Məhkəmə qərarları › İş №2(3-8)-359/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-359/2026

26.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-359/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Rəcəbov İlham Fərman oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Rəcəbov İlham Fərman oğlunun nümayəndə və vəkili vəkil2, cavabdeh Cavabdeh, onun vəkili vəkil1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Baxışov Bəxtiyar Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Rəcəbov İlham Fərman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X5 ## #### 1988-ci il tarixli müqaviləsinə əsasən iddiaçı Rəcəbov İlham Fərman oğlunun adına ayrılmış “Metallurq” Bağçılıq Cəmiyyətinin ***a nömrəli bağ sahəsinin və fərdi həyət evinin cavabdeh Baxışov Bəxtiyar Salman oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehin bağ sahəsindən və həyət evindən çıxarılması, bağ sahəsinin və fərdi həyət evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli * nömrəli protokoluna əsasən “Metallurq” Bağçılıq Cəmiyyətinə üzv qəbul edilib. Sumqayıt şəhər X5 ## #### 1988-ci il tarixli müqaviləsinə əsasən ayrılmış “Metallurq” Bağçılıq Cəmiyyətinin ***a nömrəli bağ sahəsi daimi istifadəsinə verilib. Bir müddət orada yaşadıqdan sonra Bakı şəhərinə köçüb. 2017-ci ilin yanvar ayında əmisi oğlu Baxışov Bəxtiyar Salman oğlunun maddi durumu aşağı səviyyədə olduğundan və yaşayış evi olmadığından müvəqqəti olaraq məskunlaşması məqsədilə Ceyranbatan qəsəbəsində yerləşən 1 mərətəbəli kürsülü həyət evində 4-5 aylıq müddət ərzində yaşamasına icazə verib. 2019-cu ilin sonlarında artıq Baxışov Bəxtiyar Salman oğlunun həmin evdə yaşamasından uzun müddət keçdiyindən həmin evdən çıxmasını tələb edib. Lakin Baxışov Bəxtiyar Salman oğlu evdən çıxacağına dair vədlər versə də bugünədək evdən çıxmayıb. Eyni zamanda cavabdehin qanunsuz hərəkətlərindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilib. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə bağ səhsinin iddiaçıya məxsus olması təsdiq edilmiş və qeyd edilən hallarla əlaqədar cavabdehin evdən çıxarılması tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi bildirilib. Bu səbəbdən cavabdehin iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması, yaşayış sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. 3.Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, Masallı rayonu Miyankü kəndində rəsmi qeydiyyatda olmağına baxmayaraq, ## ####### 2016-cı ildən indiyədək Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağları ərazisində yerləşən 3 otaqlı evdə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı Rəcəbov İlham Fərman oğlu, doğma əmisi oğludur. Onun bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır şossesinin cənub hissəsində yerləşən iki otaqlı, ikimərtəbəli fərdi yaşayış evi var idi. Həmin evi etibarnamə əsasında X4 almışdı. 2004-cü ildən 2016-cı ilin oktyabr ayına qədər həmin evdə yaşamış və bu dövrdə evin qaz, işıq, su və digər kommunal xərclərini öz adından ödəmişdir. Masazır qəsəbəsində yaşadığı dövrdə adına “xxxx” MMC adlı firma qeydiyyatdan keçmişdi. Bu firma vasitəsilə Qaradağ sement zavodunun istehsal etdiyi sement məhsullarının alqı-satqısı ilə məşğul olmuşdur. Üç il fəaliyyət göstərdikdən sonra şirkət bağlanmışdır. Bir müddət heç bir yerdə işləyə bilməmişdir. Əmisi oğlu İlham Rəcəbov onu yanına çağıraraq bildirdi ki, onun Qaradağ rayonu ərazisində “Şahqaya” dağ karxanasında sahəsi var. Onu həmin karxanada sahə rəisi vəzifəsinə təyin etdi. Orada üç il işləsə də ona aylıq əməkhaqqı vermirdi, yalnız satdığı mişar daşının faiz pulu ilə dolanırdı. Bundan başqa, əmisi oğlu İlham Rəcəbov Qaradağ rayonu, Sahil qəsəbəsində “Sahil Ticarət Mərkəzi” tikdirdi. O, ona da təklif etdi ki, Masazırdakı evini sataraq ona kömək etsin. Lakin bununla razılaşmamış və münasibətləri pozulmuşdur. Daha sonra İlham onun Masazırda torpaq aldığını öyrənərək etibarnamə əsasında ona məxsus torpağı rüşvət verməklə öz adına keçirtdi. Sonra isə İlham onu hədələyərək həmin evdən çıxartdı və barəsində Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. İş icraatı prosesində onunla barışaraq iddia ərizəsini geri götürdü. İki ildən sonra İlhamla yaxınlaşıb bildirib ki, artıq Masazırda yaşamaq onun üçün əlverişli deyil. Xahiş edib ki, onun üçün ev tikdirsin, müqabilində isə Masazırda yaşadığı evi ona verəcəyini söz verib. O da razılaşdı və 2016-cı ildə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağçılıq cəmiyyətində yerləşən evi ona verdi. Həmin vaxtdan da həmin mənzildə yaşayır. Buna baxmayaraq, bu yaxınlarda İlham Rəcəbov onun və ailə üzvlərinin həmin evdən çıxarılması ilə bağlı Sumqayıt şəhər RPİ-nin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etdi. Araşdırma aparılaraq cinayət işinin başlanması rədd edildi. Hazırda məlum olmuşdur ki, əmisi oğlu Rəcəbov İlham Fərman oğlunun vəkili vəkil2 iddia ərizəsi ilə onun yaşadığı evdən çıxarılmağı barədə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi əsassız və qanunsuz olduğuna görə təmin edilməyərək rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, guya iddiaçı bağçılıq cəmiyyətinin üzvlərinin ##.##.2023-cü il tarixli protokoluna əsasən “Metallurq Bağçılıq Cəmiyyətinə” üzv qəbul edilmişdir. Bununla yanaşı, göstərilir ki, Sumqayıt şəhər XDS-nin ## #### 1988-ci il tarixli müqaviləsinə əsasən ayrılmış * saylı Metallurq Bağçılıq Cəmiyyətinə məxsus 3,05 ha, 238 A bağ sahəsi iddiaçının daimi istifadəsinə verilib. Bu tamamilə saxtakarlıqdır. Belə ki, əgər iddiaçı İlham Rəcəbov ##.##.2023-cü il tarixli * saylı protokola əsasən “Metallurq Bağçılıq Cəmiyyətinə” üzv qəbul edilibsə, ondan əvvəl-## #### 1989-cu il tarixli müqavilə əsasında həmin sahənin ona daimi istifadəyə verilməsi absurddur. Bundan başqa, “xxxx” ASC bağçısının *** nömrəli üzvlük kitabçasında göstərilir ki, *** saylı bağ sahəsi 1987-ci ildə X2 verilmiş və onun ərizəsinə əsasən sonradan Rəcəbov İlham Fərman oğluna bağışlanmışdır. Üzvlük kitabçasında həmçinin qeyd edilmişdir ki, bağçılıq cəmiyyəti üzvlərinin ##.##.2015-ci il tarixli * nömrəli protokoluna əsasən iddiaçı cəmiyyətə üzv qəbul edilib. Bütün bunlar saxtakarlıqdan başqa bir şey deyildir. O, uzun müddətdir faktiki olaraq həmin mənzildə yaşayır, ailə üzvlərinin yaşayış və məişət ehtiyaclarını ödəyir, kommunal xidmətləri təmin edir. Bu isə subyektiv hüquq kimi onun mənzil üzərində faktiki sahiblik hüququnun mövcudluğunu göstərir. Rəcəbov İlham Fərman oğlunun sözügedən mübahisəli evə nə istifadə, nə sərəncam, nə sahiblik, nə də mülkiyyət hüququ yaranmamış, həmin hüquqlar Əmlak Məsələləri Dövlət Reyestr Xidmətində də qeydiyyata alınmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmiş, Rəcəbov İlham Fərman oğlunun sahibliyində olmuş Metallurq-Ceyranbatan ərazisindəki (Sumqayıt şəhəri, Ceyranbatan-BTZ bağları) ***a nömrəli bağ sahəsi və fərdi həyət evin cavabdeh Baxışov Bəxtiyar Salman oğlunun qanunsuz sahibliyindən alınaraq Rəcəbov İlham Fərman oğluna qaytarılması, həmin bağ sahəsi və həyət evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Baxışov Bəxtiyar Salman oğlundan alınaraq Rəcəbov İlham Fərman oğluna verilməsi qət edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin “təsviri” hissəsində yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin “təsviri” hissəsində bütün “##.##.2015-ci il” sözləri "##.##.2015-ci il” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Metallurq-Ceyranbatan ərazisindəki *** saylı 3,5 sot (0,035 ha) bağ sahəsi -“xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyəti tərəfindən 1987-ci ildə X3 istifadəsinə verilmiş, onun ərizəsinə əsasən həmin bağ sahəsi Rəcəbov İlham Fərman oğluna bağışlanmışdır. “xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyətinin ##.##.2015-ci il tarixli * saylı protokoluna əsasən o, Cəmiyyətə üzv qəbul edilmiş, bağ sahəsinə dair onun adına ***A saylı bağçının üzvlük kitabçası tərtib olunmuşdur. İşdən görünür ki, bu başçılıq kitabçası və onun verilməsinə əsas olmuş “xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyətinin ##.##.2015-ci il tarixli * saylı protokolu qüvvədədir və ləğv edilməmişdir. Başqa sözlə, Cəmiyyət mübahisəli torpaq sahəsinin sahibi kimi Rəcəbov İlham Fərman oğlunu tanımışdır. Cavabdehin isə bu torpaq sahəsindən istifadə etməsi əmlakın sahibi kimi Rəcəbov İlham Fərman oğlunun hüquqlarını pozur, bu isə qanunla qadağandır. Bu bağ sahəsində yaşayış evi də mövcuddur və cavabdeh polis orqanlarında verdiyi izahatında həm bağ sahəsindən, həm də orada yerləşən yaşayış evindən istifadə eytdiyini etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, bu əmlakları o, vaxtilə Masazırdan aldığı evi iddiaçı ilə dəyişdikdən sonra əldə etmişdir. Lakin o, bununla bağlı mötəbər və legitim sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Rəcəbov İlham Fərman oğlunun sahibliyində olmuş ***a nömrəli bağ sahəsi və fərdi həyət evi cavabdeh Baxışov Bəxtiyar Salman oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalı, cavabdeh bu bağ sahəsindən və həyət evindən çıxarılmalı və həmin əmlaklar iddiaçıya təhvil verilməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 139-1.1.7, 152.2, 158.2, 158.4, 163, 164, 165-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. Qətnamədən cavabdeh Baxışov Bəxtiyar Salman oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə qarşı etiraz ərizəsinə uyğun əsaslandırlaraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə ##.##.2025-ci il tarixdə işi işin baxılmamış saxlanılmasını elan etməsinə baxmayaraq ## ###### 2025-ci il tarixli qərardadla iddianın baxılmamış saxlanılmasını barədə qərardad çıxararaq rəsmi qaydada yaşadığı ünvana poçt vasitəsilə göndərmişdir. Bu isə tamalilə saxtakarlıqdır beləki ##.##.2025-ci il tarixdə məhkəmənin bu iş üzrə heç bir iclası təyin edilməmişdir. Məhkəmənin təyin etdiyi ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iddiaçı və vəkili işdə iştirak etmədiyi üçün qəsdən bilərəkdən onun həmin iclasda iştirakını təmin etməmiş, yalnız işdə iştirak etməyən iddiaçının nümayəndəsi və vəkili iştirakını göstərməklə qərardad qəbul etmişdir, onun iştirakını qərardadda qeyd etməmiş, iddiaçı və vəkili gəlmədikləri halda vəkilin iştirak etdiyini yazmışdır. Məhkəmə protokolunu başqa tarixə çıxarılmışdır. Məhkəmə onun etirazını əsaslandırmamışdır. Məhkəmə qətnamə qəbul edərkən məqsədli olaraq iddiaçının iştirakını, onun etiraz və vəsatətlərini və şahid ifadələrinin alınması təmin etməmişdir. Məhkəmə onun vəsatətini araşdırmamış, məhkəmənin qəbul etdiyi qərardad və qətnamə qanunsuz və ədalətsiz sayılmalıdır. Birinci instansiya məhkəməsinə iddia ərizəsinə verdiyi etirazı qətnamədə göstərməyib. Məhkəmə ölmüş adamın adından saxtakarlıq edilərək yazılmış ərizənin saxda olduğu barədə ölüm haqqında şəhadətnaməyə məhkəmə düzgün qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, mübahisə predmeti torpaq sahəsi və orada yerləşən fərdi həyət evi ona məxsusdur. Belə ki, “xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyətinin ***A saylı bağçının üzvlük kitabçasına əsasən Metallurq-Ceyranbatan ərazisindəki *** saylı 3,5 sot (0,035 ha) bağ sahəsi 1987-ci ildə hmədova Tamella Hüseyn qızına verilmiş, onun ərizəsinə əsasən bağ sahəsi Rəcəbov İlham Fərman oğluna bağışlanmışdır. Cəmiyyətin ##.##.2015-ci il tarixli * saylı protokoluna əsasən iddiaçı Cəmiyyətə üzv qəbul edilmişdir. Sumqayıt şəhər X5 ## #### 1988-ci il tarixli müqaviləsinə əsasən ayrılmış “Metallurq” Bağçılıq Cəmiyyəti 3,5 sot ***a nömrəli bağ sahəsi iddiaçının daimi istifadəsinə verilib. Cavabdeh Baxışov Bəxtiyar Salman oğlu onun doğma əmisi oğludur. O, Masallı rayonunun Miyənkü kəndində yaşayıb. O, 2000-ci ilin əvvəllərində Bakı şəhərində tikinti materiallarının satışı ilə məşğul olarkən cavabdeh Baxışov Bəxtiyarın və qardaşının xahişi ilə maddi vəziyyəti aşağı olan cavabdehi həmin müəssisədə sürücü kimi işə düzəltmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi X8 evi iddiaçı İlham Rəcəbova satmışdır. Cavabdehin maddi vəziyyəti aşağı olduğundan bütün xərclər iddiaçı tərəfindən qarşılandığı halda cavabdehin evin özü tərəfindən aldığını iddia etməsi absurddur. İddiaçı daha sonra Qaradağ rayonunda daş karxanasında cavabdehi nəzarətçi olaraq işə düzəltmiş, lakin cavabdeh vəzifə öhdəliklərini düzgün yerinə yetirməmiş, hətta birlikdə işlədiyi digər nəzarətçiyə işlədiyi yerdən mal-material mənimsəməyi təklif etmiş, iddiaçının etibarından sui-istifadə etmişdir. Bundan sonra cavabdehə rayona köçüb orada ev tikməyə köməklik edəcəyini bildirmişdir. Cavabdeh onun bu təklifi ilə razılaşsa da daha sonra iddiaçının Masazırdakı evindən çıxmağa razı olmamışdır. Bununla əlaqədar olaraq Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra cavabdeh peşman olduğunu bildirmiş, qardaşının xahişi ilə cavabdeh onunla barışmışdır. Cavabdeh Ceyranbatan qəsəbəsində yerləşən evdə məskunlaşmazdan əvvəl həmin ev onun mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı “xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyətinin ##.##.2015-ci il tarixli * saylı protokoluna əsasən Cəmiyyətə üzv qəbul edilmişdir. Sumqayıt şəhər X5 ## #### 1988-ci il tarixli müqaviləsinə əsasən ayrılmış “Metallurq” Bağçılıq Cəmiyyəti 3,5 sot ***a nömrəli bağ sahəsi iddiaçının daimi istifadəsinə verilib. 2017-ci ilin yanvar ayında cavabdeh maddi durumu aşağı səviyyədə olduğundan və yaşayış evi olmadığından müvəqqəti olaraq məskunlaşması məqsədilə Ceyranbatan qəsəbəsində yerləşən ona məxsus 1 mərtəbəli kürsülü həyət evində 4-5 aylıq müddət ərzində yaşamasına icazə verib. 2019-cu ilin sonlarında artıq Baxışov Bəxtiyar Salman oğlunun həmin evdə yaşamasından uzun müddət keçdiyindən artıq həmin evdən çıxmasını tələb edib. Lakin Baxışov Bəxtiyar Salman oğlu evdən çıxacağına dair vədlər versə də, evdən çıxmamışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətlərindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilib. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə bağ sahəsinin iddiaçıya məxsus olması təsdiq edilmiş və qeyd edilən hallarla əlaqədar cavabdehin evdən çıxarılması tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi bildirilib. Qeyd edilənlər məhkəməyə təqdim edilmiş sübut materiallarla da təsdiq edilmişdir. Cavabdehin apellyasiya şikayətində kommunal xərcləri qarşılamasını əsas gətirərək mübahisəli evə mülkiyyətin ona mənsub olmasını əsaslandırmağa çalışması absurddur. Əvvəla qeyd edir ki, sözügedən kommunal xərclər onun tərəfindən ödənilmişdir. Cavabdehin sözügedən torpaq sahəsindən istifadə etməsi əmlakın sahibi kimi onun hüquqlarını pozur, bu isə qanunla qadağandır. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadı ilə iddiaçı Rəcəbov İlham Fərman oğlunun cavabdeh Cavabdeh qarşı evin qanunsuz sahiblikdən geri qaytarılması, evin boşaldılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli ərizənin baxılmamış saxlanılması barədə qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsi, müvafiq olaraq işə mülki məhkəmə icraatında baxılmasına davam etdirilməsi barədə vəsatət ilə müraciət edilmiş, lakin sonradan iddia ərizəsi üzrə müvafiq sənədlərin toplanması üçün iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edildiyindən məhkəmə tərəfindən iclas təyin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı Rəcəbov İlham Fərman oğlunun cavabdeh Cavabdeh qarşı evin qanunsuz sahiblikdən geri qaytarılması, evin boşaldılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra tərəfindən ərizə ilə müraciət edilərək, sözügedən hallar araşdırıldığından, işin baxılmasına mane olan hallar aradan qaldırıldığından Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli ərizənin baxılmamış saxlanılması barədə qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsi, müvafiq olaraq işə mülki məhkəmə icraatında baxılmasına davam etdirilməsi, işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı Rəcəbov İlham Fərman oğlunun cavabdeh Cavabdeh qarşı evin qanunsuz sahiblikdən geri qaytarılması, evin boşaldılması və evdən çıxarılma tələbinə dair mülki iş üzrə üzrə e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardad ləğv edilərək, mülki iş üzrə icraat təzələnmişdir. ##.##.2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş və keçirilmişdir. Qeyd edilənlərlə yanaşı mübahisə predmenti olan bağ sahəsinə dair cavabdehə istifadə hüququ verilməmişdir. Bununla bağlı tərəflər arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, cavabdehin istifadə hüququna dair heç bir hüquqi əsas mövcud deyil.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin bağ sahəsinin iddiaçıya məxsus olmasına dair sübut yoxdur. Bağçılığı üzvlük kitabçasında da ziddiyyət vardır. Kitabçanın birinci səhifəsində əlyazma ilə qeyd edilib ki, *** saylı bağ sahəsi 1987-ci ildə X3 bağışlanmışdır. Onun ərizəsinə əsaəsn bağ sahəsi Rəcəbov İlham Ələkbər oğluna bağışlanmışdır. Qətnamədə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edilməyib. İddiaçının bağ sahəsinin ona məxsus olub-olmamasına dair sübut yoxdur. Qətnamədə Sumqayıt şəhər X5 icraiyyə komitəsinin ##.##.1988-ci il * saylı protokoluna istinad olunur. Lakin sadalanan sənədlərin əsli iş materiallarında yoxdur. Sənədlərdə *** saylı bağ sahəsinin ayrılması qeyd edilsə də, üzvlük kitabçasında 238a qeyd edilib. İddiaçı bağçılıq təsərrüfatının üzvü ola bilməz. Bağçılıq üçün torpaq sahəsi uzunmüddətli icarə müqaviləsi əsasında verilir. Əgər istifadə edilmirsə müqavilə ləğv edilir. İcarə müqaviləsi bağlayan şəxs bağı başqasına bağışlaya bilməz. Apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh bağ sahəsini Ramiz adlı şəxsdən alıb. Birinci instansiya mhkəməsində bildirmişdir ki, Masazırdakı evi verib, bu evi əmisi oğluna aldırmışdır. Əmisi oğlundan pulu alıb bağ sahəsini alıb. Ramizə pulu əmisi oğlu verib. Aralarında şifahi razılaşma olub. Masazırdakı evin də sənədi olmayıb, evə dair su, qaz, işiq sayğacları onun adına olub. Daş karxanasında işləyərkən, ticarət mərkəzi tikərkən pul lazım olduğundan iddiaçı ona bildirmişdir ki, evi satsın, pulunu versin. Bildirib ki, bu evdən başqa evi yoxdur. Aralarında mübahisə yaranmışdır. Bundan sonra iddiaçı həmin evi satan şəxsdən onun xəbəri olmadan 30 illik etibarnamə almışdır. Məhkəmədə barışmışlar, ona iş verəcəyini bildirmişdir. Sonradan onu razılaşdıraraq həmin evdən çıxmış, mübahisəli evi ona aldırdıqdan sonra Masazırdaki evdən çıxmışdır.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı Rəcəbov İlham Fərman oğlunun nümayəndə və vəkili vəkil2 bildirdi ki, sənədlərin əsli məhkəməyə təqdim edilib, baxış keçilib. Bağçılıq üzvlük kitabçası köhnə olduğundan, səhfiələri töküldüyündən məhkəmə baxış keçirərək geri qaytarıb. Polis orqanına müraciət edilmiş, araşdırma zamanı cavabdeh izahatında bildirmişdir ki, İlham Rəcəbova məxsus bağ sahəsində onun icazəsi ilə yaşadığını bildirmişdir. Ailə vəziyyəti ilə əlaqədar, ona kömək olmaq üçün müvəqqəti yaşamaq üçün bağ sahəsini cavabdehə vermişdir. İddiaçı imkanlı şəxsdir, cavabdehin övladlarını da işlə təmin etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

14. xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyətinin ***A saylı bağçının üzvlük kitabçasından görünür ki, Metallurq-Ceyranbatan ərazisindəki *** saylı 3,5 sot (0,035 ha) bağ sahəsi 1987-ci ildə X3 verilmiş, onun ərizəsinə əsasən bağ sahəsi Rəcəbov İlham Fərman oğluna bağışlanmışdır. Cəmiyyətin ##.##.2015-ci il tarixli * saylı protokoluna əsasən o, Cəmiyyətə üzv qəbul edilmişdir.

15. Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, Rəcəbov İlham Fərman oğlunun Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etməsi barədə şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur.

16. Ölüm haqqında AZ-İ ****** saylı şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2015-ci il tarixdə ölmüşdür.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

165. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

18. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, Metallurq-Ceyranbatan ərazisindəki *** saylı 3,5 sot (0,035 ha) bağ sahəsi “xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyəti tərəfindən 1987-ci ildə X3 istifadəsinə verilmiş, onun ərizəsinə əsasən həmin bağ sahəsi üzrə hüquqlar iddiaçı Rəcəbov İlham Fərman oğluna verilmişdir. “xxxx” ASC-nin Metallurq Başçılıq Cəmiyyətinin ##.##.2015ci il tarixli * saylı protokoluna əsasən o, Cəmiyyətə üzv qəbul edilmiş, bağ sahəsinə dair onun adına ***A saylı bağçının üzvlük kitabçası tərtib olunmuşdur. Cavabdeh həmin evin əmisi oğlu olan iddiaçı tərəfindən Masazırdakı evin satılması ilə əlaqədar ona verildiyini iddia etsə də buna dair hər hansı bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh bağ sahəsinə dair sənədlərin etibarsız olduğunu iddia etsdə də buna dair hər hansı bir əsaslı dəlil irəli sürə bilməmişdir. Dgər tərəfdən isə cavabdeh həmin evin yaşamaq üçün məhz iddiaçı tərəfindən onun istifadəsinə verildiyini etiraf etmişdir ki, bununla da iddiaçının hazıkrı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu təsdiq olunmuşdur.

23. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli fərdi yaşayış evi iddiaçının qanuni sahibliyində olmaqla, müvəqqəti istifadə edilməsi üçün cavabdehin istifadəsinə verilmişdir. İddiaçının tələbinə əsasən cavabdeh həmin əmlakdan istifadəni dayandırmadığından onun mübahisəli evə faktiki sahibliyi artıq qanunsuz olmuşdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin baxılmamış saxlanılaraq, sonradan ləğv edilməsi zamanı prosessual pozuntuya yol verilməsi halı isə qətnamənin ləğv edilməsi üçün əsas hesab oluna bilməz.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar