Məhkəmə qərarları › İş №2(3-8)-375/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-375/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-375/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X18 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) fərdi yaşayış evindən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(012)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tarixli “Su təchizatı ve tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”dən görünür ki, Abşeron Sukanal İdarəsi və istehlakçı İddiaçı arasında bağlanmış bu müqavilə “xxxx” ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və ya keyfiyyətinə görə DUIST****-** nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə alaqədar tərəflərin hüquq va öhdəliklərini müəyyən edir.

2. ##.##.2023-cü il tarixli, AKX-*******/**-**** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, paylayıcı “Azəriqaz” İB və istehlakçı İddiaçı (sayğacın abonent kodu: 011404300001032) arasında bağlanmış paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

3. ##.##.2025-ci il tarixli abonent saldosundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İddiaçı məxsus 011404300001032 abonent kodlu sayğaca 2025-ci ilin iyul ayı üçün ayın sonuna borc kateqoriyası üzrə 879.71 manat borc hesablanmışdır.

4. “X10 Xidməti” X2 X9 sistemlərinin İstismarı İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, ##.##.2025-ci il tarixdə ******** saylı müqavilə əsasında İddiaçı məxsus 132********** abonent kodlu sayğaca hesablanmış borc ödənilmişdir.

5. Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən elektrik sayğacının quraşdırılması üçün verilmiş sənəddən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən X11 istifadəsində olan fərdi yaşayış evi 40.434562, 49.727110 koordinatlarda yerləşir.

6. Abşeron Rayon Hökməli Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/*** saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Abşeron rayon Hökməli bələdiyyəsinin torpaqayırma üzrə baza məlumatlarına əsasən X15 və Cavabdeh adlarına bələdiyyə tərəfindən heç bir torpaq sahəsi ayrılmamışdır.

7. Abşeron Rayon Hökməli Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/*** saylı sorğuya cavab məktubuna əsasən qeyd olunmuşdur ki, mülki iş üzrə tərəflərindən araşdırma zamanı orada inşa edilən fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin Hökməli bələdiyyəsinin ##.##.2004-cü il tarlxli, ** nömrəli qərarı ilə vətəndaş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ayrılmış 0.10 ha torpaq sahəsi olduğu məlum olmuşdur. Bundan başqa həmin torpaq sahəsini vətəndaş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünün istifadəsində olan 0.10 ha hissəsindən, 150 kv.m metr hissəsini ##.##.2023-cü il tarixli notariat qaydada etibarnamə üzrə öz aralarında razılaşma yolu ilə vətəndaş Cavabdeh adına etibar etmişdir. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və digərlərinin barəsində Hökməli bələdiyyəsində adlarına torpaqayırma sənədləri olmamışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 3 m ünvanına dair məlumat aşkar edilməmişdir.

9. Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubuna qoşma edilmiş Abşeron Rayon Hökməli bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı “Vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Prezidentinin 1997-ci il ## ###### tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** nömrəli Qərarına müvafiq olaraq vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli Bələdiyyə torpaqlarından Hüseynova İradə Nadir qızına 0.10 ha torpaq sahəsinin ayrılması və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilməsi, torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərinin Hökməli Bələdiyyəsinin BUSB-in Abşeron filialındakı *********** saylı xüsusi hesabına ödənilməsi, bələdiyyənin müavini X.Muradova vətəndaşa ayrılmış torpağın çizgisinin verilməsi və torpaqla bağlı digər qanunvericilik qaydalarını izah edilməsi qərara alınmışdır.

10. Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2025-ci il tarixli, ****/* saylı cavab məktubuna qoşma edilərək təqdim olunmuş ##.##.2023-cü il tarixli, AR-II ****** saylı etibarnaməyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Cavabdeh Abşeron rayonu, Hökməli Bələdiyyə sədrinin ##.##.2004-cü il tarixli ** nömrəli qərarına əsasən Abşeron rayonu, Hökməli Bələdiyyəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair sənədləri toplamağı, müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, tikili ilə birlikdə torpağı özəlləşdirməyi, sənədləri təqdim etməyi, hazırlanmış sənədləri qəbul etməyi, bütün idarə və təşkilatlarda, Dövlət arxivində, həmçinin İH-də, FHN-də, bələdiyyələrdə nümayəndəsi olmağı, lazımi sənədləri təqdim edib qəbul etməyi, kadastr planı və ƏMDK yanında DƏDRX-dən çıxarış, texniki pasport, forma 1 arayışını və forma 2 arayışını almağı, arxiv çıxarışını almağı, gələcəkdə 150 kv.metr torpaq sahəsinə və torpaq sahəsi üzərində olan tikiliyə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pul almağı, buna dair müqavilə imzalamağı, müqaviləni ləğv etməyi, notariusun depozit hesabından pulu qəbul etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, imza etməyi etibar etmişdir.

11. Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Hökməli bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adı aşkar edilməmişdir.

12. Abşeron RİH Başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbə, Yeni yaşayış massivində qızı X5 və oğlu Əlizadə Yusif oğlu ilə birlikdə qeydiyyatsız yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh, X4 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X5, X4 ünvan 1/m ünvanda yerləşən iddiaçıya məxsus mənzildən çıxarılmaları və onlara məxsus əşyaların həmin mənzildən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbini onunla əsaslandırmışdır ki, oğlu evlənməmişdən öncə 2007-ci ilədək iddiaçı ailəsi ilə birlikdə Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsində ev tikərək orada yaşayırdılar. X1 evlənəndən sonra həmin Sulutəpə qəsəbəsində yerləşən evi sataraq ünvan 3 ünvanda fərdi yaşayış evi alaraq oğlu, onun həyat yoldaşı və övladları yaşamağa başlamışdır. Lakin keçmiş gəlini Cavabdeh ilə X1 Əlimikayıl oğlunun rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Nikahları pozulduqdan sonra keçmiş gəlini Cavabdeh, nəvələri X5 və X4 iddiaçıya məxsus ünvan 3 ünvanda yaşamağa davam edərək evdən çıxmırlar. Dəfələrlə özlərinə iddiaçıya məxsus mənzili boşaldaraq evdən çıxmalarını desə də, ona hədə-qorxu gələrək evi tərk etməyəcəklərini bildirmişdirlər. Bu və digər səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ünvanda yerləşən mənzilə aid kommunal müqavilələr iddiaçının adınadır və həmin kommunal xərcləri bugünədək iddiaçı ödəyir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdehlərin həmin mənzildə qeydiyyatları yoxdur, lakin həmin mənzildə mütəmadi yaşayırlar.

15. Daha sonra, ##.##.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili vəkil1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh yetkinlik yaşına çatmayan övladları - ##.##.2008-ci il təvəllüdlü X5 (şəxsiyyət vəsiqəsi AA 6736441) və azyaşlı övladı ##.##.2011-ci il təvəllüdlü X4 (AZE 12067100) ilə birlikdə iddiaçıya məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, 2005-ci ildə Sulutəpədə torpaq almış, 2005-ci ilin axırında ustalar evi ona təhvil vermişdirlər. Oğlu həmin zaman Pirəkəşküldə hərbi hissədə qalırdı. Həmin evin həyətinə maşın girməyə darvaza olmadığına görə 39000 manat məbləğə satmış və həmin pulla 1 aydan sonra yeni evi almışdır. 2023-cü ilin yanvar ayında yeni, hazırki ev 37500 manata hazır şəkildə alınmışdır. Torpağın başqasının adına olduğunu bilirdi. Kommunallar, problemlər olan zaman rayondan gəlməmək üçün evi adına keçirməmişdir. Öz vəsaiti hesabına 1500 manat xərc qoymuşdur. Evin təmirinə xərc qoyulmamışdır. Belə ki, ev hazır, təmirli şəkildə alınmışdır. Ümumiyyətlə, qarşı tərəf xərc çəkməmişdir. Oğlu və cavabdeh özü də təsdiq edir ki, ev onun pulu ilə alınmışdır. Odur ki, cavabdehdən ona məxsus mülkü tərk etməsini istəyir.

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili vəkil1 izahatında bildirmişdir ki, iddiaçı 2005-ci ildə Sulutəpədəki evi tikib bitirmişdir. 2006-cı ildə oğlu ilə cavabdeh evlənmişdirlər. Şahidlər həmin evin tikilməsində iştirak edən ustalardır. 2023-cü ilin yanvar ayında iddiaçı 39000 manata hazırki evi almışdır.

18. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili vəkil2 iddia tələbini qəbul etməyərək izahatında və ##.##.2025-ci il tarixli etirazında qeyd etmişdir ki, iddiaçının X1 Əlimikayıl oğlu və cavabdeh Cavabdeh arasında rəsmi nikah ##.##.2006-cı il tarixdə bağlanmış, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı bildirir ki, sözügedən ünvanda yerləşən mənzilə aid kommunal müqavilələri iddiaçının adınadır və iddiaçının mülahizəsinə əsasən həmin kommunal xərcləri bugünədək iddiaçı ödəyir. Bələdiyyəyə sorğu vermiş və torpaq sahəsinin heç kimin adına olmadığı bildirilmişdir. Mənzil alındıqdan sonra birgə ailə vəsaiti hesabına mənzilə 6000-10000 manat dəyərində abadlaşdırma və təmir işləri aparmışlar. Belə ki, evdə qaz olmamış, qaz xətti çəkilmişdir, hamamın aksesuarları, çən və kombi quraşdırılmışdır. Mənzil alındıqdan sonra və bu gün də faktiki olaraq Cavabdeh ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən (bələdiyyə sənədli) mənzildə yaşayırlar. Nikah pozulmamışdan təqribi olaraq 6 ay əvvəl həyat yoldaşı X11 evi tərk etmişdir. Qeyd olunan mənzil birgə nikah dövründə cavabdehin keçmiş həyat yoldaşı Rafiq Əliyevin adına alınmışdır. Həmin evdə birlikdə yaşayaraq evin abadlaşdırılmağına birlikdə xərc çəkmişlər. Ancaq məhkəmə gedişatı zamanı aydın olmuşdur ki, qeyd edilən mənzil X15 adına yox, ##.##.2023-cü il tarixli, AR-II № ****** saylı etibarnaməyə əsasən sözügedən mənzillə bağlı hüquqlar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdeh Cavabdeh satılmışdır. Belə ki, cavabdeh evi təmizləyən zaman etibarnamə aşkar etmiş, lakin bundan əvvəldən xəbəri olmamışdır. Bu etibarnamə ilə müəyyən edilir ki, ev cavabdehə verilmişdir. Hökməli qəsəbəsi İƏD üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, **** saylı arayışında qeyd edilir ki, Cavabdeh iki uşağı X5 və oğlu X4 ilə birlikdə ünvan 3 ünvanda yerləşən (bələdiyyə sənədli) mənzildə yaşayırlar. İddiaçının “həmin ünvanda yerləşən mənzilə aid kommunal müqavilələri mənim adımadır və həmin kommunal xərclərini bugünədək mən ödəyirəm” kimi ifadələri əsassız və olduqca absurddur. Qeyd etmək lazımdır ki, kommunal müqavilələrinin iddiaçının adına olması həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun onun adına olması mənasına gəlmir və buna görə də heç bir mülkiyyət hüququnun pozulmasından söhbət gedə bilməz. Çünki cavabdeh və övladlarının yaşadığı sözügedən mənzil tərəflərin birgə nikah dövründə alındığından onların birgə mülkiyyəti hesab edilir və qoşmaya əlavə edilmiş Bakı şəhəri ** saylı Notariat Ofisindən təqdim edilmiş ##.##.2023-cü il tarixli, AR-II № ****** saylı etibarnaməyə əsasən sözügedən mənzillə bağlı hüquqlar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən cavabdeh Cavabdeh verilmişdir. İddiaçı birgə nikah dövründə həqiqətən də oğluna ev almağa kömək edibsə belə olan təqdirdə həmin vəsaiti oğlundan tələb edə bilər. İddiaçının cavabdeh Cavabdeh qarşı tərəflərin birgə mülkiyyəti olan evdən cavabdehin çıxarılması ilə bağlı iddia irəli sürməsi tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Əlavə olaraq iddiaçının dönə-dönə qeyd etdiyi “mənim mülkiyyət hüquqlarım pozulmuşdur” ifadələri tamamilə əsassızdır, həmçinin bu tələblə iddia irəli sürməsi və uzun müddətdir ki, cavabdehi bu mövzu ilə bağlı qanunsuz, əsassız olaraq narahat etməsi cavabdehin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir.

19. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, şahidlər indiki evə deyil, köhnə evə aiddir. Hökməlidəki ev birgə nikah dövründə, 2023-cü ildə alınmışdır. Ondan əvvəl Sulutəpədəki evdə yaşamışlar. Sulutəpədəki evi keçmiş qaynatası olan iddiaçı almışdır. Evin bələdiyyə sənədi olmuş, lakin çıxarışı olmamışdır. O evlənən zaman həmin ev mövcud olmuş, o həmin evə gəlin köçmüş, yoldaşı ilə həmin evdə yaşamışlar. Daha sonra evdə münasibətlər yaxşı olmadığına görə həmin evi ucuz qiymətə satmış və qısa müddət ərzində 2-ci evi almışlar. 1-ci evin satışından əldə edilmiş vəsaitin üstünə ona məxsus qızılların satışından əldə edilmiş vəsait əlavə edilərək təxminən 39000 manata 2-ci (hazırki) ev alınmışdırlar. Rafiq Əliyevin atası (iddiaçı) da müəyyən vəsait vermişdir. Alınmış ev daha baha başa gəlsə də, satdıqları evdən 2000-3000 manat ucuz olmuşdur. O işləməsə də, yoldaşı hərbçi idi. Digər xərclərlə birlikdə hazırkı evə ümumi xərc 45000 manat olmuşdur. 2-ci evin alınmasında 1-ci evin aidiyyəti yoxdur. Evin kommunal sənədləri onun adına olmuş, xəbəri olmadan adından çıxarmışlar. Hazırda sayğacların hamısı dəyişdirilmişdir. Evə heç bir bildiriş təqdim edilmir. Yalnız işıq kartla olduğuna görə məlumatları olur. Bələdiyyə sənədləri onun adınadır. Etibarnaməni o gec aşkar etmişdir.

20. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, torpaq və ev ona məxsus olmuş, evi o tikmişdir. Həmin evi o, Cavabdeh və yoldaşına etibarnamə və bələdiyyə sənədinə əsasən satmışdır. Bu zaman yanlarında makler də var idi. Notariusa torpağın sənədini vermişdir. Maşını, həmçinin həmin sənədlər maşının içində yanmışdır. O, İradə Hüseynovanı tanımır.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Sulutəpədəki ev onun atasına məxsus olmuş, 2023-cü ilin yanvar ayında 39000 manata Aynur adlı xanıma satmış, həmin evin pulu ilə fevral ayının əvvəllərində hazırki evi atası, yəni iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 37000 manata almışdır. İkinci ev də atasına məxsus olmuşdur. Onların evində qızıl olmamış, yalnız ona məxsus nişan üzüyü olmuşdur. Evin alınmağında qızılla bağlı vəsait olmamışdır. Evdən payı yalnız geyimi və paltarları ola bilər. Evdən çıxan zaman heç bir şey götürməmişdir. Ev alınanda tam təmirli olmuşdur. İstilik sistemini o çəkdirmiş, əvvəlki evdən çıxarıb bu evdə quraşdırmışdır. Birgə nikah dövründə kreditlə 18000 manata öz adına maşın almış, sonra xanımın adına keçirmişdir. O, hazırda ehtiyatdadır, təxris edilənədək 850 manat aylıq maaş alırdı. Flora xanım evdar qadın idi, işləmirdi.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o hazırda Sulutəpədə yaşayır, Sulutəpədəki həmin evi 2023-cü ildə 39000 manata Əlmikayıl müəllimdən almışdır.

23. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(012)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilmiş, cavabdeh Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları - ##.##.2008-ci il təvəllüdlü X5 və ##.##.2011-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ev özbaşına tikili olduğuna görə iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan qanun normalarına formal olaraq istinad etmiş, ev cavabdehə satıldığı halda, evi satan şəxs öz ifadəsində bunu etiraf etdiyi halda və ən əsası cavabdehin adına etibarnamə olduğu halda iddiaçının şifahi mülahizələrini rəhbər tutaraq qətnamə qəbul etmişdir. Məhkəmə sübut edilməyən hallara özünəməxsus tərzdə hüquqi qiymət verməklə cavabdehin hüquqlarına və qanuni mənafeyinə qəsd etmişdir. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, sözügedən torpaq və ev ona məxsus olmuş, evi o tikmişdir. Həmin evi o, cavabdeh Cavabdeh və onun keçmiş həyat yoldaşına etibarnamə və bələdiyyə sənədinə əsasən satmışdır. Bu zaman onların yanında maklerdə olub. Sözügedən mənzil birgə nikah dövründə və birgə təsərrüfat hesabına alınmışdır. Əgər ki, iddiaçı evin sahibi olaraq alqı-satqıda iştirak etmirsə, pul alış-verişində iştirak etmirsə, adına ilkin olaraq heç bir sənəd rəsmləşdirilmirsə, necə faktiki sahiblik sayıla bilər. Mənzil üçün ödənilmiş pulu cavabdeh və əri birlikdə ödəmişdir. Eyni zamanda həmin məbləğin bir hissəsi cavabdehin atası tərəfindən 14000 manat köməklik üçün Cavabdeh xanıma verilmişdir. Mənzil alındıqdan sonra 10000 manat dəyərində təmir və yaxlışadırma işləri aparılmışdır. Bundan əlavə Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2025-ci il tarixli, ****/* saylı cavab məktubuna qoşma edilərək təqdim olunmuş ##.##.2023-cü il tarixli, AR-II ****** saylı etibarnaməyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Cavabdeh Abşeron rayonu, Hökməli Bəlediyyə sədrinin ##.##.2004cü il tarixli ** nömrəli qərarına əsasən Abşeron rayonu, Hökməli Bələdiyyəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair sənədləri toplamağı, müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləriaparmağı, tikili ilə birlikdə torpağı özəlləşdirməyi, sənədləri təqdim etməyi, hazırlanmış sənədləri qəbul etməyi, bütün idarə və təşkilatlarda, Dövlət arxivində, həmçinin İH-də, FHN-də, bələdiyyələrdə nümayəndəsi olmağı, lazımi sənədləri təqdim edib qəbul etməyi, kadastr planı və ƏMDK yanında DƏDRXdən çıxarış, texniki pasport, forma 1 arayışını və forma 2 arayışını almağı, arxiv çıxarışını almağı, gələcəkdə 150 kv.metr torpaq sahəsinə və torpaq sahəsi üzərində olan tikiliyə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pul almağı, buna dair müqavilə imzalamağı, müqaviləni ləğv etməyi, notariusun depozit hesabından pulu qəbuletməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, imza etməyi etibar etmişdir. Lakin bu halların heç biri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi kommunal müqavilələrinin iddiaçının adına olması birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş və onlar əsasında qətnamə qəbul edilmişdir. Bu zaman belə bir sual yaranır ki, kommunal müqavilələrinin kiminsə adına olması hansı əsasla mülkiyyətin ona məxsus olmasına dəlalət edir? Hansı əsasla məhkəmə iddiaçının təqdim etdiyi əsassız sübutları qanuni və əsaslı olaraq qəbul etmişdir? X9 Sistemləri İstismarı İdarəsi ##.##.2026-cı il tarixli, *-**-*- */**-***/**** saylı məktubla sorğuya cavab vermiş və aşkar edilmişdir ki, ##.##.2023-cü il tarixdə X11 adına abonent kodu açılmış və ##.##.2023-cü il tarixdə X15 adına keçirilmişdir. Abşeron Rayon Enerji Təhcizatı və Satışı İdarəsi ##.##.2026-cı il tarixli, AG**/*** saylı məktubla sorğuya cavab verilmiş və aşkar edilmişdir ki, ##.##.2023-cü il tarixdə X11 adına abonent kodu açılmış və ##.##.2023-cü il tarixdə X15 adına keçirilmişdir. Abşeron Rayon Qaz İdarəsinə ##.##.2025ci il tarixli, *** saylı sorğu çatsa da cavab almaq mümkün olmamışdır. Ancaq şifahi araşdırma zamanı bəlli olmuşdur ki, ##.##.2023-cü il tarixdə X11 adına abonent kodu açılmış və ##.##.2023-cü il tarixdə X15 adına keçirilmişdir. Burdan bəlli olur ki, iddiaçı bilərəkdən, planlı olaraq, mənzili qanunsuz yolla ələ keçirmək niyyəti ilə ailə münasibətləri pozulduqdan sonra oğlu ilə əlbir olaraq kommunal müqavilələrini öz adına keçirmişdir. Belə ki, həmin müddətə qədər kommunal müqavilələri cavabdehin ərinin adına olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, qətnamədən göründüyü kimi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv, 46 nömrə ilə qeyd edilmiş özbaşına tikili iddiaçıya əvvəl məxsus olan Sulutəpə ərazisində yerləşən özbaşına tikilinin satılmasından əldə edilmiş vəsaitlə əldə edildiyindən, həmin tikiliyə dair kommunal xidmətlər onun adına qeydiyyata alındığından, həmçinin bu hal cavabdehin də izahatında öz əksini tapdığından, cavabdeh isə iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onlarla birgə təsərrüfat aparmadığından, onun mübahisə predmeti olan özbaşına tikilidən hər hansı yararlanma hüququ mövcud olmadığından tikilidə yaşamaq hüququ iddiaçı İddiaçı aiddir. Məhkəmə hər iki tərəfin tələblərinə münasibətdə ədalətli məhkəmə araşdırması həyata keçirmiş, məhkəmə əsaslandırmasının yalnız iddiaçı tərəfin leyhinə hesab edilən sübutlar əsasında süni şəkildə səhnələşdirilərək iddia tələbinin təmin edilməsi dəlili tamamilə absurddur. ünvan 3 ünvanda yerləşən tikilinin iddiaçı İddiaçı Sulutəpə ərazisində yerləşən özbaşına tikilinin satılmasından əldə edilmiş vəsaitlə əldə edilmişdir. Qeyd olunan fakt həm cavabdeh Cavabdeh məhkəmə nitqi ilə, həm də iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh bildirmişdir ki, nikaha daxil olduqdan sonra Sulutəpə ərazisində olan özbaşına tikiliyə gəlin köçmüş və iddiaçının X1 Əlmikayıloğlu ilə birlikdə 2023-cü ilə kimi həmin özbaşına tikilidə yaşamış, birgə nikahdan 2 uşağı dünyaya gəlmiş, iddiaçının oğlu və keçmiş gəlini (cavabdeh), birgə nikahdan olan uşaqları ilə birlikdə 2023-cü ilə kimi iddiaçıya aid olan Sulutəpə ərazisində yerləşən özbaşına tikintidə yaşamışlar. Sonradan həmin tikili satılaraq ünvan 3 ünvanda yerləşən ev (özbaşına tikinti) alınmış, iddiaçının oğlu və cavabdeh həmin tikilidə yaşamışlar. A.Aslanova bildirmişdir ki, o, hazırda Sulutəpə yaşayır, Sulutəpədəki həmin evi (tikili) 2023-cü ildə 39000 manata İddiaçı almışdır. Digər bir fakt isə tikilinin komunal xidmətlər üzrə bütün qeydiyyatı iddiaçı İddiaçı adına aparılmaqla abonent kimi yalnız o tanınmışdır. Bundan başqa mövcud məhkəmə təcrübəsinə əsasən özbaşına tikili hesab olunan yaşayış sahəsinə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya onun ayrı-ayrı hissəslərini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilini yaşayış sahəsi üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasınında iştirak etdiyini sübut etməlidir. Eyni zamanda Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və yaxud səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ vardır. Belə olan halda cavabdeh tərəfindən sözügedən tikilinin əldə olunmasına, tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və yaxud səyləri hər hansı bir faktla təsdiq olunmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının hazırki mülki iş üzrə subyektiv hüququnun, o cümlədən öz hərəkətlərinə hüquqi ixtiyarın əsasını Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsi təşkil edir və qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qətnaməsinin icrası dövlət hakimiyyət orqanları və vəzifəli şəxsləri üçün məcburi olduğu halda, birinci instansiyası məhkəməsi qeyd olunan məcburiyyəti “heçə sayaraq”, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsi mülki iş üzrə mübahisənin həlli zamanı ilk növbədə iddia tələbini qaldırmış şəxsin “cavabdeh Cavabdeh və övladlarından sözügedən tikilini tərk etmək” tələb hüququnu olub-olmamasını dəqiqləşdirmişdir, belə ki, məhkəmə araşdırması zamanı iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və şahidlərin ifadəsindən məlum olmuşdur ki, ünvan 3 ünvanda yerləşən tikili iddiaçı tərəfindən İddiaçı Sulutəpə ərazisində yerləşən özbaşına tikilinin satılmasından əldə edilmiş vəsaitlə əldə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilən “xxxx” ASC-nin Abşeron Sukanal İdarəsi və İstehlakçı İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, ******** saylı (sayğacın abonent kodu: 132**********) “Su təchizatı ve tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”, paylayıcı “Azəriqaz” İB və istehlakçı İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, AKX-*******/**-**** saylı (sayğacın abonent kodu: 011404300001032) “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”dən, eləcə də digər komunal xidmətlər üzrə yalnız iddiaçı İddiaçı adına hesablanmış borclar, həmçinin AR Abşeron RİH Başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbə, Yeni yaşayış massivində qızı X5 və oğlu Əlizadə Yusif oğlu ilə birlikdə qeydiyyatsız yaşama faktı bir daha sübut edir ki, həmin tikili iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş, qanunvericiliyə uğun olaraq ondan istifadə hüququ yalnız sözügedən tikilinin cavabdehlərin əmlakı, səyi və ya onun ayrı-ayrı hissəslərini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilini yaşayış sahəsi üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasını təstiqləyici hər hansı bir sübut olduğu halda tanınır. Lakin məhkəmə araşdırması dövründə cavabdehlərin bu faktı təsdiqləyəcək hər hansı bir mötəbər sübutu olmamışdır. Apellyasiya şikayətində göstərilmişdir ki, sözügedən tikilinin birgə nikah dövründə və birgə təsərüfat hesabına alınmış, tikili üçün ödənilmiş pul cavabdeh və əri birlikdə ödənilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəf olaraq irəli sürülmüş bütün tələblər və etirazlar mötəbər sübutlarla təsdiq olunmuşdur, belə ki, sözügedən tikilinin iddiaçı tərəfindən satın alınması faktı şahid ifadələri ilə təstiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o hazırda Sulutəpə yaşayır. Sulutəpədəki həmin evi (tikili) 2023-cü ildə 39000 manata İddiaçı almışdır, həmçinin komunal xidmətlər üzrə bütün qeydiyyatın İddiaçı adına rəsmiləşdirilməsi də bu faktı təstiq edən mötəbər sübutlardandır. Cavabdeh tərəfin aydınlaşdırılmadan qalan və məhkəmənin toxunmadığı kimi nəzərdə tutduğu hissə isə “sözügedən tikilinin birgə nikah dövründə və birgə təsərüfat hesabına alınmış, tikili üçün ödənilmiş pul cavabdeh və əri birlikdə ödəmişdir” faktıdır. İş üzrə məhkəmə iclasında ifadə vermiş cavabdeh F.Əliyev bildirmişdir ki, nikaha daxil olduqdan sonra Sulutəpə ərazisində olan özbaşına tikiliyə gəlin köçmüş və iddiaçının X1 ilə birlikdə 2023-cü ilə kimi həmin özbaşına tikilidə yaşamış, birgə nikahdan 2 uşağı dünyaya gəlmiş, iddiaçının oğlu və keçmiş gəlini (cavabdeh) birgə nikahdan olan uşaqları ilə birlikdə 2023-cü ilə kimi iddiaçıya aid olan Sulutəpə ərazisində yerləşən özbaşına tikintidə yaşamışlar. Sonradan həmin tikili satılaraq ünvan 1/m ünvanda yerləşən ev (özbaşına tikinti) alınmış, iddiaçının oğlu və cavabdeh həmin tikilidə yaşamışlar. Bu faktda göstərir ki, cavabdeh tərəfin tələbi və etirazı əsassızdır. Odur ki, cavabdeh tərəfin Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-(***)-****/**** nömrəli qətnamə üzrə vermiş olduğu apellyasiya şikayəti əsassızdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

30. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

32. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. İşdən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv, 46 nömrə ilə qeyd edilmiş özbaşına tikilini iddiaçı əvvəl özünə məxsus olan Sulutəpə ərazisində yerləşən özbaşına tikilinin satılmasından əldə edilmiş pul vəsaiti ilə 2023-cü ildə almış, həmin tikiliyə dair kommunal xidmətlər onun adına qeydiyyata alınmış, iddiaçının keçmiş gəlini olan cavabdeh uşaqları ilə birlikdə həmin özbaşına tikilidə yaşayırlar. İddiaçı həmin tikilini oğlu üçün deyil, özü üçün aldığını, sadəcə oğlunun ailəsinə yaşamaq üçün icazə verdiyini bildirmişdir.

44. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

46. Kollegiya qeyd edir ki, mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.

47. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.

48. Kollegiya hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edilir.

49. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

50. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (Mənzil Məcəlləsinin 30.1. maddəsi).

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

52. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.

53. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

54. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh iddiaçının keçmiş gəlnidir və onunla iddiaçının oğlu X12 arasında bağlanmış nikah 2024-cü il tarixdə pozulmuşdur. Cavabdehin iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.

55. Bundan başqa, cavabdeh hazırki mübahisə predmeti olan özbaşına tikiliyə müəyyən məbləğdə xərc çəkdiyini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

56. Daha sonra, cavabdeh məhkəməyə etibarnamə aşkar etdiyini və mübahisəli evi iddiaçının oğlu ilə birgə nikahda olduğu zaman aldıqlarını və evin onlara aid olduğunu bildirmişdir. İşdə istinad edilən ##.##.2023-cü il tarixli etibarnaməyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Cavabdeh Abşeron rayonu, Hökməli Bələdiyyə sədrinin ##.##.2004-cü il tarixli ** nömrəli qərarına əsasən Abşeron rayonu, Hökməli Bələdiyyəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair sənədləri toplamaq və s. səlahiyyətlər verilmişdir.

57. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır...

58. Kollegiya qeyd edir ki, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir.

59. Digər tərəfdən, işdə olan Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubuna qoşma edilmiş Abşeron Rayon Hökməli bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı “Vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” qərarının surətindən görünür ki, ##.##.2004-cü il tarixli ** nömrəli həmin qərar Hökməli Bələdiyyə torpaqlarından Hüseynova İradə Nadir qızına 0.10 ha torpaq sahəsinin ayrılması və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilməsi haqqındadır.

60. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında həmçinin bildirmişdir ki, torpaq və ev ona məxsus olmuş, evi o tikmişdir. Maşını, həmçinin həmin sənədlər maşının içində yanmışdır. O, İradə Hüseynovanı tanımır.

61. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara müqayisəli şəkildə qiymət verərək hesab edir ki, cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları iddiaçının ailə üzvü hesab edilmədiyindən, həmin yaşayış sahəsi üzərində cavabdehin hər-hansı hüququ müəyyən olunmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə işin mahiyyətinə görə düzgün nəticəyə gəlmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

63. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar