Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-378/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2*25-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Attestasiya Komissiyasının ## #### 2*25- ci il tarixli Qərarının və həmin qərar əsasında işdən çıxarılmağı və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *4 aprel 2*25-ci il tarixli ** nömrəli Əmrin ləğv edilməsi, işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı *1.1*.2***-ci ildən *4.*4.2*25-ci ilə qədər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllimə vəzifəsində çalışmışdır. Bu müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, intizam tənbehi almamış, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində bilik və bacarığını əsirgəməmişdir. Bu müddət ərzində nə şagirdlərinin, nə də onların valideynləri tərəfindən işi ilə bağlı hər hansı narazılıq olmayıb. Müxtəlif ixtisaslaşmış musiqi tədbirlərinə şagirdləri ilə birgə qatılmışdır. ## #### 2*25-ci il tarixdə Bakı Xoreoqrafiya Məktəbində attestasiya komissiyası tərəfindən attestasiya imtahanında iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Lakin imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə iddiaçıya məlumat verilmədən, sonradan attestasiya qərarı ilə "uyğunsuz" hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. Attestasiya prosesi qanun və qayda ilə təşkil olunmamış, veriləcək suallar əvvəlcədən işçilərə təqdim edilməmiş və onlardan cavablar tələb olunan sahələrlə bağlı suallar yazılı alınmadan və daha sonra iddiaçının ixtisasına uyğun olaraq şifahi suallar verilmiş və yekun olaraq 5 nəfər əleyhinə olmaqla barəsində attestasiya vərəqəsi yazaraq məktəbə göndərmişlər. Attestasiya komissiyasının üzvləri illər boyu tədris etdiyi mövzulardan kənara çıxaraq başqa sahələri əhatə edən mövzular üzrə suallar veriblər ki, bütün bunlar iddiaçıda çaşqınlıq və stress yaradıb. Verdiyi cavablara göstərilən aqressiv reaksiya və iddiaçının sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirilməsi bu attestasiyanın müəllimin bilik və bacarığını yoxlamaq üçün deyil, işdən çıxarılma məqsədi güddüyü əminliyi yaradır. Nəticədə komissiya üzvləri tərəfindən iddiaçının bilik və bacarığı "uyğunsuz" kimi qiymətləndirilmiş və həmin attestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da cavabdehin *4 aprel 2*25-ci il tarixli ** nömrəli Əmri ilə ƏM-in 7*-ci maddəsinin "c" bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Iddiaçının işdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsaslanaraq aparılıb və rəhbərlik iddiaçı üzrə illər həmin müəssisədə qüsursuz əməyinin, nizam-intizam qaydalarına əməl etməyinin və əmək öhdəsinin bacarıqla gəlməyini nəzərə almayıb və iddiaçı işdən azad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verib.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2*25-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunur.
5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 64, 65, 67, 7*-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı bəndlərindən irəli gələn məzmun tələblərini formal şəkildə qeyd etsə də, həmin normaların tələb etdiyi obyektiv qiymətləndirmə meyarlarını işin hallarına düzgün tətbiq etməmişdir. Bu normalar attestasiya prosesində - komissiya üzvlərinin işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına və gördüyü işin nəticələrinə dair suallar verməsini; komissiyanın fəaliyyətinin aşkarlıq şəraitində, obyektiv, qərəzsiz aparılmasını və qanunvericiliyin tələblərinə əməl olunmasını tələb edir. Hazırkı işdə isə onun iddiasının əsas xətti ondan ibarətdir ki, imtahan görüntüləri (məhkəmə baxışında araşdırılmış videogörüntülər) fonunda bəzi suallara verdiyi düzgün cavablar yanlış kimi qeydə alınmış, bir qisim suallar isə ümumiyyətlə onun faktiki tədris yükü və ixtisas xətti ilə uzlaşmayan (keçilməmiş) bölmələrdən formalaşdırılmışdır. Bu cür uyğunsuzluqların mövcudluğu halında 65.5 və 65.6-nın tələb etdiyi qərəzsiz və peşəkar qiymətləndirmə standartları pozulmuş sayılır və həmin pozuntu “uyğunsuz” nəticənin etibarlı hüquqi əsas olmasına mane olur. Məhkəmə isə bu iddianı “ümumi inkaretmə” ilə rədd etmiş, sualların ixtisasa uyğunluğu, cavabların düzgün/yanlış qiymətləndirilməsi və attestasiya blankı ilə videogörüntü arasındakı uyğunluq barədə maddi hüquq norması səviyyəsində yoxlama aparmadan nəticəyə gəlmişdir. Nəticədə 65-ci maddənin mahiyyəti üzrə təminat (obyektiv attestasiya) reallaşmadan, “uyğunsuz” nəticə qanunauyğun hesab edilmiş və 7*(c) əsasında xitamın legitimləşdirilməsi üçün istifadə olunmuşdur. Iddiaçı tərəfin mövqeyinə görə, imtahanda verilən sualların bir qismi onun tədris planında keçilməmiş bölmələri əhatə etmiş, bundan əlavə, doğru cavabların belə yanlış kimi qeyd edilməsi halları baş vermişdir. Belə olduqda, 2.4-cü bəndin mahiyyəti pozulur: attestasiya “peşə uyğunluğunu” yoxlamaqdan çıxıb, işçini əvvəlcədən mənfi nəticəyə gətirən formal prosedura çevrilir. Məhkəmə bu iddianı araşdırarkən sualların konkret məzmununu, sualların iddiaçının ixtisası və real iş həcmi ilə əlaqəsini, qiymətləndirmənin obyektivliyini və görüntülərdə əks olunan cavabların düzgünlüyü barədə iddia olunan uyğunsuzluqları 2.4-cü bəndin meyarları ilə müqayisə etməmiş, nəticədə normanın tələb etdiyi yoxlama dərinliyini təmin etməmişdir. Bu səbəbdən attestasiya qərarı hüquqi cəhətdən etibarlı “səlahiyyətli orqan qərarı” keyfiyyətini itirir və həmin qərara əsaslanan xitam əmri də maddi hüquq baxımından əsassızlaşır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 67.6-cı bəndinin məqsədini nəzərə almadan, bu normanı faktiki olaraq “formal qayda” kimi kənarda saxlamışdır. 67.6. maddənin hüquqi məntiqi ondan ibarətdir ki, attestasiya komissiyasının qərarı əsasında işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmiş (və ya başqa vəzifəyə keçirilmiş) işçinin mübahisəsi yalnız məhkəmədə həll olunur. Yəni qanunverici attestasiya qərarını “toxunulmaz idarəetmə aktı” kimi deyil, məhkəmə nəzarətinə açıq, faktiki və hüquqi cəhətdən yoxlanmalı akt kimi qəbul edir. Hazırkı işdə iddiaçının əsas arqumenti attestasiya prosesində qərəzlilik, sualların uyğunsuzluğu və cavabların yanlış qiymətləndirilməsidir. 67.6.maddənin tətbiqi bu arqumentlərin məhkəmə tərəfindən “daxili yoxlama standartı” ilə araşdırılmasını, videomaterialların konkret epizodlar üzrə qiymətləndirilməsini, qiymətləndirmə vərəqələrinin obyektivlik testindən keçirilməsini tələb edir. Məhkəmə isə iddiaçı tərəfin göstərdiyi ziddiyyətlər üzrə ətraflı hüquqi qiymətləndirmə aparmadan, komissiyanın nəticəsini üstün qəbul etmiş və bununla da maddənin mahiyyətinə zidd olaraq məhkəmə nəzarətini zəiflətdiyi üçün maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Əslində maddənin tələbi odur ki, “uyğunsuz” nəticə yalnız o halda hüquqi nəticə doğura bilər ki, məhkəmə həmin nəticənin 65-ci maddə və müvafiq qaydalarla tələb edilən obyektivlik meyarlarına cavab verdiyini təsdiqləsin; bu yoxlama aparılmadığından, normanın məqsədi pozulmuşdur. Birinci instansiya məhkəməsi iddialarımı rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət etməməsi barədə attestasiya komissiyasının rəyinə əsasən işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi) istinad etmiş, lakin bu normanı işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əmək müqaviləsinin bu əsasla ləğv edilməsi üçün mütləq şəkildə obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə tam uyğun keçirilmiş attestasiya prosesi və onun ədalətli rəyi olmalıdır. Onun 37 illik ümumi, o cümlədən 25 illik fasiləsiz Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbindəki qüsursuz pedaqoji fəaliyyəti, bu uzun illər ərzində rəhbərlikdən heç bir intizam tənbehi almaması, əksinə, şagirdlərinin mütəmadi olaraq müxtəlif tədbirlərdəki uğurları onun peşəkarlıq səviyyənin yüksək olduğunu birmənalı şəkildə sübut edir. Birinci instansiya məhkəməsi isə tutarlı dəlillərini kənara qoyaraq, formal olaraq komissiyanın ##.##.2*25-ci il tarixli, * saylı qərəzli protokoluna əsaslanmışdır. Məhkəmə tamamilə gözardı etmişdir ki, komissiya tərəfindən ona ünvanlanan sualların bir qismi tədris proqramından (yük dairəsindən) kənar olmuş, cavablandırdığı suallar isə qəsdən mənfi qiymətləndirilmişdir. Prosesin əsl məqsədinin işçinin bilik səviyyəsini yoxlamaq deyil, məktəbdəki müəllim sayını süni şəkildə, "ixtisar" adı altında azaltmaq olduğu gün kimi aydın olduğu halda, məhkəmə maddi hüquq normasını pozaraq yalnız işəgötürənin tərtib etdiyi qüsurlu və saxta sənədlərə hüquqi don geyindirmiş, onun Konstitusiya ilə qorunan əmək hüququmu kobudcasına məhdudlaşdırmışdır. Əmək mübahisələrində, xüsusən 7* (c) maddə kimi işə xitamın legitimliyi mübahisələndirildikdə, işəgötürən tərəf “uyğunsuzluq” iddiasını doğuran attestasiya prosesinin qanuniliyini, obyektivliyini, sualların uyğunluğunu və qiymətləndirmənin düzgünlüyünü əsaslandırmalı və sübutlarla təsdiqləməlidir. Iddiaçı isə konkret ziddiyyətləri göstərməklə mübahisə predmetini formalaşdırır. Hazırkı işdə məhkəmə faktiki olaraq sübutetmə yükünü iddiaçının üzərinə həddən artıq keçirərək, işəgötürənin etirazlarını “prezumptiv düzgün” qəbul etmiş, işəgötürəndən attestasiya qiymətləndirməsinin metodologiyası, cavabların niyə yanlış sayıldığı, sual bankının tədris yükü ilə əlaqəsi, komissiyanın obyektivlik təminatları kimi mühüm məsələlər üzrə tam əsaslandırma tələb etməmişdir. Bunun nəticəsində 77.1. maddənin balanslaşdırıcı funksiyası pozulmuş, iddiaçı tərəfin göstərdiyi konkret uyğunsuzluqlar (düz cavabın səhv sayılması, keçilməmiş bölmələrdən sual verilməsi) işəgötürən tərəfindən tam izah olunmadan qərar qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 1*. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.
12. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
13. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;
Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
15. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11. Işəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)
Maddə 64. Iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
2. Işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
3. Iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
Maddə 65. Işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)
Maddə 67. Işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.
2. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
5. Işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
Maddə 7*. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı IbniSalam qızı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 2*. Iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədədir.
21. Iddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o, *1.1*.2***-ci ildə cavabdeh Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. ## #### 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanına cəlb olunmuş, lakin onun imtahan nəticəsi “uyğunsuz” hesab edilmişdir. *4.*4.2*25-ci il tarixli, ** nömrəli əmrlə onun Əmək Məcəlləsinin 7*-ci maddəsinin «c» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
22. Işdən görünür ki, Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tabeliyində fəaliyyət göstərir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur.
23. Iddia tələbinin maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 3**-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
24. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “Qeyd” hissəsində deyilir ki, işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
25. Baxılan işdən müəyyən edildi ki, iddiaçı incəsənət təhsil müəssisəsində uzun illər fortepiano müəllimi vəzifəsində işləmiş, müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Komissiya üzvlərinin nəticələrə dair keçirdikləri iclasda İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə *4.*4.2*25-ci il tarixli ** saylı əmr imzalamışdır.
26. Iddiaçı iddia edir ki, atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi doğru cavabı almaq yox, doğru bildiyi cavabları da unutmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun verdiyi cavablara göstərilən aqressiv reaksiya və ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir.
27. Iş materialarında olan Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1. Ifa etdiyi əsəri təhlil edin – G dur forması allegro səhvdir. Hansı şöbələr var? – 4 xanə bir cümlə - düzgün cavablandırmadı. Repriz sonatanın hansı hissəsini təkrarlayır?- cavablamadı, 2. Rondo forması musiqidə nədir?- cavablandırmadı, 3. Hansı etüdləri bilirsiniz? Çerni, Brams (səhv cavablandırdı), Etüd nə üçündür? Texnikanın inkişafı üçün, 4. Romantizm dövründən kimi tanıyırsınız?- cavablandırmadı, siz hansı Avropa bəstəkarlarını tanıyırsınız?- Kabalevski, hansı əsərləri f-no üçün yazıb?- cavablandırmadı, Raxmaninov f-no üçün nə yazıb?cavablandırmadı, Raxmaninovun tam adı necə gedir?- cavablamadı. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri – ifaçılıq (orta), üzdən oxu (orta), qamma ifa edə bilmədi, nəzəri suallar – sıfıra bərabər idi, ifa etdiyi əsəri təhlil edə bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı IbniSalam qızı vəzifəsinə uyğun hesab edilməmişdir. Lehinə - 1, əleyhinə - 4 səs verilmişdir.
28. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında nümayiş olunaraq araşdırılmışdır.
29. Məhkəmə kollegiyası da öz növbəsində həmin videoçəkilişə nəzər salmış və iddiaçının iddia ərizəsində qeyd edilən halların təsdiqinə dair hər hansı nüans müşahidə edilməmişdir. Əksinə videoçəkilişdən iddiaçının bəzi suallara ümumiyyətlə cavab vermədiyi müəyyən olunmuşdur. 3*. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, keyfiyyətlilik, səmərəlilik, inteqrasiya prinsipləri, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq məqsədləri, elmi inkişafın ən yeni nailiyyətlərinin mənimsənilməsini, müasir tələblərə uyğunlaşmağı tələb edir.
31. “Təhsil haqqında” qanunun 11-ci maddəsində təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər irəli sürülmüşdür. Təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək əsas tələblər kimi nəzərdə tutulmuşdur.
32. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin bilavasitə vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33-cü maddəsi).
33. Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci hissəsinə görə, attestasiya keçirilməsinin məqsədləri kimi həm də əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi nəzərdə tutulmuşdur.
34. Qeyd olunanlara əsasən, müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamadığını müəyyən etməklə bağlı sualların qoyulması Əmək Məcəlləsinin 64cü maddəsinə uyğundur.
35. Məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilibverilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Bu mənada Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir.
36. Bu baxımdan məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Işdən azad olunma barədə əmr ləğv olunmadığından, iddia tələbinin digər hissələri yəni, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbi təmin edilə bilməz.
37. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi olan işçi və işəgötürəni bərabər şəkildə də qoruyur.
38. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən dəyişdirilmədən saxlanılmalıdır.
39. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. 4*. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2*25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.