Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-277/2026 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X11 cavabdehlər X7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Iddiaçı X11, onun nümayəndəsi və vəkili X1, Cavabdehlər Piriyeva Səidə Fəxrəddin qızı və Atakişiyeva Fəridə Fəxrəddin qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : Işin halları:
1. **/*** nömrəli, # ###### 1987-ci il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ** saylı evin ** saylı mənzili X5 və onun 4 nəfər ailə üzvünə ayrılmışdır.
2. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2010-cu il tarixli qətnaməsindən görünür ki, X11 və X15 arasında ##.##.1993-cü ildə Sumqayıt şəhər nikah evində bağlanmış 1072 nömrə ilə qeydə alınmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmışdır.
3. AZ-İ seriyalı, ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 və X15 arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsinə əsasən ##.##.2010-cu il tarixdə xitam verilmişdir.
4. ##.##.2021-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, X5 məxsus Sumqayıt şəhəri, 18ci mikrorayonda yerləşən ** saylı evin ** saylı mənzildə X11, X15, Atakişiyeva Fəridə Fəxrəddin qızı və Piriyeva Səidə Fəxrəddin qızı qeydiyyatdadırlar. X6 vəfat etmiş, ölən günə kimi birlikdə yaşamışlar.
5. ##.##.2021-ci il tarixli, ************* nömrəli, ##.##.2021-ci il tarixli, ************* nömrəli, ##.##.2021-ci il tarixli, ************* nömrəli və ##.##.2021-ciil tarixli, ************* nömrəli ərizələrin surətindən görünür ki, Piriyeva Səidə Fəxrəddin qızı, X5, X15 və Atakişiyeva Fəridə Fəxrəddin qızı Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ** saylı evin ** saylı mənzilin X11 adına özəlləşdirilməsinə etiraz etməmişlər.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1, ** saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X11 adına 1421001010 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə qeydə alınmışdır.
7. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışından görünür ki, X5, Atakişiyeva Fəridə Fəxrəddin qızı və Piriyeva Səidə Fəxrəddin qızı Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ** saylı evin ** saylı mənzilində qeydiyyatdadırlar.
8. ##.##.2025-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Atakişiyeva Fəridə Fəxrəddin qızı və Piriyeva Səidə Fəxrəddin qızı Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ** saylı evin ** saylı mənzildə qeydiyyatdadırlar. Hal-hazırda bu ünvanda yaşamırlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı X11 cavabdehlər Piriyeva Səidə Fəxrəddin qızı və Atakişiyeva Fəridə Fəxrəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.1994-cü il təvəllüdlü Atakişiyeva Fəridə Fəxrəddin qızı və ##.##.1995- ci il təvəllüdlü Piriyeva Səidə Fəxrəddin qızının ünvan 1 ünvanında yerləşən, ** saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı X15 ilə ##.##.1993-cü il tarixdə Sumqayıt şəhər nikah evində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan ##.##.1994-cü il təvəllüdlü Atakişiyeva Fəridə Fəxrəddin qızı və ##.##.1995-ci il təvəllüdlü Piriyeva Səidə Fəxrəddin qızı adlı övladları vardır. Birgə yaşamaq mümkün olmadığına görə ayrılmışlar. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə nikahları pozulmuş və cavabdehlər anaları X15 yanında qalmışlar. Boşanmadan sonra keçmiş həyat yoldaşı uşaqlarla birgə evdən köçüb getmişdir. 15 ildir ki, cavabdehlər ondan ayrı yaşayır və onunla bütün əlaqələrini kəsmişlər. ünvan 1 ünvanında yerləşən ** saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər mənzildən köçüb getsələr də, yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışlar. Formal olaraq ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla onlar mənzilin üzərində olan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bundan əlavə cavabdehlər ona məxsus mənzildə yaşamadıqları halda o, onların əvəzinə lüzumsuz kommunal xərclərini ödəmək məcburiyyətindədir. Maddi durumu getdikcə pisləşir. Belə bir vəziyyətin saxlanılması onu qane etmir, çünki mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir. Mənzilin üzərində mülkiyyət hüququnu bərpa etmək başqa yolla mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, yuxarıda göstərilən hüquq normalarına müvafıq olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
11. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Imamverdiyeva) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının anasınacavabdehlərin nənələri X5 ##.##.1987-ci il tarixdə mübahisəli – Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ** saylı evin ** saylı mənzilinə dair order verilmişdir. Iddiaçı X15 ilə ##.##.1993-cü il tarixdə nikaha daxil olmuş, sonuncu mübahisəli mənzilə gəlin köçmüşdür. Iddiaçı ilə Ceyran Atakişiyevanın nikahlarından ##.##.1994-cü il təvəllüdlü Atakişiyeva Fəridə Fəxrəddin qızı və ##.##.1995-ci il təvəllüdlü Piriyeva Səidə Fəxrəddin qızı (bundan sonra cavabdehlər) doğulmuş, cavabdehlər doğulduqları vaxtdan mübahisəli mənzildə pasport qeydiyyatına alınmışlar. Tərəflər həmin mənzildə icarədarla birgə təsərrüfat aparmaqla onun digər ailə üzvü kimi orada daimi əsaslarla yaşamışlar. Məhkəmə qətnaməsi əsasında iddiaçı ilə Ceyran Atakişiyevanın nikahları ##.##.2010-cu il tarixdə pozulmuş, birgə nikahdan olan uşaqlar analarının yanında saxlanılmışlar. Iddiaçı 2021-ci ildə mübahisəli mənzili adına özəlləşdirmiş, mənzilə dair hüquqlar ##.##.2021-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edib ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları olduğundan və orada daimi əsaslarla yaşadıqlarından, onların həmin mənzilə mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” də istisna olunmur. Belə ki, cavabdehlərin özəlləşdirmə zamanı verdikləri razılıq (notarial ərizələr) tərəflər arasında bir növ sosial müqavilədir. Bu razılıq müqabilində onların mənzildə yaşamaq hüququnun qorunacağı “qanuni gözlənti” yaradır. Iddiaçı cavabdehlərin razılığı ilə mənzili öz adına özəlləşdirmiş, hazırda isə həmin şəxsləri mənzildən çıxarmaq istəyir. Bu, hüquqdan suiistifadədir və məhkəmə tərəfindən müdafiə oluna bilməz. Məhkəmə, iddiaçının ailə münasibətlərinə xitam verilməsi ilə cavabdehlərin anaları ilə birlikdə qalmalarına və bu əsasla mənzilə istifadə hüququnun itirilməsi barədə dəlillərinə münasibətdə isə qeyd edib ki, əvvəla, cavabdehlər dövlət fonduna daxil olan mübahisəli mənzildə 1994-1995-ci ildən etibarən iddiaçı ilə bərabər ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparmaqla, iddiaçı ilə eyni hüquq və vəzifələrə məxsus olmuşlar ki, belə olan halda da həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən, cavabdehlərin anaları ilə iddiaçı arasında nikahın pozulması ilə əsasında Ceyran Atakişiyevanın iddiaçının ailə üzvləri sırasından çıxması, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsinə əsas vermir. Cavabdehlərin mənzili tərk etmələri “könüllü seçim” deyil, yaranmış “fors-major” (ailənin dağılması) şəraitinin nəticəsidir. Onların qeydiyyatdan çıxmamaları onların geri qayıtmaq niyyətini qoruyub saxladıqlarını sübut edir. Iddiaçı mənzilin tam mülkiyyətçisi olsa da, cavabdehlərin qeydiyyatı mülkiyyətdən istifadəyə faktiki maneə yaratmır. Iddiaçının isə kompensasiya ödənilməsi barədə təklifi rədd etməsi tələbin təmin edilməsini qeyri-mütənasib edir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43-cü maddələrinə, Insan Hüquqlarının və X13 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, (Qüvvədən düşmüş) Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ###### 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı X11 apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayətinin dəlilləri təxminən iddia ərizəsinin dəlilləri ilə analoji qaydada əsaslandırılmışdır. Şikayətdə qeyd olunur ki, məhkəmə icraatı zamanı məhkəməyə kifayət qədər sübut təqdim etsə də, məhkəmə həmin sübutları qanunvericiliyinin tələblərinə uyğun tədqiq etməmiş və onları düzgün qiymətləndirməmişdir ki, bu da əsassız və qanunsuz məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə cavabdehlərin iddiaçı tərəfindən mənzildən zorla çıxarılmalarına dair heç bir sübuta söykənməyən izahatını mötəbər sübut kimi qəbul edərək özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməməsinə dair məhkəməyə hər-hansı bir sübut təqdim olunmamışdır. Əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim ediilmiş ##.##.2025-ci il tarixli aktdan aydın görünür ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşamırlar. Işin bu halları iş materiallarına əlavə edilmiş digər yazılı sübutlarla tam təsdiq olunmasına baxmayaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində əsassız olaraq göstərmişdir ki, “məhkəmə tərəfindən işin araşdırılması iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların – cavabdehlərin həmin evi daimi, könüllü şəkildə tərk etmələləri,həmin evə ehtiyaclarının olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. Iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.” Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və iddia tələbini təmin etməməklə mövcud qanunvericiliyinin tələblərini aşkar şəkildə pozmuşdur. Cavabdehlər mənzildən çıxarılmalarını və uzun müddət ərzində yaşayış sahəsindən üzrsüz səbəbdən istfadə etməmələrini sübuta yetirə bilməmişlər, çünki belə bir hal mövcud deyil. Bundan əlavə məhkəmə tərəfindən AR MPM-nin 9, 14, 88 və 220-ci maddənin tələbləri aşkar şəkildə pozulmuşdur. Göründüyü kimi, məhkəmə maddi normaların tətbiqində və təsvirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli mənzildən qeydiyyatından çıxmaları qarşılığında cavabdehlərə bağ evinin satışından 25000 manat pul vermişdir. Lakin cavabdehlər evdən qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdehlərin anaları ilə onun nikahı 2010-cu ildə pozulub və həmin vaxtdan cavabdehlər anaları ilə birlikdə mübahisəli mənzili tərk etmişlər. Bu illər ərzində həmin mənzildə heç vaxt yaşamamışlar. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında işirak edən iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı əlildir. Mübahisəli mənzildə o, yaşlı anası ilə birlikdə yaşayır. Mənzil onun anasına məxsus olmuş sonradan iddiaçının adına özəlləşdirilmişdir. Cavabdehlər iddiaçının qızlarıdır. Onların anaları ilə iddiaçı arasında bağlanmış nikah 2010-cu il tarixdə pozulub və cavabdehlər həmin vaxtdan mənzildə yaşamırlar. Mənzilə gəlib-getmir, keçmiş mülkiyyətçi olan nənələri və ataları ilə maraqlanmırlar. Hər iki cavabdeh ailə qurmuşlar. Iddiaçı ona məxsus olan bağ evinin satışından 25000 manat məbləğində vəsaiti cavabdehlərə vermişdir. Lakin cavabdehlər yenə də mənzildən qeydiyyatdan çıxmaq istəmirlər. Göstərilənlərə əsasən iddiaçının vəkili və nümayəndəsi Vaqif Əliyev sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Piriyeva Səidə Fəxrəddin qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 25000 manat məbləğində pul vəsaiti analarına ev almaq məqsədi ilə verilib. Həmin məbləğ 3 nəfərə münasibətdə az məbləğdir. Hazırda azyaşlı oğlu və anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən 1 otaqlı mənzildə yaşayır. Hərdən bir nənələrini görmək üçün həmin mənzilə gedib-gəlmişlər. Hesab edir ki, həmin mənzildən istifadə hüququ var və ona yalnız kompensasiya verilməklə xitam verilə bilər. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. Cavabdeh Atakişiyeva Fəridə Fəxrəddin qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, anası ilə atası 2010-cu ildə boşansalar da, 2013-cü ilə kimi mübahisəli mənzildə yaşamışlar. Sonradan məcbur qalıb, Qurd dərəsi adlanan ərazidəki bağ evində yaşamışlar. Həmin evin şəraiti isə yaxşı olmamışdır. Iddiaçının qeyd etdiyi bağ evi 32 sot torpaq sahəsində yerləşirdi. Bunun qarşılığında cəmi 25 min manat pul məbləği verilib ki, onlar əlavə borc etməklə 1 otaqlı mənzil ala bilmişlər. Hələ də borc ödəyirlər. O, özü hazıra ailə qurub və Masazır qəsəbəsində kirayədə yaşayır. Hesab edir ki, mübahisəli mənzildən istifadə hüququ vardır və bu hüququn müqabilində ona kompensasiya ödənilməlidir. Ona görə də cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (# #### 1982-ci il) Maddə 53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Maddə 60. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2001-ci il tarixli Qərarı
2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
23. Mülki Məcəllə Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262.2 Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarı
25. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar… Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır… Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
29. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı ilə birlikdəbaraşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
31. Tələb cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsindən ibarətdir.
32. Araşdırılan işin mübahisə olunmayan hallarına görə, cavabdehlər iddiaçının qızıdır. Mübahisə ünvan 1 ünvanında yerləşən, ** saylı mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil əvvəlcə dövlət mənzil fonduna aid olmuş, 1987-ci ildə mənzilə dair iddiaçının anası X5 adına order verilmişdir.
33. Iddiaçı X15 ilə ##.##.1993-cü il tarixdə nikaha daxil olmuş, sonuncu mübahisəli mənzilə gəlin köçmüşdür. Iddiaçı ilə Ceyran Atakişiyevanın nikahlarından cavabdehlər doğulmuş, cavabdehlər doğulduqları vaxtdan mübahisəli mənzildə pasport qeydiyyatına alınmışlar.
34. Sözügedən mənzil 1987-ci ildən 2021-ci ilə kimi order əsasında Anya Atakişiyevanın (iddiaçının anasının) adında olmuş, sonradan iddiaçının adına özəlləşdirilmiş və mülkiyyət hüququ ilə onun adına dövlət reyestrində qeydə alınmışdır. Mənzil özəlləşdirilən zaman cavabdehlər mənzilin iddiaçının adına özəlləşdirilməsinə dair notarial qaydada razılıq vermişlər.
35. Baxılan işin mübahisə olunmayan digər hallarından görünür ki, iddiaçı ilə cavabdehlərin anası Ceyran Atakişiyevanın nikahı ##.##.2010-cu il tarixdə pozulmuş, birgə nikahdan olan uşaqlar analarının yanında saxlanılmışlar. Həmin vaxtdan cavabdehlər analarının yanında saxlanılmaqla digər ünvanda yaşamışlar.
36. Apellyasiya icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus olan digər bir bağ evini 38 000 manata sataraq, satışdan əldə olunmuş məbləğin 25 000 manatını cavabdehlərə vermişdir. Araşdırma zamanı cavabdehlər bu faktı etiraf etmiş və həmin 25000 manatın üzərinə əlavə pul da qoyaraq digər ünvanda mənzil aldıqlarını bildirmişlər.
37. Araşdırma zamanı müəyyən edilən hallardan biri də o olmuşdur ki, cavabdehlər 15 ildən çoxdur ki, mübahisəli mənzildən çıxaraq digər ünvanlarda yaşamış, sonradan isə ailə həyatı quraraq ər evində yaşamışlar.
38. Bu mənada apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından cavabdehlər mübahisəli mənzildə istifadə hüququ yaranmış, mənzilin sonradan özəlləşdirilməsi və özəlləşmə qaydasında iddiaçının mülkiyyətinə keçməsi bu istifadə hüququnun xitamına səbəb olmamışdır.
39. Lakin bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar ( həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması kimi amillər) hazırkı halda mövcuddur.
40. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdehlər mübahisəli mənzildə doğulub yaşasalar da, sonradan valideynlərinin nikahı pozulduqdan sonra anaları ilə birlikdə mübahisəli mənzildən könüllü şəkildə çıxaraq başqa ünvanda yaşamış və demək olar ki, 15 ildən artıq sözügedən mənzildə yaşamamışlar.
41. Cavabdehlər mənzili könüllü tərk etməsini valideynlərinin nikahının pozulması ilə əlaqələndirsələr də, araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus olan digər bir bağ evinin satışından əldə olunmuş məbləğin mübahisəli mənzilin özəlləşdirilməsi nəticəsi olaraq 25 000 manatını cavabdehlərə vermiş, sonuncular da bunu təsdiq etməklə, həmin pulun üzərinə əlavə etməklə özlərinə başqa bir ünvanda mənzil aldıqlarını bildirmişlər.
42. Hazırda da cavabdehlər mübahisəli mənzilə qayıtmaq, orada yaşamaq niyyətlərinin olmadığını, lakin paylarına uyğun əlavə kompensasiya verilməsinin tələb etdiklərini bəyan edirlər. Lakin iş materiallarından aşkar görünür ki, cavabdehlər mübahisəli mənzilə köçürülməsi ilə bağlı nə yetkinlik yaşına çatanadək, nə də yetkinlik yaşına çatdıqdan sonra keçən 15 ildən də artıq müddət ərzində hər hansı mübahisə açmamışlar. 43.Araşdırma zamanı iddiaçının və ya mənzilin digər sakinlərnin cavabdehlərə həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar da müəyyən edilməmiş, əksinə yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən kompensasiya əvəzi olaraq cavabdehlərə 25000 manat məbləğində pulun verilməsi müəyyən edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin mübahisəli mənzili tərk edərək uzun müddət orada yaşamamasını, özlərinin daimi yaşayış yerinin olması ilə bağlı hazırki yaşayış yerinə onların ehtiyacının aradan qalxmasını, yetkinlik yaşına çatdıqdan sonra da bu hüququndan uzun müddət istifadə etməməsini onların mübahisəli mənzildən istifadə hüququnun xitamına əsas verən hal kimi qiymətləndirir.
45. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yaşayış sahəsindən mövcud istifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüquq sahibinin başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi mütləq və yeganə əsas kimi çıxış etmir.
46. Doğrudur, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarında da öz əksini tapmışdır. 47.Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür
48. Kollegiya qeyd edir ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
49. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll edərkən göstərilən halı nəzərə almamış, bu istiqamətdə hər hansı qiymətləndirmə aparmamışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün, ədalətli həlli yuxarıda qeyd edilən halların ətraflı araşdırlması ilə mümkündür. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Lakin hər bir halda bu məhdudlaşdırma qanunun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
51. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli və cavabdehlər Atakişiyeva Fəridə Fəxrəddin qızı və Piriyeva Səidə Fəxrəddin qızının ünvan 1 ünvanında yerləşən, ** saylı mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir.
53. Ödənilmiş 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün 50 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. Cavabdehlər Atakişiyeva Fəridə Fəxrəddin qızı və Piriyeva Səidə Fəxrəddin qızının ünvan 1 ünvanında yerləşən, ** saylı mənzildən istifadə hüquqlarına (kompensasiya ödənilmədən) xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün 50 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.