Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-33/2026 01.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və cavabdeh5 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X7 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçılar iddiaçı1 və iddiaçı3 iştirakları ilə, İddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və cavabdeh5 qarşı payların naturada bölgüsü, qiymətləndirilməsi və hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən cavabeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ümumi sahəsi 39,7 kv.m, yaşayış sahəsi 29,3 kv.m, yardımçı sahəsi 10,4 kv.m olan 2 otaqdan ibarət Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin 3-cü mənzili hər birinə 1/4 hissədə olmaqla, iddiaçı1, iddiaçı3, iddiaçı2 və mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1411004902 qeydiyyat nömrəsi, 305011000059-05101-093002 reyestr nömrəsi ilə ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən ## ######## 2021-ci il tarixdə verilmiş AZ- II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## ###### 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda ürək çatmamazlığından ölmüş, bu barədə ## ###### 2021-ci il tarixdə *** nömrəli akt qeydi tərtib olunmuşdur.
3. Siyəzən Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhum X5 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki ** nömrəli evin 3-cü mənzilinin 1/4 hissəsinə münasibətdə cavabdeh2, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh3 və cavabdeh5 1/7 hissədə paylarının müəyyən edilməsi və iddiaçılar cavabdeh2, eləcə də cavabdeh4 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi, mərhum X5 miras qalmış həmin miras kütləsinin 1/4 hissəsindən mərhum X2 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər iddiaçı3 və iddiaçı2 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə paylarının müəyyən edilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır.
5. Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı1 cavabdehlər iddiaçı3, iddiaçı2, cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və cavabdeh5 qarşı payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı iddiaçı1 özünə aid edilməsi, iddiaçı iddiaçı1 iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, həmçinin, mütəxəssis tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat alınaraq “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 və cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ləğv edilməklə, iddiaçı iddiaçı1 cavabdehlər iddiaçı3, iddiaçı2, cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və cavabdeh5 qarşı payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.
7. İş materiallarına əlavə edilmiş iddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 tərəfindən cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və cavabdeh5 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçılar bu məktubda Siyəzən şəhəri, T. İsmayılov küçəsi, ev 25 ünvanında yerləşən * saylı mənzilin özlərinə məxsus paylarını satmaq niyyətində olduqlarını mülki qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdar etmiş, bunu ilk olaraq cavabdehlərə təklif etmişlər, həmçinin sözügedən məktuba 5 gün rəsmi cavab verilməli olmasını, əks halda, həmin müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmalarını bildirmişlər. Həmçinin poçt qəbzindən görünür ki, məktub ##.##.2025-ci il tarixdə cavabdeh2 tərəfindən qəbul edilmişdir.
8. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsində görünür ki, mübahisəyə baxılan zaman iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ## ###### 2023-cü il tarixli, **/**** nömrəli rəy verilmişdir. Həmin rəydən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı * saylı mənzilinin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq, naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrıayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun 4 bərabər hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
9. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsindən görünür ki, “xxxx” MMC-nin ## ###### 2023-cü il tarixli, ** nömrəli məhkəmə qiymətləndirmə ekspertizasına dair rəyində Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı * saylı mənzilinin orta bazar qiyməti təxminən 29.800 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçılar iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 25 ünvanında yerləşən * saylı mənzilin paylara uyğun olaraq iddiaçı1, iddiaçı3, iddiaçı2, cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və cavabdeh5 arasında payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
11. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 25 ünvanında yerləşən * saylı mənzil X2 məxsus olmuş, sonuncunun vəfatından sonra sözügedən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 arasında müvafiq olaraq paylara bölünmüşdür. Vaqif Mahmudov vəfat etdikdən sonra isə payı, qanuna uyğun qaydada vərəsələri cavabdeh2, cavabdeh1, cavabdeh4, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və cavabdeh5 arasında paylara bölünmüşdür. Onlar özlərinə məxsus əmlakı satmaq üçün digər mülkiyyətçilərə yazılı ərizə ilə xəbərdarlıq etsələr də, qanunla nəzərdə tutulmuş müddət keçməsinə baxmayaraq, bununla razılaşmamışdırlar. Həmçinin qeyd edilmişdir ki, onlar kirayə evdə yaşamaqla yanaşı, maddi vəziyyətləri çox ağırdır.
12. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 izahatında bildirmişdir ki, 2023-cü ildə qeyd edilən mübahisə ilə bağlı Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, iş ilə bağlı müvafiq ekspertizalar təyin edilmiş, həmçinin evin naturada bölünə bilinməyəcəyinə və evin qiymətləndirilməsinə dair ekspert rəyləri verilmişdir. Hazırda hər iki ekspert rəyi ilə razıdırlar. Bundan başqa, cavabdehlər məqsədli şəkildə məhkəmə proseslərində iştirak etməyərək, işin baxılmasını uzadırlar. Belə ki, cavabdeh cavabdeh4 iddiaçı iddiaçı1 “whatsap” tətbiqi vasitəsi ilə mesaj göndərərək, sözügedən evi onlara verməcəyini qeyd etmişdir. İddiaçı iddiaçı1 16 ildir kirayədə yaşasa da, bu mübahisələr sonuncunun qayınatası Vaqif Mahmudov vəfat etdikdən sonra başlamışdır.
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiaçı1 izahatında qeyd etmişdir ki, mərhum əri X2 Respublikası ərazisində vəfat etmiş, qeyd olunan dövlət tərəfindən onlara kompensasiya verilməli olmuş, habelə bu sənədin imzalanması qarşılığında mərhum qayınatası Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 25 ünvanında yerləşən * saylı mənzilin 1/4 hissədə ona pay verilməsini istəmişdir. Bundan başqa, o, 16 ildir övladları ilə birlikdə Bakı şəhərində kirayə evdə yaşayır. Belə ki, əri vəfat edərkən qızının 1 yaşı olmuş, elə həmin vaxtdan maddi çətinliklə dolanmışdır. Mübahisəli mənzilin satılaraq, onlara veriləcək pay ilə özlərinə ev almaq, kirayə üçün verdiyi pulu yeni almaq istədiyi evin ödənişinə vermək niyyətindədir. Sözügedən mənzildə hazırda heç kim yaşamır. Cavabdehlərdən qaynanası cavabdeh2, onun qızı cavabdeh4 və oğlu cavabdeh5 birlikdə Bakı şəhərində yaşayırlar. O, cavabdeh cavabdeh4 hazırki mübahisə barədə bildirdiyində, sonuncu bütün işlərini vəkilə həvalə etdiyini bildirib, “sonra danışarıq” deyə cavab vermişdir.
14. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(059)- ***/**** nömrəli qətnaməsi ilə (hakim Günel Quluzadə) iddia qismən təmin edilmiş, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı * saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul paylara uyğun, yəni 14/56 hissədə iddiaçı1, 15/56 hissədə iddiaçı2, 15/56 hissədə iddiaçı3, 2/56 hissədə cavabdeh2, 2/56 hissədə cavabdeh1, 2/56 hissədə cavabdeh4, 2/56 hissədə Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, 2/56 hissədə Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına, 2/56 hissədə cavabdeh5 ödənilməsi, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı * saylı mənzilin ilkin satış qiyməti 29800 (iyirmi doqquz min səkkiz yüz) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Məhkəmə iddiaçıların irəli sürdüyü tələbləri əsaslı şəkildə yoxlamadan, həmin tələblərin cavabdehin hüquq və qanuni maraqlarına təsirini lazımi səviyyədə qiymətləndirmədən nəticəyə gəlmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb edən hallar diqqətdən kənarda saxlanılmışdır. İddia payların naturada bölgüsü, qiymətləndirilməsi və hərracda satılması ilə bağlıdır. Belə tələblərə baxılarkən payların faktiki istifadə vəziyyəti, tərəflərin həmin əmlak üzərində real hüquqları, ailə və mülki münasibətlərin xüsusiyyətləri, habelə bölmənin mümkünlüyü və məqsədəuyğunluğu ətraflı araşdırılmalıdır. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə lazımi hüquqi qiymət verməmiş, yalnız formal yanaşma ilə qərar qəbul etmişdir. Məhkəmə tərəfindən sübutların araşdırılması zamanı tərəflərin təqdim etdiyi dəlillər arasında müqayisə aparılmamış, cavabdehin etirazları və mövqeyi lazımi şəkildə nəzərə alınmamışdır. Nəticədə sübutların qiymətləndirilməsində obyektivlik prinsipi pozulmuş, iş üzrə düzgün nəticəyə gəlmək mümkün olmamışdır. Eyni zamanda, məhkəmə baxışı zamanı prosessual hüquq normalarına əməl edilməməsi halları da mövcud olmuşdur. Cavabdehin müdafiə hüququnun tam təmin edilməməsi, iş materialları ilə dolğun tanış olmaq imkanlarının məhdudlaşdırılması və işə baxılarkən tərəflərin bərabərliyi prinsipinin lazımi səviyyədə qorunmaması qəbul edilən məhkəmə aktının qanuniliyinə ciddi şübhə yaradır. Yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, Siyəzən Rayon Məhkəməsinin qəbul etdiyi məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki və hüquqi tərəfləri düzgün araşdırılmamışdır. Bu səbəbdən həminməhkəmə aktı qanunsuz və əsassız hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı1 və iddiaçı3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı iddiaçı2 və cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli Qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışdan göründüyü ki, ümumi sahəsi 39,7 kv.m, yaşayış sahəsi 29,3 kv.m, yardımçı sahəsi 10,4 kv.m olan 2 otaqdan ibarət Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin 3-cü mənzili hər birinə 1/4 hissədə olmaqla, iddiaçı1, iddiaçı3, iddiaçı2 və mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1411004902 qeydiyyat nömrəsi, 305011000059-05101-093002 reyestr nömrəsi ilə ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
32. X4 ##.##.2021-ci il tarixdə vəfat etdiyindən həmin əmlak üzərində olan 1/4 hissə payına müasibətdə Siyəzən Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh2, cavabdeh4, cavabdeh1, cavabdeh6, cavabdeh3 və cavabdeh5 1/7 hissədə paylarının müəyyən edilməsi və iddiaçılar cavabdeh2, eləcə də cavabdeh4 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi, mərhum X5 miras qalmış həmin miras kütləsinin 1/4 hissəsindən mərhum X2 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər iddiaçı3 və iddiaçı2 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə paylarının müəyyən edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, belə olan halda Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 25 ünvanında olan * saylı mənzil üzərində iddiaçı1 - 14/56 pay, iddiaçı2- 15/56 hissə iddiaçı3, 15/56 pay cavabdeh2- 2/56 pay, cavabdeh1 -2/ 56 pay, cavabdeh4 -2/56 pay, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızının- 2/56 pay, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızının-2/56 pay və cavabdeh5 - 2/56 payı mövcuddur.
34. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 35 Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Hamin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
37. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında əvvəllki mübahisəyə baxılan zaman iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ## ###### 2023-cü il tarixli, **/**** nömrəli rəy verilmişdir. Həmin rəydən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı * saylı mənzilinin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq, naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun 4 bərabər hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
38. İşdə olan “xxxx” MMC-nin ## ###### 2023-cü il tarixli, ** nömrəli məhkəmə qiymətləndirmə ekspertizasına dair rəyindən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı * saylı mənzilinin orta bazar qiyməti təxminən 29.800 manat müəyyən edilmişdir.
39. İş materiallarından görünür ki, iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl cavabehlərə yazılı bildiriş göndərmiş, həmin bildiriş cavabdehlər tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş, cavabdehlər iddiaçıların paylarını almaq hüquqlarından istifadə etməmişlər.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli Qərarına əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ** nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan 2 yaşayış otaqlı * saylı mənzili açıq hərracdan satılmalı, ilkin satış qiyməti 29800 manat müəyyən edilməli, satışdan əldə olunan pul vəsaitinin iddiaçıların və cavabdehlərin paylarına uyğun olaraq aralarında bölünməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
42. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.