Məhkəmə qərarları › İş №2(3-8)-323/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-323/2026

28.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-323/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı qanuni nümayəndəsi İsrailova Gülşən Heybət qızının cavabdehlər cavabdeh2 və İsrailov Rəşad Heybət oğluna qarşı İddiaçılar cavabdeh2 və İsrailov Rəşad Heybət oğlunun cavabdeh İddiaçı qanuni nümayəndəsi İsrailova Gülşən Heybət qızına qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş həyətyanı sahədən və özbaşına tikilidən cavabdehlərin hesabına çıxarılma və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması – istifadə hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, ilk iddia üzrə iddiaçı İddiaçı qanuni nümayəndəsi İsrailova Gülşən Heybət qızının, onun nümayəndə və vəkili Vəkil, ilk iddia üzrə cavabdehlər cavabdeh2 və İsrailov Rəşad Heybət oğlunun iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh İsrailov Rəşad Heybət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı qanuni nümayəndəsi İsrailova Gülşən Heybət qızı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər İsrailov Rəşad Heybət oğlunun, cavabdeh2 və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmaları (həmin sahənin məcburən boşaltmaları) və həmin ərazinin iddiaçının öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2014-cü il tarixli notarial təsdiqli bağışlama müqaviləsinə əsasən İsrayılov Heybət Saatxan oğlu (baba) öz xüsusi mülkiyyətində olan ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evini öz doğma qız nəvəsinə, yəni İddiaçı hədiyyə etmiş və bunun qarşılığında sonuncu qeyd edilən müqaviləyə əsasən həmin əmlak üzərində mülkiyyət hüququnu əldə etmişdir. Belə ki, İddiaçı adına müvafiq dövlət orqanı tərəfindən həmin fərdi yaşayış evinin xüsusi mükiyyətinə verilməsinə dair ##.##.2014-cü il tarixli ******* nömrəli Çıxarış verilmiş, həmin evin yeganə mülkiyyətçisi F.Haçızadədir. İddiaçı ##.##.2009-cu il təvəllüdlü olmaqla hazırda yetkinlik yaşına çatmamış şəxsdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş notarial təsdiqli AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin ana qrafasında aparılmış qeyddən görünür ki, İddiaçı anası İsrailova Gülşən Heybət qızıdır. Məhz bu səbəbdən hazırki iddia ərizəsi üzrə ##.##.2009cu il təvəllüdlü yetkinlik yaşına çatmamış İddiaçı hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onun qanuni nümayəndəsi anası İsrailova Gülşən Heybət qızı tərəfindən qorunur və iddia da həmin şəxs tərəfindən məhkəməyə təqdim edilir. İsrayılov Heybət Saatxan oğlu (ilk iddiaçının babası) ##.##.2017-ci il tarixində hipertoniya xəstəliyindən vəfat etmişdir. Belə ki, həmin şəxs ölən günə kimi nəvəsinə öz sağlığı dövründə bağışıladığı evdə yaşamış və həmin ünvanda hazırki cavabdehlər ümumiyyətlə yaşamamışlar. Belə ki, İsrayılov Heybət Saatxan oğlu (baba) öz sağlığı dövründə doğma oğlu hazırki iş üzrə 1-ci cavabdeh olan İsrailov Rəşad Heybət oğluna başqa ünvanda ayrıca torpaq alaraq onun üçün ev tikmiş və oğlunu həmin evə köçürmüşdür. Həmin cavabdehdə öz ailəsi ilə birgə (2-ci cavabdeh arvadı cavabdeh2 və övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm, 2010-cu il təvəllüdlü İsrailova Almarə, 2014-cü il təvəllüdlü İsrailov Həmzə və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn) məhz atasının sağlığı dövründə atası tərəfindən ona alınmış torpaq sahəsi üzərində tikilmiş ayrıca evdə yaşamışlar. Lakin ##.##.2017-ci il tarixində iddiaçının babası İsrayılov Heybət Saatxan oğlu vəfat etdikdən sonra, cavabdehlər heç bir qanuni əsas olmadan hazırki iddiaçıya məxsus fərdi evin yerləşdiyi ünvana, yəni ünvan 2nvanına gələrək, həmin ünvanda özbaşına bir tikilini yaşayış vəziyyətinə gətirərək həmin tikilidə qanunsuz yaşamağa başlamışlar. Artıq geridə qalmış 8 ilə yaxın müddət ərzində cavabdehlər və onların azyaşlı övladları iddiaçıya məxsus ünvanda qanunsuz yaşayırlar və hər dəfə onlara həyəti tərk etmələri tələb olunarkən, cavabdehlər iddiaçı tərəfə bildirirlər ki, yalnız yeni evlə özlərini təmin etdikdən sonra onlar iddiaçıya məxsus sahəni tərk edəcəklər. Lakin cavabdehlər nədənsə artıq uzun müddətdir ki, heç bir əsas olmadan iddiaçıya məxsus ünvanı boşaltmaqdan faktiki olaraq imtina edirlər. Məhz bu səbəbdən iddiaçı tərəf yuxarıda qeyd olunanları əsas tutaraq hazırda həmin cavabdehlərə qarşı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq zəbt olunmuş ərazinin və torpaq sahəsinin boşaldılmasına dair rayon məhkəməsində mülki iddia irəli sürmək məcburiyyətində olmuşlar.

3. Cavabdehlər cavabdeh2 və İsrailov Rəşad Heybət oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və İsrailov Rəşad Heybət oğlunun və onların azyaşlı uşaqlarının Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, M.Muxtarov küçəsi, döngə 3, ev 44-ə istifadə hüquqlarının tanınmasını xahiş etmişər.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd edilən evin yerləşdiyi torpaq sahəsi İsrailov Rəşad Heybət oğlunun mərhum atası İsrayılov Heybət Saatxan oğlunun adına olmuş və sonucu həmin fərdi yaşayış evini ilk iddiaçıya 2014-cü ildə hədiyyə etmişdir. Lakin bundan qarşılıqlı iddiaçıların xəbəri olmamışdır. 2014-cü ilə kimi həmin ev Rəşad İsrailovun atasının əvvəlcə faktiki sahibliyində və daha sonra isə mülkiyyətində olmuş və o öz ailə üzvləri ilə mülkiyyətçinin razılığı əsasında, həmin evə köçürülmüş, onunla birlikdə bu evdə yaşamış və birgə təsərrüfatı idarə etmişdir. Belə ki, Rəşad İsrailov evin kiçik oğludur. Bu torpaq sahəsini onun atası 1985-ci ildə almış, boş torpaq sahəsi olmuş və bir yerdə yaşadıqları vaxt bu torpaq sahəsi üzərində həmin ev inşa olunmuşdur. Qeyd edilən evin hər hansısa sənədi olmamış və bu evə dair çıxarışı onun atası evi F.Hacizadəyə bağışlamamışdan az bir müddət qabaq almış və sonra evi ona hədiyyə etmişdir. O ilk dəfə bu evə 1993-cü ildə köçüb yaşamış və qardaşı İsarailov Heyyət ilə Bakı şəhəri 8-ci kilometr bazarında işləmişlər. O valideyinləri ilə ünvan 7 yaşamış, həmin ünvanda doğulmuş və qeyd edilən evi satdıqdan sonra da anası və bacıları (onlardan biri Gülşən İsrailova) 2003-cü ildə bu ünvana köçmüşlər, onlar gələnə kimi o atası ilə və qardaşının ailəsi ilə birlikdə bu ünvanda yaşamışlar. Bu evdə yaşadıqları vaxt birgə vəsait hesabına burada əlavə tikililər inşa etmiş və o ailə həyatı qurduqdan sonra atası evdə onun üçün ayrıca yer ayıraraq orada onun köməkliyi ilə 1 otaqdan ibarət tikili və yardımçı sahə inşa etməklə 4 azyaşlı uşaqları ilə (onlardan 2-si ağır formada xəstədir) bu tikilidə yaşayır, həmin tikili ilk iddiaçının adına olan çıxarışa salınmamışdır. İlk iddiaçı azyaşlıdır və onun anası olan bacısı G.İsrailova RF-da yaşayır, onun ilk iddiaçıya hər hansısa maneəçiliyi yoxdur, lakin ilk iddiaçı evin atası tərəfindən ona hədiyyə edilməsindən istifadə edərək ona qarşı bu iddianı qaldırmışdır. Hazırda hesab edir ki, o 1993-cü ildən bu mülkün keçmiş sahibi olmuş atası tərəfindən bu evə köçürülmüş və onun ailə üzvüdür (oğludur). Bu isə onun bu evə istifadə hüququnun həmin vaxtdan yarandığına dəlalət edir. Bundan başqa o bu gündə həmin evdə yaşayır və onun başqa daimi yaşayış yeri yoxdur, bu evi tərk etməmiş və onun bu evin tərkib hissəsinə istifadə hüququ olan şəxs kimi bu evdə yaşamaq hüququnu əldə etmişdir. Odur ki, qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi ərizədə xahiş edilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmədov) ilk iddia təmin edilmiş, ilk iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (ilk iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər İsrailov Rəşad Heybət oğlu, cavabdeh2 və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm Rəşad oğlu, 2010-cu il təvəllüdlü İsrailova Almarə Rəşad qızı, 2014-cü il təvəllüdlü İsrailov Həmzə Rəşad oğlu və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn Rəşad oğlunun öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılması (həmin sahə məcburən boşaldılması) və həmin ərazinin ilk iddiaçı İddiaçı qanuni sahibliyinə qaytarılması, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddiaçılar cavabdeh2 və İsrailov Rəşad Heybət oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanuni nümayəndəsi İsrailova Gülşən Heybət qızına qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıların özlərinə aid edilməsi, iş üzrə keçirilmiş iki ekspertiza tədqiqatına (ekspertiza xərclərinə) görə cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddiaçılar (ilk iddia üzrə cavabdehlər) İsrailov Rəşad Heybət oğlu və cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, ## ###### 2014-cü il tarixli notarial təsdiqli bağışlama müqaviləsinə əsasən İsrayılov Heybət Saatxan oğlu öz xüsusi mülkiyyətində olan ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evini ## ###### 2009-cu il təvəllüdlü İddiaçı hədiyyə etmişdir (bağışlamışdır). Məhz həmin İddiaçı - İsrayılov Heybət Saatxan oğlunun doğma qızı Gülşən İsrailova ilə Mübariz Hacıyev ilə olan rəsmi nikahından anadan olmuş övladıdır, yəni ilk iddiaçı İddiaçı İsrayılov Heybət Saatxan oğlunun doğma qız nəvəsidir. Yəni mərhum İsrayılov Heybət Saatxan oğlu öz sağlığında həmin mülkiyyətinin taleyini öz iradəsinə əsasən həll etmişdir. Geridə qalmış 11 il ərzində sözügedən evin bağışlanması ilə bağlı ## ###### 2014-cü il tarixli notarial təsdiqli müqavilə İsrayılov Heybət Saatxan oğlunun heç bir sağ olan doğma övladları, o cümlədən qarşılıqlı iddiaçılardan biri olan Rəşad İsrailov tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi 40 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olmaqla ümumi sahəsi 72,8 kv.metr olan 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi dövlət reyestr xidmətində 1614003067 qeydiyyat nömrəsi ilə ##.##.2014cü il tarixdə mülkiyyət hüququ üzrə ilk iddiaçı İddiaçı adına dövlət qeydiyyatına alınmışdır, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Həmin çıxarışdan oda müəyyən edilir ki, həmin fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) bölümü ümumiyyətlə adı çəkilən sənəddə boş göstərilmişdir. Hətta vaxtilə mərhum İsrayılov Heybət Saatxan oğlunun adına ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportdan da müəyyən edilmişdir ki, həmin sənəddə torpaq üzərində Tikili və Qurğuların təsviri məhz aşağıdakı kimi olmuşdur: A)Yaşayış evi, B) Ayaq-yolu, V) Hamam, Q) Əl-damı, 1) Darvaza və 2) Hasar. Yəni hazırda iş materiallarında olan rəsmi sənədlərdə ünvan 5 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilililər sırasında qarşılıqlı iddiaçıların məskunlaşdıqları tikili rəsmən dövlət orqanı tərəfindən qeydiyyata alınmamış tikilidir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 otaqlı fərdi yaşayış evində ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar İsrailov Rəşad Heybət oğlunun və cavabdeh2 (o cümlədən onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin) ümumiyyətlə pasport qeydiyyatları belə yoxdur. İsrailov Rəşad Heybət oğlunun məhkəmədə etiraf etdiyi kimi onun və ailə üzvlərinin hamısının rəsmi pasport qeydiyyatları digər bacısının evinə, yəni ünvan 6 Belə ki, Rəşad İsrailovun məhkəmədə verdiyi izahatdan oda müəyyən edilmişdir ki, həqiqətən də onun tərəfindən Bilgəh Zəfəran sovxozu ərazisində vaxtilə ayrıca ev tikmək məqsədilə əlavə tikili inşa etdirilmiş, həmin tikilinin dam örtüyünə qədər inşaat işləri görülmüş vəziyyətdə olmuşdur. Lakin sonradan pula ehtiyacı olduğuna görə həmin tikilini və onun yerləşdiyi torpağı satmış və pulunu da öz ehtiyaclarına sərf etmişdir. Hətta həmin tikilini inşa edərkən bacısı Gülnar İsrailovadan 1000 manat məbləğində borc pulda almış və sonra qaytarmışdır. Qarşılıqlı iddiaçı Rəşad İsrailovun hazırda ailəsi ilə birgə ilk iddiaçının iradəsi əlehinə məskunlaşıb yaşadığı tikili əslində ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evinin özü deyil, həmin evin həyətində ilk iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş əlavə bir otqalı tikilidir. İlk iddiaçıya aid çıxarışdan müəyyən edilir ki, əslində həmin fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) bölümü ümumiyyətlə adı çəkilən sənəddə boş göstərildiyindən, hazırda həmin evin həyətində ilk iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində qarşılıqlı iddiaçı Rəşad İsrailovun özünün inşa etdiyi və ailəsini məskunlaşdırdığı həmin bir otqalı tikili Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə əsasən özbaşına tikilidir. İş üzrə əldə edilmiş ekspertiza rəylərində göstərilənlər məhkəmə tərəfindən mötəbər sübutlar kimi nəzərə alınaraq, işə baxan məhkəmənin özü tərəfindən də ayrıca olaraq ## ###### 2025-ci il tarixində mübahisəli evin həyətyanı sahəsinə tərəflərin iştirakları ilə yerli baxış keçirilmiş və həmin baxış zamanı müəyyən edilmişdir ki, ilk iddiaçının hazırda xüsusi mülkiyyətində olan ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evin həyətində ayrıca olaraq mövcud olan Ayaq-yolu, Hamam və Əl-damına bitişik Rəşad İsrailov tərəfindən sonradan inşa edilmiş əlavə bir otaqlı özbaşına tikili vardır. Məhz həmin tikilidə İsrailov Rəşad Heybət oğlu öz ailə üzvləri ilə (özü, həyat yoldaşı və dörd övladı ilə) birgə özbaşına olaraq ilk iddiaçının iradəsinə zidd olaraq məskunlaşaraq yaşayır. İlk iddiaçı İddiaçı, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinin mülkiyyət hüququnu, o cümlədən həmin evinin həyətyanı sahəsindən istifadə hüququnun tam və sərbəst şəkildə həyata keçirməsinə cavabdehlər (qarşılıqlı iddiaçılar) tərəfindən maneələrin yaradılır. Qarşılıqlı iddiaçılar İsrailov Rəşad Heybət oğlu və cavabdeh2 məhz ilk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə özlərinin və övladlarının istifadə hüquqlarının tanınmasını tələb edirlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü ildə ilk iddiaçı İddiaçı xüsusi mülkiyyətinə rəsmən qeydiyyata alındıqdan sonra, həmin evin hazırki mülkiyyətçisi tərəfindən qarşılıqlı iddiaçılar İsrailov Rəşad Heybət oğlu və cavabdeh2 öz övladları ilə birgə həmin evə köçüb yaşamalarına nə rəsmi olaraq, nədəki faktiki olaraq icazə verilməmiş və həmin qarşılıqlı iddiaçıların ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına dair qanuni əsaslar yaranmamış və hazırki məhkəmə araşdırması zamanı bu hüququn tanınmasına yeni hallarda müyyən edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29, 43, Mülki Məcəllənn 27.2, 152.1, 152.5, 157.2, 157.4, 178.1, 180.1, 180.1, 180.2, 180.3, 180.4, 228.1, 228.4, 228.5-ci maddələrinə, 24. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1,-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsrailov Rəşad Heybət apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, onun həmin evə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaətə görə guya o, atasının vəfatından sonra, yəni 2017-ci ildən sonra qanunsuz olaraq həyətə daxil olmuş və orada məskunlaşmışdır. Bu nəticə kökündən yanlışdır və həqiqəti təhrif edir. İşin əsl mahiyyəti ondan ibarətdir ki, mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi mərhum atası İsrayılov Heybət Saatxan oğlu tərəfindən hələ 1985-ci ildə alınmışdır. Həmin dövrdə bu ərazi boş torpaq sahəsi idi. Ailənin kiçik oğlu olaraq, gənclik illərindən etibarən atası ilə çiyin-çiyinə verərək bu torpaq sahəsində quruculuq işləri aparmışdır. Hazırda mübahisə predmeti olan evin və həyətyanı sahədəki tikililərin inşası məhz onun və atasının birgə fiziki əməyi və maddi vəsaiti hesabına ərsəyə gəlmişdir. Subay olduğu dövrdə, 1993-cü ildən etibarən faktiki olaraq bu ünvanda daimi yaşamışdır. Məhkəmənin diqqətdən qaçırdığı və ya bilərəkdən görməzdən gəldiyi ən vacib məqam ondan ibarətdir ki, onun bu evdə yaşamağı "qonaq" və ya "müvəqqəti sakin" statusunda deyil, evin yaradılmasında iştirak edən ailə üzvü və evin tərkib hissəsi kimi olmuşdur. Hərbi xidmətə bu evdən getmiş və xidməti başa vurduqdan sonra yenidən doğma ata ocağına bu evə qayıtmışdır. 2014-cü ildə evin sənədləşdirilməsi prosesinə qədər, artıq 20 ildən çox idi ki, həmin ünvanda fasiləsiz yaşayırdı və təsərrüfatı atası ilə birgə idarə edirdi. Məhkəmə isə 30 illik bir tarixi kənara qoyaraq, sanki həyatın 2017-ci ildən başladığını fərz edərək qətnamə çıxarmışdır. Bu, onun keçmişini, əməyini və atasının evinə olan mənəvi və hüquqi bağlılığını silmək cəhdidir. Birinci instansiya məhkəməsi qətnaməni əsasən ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsinə və ##.##.2014cü il tarixli Çıxarışa əsaslandırmışdır. Lakin məhkəmə bu hüquqi sənədlərin arxasında dayanan real mənzərəni araşdırmamışdır. Atasının sağlığında, 2014-cü ildə evi qız nəvəsi İddiaçı (bacısı Gülşən İsrailovanın qızına) bağışlaması onun xəbəri və razılığı olmadan, gizli şəkildə həyata keçirilmişdir. Həmin vaxt həmin evdə yaşamağa davam edirdi. Necə ola bilər ki, evin daxilində yaşayan, orada təsərrüfatı idarə edən oğulun evdən xəbəri olmadan ev başqasına bağışlanır? Bu faktın özü sübut edir ki, bağışlama müqaviləsi formal xarakter daşımış, əslində isə atası evin idarəçiliyini və istifadəsini faktiki olaraq özündə və ailəsində saxlamışdır. Yalnız 2023-cü ilin sentyabr ayında, ona qarşı iddia qaldırıldıqda bilmişdir ki, ev rəsmi sənədlərdə bacısı qızı Fatimənin adına keçirilib. O vaxta qədər elə bilirdi ki, ev sadəcə atasının adınadır və ya digər bacısı Gülnara formal həvalə olunub. Məhkəmənin "niyə 2014-cü ildən bəri mübahisələndirməmisən?" sualının cavabı sadədir: ata evində, öz evində yaşayırdı və heç kim ona "bura sənin deyil" demirdi. İnsan öz evində yaşayarkən hər gün sənədləri yoxlamaz. Bacısı Gülşən və onun həyat yoldaşı Mübariz Hacıyev atasının yaşlılığından və onun etibarından sui-istifadə edərək, bu sənədləşməni gizli aparmışlar. Bu gün isə həmin gizli sənədləşməni ona qarşı "silah" kimi istifadə edərək, öz zəhməti ilə tikdiyi evdən çıxarmaq istəyirlər. Qətnamənin ən böyük saxtakarlığı və faktiki təhrifi onun guya 2017-ci ildə, atasının vəfatından sonra oraya gəlməyi barədə olan müddəadır. Məhkəmə iddia edir ki, o, ayrıca torpaq alıb ev tikmiş, onu satmış və yalnız atasının öldükdən sonra qanunsuz olaraq bu həyətə girib "özbaşına tikili" inşa etmişdir. Bu tamamilə yalandır. Həqiqət budur ki, atasının sağlığında, onun razılığı və xeyir-duası ilə həyətyanı sahədə ailəsi üçün əlavə yaşayış sahəsi (hazırda yaşadığı tikilini) inşa etmişdir. Bu tikili "gecəqondu" və ya sonradan zəbt edilmiş yer deyil. Bu illər öncə, birgə təsərrüfatın tərkib hissəsi kimi tikilmiş, atasının icazəsi ilə ailəsinin istifadəsinə verilmiş evdir. Məhkəmənin bu tikilini "özbaşına tikili" adlandırması (MM-in 180-ci maddəsi) hüquqi baxımdan absurddur, çünki torpaq atasının idi və tikinti onun iradəsi ilə aparılmışdı. Məhkəmənin istinad etdiyi "başqa yerdə evi var idi, satdı, sonra gəldi" arqumenti də məntiqsizdir. Bəli, onun vaxtilə başqa bir yerdə ev tikmək cəhdi olub, lakin maddi çətinliklər və övladlarının səhhətində yaranan problemlər (ağır xəstəliklər) səbəbindən həmin tikilini yarımçıq vəziyyətdə satıb pulunu ailəsinin müalicəsinə xərcləməyə məcbur olub. Lakin bu fakt onun ata evindəki yaşayış hüququnu itirməyinə səbəb ola bilməz. O evi satanda da satmazdan əvvəl də faktiki olaraq ata evində – hazırkı mübahisəli ünvanda yaşayırdı. Ata evini heç vaxt tərk etməmişdir. Məhkəmə "başqa yerdə ev tikmək cəhdini" onun bu evdən "köçüb getməyi" kimi təqdim etməyə çalışır ki, bu da işin hallarının təhrif olunmasıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını müəyyən edərkən yalnız qarşı tərəfin (iddiaçının) maraqlarına xidmət edən şahidlərin ifadələrinə əsaslanmışdır. Şahid qismində dindirilən Baloğlanova Nailə və onun əri Baloğlanov Bakir bacısı və yeznəsidir. Onlar bu məsələdə birbaşa maraqlı tərəfdirlər və iddiaçı tərəf ilə əlbir olublar. Onların "Rəşad 2017-ci ildə gəldi" ifadəsi yalandır və sırf onu evdən çıxarmaq məqsədi daşıyır. Məhkəmə diqqət yetirməli idi ki, həmin şahidlər özləri də etiraf edirlər ki, evin Fatiməyə bağışlanmasından xəbərsiz olublar və bunu yalnız sonradan biliblər. Əgər bu "bağışlama" belə şəffaf və ailənin iradəsi ilə olmuşdusa, niyə digər övladların xəbəri yox idi? Şahid Nailənin ifadəsindəki "atam dedi sənədləri Gülşən aparıb" fikri sübut edir ki, atasının iradəsi tam formalaşmamış və ya o, manipulyasiya edilmişdir. Məhkəmə bu ziddiyyətləri onun xeyrinə şərh etmək əvəzinə, şahidlərin yalan ifadələrini mütləq həqiqət kimi qəbul etmişdir. İşin ən faciəvi və hüquqi baxımdan əhəmiyyətli tərəfi onun ailə vəziyyətidir. Himayəsində 4 azyaşlı övladı var: Əkrəm (2009), Almarə (2010), Həmzə (2014) və Hüseyn (2017). Onlardan ikisi ağır formada xəstədir və dövlət tərəfindən onlara əlilliyə görə pensiya təyin edilmişdir. Həmçinin, həyat yoldaşı cavabdeh2 II qrup gözdən əlildir. Məhkəmə bu faktları qətnamədə sadəcə quru statistika kimi qeyd etmiş, lakin hüquqi nəticə çıxararkən nəzərə almamışdır. Onun və ailəsinin başqa gedəcək heç bir yeri, sığınacağı yoxdur. Bu ev onların yeganə yaşayış yeridir. əhkəmənin çıxardığı qətnamə 4 azyaşlı uşağın, o cümlədən əlil uşaqların və əlil ananın qışın ortasında küçəyə atılması deməkdir. Məhkəmə "mülkiyyət hüququ müqəddəsdir" prinsipinə kor-koranə sığınaraq, "yaşayış yeri hüququ" və "uşaq hüquqları" kimi daha ali dəyərləri tapdalamışdır. İddiaçı tərəf – onun öz doğma bacısı və onun qızı – heç bir ehtiyacları olmadığı halda (onlar RF-də və ya başqa yerdə yaşayırlar), sırf tamah məqsədilə, evi satıb pul əldə etmək üçün əlil uşaqları olan qardaşını çölə atır. Məhkəmə isə bu mənəviyyatsızlığa hüquqi don geyindirmişdir. Məhkəmə iddia edir ki, o, iddiaçının iradəsi əleyhinə ərazini "zəbt" etmişdir. "Zəbt etmə" o halda olur ki, yad bir şəxs gəlib başqasının torpağına girsin. O, isə bu evin oğludur. Bu evdə doğulmuş (obrazlı desək, ruhən), böyümüş və ömrünü bu divarlar arasında keçirmişdir. Mənim istifadə hüququm Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, atamın mü Onun olduğu dövrdən yaranmışdır. Mülkiyyətçinin dəyişməsi (atasından Fatiməyə keçməsi) onun istifadə hüququna xitam verilməsi üçün əsas deyildir (MM 228.4). Məhkəmə iddia edir ki, guya o, "yeni mülkiyyətçinin ailə üzvü deyil". Lakin unudur ki, o, "əvvəlki mülkiyyətçinin" (atasının) ailə üzvü kimi hüquq əldə etmiş və bu hüquq mülkiyyətçi dəyişəndə də saxlanılır. İddiaçı evi "yüklü" şəkildə, yəni onun yaşayış hüququ ilə birlikdə hədiyyə almışdır. Məhkəmənin yerli baxış keçirərək "Rəşadın yaşadığı yer tövləyə, əl damına bitişikdir, yaşayış üçün yararlı deyil" nəticəsinə gəlməsi isə absurddur. Əgər yararlı deyilsə, o, 8 ildir (məhkəmənin iddiasına görə) orada 4 uşaqla necə yaşayır? Bu arqument yalnız onu alçaltmaq və evdən çıxarmağa bəhanə yaratmaq üçündür. Fakt budur ki, həmin tikili onun evidir, orada istilik, işıq və yaşayış şəraiti var və oradan çıxarılacağı təqdirdə faktiki olaraq evsiz qalacaqdır. Beləliklə, işin faktiki halları bu şəkildədir. Torpaq 1985-ci ildə alınıb, ev 90-cı illərdə atası və onun tərəfindən birgə tikilib. O, 1993-cü ildən (hərbi xidmətdən öncə və sonra) fasiləsiz olaraq bu ünvanda yaşamışdır. 2014-cü ildəki bağışlama müqaviləsi xəbəri olmadan, gizli bağlanıb. O, atasının sağlığında, onun razılığı ilə həyətdə ailəsi üçün əlavə otaq inşa etmiş və bu "özbaşına tikili" deyil, ailə mülkünün genişləndirilməsidir. Məhkəmənin "2017-ci ildə gəlib zəbt edib" iddiası yalandır; heç vaxt ata evini tərk etməmişdir. Onun və ailəsinin (2 əlil uşaq, əlil həyat yoldaşı) başqa yaşayış yeri yoxdur və bu evdən çıxarılmaqları onları birbaşa ölüm təhlükəsi və səfil həyat tərzi ilə üz-üzə qoyur. İddiaçı tərəf mülkiyyət hüququndan suiistifadə edərək, doğma dayısını və onun xəstə uşaqlarını evsiz qoymaq istəyir. Birinci instansiya məhkəməsi bu faktları görməzdən gələrək, yalnız kağız üzərindəki "Çıxarış"a istinad etməklə formal və ədalətsiz qətnamə çıxarmışdır. Mülki Məcəlləsinin 228.4-cü belə bir nəticəyə gəlmişdir ki, mübahisəli daşınmaz maddəsinin tələblərinin əmlakın mülkiyyətçisinin dəyişməsi (atası İsrayılov pozulması (Mülkiyyətçinin Heybətdən sonra əmlakın bağışlama yolu ilə Hacızadə dəyişməsi istifadə hüququna Fatiməyə keçməsi) avtomatik olaraq onun və ailəsinin) həmin evdən istifadə hüququna xitam verir. Bu mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinin imperativ tələbləri ilə daban-dabana ziddiyyət təşkil edir. Qanunverici həmin maddədə birmənalı şəkildə təsbit etmişdir ki: "Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir." Bu normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, yaşayış evi satıldıqda, bağışlandıqda və ya vərəsəlik yolu ilə başqasına keçdikdə, həmin ev "yüklü" vəziyyətdə, yəni daxilində yaşayan qanuni istifadəçilərlə birlikdə yeni mülkiyyətçiyə keçir. Mən bu evdə atamın mülkiyyətçi olduğu dövrdən, onun razılığı ilə məskunlaşmış və onilliklər ərzində orada yaşamışam. Mülkiyyətçi dəyişsə belə, mənim istifadə hüququm qanunun qoruyuculuğu altındadır.Qanunvericilik istifadə hüququna xitam verilməsi üçün yalnız bir istisna hal müəyyən edir: "yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal." İşin materiallarında mənim belə bir öhdəlik verdiyimə dair heç bir sənəd mövcud deyildir. O, heç vaxt evdən çıxacağına dair notarial öhdəlik verməmişdir. Məhkəmə bu faktı araşdırmadan, sadəcə "mülkiyyətçi dəyişib" arqumenti ilə onu evdən çıxarmaqla qanunun bu maddəsini heçə saymışdır. Əgər qanunverici mülkiyyətçinin dəyişməsini çıxarılma üçün əsas saysaydı, 228.4-cü maddəni bu şəkildə tərtib etməzdi. Məhkəmənin qərarı faktiki olaraq mülkiyyət hüququnu mütləqləşdirərək, vətəndaşın mənzil toxunulmazlığı hüququnu ləğv etmişdir ki, bu da yolverilməzdir. Məhkəmə iddiaçının tələbini (Bazar qiyməti ilətəmin edərək onu və ailəsini heç bir qarşılıq ödəmədən kompensasiya hüququ) küçəyə atmaq barədə qərar vermişdir. Halbuki, Mülki Məcəllənin 228.2-ci maddəsi açıq şəkildə tələb edir: "Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər." Bu maddənin tələbi ondan ibarətdir ki, hətta məhkəmə mülkiyyətçinin maraqlarını üstün tutsa belə, istifadəçinin (mənim) illər boyu formalaşmış hüququnu əvəzsiz olaraq əlindən ala bilməz. O, bu evin tikilməsində atası ilə birlikdə fiziki əməyi və maddi vəsaitini sərf etmişdir, evin dəyərinin formalaşmasında birbaşa iştirakı var. Məhkəmə onu kompensasiyasız çıxarmaqla, faktiki olaraq iddiaçının (bacısı qızının) onun hesabına əsassız varlanmasına şərait yaratmışdır. Məhkəmə işin hallarını səhv qiymətləndirərək onun 2017-ci ildə evə gəldiyini iddia etsə də reallıq budur ki, o, orada 1990-cı illərin sonundan, yəni 2000-ci il Mülki Məcəlləsi qüvvəyə minməzdən əvvəl məskunlaşmışdır. Hüquqi aksiomadır ki, mübahisəli hüquq münasibəti yarandığı dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982) 123-cü maddəsində göstərilirdi: "Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər." Bu maddə onun işində həlledici əhəmiyyətə malikdir. Çünki o, evə kənar şəxs kimi yox, mülkiyyətçinin oğlu, yəni ailə üzvü kimi köçürülmüşdür. Həmin maddənin davamında qeyd olunur ki, "Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır." Yəni, atası vəfat etsə belə, onun hələ 90-cı illərdə qazandığı istifadə hüququ qüvvədə qalır. Bu hüquq mülkiyyətçinin şəxsiyyətinə deyil, əmlakın özünə bağlıdır. Məhkəmə köhnə Mənzil Məcəlləsinin bu müddəasını nəzərə almayaraq, onun 30 illik yaşayış stajımı və qanuni əsasla yaranmış istifadə hüququmu heçə saymışdır. Rəşad İsrailovun hüququ "zəbt etmə" deyil, mülkiyyətçinin iradəsi ilə yaranmış qanuni istifadə hüququdur. Məhkəmənin gəldiyi nəticəyə görə övladları və həyat yoldaşı evdə qanunsuz yaşayırlar. Lakin bu nəticə 1982ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri, habelə qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsi ilə təkzib olunur. Mənzil Məcəlləsinin 54-cü maddəsində açıq şəkildə qeyd olunur: "İcarədar (və ya istifadə hüququ olan şəxs) özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını... yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün razılıq tələb edilmir." Eyni məzmun Mülki Məcəllənin 228.5-ci maddəsində də təkrarlanır: "Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər." O, atasının ailə üzvü kimi istifadə hüququ qazandıqdan sonra, öz ailəsini (arvadını və uşaqlarını) yanına gətirmək üçün mülkiyyətçidən əlavə icazə almağa məcbur deyildi, xüsusən də azyaşlı uşaqlarının onun yanında yaşaması onların təbii və konstitusion hüququdur. Məhkəmə uşaqlarını "qanunsuz sakin" adlandırmaqla, ailə institutunun qorunması prinsiplərini və qanunvericiliyin bu imperativ normalarını pozmuşdur. Onun hüququ varsa, deməli azyaşlı övladlarının da həmin evdə yaşamaq hüququ vardır. Mənzil hüququ təkcə mülkiyyət sənədi ilə deyil, həm də insanın sosial varlıq kimi yaşamaq ehtiyacı ilə ölçülür. Məhkəmə onun və ailəsinin (xüsusilə ağır xəstə olan iki azyaşlı uşağının) başqa gedəcək yerinin olmadığını, yeganə sığınacağının bu ev olduğunu biləbilə onlarə küçəyə atmaq barədə qərar vermişdir. Hazırkı işdə məhkəmə iddiaçının kommersiya maraqlarını (evi satmaq istəyini) 4 uşağın, o cümlədən əlil uşaqların həyat və sağlamlığından üstün tutaraq konstitusion normaları tapdalamışdır. Hətta iddiaçı tərəfin çağırdığı şahidlər (Baloğlanov Bakir və Nailə) belə onun ailə üzvü olduğunu və orada yaşadığını dolayısı ilə təsdiq etmişlər. Lakin məhkəmə bu sübutlara "hərtərəfli və tam" baxmamış, onları əleyhinə şərh etmişdir. Məhkəmə onun 1990-cı illərdən bəri orada yaşamağı faktını araşdırmaqdan yayınmış, yalnız son dövrü (2017-ci ili) qabartmaqla obyektivlik prinsipini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, işin mübahisəsiz hallarından görünür ki, ## ###### 2014-cü il tarixli notarial təsdiqli bağışlama müqaviləsinə əsasən İsrayılov Heybət Saatxan oğlu öz xüsusi mülkiyyətində olan ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evini ## ###### 2009-cu il təvəllüdlü İddiaçı hədiyyə etmişdir (bağışlamışdır). Məhz həmin İddiaçı - İsrayılov Heybət Saatxan oğlunun doğma qızı Gülşən İsrailova ilə Mübariz Hacıyev ilə olan rəsmi nikahından anadan olmuş övladıdır, yəni ilk iddiaçı İddiaçı İsrayılov Heybət Saatxan oğlunun doğma qız nəvəsidir. Yəni mərhum İsrayılov Heybət Saatxan oğlu öz sağlığında həmin mülkiyyətinin taleyini öz iradəsinə əsasən həll etmişdir. Geridə qalmış 11 il ərzində sözügedən evin bağışlanması ilə bağlı ## ###### 2014-cü il tarixli notarial təsdiqli müqavilə İsrayılov Heybət Saatxan oğlunun heç bir sağ olan doğma övladları, o cümlədən qarşılıqlı iddiaçılardan biri olan Rəşad İsrailov tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bu fakt məhkəmədə qarşılıqlı iddiaçının özünün izahatı ilə yanaşı, onun vəsatəti əsasında dindirilmiş bacısı şahid Nailə Baloğlanovanın ifadəsi ilədə öz təsdiqini tapmışdır. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi 40 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olmaqla ümumi sahəsi 72,8 kv.metr olan 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi dövlət reyestr xidmətində 1614003067 qeydiyyat nömrəsi ilə ##.##.2014cü il tarixdə mülkiyyət hüququ üzrə ilk iddiaçı İddiaçı adına dövlət qeydiyyatına alınmışdır, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. İlk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddiaçıların) məskunlaşması ilk iddiaçının ilk növbədə iradəsi əlehinə həyata keçirilmiş, ilk iddiaçının qanuni istifadəsində olan torpaq ərazisində ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddiaçılar) tərəfindən özbaşına tikili inşa edilmiş və nəhayət həmin tikilinin özüdə ünuniyyətlə yaşayış üçün yararlı yer hesab edilmir. Hazırda ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddiaçıların) ilk iddiaçının fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz özbaşına tikili inşa edib məskunlaşaraq yaşamaqda davam etmələri qanunla yolverilməzdir. Həmçinin məhkəmə ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddiaçıların) yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə düzgün olaraq qeyd etmişdir ki, MMnin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır sayılır. İlkin iddia tələbi onların valideyninə münasibətdə təmin edildiyindən onların yaşayış yeri valideynləri ilə eyni yer olmalıdır. Beləliklə hazırki işin rəsmi və faktiki hallarını nəzərə alan rayon məhkəməsi həmçinin düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsindəki tələbdən görünür ki, qarşılıqlı iddiaçılar İsrailov Rəşad Heybət oğlu və cavabdeh2 məhz ilk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə özlərinin və övladlarının istifadə hüquqlarının tanınmasını tələb edirlər. Lakin rayon məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü ildə ilk iddiaçı İddiaçı xüsusi mülkiyyətinə rəsmən qeydiyyata alındıqdan sonra, həmin evin hazırki mülkiyyətçisi tərəfindən qarşılıqlı iddiaçılar İsrailov Rəşad Heybət oğlu və cavabdeh2 öz övladları ilə birgə həmin evə köçüb yaşamalarına nə rəsmi olaraq, nədəki faktiki olaraq icazə verilməmiş və həmin qarşılıqlı iddiaçıların ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına dair qanuni əsaslar yaranmamış və həmin məhkəmə araşdırması zamanı bu hüququn tanınmasına yeni hallarda müyyən edilməmişdir. Belə ki, rayon məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə qarşılıqlı iddiaçıların özləri ilk iddiaçının mülkiyyətində olan evdə deyil, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq və həyətyanı sahədə faktiki olaraq özbaşına inşa edərək məskunlaşdıqları tikilidə yaşayırlar və onların rəsmi passport qeydiyyatlarıda başqa ünvanadır. Göründüyü kimi qarşılıqlı iddiaçıların özləri və onların övladları ilk iddiaçının yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən onunla birgə yaşayan ailə üzvləri deyillər. Üstəlikdə qarşılıqlı iddiaçılar məhkəmə gedişatı zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində nə vaxtsa köçüb yaşamalarına dairdə heç bir rəsmi mötəbər sübutlar təqdim etməmişlər. Əksinə qarşılıqlı iddiaçıların məhz 8 ildir ki, özlərinin ilk iddiaçının mülkiyyətində olan evdə deyil, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq və həyətyanı sahədə faktiki olaraq özbaşına inşa edərək məskunlaşdıqları tikilidə yaşamaları və onların rəsmi passport qeydiyyatlarınında başqa ünvanda olmaları faktı tamamilə qarşılıqlı iddianın əsassız olmasını sübut edir. Odur ki, qarşılıqlı iddiaçının bu iş üzrə verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qət edilməsini xahiş edir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının ilk iddia üzrə cavabdeh İsrailov Rəşad Heybət oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəf iddia edir ki, 2017-ci ildə özbaşına tikinti işləri apararaq ev tikmişdir. Halbuki 2016-cı ildə anası həmin evdə ölmüşdür. Qarşı tərəfə məxsus olan fərdi yaşayış evi isə onun yaşadığı ev tikildikdən sonra tikilib. Böyük ev 1996-cı ildə tikilib. Evlənənə kimi atasıgillə birgə böyük evdə yaşamış, evləndikdən sonra isə hazırda yaşadığı evə köçmüşdür. Həmin dövrdə hazırda yaşadığı ev əl damı kimi istifadə olunurdu. Qarşı tərəfin qeydiyyat ünvanı ilə bağlı qeyd etdiklərinə gəldikdə bildirir ki, atasından başqa hamı Nəsimi rayonunda qeydiyyatdadırlar. Torpaq sahəsi olub, orada yarımtikili inşa etdirmiş, onu da uşağının xəstəliyi ilə bağlı satmışlar.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 bildirdi ki, 2006-cı ildə İsrailov Rəşadla qeyri-rəsmi nikaha daxil olmuş, həmin balaca evə gəlin köçmüş orada yaşamışdır. Övladı 2009-cu ildə həmin evdə doğulmuşdur. Bütün məhəllə buna şahiddir. İnkar etmir ki, ayrıca evləri olub, övladının müalicə xərclərini qarşılamaq üçün satmışlar.

13. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının qanuni nümayəndəsinin nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı babası. ##.##.2014-cü il tarixdə öz mülkiyyətində olan 3 otaqdan ibarət 44 kvm sahəni əhatə edən fərdi yaşayış evini sağlığında bağışlama müqaviləsinə əsasən İsrailov Gülşənin qızı Fatiməyə bağışlamış, Fatimənin adına çıxarış alınmışdır. Baba evi bağışladıqdan sonra üç il müddətində qızı və nəvəsi ilə birgə mübahisəli fərdi yaşayış evində yaşamışdır. Baba 2017-ci ilin martında ölmüşdür. Fatimənin babası sağlığında öz oğlunun yaşaması üçün arvadının adına qonşuluqdakı torpaq sahəsini almış, İsrailov Rəşada vermiş, üzərində ev tikmişlər. Yerli baxış zamanı mübahisəli fərdi yaşayış evində yaşayan ilk iddia üzrə cavabdeh İsrailov Rəşadın digər bacısı atasının Rəşadla münasibətinin olmadığını, ona görə də oğlunu məhləyə buraxmadığını bildirmişdir. Babanın ölümündən sonra 2017-ci ildə Rəşad öz evini sataraq ailəsi ilə birgə bəhs edilən əl damı adlanan tikilidə yaşamağa başlamış və ata yurdundan pay tələb etmişdir. Cavabdehlər hazırda Nəsimi rayonunda qeydiyyatdadırlar. Onlar mübahisəli ünvanda heç zaman qeydiyyatda olmamışlar. Hazırda cavabdeh İsrailov Rəşadın məqsədi ata yurdundan pay almaq, yaxud da pul qarşılığında əl damından çıxmaqdır. İddia qaldırıldıqdan sonra isə qarşılıqlı iddia verərək yaşadıqları yerə yox Fatimənin mülkiyyətində olan əmlaka dair tələb irəli sürmüşlər. Cavabdeh İsrailov Rəşadın bacısı və yeznəsi şahid qismində ifadə vermiş və bildirmişlər ki, hamı evin 2014-cü ildə Fatiməyə bağışladığını bilmiş və heç zaman mübahisələndirməmişdir. Hazırda iddiaçının razılığı olmadan cavabdehlərin yaşadıqları yerə mülkiyyət hüququnun tanınması qanuna ziddir. İş materiallarında texniki pasport var, həmin texniki pasportda mübahisəli ünvanda yerləşən tikililər barədə ətraflı məlumat öz əksini tapmışdır. Böyük evdə Fatimə, anası və xalası yaşayır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının qanuni nümayəndəsi izahat verib bildirmişdir ki, qızına məxsus olan evdən istifadə edə bilmir, cavabdehlər hər dəfə mane yaradır. Bir həftədir Azərbaycanda olmağına baxmayaraq evdən istifadə edə bilmir, kirayədə yaşayır. Ümumiyyətlə üç ildir ki, mübahisəli evə gedə bilmir, cavabdehlər hər dəfə dava-dalaş salırlar. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasl barədə qərar qəbul edilməsini xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ilk iddia üzrə iddiaçının qanuni nümayəndəsinin onun ögey anası olmaqla, qonşuluqda yaşayır. 1993-cü ildə doğulmuş, 18 ildir ki, iddiaçı ilə eyni küçədə yaşayır. Cavabdehlər Bilgəh ərazisində qardaşının sinif yoldaşının evində kirayə yaşayıblar. Digər şahidləri üzdən tanıyıram. Cavabdehlər Gülşən xanımın atası öldükdən 1 il yarım sonra mübahisəli ünvana köçmüş, həyətdəki balaca evdə yaşayırlar.

16. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, cavabdeh Rəşadla qonşudur. Təxminən 30 ildir ki, Rəşadla eyni küçədə yaşayır. Onun atasını da tanımış, Rəşadın evlənməsindən xəbərim olmamışdır. Rəşadın başqa evi olub, lakin evin damı olmayıb, ona görə orada yaşamayıb. Rəşadı tanıydandan atasıgillə birgə yaşamışdır.

17. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, cavabdeh Rəşadla qonşudur. 1990-cı ildən həmin küçədə yaşayır, cavabdehləri isə 1994cü ildən tanıyır. Həmin həyətdə anası, atası, Rəşad və bacısı yaşayıb. Gülşən gəlin köçüb, onu sonradan tanımışdır. cavabdeh2 də tanıyır, 10-15 il olar ki, ailə qurub hazırda yaşadığı ünvana gəlib. Rəşadın evi olub, lakin uşağının xəstəliyinə görə satıb. Gülşəni atasıgilə gəlib-getdiyini görmüş, amma harada yaşadığını bilməmişdir. Həyətlərində iki ev var, biri böyük digəri balacadır, Rəşad subay olanda böyük evdə, evləndikdən sonra isə balaca evdə yaşayıb.

18. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Hüseynov İbrahim Hüseynağa oğlu bildirdi ki, cavabdeh Rəşadla qapı qonşudurlar. Rəşadın atasını tanımışdır. Rəşadgil Şamaxıdan gələndən mübahisəli ünvanda yaşayıblar. İsrailova Gülşən sonradan gəlib. Həmin həyətdə bir böyük və bir balaca ev var. cavabdeh2 10 ildən çoxdur ki, Rəşadla birgə həyətdəki əl damında yaşayıblar. Rəşadın həmin yerdə başqa evi olub, orada yaşamayıb. Rəşadın başqa yerdə kirayədə yaşamasının şahidi olmayıb. Rəşadın başqa evi olub, orada yaşamayıb, uşağının xəstəliyinə görə satıb. Rəşad evlənməmişdən qabaq da qonşuluqdakı evdə yaşayıb.

İşdə olan sübutlar

19. AZ-II seriyalı ****** nömrəli ## ###### 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, ## ###### 2009-cu il təvəllüdlü İddiaçı anası İsrailova Gülşən Heybət qızı, atası isə X11r.

20. ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, İsrayılov Heybət Saatxan oğlu öz xüsusi mülkiyyətində olan ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evini ## ###### 2009cu il təvəllüdlü İddiaçı hədiyyə etmişdir.

21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi 40 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olmaqla ümumi sahəsi 72,8 kv.metr olan 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi dövlət reyestr xidmətində 1614003067 qeydiyyat nömrəsi ilə ##.##.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Çıxarışda fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) bölümü boş göstərilmişdir.

22. İsrayılov Heybət Saatxan oğlunun adına ünvan 1 3 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət ** nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportdan görünür ki, həmin sənəddə torpaq üzərində Tikili və Qurğuların təsviri aşağıdakı kimidir: A)Yaşayış evi, B) Ayaq-yolu, V) Hamam, Q) Əl-damı, 1) Darvaza və 2) Hasar.

23. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi İdarəsinin mühəndisi S.Soltanovun mütəxəssis rəyində qeyd edilir ki, tədqiqatın aparılması üçün mülki iş materialında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X19 Abşeron rayon ərazisində qalan hissəsində yerləşdiyi göstərilmişdir. Sərhəd məlumatlarına əsasən sahə Abşeron rayonu inzibati sərhədləri daxilində olduğu göstərilmişdir. Texniki pasportla faktiki vəziyyət arasında az perimetrik ölçü olduğu göstərilmişdir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin bitişik əlavə tikili inşa edildiyi göstərilmişdir. Həmçinin torpaq sahəsində əlavə 2 ədəd birmərtəbəli yaşayış evi inşa olunduğu göstərilmişdir. Qeydiyyat keçmiş yaşayış evi hüquq sahibi tərəfindən İsrafilova (əslində İsrailovadır) Gülnaz adlı xanıma həvalə edildiyi məlum olduğu göstərilmişdir. Sahənin bölünən digər hissəsində İsrafilov (əslində İsrailovdur) Heyət Heybət oğlu qeydiyyatdan keçmiş fərdi yaşayış evinə paralel hissədə yerləşən birmərtəbəli yaşayış evində isə İsrafilov (əslində İsrailovdur) Rəşad Heybət oğlunun yaşadığı göstərilmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi İdarəsinin mühəndisi Elxan Əbdulhəsənovun mütəxəssis rəyində qeyd edilir ki, tədqiqatın aparılması üçün mülki iş materialında həmin mütəxəssis rəyinin məlumatlarına istinad olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X19 Abşeron rayon ərazisində qalan hissəsində yerləşdiyi göstərilmişdir. Sərhəd məlumatlarına əsasən sahə Abşeron rayonu inzibati sərhədləri daxilində olduğu göstərilmişdir. Texniki pasportla faktiki vəziyyət arasında az perimetrik ölçü olduğu göstərilmişdir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin bitişik əlavə tikili inşa edildiyi göstərilmişdir. Həmçinin torpaq sahəsində əlavə 2 ədəd birmərtəbəli yaşayış evi inşa olunduğu göstərilmişdir. Qeydiyyat keçmiş yaşayış evi hüquq sahibi tərəfindən İsrafilova (əslində İsrailovadır) Gülnaz (Gülnardı əslində) adlı xanıma həvalə edildiyi məlum olduğu göstərilmişdir. Sahənin bölünən digər hissəsində İsrafilov (əslində İsrailovdur) Heyət Heybət oğlu qeydiyyatdan keçmiş fərdi yaşayış evinə paralel hissədə yerləşən birmərtəbəli yaşayış evində isə İsrafilov (əslində İsrailovdur) Rəşad Heybət oğlunun yaşadığı göstərilmişdir (şəxslər arasında mübahisə mövcuddur).

25. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o İsrailov Rəşad Heybət oğlunun həm dayısı oğlu, həmçinin də Rəşadın bacısı X17 rəsmi olaraq həyat yoldaşıdır (əridir). Tərəflər arasında mövcud mübahisə ilə bağlı bir şahid olaraq məhkəməyə onu deyə bilər ki, Rəşadın və yoldaşı Nailənin mərhum atası tərəfindən ünvan 1 3 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin qız nəvəsinə, yəni ilk iddiaçı İddiaçı bağışlanmasını o yalnız, 2023-cü ilin sentyabr ayında Rəşada qarşı məhkəmədə ilkin iddianı irəli sürülərkən bilmişdir. Həmin vaxta kimi o və həyat yoldaşı Nailə elə bilmişdilər ki, Heybət kişi 2014-cü ildə həmin evi digər gızı Gülnar İsrailovaya bağışlamışdır. Çünki hazırda həmin evdə Gülnar İsrailova yaşayır. 2023-cü ilin sentyabr ayında biləndə ki, bu ev Heybət kişinin digər qızı Gülşən İsrailovanın qızı İddiaçı 2014-cü ildə bağışlanıb, onun yoldaşı Nailədə bu faktla razı olmamışdır. Lakin onunda həyat yoldaşı Nailə geridə qalmış müddət ərzində həmin bağışlanma müqaviləsini və onun əsasında ilk iddiaçıya verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirməmişdir. Hazırda şahid olaraq hesab edir ki, həmin evin vaxtilə İddiaçı bağışlanması Heybət kişinin yanılması və qızı Gülşən İsrailovanın həyat yoldaşı Mübarizin təkidi və təşkli ilə baş tutmuşdur. Şahidlik edir ki, Rəşad İsrailov öz ata evində həmişə yaşamışdır və ünvan 1 3 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi məhz mərhum Heybət kişinin və onun ailə üzvlərinin birgə səyi və dəstəyi nəticəsində inşa edilmişdir. Hesab edir ki, hazırda Rəşadın həmin həyətdən ailəsi ilə birgə çıxarılmasının tələb edilməsi məhz İddiaçı atası Mübariz tərəfindən təşkil edilib ki, sonradan həmin evi rahat sata bilsinlər.

26. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o İsrailov Rəşad Heybət oğlunun doğma bacısıdır. Onun özü ailəsi ilə birgə Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayır. Rəsmi qeydiyyat ünvanı ünvan 6 Tərəflər arasında mövcud mübahisə ilə bağlı bir şahid olaraq məhkəməyə onu deyə bilər ki, mərhum Heybət kişi onun doğma atası olmuşdur. Valideyinlərinin 7 övladı vardır və hamısı sağdır, həyatdadırlar. Atası 2017-ci ildə, yəni anasının vəfatdan altı ay sonra ölmüşdür. Rəşad onun kiçik qardaşıdır. Onun mərhum atası tərəfindən ünvan 1 3 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evinin qız nəvəsinə, yəni ilk iddiaçı İddiaçı bağışlanmasını o yalnız, 2017-ci ildə atasının vəfatından öncə bilmişdir. Belə ki, atası sağ ikən bir dəfə ona demişdir ki, evdə bax gör bacın Gülşən evin bağışlanma sənədlərini haraya qoyubdur. Oda axtarmış lakin sənədləri tapa bilməmişdir. Sonradan atası ona demişdir ki, bacın Gülşən evin sənədlərini deyəsən özü ilə aparıbdır. Əslində həmin vaxta kimi o və Rəşad elə bilmişdilər ki, ataları Heybət kişi həmin evi digər gızı Gülnar İsrailovaya bağışlamışdır. Çünki hazırda həmin evdə bacısı Gülşənin xahişinə əsasən Gülnar İsrailova yaşayır və evə həmin bacısı baxır. Sonradan Rəşad biləndə ki, bu ev atası tərəfindən digər qızı Gülşən İsrailovanın qızı İddiaçı bağışlanıb, o bu faktla razı olmamışdır. Lakin oda Heybət kişinin qız övladı olaraq 2017-ci ildən hesablanaraq geridə qalmış müddət ərzində həmin bağışlanma müqaviləsini və onun əsasında ilk iddiaçıya verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirməmişdir. Hazırda şahid olaraq hesab edir ki, həmin evin vaxtilə İddiaçı bağışlanması atası Heybət kişinin yanılması və bacısı Gülşən İsrailovanın həyat yoldaşı Mübarizin təkidi və təşkli ilə baş tutmuşdur. Şahidlik edir ki, qardaşı Rəşad İsrailov öz ata evində həmişə yaşamışdır və ünvan 1 3 ünvanında yerləşən ** nömrəli fərdi yaşayış evi məhz mərhum atası Heybət kişinin və onun ailə üzvlərinin birgə səyi və dəstəyi nəticəsində inşa edilmişdir. Hesab edir ki, hazırda Rəşadın həmin həyətdən ailəsi ilə birgə çıxarılmasının tələb edilməsi məhz İddiaçı atası Mübariz tərəfindən təşkil edilib ki, sonradan həmin evi rahat sata bilsinlər.

27. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi İdarəsindən məhkəməyə daxil olmuş ##.##.2026-cı il tarixli məktub əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli, *-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdehlər İsrailov Heybət Saatxan oğlu və qeyrilərinə qarşı başqa yaşayış yeri verilmədən yaşayış sahəsindən çıxarılmalarına daira ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər İsrailov Heybət Saatxan oğlunun, İsrailova Almaraxanım Ayatxan qızının, İsrailova Gülbar Heybət qızının, İsrailova Gülşən Heybət qızı və İsrailov Rəşad Heybət oğlunun Bakı şəhəri, Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsi, döngə 3-də yerləşən ** nömrəli evdən çıxarılmasını xhaiş etmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ##.##.2004-cü il tarixli, *MK-****/** nömrəli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli, *-****/**** nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli, *-****/**** nömrəli qətnaməsi dəyişdirilərək qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsi, döngə 3, ev 44-də cavabdeh X10 torpaq sahəsi verilməsi barədə Bilgəh bələdiyyə şurasının ## ###### 2002-ci il tarixli ** saylı qərarı və onun adına Abşeron DTİ- və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2004-cü il tarixli, *k-**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin ##.##.2004-cü il tarixli, *MK-****/** nömrəli qətnaməsindən verilmiş kassasiya şıikayəti təmin edilməmişdir.

28. Sabunçu Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-****/**** nömrəli qətnaməsindən görünür ki, ərizəçi İsrafilov Heybət Saatxan oğlunun ərizəsi təmin edilərək mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilmiş, Bakı şəhəri, Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsi, döngə 3, ** saylı evə İsrailov heybət Saatxan oğlunun mülkiyyət hüququ tanınaraq evin hüquqi qeydiyyata alınması, həmin evə dair H.S.İsrailovun adına dqeydiyyat vəsiqəsi və texniki pasport verilməsinin Abşeron DTİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir.

29. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Muxtarov küçəsi, döngə 3, ev 44 İsrailov Heybət Saatxan oğlunun adına Sabunçu Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-****/**** nömrəli qətnaməsinə əsasən qeydə alınmışdır.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyası

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunu

Maddə 2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarına əsasən 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

34. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

35. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qanuniliyi və əsaslılığı İsrailov Rəşad Heybət oğlunun apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, ilk iddianın İsrailov Rəşad Heybət oğlu və onun övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm Rəşad oğlu, 2010-cu il təvəllüdlü İsrailova Almarə Rəşad qızı, 2014-cü il təvəllüdlü İsrailov Həmzə Rəşad oğlu və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn Rəşad oğluna evdən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, həmçinin qətnamə qarşılıqlı iddianın İsrailov Rəşad Heybət oğlunun mübahisəli evə istifadə hüququnun tanınması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia təmin edilməli, İsrailov Rəşad Heybət oğlunun mübahisəli evə istifadə hüququ tanınmalıdır.

37. Belə ki, işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi 2014-cü ildə ilk iddiaçı İddiaçı xüsusi mülkiyyətinə keçdikdən sonra iddiaçılar İsrailov Rəşad Heybət oğlu və cavabdeh2 öz övladları ilə birgə həmin evə köçüb yaşamalarına nə rəsmi olaraq, nədəki faktiki olaraq icazə verilməmiş və onların yaşayış evinə istifadə hüquqları yaranmamışdır.

38. Məhkəmə kollegiyası apelyasiya baxışının hədləri daxilində, birinci instansiya məhkəməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsrailov Rəşad Heybət oğluna münasibətdə gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, ilk iddia üzrə iddiaçı cavabdeh İsrailov Rəşad Heybət oğlunun 2017-ci il tarixdən etibarən hazırda onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikilidə yaşadığını, cavabdeh İsrailov Rəşad Heybət oğlu isə 1996-cı ildən Şamaxı rayonundan valideynləri ilə birlikdə köçərək, həmin tarixdən etibarən mübahisəli ünvanda yaşadığını iddia etmişdir ki, iş üzrə dindirilmiş şahid ifadələri ilə cavabdeh İsrailov Rəşad Heybət oğlunun həqiqətən də 90-cı illərin ortalarından etibarən mübahisəli ünvanda yaşaması təsdiq olunmuşdur. Bundan başqa iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin ##.##.2003-cü il tarixli, *-****/**** nömrəli qətnaməsindən də göründüyü kimi iddiaçı X10 cavabdehlər İsrailova Almaraxanım Ayatxan qızına, İsrailova Gülbar Heybət qızına, İsrailova Gülşən Heybət qızına və İsrailov Rəşad Heybət oğluna qarşı iddia qaldıraraq, hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evindən çıxarılmasını xahiş etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Yəni, həmin qətnamə ilə İsrailov Rəşad Heybət oğlunun 2003-cü il tarixdə də həmin evdə yaşaması müəyyən edilməkdədir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin II hissəsindən və 34-cü maddəsinin IV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *- ****/**** nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən isə görünür ki, mübahisəli fərdi yaşayış evi İsrailov Rəşad Heybət oğlunun atası İsrafilov Heybət Saatxan oğlunun adına Sabunçu Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli, *-****/**** nömrəli qətnaməsinə əsasən qeydə alınmış və İsrailov Rəşad Heybət oğlu atası ilə birlikdə həmin evdə yaşamaqla, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən mülkiyyətçinin ailə üzvü qismində onun fərdi yaşayış evinə istifadə hüququ yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən isə yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayıldığından, onların da mübahsiəli evdən çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır. Mübahisəli fərdi yaşayış evinin texniki pasportundan isə görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində Q-literli əl-damından ibarət tikili mövcud olmuşdur ki, həmin əl damı da fərdi yaşayış evinin tərkib hissəsi olmuşdur. İlk iddia üzrə cavabdeh İsrailov Rəşad Heybət oğlu qeyri-rəsmi ailə qutması səbəbi ilə əlaqədar olaraq, həyətdəki əl damından ibarət tikilini yaşayış sahəsi kimi istifadə etməklə, həmin yerdə yaşamağa başlamışdır.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh İsrailov Rəşad Heybət oğlunun və onunla yaşayan yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmaqla, başqa yaşayış yerləri mövcud deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instaniya məhkəməsinin ilk iddia tələbi üzrə cavabdehlər İsrailov Rəşad Heybət oğlu və onun yetkinlik yaşına çatmayan övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm Rəşad oğlu, 2010-cu il təvəllüdlü İsrailova Almarə Rəşad qızı, 2014-cü il təvəllüdlü İsrailov Həmzə Rəşad oğlu və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn Rəşad oğlunun öz əşyaları ilə birlikdə kompensasiya verilmədən mübahisəli evdən çıxarılmasının təmin edilməsi və qarşılıqlı iddia tələbi üzrə İsrailov Rəşad Heybət oğlunun istifadə hüququnun tanınmasının rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, ilk iddianın İsrailov Rəşad Heybət oğlu və onun övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm Rəşad oğlu, 2010-cu il təvəllüdlü İsrailova Almarə Rəşad qızı, 2014-cü il təvəllüdlü İsrailov Həmzə Rəşad oğlu və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn Rəşad oğluna evdən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qarşılıqlı iddia üzrə İsrailov Rəşad Heybət oğlunun mübahisəli evə istifadə hüququnun tanınması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməli, İsrailov Rəşad Heybət oğlunun mübahisəli evə istifadə hüququ tanınmalıdır.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi cavabdeh cavabdeh2 münasibətdə də təmin edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Hərçənd ki, cavabdeh2 isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışının hədləri baxımından isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qanuniliyi və əsaslılığını cavabdeh İsrailov Rəşad Heybət oğluna aid hissədə yoxlamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı 1ci hissəsinə əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama *-** nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi Bakı şəhərinin inzibati ərazi hüdudlarında yerləşməklə, yalnız həmin torpaq sahəsinin istifadəsi və idarəçiliyi Abşeron Rayon İcra Hakimiyyətində olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən halı, mülki işin uzun müddət məhkəmə icraatında olmasını, süründürməçiliyə yol verilməməsini nəzərə alaraq işə mahiyyəti üzrə baxılmasını mqəsədəmüvafiq hesab etmişdir.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

İlk iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı İsrailov Rəşad Heybət oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi, ilk iddianın İsrailov Rəşad Heybət oğlu və onun övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm Rəşad oğlu, 2010-cu il təvəllüdlü İsrailova Almarə Rəşad qızı, 2014-cü il təvəllüdlü İsrailov Həmzə Rəşad oğlu və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn Rəşad oğlunun əşyları ilə birlikdə evdən çıxarılması və sahibliyə qaytarılması hissəsində ləğv edilsin. Həmin hissədə ilk iddia təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı İsrailov Rəşad Heybət oğlunun və onun övladlarının mübahisəli evə istifadə hüququnun tanınması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı İsrailov Rəşad Heybət oğlunun Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, M.Muxtarov küçəsi, döngə 3, ** nömrəli fərdi yaşayış evinə istifadə hüququ tanınsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar