Azәrbaycan Respublikası adından Qәtnamә Sumqayıt şәhәri İş № 2(3-8)-291/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yә qarşı mülki iş üzrә QƏTNAMƏSİ Sәdrlik edәn vә mәruzәçi hakim Mәmmәdov Fuad Əli oğlu, hakimlәr Qafari Sәyyad Ağaәli oğlu vә X4 ibarәt tәrkibdә, Əliyeva Aytәn İlqar qızının katibliyi ilә, Cavabdehin nümayәndәsi nümayәndә2 iştirakı ilә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yә qarşı cavabdehin torpaq sahәsini qanunsuz zәbt etmәklә yaratdığı maneәnin sonuncunun hesabına aradan qaldırılması tәlәbinә dair iddia әrizәsi üzrә Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-*/**** nömrәli qәtnamәsindәn cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, aşağıdakı qәtnamәni qәbul etdi. İşin halları
1. Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsi ##.##.2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn iddiaçı İddiaçı icarәsinә verildikdәn sonra ##.##.2014-cü il tarixdә müvafiq çıxarışa әsasәn hәmin torpaq sahәsinin üzәrindә onun icarә hüquqları qeydә alınmış, habelә qeydә alma zamanı sözügedәn torpaq sahәsi ilә bağlı mübahisә olmamaqla, hәmin әrazidә icazәsiz tikililәr, habelә 6 kvt gәrginlikli elektrik hava xәtti mövcud olmamışdır. Lakin Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindә iddiaçı İddiaçı icarә hüquqları dövlәt qeydiyyatına alındıqdan sonra cavabdeh Cavabdeh ASC-yә mәxsus 6 kvt gәrginlikli elektrik hava xәttini hәmin әrazidәn çәkmişdir.
2. Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ##.##.2014-cü il tarixdә, 1414017092 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışdan görünür ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsi ##.##.2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn İddiaçı 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları daşınmaz әmlakın dövlәt reyestrindә ** nömrәli reyestr kitabının ** nömrәli vәrәqindә dövlәt qeydiyyatına alınmışdır.
İş üzrә qәbul edilmiş mәhkәmә aktları
a) birinci instansiya mәhkәmәsindәki icraat
3. İddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh ASC tәrәfindәn onun mülkiyyәtindә olan Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin bir hissәsini qanunsuz olaraq zәbt etmәklә, onun üçün yaratdığı maneәnin cavabdehin hesabına aradan qaldırılması vә ödәnilmiş 100 manat mәblәğindә dövlәt rüsumunun sonuncudan tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
4. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, Siyәzәn bәlәdiyyәsinin ##.##.2014-cü il tarixli, *-* nömrәli qәrarı vә torpaq icarә müqavilәsi әsasında Siyәzәn şәhәrinin Şәhriyar küçәsindәki 0,007 ha torpaq sahәsi 99 il müddәtinә onun icarәsinә verilmişdir. Bundan sonra, o, qanunvericiliyin tәlәblәrinә uyğun olaraq, hüquqlarının dövlәt qeydiyyatına alınması üçün Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsinin yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsinә müvafiq qaydada müraciәt etmişdir. Müraciәti ilә әlaqәdar, icarә hüquqları Hüquqların Dövlәt qeydiyyatına alınmaqla, ona bu barәdә daşınmaz әmlakın dövlәt reyestrindәn ##.##.2014-cü il tarixli, RX seriyalı, ******* nömrәli çıxarış vә torpaq sahәsinin planı vә ölçüsü verilmişdir. Müәyyәn iqtisadi çәtinliklәrlә әlaqәdar hәmin torpaq sahәsini tam hasara ala bilmәmişdir. Bu yaxınlarda mәlum olmuşdur ki, cavabdeh ASC-nin әmәkdaşları ona icarә hüququ ilә mәxsus olan torpaq sahәsinin içәrisindәn yüksәk gәrginlikli elektrik hava xәtti çәkmiş, hәtta elektrik xәttinin bir dayağını onun icarәsindә olan torpaq sahәsinin daxilinә basdırmışlar. Cavabdehin bu qanunsuz hәrәkәtlәri barәdә sonuncuya ##.##.2022-ci il tarixdә yazılı әrizә ilә müraciәt etmiş, habelә Cavabdeh ASC tәrәfindәn verilmiş ##.##.2022-ci il tarixli cavab mәktubunda ünvan 1 ünvanında yüksәk gәrginlikli elektrik veriliş xәttinin trassasının dәyişdirilmәsi barәdә müraciәtinә baxıldığı bildirilmiş vә hәmin xәttin trassasının dәyişdirilmәsi üçün “ASAN Xidmәt” mәrkәzinә müraciәt etmәsi tövsiyә edilmişdir. Belәliklә, cavabdehin qanunsuz hәrәkәtlәri nәticәsindә onun qanunla qorunan hüquqları pozulmaqla qanuni mәnafeyinә ciddi ziyan vurulmuşdur.
5. Cavabdeh iddia tәlәbinә qarşı etiraz verәrәk iddia tәlәbinin tәmin edilmәmәsini xahiş etmişdir. Etiraz onunla әsaslandırılmışdır ki, qeyd olunan әrazidә hava veriliş xәtti tәxminәn 1985-ci illәrdә quraşdırılıb istifadәyә verilmişdir. Hәmin dövrdәn dә mövcud xәttin trassası saxlanılaraq, rekonstruksiya olunmuşdur. İddiaçı isә hәmin torpaq sahәsinә ##.##.2014-cü il tarixdә icarә müqavilәsi aldıqda artıq hәmin hava veriliş xәtti orda olmuşdur. İddiaçı iddia әrizәsindә Cavabdeh ASC-nin әmәkdaşları tәrәfindәn ona mәxsus torpaq sahәsinin qanunsuz olaraq zәbt edilәrәk dirәk basdırılmaqla, hava veriliş xәttinin çәkildiyini iddia etmişdir. Lakin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspertiza rәyindә vә Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik hüquqi şәxsin mütәxәssis rәyindә qeyd edilir ki, Siyәzәn şәhәri, Şәhriyar küçәsindә icarә hüquqları ilә İddiaçı mәxsus 0,007 ha torpaq sahәsindә elektrik xәttinә aid dayaq aşkar edilmәmişdir. Ekspertiza rәyindәn dә aydın görünür ki, hәmin әrazidә dirәk yoxdur. Bununla әlaqәdar olaraq bildirir ki, hәmin xәttin mühafizә zonası isә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Gәrginliyi 1000 V-dan yuxarı olan elektrik şәbәkәlәrinin mühafizәsi qaydaları” ilә tәnzimlәnir. Hәmin qaydalara әsasәn elektrik şәbәkәlәrinin mühafizә zonalarına daxil olan torpaq sahәlәrinin istifadә qaydalarında mәhdudiyyәtlәr nәzәrdә tutulsa da onların mülkiyyәtdә olmasına hәr hansı qadağa yoxdur. Əksinә, hәmin torpaq sahәlәri torpaq mülkiyyәtçisinin vә ya istifadәçisinin istifadәsindә qalır vә onlar tәrәfindәn qanunvericiliyin tәlәblәrinә riayәt edilmәklә istifadә olunur. Hәmçinin, elektrik xәttinin çәkilmәsi zamanı aidiyyәti dövlәt orqanları ilә razılaşmalar әldә edilmiş vә hәmin әrazidәn xәttin çәkilmәsi mәqsәdәmüvafiq sayılmışdır. İddia әrizәsindә qanunlara vә digәr normativ hüquqi aktlara әsaslanan tәlәbin әsaslandırıldığı hüquqi tövsif göstәrilmәmişdir.
6. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Sumqayıt Ərazi İdarәsi tәrәfindәn ##.##.2024-cü il tarixli, *-**-*-**/*-***/**** nömrәli mәktubla göndәrilmiş daşınmaz әmlakın texniki vәziyyәtini әks etdirәn müayinә (baxış) aktından görünür ki, Siyәzәn Bәlәdiyyәsinin ##.##.2014-cü il tarixli, *-* nömrәli qәrarı ilә İddiaçı icarәsinә verilmiş Siyәzәn şәhәrindә yerlәşәn bir tәrәfdәn yol, bir tәrәfdәn qonşu, iki tәrәfdәn boş sahә ilә әhatә edilmiş, hasarlanmamış, 0,007 ha torpaq sahәsi ilә bağlı mübahisә olmamaqla, hәmin sahәdә icazәsiz tikililәr mövcud olmamışdır.
7. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Sumqayıt Ərazi İdarәsi tәrәfindәn ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrәli mәktubla göndәrilmiş mütәxәssis rәyindәn, elәcә dә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** nömrәli ekspert rәyindәn görünür ki, Siyәzәn şәhәri, Şәhriyar küçәsindә icarә hüquqları ilә İddiaçı mәxsus 0,007 ha torpaq sahәsindәn 6 kVt elektrik xәtti keçir vә torpaq sahәsi bütovlükdә elektrik xәttinin mühafizәsinә düşür. Hәmçinin, sözügedәn torpaq sahәsindә elektrik xәttinә aid dayaq aşkar edilmәyәrәk, bu torpaq sahәsinin üzәrindәn 6 kVt elektrik hava xәttinin keçmәsi müәyyәn edilmişdir.
8. Siyәzәn Rayon Mәhkәmәsinin (hakim Bәylәr Əlәkbәrov) ##.##.2025-ci il tarixli, *(***)- */**** nömrәli qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ##.##.2014-cü il tarixdә, 1414017092 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçı İddiaçı icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin cavabdeh Cavabdeh ASC-nin hesabına çıxarılması, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi, iş üzrә aparılmış mәhkәmә tikintitexniki ekspertiza tәdqiqatının dәyәri 50 (әlli) manatın 50 %-i, yәni 25 (iyirmi beş) manatı iddiaçı İddiaçı, qalan 50 %-i, yәni 25 (iyirmi beş) manatının isә cavabdeh Cavabdeh ASC-dәn tutularaq Azәrbaycan Respublikasının Dövlәt Büdcәsinә köçürülmәsi, mütәxәssis rәyinin alınması, elәcә dә iddia tәlәbi üzrә ödәnilmiş cәmi 195 (bir yüz doxsan beş manat) mәhkәmә xәrcinin 50%-i, yәni 97,50 (doxsan yeddi manat 50 qәpik) manatının cavabdeh Cavabdeh ASC-dәn tutularaq, iddiaçı İddiaçı xeyrinә ödәnilmәsi qәt edilmişdir.
9. Birinci instansiyası mәhkәmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, iddiaçı dövlәt qeydiyyatına alınmış icarә hüquqları әsasında istifadәsindә olan daşınmaz әmlakdan maneәsiz istifadә hüququndan mәhrum olmuşdur. Bu hal onun hüquqlarını mәhdudlaşdırır vә әmlakından istifadә vә sahiblik hüquqlarının hәyata keçirilmәsinә maneәlәr yaradır.
10. Mәhkәmә iş üzrә toplanmış sübutlara tәtbiq olunmalı hüquq normalarına uyğun mәcmu halında qiymәt verәrәk hesab etmişdir ki, iddia tәlәbi qismәn әsaslı olduğundan qismәn tәmin edilmәli, Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ## ###### 2014cü il tarixdә, 1414017092 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçı İddiaçı icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәtti cavabdeh Cavabdeh ASC-nin hesabına çıxarılmalıdır.
11. Hәmçinin, iddianın Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin bir hissәsinin qanunsuz olaraq zәbt edilmәsinә dair hissәsinә münasibәtdә qeyd edilmişdir ki, müvafiq rәylәrә әsasәn, sözügedәn әrazidә cavabdeh ASC-nin elektrik xәttinә aid dayaq aşkar edilmәdiyinә, habelә orada torpaq sahәsinin faktiki zәbt halına rast gәlinmәdiyinә görә iddia tәlәbinin hәmin hissәdә tәmin edilmәsi istisna edilir.
12. Mәhkәmә mövqeyini Azәrbaycan Respublikası Konstitusiyasının 13, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 139.1, 152.1, 157.2, 157.4, 157.8, Azәrbaycan Respublikası Torpaq Mәcәllәsinin 55, 66 (II), 67 (III), 68, “İcarә haqqında “Azәrbaycan Respublikası qanununun 15 (İ), “Torpaq icarәsi haqqında” Azәrbaycan Respublikası qanunun 22-ci maddәlәrinә istinad edәrәk әsaslandırmışdır.
a) apellyasiya instansiyası mәhkәmәsindәki birinci icraat
13. Cavabdeh apellyasiya şikayәti verilәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025ci il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsinin lәğv edilmәsi, iddianın rәdd edilmәsinә dair yeni qәtnamә qәbul edilmәsi xahiş edilmişdir.
14. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hazırki mübahisә üzrә iddiaçının mülkiyyәtçisi olduğu torpaq sahәsindә elektrik xәtti çәkilmәsi ilә bağlı şәxsi mәnafeyinin cavabdeh tәşkilat Cavabdeh ASC-yә mәxsus vә hәmin әrazidә yerlәşәn xeyli sayda fәrdi yaşayış evlәrini elektrik enerjisi ilә tәchiz edәn elektrik hava xәtlәrinin ictimai әhәmiyyәtli olması onun mәnafeyindәn üstünlüyü iddiaçı tәrәfindәn dәqiq ifadә olunmamışdır. Hazırkı iş üzrә iddiaçı ona mәxsus torpaq sahәsindәn keçәn yüksәk gәrginlikli elektrik hava xәtlәrinin çıxarılmasını (nәzәrә alınsa ki, hәmin xәtlәrin yerinin dәyişdirilmәsi böyük maddi vәsait tәlәb edir) tәlәb etmәklә mülkiyyәt hüquqlarından sui-istifadәyә yol verәrәk, mülkiyyәtindәn Cavabdeh ASC-yә ziyan vurmaqla istifadә etmiş vә öz hәrәkәtlәrinin zәruriliyini әsaslandırmamışdır. Tәlәb cavabdeh Cavabdeh ASC tәrәfindәn iddiaçının mülkiyyәtindә olan torpaq sahәsinә müdaxilәnin aradan qaldırılması ilә bağlıdır vә qeyd edilәn iş üzrә mәhkәmә iddia tәlәbinә inzibati mәhkәmә icraatı qaydasında baxılmalı olmasını nәzәrә almamış vә bununla da prosessual hüquq normaları pozulmuşdur. Belә ki, Mülki Mәcәllәnin 152.5-ci maddәsinә әsasәn mülkiyyәtçi qanunda vә ya müqavilәdә müәyyәn edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla müәyyәnlәşdirilmiş hәdlәrdә әmlaka (әşyaya) sәrbәst surәtdә sahib ola bilәr, ondan istifadә edә bilәr, hәmin әmlaka başqa şәxslәrin sahibliyinә yol vermәyә bilәr, ona mәnsub әmlak barәsindә öz mülahizәsi ilә istәnilәn hәrәkәtlәri edә bilәr, bir şәrtlә ki, hәmin hәrәkәtlәr qonşuların vә ya üçüncü şәxslәrin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadә olmasın. Amma, hazırkı iş üzrә mәhkәmә nәzәrdәn qaçırmışdır ki, iddiaçı ona mәxsus torpaq sahәsindәn keçәn yüksәk gәrginlikli elektrik hava xәttlәrinin çıxarılmasını tәlәb etmәklә mülkiyyәt hüquqlarından sui-istifadәyә yol verәrәk, mülkiyyәtindәn Cavabdeh ASC-yә ziyan vurmaqla istifadә etmiş vә öz hәrәkәtlәrinin zәruriliyini әsaslandırmamışdır. Eyni zamanda hәmin Mәcәllәnin 152.6-cı maddәsindә o da qeyd edilmişdir ki, hüquqdan sui-istifadә mülkiyyәtdәn başqalarına ziyan vuran şәkildә istifadәdir vә bu zaman mülkiyyәtçinin mәnafe üstünlüyü dәqiq ifadә edilmәmişdir vә onun hәrәkәtlәrinin zәruriliyi әsaslı deyildir. “İnzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qәrarının 13-cü bәndindә göstәrilmişdir ki, elektrik enerjisi, su vә tәbii qaz tәchizatını hәyata keçirәn sәhmdar cәmiyyәtlәrindә sәhmlәrin 100 faizinin dövlәtә mәxsus olmasına, hәmin müәssisәlәrin rәhbәrlәrinin dövlәt orqanı (dövlәt orqanının vәzifәli şәxsi) tәrәfindәn tәyin olunmalarına, habelә hәmin müәssisәlәrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Hәmin cәmiyyәtlәrlә istehlakçılar arasındakı müqavilә münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrә MPM-nin 24-26-cı maddәlәrinә müvafiq olaraq kommersiya mәhkәmәlәri vә ya ümumi mәhkәmәlәr tәrәfindәn mülki mәhkәmә icraatı qaydasında baxılır. Lakin, “İnzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qәrarının 14- cü bәndinin tәlәbinә görә isә, tәrәflәrin mülki (öhdәlik) hüquq münasibәtlәrindә olduqları hallardan başqa, tәbii inhisar subyektlәrinin ümumi (publik) hüquq sahәsindәki qәrarlarından, hәrәkәt vә ya hәrәkәtsizliyindәn irәli gәlәn mübahisәlәrә İPM-nin 2.1-ci maddәsinә uyğun olaraq inzibati mәhkәmә icraatı qaydasında mәhkәmәlәr tәrәfindәn baxılır. Hazırkı işdәn müәyyәn olunur ki, iddiaçı cavabdeh Cavabdeh ASC-nin tәbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahәsindә fәaliyyәti nәticәsinә onun hüquqlarına müdaxilә edilmәsini (mülkiyyәtindә olan torpaq sahәsi üzәrindә yüksәk gәrginlikli elektrik hava xәtti çәkmәsini vә hәmin xәttin çıxarılması ilә bağlı hәrәkәtsizlik etmәsini) iddia etmişdir. Belә olan halda Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun qәrarının 14-cü bәndinin tәlәblәrinә әsasәn mülki mühakimә icraatı qaydasında deyil, inzibati mәhkәmә icraatı qaydasında baxılmalıdır.
15. Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi * saylı Sumqayıt Ərazi İdarәsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrәli mәktubunda qeyd edilmişdir ki, icarә hüquqları ilә İddiaçı mәxsus Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0.007 ha torpaq sahәsinin müәyyәn hissәsindәn keçәn 6 kv-lıq hava elektrik verilişi xәttinin müәyyәn edilmiş mühafizә zonaları nәzәrә alınmaqla yerinin dәyişdirilmәsi mümkün deyil.
16. Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X5 Filialının ##.##.2025-ci il tarixli rәyindә qeyd edilmişdir ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Elektrik şәbәkәlәrinin mühafizә zonalarının ölçülәri vә hәmin әrazilәrdә tәsәrrüfat işlәrinin aparılmasına dair tәlәblәrin (bundan sonra - Tәlәblәr) 1.3-cü bәndinә әsasәn Elektrik şәbәkәlәrinin layihәlәndirilmәsi, tikintisi, genişlәndirilmәsi, yenidәn qurulması vә istismarı Qanunun tәlәblәri nәzәrә alınmaqla, “Ətraf mühitә tәsirin qiymәtlәndirilmәsi haqqında” Azәrbaycan Respublikasının Qanununa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinә, şәhәrsalma vә tikintiyә dair digәr normativ hüquqi aktlara, o cümlәdәn texniki normativ hüquqi aktlara uyğun olaraq hәyata keçirilir. Tәlәblәrin 1.5-ci bәndinә әsasәn elektrik şәbәkәlәrinin mühafizәsi ötürücü şәbәkәyә münasibәtdә ötürücü sistem operatoru tәrәfindәn, paylayıcı şәbәkәyә münasibәtdә isә paylayıcı sistem operatoru tәrәfindәn tәmin edilir. Tәlәblәrin 1.6-cı bәndinә әsasәn elektrik şәbәkәlәrinin tikintisi, genişlәndirilmәsi, yenidәn qurulması, tәmiri vә istismarı mәqsәdilә torpaq sahәlәri üzәrindә hüquqlar torpaq qanunvericiliyinin tәlәblәrinә uyğun olaraq әldә edilir. Odur ki, sözügedәn 6 kV-luq hava elektrik verilişi xәttinin yerinin dәyişdirilmәsi ilә bağlı yeni trassa ayrılması, müvafiq yerli icra hakimiyyәti orqanlarının, hәmçinin hәmin әrazidәn keçәn avtomobil yolu, su, elektrik vә digәr kommunikasiya xәtlәrinin mülkiyyәtçilәrinin razılığı alınmaqla Cavabdeh ASC tәrәfindәn hәyata keçirilә bilәr.
17. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının (hakimlәr A.Hüseynzadә (sәdrlik edәn vә mәruzәçi), A.Mahmudov vә L.Rәhimli) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә cavabdeh Cavabdeh Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi iddianın tәmin edilmiş - Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ##.##.2014-cü il tarixdә, 1414017092 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçı İddiaçı icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindәki 6 kvt elektrik hava xәttinin cavabdeh Cavabdeh ASC-nin hesabına çıxarılması - hissәsindә vә mәhkәmә xәrclәrinin bölüşdürülmәsi hissәsindә lәğv edilmәsi, iddianın hәmin hissәdә tәmin edilmәmәsi, apellyasiya şikayәtinin qalan hissәdә tәmin edilmәmәsi, qәtnamәnin qalan hissәdә dәyişdirilmәdәn saxlanılması, iddia әrizәsinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumunun vә mütәxәssis rәyinin alınması üçün çәkilmiş xәrcin iddiaçıya aid edilmәsi, mәhkәmә tikinti-texniki ekspertiza tәdqiqatının dәyәri qismindә 50 (әlli) manatın iddiaçı İddiaçı tutularaq, Azәrbaycan Respublikasının Dövlәt büdcәsinә köçürülmәsi qәt edilmişdir.
18. Mәhkәmә kollegiyası mübahisәyә inzibati icraat qaydasında baxılmalı olması barәdә apellyasiya şikayәtinin dәlilinә münasibәtdә qeyd etmişdir ki, tәrәflәr arasında yaranan mübahisә әrazinin boşaldılması ilә bağlı, yәni әşya hüquq münasibәtlәrindәn irәli gәlmәklә mülki mühakimә icraatı qaydasında ümumi mәhkәmәlәrdә baxılmalı olan mübahisә olmuşdur. Buna görә dә birinci instansiya mәhkәmәsinin mәhkәmә aidiyyәtini pozmaqla işә baxılmasına dair cavabdehin apellyasiya şikaytәtinin dәlili әsassız olmuşdur.
19. İddiaçı icarәsindә olan Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0.007 ha torpaq sahәsinin müәyyәn hissәsindәn keçәn 6 kv-luq hava elektrik verilişi xәttinin onun qanunla qorunan hüquqlarının pozulmasına vә qanuni mәnafeyinә ciddi ziyan vurmasına sәbәb olmasını iddia etsә dә, buna dair hәr hansı bir sübutu mәhkәmәyә tәqdim etmәmişdir. Belә ki, iddiaçının torpaq sahәsindә tikinti işlәrinin aparması vә ya aparmaq niyyәtindә olması, hәr hansı bir başqa fәaliyyәt göstәrmәsi üçün müvafiq orqanlara, o cümlәdәn cavabdeh tәşkilata müraciәt etmәsi, mәhz 6 kvt-luq hava elektrik verilişi xәttinin mühafizә zonasında olması sәbәbindәn iddiaçının torpaq sahәsindә fәaliyyәt göstәrmәsinә icazә verilmәmәsi iş materialları ilә müәyyәn edilmәmәkdәdir. İddiaçı tәrәfindәn mәhkәmәyә yalnız Cavabdeh ASCyә elektrik xәttinin çıxarılması ilә bağlı müraciәti vә Cavabdeh ASC-nin ## ###### 2022-ci il tarixli cavab mәktubu tәqdim edilmişdir ki, hәmin mәktubda da iddiaçıya hәmin xәttin trassasının dәyişdirilmәsi üçün “ASAN Xidmәt” mәrkәzinә müraciәt etmәsi tövsiyә edilmişdir.
20. İddiaçının icarәsindә olan torpaq sahәsindә heç bir tikilinin olmamasının, torpaq sahәsindәn hәr hansı mәqsәdlәr üçün istifadә edilmәmәsinin vә ya bu istifadә üçün müvafiq orqanlara, o cümlәdәn cavabdeh şәxsә müraciәt edilmәsinin, mәhz 6 kvt-luq hava elektrik verilişi xәttinin mühafizә zonasında olması sәbәbindәn iddiaçının torpaq sahәsindә fәaliyyәt göstәrmәsinә icazә verilmәmәsinin sübut olunmaması halında iddiaçının torpaq sahәsi üzәrindә icarә hüquqlarının pozulmasını iddia etmәsi әsassız hesab olunur. Nәzәrә alınmalıdır ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Elektrik şәbәkәlәrinin mühafizә zonalarının ölçülәri vә hәmin әrazilәrdә tәsәrrüfat işlәrinin aparılmasına dair Tәlәblәrin 3.1.1-ci bәndinә әsasәn mühafizә zonalarının altındakı torpaq sahәlәrindә sistem operatoru ilә әvvәlcәdәn razılaşdırılmaqla gәrginliyi 1000 voltdan yuxarı olan elektrik şәbәkәlәrinin mühafizә zonalarında tikinti vә ya quraşdırma işlәrinin aparılması mümkün hesab olunur. Buna görә dә mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin iddiaçının icarә hüquqları әsasında istifadәsindә olan daşınmaz әmlakdan maneәsiz istifadә hüquqlarından mәhrum olması vә ya mәhdudlaşması ilә bağlı gәldiyi nәticә qanuni vә әsaslı olmamışdır.
21. Mәhkәmә kollegiyası mövqeyini Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 158.1, 158.1.2, 158.2, 165.1, 700.1, 700.2, Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsinin 55, 66 (II), maddәlәrinә vә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Elektrik şәbәkәlәrinin mühafizә zonalarının ölçülәri vә hәmin әrazilәrdә tәsәrrüfat işlәrinin aparılmasına dair Tәlәblәrin 1.4, 1.5, 3.1, 3.1.1-ci bәndlәrinә istinad edәrәk әsaslandırmışdır.
a) kassasiya instansiyası mәhkәmәsindәki icraat
22. İddiaçı (vәkil X2) kassasiya şikayәti verәrәk, Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinin lәğv edilmәsi vә işin yenidәn baxılması üçün apellyasiya instansiyası mәhkәmәsinә göndәrilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
23. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrarı ilә kassasiya şikayәti tәmin edilmiş, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilmiş vә iş yenidәn baxılması üçün hәmin mәhkәmәyә göndәrilmişdir.
24. Mәhkәmә öz mövqeyini onunla әsaslandırmışdır ki, baxılan iş üzrә xüsusi olaraq araşdırılmalı olan hal-torpaq sahәsi üzәrindә iddiaçının icarә hüququ әmәlә gәlәn zaman oradan elektrik xәttinin keçib-keçmәmәsidir. Əgәr iddiaçı torpaq sahәsi üzәrindә icarә hüququ әldә edәrkәn, hәmin sahә üzәrindә әvvәldәn mövcud olan mühәndis-kommunikasiya obyektini vә ondan irәli gәlәn mәhdudiyyәtlәri bilmәli idisә vә bilmәsi mümkün olubsa, o halda iddiaçı torpaq sahәsini mövcud yüklülüklәrlә birlikdә qәbul etmiş sayılır. Bu yanaşma Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 255 vә 256-cı maddәlәrindә tәsbit edilmiş servitut hüququnun hüquqi mahiyyәtinә uyğundur vә mülki dövriyyәdә hüquqi sabitliyin tәmin edilmәsinә xidmәt edir.
25. Əksinә, elektrik xәtti icarә hüququ yaranandan sonra çәkilmişdirsә, iddiaçının hüquqları qorunmalıdır.
Mәhkәmә icraatı iştirakçılarının izahatları
26. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdehin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtini müdafiә edәrәk bildirdi ki, 2010-cu ildәn mübahisәlәndirilәn әrazidәn elektrik xәtti keçib.
27. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә iddiaçı vә üçüncü şәxsә mәlumat verilmәsinә baxmayaraq mәhkәmә iclasında iştirak etmәmişdirlәr. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası MPM-in 376.2-ci maddәsinә әsasәn işә baxılmasını mümkün hesab etmişdir.
Tәtbiq edilәn hüquq
Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi:
28. Maddә 139.1 Mülkiyyәt hüququ vә daşınmaz әmlaka digәr hüquqlar, bu hüquqların mәhdudlaşdırılması, әmәlә gәlmәsi, başqasına keçmәsi vә xitamı dövlәt qeydiyyatına alınmalıdır. Mülkiyyәt hüququ, istifadә hüququ, ipoteka, servitutlar, habelә daşınmaz әmlaka digәr hüquqlar bu mәcәllәdә vә qanunvericilikdә nәzәrdә tutulan hallarda qeydә alınmalıdır.
29. Maddә 152.1. Mülkiyyәt hüququ subyektin ona mәnsub әmlaka (әşyaya) öz istәdiyi kimi sahib olmaq, ondan istifadә etmәk vә ona dair sәrәncam vermәk üzrә dövlәt tәrәfindәn tanınan vә qorunan hüququdur.
30. Maddә 152.5. Mülkiyyәtçi qanunda vә ya müqavilәdә müәyyәn edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla müәyyәnlәşdirilmiş hәdlәrdә әmlaka (әşyaya) sәrbәst surәtdә sahib ola bilәr, ondan istifadә edә bilәr vә ona dair sәrәncam verә bilәr, hәmin әmlaka başqa şәxslәrin sahibliyinә yol vermәyә bilәr, ona mәnsub әmlak barәsindә öz mülahizәsi ilә istәnilәn hәrәkәtlәri edә bilәr, bir şәrtlә ki, hәmin hәrәkәtlәr qonşuların vә ya üçüncü şәxslәrin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadә olmasın.
31. Maddә 157.4. Əgәr mülkiyyәtә qәsd vә ya başqa maneәlәr әşyanı götürmәdәn vә ya ondan mәhrum etmәdәn törәdilirsә, mülkiyyәtçi qәsd edәndәn bu hәrәkәtlәrә son qoymağı tәlәb edә bilәr. Bu cür hәrәkәtlәr davam etdirildikdә mülkiyyәtçi hәmin hәrәkәtlәrә son qoyulmasını mәhkәmә vasitәsilә tәlәb edә bilәr.
32. Maddә 157.8. Mülkiyyәtçi hüquqları mülkiyyәtçi olmasa da, bu Mәcәllәdә vә ya müqavilәdә nәzәrdә tutulan әsasla әmlaka sahiblik edәn şәxsә dә mәnsubdur.
33. Maddә 164.1. Sahibin iradәsi olmadan sahiblikdәn mәhrumetmә vә onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hәr bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiә üçün güc işlәtmәk ixtiyarı vardır. Bu zaman o, şәraiti nәzәrә almaqla, әsassız güc hәrәkәtlәrindәn çәkinmәlidir.
34. Maddә 164.2. Sahiblikdәn mәhrum olan onun üçün qanunsuz sahibdәn sahibliyin qaytarılmasını tәlәb edә bilәr. Sahiblikdәn mәhrumetmә faktik sahib vә ya onun hüquq sәlәfi barәsindә sәhv addım olduqda vә sahiblik mәhrumetmәdәn әvvәlki ildә әldә edildikdә iddia istisna edilir.
35. Maddә 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilә pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tәlәb edә bilәr. Pozuntuların davam edәcәyindәn ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verә bilәr. Pozucu vә ya onun hüquq sәlәfi üçün sahib qanunsuz olduqda vә sahiblik mәhrumetmәdәn әvvәlki ildә әldә edildikdә bu cür iddia istisna edilir.
36. Maddә 165.2. Qadağan edilmiş özbaşınalıq üzrә iddiaya yalnız o halda yol verilir ki, sahib qәsdin vә tәqsirkarın ona mәlum olmasından dәrhal sonra әşyanın qaytarılmasını vә ya pozuntunun aradan qaldırılmasını tәlәb etsin. İddia müddәti, hәtta qәsd vә tәqsirkar sahibә sonralar da mәlum olarsa, mәhrumetmәvә ya pozuntu anındanbaşlayaraq bir il tәşkil edir.
37. Maddә 166.3. Yalnız o şәxsin torpaq sahәsinә mülkiyyәt hüququnun vә sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahәsinin daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınmasından irәli gәlir. Lakin torpaq sahәsinin faktik sahibi sahiblikdәn özbaşına mәhrumedilmә vә ya sahibliyin pozulması barәdә iddia verә bilәr.
38. Maddә 238.1. Daşınmaz әmlak kimi torpaq mülkiyyәt hüququnun obyektidir. Torpaq sahәsinin әrazi sәrhәdlәri daşınmaz әmlakın dövlәt reyestrinin ixtiyarlı şәxsinin mülkiyyәtçiyә verdiyi sәnәdlәr әsasında tәyin edilir.
39. Maddә 238.2. Əgәr qanunla ayrı qayda müәyyәnlәşdirilmәyibsә, torpaq sahәsinә mülkiyyәt hüququ hәminsahәninsәrhәdlәridaxilindәyerlәşәnsәth (torpaq) qatınavәqapalı sututarlara, meşәlәrә vә bitkilәrә dә şamil edilir.
40. Maddә 238.3. Torpaq sahәsinin mülkiyyәtçisi, әgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa vә digәr şәxslәrin hüquqlarını pozmursa, hәmin sahәnin üstündә vә altında olan hәr şeydәn istifadә edә bilәr. Əgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa, yerin tәki vә faydalı qazıntılar Azәrbaycan Respublikasının mülkiyyәtidir.
41. Maddә 255.1. Servitut daşınmaz әşyanın digәr daşınmaz әşya mülkiyyәtçisinin xeyrinә elә yüklü edilmәsidir ki, bu zaman ona (digәr daşınmaz әşyanın mülkiyyәtçisinә) ayrıayrı hallarda әşyadan istifadә etmәyә icazә verilir vә ya daşınmaz әşyanın mülkiyyәtçisinә müәyyәn hәrәkәtlәri yerinә yetirmәyә vә ya mülkiyyәt hüququndan irәli gәlәn digәr hüquqları hәyata keçirmәyә icazә verilmir.
42. Maddә 256.1. Servitutun verilmәsi üçün daşınmaz әmlakın dövlәt reyestrindә onun qeydә alınması zәruridir. Servitutun әldә edilmәsi vә qeydә alınması üçün torpağa mülkiyyәt haqqında müddәalar qüvvәdәdir.
Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsi
43. Maddә 22.3. Zona üzrә müәyyәn edilmiş rejimlә, torpaqların tamamilә tәsәrrüfat dövriyyәsindәn çıxarılması nәzәrdә tutulan hallar istisna olmaqla, әrazisindә mühafizә zonası müәyyәn edilәn torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri torpaq sahәsi üzәrindә hüquqlardan mәhrum edilmirlәr. Mühafizә zonasının hüdudlarında torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri bu zonalar üçün tәsdiq edilmiş qaydalara әmәl etmәyә borcludurlar.
44. Maddә 55. Hüquqi vә fiziki şәxslәrin torpaq sahәsi üzәrindә hüquqları müvafiq icra hakimiyyәti orqanlarının vә ya bәlәdiyyәlәrin qәrarları vә onlarla bağlanan müqavilәlәr;hüquqi vә (vә ya) fiziki şәxslәr arasında bağlanan müqavilәlәr vә torpaqla bağlı digәr әqdlәr; mәhkәmәnin torpaq sahәsi üzәrindә hüququn müәyyәn edilmәsinә dair qәrarı vә ya hökmü; vәrәsәlik hüququ әsasında vә qanunvericiliklә müәyyәn edilmiş digәr yollarla yaranır.
45. Maddә 66, II hissә. Torpaq üzәrindә hüquqlar (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) qanunvericiliklә müәyyәn edilmiş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә dövlәt qeydiyyatına alınır vә hәmin reyestrdәn çıxarışla rәsmilәşdirilir.
46. Maddә 67, III hissә. Dövlәt vә bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrinin alınması ilә yaranan hüquqların, habelә torpaq sahәlәri vә digәr daşınmaz әmlaka dair bağlanılan әqdlәr nәticәsindә әldә edilәn hüquqların dövlәt qeydiyyatına alınması mәcburidir.
47. Maddә 68. Torpaq sahәlәri üzәrindә hüquqlar torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә müәyyәn edilmәsindәn, onların plan vә ölçüsünün tәrtib edilmәsindәn, torpaq sahәlәrinin verilmәsi barәdә müqavilәnin bağlanmasından vә onun müәyyәn olunmuş qaydada dövlәt qeydiyyatından keçirilmәsindәn sonra yaranır.
48. Maddә 82. Torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri başqa torpaq mülkiyyәtçilәrinin, istifadәçilәrinin vә icarәçilәrinin hüquqlarını pozmamalıdırlar. Maddә 84. Torpaq mülkiyyәtçilәrinin, istifadәçilәrinin vә icarәçilәrinin hüquqları qanunla qorunur. Maddә 238.2. Əgәr qanunla ayrı qayda müәyyәnlәşdirilmәyibsә, torpaq sahәsinә mülkiyyәt hüququ hәmin sahәnin sәrhәdlәri daxilindә yerlәşәn sәth (torpaq) qatına vә qapalı sututarlara, meşәlәrә vә bitkilәrә dә şamil edilir.
49. Maddә 238.3. Torpaq sahәsinin mülkiyyәtçisi, әgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa vә digәr şәxslәrin hüquqlarını pozmursa, hәmin sahәnin üstündә vә altında olan hәr şeydәn istifadә edә bilәr. Əgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa, yerin tәki vә faydalı qazıntılar Azәrbaycan Respublikasının mülkiyyәtidir.
Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi:
50. Maddә 14. İş üzrә mәhkәmә baxışının prinsiplәri 14.1. Mәhkәmә hәqiqәtә nail olmaq üçün işin hәrtәrәfli, tam vә obyektiv tәdqiqinә lazımi şәrait yaradır. Bunun üçün mәhkәmә: işdә iştirak edәn şәxslәrә onların prosessual hüquq vә vәzifәlәrini izah edir, görülәcәk, yaxud görülmәyәcәk hәrәkәtlәrin nәticәlәri barәdә onları xәbәrdar edir, onların prosessual hüquqlarının hәyata keçmәsinә kömәk göstәrir. 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir. (...)
51. Maddә 77. Sübut etmә vәzifәsi 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir (..)
52. Maddә 88. Sübutların qiymәtlәndirilmәsi Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.
53. Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri (...) 372.6. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.
54. Maddә 384. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәtlәri 384.0. Apellyasiya instansiyası mәhkәmәsi: (...). 384.0.1. qәtnamәni dәyişmәdәn, apellyasiya şikayәtini isә tәmin etmәdәn saxlaya bilәr (...)
55. Maddә 402. Kassasiya şikayәti vermә hüququ 402.1. Mülki işlәr üzrә qәbul edilmiş qәtnamәnin mübahisәlәndirilәn hissәsindә iddianın qiymәti beş min manatdan, kommersiya mübahisәlәrinә dair işlәr üzrә isә müvafiq olaraq on min manatdan az olan әmlak xarakterli iddialar üzrә qәtnamәlәr istisna olmaqla, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının qәtnamәlәrindәn kassasiya şikayәti verilә bilәr. (...)
Apellyasiya şikayәtinin mümkünlüyü, apellyasiya baxışının hәdlәri
56. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrarı ilә Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilib, iş yeni baxışa göndәrildiyindәn hazırda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin qanuniliyi apellyasiya şikayәtlәrinin dәlillәrinә uyğun olaraq yoxlanılır.
Apellyasiya instansiyası mәhkәmәsinin mövqeyi
57. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi iddianın tәmin edilmiş hissәsindә lәğv edilmәli, hәmin hissәdә iddia rәdd edilmәlidir.
58. İş üzrә müәyyәn olunan hallara görә Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn İddiaçı 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları ## ###### 2014-cü il tarixindә daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır. Hal-hazırda hәmin torpaq sahәsinin üzәrindәn 6 kvt elektrik hava xәtti keçir. İddiaçı hәmin hava xәttinin onun torpaqdan istifadәsinә maneә törәtdiyini bildirir vә cavabdeh Cavabdeh ASC-dәn maneәnin aradan qaldırılmasını tәlәb edir.
59. İşin faktiki halları ilә müәyyәn edilir ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn iddiaçı İddiaçı icarәsinә verildikdәn sonra, ## ###### 2014-cü il tarixdә müvafiq çıxarışa әsasәn hәmin torpaq sahәsinin üzәrindә onun icarә hüquqları qeydә alınmışdır.
60. Hazırda iddiaçı qeyd edir ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindә iddiaçı İddiaçı icarә hüquqları dövlәt qeydiyyatına alındıqdan sonra, cavabdeh “xxxx” ASC tәrәfindәn sonuncuya mәxsus 6 kVt gәrginlikli elektrik hava xәttinin dirәyi hәmin әrazidә quraşdırılmış vә hazırda bu xәttin iddiaçıya mәxsus әrazidәn keçmәsi, iddiaçının hüquqlarının pozulmasına sәbәb olmaqla, torpaq sahәsindәn arzuolunan formada istifadәni mәhdudlaşdırır.
61. İşin mübahisәsiz hallarından müәyyәn edilir ki, iddiaçının sahibliyindә (icarәsindә) olan torpaq sahәsi 1 vә 2 nömrә ilә işarәlәnmiş elektrik dirәklәrinin yerlәşdiyi әrazidәdir.
62. Ali Mәhkәmәnin göstәrişinә uyğun istiqamәtdә aparılmış araşdırmaya әsasәn mәhkәmә iclasında müәyyәn edilmişdir ki, torpaq sahәsi üzәrindә iddiaçının icarә hüququ әmәlә gәlәn zaman oradan mübahisәli elektrik xәtti keçmişdir.
63. Belә ki, iş materiallarına әlavә olunmuş Azәrbaycan Respublikası Kosmik Agentiyinin ##.##.2026-cı il tarixli mәktubunda qeyd olunmuşdur ki, sözügedәn әrazinin monitorinqi mәqsәdilә 2013-2023-cü illәrә aid mövcud yüksәk ayırdetmәli peyk tәsvirlәri tәhlil edilmişdir. Aparılmış tәhlil zamanı torpaq sahәsinin cәnub vә şimal hissәlәrindә yerlәşәn elektrik dirәklәri şәrti olaraq müvafiq şәkildә 1 vә 2 nömrәlәri ilә işarәlәnmişdir. Tәhlilin nәticәlәrinә әsasәn, sözügedәn torpaq sahәsindәn keçәn hava elektrik veriliş xәttinә aid 1 vә 2 nömrәli dirәklәrin peyk tәsvirlәri üzәrindәn müәyyәn olunma vaxtları fәrqlidir. Belә ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir. Bu hal 2 nömrәli dirәyin daha sonrakı dövrdә quraşdırılması ilә әlaqәli ola bilәr. Bununla yanaşı, nәzәrә alınmalıdır ki, dirәklәrin ölçü vә konstruktiv xüsusiyyәtlәrindәki fәrqlәr kölgәlәrin tәsvir üzәrindә fәrqli formada müşahidә olunmasına tәsir göstәrә bilir.
64. Agentlikdәn verilmiş mәlumatdan aydın olur ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırd etmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir.
65. İşdә olan mütәxәssis vә ekspert rәylәrindәn görünür ki, Siyәzәn şәhәri, Şәhriyar küçәsindә icarә hüquqları ilә İddiaçı mәxsus 0,007 ha torpaq sahәsindәn 6 kVt elektrik xәtti keçir vә torpaq sahәsi bütovlükdә elektrik xәttinin mühafizәsinә düşür. Hәmçinin, sözügedәn torpaq sahәsindә elektrik xәttinә aid dayaq aşkar edilmәyәrәk, bu torpaq sahәsinin üzәrindәn 6 kVt elektrik hava xәttinin keçmәsi müәyyәn edilmişdir.
66. Göstәrilәnlәrә әsasәn kollegiya belә hesab edir ki, iddiaçı mübahisәlәndirilәn torpaq sahәsini icarәyә götürәrkәn elektrik hava elektrik xәtti artıq mövcud olmuşdur. Bu isә o demәkdir ki, iddiaçının torpaq sahәsi üzәrindә icarә hüquqları qeydә alınarkәn hәmin torpaq sahәsi elektrik xәtti keçәn hissәdә mühafizә zonası ilә yüklü olmuşdur. Odur ki, birinci instansiya mәhkәmәsinin iddiaçının icarә hüquqları әsasında istifadәsindә olan daşınmaz әmlakdan maneәsiz istifadә hüquqlarından mәhrum olması vә ya mәhdudlaşması ilә bağlı gәldiyi nәticә әsaslı olmamışdır.
67. Kollegiya apellyasiya şikayәtinin dәlillәri ilә bağlı hәmçinin qeyd edir ki, tәrәflәr arasında yaranan mübahisә әşya hüquq münasibәtlәrindәn irәli gәlmәklә mülki mühakimә icraatı qaydasında ümumi mәhkәmәlәrdә baxılmalı olan mübahisәdir. Buna görә dә, birinci instansiya mәhkәmәsinin mәhkәmә aidiyyәtini pozmaqla işә baxılmasına dair cavabdehin apellyasiya şikaytәtinin dәlili әsassızdır.
68. Mülki mәhkәmә icraatının prinsipinә görә sübutların toplanması vә tәqdim edilmәsi yükü bütünlüklә tәrәflәrin üzәrinә düşür. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir, hәr bir tәrәf isә öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir (Mülki Prosessual Mәcәllәnin 14.2 vә 77.1-ci maddәlәri).
69. Mülki Prosessual Mәcәllәnin 385.1.1 - 385.1.4-cü maddәlәrinә әsasәn maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi vә birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi mәhkәmә qәtnamәsinin apellyasiya qaydasında lәğv edilmәsi üçün әsaslar hesab edilir.
70. Hәmin Mәcәllәnin 384.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr.
71. Belәliklә, mәhkәmә kollegiyası işin araşdırılmış halarına, mәhkәmә iclasında tәdqiq olunmuş sübutlara vә sadalanan qanunvericilik aktları normalarına әsaslanaraq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi iddianın tәmin edilmiş - Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ## ###### 2014-cü il tarixdә, 1414017092 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçı İddiaçı icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin cavabdeh Cavabdeh ASC-nin hesabına çıxarılması - hissәsindә lәğv edilmәli, iddia hәmin hissәdә tәmin edilmәmәli, qәtnamә qalan hissәdә dәyişdirilmәdәn saxlanılmalıdır.
72. Mәhkәmә kollegiyası MPM-in 119.1-ci maddәsinә әsasәn hәmçinin hesab edir ki, iddia әrizәsinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumu vә mütәxәssis rәyinin alınması üçün çәkilmiş xәrc iddiaçının özünә aid edilmәli, iş üzrә keçirilmiş mәhkәmә tikinti-texniki ekspertiza tәdqiqatının dәyәri olan 50 (әlli) manat iddiaçı İddiaçı tutularaq Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına ödәnilmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 382, 384, 392, 393, 402 vә 405ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
qәt etdi:
Apellyasiya şikayәti qismәn tәmin edilsin. Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi iddianın tәmin edilmiş - Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ##.##.2014-cü il tarixdә, 1414017092 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçı İddiaçı icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,007 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin cavabdeh Cavabdeh ASC-nin hesabına çıxarılması - hissәsindә vә mәhkәmә xәrclәrinin bölüşdürülmәsi hissәsindә lәğv edilsin. İddia tәlәbi hәmin hissәdә tәmin edilmәsin. Qәtnamә qalan hissәdә dәyişdirilmәdәn saxlanılsın. İddia әrizәsinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumu vә mütәxәssis rәyinin alınması üçün çәkilmiş xәrc iddiaçıya aid edilsin. Mәhkәmә tikinti-texniki ekspertiza tәdqiqatının dәyәri olan 50 (әlli) manat iddiaçı İddiaçı tutularaq Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına ödәnilsin. Qәtnamәdәn onun tәrәflәrә rәsmi qaydada tәqdim edildiyi gündәn 2 (iki) ay müddәtindә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası vasitәsi ilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti (“Elektron mәhkәmә” informasiya sistemi”ndә yaradılmış elektron kabinet vasitәsilә) verilә bilәr. Qәtnamәdәn şikayәt verilmәzsә, qәtnamә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay keçdikdәn sonra qanuni qüvvәyә minir.