Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-380/2026 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Abşeron-X4 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Abşeron-X4 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsindən cavabdeh Abşeron-X4 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının onun barəsində olan 13.*3.2*25-ci il tarixli rəyinin və Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinin *8.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1995-ci il tarixdə cavabdeh təşkilatda "Fortepiano" ixtisası üzrə müəllimə" vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın *8.*4.2*25-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, 3* ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmiş, əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, daim rəhbərlik tərəfindən təltif edilmişdir. Peşə fəaliyyəti və bilik bacarıqları ilə bağlı ona bu müddət ərzində heç bir nöqsan tutulmamışdır. Son aylarda Respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attetasiya tələbləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəsində aparılmış attestasiya nəticələri ilə razı deyil, düzgün aparılmamış, qaydalara uyğun həyata keçirilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın əmri ləğv edilməli və o, işə bərpa edilməlidir. Nəzərə çatdırılır ki, mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Sumqayıt şəhər * saylı Mediasiya Təşkilatının ərizəsinə əlavə etdiyi arayışını 12.*5.2*25-ci il tarixdə əldə etmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” *8.*4.2*25-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbində işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ##.##.1995- *8.*4.2*25-ci illərdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeon-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq musiqi Məktəbində fortepiano şöbəsinin müəlliməsi işləmiş, attestasiyadan keçə bilməmiş, *8.*4.2*25-ci il tarixli ** saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. Belə ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin, mütəxxəsisin iştirakı ilə baxış keçirərkən iddiaçıya qərəzin olması müəyyən edilmiş, iddiaçı tərəfindən təqdim olunmuş sənədlə müəyyən edilmişdir ki, 22 sualdan 13-ü cavablandırılmışdır. Buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək lehinə səslərin sayı 1, əleyhinə səslərin sayı 4 olmuşdur. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş xəstəlik tarixçəsindən müəyyən edilir ki, onun xəstəliyi attestasiya zamanı nəzərə alınmamışdır. Məhkəmənin qənaətinə görə iddiaçı sualları yetəri qədər cavablandırılmış, lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Cavabdeh tərəfin iddiaçıya əsaslı qərəzi məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir. İddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı onun hüquq və mənafeylərinə zidd olmuşdur. İddiaçının çalışdığı məktəbin nümayəndəsinin iştirakının təmin edilməməsi, halbuki təhsil icra etdiyi qurumun nümayəndəsi iddianı qəbul etdiyini, fəaliyyət göstərdiyi illər ərzində müəllimənin hər zaman nizam-intizamlı olduğunu, dərslərə vaxtı-vaxtında və uğurlu icra etdiyini, 36 il iş təcrübəsinin olmasını bildirmiş, atestasiya vərəqəsində texniki yanlışlıq yəni əvvəl işçinin işdən azad edilmədiyi, sonradan nümayəndə vasitəsi ilə dəyişdirilməsi, məhkəmə iclasında cavabdeh Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi İsmayılov Samir Hilal oğlu izahatı ilə təsdiq edilmiş, “Attestasiya komissiyasının rəyində lehinə və əleyhinə hissəsində texniki yalnışlıq olmuşdur. Protokolda da texniki səhv olmuşdur deyə dəyişdirmişdirlər, onunla əlaqə saxlanılaraq dəyişdirilmişdir” bu hal Nazirlər Kabinetinin qərarına əsasən işçiyə elan edilməli, yanlışlığın nədən ibarət olması protokollaşdırılmalı, işçinin cavab verdiyi sualların nəzərə alınmaması ona qarşı qərəzin olmasını açıq-aydın nümayiş etdirməklə, məhkəmənin bu qənaətə gəlməsinə əsas verir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 46.1, 65, 67, 7*, 79.1, 83.1, 3**.1-ci maddələrinə, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasın Nazirlər Kabinetinin qərarının 2.4, 2.5, 2.6-cı bəndlərinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbi tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, attestasiya vərəqəsində iddiaçının cavabları və səsvermə nəticəsi mövcuddur. Məhkəmə qərəz mövqeyinə gəlsə də konkret fakt göstərməmişdir. Məhkəmə attestasiya komissiyasının səlahiyyətini öz üzərinə götürmüş; işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi komissiyanın səlahiyyətidir. Səsvermə nəticəsi (1 lehinə, 4 əleyhinə) qanunidir, qərar səs çoxluğu ilə qəbul edilmişdir. Texniki yanlışlıqlar qərarın mahiyyətinə təsir etməmişdir. İddiaçının xəstəlik və əməliyyat halları attestasiya üçün hüquqi əsas deyildir, rəsmi arayış təqdim edilməmişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. İş materiallarında attestasiya vərəqəsi mövcuddur. Həmin sənəddə iddiaçıya verilmiş 22 sual tam şəkildə qeyd edilmiş, cavabların məzmunu göstərilmiş, səsvermə nəticəsi (1 lehinə, 4 əleyhinə) göstərilmişdir, komissiya üzvləri tərəfindən imzalanmışdır. Buna baxmayaraq məhkəmə “qərəz” nəticəsinə gəlmiş, lakin qərəzi sübut edən konkret fakt, hərəkət və ya hüquq pozuntusu göstərməmişdir. Məhkəmədə mütəxəssis qismində iştirak edən Mütəxəssis məhkəmədə çıxış edərək öz fikrini bildirmişdir. Lakin qeyd edilir ki, Mütəxəssis Bülbül adına * nömrəli UİM-in müəllimidir, yəni müəllimin həmkarı olması etibarilə iddiaçı və ya cavabdeh haqqında tam tərəfsiz rəy vermək qabiliyyətini şübhə altına alır. Mülki Prosessual Məcəlləsinin 79.3-cü maddəsinə əsasən ekspert yalnız müstəqil və xüsusi bilik tələb edən hallarda çağırılmalıdır. Eyni müəssisənin işçisi olması onun müstəqilliyini məhdudlaşdırır. Bu səbəbdən məhkəmədən tələb edilir ki, ekspert rəyinin tərəfsizliyi təmin olunmamış və zəruri hallarda digər müstəqil ekspert (müvafiq sahədə təcrübəli, eyni müəssisəyə aid olmayan) çağırılsın və məsələyə obyektiv qiymət verilsin. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı sualları “yetəri qədər cavablandırmışdır”. Lakin, işçnin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi attestasiya komissiyasının səlahiyyətidir, komissiya kollegial orqandır və qərar səs çoxluğu ilə qəbul olunur. məhkəmə yalnız prosedurun qanuniliyini yoxlaya bilər, lakin peşəkar qiymətləndirməni özü apara bilməz. Məhkəmənin heç bir maddi ve prosessual norma pozuntusunu aşkar etmədən sadəcə iddiaçının mülahizəsinə istinad edərək, işəgötürənin *8.*4.2*25-ci il tarixli ** saylı əmrini ləğv etməsi tamamilə qanunsuzdur. Çünki İddiaçı attestasiyası zamanı, ona Əmək məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulduğu kimi yalnız öz ixtisasına (peşəsinə) və yerinə yetirdiyi işlər, onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilmiş, hər bir sualın cavabı obyektiv olaraq qiymətləndirilmiş və bütün attestasiya prosesi video görüntü ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində işçilərin attestasiya nəticələrinə uyğun olaraq Bülbül adına * nömrəli Uşaq İncəsənət Məktəbində müəllimlərin “kütləvi şəkildə işdən çıxarıldığının” müəyyən edildiyi göstərilsə də bu qənaət hüquqi baxımdan əsaslandırılmamış və Əmək Məcəlləsinin 63-cü maddəsinin qeyd hissəsində təsbit olunmuş “əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi” anlayışının normativ meyarları nəzərə alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsi nə müəssisənin ümumi ştat vahidlərinin sayını araşdırmış, nə də müəyyən edilmiş faiz hədlərinin aşılması faktını sübut edən hər hansı mötəbər dəlilə istinad etmişdir. Belə olduqda, attestasiya nəticələri əsasında fərdi qaydada əmək münasibətlərinə xitam verilməsini “kütləvi ləğv” kimi qiymətləndirmək hüquqi reallığa uyğun gəlmir və normanın mahiyyətindən kənar şərh hesab olunur. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsi qətnamədə “kütləvi əmək müqavilələrinin ləğvi” terminindən istifadə etsə də, həmin nəticəyə gəlməsinə əsas verən sübutların hansılar olduğunu göstərməmiş, dəlillərin qiymətləndirilməsi, hüquqi meyarların tətbiqi və faktların normaya uyğunluğunu izah etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki, normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 67.1-ci maddəsi birbaşa olaraq attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar çıxarması halında, işəgötürənə həmin nəticələrə əsaslanaraq əmək müqaviləsinə Məcəllənin 7*-ci maddəsinin “c” bəndi üzrə xitam vermək hüququnu tanıyır. Bu norma hüquqi mexanizmin mahiyyətini açıq şəkildə ifadə edir, attestasiya nəticələri işəgötürən üçün məcburi əməliyyat deyil, onun idarəetmə səlahiyyətinin tərkib hissəsi kimi həyata keçirə biləcəyi qanuni seçim üsullarından biri olduğunu göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin nəinki attestasiya komissiyasının qərarını etibarsız sayması, onun nəticələrinin heç bir sübut, dəlil olmadan qanunsuz olaraq ləğv etməsi həm işəgötürənin həmin nəticədən irəli gələn xitamvermə hüququnu əsassız şəkildə məhdudlaşdırır həm də normanın məzmununa, işəgötürənin əmək münasibətlərini idarəetmə səlahiyyətinə ziddiyyət təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə nəzərdə tutulan hüququndan istifadə edə bilmir, öz peşəsini lazımıca və keyfiyyətli yerinə yetirə bilməyən işçinin əmək müqaviləsinə xitam vermə hüququ əsassız və qanunsuz olaraq məhdudlaşdırılır. Xüsusilə nəzərə alınmalıdır ki, attestasiyanın predmeti musiqi nəzəriyyəsi fənninin tədrisi, qarmon və xoreoqrafiya üzrə metodiki hazırlıq, işçinin intonasiya bacarıqları, musiqi materialının şərhi və analizi kimi xüsusi peşə vərdişləri ilə bağlı olduğundan, bu sahədə qiymətləndirmə aparmaq yalnız müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisin iştirakı ilə mümkün ola bilərdi. Məhkəmənin xüsusi bilik və bacarıq tələb edən məsələ üzrə iddiaçının müəllim yoldaşı, həmkarı Mütəxəssis qeyd etməsi obyektiv deyildir və ona əsaslanaraq qətnamə qəbul etməsi isə qanunsuz və əsassızdır. Səsvermə nəticəsi qanunidir. Attestasiya komissiyası 5 nəfərdən ibarət olmuş, qərar 1 lehinə və 4 əleyhinə səs olmaqla qəbul edilmişdir. Qanunvericiliyə görə qərar səs çoxluğu ilə qəbul edilir. Bu halda prosedur qaydası pozulmamışdır. Qətnamədə qeyd olunan texniki yanlışlıq qərarın mahiyyətinə təsir etməmişdir. Məhkəmə “texniki yanlışlıq” məsələsini əsas arqumentlərdən biri kimi göstərmişdir. Lakin, attestasiya vərəqəsi mövcuddur, onunla yanaşı attestasiya vərəqinin doğruluğunu sübut edəcək Attestasiya komissiyasının Qərarı mövcuddur ki, mahiyyəti dəyişməmiş, beləliklə “Vəzifəyə uyğun deyil” nəticəsi qüvvədə qalmışdır. Texniki xarakterli qeydlər qərarın hüquqi qüvvəsini aradan qaldırmır. Müəllimin qeyd etdiyi xəstəlik halı hüquqi əsas deyildir. İddiaçı attestasiya zamanı əməliyyatdan çıxması halına istinad etmişdir. Lakin, attestasiya gününə dair əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə rəsmi tibbi arayış təqdim edilməmiş, attestasiyanın təxirə salınması barədə rəsmi müraciət edilməmişdir. Əmək Məcəlləsinin 79-1-ci maddəsində nəzərdə tutulan qadağa halları mövcud deyildir. Bu səbəbdən attestasiya qanuni keçirilmişdir
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları 1*. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abşeron-X4 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mütəxəssis iddiaçı tərəfindən dəvət olunduğundan və məktəbin müəllimi olduğundan verdiyi rəy mötəbər ola bilməz. Bitərəf və ixtisaslaşmış kadr imtahan götürməli idi. Ona görə də apellyasiya şikayəti vermişlər, şikayətin təmin olunmasını xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Sevda xanımı mütəxəssis kimi özü dəvət etmişdir və onunla bir yerdə çalışır. Hesab edir ki, rəyi obyektivdir. Videogörüntülərdə hər şey açıq şəkildə görünür. Bəzi sualları cavablandırsa da, məsələn 4, 5, 9,1*, 12-ci sualları cavablandırsa da qismən cavablandırıldı kimi göstərilib. 4-cü sualın qismən cavabı yoxdur, konkret cavabı var. 9-cu sualın cavabını da qismən cavab kimi qeyd edilib. 1*,11,12,14-ci suala cavab verib. 22-ci sualdan 13- sualı cavablandırıb. 12 və 14-cü suala verdiyi cavabı qismən cavab kimi qəbul edilməyib. 2*-ci sualında cavabını qəbul etməyiblər. Qamma və əsəri ifa edib və üzdən oxu olub. Attestasiya vərəqəndə qeyd edilməyib. Major qammasını ifa edib. Motsartın sonatasını ifa edib. Üzdən oxu üçün isə xırda bir əsər qoyulmuşdu.
12. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsMübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. *8 aprel 2*25-ci il tarixli Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinin ** nömrəli, X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, AbşeronX4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinin Fortepiano müəllimi X9 *8.*4.2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq X9 haqq-hesabının ödənilməsi əmr edilmişdir.
14. Attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1993-cü ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 29 ildir. Attestasiya keçirilən zaman Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi olmuşdur. Ümumi 22 sual verilmiş, onlardan 5 suala doğru, 2 suala qismən doğru, 15 sualada isə 15 suala isə cavab verilmişdir. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinin qiymətləndirilməsi lehinə 1, əleyhinə 4 səs olmuşdur.
15. 12.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Abşeron-X4 İdarəsi Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
16. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı orta ixtisas təhsilli, peşəsi isə müəllimədir. ##.##.1995-ci il tarixdə Bül-bül adına * saylı Uşaq İncəsənət Məktəbinə fortepiano ixtisası üzrə işə qəbul edilmişdir. *8.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
17. Sumqayıt şəhər Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinin 13.*3.2*25-ci il tarixli, * nömrəli protokolundan görünür ki, attestasiya komissiyasının nəticəsi olaraq Sumqayıt şəhər Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı vəzifəyə uyğun hesab edilməmişdir.
18. Əmək müqaviləsindən görünür ki, AR Mədəniyyət Nazirliyinin Abşeron-X4 İdarəsinin nümayəndəsi İsmayılov Samir Hilal oğlu və İddiaçı arasında ##.##.1995-ci il tarixində əmək müqaviləsi AR Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır.İşçiyə hər ay 1875 manat məbləğində əmək haqqı ödənilir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2.3. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. a) Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 7*. “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
2*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları:
1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 noyabr 2*11-ci il tarixli, *-* nömrəli qərarı ilə təstiq edilmiş Mədənimaarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası 2ci hissəsində Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri) Əmək funksiyası. Tədris edilən incəsənət növünün müəyyən fəni üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla şagirdlərlə (tələbələrlə) təlim məşğələləri aparır. Tədris prosesində qəbul edilmiş müxtəlif formalardan, üsullardan və metodlardan istifadə edir. Keçdiyi incəsənət növünün fəni üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin (tələbələrin) onları baza səviyyəli tələblər əsasında mənimsənilməsini təmin edir. Tədris etdiyi fənə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlığından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həyata keçirilən metodik iş formaları üzrə fəaliyyət göstərir. Təlim prosesinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür, peşə ixtisasının yüksəldilməsinə səy göstərir. Bilməlidir: uşaqların və gənclərin təhsili, təlim-tərbiyəsi üzrə normativ hüquqi aktları, dövlət proqramlarını; incəsənət növünün tədris etdiyi fənni üzrə təlimin məzmununu, fənnin tədris metodikasını və təşkili formalarını; pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı və məktəb gigiyenasını; tədris otaqlarının texniki vasitələrlə təchiz olunmasına qoyulan tələbləri; əməyin elmi təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.*.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri:
23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş attestasiyanın keçirilməsinə dair videogörüntülərdəki suallar üzrə məlumatlar iş materiallarına əlavə edilmiş 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsində olan məlumatlarla eynilik təşkil etmiş, yalnız iddiaçının fortopianoda ifası attestasiya vərəqəsində qeyd olunmamışdır. Lakin, videogörüntünin 15:53-16:55-ci dəqiqəsində iddiaçının əsəri üzdən ifası zamanı müəyyən olunur ki, iddiaçı əsəri üzdən zəif ifa etməklə yanaşı, komissiya üzvü əl yardımı ilə iddiaçını düzgün ifa etməsinə köməklik göstərir. Təqdim edilmiş attestasiya vərəqəsinə görə isə atesstasiya zamanı 22 sual verilmiş, onlardan 5 suala doğru, 2 suala qismən doğru, 15 suala isə cavab verilməmişdir. İddiaçı, o cümlədən iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş mütəxəssis bəzi suallara cavab veridldiyi təqdirdə atestasiya vərəqində suallara cavabın verilə bilmədiyini qeyd edildiyini iddia etmişlər ki, videogörüntüdən göründüyü kimi iddiaçının iddia etdiyi həmin suallara komissiya üzvlərinin əl jestləri və sözlər vasitəsilə köməkliyi nəticəsində cavab verilməyə çalışılmış, lakin suallara tam cavab verilməmiş, bir sıra hallarda isə komissiya üzvləri düzgün cavabı iddiaçının nəzərinə çatdırmışlar. Məsələn 7-ci sualda komissiya üzvü dominant stepakkordunun tərkibi haqqında sual vermişdir. İddiaçı həmin stepakkordun qurulma yeri, səs və interval tərkibi haqqında suala cavab verməli olduğu halda sualı cavablandırmamış, bundan sorna komissiya üzvü həmin stepaakordun hansı pillədən qurulmasını və hansı intervallardan ibarət olmasını barədə əlavə suallar verməklə cavab almaq istəmiş, iddiaçı yenə də həmin sualı cavablandıra bilməmişdir. Mütəxəssis iddiaçı tərəfindən həmin sualın tam doğru cavablandırmasında dair rəy vermişdir. 9 və 1*-cu sualları demək olar ki, komissiya üzvünün istiqamətləndirməsi və köməkliyi vasitəsi ilə cavablandırmaqdadır. Bundan başqa atesstasyia vərəqində 12 və 14-cü sırada qeyd olunan müsiqi əsərinin ifa templərinə dair dair suallara münasibətdə attestasiya komissiyası tərəfindən iddiaçının suallara cavab verə bilməməsi qeyd edilsə də mütəxəssis iddiaçının 12-ci və 14-cü suallara tam doğru cavab verməsinə dair rəy vermişdir. Hərçənd ki, videogörüntüdən görünür ki, iddiaçıya 12-ci sırada olan orta templərin hansılar olması ilə bağlı sual verilmiş, iddiaçı isə orta templərdən yalnız “andante” tempini qeyd etmiş, digər orta templərin növlərini sadalamamış, komissiya üzvü də “andante”nin yalnız orta temlərdən biri olmasını deməklə, digərlərini də cavablamasını gözləmiş, lakin iddiaçı suala cavab verməmişdir. Ağır temlərdə isə iddiaçı iki temp növünü deməklə, suala cavabı tam cavablamamıdşır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan, mütəxəssisin rəyini işdə olan sübutlarla əlaqəli şəkildə qiymətləndirmədən, həmin rəyi mötəbər hesab etməklə, attestsiya komissiyasının qərəzli olması nəticəsinə gəlməklə, iddianı əsassız olaraq təmin etmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, attestasiya proqramı bir neçə ay əvvəl bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilmişdir. Həmçinin, 27.12.2*24-cü il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi internet səhifəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərin attestasiya proqramı yerləşdirilmişdir. Attestasiya isə Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmiş, 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsinə əsasən işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş, attestasiya komissiyasının iddiaçıya qarşı qərəzli olması, verilmiş cavabların qiymətləndirilməsində pozuntulara yol verməsi müəyyən edilməməkdədir.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.2, 392-393, 4*2-4*3, və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Abşeron-X4 İdarəsi Bülbül adına * saylı Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *8.*1.2*26-cı il tarixli, 2(*6*)-42*2/2*25 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.