Məhkəmə qərarları › İş №2(3-8)-326/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-326/2026

09.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-326/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh Çiçi kənd orta məktəbinin nümayəndəsi nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbin məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil Məktəbinin direktoru nümayəndə1 ## ######## 2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “ingilis dili müəllimi" vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiyaya görə ödənilən 60 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## #### 1994-cü il tarixində Azərbaycan Dövlət Dillər Universitetinin “İngilis və Alman dilləri” fakültəsini bitirmiş, ixtisası üzrə ali təhsil haqqında diplom əldə etdikdən sonra həmin il Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil məktəbi “ingilis dili müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. O, həmin məktəbdə işlədiyi müddət ərzində hər zaman işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin, təhsil verdiyi tələbələrin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində, ingilis dili sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin sertifikasiya prosesi həyata keçirilməyə başlanılmışdır. Bu proses müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə, habelə təhsildə səmərəliliyin artırılmasına xidmət edir. Belə ki, Təhsil İdarəsi tərəfindən keçirilən test imtahanından 35 bal yığaraq müsahibə mərhələsinə buraxılmışdır. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə sertifikatlaşmanın müsahibə mərhələsindən keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən ## ######## 2025-ci il tarixdən ləğv edilmişdir. Bildirmək istəyir ki, iddiaçı tərəf olaraq qəbul edilmiş qərarla razı deyil. Belə ki, 1-ci mərhələ – test mərhələsini uğurla keçmişdir. Bu, onun peşə biliklərinin və metodiki hazırlığının kifayət qədər yüksək olduğunu göstərir. Yalnız 2-ci mərhələdə müsahibə mərhələsində müəyyən çatışmazlıqlar əsas gətirilərək nəticə mənfi qiymətləndirilmişdir. Otuz iki ildir Quba rayonu Çiçi kəndində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Dolayısı ilə onun bu peşəyə uyğun olmaması absurd bir bəhanədir. Bu illər ərzində yüzlərlə şagirdə təhsil verərək onların cəmiyyətə faydalı bir şəxs kimi yetişməsinə köməklik göstərmişdir. Böyük oğlu X2, Vətən müharibəsi veteranıdır. O, 44 günlük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etmiş və göstərdiyi şücaətə görə bir sıra medallarla təltif olunmuşdur. Qeyd etdiklərindən də açıq aydın görsənir ki, cəmiyyətdə müsbət xarakterizə olunan müəllimədir. Dövlətinə vətənpərvər övladların yetişməsində böyük rolu olan şəxslərin sadə bir əmrlə işdən çıxarılması qəbul olunmazıdr. İddiaçı İddiaçı bildirir ki, müsahibə prosesində iştirak edən iki müəllimədən biri iddiaçıya qarşı aqressiv davranaraq qərəzli münasibət göstərmişdir. Müsahibə mərhələsində qiymətləndirmənin subyektiv meyarlara əsaslanması və iddiaçının ümumi pedaqoji fəaliyyətinin, təcrübəsinin və əvvəlki illərdəki nəticələrinin nəzərə alınmaması ədalətli qərarın qəbul olunmasına mane olmuşdur. Əvvəlcədən də qeyd etdiyi kimi, böyük oğlu X2, Vətən müharibəsi veteranıdır. O, 44 günlük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etmiş və göstərdiyi şücaətə görə bir sıra medallarla təltif olunmuşdur. Hazırda ailənin ikinci övladı da hərbi xidmətə cəlb edilmişdir. Böyük oğulunun ikinci Qarabağ müharibəsində iştirakı zamanı 44 gün həyəcanla oğlunun aqibətinin necə olacağını gözləmişdir. Həmin zaman keçiridiyi həyəcan və stres onun sonrakı həyatına böyük təsir göstərmişdir. Belə ki, xasiyətcə səmimi, işinə məsuliyyətlə yanaşan biridir. Müharibə həyəcanını yaşamış hərbir ailə müharibədən sonrakı həyatında daha həyəcanlı və həssas olurlar. Qeyd etdikləri ondan da yan keçməyib. Ailənin kiçik övladının hərbi xidmətə cəlb edilməsi yenidən həmin hissləri keçirməsinə səbəb olmuşdur. Məhz bu çətin dövr ikinci mərhələyə təsadüf etdiyindən, bir ana olaraq, yaranmış stress və narahatlıq səbəbilə ciddi psixoloji gərginlik yaşamış, bu da onun ümumi vəziyyətinə mənfi təsir etmişdir. Belə ki, müsahibə verəcəyi zala daxil olmamışdan öncə həmin zaldan müsahibə verib çıxan şəxslərin müsahibə götürən şəxsdən gileyləndiyinin şahidi olmuşdur. Dolayısı ilə bu deyilənlər onun ümumi vəziyyətinin gərginləşməsinə və həyəcanlanmasına səbəb olmuşdur. Belə bir vəziyyətdə müsahibə verəcəyi zala daxil olarkən müsahibə götürən xanımın ona qarşı qərəzli mövqeyinin qurbanı olmuşdur. Ona verilən sualları doğru cavablandırdığını bildirir. O müsahibə zalından çıxarkən imtahanda kəsiləcəyi barədə zərrə qəddər tərəddüdü olmamışdır. Təssüflər olsun ki, ##.##.2025-ci il tarixdə sertifikatlaşmanı keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş sertifikatlaşmanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Qeyd olaraq bildirir ki, Təhsil Nazirliyi tərəfindən ##.##.2013-cü ildə ixtisasartırma təlimlərinə cəlb olunmuşdur. Həmin təlimləri uğurla başa vurduğuna görə ona sertifikat təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunması onun sosial və ailə rifahına ciddi mənfi təsir göstərmiş, bu hal ailə vəziyyətində çətinliklər yaratmışdır. Qanunsuz olaraq iş yerinin itirilməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu vəziyyət onun üçün həm maddi, həm də mənəvi baxımdan ağır nəticələr doğurmuşdur.

3. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xaçmaz Regional Təhsil İdarəsi iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı İddiaçı 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” (bundan sonra mətndə QAYDA) əsasında keçirilən sertifikatlaşdırmanın müsahibə mərhələsində uğur qazanmamışdır. Müsahibə prosesində iddiaçıya qarşı qərəzli münasibətin göstərilməsi həqiqəti əks etdirmir və yalan məlumatdır. İddiaçı İddiaçı Qaydaya əsasən 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edərək keçid balını təşkil edən 20-dən az, yəni 14 bal toplamaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməməsi onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaratmış, onun barəsində verilmiş əmr qanuni olmuşdur. İddiaçı “İşə bərpa və məcburi boşdayanma dövrü üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Sertifikatlaşdırma nəticəsində əmək müqaviləsinə xitam verilməsi hər nə qədər nəticə etibarilə əmək münasibətlərində dəyişiklik yaratsa da bu dəyişiklik inzibati orqanın inzibati aktından qaynaqlanmışdır. Məktəb direktoru tərəfindən verilən əmək müqaviləsinə xitam verilməsi barədə əmr – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş inzibati akta əsasən tərtib edilir. Həmin akt isə Nazirliyin təqdim etdiyi nəticələrə və Sertifikatlaşdırma Şurasının qərarlarına əsaslanır. Bu mənada əmək müqaviləsinə xitam verilməsi barədə əmr özündən əvvəl verilmiş və hələ də qüvvədə olan inzibati aktların hüquqi nəticəsidir. Belə olduğu halda təhsilverənin işdən azad edilməsi barədə əmrin hüquqi baxımdan etibarsız sayılması üçün ilkin olaraq həmin inzibati aktların (Sertifikatlaşdırma Şurasının nəticə təqdimatı və Nazirliyin qərarı) mübahisələndirilməsi və ya ləğv edilməsi zəruridir. Belə olduqda mübahisənin predmeti əmək müqaviləsinin xitamı yox, əmrin qanuniliyidir. Əmr isə inzibati akt olduğuna görə mübahisə mahiyyətcə inzibati aktın etibarsız sayılması və ya ləğvi barədə tələbdən ibarətdir və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq e-*(***)-****/**** nömrəli mülki işə xitam verilməsini xahiş etmişdir.

5. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbində ingili dili müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmanın müsahibə mərhələsindən keçmədiyi üçün Quba rayonu Dəyanət İsmayılov adına tam orta ümumitəhsil məktəbinin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş mühahibənin audio-video yazısını əks etdirən diskə baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçı müsahibə zamanı suallara qismən cavab vermiş, bəzi suallara isə ümumiyyətlə doğru cavab verə bilməmişdir. Müsahibə zamanı komissiya üzvünün əsas suallar üzrə müəllimənin doğru cavab tapmağa köməklik etmək üçün bəzən yönləndirici suallar verdiyi görünür. Əksinə iddiaçı və onun nümayəndəsinin müsahibə zamanı ona qərəzli münasibət olması ilə bağlı bu halı təsdiq edən sübütlar təqdim etməmişdirlər. Həmçinin iddia ərizəsində qeyd edilən və iddiaçı tərəfindən məhkəmə iclasında bildirilən əsas məqamlardan biri iddiaçının imtahandan qabaq müxtəlif səbəblərdən təsirlənərək həyacanlı olmağı idi, belə bir halda iddaçının ifadələri arasında daxili məntiqi ziddiyətlər görünür. O bir tərəfdən özünün həyacanlı-stresli vəziyyətinə istinad edir, digər tərəfdən isə suallara düzgün cavab verdiyini qeyd etmişdir. Hazırkı işdə attestasiya komissiyası məhz belə bir səlahiyyətli orqandır və onun qərarı qanuni olmaqla qüvvədədir. İddiaçı sözügedən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2, 70-ci maddələrinə, “Təhsil” haqqında Azərbaycan Respublikası Qanununun 1, 29, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.3, 3, 5-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müsahibə mərhələsinin videogörüntüləri ilə tanış olan zaman müəyyən etmişdir ki, bütünlükdə müsahibə prosesi qanunsuz formada həyata keçirilmişdir. Qaydalarda təhsilverənə 5 (beş) sual verilməsi nəzərdə tutulmasına baxmayaraq, ona 11 (on bir) sual verilmişdir. Qaydalarda müsahibə prosesi hər təhsilverənə 20 (iyirmi) dəqiqə nəzərdə tutulduğu halda İddiaçı 15 (on beş) dəqiqə vaxt ayrılmışdır. Qeyd olaraq bildirir ki, şahid qismində ifadə verən Şahid əvvəlcə İddiaçı 11(on bir) sual verməsini qəbul etməsə də verdiyi sualları sadaladığı zaman bildirdi ki, həmin sualları yanaşı suallar olaraq vermişdir. Dolayısı ilə Şahid iddia etdiyi faktı təsdiqləmişdir. Aşağıda müsahibə mərhələsinin yazılı mətnini qeyd edir. İddiaçı 1-ci sual zamanı özünü təqdim edərkən adını, soyadını, ata adını və neçənci ildə nə vaxt harda döğulduğunu, 1989-cu ildə hansı universitetə və fakultəyə daxil olduğunu və neçənci ildə universiteti bitirdiyini bildirir. Sonrardan ilk dəfə hansı məktəbdə müəllimlik fəaliyyətinə başladığını və hal-hazırda müəllimlik fəaliyyətinin davam etdiyini qeyd edir. Müsahibənin davamı olaraq müəllimlik fəaliyyəti bağlı əraflı şəkildə fikirlərini səsləndirdiyi zaman müsahibə götürən Şahid əl jesti ilə İddiaçı dayanmağını bildirir. Birinci sual 3 dəq 28 saniyə davam edir. 2-ci sual Müəlllim yoldaşlarınız ilə ünsiyyətinecə qurursunuz? Müəllim yoldaşları ilə ünsiyyyəti ümumən kollektivdə olan müəllimlərlə münasibətinin yaxşı olduğunu və onlarla mehriban şəkildə davrandığını, özü də müəllim olduğu üçün onlara hörmətlə yanaşır. İkinci sual 3-cü dəqiqə 30-cu saniyədə başlayır 4-cü dəqiqə 07ci saniyədə bitir. 3-cü sual Dərs zamanı şagirdərin dərsi anlamadığını müşhidə etsəniz bu zaman nə edərsiniz? Dərs zamanı şagirdlərin dərsi anlamadığını görsə çalışar ki, yenidən o dərsi onlara başqa gün yəni həmin gün vaxt bitsə başqa dərsdə həmin mövzunu onlara sona kimi başa salsın ki, həmin şagirdlər bilik və bacarıqlarını sona qədər əldə etsinlər. Üçüncü sual 4-cü dəqiqə 08-ci saniyədə başlayır, 4-cü dəqiqə 42-ci saniyədə bitir. 4-cü sual: Valideyn iclası zamanı şagirdin adı çəkilərək dəyərləndirilməsi doğrudurmu? Hər bir şagird bizim üçün dəyərlidir. Həmin şagirdi dərs zamanı müsbət qiymətləndirirəmsə bütün valideyinlər qarşısında o şagirdi dəmək mənim fikrimcə valideyinlər qarşısında həmin şagirdin yaxşı müsbət cəhətini demək digər valideyinləri həvəsləndirər .Buna görədə valideyilər iclasında bunu deməyi yaxşı hal hesab edirəm. 4cü sual 4-cü dəqiqə 44-cü saniyədə başlayır, 5-ci dəqiqə 43-cü saniyədə bitir. 5-ci sual Təlimin təşkilində hansı pedaqoji tələblər nəzərə alınmalıdır? Təlimin təşkilində şagirdlərin öz fikirlərini ümümiləşdirirək onları ifadə etməyini mətnin fakt və hissələrini onlara təhlil etməyi göstərərəm. Bu zaman Aysel xanım kobud şəkildə Könülə düz cavab vermədiyini və bundan öncəki suallarada düz cavab vermədiyini bildirir. Aysel xanım bundan öncə verdiyi sualın cavablarından birinin pedaqoji prosesin tamlığının olduğunu qalan cavabların Könülün bildirməsini istəyir. Könül müsahibənin davamı olaraq bildirir ki, prosesin həyata keçirilməsi, motivasiya qurmaq yolu ilə mən dərsimin və təlim prosesinin tamlığını təşkil edərəm.Tələb yönümlülükdən istifadə edərəm. Mən şagirdlərə şəkillə üzrə təlimə cəlb edərəm. 6-cı sual dərsin planlaşdırılması zamanı hansı vacib məqamlar nəzərə alınmalıdır? Dərsi düzgün qurmaq məqamlarına fikir vermək lazımdır. İlk olaraq alt standart, standart, mövzunu, təlim nəticələrini əsas götürərək proses düzgün qaydada qurmalıyıq. Qiymətləndirmə meyarlarını, resusları, iş qurmalarından, interqrasiyadan və iş üsullarından istifadə etməliyik. 7-ci sual Kostruktiv rəy verərkən hansı məqamlara diqqət yetirmək lazımdır? Konstruktiv rəy vermək üçün qiymətləndirmə meyarlarına fikir verməliyik və biz orada iş üsullarından istifadə etməliyik. Biz orada refleksiyadan istifadə etməliyik. Uşaqlara mövzu ilə bağlı sual verərək uşaqların mövzünu başa düşüb düşməməsini müəyyən etməliyik. 8-ci sual Konstruktiv rəy necə olur? Müəllim öz rəyini şagirdə və ya şagirdlər yolu ilə öz rəylərini şagirrdlərə verir. Müəllim öz rəyini şagirdə bildirir.Tam şəkildə şagirdin həmin mövzunu başa düşüb düşmədiyinə verilən rəydir. 9-cu sual Qiymətləndirmə şagirdə necə kömək edir.? Biz qiymələndirməni meyarlar üzrə aparırıq yəni şagirdin bilik bə bacarıqlarını ortaya çxarmaq kömək edir. 10cu sual Məktəbdaxili qiymətləndirmənin neçə növü var? Məktəbdaxili qiymətləndirmənin növləri diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirmə məktəbdaxili üç qiymətləndirmə var. Summativ qiymətləndirmə özü kiçik və böyük qiymətləndirməyə bölünür. 11-ci sual Formativ qiymətləndirmə nə zaman aparılır? Şagirdin dərs ili müddətində onun gündəlik bilik bacarıqları formativ qiymətləndirmədə aparılır. Formativ qiymətləndirmə şagirdin qiymət kitabçasında söz və ya rəqəmlə qeyd olunur. Həmdə müəllim öz formativ jurnalında həmin qiyməti qeyd edir. Qeyd olaraq bildirmək istəyir ki, məhkəmə araşdırması zamanı ifadə verən şahid Şahid bundan sonra verəcəyi sualllara cavab vermədən “bezdiyini bildirərək” hakimin icazəsi olmadan telefon danışığını sonladırdı. Ümumilikdə isə verdiyim suallara cavab verməkdən yayınırdı və bəzi suallara cavab verməkdən imtina edirdi. Təssüfflər olsun ki, hakim şahidin etdiyi qanunsuz hərəkətlərə heç bir münasibət bildirmirdi. Qətnaməyə baxanda görünür ki, sadaladığı pozuntular məhkəmə qətnaməsində qeyd edilməyib. Şahid məhkəməyə göndərdiyi izahatında qeyd edir ki, İddiaçı müsahibə prosesində şəbəkə etikasına və şəbəkə mədəniyyətinə riayət etməyərək ona gülmüşdür və İddiaçı şəbəkə etikasına uyğun olaraq əl jesti ilə dur demişdir. Müsahibə prosesinin qeydə alındığı videogörüntülərə baxanda müəyyən edilir ki, Şahid və Sevinc Hüseynova özləri qeyd olunan şəbəkə etikasına və şəbəkə mədəniyyətinə riayət eləmirlər. Aşağıda həmin məqamları dəqiqə və saniyəsi ilə qeyd edir. 1. 6-cı dəqiqə 11 saniyədən 6-cı dəqiqə 27 saniyəyə qədər Şahid müsahibə zamanı rahatlıqla çay içir və İddiaçılə danışa-danışa müsahibə prosesinə müdaxilələr edir. Belə bir sual yaranır burada etik davranış qaydalarını kim pozur İddiaçı yoxsa Şahid. 2. 6-cı dəqiqə 46 saniyədən 7-ci dəqiqə 7 saniyəyə qədər müşahidə edilir ki, Şahid İddiaçı sual verdikdən sonra İddiaçı verilən sualı cavablandırdığı vaxtda Şahid başını aşağı salıb öz telefonu ilə məşğul olur. Belə olan halda Şahid etdiyi bu hərəkət özünün dediyi kimi şəbəkə etikasına və şəbəkə mədəniyyətinə nəqədər uyğundur. Ümumən müsahibə prosesi zamanı Şahid bir çox halda İddiaçı sual verdikdən sonra başını aşağı salıb telefonu ilə məşğul olur. Dolayısı ilə Şahid müsahibə prosesini düzgün qiymətləndirməsi mümkün deyil. Müsahibə prosesində iştirak edən psixoloq Sevinc Hüseynova müsahibə prosesinin əvvəlindən sonuna qədər müsahibə prosesini izləməli və Şahid məhkəmə prosesi zamanı dediyini əsas götürsə İddiaçı həyəcanlı və gərgin olduğu zamanlarda müdaxilə etməli olduğu halda psixoloq Sevinc Hüseynova müsahibə prosesini izləmir və heç bir müdaxilə etmir. İkinci video görüntüdən müşahidə edilir ki psixoloq Sevinc Hüseynova müsahibə prosesi davam etdiyi vaxtda 5-ci dəqiqə 29-cu saniyədə müsahibə prosesindən çıxır. Təssüfflər olsun ki, hakim Nigar Xəlilova bu qeyd olunanlara münasibət bildirməyib. Qeyd olaraq bildirir ki, psixoloq Sevinc Hüseynova şahid qismində məhkəməyə dəvət olunmasına baxmayaraq, keçirilən heç bir məhkəmə prosesinə gəlməmiş və gələ bilməməsinin üzürlü səbəbləri ilə bağlı məhkəməyə məlumat verməmişdir. Hakim Nigar Xəlilova şahidin qanunsuz hərəkətlərilə bağlı heçbir qanuni tədbir görməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunur. Dolayısı ilə bu deyilənlər İddiaçı ümumi vəziyyətinin gərginləşməsinə və həyəcanlanmasına səbəb olmuşdur. Belə bir halda iddaçının ifadələri arasında daxili məntiqi ziddiyətlər görünür. O bir tərəfdən özünün həyacanlı-stresli vəziyyətinə istinad edir, digər tərəfdən isə suallara düzgün cavab verdiyini qeyd etmişdir. Məhkəmə iddianın təmin edilməməsi hissəsini belə əsaslandırıb ki, İddiaçı müsahibə zamanı həyacanlıstersli vəziyyətinə istinad digər tərəfdən suallara cavab verə bildiyin bildirməsi ziddiyyətli haldır. Hakim iddia ərizəsində və məhkəmə prosesi zamanı qeyd etdiklərini düzgün mühakimə etmədiyindən yekunda yalnış nəticəyə gəlib. Belə ki, iddiaçı tərəf olaraq İddiaçı müsahibə prosesindən əvvəlki və müsahibə prosesi zamanı həyəcanını qeyd edərək müsahibə prosesinin qanunsuz formada keçrilməsini hakimin diqqətinə çatdırmışdır və bu halı müsahibə zamanı qeydə alınmış videogörüntülərdən aydın şəkildə müşahidə etmək olur. Müsahibə götürən Şahid bir neçə dəfə İddiaçı yüksək səslə qışqıraraq müdaxilə edir. Müsahibə prosesində iştirak edən psixoloq Sevinc Hüseynova isə təlimata uyğun olaraq müsahibə götürülən İddiaçı yardım etməli olduğu halda videogörüntülərdən müşahidə edilir ki, başı kiminləsə söhbətə qarışıb. Qeyd olaraq bildirir ki, psixoloq Sevinc Hüseynova müsahibə prosesi qurtarmamış həmin prosesi tərk edir. Təssüfflər olsun ki, hakim Nigar Xəlilova bütün bu qeyd olunanlara münasibət bildirməli olduğu halda münasibət bildirməyib. İddiaçı tərəf olaraq belə düşünür ki, hakim qeyd etdiklərinə münasibət bildirsəydi iddianın təmin edilməsi barədə qətnamə qəbul etmək məcburiyyətində qalacaqdı. İşçilərin attestasiyası Əmək Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirir." Buradan belə anlaşılır ki, mübahisə ilə bağlı qərarı qəbul edəcək səlahiyyətli orqan Regional Təhsil İdarəsidir. İş materiallarından və qəbul edilmiş qətnamədən müəyyən olunur ki, Regional Təhsil İdarəsinin iddiaçı İddiaçı işdən çıxarılması ilə bağlı qərarı yoxdur. Dolayısı ilə belə bir qərar olmadığına görə hakim iddianın təmin edilməsi barədə qətnamə qəbul etməliydi. Hakim Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini əsas gətirərək iddiamızın rədd olunması barədə qərar qəbul etməsi qanunsuz və əsassızdır. Quba Rayon Məhkəməsində işə baxılarkən MPM-in 9-cu bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, məhkməyə həm şifahi həm də yazılı şəkildə iddiaçı İddiaçı işdən çıxarılması ilə əlaqəli olan bütün sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə araşdırması zamanı həmin vəsatətə heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə araşdırması zamanı bir neçə dəfə əmri qəbul edən direktordan və Regional Təhsil İdarəsinin nümayəndəsindən qərarı istəsə də cavab olaraq bildirdilər ki, məhkəməyə təqdim etdikləri sübutlardan başqa onlarda heçbir qərar yoxdur. Bütün bu olanlara baxmayaraq məhkəmənin iddianı rədd edilməsi barədə qərar qəbul etməsi absurddur. Vəsatətlə müsahibə prosesində iştirak edən Şahid və Sevinc Hüseynovanın şahid qismində dindirilməsi ilə bağlı vəsatət vermiş, vəsatətimin təmin olunmasına baxmayaraq şahidlərin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Hakim şahidlərin məhkəmə prosesində üzürsüz səbəbdən iştirak etməməsi ilə bağlı heçbir qanuni tədbir görməmişdir. Dolayısı ilə iddiaçı tərəfin vəkili olaraq hüquqları kobud şəkildə pozmuşdur. İddiaçı tərəf olaraq əmrin qanunsuz və əsassız olaması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə məhkəmə prosesi zamanı əmrin qanuni və əsaslı olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı ifadə verən Quba rayonu, Dəyanət İsmayılov adına Çiçi kənd tam orta məktəbin nümayəndəsi nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının göstərdiyi şəxsi problemlərinin müsahibəyə aidiyyatı yoxdur, İddiaçı sertifikasiyanın müsahibə mərhələsində uğursuz nəticə əldə etdiyindən onunla əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddianı əsassız hesab etmişdir. İddiaçı tərəfin vəkili olaraq direktora sual vermişdir ki, İddiaçı hansı formada işdən çıxardınız? Cavabdeh cavab olaraq bildirdi ki, Regional Təhsil İdarəsindən ona zəng elədilər ki, İddiaçı imtahandan keçməyib onun işdən çıxarılması barədə əmr ver. O da onların verdiyi məlumat əsasında İddiaçı işdən azad olunması barədə əmr qəbul eləmişdir. Bildirmək istəyir ki, cavabdeh məhkəmə prosesi zamanı birmənalı şəkildə qərar görmədiyini və ona hər hansı bir qərar təqdim olunmadığını qeyd etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş Quba-Xaçmaz regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı sertifikasiyanın müsahibə mərhələsində verdiyi cavablar qənaətbəxş olmayıb. Ona görə də iddanı əsassız hesab edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfin vəkili olaraq və prosesi idarə edən hakim üçüncü şəxsin nümayəndəsi nümayəndə2 sertifikasiya nəticələri ilə bağlı qərarın olub olmadığı ilə bağlı sual vermişdir. Üçüncü şəxsin nümayəndəsi nümayəndə2 məhkəməyə təqdim etdikləri sübutlardan başqa onlarada heçbir qərar olmadığını açıq şəkildə bildirmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq hakimin iddianı təmin etməməsi barədə qətnamə qəbul etməsi və sübut etmə vəzifəsinin onun üzərinə qoyması anlaşılan deyil. İddiaçı İddiaçı sertifikasiya imtahanın müsahibə mərhələsində müsahibə prosesində iştirak edən Şahid və Sevinc Hüseynovanın məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edilməsi ilə bağlı vəsatət vermişdir. Məhkəmə vəstatətimin təmin edilməsi ilə bağlı qərardad qəbul edir. Vəsatətin təmin olunmasına baxmayaraq şahidlərdən Sevinc Hüseynova heçbir məhkəmə iclasında iştirak etməmiş və məhkəmə proseslərində üzürlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı məlumat verməmişdir. Digər şahid Şahid eyni qaydada təyin olunmuş məhkəmə proseslərində iştirak etməmiş və üzürlü səbəblərdən məhkəmə proseslərində iştirak edə bilməməsi ilə bağlı məlumat verməmişdir. Təkidlərindən sonra şahid məhkəməyə izahat göndərmişdir. Sonuncu baxış iclası zamanı isə məhkəmə WhatsApp vasitəsilə Şahid ilə əlaqə saxlamışdır. Vəkil olaraq şahidə suallar verməyə çalışıb. Təssüflər olsun ki, şahid bir çox suallara eşitməməsini əsas gətirərək cavab verməmiş, sonda isə bundan sonra suallara cavab vermək istəmədiyini bildirərək telefonu söndürmüşdür. Təssüflər olsun ki, burada da hakim hərəkətsizlik göstərmişdir. Qeyd etdiklərinin heç biri məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Şahidlərin qanunsuz hərəkətləri ilə bağlı məhəkəmə heçbir qanuni tədbir görməmişdir. İş materiallarından və məhkəmə prosesi zamanı təqdim olunmuş sübutlardan müəyyən olunur ki, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumtəhsil Məktəbinin direktoru nümayəndə1 ## ######## 2025-ci il tarixli, ** saylı əmri qəbul olunan zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndində aydın şəkildə qeyd olunmuşdur ki, işçinin bu əsaslarla işdən çıxarılması üçün sertifikasiya komissiyasının qərarı olmalıdır. İş materiallarından və ##.##.2026-cı il tarixli qətnamdən müəyyən olunur ki, sertifikasiya komissiyasının və ya Regional Təhsil İdarəsinin belə bir qərarı yoxdur. Ümumiyyətlə iş materiallarına qərar yoxdur. Məhkəmə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Hazırkı işdə attestasiya komissiyası məhz belə bir səlahiyyətli orqandır və onun qərarı qanuni olmaqla qüvvədədir. İddiaçı sözügedən komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən komissiyasının qərarı məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğundur. Hakimin Əmək Məcəlləsinin 70ci maddəsinin "c" bəndinə istinad edərək iddianı rədd etməsi absurddur. Belə ki, həmin maddədə açıq şəkildə qeyd olunmuşdur ki, işçi tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilir. İş materiallarında olan sübutlara və qətnaməyə baxan zaman belə bir qərara rast gəlinmir. Belə bir sübut olmadığı halda bu halın onun əleyhinə qiymətləndirilməsi və bu halın sübut etmək vəzifəsinin onların üzərinə qoyulması anlaşılan deyil. Bildirmək istəyir ki, bu günə qədər də cavabdeh həmin qərarı nə iddiaçıya, nədə ki məhkəməyə təqdim edib. Cavabdeh məhkəmə prosesi zamanı ifadə verərkən bildirir ki, İddiaçı işdən çıxarılması barədə əmri Regional Təhsil İdarəsinin verdiyi şifahi məlumat əsasında imzalamışdır. Regional Təhsil İdarəsindən ona heçbir qərar təqdim olunmamışdır. Eyni qaydada üçüncü şəxs qismində cəlb olunan Regional Təhsil İdarəsinin nümayəndəsi bildiridi ki, onlarda məhkəməyə təqdim etdikləri sənədlərdən başqa heçbir rəsmi sənəd yoxdur. Əlavə olaraq bildirdi ki, Təhsil İdarəsindən onlara sertifikasiyadan keçməyən şəxslər barədə məlumat verilir onlarda eyni qaydada məktəb direktorlarına sertifikasiyadan keçməyən şəxslər barədə məlumat verir. Məhkəmə iclasları fasiləsiz audio və video yazısı ilə aparılmışdır. Qeyd etdikləri həmin audio və video yazılarda öz əksini tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyillər. Məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndini əsas götürərək qeyd etmişdir ki, cavabdeh sertifikasiyanı keçmədiyindən müqaviləyə xitam verilmişdir. Lakin hesab edir ki, burada qanunvericiliyi tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin “C” bəndində nəzərdə tutulan səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul olunmamışdır. Birinci instansiya məhkəməsində nümayəndə1 öz izahatında Regional Təhsil İdarəsindən iddiaçının sertifikasiya imtahanından keçməməsi barədə məlumatı aldıqdan sonra əmr verdiyini bildirmişdir. nümayəndə1 verdiyim suala cavab olaraq, Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq qərarın qəbul edilmədiyini bildirmişdir. Həmin qərarı tələb etsələr də təqdim edə bilməmiş, məhkəməyə yalnız əmr və sertifikasiyanın nəticələri təqdim olunmuşdur. Həmçinin birinci intansiya məhkəməsində müqaviləyə xitam verilməsinə əsas olan bütün sənədlərin təqdim olunması barədə vəsatət versə də, vəsatətinə əhəmiyyət verilməmişdir. Sertifikasiyanın nəticələrinə gəldikdə isə nəticələrlə razı deyil, təmsil etdiyi şəxsə sualların verilməsi, həmçinin cavabların qiymətləndirilməsi ilə bağlı qaydalar pozulmuşdur. Qanunun tələbinə görə sertifikasiya imtahanı zamanı müəllimə 5 sual verilməli olduğu halda ona 11 sual verilmişdir. İddiaçı test mərhələsindən uğurla keçmiş, ikinci mərhələdən kəsilmişdir, praktikada müəllimlər əsasən test mərhələsini keçə bilmədiklərindən işdən azad olunurlar. Müsahibəni yalnız bir şəxs götürür, özü qiymətləndirmə aparır, qiymətləndirmənin hansı qaydada aparılması məlum deyil. 1-ci və 2-ci suallara cavabın nəyə əsasən qiymətləndirilməsi məlum deyil. Direktor özü məktəbin Facebook səhifəsində şagirdləri paylaşaraq onların fərqləndiyini bildirirsə, iddiaçının suala cavabını nə üçün düzgün qəbul etmir. İddiaçı qiymətləndirmə ilə bağlı suala düzgün cavab vermişdir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı pellyasiya şikayətini müdafiə edərək bildirdi ki, test imtahanından öncə iki dəfə təlimdə iştirak etmişdir, lakin müsahibə mərhələsi ilə bağlı hər hansı təlimə cəlb edilməmişdir. Azərbaycan Xarici Dillər Universitetini bitirmişdir. Neçə illərdir müəllim vəzifəsində çalışır, işini daim vicdanla yerinə yetirmiş, uşaqlara diqqət və qayğı ilə yanaşmışam. İmtahanda ona qarşı qərəzli mövqe sərgiləyiblər. İmtahan zamanı stress keçirdiyinə görə bəzi sualların cavabı yadından çıxmışdır.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Çiçi kənd orta məktəbinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçının vəkilinin də dediyi kimi Regional Təhsil İdarəsindən ona zəng olunub, idarəyə çağırılmışdır. Orada Elm və Təhsil Nazirliyinin ##.##.2020-ci il tarixli, *** №-li qərarı ilə tanış olmuş, qərara əsasən sertifikasiya imtahanın keçirilməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiyanı həyata keçirmiş, onun nəticələri ilə bağlı əmr vermiş, əmrə əsasən müəllimin işdən azad olunması barədə əmr qəbul etmişdir. Agentlik tərəfindən qəbul edilən əmrdə sertifikasiyadan keçməyən şəxslərin siyahısı var, siyahı Regional Təhsil İdarəsindədir. Əmrdə müəllimin sentyabrın 10-da işdən azad olunmasının tapşırılması barədə göstəriş olub. Portalda müəllimin sertifikasiya imtahanından uğur qazanmaması barədə müəllimə bildiriş gəlib. “Təhsil haqqında” qanun xüsusilə həmin qanunun 42-ci maddəsi ilə bağlı məqamlar, Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, *** nömrəli qərarı, Azərbaycan Respublikası Təhsil İnstitutunun müxtəlif nəşrləri proqrama daxildir. Şagirdin qiymət cədvəli valideynə məxfi şəkildə təqdim olunmalıdır. Valideyn iclası zamanı müəllimin hər hansı şagirdin adını çəkərək nailiyyəti barədə məlumat verməsi düzgün deyildir, MÜTDA-dan verilmiş rəydə də bu barədə qeyd olunaraq göstərilir ki, bu zaman məxfilik pozulur, digər şagirdlərin psixoloji durumuna mənfi təsir edir. Təhsil İdarəsinin təşkil etdiyi təlimlər var, iddiaçı təlimlərə cəlb olunub. O, özü də təlimçi olmuşdur, təlimlər keçirilir, təlimin sonunda iştirak edən müəllimlərdən müsahibə alınır. Birinci instansiya məhkəməsində imtahan götürən direktor bildirmişdir ki, o, müəllimə eyni meyar üzrə üç sual vermiş, digər sualları verməsinin səbəbi isə öncəki suallara cavab verilməməsi olmuş, imtahana canlılıq qatmaq niyyəti olmuşdur. Müsahibədə müəllimin özü haqda sual verildikdə təhsil barədə uğurlarından bəhs etməlidirlər, təhsildə uğuru olan müəllimlər müsahibədə bu barədə danışdıqda daha yüksək qiymətləndirilir.

14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 bildirdi ki, sertifikasiya nazirlik tərəfindən keçirilir, nəticələri barədə son qərar həm şəxsi kabinetə yerləşdirilir, həm də MÜTDA tərəfinən cədvəl əmr formasında təqdim edilir, həmin siyahıda təkrar sertifikasiyadan keçməyən şəxslərin adları qeyd olunur və ƏM-nin 70-ci maddəsinin “C” bəndinə əsasən işdən azad olunmalarına dair göstəriş mövcud olur. İlk dəfə imtahandan kəsilmiş müəllimlər üçün ikinci şans yaradılır, 1 il müddətində iş yeri saxlanılır. İddiaçı test imtahanından keçmiş, lakin müsahibədən keçə bilməmişdir. Həmçinin iddiaçının vəkilinin izahatına münasibət olaraq bildir ki, qanunda 5 sualın verilməsi yox, 5 meyar əsasında sualların verilməsi nəzərdə tutulmuşdur. Müsahibə komissiyasının yaradılması barədə nazirlik əmr verir. Müsahibə komissiyasının tərkibi nazirlik tərəfindən təsdiq olunur. Komissiyada Şahid və psixoloq iştirak etmişdir. Müsahibələrdə iştirak edən direktorların siyahısı nazirlik tərəfindən təsdiq olunur. Psixoloq müəllimin psixoloji durumuna nəzarət edib, onun təhsil verən kimi həmin vəzifəyə uyğun olun-olmadığını müəyyənləşdirir, lakin əsas qərar verən direktordur. Direktorun qiymətləndirməsi komissiyaya təqdim edilir, komissiya tərəfindən videogörüntülərə baxış keçirilir və qiymətləndirmə ilə müqayisə aparılır. Komissiyanın tərkibi nazirlik tərəfindən müəyyən olunur.

İşdə olan sübutlar

15. Quba–Xaçmaz Regional Təhsil İdarəsi Quba rayonu Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumitəhsil məktəbin ##.##.2025-ci il tarixli, ** nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçmədiyi üçün Quba rayonu Dəyanət İsmayılov adına tam orta ümumitəhsil məktəbinin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək mqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## ######## 2025-ci il tarixdən ləğv edilmişdir.

16. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli əmrindən və ona əlavə edilmiş siyahıdan görünür ki, iddiaçı müsahibə mərhələsində 14 bal toplamış, buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələbinə müvafiq olaraq xitam verilməsinin təmin edilməli olması qərara alınmışdır.

17. ##.##.2025-ci il tarixli, MŞQ-MT-***-****-***** saylı ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etdi, mediasiya prosesini davam etdirməyə razılığa gəlmədilər.

18. İddiaçı ilə müsahibə aparmış Şahid yazılı izahatından görünür ki, İddiaçı ilk olaraq özünü təqdim etməsi ilə bağlı sual verilmişdir. Müəllim özünü təqdim etsə də fəaliyyəti ilə uğurları haqqında çox az fikir səsləndirdi, onu 2 balla qiymətləndirmiş, özü barədə dolğun məlumat vermək əvəzinə, peşəsi ilə fəxr etdiyini bildirdi. 03.37 dəqiqədə 1-ci sual müəllim yoldaşlarınızla ünsiyyəti necə qurursunuz?” - sualına ətrafinda cavab verdi əsas məqamlara toxunmadı. Ünsiyətcil biriyəm dedi, bu isə səhv cavabdır. Doğru cavab: “Əməkdaşlıq iş mühitini daha rahat və məhsuldar edir, iş yoldaşlarınızla daha yaxşı ünsiyyət qurmağa köməklik edir. Ünsiyyət zamanı onları diqqətlə dinləyirəm və onların fikirlərini dəyərləndirirəm Aydınlaşdırıcı suallardan istifadə edərək məsələni tam anlamağa çalışıram, problemləri birgə həll etmək üçün müzakirələrdə iştirak edirəm. Geri dönüşləri konsturktiv şəkildə təqdim etməyə çalışıram." 04.04 dəqiqədə 2-ci sual təqdim olundu. Dərs zamanı şagirdlər dərsi anlamadığını müşahidə edirsiniz?" bu zaman nə edərdiniz sualına, müəllim "dərsi növbəti gün başqa dərsdə keçərəm” deyə cavab verir. Doğru cavab: "Şagirdlərin dərsi anlamadığını müşahidə etdikdə dərsi daha sadə və aydın şəkildə izah edərəm, suallar verərək hər kəsin başa düşmədiyi yerləri müəyyən edirəm əlavə nümunə və izahlarla mövzünü təkrar edirəm. Qrup işləri və ya fərdi tapşırıqlarla mövzunu daha yaxşı başa düşmələrinə kömək edirəm. “3" planından istifadə edirəm . 04.53 dəqiqədə Valideyn iclası zamanı şagirdin adı çəkilərək dəyirləndirilməsi doğrudurmu?" Bu sualına da müəllim cavab verir ki: "bilmirəm düz fikirləşirəm ya səhv düşünürəm” şagirdin birini tərifləsək digər şagirdin -valdiyenləri peşiman olar. Bu cavab səhvdir. Doğru cavab: “Hər bir şagird haqqında məlumat valideynə təklikdə veriməlidir". 05.45 dəqiqədə müəlliməyə suallara doğru və birbaşa cavab verməsi ilə əaqədar olaraq xəbərdarlıq etmiş, müəlliməyə bildirmişdir ki, suallara ümumiyyətlə əlaqəsiz cavab verməyə və suallardan yayınmağa çalışır. Növbəti 05.01 dəqiqədə “Təlimin təşkilində hansı pedoqoji tələblər nəzərə alınmalıdır?" sualı müəllim - “şagirdlərə öz fikirlərini ümumiləşdirərək ifadə etməyini onlara təhlil etməyini göstərərəm" deyə əlaqəsiz cavab verib. Doğru cavab: "Pedoqoji prosesin tamlığı təlimdə bərabər imkanların yaranması, şagirdyönümlük, inkişafyönümlük, fəaliyyətin sıtimulaşdırıması, məktəb valideyin əlaqələrinin tənzimlənməsi.” Ona kömək etmək məqsədi ilə düzgün cavaba veməsi üçün yönlədirmə etmişdir. Özünə də məlumat vermişdir ki, bu haqqda bildiyi anlayışlar haqqında melumat versin, lakin müəllimə yenə sualldan yayınmışdır və fərqli və uyğunsuz cavablar vermişdir. Yenə kömək etmək məqsədilə yönləndirmə etmişdir. Müəllimə düzgün cavab əvəzinə şəkillər və motivasiya vermək haqqında danışır. O, müəlliməyə cavabının düzgün olmadığını deyir o isə cavabında onun dediyini təsdiqləyir. Müəllimə fikirlərin toplayıb düzgün cavab verməsi üçün ona zaman veririr o isə yenə əlaqəsiz cavablar verir. İrad bildirir o isə gülür. 09.59 dəqiqədə “Dərsin planlaşdırılması zamanı hansı vacib məqamlar nəzər alınmalıdır?" sualı verir. Müəllim, mövzunu aid standartı və resursları qeyd etmişdir. Doğru cavab: “Dərsin məqsədini aydın şəkildə müəyyənliəşdirmək, iş üsullarını doğru seçmək, iş formasın doğru seçmək. Bu sualda müəllimə anlayışların cavabın bir neçə oxşar məqam qeyd edir. 11.02 “Konstruktiv rəy verərkən hansı məqamlara diqqət yetirilməlidir sualına?" - Müəllim iş üsullarında istifadə etməliyik, qiymətləndirmə meyarına fikir verməliyik cavabını verir. Doğru cavab: “ Spesifik olmalıdır, vaxtında və əssaslıqla verilməlidir, meyarlara əsaslanmalıdır” İş formalarından danışmışdır, O, sualı bir qədər sadə formada qoymağa çalışır ki, müəllim doğru cavab versin. Müəllim doğru cavab verə bilmir. Müəlliməyə cavabını düzgün olmadığını bildirir və o da ona “bəli’ deyərək cavab verir. 13.30 dəqiqədə “qiymətləndirmə şagirdə necə kömək edir?" - sualı ilə müraciət edir müəllim bir neçə cavabla səhv cavab verir. Müəllimə sonda sağollaşır və “sizinlə danışmaq xoş oldu’ deyərək sağolaşır. Onu da əlavə edir ki, hər sual sonrası və ya müəllim sualdan yayındığı zaman fikirlərin toplaması və fikrinin ona yönləndirməsi üçün şəbəkə etikası şəbəkə mədəniyyətinə əsaslanaraq səs qarışığının qarşısını almaq üçün jestlərə uyğun ünsiyyətdən istifadə etmişdir. Heç bir qərəzli münasibətinin olmadığını bildirir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirir.

20. Təhsil” haqqında Azərbaycan Respublikası Qanunu: 1.Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

29. Təhsil sahəsində dövlətin əsas vəzifələrindən biri kimi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirməsi nəzərdə tutulmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın: 1.3. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.2. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları (fənləri) Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. 3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. 3.15. Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir. 3.16. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir: 3.16.1. proqram üzrə mövzunu təqdimetmə bacarığı; 3.16.2. təhsilalanları qiymətləndirmə bacarığı; 3.16.3. özünü təqdimetmə bacarığı; 3.16.4. pedaqoji prosesi təşkiletmə bacarığı; 3.16.5. ünsiyyət bacarığı. 3.17. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür. 3.18. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır: 3.18.1. proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli; 3.18.2. təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli; 3.18.3. ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli. 3.19. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.

4.1. Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərir. 5.2 Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

23. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumən razılşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

26. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı müsahibə zamanı ona “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda nəzərdə tutulan 5 sualdan artıq, yəni 11 sual verildiyini iddia etmişdir ki, iddiaçının bu dəlili əsassız olmuşdur. Belə ki, həmin qaydaların 3.16-cı bəndinə əsasən müsahibə mərhələsi verilmiş 5 sual əsasında deyil, 5 meyar əsasında qiymətləndirilir. İş materiallarına əlavə edilmiş iddiaçının sertifikatlaşdırma ilə bağlı müsahibə mərhələsinin videoçəkilişindən isə görünür ki, müsahibə götürən şəxs tərəfindən verilmiş sulllar iddaçının 3.16-cı bəndi ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilməsi üçün olmuşdur.

27. Bundan başqa iddiaçının sertifikatlaşdırma ilə bağlı müsahibə mərhələsinin videoçəkilişindən həmçinin görünür ki, iddiaçı bir çox hallarda verilmiş suallara konkret cavablar verməməklə ümumi fikirlərini bildirməklə kifayətlənmiş, suallara konkret cavab verməkdən yayınmaqla, əlaqəsiz cavablar vermiş, müsahibə götürən şəxsin yönləndirici suallarına da eyni münasibət göstərməklə uyğunsuz cavablar verməyə çalışmışdır. Həmçinin, müsahibə götürənin suallara düzgün cavab verməməsi ilə bağlı iradını qəbul etməklə yanaşı, yönləndirici suallara isə cavab verə bilməmişdir. Həmçinin ona qarşı hər hansı bir qərərzliliyin olması, qiymətləndirmənin qeyri-obyektiv aparılması ilə bağlı da hər hansı bir şübhə də müəyyən edilməmişdir. Müsahibə götürən və qiymətləndirmə aparan şəxs tərəfindən məhkəməyə yazılı izahat təqdim edilərək, iddiaçıya verilmiş sualların düzgün cavabları və qiymətləndirmə meyarları açıq şəkildə qeyd olunsa da iddiaçı tərəfindən həmin münasibətin qeyri-dəqiqliyi ilə bağlı hər hansı bir əsaslı arqument irəli sürülməmişdir. Hərçənd ki, iddiaçının iddia ərizəsinin məzmunundan, o cümlədən məhkəmə iclaslarında verdiyi izahatlarından da göründüyü kimi müsahibə zamanı verilmiş suallara düzgün və hərtəfəli cavab verə bilməməsi özü üçün də aydın olmuşdur.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılmasının həyata keçirilməsini təmin etmək məqsədi ilə müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradaraq onun tərkibini müəyyən etmiş, iddiaçı ilə aparılmış müsahibənin nəticəsinə əsasən isə o, keçid balını toplaya bilməyərək təkrar sertifikatlaşdırmadan keçməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli əmrində və ona əlavə edilmiş siyahıdan görünür ki, iddiaçı müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamalı olduğu halda 14 bal toplamış, bununla da o, təkrar sertifikatlaşdırmadan keçməmişdir. Belə ki, iddiaçı birinci sertifikatlaşdırma zamanı test mərhələsində keçid balını toplamamış, təkrar sertifikatlaşdırma zamanı isə test mərhələsindən uğur qazansa da müsahibə mərhələsində uğur qazana bilməmişdir. Qeyd olunan əmrlə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələbinə müvafiq olaraq xitam verilməsinin təmin edilməli olması qərara alınmışdır. Buna müvafiq olaraq da cavabdeh Quba rayonu Dəyanət İsmayılov adına Çiçi kənd tam orta ümumitəhsil məktəbin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçmədiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar