarıda qeyd etdiyi kimi, bu müəssisə büdcə müəssisəsi deyil. Məcəllənin 73-cü maddəsi tam olaraq "Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası" nı müəyyənləşdirir. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsidə) xəbərdar etməzsə həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2 Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfdən xitam verilə bilər. Bu maddənin şərtləri də onunla olan əmək müqaviləsinin pozulmasına heç bir əsas vermir, əksinə mövqeyini daha da gücləndirir. Göründüyü kimi müddətin bitməsinə ən azı bir həftə qalmışa kimi heç bir xəbərdarlıq almamış, ##.##.2025-ci tarixi günü də daxil olmaqla hər gün işdə olmuşdur. Müəssisənin iş davamiyyətini müəyyən edən, gündəlik gəlib-getmənin qeyd olunduğu tabel kitabına imza etmişdir. Ona görə də müqaviləsi nəinki, müqavilədə göstərilən müddət qədər, 45-ci maddənin 4-ci hissəsinə görə müddətsiz olaraq uzanmalıdır. Digər bir tərəfdən, özlərini haqlı göstərmək məqsədi ilə yalandan deyə bilərlər ki, guya onu bildirişlə tanış ediblər, o qəbul etməmişdir. Əgər belə hərəkət etmiş olsaydı, onda qanunda göstərildiyi kimi elektron informasiya sistemi ilə göndərə bilərdilər, ancaq göndərilməyib, yəni edilə biləcək bəhanə əsassızdır. Dövlət X6 (DSEA) ##.##.2023-cü il tarixdə FHN X3 Agentliyinin əsasında yaradılıb. Əmək Məcəlləsində "Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi"xxxx"Müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqaviləsi və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. ADSEA-yi yarandığı vaxtdan müəssisə işçilərlə bağlanmış əvvəlki əmək müqavilələrinin şərtləri əsasında fəaliyyətini davam etdirib, o da əmək müqaviləsinin şərtləri daxilində fəaliyyətini davam etdirmişdir. Onunla ##.##.2024-cü il tarixdə ##.##.2014-cü ildə imzalanmış əmək müqaviləsi əsasında, dəyişiklik edilmiş müqavilələrin sayı 6 olmaqla, ##.##.2024-cü il tarixdən qüvvəyə minən müddətsiz əmək müqaviləsi imzalanıb. Üstündən heç 2 ay keçməmiş ADSEA-nin sədri Zaur Mikayılov tərəfindən "X7 idarəsi"nin yaradılması haqqında ##.##.2024-cü il tarixli FƏ67 N-li əmr imzalanmışdır. Yeni yaradılan müəssisənin fəaliyyəti X7na görə "xxxx" MMC ilə tamamilə eynidir. Yəni hər ikisində Ceyranbatan, Mingəçevir və Varvara; Şəmkir və Yenikənd X7 həyata keçirilir və bununla yanaşı Ceyranbatan su anbarı ətrafındakı meşə sahəsinin saxlanması, genişləndirilməsini həyata keçirən "su anbarlarının ərazisinin yaşıllaşdırılması Idarəsi". Hər ikisinin strukturu eynidir. Baş idarədən ezam olunmuş 8 nəfərdən ibarət işçi qrupu Əmək Məcəlləsinin 69.7-ci maddəsini pozaraq, bütün işçilərdən "xxxx" MMC-dən işdən çıxmaları üçün ərizələr aldı və o da əvvəlki müqavilə şərtlərinə əməl edilməklə, yeni yaradılan idarəyə köçürülməyinə etiraz etmədiyini bildirən ərizə verdi. Lakin sonradan, həmin ərizəsi onları qane etmədiyindən, iş vaxtı bitdikdən sonra axşam saat 20 iradələrində onu geri idarəyə çağıraraq ərizəsini dəyişməyini tələb etdilər. O tələbin qanunsuz olduğunu izah etdi, qarşındakı qadın işçinin yorğunluğunu, yuxarıdan ona olan təzyiq və göstərişi hiss etdi. Ona tam inanaraq, ancaq hətta saxtakarlıq edəcəyi təqdirdə mövcud qanunvericiliklərin lazım gələndə bunun qarşısını ala biləcəyini xatırladaraq, onun verdiyi ağ blanka yenə əvvəlki müqavilə şərtləri ilə işə qəbul edilməsi şərti ilə işdən azad olunma haqqında ərizəyə imza atdı ki, ərizə blankını özü dolduracaq. Indiyə qədər də bilmir ki, ora nə yazıb. Bu dəfəki ərizə köçürülmə yox, köhnə idarədən işdən çıxmaqla, yenidən fəaliyyətini davam etdirmək üçün yeni müəssisəyə işə qəbul üçün idi. Zaur Mikayılovun imzaladığı həmin əmrin 3-cü bəndində deyilir ki, "X5 Xidmətinə (Z.Quliyev) tapşırılsın ki, X4 idarəsinin təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq "xxxx" MMC-nin əməkdaşlarının 2 (iki) gün müddətində işə qəbul edilməsini təmin etsin və əmrdən irəli gələn digər məsələləri həll etsin". Əmrdə "növbəti iki gün" sözü olmadığından, əmr imzalandığı gün də daxil olmaqla, 28 və ## ###### 2024-cü il tarixlərində icra olunub başa çatmalı idi, təsdiq edilmiş "Ştat cədvəli" (surətini əlavə edir) də ##.##.2024-cü il tarixdən qüvvəyə minir. Yəni heç bir işçinin bir gün belə olmadan əmək haqqının itirilməməsi, yəni hüquqlarının daha geniş şəkildə pozulmaması üçün müəyyən edilmişdi. 8 nəfər də məhz bu tapşırığı yerinə yetirmək üçün göndərilmişdi. Əmrdə hər hansı bir istisna hal olmadığı üçün bütün əməkdaşlar hətta bir əmrlə SAII-nə bərpa oluna bilərdi. Hətta bu hal "Mülkiyətçinin dəyişməsi" kimi qəbul edilsə, Məcəllənin 63.1 maddəsinə əsasən bütün işçilər əvvəlki müqavilə şərtləri saxlanmaqla yeni yaranmış idarəyə keçirilməli idi. Burada 2 gün vaxtın verilməsi isə sırf işçilərin yeni müəssisənin ştat cədvəlinə uyğunlaşdırılması məqsədi ilə verilib ki, bunu həyata keçirmək üçün 8 nəfər ezam olunmuşdu. Əmr verilən gün "xxxx" MMC fəaliyyətdə olub, deməli onun əməkdaşları yeni müəssisədə işlə təmin olunan vaxta qədər işdə hesab edilirdi. Lakin sonradan yuxarıda kiminsə tapşırığı ilə qanunsuz hərəkətlərə yol verildi, bir çox işçilərin işə qəbulu əsassız səbəblərdən uzadıldı, işə gəlsələr də əmək müqaviləsi bağlanan günə qədər əmək haqqından məhrum oldu. O da daxil olmaqla bəzi yaşı 65 və həmin yaşı keçmiş işçilərlə çalışmada yaş həddi bəhanəsi ilə müqavilə imzalanmadı. Onunla əmək müqaviləsi guya yeni qaydalara uyğun olmaqla ##.##.2025-ci il tarixdə 3 aylıq müddətə bağlanıb, əsası və şərtləri də bu günə kimi ona məlum deyil. Lakin o həmin vaxta kimi hər gün işə gələrək fəaliyyətini həmişəki qaydada davam etdirmiş, heç bir əmək haqqı almamış, əksinə öz vəsaitindən meşə sahəsində işlərin tənzimlənməsi məqsədi ilə pul xərcləmiş, sənədlər də mühasibatlıqda və rəhbərliyə müraciətlərdə və təsdiqedici sənədlər də təqdim etmişdir. O peşəsinə, meşələrə, xüsusən də Ceyranbatan su anbarı ətrafında olan, bütün həyatını sərf etdiyi meşələrə sevgisi naminə bunları etdi, edir və neçə ki, ömrü var edəcəkdir. O qarşılığında belə bir münasibəti gördüyü üçün ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixə olan müddətdə işlədiyi dövrün də qanuni olaraq əmək haqqısını tələb edir. Ilk əvvəl bu əmək müqaviləsinə real münasibət bildirilməlidir. Əmək məcəlləsinin çoxsaylı dəyişikliklərdən sonra son variatında 3-cü maddənin 5-ci hissəsində təsdiq edilir ki, "Əmək müqaviləsi (kontrakt) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir". Ancaq onunla ##.##.2025 tarixdə yazılı müqavilə olmayıb. Qeyd etdiyi kimi ən son variantdakı məcəllənin hüquqşünaslar tərəfindən izahatında da əsaslı şəkildə göstərilir ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün, işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslərlə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün "X11"məlumatları "X9" üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumat verilməsi" e - xidmətindən istifadə etməklə gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyata alınmalıdır. Qeyd etdiyi kimi onunla yalnız 2014-cü ildə bağlanmış əmək müqaviləsi əsasında, bir sıra yeniliklər aparmaqla ##.##.2024-cü il tarixdə yazılı müqavilə imzalanıb və elektron informasiya sisteminə yüklənib, hüquqi qüvvəyə minib. Əmək məcəlləsi ilə müəyyən olunmuş hüquqların pozulmasına görə məsuliyyət 310-cu maddədə verilib. Əlavə olaraq bildirir ki, o iş xatirinə işləməyə, aylıq məvacib qazanmağa görə yox, bir hissəsi 2004-cü ildən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra yaramaz məmurları tərəfindən, 2011-ci ildə isə Nazirlər Kabinetinin bağışlanılmaz səhv qərarından sonra FHN-nə verilən və onlar tərəfindən bu illər ərzində daha geniş və böyük həcmdə məhv edilən, ADSEA-nin yarandığı 2 ildən artıq vaxt ərzində çoxsaylı müraciətlərinə baxmayaraq heç bir tədbir və köməklik görmədiyindən, məhv olması sürətlə davam edən bu meşələri təkrarən yenidən bərpa etməyə görə çalışır. Əminliklə bildirir ki, o bu məqsədə çatana qədər çalışacaq, bu meşələrin alqışıyla da hələ ki, yaşayır. Bütün bu dövr ərzində bu meşələr ona xidmət edənə də, xəyanət edənə də münasibətini bildirib. Ona görə də pozulmuş hüquqları bərpa edilməlidir.
4. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
5. Iddianın təmin edilməməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmış, məhkəmənin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
6. Iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər iddiaçının irəli sürdüyü hər hansı fakt sübutlarla təsdiq edilmirsə, həmin fakt hüquqi baxımdan əsassız hesab olunmalıdır. Halbuki, yuxarıda qeyd edilən hallar sübut və faktlarla təsdiq edilmiş, onları təsdiqləyən sənədlər də iş materiallarına əlavə olunmuşdur. O, hesab edir ki, qarşı tərəf ## ### 2025-ci il və ya ondan sonrakı günlərdə əvvəlki tarixlə tərtib edilmiş sənədi saxtalaşdırmışdır. Bu səbəbdən həmin sənəd üzrə texniki ekspertiza təyin edilməsi zəruridir. Iddiaçı qeyd edir ki, qarşı tərəfin fəaliyyətində əvvəllər də saxtakarlıq hallarına yol verildiyi barədə əsaslı şübhələr mövcuddur. Qətnamənin 11-ci səhifəsinin 4-cü abzasında göstərilir ki, FHN tərəfindən təqdim edilmiş ##.##.2021-ci il tarixli arayışa əsasən "xxxx" MMC dövlət büdcəsindən maliyyələşən müəssisədir. Halbuki, bu hal hazırkı mübahisənin predmeti ilə əlaqəli deyildir. Iddia FHN-ə və ya onun tabeliyində olan müəssisəyə deyil, DSEA-nın tabeliyində fəaliyyət göstərən SAII-yə qarşı qaldırılmışdır. Bundan əlavə, X18 məktubu və Bakı Apellyasiya Məhkəməsinin qərarı müəssisənin dövlət büdcəsindən maliyyələşmədiyini təsdiq edir. Buna baxmayaraq, məhkəmə həmin arayışı əsas sübut kimi qəbul etmişdir. Iddiaçının qənaətinə görə, məhkəməyə həqiqətə uyğun olmayan sənəd təqdim olunması əvvəllər də həmin təşkilatın fəaliyyətində müşahidə edilmiş hallardandır. Həmin səhifənin 5-ci abzasında göstərilir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən "Mediasiya haqqında" Qanunun 3.1.3-cü maddəsinin tələbləri pozulduğuna görə iddia ərizəsi geri qaytarılmalıdır. Lakin iş materiallarında iddia ərizəsinin iddiaçıya qaytarıldığını, bunun hansı tarixdə və hansı qaydada həyata keçirildiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu məsələ ilə bağlı dəlillər və sübutlar məhkəməyə təqdim edilmişdir. Mediasiya ilə bağlı qanunvericiliyin tələblərinin pozulubpozulmamasına dair mövqe isə ayrıca əsaslandırılmışdır. Qətnamənin sonuncu abzasında göstərilir ki, Elektron Məhkəmə Informasiya Sistemindən əldə olunmuş çıxarışa əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ##.##.2025-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdə iddiaçı məlumatlandırılmışdır. Lakin iddiaçının həmin qərardaddan faktiki məlumatlı olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Əksinə, iddiaçıya daxil olmuş bütün elektron məhkəmə bildirişləri telefon yaddaşında saxlanılır və onların arasında belə bildiriş mövcud deyildir. Bundan əlavə, əgər iddiaçı həqiqətən də ##.##.2025-ci il tarixində qərardaddan məlumatlı olmuş olsaydı, Abşeron Rayon Məhkəməsinə təxminən 40 gün sonra müraciət etməsinin heç bir məntiqi izahı olmazdı. Bu barədə ətraflı izahatlar və təsdiqedici qəbz də məhkəməyə təqdim edilmişdir. Həmçinin qeyd edilməlidir ki, işə baxıldığı bütün müddət ərzində iddia müddətinin buraxılması məsələsi tərəflər arasında mübahisə predmeti olmamışdır..
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə cavabdeh tərəfindən yazılı etiraz verilmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının “xxxx” MMC-nin fəaliyyətinin davam etməsi ilə bağlı iddiasına cavab iddiaçı İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 3-cü iclasında iddia edərək bildirmişdir ki, “xxxx” MMC-nin fəaliyyəti davam edir. Cavab olaraq bildirir ki, bu, həqiqətə uyğun deyil. Belə ki, “xxxx” MMC-nin fəaliyyəti ##.##.2025-ci il tarixində dayandırılmışdır. Bu fakt vergi orqanının müvafiq sənədi ilə təsdiq olunur. Iddiaçı Azərbaycan Dövlət X6 “X5 Xidməti” PHŞ-nin X7 Idarəsində işçilərlə 1 noyabr tarixində əmək müqavilələrinin bağlanması barədə iddia irəli sürmüşdür. Iddiaçı İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 3-cü iclasında iddia edərək bildirmişdir ki, Dövlət X3 Agentliyi yarandıqdan sonra noyabr ayının 1-də yenidən bütün işçilərlə əmək müqaviləsi bağlanıb. Cavab olaraq bildirilir ki, bu yalan məlumatdır. Belə ki, Azərbaycan Dövlət X6nin ## ###### 2024-cü il tarixli, F-*** nömrəli əmrdə “X5 Xidməti” publik hüquqi şəxsin strukturunda X7 Idarəsinin yaradılması, ştat cədvəlinin təsdiqi, “xxxx” MMC-nin əməkdaşlarının işə qəbulu və əmrdən irəli gələn digər məsələlərin həlli nəzərdə tutulmuşdur (əmr qoşmaya əlavə olunur). Bu əmrdə nəzərdə tutulmuşdur ki, 2024-cü ilin dekabr ayında “xxxx” MMC-nin bütün işçiləri, o cümlədən İddiaçı, işdən azad olunmaq üçün ərizə yazaraq əmək müqavilələrinə xitam verilmişdir (Işdən azad olunmaları barədə əmr qoşmaya əlavə olunur). Daha sonra, Azərbaycan Dövlət X6 “X5 Xidməti” publik hüquqi şəxsin X7 Idarəsini vergi uçotuna yalnız ##.##.2025-ci il tarixində almışdır. Beləliklə, idarənin hüquqi statusu vergi uçotu qeydiyyatından sonra yaranmış və daha sonra müvafiq olaraq “ƏMAS” (Əmək və məşğulluq altsistemi) vasitəsilə “xxxx” MMC-nin işçiləri ilə yeni əmək müqavilələri rəsmiləşdirilmişdir. Iddiaçının X7 Idarəsinin dövlət büdcəsindən maliyyələşdirilən təşkilat hesab edilməməsi barədə iddiasına cavab olaraq iddiaçı iddia edir ki, X7 Idarəsi dövlət büdcəsindən maliyyələşdirilən təşkilat hesab edilmir. Cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X17 ## ##### 2026-cı il tarixli *-**-*/*-***/**** nömrəli məktubunda sorğuya cavab olaraq bildirilmişdir ki, X7 Idarəsinin dövlət xəzinədarlığı vasitəsilə maliyyələşdirilməsi “X5 Xidməti” publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş vəsaitin bölgüsünə uyğun olaraq həmin Xidmətin X16 təqdim etdiyi sifariş sənədi əsasında müvafiq məbləğdə vəsaitin Idarənin xəzinə hesabına köçürülməsi yolu ilə həyata keçirilir (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X16 ünvanlanmış məktubun surəti qoşmaya əlavə olunur). Əlavə olaraq bildirir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən Dövlət Xəzinədarlığı vasitəsilə icra edilir. Belə ki, 2025-ci və 2026-cı illər üzrə dövlət büdcəsində Azərbaycan Dövlət X6nin tabeliyində fəaliyyət göstərən X5 Xidməti publik hüquqi şəxsi və onun strukturuna daxil olan X7 Idarəsi üçün təsdiq edilmiş xərclərin bölgüsü cədvəllərində müvafiq olaraq 3 652 609 (üç milyon altı yüz əlli iki min altı yüz doqquz) manat və 3 856 088 (üç milyon səkkiz yüz əlli altı min səksən səkkiz) manat məbləğində vəsait nəzərdə tutulmuşdur (Sənədlər qoşmaya əlavə olunur). Həmin sənədlərdən açıq şəkildə görünür ki, qeyd olunan vəsaitlər əmək haqqı, sosial sığorta ödənişləri, cari təmir xərcləri, elektrik enerjisi və digər istismar xərclərini əhatə etməklə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir və “X5 Xidməti” publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş vəsait bölgüsünə uyğun olaraq, həmin Xidmətin X16 təqdim etdiyi sifariş sənədi əsasında Dövlət Xəzinədarlıq sistemi vasitəsilə Idarənin xəzinə hesabına köçürülür (Sənədlər qoşmaya əlavər olunur). Iddia müddətinin ötürülməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində aparılmış iclasın audio-video yazısı ilə tanış olmaq mümkündür. Abşeron Rayon Məhkəməsinin audio-video qeydlərində, xüsusilə “RMZ5F” adlı faylın 00:05:30-cu dəqiqəsindən geriyə doğru olan hissələrində etibarən açıq şəkildə görünür və eşidilir ki, cavabdeh nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin iclas zalında çıxış edərək etirazını bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən əmək mübahisələri üzrə iddiaçı qanunvericiliyə uyğun olaraq 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı İddiaçı həmin prosessual müddəti ötürmüşdür. Cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, İddiaçı bundan əvvəl təxminən 5-6 müxtəlif məhkəmə işi üzrə məhkəmələrə müraciət etməzdən əvvəl mediasiya proseslərində iştirak etmiş, həmin prosedurlardan keçmişdir. Iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosedurundan keçməsi barədə məlumatsız olması həqiqətə uyğun deyil. Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədov cavabdeh nümayəndəsinə bildirmişdir ki, Ə.Məhəmmədin əvvəlki məhkəmələrə müraciətinə dair qətnamələri növbəti prosesdə təqdim edə bilərsinizmi? Cavab “bəli” olmuş və növbəti məhkəmə prosesində bütün qətnamələr təqdim edilmişdir. Məhz Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədov, cavabdeh tərəfindən təqdim olunan sübutları nəzərə alaraq, nəticə etibarilə bildirmişdir ki, İddiaçı iddia müddətinin ötürülməsi barədə əvvəllər mediasiya proseslərindən xəbərdar olmuşdur. Yəni bu səbəbdən onun bilməməsi bu hal üçün əsas hesab edilə bilməz. Bu sübutlar əsasında hakim Habil Əhmədov iddia müddətinin ötürülməsinə görə müvafiq qətnamə çıxarmışdır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq yekun olaraq bildirir ki, iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilən məlumatların həqiqətə uyğun olmaması iş materialları ilə təsdiq olunur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi
1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
2. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətində iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
17. Iddianın təmin edilməməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmış, məhkəmənin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
19. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
20. Lakin mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş aşağı instansiya məhkəməsi mövcud qanunvericiliyin tələblərini pozaraq iddia müddətinin tətbiqi barədə ərizə olmadığı halda, bu əsasla iddianı rədd etməklə, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
21. Halbuki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq tərəflər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi birinci instansiya məhkəməsində yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2008-ci il tarixli qərarı).
22. B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2020ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahiş əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir (Q.Məmmədova və digərlərinin şikayəti üzrə ## #### 2015-ci il tarixli və L.İ.Binnətovanın şikayəti üzrə ## ### 2008-ci il tarixli qərarları).
23. Qanunvericilin tələbindən göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada yalnız birinci instansiya məhkəməsində təqdim olunmalı, bundan istisnaya o halda yol verilir ki, həmin şəxsin məhkəmənin təqsiri üzündən (iştirakının təmin edilməməsi, ərizənin verilməsinə şəraitin yaradılmaması və s.) baş vermiş olsun.
24. Göründüyü kimi cavabdehi məhkəmədə təmsil etmiş səlahiyyətli nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizəni məhkəməyə təqdim etməmişdir. O, hətta müddətin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etdiyini israrla bildirdiyindən, keçirilmiş məhkəmə iclaslarının audio-video yazısına baxış keçirilərkən belə bir yazılı ərizənin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməsi müəyyən edilmədikdə, sonuncu fikrini dəyişərək müddətin keçməsi ilə bağlı izahatında etiraz olaraq bu məsələni şifahi olaraq səsləndirdiyini bildirdirmişdir. Halbuki, qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı birmənalı mövqeyinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi birinci instansiya məhkəməsində yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
25. Lakin hazırki işdə belə bir yazılı ərizə mövcud deyil.
26. Nəzərə alınmalıdır ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
27. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə yazılı ərizə olmadan iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir.
28. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, iddia tələbinin ADSEA-nin sədri Zaur Mikayılovun ##.##.2014-cü il tarixli FƏ67 N-li əmrində “xxxx” MMC-nin ləğv edilmədən, işçilər və o cümlədən onunla 2 ay əvvəl ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv olunması göstərilmədiyindən, X7 Idarəsində iş başlama vaxtının ##.##.2025-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir.
29. Işdən çıxarma əmrinin ləğv edilməsi tələbi digər tələbləri özündən asılı etdiyindən, məhkəmə kollegiyası ilk öncə həmin tələbə qiymət verilməsini zəruri hesab edir.
30. Azərbaycan Dövlət X6 ##.##.2024-cü il tarixli FƏ** saylı əmri ilə Agentliyin tabeliyində “X5 Xidməti” PHŞ-in strukturunda X7 Idarəsinin yaradılması və “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli №****/Ş saylı əmri ilə cəmiyyətin əməkdaşlarının əmək müqavilələrinin ləğv edilməsi, “xxxx” MMC-nin fəaliyyətinin ##.##.2025-ci il tarixdə dayandırılması, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixədək ADSEA “X5 Xidməti” PHŞ-in X7 Idarəsinin Ceyranbatan su anbarının istismar şöbəsinin Yaşıllaşdırma Sahəsinin rəisi vəzifəsinə işə qəbul edilməsi, ##.##.2025-ci il tarixli №****-1/Ş saylı əmri ilə işdən azad edilməklə son haqq hesabının verilməsi işin mübahisəsiz halıdır.
31. Iddia tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi nəzərdən keçirilə bilər.
32. Məlum olduğu kimi, Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərində əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir.
33. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmiş və yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
34. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
35. Bu norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir.
36. Qeyd edilməlidir ki, əmək hüququ şəxsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
37. Işdən göründüyü kimi ADSEA-nin ##.##.2024-cü il tarixli FƏ** saylı əmrinə əsasən Agentliyin tabeliyində “X5 Xidməti” PHŞ-in strukturunda X7 Idarəsinin yaradılmış, ştat cədvəli təsdiq edilməklə “xxxx” MMC-nin əməkdaşlarının işə qəbulu və əmrdən irəli gələn digər məsələlərin həlli nəzərdə tutulmaqla, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli №****/Ş saylı əmri ilə cəmiyyətin 23 əməkdaşı, o cümlədən iddiaçının əmək müqaviləsi ləğv edilmiş, “xxxx” MMC-nin fəaliyyəti isə ##.##.2025-ci il tarixdən dayandırılmış, ADSEA-nin “X5 Xidməti” PHŞin X7 Idarəsinin iddiaçı ilə əmək müqaviləsi ##.##.2025-ci il tarixdə sonuncunun öz ərizəsi əsasında bağlanmış və müqavilənin müddəti ##.##.2025-ci il tarixdə bitdiyindən, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin b-bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işçinin (iddiaçının) əmək müqaviləsinə xitam vermişdir.
38. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
39. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
40. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən də iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.
41. Lakin hazırkı işdə cavabdehin iddiaçını müqavilə müddətinin bitməsi ilə bağlı məlumatlandırılması barədə xəbərdarlıq olsa da, həmin xəbərdarlığın iddiaçıya mübahisələndirilən əmrin verilməsinə bir həftə qalmış təqdim edilməsi iş materialları öz təsdiqini tapmır.
42. Bu baxımdan məhkəmə kollegiyası tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 68-ci maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
43. Şərh olunan normada müddətli əmək müqaviləsinə xitam verilməsi əsaslarından bəhs olunur. Bu əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması, ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
44. Qeyd olunmalıdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına zərurət yoxdur.
45. Göründüyü kimi, hazırkı halda işəgötürənin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçını etibarlı əmək müqaviləsinin müddətinin bitməsinə dair məlumatlandırmayaraq Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbini pozmuş və nəticədə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir.
46. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri pozulduğundan, ADSEA-nin “X5 Xidməti” PHŞ-in X7 Idarəsinin ##.##.2025-ci il tarixli ****-*/ş saylı əmri ləğv edilməli, sözügedən müqaviləyə əsasən müddət ##.##.2025-ci il tarixdə bitdiyindən, əmək müqaviləsinə məhz həmin vaxtdan, yəni ##.##.2025-ci il tarixdən xitam verilmiş hesab edilməlidir.
47. Çünki işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradə ifadəsi göstərdiyindən və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərli olduğundan, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalması və hüquqlarının pozulması ilə nəticələnə bilər.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ##.##.2025-ci il tarixli ****-*/ş saylı əmri ləğv edilməklə, sözügedən müqaviləyə ##.##.2025-ci il tarixdən xitam verilmiş hesab edildiyindən, məcburi iş buraxma müddəti üçün əmək haqqı da məhz ##.##.2025-ci il tarixə hesablanaraq iddiaçıya ödənilməlidir.
50. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin ADSEA-nin sədri Zaur Mikayılovun ##.##.2014-cü il tarixli FƏ67 N-li əmrində “xxxx” MMC-nin ləğv edilmədən, işçilər və o cümlədən onunla 2 ay əvvəl ##.##.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv olunması göstərilmədiyindən, X7 Idarəsində iş başlama vaxtının ##.##.2025-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə gəldikdə isə qeyd edir ki, ADSEA-nin ##.##.2024-cü il tarixli FƏ** saylı əmrinə əsasən Agentliyin tabeliyində “X5 Xidməti” PHŞ-in strukturunda X7 Idarəsinin yaradılmış, ştat cədvəli təsdiq edilməklə “xxxx” MMC-nin əməkdaşlarının işə qəbulu və əmrdən irəli gələn digər məsələlərin həlli nəzərdə tutulmaqla, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli №****/Ş saylı əmri ilə cəmiyyətin 23 əməkdaşı, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “xxxx” MMC-nin fəaliyyəti isə ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Daha sonra iddiaçının öz ərizəsi əsasında ADSEA-nin “X5 Xidməti” PHŞ-in X7 Idarəsi ilə ##.##.2025-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, DSEA-nin ##.##.2014-cü il tarixli FƏ** saylı əmri və “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli №****/Ş saylı əmri hazırki iş üzrə mübahisə predmeti deyil. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini bu hissədə əsassız olduğundan, təmin edilməməlidir.
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, ADSEAnin “X5 Xidməti” PHŞ-in X7 Idarəsinin ##.##.2025-ci il tarixli ****-*/ş saylı əmri ləğv edilməli, müqaviləyə əsasən müddət ##.##.2025-ci il tarixdə bitdiyindən, əmək müqaviləsinə həmin tarixdən xitam verilmiş hesab edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ##.##.2025-ci il tarixə hesablanaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
52. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. ADSEA-nin “X5 Xidməti” PHŞ-in X7 Idarəsinin ##.##.2025-ci il tarixli ****-*/ş saylı əmri ləğv edilsin. ADSEA-nin “X5 Xidməti” PHŞ-in X7 Idarəsinin İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ##.##.2025-ci il tarixədək hesablanaraq iddiaçıya ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.