Məhkəmə qərarları › İş №2(3-8)-383/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-383/2026

12.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-383/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə və cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının nümayəndəsi Əliyev İntiqam Kamil oğlu, cavabdeh cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə və cavabdeh1 qarşı qərarın və əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması, mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15.12.2*25-ci il tarixli, 2(*6*)-5278/2*2* nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron-X4 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyası haqqında 25.12.2*24-cü il tarixli, *** nömrəli əmrdən görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyanı həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) Atesttasiya Komissiyasının yaradılması və tərkiblərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66cı maddəsində göstərilən işçilər istisna olunmaqla, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin əməkdaşlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2*25-ci ilin fevralın 5-dən iyun ayının 5dək attestasiyadan keçirilmələri əmr edilmişdir.

2. İş üzrə Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin surətindən görünür ki, komissiyanın fəaliyyətinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yoxlamaq üçün attestasiyanı həyata keçirmək, attestasiya nəticələrini nəzərə alaraq, peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlərin istiqamətini və təlim iştirakçılarını müəyyən etmək, attestasiyadan keçmiş işçiləri vəzifədə irəli çəkmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək və qanunvericiliklə nəzərdə tutulan digər məsələlərə dair məktəbin direktoruna tövsiyyələr verməkdir (bənd 2.1). Komissiyanın bu Əsasnamə ilə müəyyən olunmuş əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 3.1.1. Məktəbin hər bir işçisini əməyin xarakterinin və şəraitinin dəyişməsi halları istisna olmaqla 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməsi; 3.1.2. Attestasiyanın aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılması; 3.1.3. İşçilərin potensial və professional imkanlarından istifadə etmək mümkünlüyünü aşkara çıxarmaq, onların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması; 3.1.4. Məktəbin hər bir işçisinin tutduğu vəzifəsinə uyğunluğunu müəyyənləşdirmək, vəzifədə irəli çəkilməsi, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyat bazasının müəyyən edilməsi; 3.1.5. Komissiyanın fəaliyyəti çərçivəsində zəruri məlumatların yayılmasının qarşısının alınması üzrə tədbirlərin görülməsi; 3.1.6. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyətin göstərilməsi.

3. Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbi işçilərinin attestasiya komissiyasının iclasına dair 14.*3.2*25-ci il tarixli, * nömrəli protokoldan görünür ki, X2 da tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.

4. Abşeron-X4 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin *7.*4.2*25ci il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı *7.*4.2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, 12.*2.1972-ci il təvəllüdlü İddiaçı Soltan Hacıbəyov adına Sumqayıt orta ixtisas Musiqi Məktəbinin musiqi nəzəriyyəsi ixtisasını 1991-ci ildə bitirmişdir. Ümumi əmək stajı 32 il 11 aydır. “M.Qlinka haqqında sualına qismən cavab verildi. İvan Susanin operası haqqında sualına düzgün cavab verilmədi. Antanida hansı operanın qəhrəmanıdır sualına düzgün cavab verilmədi. İvan Susanin kimdir və aqibəti necə olur sualına cavab verilmədi. Qüdrətli dəstə bəstəkarları haqqında suala düzgün cavab verilmədi. P.İ.X6 operası haqqında sualına cavab verilmədi. Ü.Hacıbəylinin Koroğlu operasında hansı xorlar var sualına cavab verilmədi. Arşın mal alan operettası haqqında sualına obrazların adını çəkə bilmədi. Mi majorda xasiyyətli intervalların qurulması sualı çətinliklə quruldu. Si minorun qohum tonalları sualına sadəcə 1 cavab verildi. Major boyalı qədim ladlar sualına düzgün cavab vermədi. Sol minorda xromatik qamma pillərinin sadalanması sualını sadalaya bilmədi. Azərbaycan ladları neçə növ tetroxodlara bölünür sualına düzgün cavab verilmədi. Şur ladının quruluşu sualına düzgün cavab verilmədi. Sol diyez-si-re-mi nədir? sualına düzgün cavab verilmədi. Sofecio nömrəsinin oxunmasını düzgün oxuya bilmədi. Musiqi nömrəsinin üzdən ifasını ifa edə bilmədi. 6 musiqi nömrəsindən heç birinə cavab vermədi” kimi qeyd edilmişdir. Attestasiya komissiyası tərəfindən səsvermənin nəticəsi olaraq İddiaçı lehinə “*”, əleyhinə “5” səs verilməklə iş fəaliyyətinə uyğun olmadığı nəticəsinə gəlinmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi məktəbinin Attestasiya Komissiyasının 14.*3.2*25-ci il tarixli qərarının və həmin qərar əsasında işdən çıxarılmağı və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, *1.1*.1991-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul olunmuş və *7.*4.2*25-ci il tarixinə kimi həmin məktəbdə işləmişdir. Bu müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, intizam tənbehi almamış, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində bilik və bacarığını əsirgəməmişdir. Öz sahəsində müxtəlif olan ixtisaslaşmış musiqi tədbirlərində şagirdləri ilə birgə iştirak etmiş, çalışdığı məktəbin müəllimləri üçün musiqi nəzəriyyəsi mövzusunda təlim aparmışdır. 14.*3.2*25-ci il tarixdə Bakı Xoreoqrafiya Məktəbində attestasiya komissiyası tərəfindən attestasiya imtahanında iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Lakin imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə ona məlumat verilmədən, sonradan attestasiya qərarı ilə “uyğunsuz” hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. Hesab edir ki, attestasiya prosesi qanun və qayda ilə təşkil olunmamış, veriləcək suallar əvvəlcədən işçilərə təqdim edilməmiş və onlardan cavablar tələb olunan sahələrlə bağlı suallar yazılı alınmadan və daha sonra onun ixtisasına uyğun olaraq şifahi suallar verilmiş və yekun olaraq 5 nəfər əleyhinə olmaqla barəsində attestasiya vərəqəsi yazaraq məktəbə göndərmişlər. Lakin attestasiya komissiyasının üzvləri illər boyu tədris etdiyi mövzulardan kənara çıxaraq başqa sahələri əhatə edən mövzular üzrə suallar veriblər ki, bütün bunlar onda çaşqınlıq və stress yaradıb. Verdiyi cavablara göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirilməsi bu attestasiyanın müəllimin bilik və bacarığını yoxlamaq üçün deyil, işdən çıxarılma məqsədi güddüyü əminliyi yaradır. Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığı “uyğunsuz” kimi qiymətləndirilmiş və həmin attestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da cavabdehin *7.*4.2*25-ci il tarixli, ** nömrəli əmri ilə ƏM-in 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Attestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən elan edilməli və attestasiyanın başlanmasına 1 ay qalmışdan əmək kollektivinə və attestasiya keçməli olan işçilərin nəzərinə çatdırılmalıdır. İşçilərin attestasiyasının (sərəncamı) ilə attestasiya komissiyasının əmri (sərəncamı) ilə müəssisə rəhbərinin əmri (sərəncamı) ilə təsdiqlənmiş tərkibdə, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektiv və qərəzsizlik nümayiş etdirən şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsinin iştirakı ilə attestasiya komissiyası yaradılmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), peşə funksiyasına və ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan sahələrə dair müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsində aid məsələlərlə əlaqədar suallar verilməli və cavab tələb olunmalıdır. İşçilər testlərdən keçirilməli və nəticə haqqında komissiya üzvləri tərəfindən protokol tərtib olunmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə qəbul edir. Müvafiq qərar iş yerində əmək kollektivi nümayəndələrinin iştirakı ilə elan edilməli, həmin struktur bölmənin rəhbəri tərəfindən attestasiyadan keçən işçinin yerinə yetirdiyi vəzifəyə uyğunluğu qiymətləndirilməlidir. Attestasiya prosesi zamanı işçinin öz vəzifəsinə uyğun olmayan, öz ixtisası ilə və təhsil profili ilə əlaqəsi olmayan suallar verilməsi yolverilməzdir. Attestasiyanın keçirilməsindən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsədi, vəzifəsi və metodlarının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən xüsusi hazırlıq işləri görülməlidir. Bu iş həmçinin struktur bölmələrinin rəhbərləri və ixtisaslaşmış həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə aparılmalıdır. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə birbaşa həyata keçirilir. Attestasiya komissiyası attestasiya keçən işçidən gördüyü işlər haqqında hesabat tələb edir və onun fəaliyyəti əsasında qərar qəbul edir. Attestasiyadan keçən işçi ilə bağlı komissiya müzakirəsi tələblərlə, obyektivlik əsaslarında aparılmalıdır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səsə qoyaraq qəbul edir. Attestasiya iclası iş yerində əmək kollektivi nümayəndələrinin iştirakı ilə həyata keçirilməli və komissiya qərarı haqqında attestasiya keçən işçiyə yazılı şəkildə tanışlıq təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmaması barədə yalnız birini qəbul edir, tutduğu vəzifəyə uyğundur və ya uyğun deyil. Hesab edir ki, attestasiya komissiyası onun hüquqlarını pozub, şəffaf icra edilməli imtahan prosesi stres və psixoloji təzyiq altında aparılmış, qeyri-obyektiv qiymətləndirmə nəticəsində doğru cavablar da yanlış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmayıb. Bütün bunlar da atestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuzluğuna dəlalət edir və kamera görüntülərində də əks olunub. İşdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsaslanaraq aparılıb və rəhbərlik onun üzrə illər həmin müəssisədə qüsursuz əməyinin, nizam-intizam qaydalarına əməl etməyinin və əmək öhdəsinin bacarıqla gəlməyini nəzərə almayıb və işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verib.

8. İddiaçı 12.*9.2*25-ci il tarixli iddia ərizəsinə əlavə və dəyişikliklər barədə ərizəsində iddia tələbinin həcmini artıraraq Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq musiqi məktəbində işçilərin və ya iş yerlərinin attestasiyası məqsədilə yaradılan Attestasiya Komissiyasının təşkili, attestasiyanın keçirilməsi və onun nəticələrinə görə verilən qərarların qanuna uyğun və əsaslı olmadığı barədə qərar qəbul edilməsini, iddiaçının işdən çıxarılması barədə əmrin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olmadığına, Attestasiya Komissiyasının iddiaçının attestasiyası ilə bağlı verdiyi qanuni və ya əsaslı olmayan qərar əsasında çıxarıldığına görə, işdən çıxarılması barədə *7 aprel 2*25-ci il tarixli ** saylı Əmrin qanunsuz olduğu üçün ləğv edilməsi (qüvvədən düşmüş sayılması), onun öz işinə bərpası və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi, qanunsuz işdən çıxarılma nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 2*** manat kompensasiya tutulmasını məhkəmədən xahiş etmişdir.

9. Həmin ərizədə qeyd edilmişdir ki, iddiaçı *1.1*.1991-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsində çalışır. 1991ci ildə Sumqayıt şəhər C.Hacıbəyov adına texnikumu bitirdikdən sonra *1.1*.1991-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq müsiqi məktəbinə təyinat alıb. Həmin məktəbin ilk müəllimi kimi bu təhsil ocağının formalaşmasında, ora şagirdlərin cəlb olunmasında böyük əməyi olub. Məktəbin 5 illik yubiley tədbirində Mədəniyyət Nazirliyinin ilk müəllim kimi mükafatına layiq görülüb. Həmin illərdə ona dərs hissə müdiri, sonrakı illərdə şöbə müdiri vəzifələri təklif olunsa da, imtina edib, məktəbin Nəzəriyyə şöbəsində nəzəri fənlər üzrə müəllim kimi çalışıb. Çox sayda təşəkkürnamələri var. Məktəbdə fasiləsiz işlədiyi 34 il ərzində heç bir nöqsanı olmayıb. Dərs keyfiyyətinin ölçülməsi ilə bağlı yoxlama məqsədilə müxtəlif dövrlərdə hər zaman açıq dərslər olub ki, bu dərslərdə müdiriyyət, şöbə və dərs hissə müdirləri iştirak edib. Şagirdlər açıq dərslərdə də, adi dərslərdə olduğu kimi fəallığı ilə fərqləniblər. Tədrisin keyfiyyətinin dəyərləndirilməsi məqsədilə dərslərə qatılan yoxlayıcılar tərəfindən tədrisin keyfiyyəti hər zaman yüksək qiymətləndirilib, heç zaman mənfi geri-dönüşlər almayıb. Attestasiyaya hazırlıq dövründə müəllimlərin nəzəri biliklərini artırmaq üçün təlimçi kimi cəlb olunub. Bu illərdə pedaqoq kimi aldığı maaş iş yükünə, çəkdiyi zəhmətə adekvat olmayacaq dərəcədə aşağı olub: ən yüksək maaşı 2*24-cu ildə yalnız 1 ay 42* manat civarında olub. Ona qədər ən yüksək əmək haqqı 36* manata qədər olub ki, bu da təxminən 21* dollar edir. İddiaçı məktəbdə müəllim kimi çalışdığı 34 il müddətində əksər digər pedaqoqlar kimi hər hansı ixtisasartırma kursuna, təlim və seminarlara cəlb edilməyib. Cavabdehin *7.*4.2*25-ci il tarixli Əmri (№**) ilə iddiaçı ƏM-in 7*-ci maddəsinin “c” bəndi əsasında tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmrdə işdən çıxarmanın əsası kimi Attestasiya Komissiyasının 14.*3.2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqi və 14.*3.2*25-ci il tarixli, * nömrəli protokolu göstərilir. İddiaçı işdən çıxarılmasının qanuniliyini məhkəmədə mübahisələndirməzdən öncə attestasiya prosesinin və işdən çıxarılmasının qanunuliyinin dəyərləndirilməsi baxımından əhəmiyyəti olan sübutları toplamaq məqsədilə Fikrət Əmirov adına * nömrəli uşaq müsiqi məktəbinə və Mədəniyyət Nazirliyinə rəsmi sorğularla müraciət edib. Həmin qurumlar sənədləri təqdim etməkdən imtina ediblər. Aşağıdakı səbəblərə görə hesab edir ki, iddiaçının tutduqları vəzifələrdən azad edilmələri barədə əmr qanunsuzdur və ləğv edilməli, iddiaçı öz iş yerinə bərpa olunmalıdır. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının təşkili, qərarları qanuna uyğun və əsaslı olmayıb (ƏM 64-cü maddə) ƏM-in 288-ci maddəsi (x bəndi) “işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi”ni fərdi əmək mübahisələrinin predmetinə aid edir. Bu, o anlama gəlir ki, iddia ərizəsində bununla bağlı arqumentlərin və tələblərin olması qanuna tam uyğundur, iddia ərizəsində qoyulan digər tələblərlə bağlılığı olmaması əsası ilə yolverilməz sayıla bilməz. Aşağıda Əmək Məcəlləsinin 288-ci maddəsinin və onunla əlaqəli digər normaların pozuntusu ilə bağlı mülahizələrini məhkəmənin diqqətinə təqdim etmişdir. Əmək Məcəlləsinin 64-cü maddəsində qeyd edilir ki, iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsinə əsasən 1. bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir, 2. işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır, 3. iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Əmək Məcəlləsinin 64-cü maddəsinin pozuntusu aşağıdakılarda ifadə olunub: a) attestasiyanın keçirilməsi forması qanunda nəzərdə tutulan məqsəddən kənara çıxıb Əmək Məcəlləsinin 64cü maddəsinin 2-ci bəndinin məzmunundan göründüyü kimi “iş yerlərinin attestasiyasının keçirilməsinin məqsədi” kimi aşağıdakılar göstərilir: iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən edilməsi və yaxşılaşdırılması; habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi. İşçilərin attestasiyası adı altında keçirilən tədbirlərin Qanunun bu normasının tələblərinə cavab verdiyini söyləmək çətindir. Görünən odur ki, attestasiyanın məqsədi müəllimlərin kütləvi ixtisarı olub. Attestasiya komissiyasının təşkilində qanunvericiliyin tələblərinə riayət olunmayıb Əmək Məcəlləsinin 64-cü maddənin 2-ci bəndi həmçinin “iş yerlərinin attestasiyası komissiyası” aşağıdakılardan ibraət tərkibdə yaradılmalıdır: həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən. Qanunun bu tələbinə riayət edildiyi nə attestasiyanın keçirilməsi ilə bağlı sənədlərdən, nə də məsul qurumların rəsmi məlumatlarından bəlli olur. Əmək Məcəlləsinin 64cü maddənin 3-cü bəndi müəyyən edir ki, “iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir”. Anlaşılan odur ki, attestasiyasının keçirilmə qaydalarını tənzimləyən əsas normativ hüquqi akt Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23.*5.2**1-ci il tarixli Qərarıdır. Lakin həmin aktda attestasiyanın keçirilməsi ilə ilə bağlı açıq qalan çox sayda suallar var. Məsələn: attestasiyanın 3* dəqiqə olması, onun hansı formada şifahi müsahibə, yoxsa test üsulu qaydasında keçirilməsli olması, sualların dairəsi və s. kimi nəticələrə təsir edə bilən məsələlər Qaydalarda tənzimlənməyib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin attestasiya ilə bağlı hazırladığı bir sıra sənədlərin adları çəkilir ki, orada təhsilalanların hansı mövzular üzrə sorğu-suala çəkilməli olduğu əks olunub. Həmin sənədlər aşağıdakılardır: cavabdeh1 tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin Fortepiano ixtisası üzrə təhsilverənlərin attestasiya proqramı, cavabdeh1 tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin Musiqi nəzəriyyəsi üzrə təhsilverənlərin attestasiyası proqramı, cavabdeh1 sistemindəki incəsənət məktəb və mərkəzlərinin Xoreoqrafiya sənəti üzrə təhsilverənlərin attestasiya proqramı, cavabdeh1 sistemindəki incəsənət və rəssamlıq məktəb və mərkəzlərinin Təsviri sənət üzrə təhsilverənlərin attestasiya proqramı və cavabdeh1 sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin Xalq çalğı alətləri dirijorluğu üzrə təhsilverənlərin attestasiya proqramı. Bu aktların attestasiyanın keçirilməsi ilə bağlı tənzimləyici sənəd kimi qəbul edilməsi yalnız onların Ədliyyə Nazirliyində normativ xarakterli hüquqi akt kimi qeydiyyatdan keçirildikdən sonra mümkün sayıla bilər. Lakin bununla bağlı məlumatları tapmaq mümkün olmadı. Həmin sənədlər müvafiq qaydada qeydiyyatdan keçirilərək normativ hüquqi qüvvə almadan onların əsasında attestasiyanın keçirilməsinin qanuniliyi mübahisəlidir. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi ilə bağlı qanunun tələbləri pozulub. İşçilərin attestasiya yolu ilə kütləvi şəkildə azad edilmələrinə qanunvericilik yol vermədiyi halda, ixtisarlar kütəvi xarakter alıb. İddiaçının işdən azad edilməsi Əmək Məcəlləsinin 67-ci maddəsinin tələblərinin pozuntusu ilə həyata keçirilib. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsinə dair Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən 1. attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinin məzmunundan göründüyü kimi, qanun açıq şəkildə bəyan edir ki, “iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir”. Qanunun bu tələbinin pozuntusu göz qabağındadır. Belə ki, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq musiqi məktəbində təkcə ilk mərhələdə Fortepiana və Musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyaya cəlb olunandan 3*-dan çox pedaqoqla əmək müqavilələrinə xitam verilib ki, bunun əsası kimi attestasiyanın nəticələri göstərilib. Bu qədər müəllimin eyni vaxtda işdən çıxarılması “kütləvi ixtisar” anlamına gəlir ki, bu da qanunun tələbinin pozuntusu sayılmalıdır. Həmçinin ölkə üzrə işdən çıxarılanların sayı da ixtisarların kütləvi olduğunu deməyə əsas verir. Belə ki, Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumatdan bəlli olur ki: “2*25-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak etmişdir ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 65* nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərmişdir... 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Onlardan 1*7 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilmişdir. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Eyni zamanda, attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcəkdir...” Göründüyü kimi Mədəniyyət Nazirliyinin yaydığı məlumat da Əmək Məcəlləsinin 67-ci maddənin 3-cü bəndinin pozuntusu faktını təsdiqləyir. Onu da vurğulayaq ki, “kütləvi ixtisar” məsələsi ictimai müzakirəyə çıxarıldıqdan və məhkəmə iddialarında yer almağa başlayandan sonra Mədəniyyət Nazirliyinin rəsmi saytında bu mövzuda gedən məlumatlarda işdən çıxarılan müəllimlərin sayı daha göstərilmir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanıb işçilərin işdən çıxarılmasını həm qanunvericilik qadağan edir, həm də bu kurikulum üzərində qurulan təhsil siyasətinə ziddir. Əmək Məcəlləsinin 67-ci maddənin 4-cü bəndində isə birmənalı qeyd edilmişdir ki, iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Əvvəla, mübahisələndirilən əmrdə iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasının yeganə əsası kimi Attestasiya Komissiyasının qərarı göstərilir. Bu fakt həmin əmrləri avtomatik olaraq qüvvədən salır. İkincisi uzun illər (3* ilə yaxın və daha çox) müəllim kimi fəaliyyət göstərən şəxslərin 3* dəqiqə ərzində verilən bir neçə sualla öz işinə yarayıb-yaramadığını müəyyən etmək təhsilin kurikulum əsasında qurulması prinsiplərinə də ziddir. Mütərəqqi təhsil sistemində müəllimlərin bilik və bacarıqlarının qiymətini hansısa təhsil məmurları və ya az aidiyyatı olan və heç aidiyyatı olmayan şəxslər yox, onların dərs verdikləri şəxslər verir. İşinə yararsız sayılan iddiaçının məktəbdə işlədiyi dövrdə dərslərinin keyfiyyəti ilə bağlı nəinki məktəb müdiriyyətindən, təhsilalanlardan və onların valideynlərindən də hər hansı narazılıq olmayıb, əksinə, o, ən sevilən, hörmət edilən pedaqoqlardan sayılıb. Üçüncü məktəbdə çalışdığı 34 illik müddət ərzində İddiaçı heç biri ixtisasartırma və digər peşə inkişafı proqramlarına (təlimlər və s.) cəlb edilməyib. Dördüncü müəllimlər aldıqları əmək haqqı onların təhsilə sərf etdikləri vaxtın və enerjiyə adekvat olmayacaq və onların normal həyatlarını təmin etməyə, öz üzərlərində işləməyə imkan verməyəcək qədər aşağı olub. Beşinci isə müəllimlərin işlədikləri məktəbin şəraiti, kitabxanası, maddi-texniki təchizat səviyyəsi aşağı səviyyədə olub. Müəllimlər çox hallarda dərs üçün vacib olan zərurui avadanlıqları öz pulları hesabına alıblar. Attestasiya prosesinin qanuna uyğun olaraq rəsmiləşdirilməməsi və attestasiyanın yekunu olaraq qəbul olunan qərarın əsaslandırılmaması qanun pozuntusudur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23.*5.2**1-ci il tarixli Qərarının 2.6-cı bəndində göstərilir ki, Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Həmin Qərarın 2.7-ci bəndində qeyd edilmişdir ki, attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. Həmçinin yuxarıda qeyd olunan X7 vərərqəsinin forması təqdim edilir. Həmin formaya əsasən Attestasiya komissiyasının üzvləri aşağıdakı qrafalarda göstərilən sualları da cavablandırmalıdırlar: 1. soyadı, adı, atasının adı,

2. doğulduğu il, 3. təhsili və ixtisasının artırılması barədə məlumat (haranı və nə vaxt bitirmişdir, təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı, ixtisasını harada və nə vaxt artırmışdır), 4. attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi, təsdiq edildiyi) vaxt, 5. ümumi əmək stajı (o cümlədən çalışdığı təşkilatda əmək stajı),

6. əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi, 7. attestasiyadan keçən şəxsə verilən suallar və cavablar, 8. attestasiya komissiyası üzvlərinin rəy və təklifləri, 9. attestasiyadan keçən işçinin rəy və təklifləri, 1*. səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi, səslərin miqdarı: lehinə və əleyhinə, 11. attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə). Attestasiya komissiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Belə ki, attestasiya komissiyasının iddiaçıya təqdim etdiyi Attestasiya vərəqəsinin 8, 9, 11-ci qrafaları ümumiyyətlə doldurulmayıb. Attestasiya vərərəqəsinin 7-ci qrafasında yazılanlar isə Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli Qərarının 2.7-ci maddəsinin aşağıdakı tələblərinə ziddir. Belə ki, həmin Qərarın 2.7-ci bəndində göstərilir ki, attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır”. Göründüyü kimi Qərarda “attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu” əks olunmalıdır. Əvvəla attestasiya vərəqəsində iddiaçılara verilən suallar çox qısa və aydın olmayan mətnlə yazılıb. Məsələn: “M.Qlinka haqqında”, “İvan Susanin haqqında”, “Qüdrətli dəstə bəstəkarları haqqında”, “Yevgeni Onegin haqqında” və s. Attestasiya edilən şəxslərin cavablarının attestasiya vərəqəsində qısa məzmunu verilməli olduğu halda isə “qismən cavab verildi”, “düzgün cavab vermədi”, “sadəcə bir cavab verildi” və s. kimi yayğın ifadələrdən istifadə olunub. Həmçinin sualların kimlər tərəfindən verildiyi də qeyd olunmayıb. Nəzərə alınsa ki, komissiya üzvləri müxtəlif sahələrin nümayəndələrindən təyin olunmalı idilər, müxtəlif peşə sahibləri olduğu güman edilən həmin şəxslərin hansı sualları verdiklərini bilmək və qiymətləndirmək üçün bu önəmli faktdır. İkinci attestasiya kimi ciddi bir prosesdə imtahana cəmi 3* dəqiqə vaxt ayrılması, haradan gəldi sualların verilməsi, suallara hazırlaşmaq üçün vaxt verilməməsi, imtahan həyəcanı kimi amillərin nəzərə alınmaması bütövlükdə prosesin ədalətliliyini şübhə altına qoyur. Qanun yalnız sertifikatlaşdırmadan təkrar keçməyən işçilərin Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndi ilə işdən çıxarılmasına yol verdiyi halda iddiaçıya münasibətdə bu tələb pozulub. Həmin Məcəllənin 67-2-ci maddəsinin 4cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi, qanun yalnız “sertifikatlaşdırmadan təkrar keçməyən” işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas sayır. Bu işdə iddiaçı təkrar sertifikatlaşdırmadan keçmədən yuxarıda qeyd olunan maddə ilə işdən çıxarılıb ki, bu da kobud qanun pozuntusu sayıla bilər. İddiaçının əmək müqavilələrinə xitam verilməsinin sənədləşdirilməsi qaydası və əmrlərin məzmunu ilə bağlı qanunvericiliyin tələbləri pozulub. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən 1-ci bəndinə əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə görə elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin maddənin 4cü bəndinə görə isə əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilməsi barədə qanunun tələbi pozulub. İddiaçını Əmək Məcəlləsinin ən ağır maddəsi ilə işdən çıxaran cavabdeh qanunvericiliyin tələbinə zidd olaraq bu qərarını əsaslandırmayıb, yalnız Attestasiya Komissiyasının qərarına istinad edib. Nəticədə Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinin tələbləri pozulub. İddiaçı uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, bu müddətdə işinə, peşəkarlığına, etik davranışlarına və s. nə məktəb müdiriyyəti, nə təhsilalanlar, nə də onların valideynləri tərəfindən hər hansı irad olmayıb, əksinə, onun işi təqdir olunub, təşəkkürnamələrlə fərqləndirilib. Bunları nəzərə almadan, heç bir əsaslandırma olmadan, yalnız Attestasiya Komissiyasının qərarını əsas götürüb onun işdən çıxarılması ədalətsiz yanaşmadır. İddiaçılara istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməyib. Bununla da cavabdeh həmçinin 83-cü maddəsinin 4-cü bəndinin tələblərini də pozub. Belə ki, iddiaçıya qanunvericiliyin tələbinə zidd olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməyib. İddiaçının işdən azad edilməsi barədə əmrinin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyil. Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu ilə bağlı aşağıdakı tələbləri müəyyən edir. Maddədə qeyd edilmişdir ki, 1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İddiaçının işdən azad edilməsi barədə əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsi ilə yanaşı, həm də 67, 67-2-ci maddələrinin tələblərinə də ziddir. Əmrlər həm də bu səbəbdən etibarsızdır. İşə bərpa ilə bağlı işlərdə qanun iddiaçılara işə bərpa və məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi tələbini irəli sürməklə yanaşı, həm də mənəvi ziyana görə kompensasiya istəmək haqqını verib. Belə ki, işçiyə vurulan mənəvi ziyanla bağlı normalar Əmək Məcəlləsinin bir neçə maddəsində yer almışdır. Əmək Məcəlləsinin 288-ci maddə görə fərdi əmək mübahisələrinin predmeti bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: ...h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması;... Həmin Məcəllənin 3**-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrinin 1-ci bəndinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər…. Həmin maddənin qeyd hissəsində yazılmışdır ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İddiaçının qanuniliyi ciddi şübhələr doğuran attestasiya prosesi və onun əsasında Əmək Məcəlləsinin ağır maddəsi ilə işdən azad edilməsi, sevdiyi peşədən ayrı düşməsi onda ciddi mənəvi iztirablara səbəb olub. Ailədə yeganə işləyən və gəlir mənbəyi olan şəxs kimi iddiaçının bu gəlirdən məhrum edilməsi səhhətində ciddi problemləri olan və müntəzəm həkim müayinəsinə və müalicəyə ehtiyacı olan iddiaçını ağır duruma salmaqla onun mənəvi sarsıntılarını daha da gücləndirib. Qanun bütün bunlara görə iddiaçının onun bu duruma salınmasının səbəbkarı olan cavabdeh qurum(lar)a qarşı mənəvi ziyanla bağlı tələb irəli sürmək haqqını tanıyır. Bu hüququndan yararlanaraq, onun məhkəmə qarşısında bu tələbi irəli sürməsi tamamilə qanunidir.

10. 19.*9.2*25-ci il tarixli məhkəmə iclasında cavabdeh1 iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin 15.12.2*25-ci il tarixli, 2(*6*)-5278/2*2* nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yol verdiyi pozuntularla bağlı iddia tərəfinin mülahizələrində qeyd edilmişdir ki, attestasiya zamanı komissiya üzvlərinin ona qərəzli münasibət göstərməsi ilə bağlı guya iddia ərizəsində iddiaçının dəlillər irəli sürməsi ilə bağlı qətnamədə yazılanlarla bağlı qeyd etmişdir ki, hakim faktları təhrif edir, yalan yazır. Nə iddiaçı, nə onun nümayəndəsi nə iddia ərizəsində, nə məhkəməyə təqdim etdikləri digər sənədlərdə, həmçinin məhkəmə iclasları zamanı “attestasiya zamanı iddiaçıya qarşı qərəzəli münasibət göstərilməsi ilə bağlı” heç nə nə yazıblar, nə də deyiblər. Nə iddia ərizəsində, nə də məhkəmə prosesində, nə də başqa yerdə yazılmayıb və deyilməyib ki, iddiaçı suallara doğru cavab verdiyi halda komissiya üzvləri ona aşağı qiymət verib, iddiaçı imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalıb, verdiyi cavablara aqressiv reaksiya göstərilib, ona qarşı ayrı-seçkilik nümayiş etdirilib. Qətnamədə yazılanların əksi olaraq, iddiaçı hər zaman və hər yerdə deyib ki, komissiya üzvləri ona hörmətlə yanaşıblar, onlardan narazılığı yoxdur, sadəcə təzyiqi çox yüksək olduğu üçün özündə olmayıb. Belə ki, həmin gün iddiaçının yüksək təzyiqi olduğu üçün (o, təzyiqdən əziyyət çəkir) özünü pis hiss edib, şəxsiyyətini təsdiqləyən sənədi pasportunu yadından çıxarıb evdə qoyub, tələm-tələsik sənədi götürüb geri qayıdanda Saray postunun yanında onu az qala maşın vurub. Bütün bunlar və attestasiyaya gecikəcəyindən narahatlıq keçirdiyi üçün təzyiqi daha da qalxıb. Odur ki, attestasiya zamanı özündə olmayıb, attestasiya komissiyasının üzvləri bunu görüblər və onu sakitləşdirməyə çalışıb, su təklif ediblər. İddiaçının həmin gün yüksək təzyiq altında olduğunu *7.*4.2*25-ci il tarixli həkim arayışı da təsdiq edir. Birinci instansiya məhkəməsinin hakimi iddia tərəfinə izahat üçün imkan vermədiyinə görə bu sənədi məhkəməyə təqdim etməyə imkan olmamışdır. Hakimin qərarında yazdıqlarının əksi olaraq, iddia tərəfi attestasiya komissiyasının üzvlərinin qərəzli olmasını yox, həmin komissiyanın təşkilinin, attestasiya prosesinin özünün qanunsuz olduğunu, həmçinin iddiaçının attestasiya zamanı verilən suallara yüksək səviyyəli cavablar verdiyini yox, attestasiyada müəllimlərə verilən sualların dairəsi, qiymətləndirmə forması, səsvermə proseduru və şikayət qaydasının heç bir normativ sənəddə tənzimlənmədiyi halda, attestasiyanın qanunsuz olduğunu bildirir və qanun sayıla biləcək heç bir akta əsaslanmadan, attestasiya kimi ciddi bir prosesə cəmi 3* dəqiqə vaxt ayrılması, ekspront və haradan gəldi sualların verilməsi, suallara hazırlaşmaq üçün vaxt verilməməsi, imtahan həyəcanı kimi amillərin nəzərə alınmaması, attestasiyanın nəticəsindən şikayət verilməsinin tənzimlənməməsi, bütün bu prosesin subyektiv mülahizələrin öhdəsinə buraxılması bütövlükdə prosesin ədalətliliyini şübhə altına qoyur. Bu baxımdan, qərəzli olan attestasiya komissiyasının üzvləri yox, birinci instansiya məhkəməsinin hakimidir. İddia ərizəsində iddiaçının doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirildiyi barədə qətnamədə yazılanlarla bağlı qeyd edilmişdir ki, hakim yenə də qərəzli şəkildə faktları təhrif edir, yalan yazır. Nə iddia ərizəsində (nə də başqa bir yerdə) iddiaçının doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirildiyi yazmayıb və məhkəmədə də bu məzmunda izahat verilməyib. İddia ərizəsində Nazirlər Komitəsinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2**1-ci il tarixli Qərarına riayət olunmadığı vurğulanıb. Belə ki, həmin Qərarın 2.6-ci bəndinə ənsasən Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur.” X3 attestasiya vərəqəsinin forması təqdim edilir. Bu işdə attestasiya vərəqəsinin məzmunu Nazirlər Komitəsinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23.*5.2**1-ci il tarixli Qərarına uyğun tərtib olunmayıb. Belə ki:

1. Attestasiya vərəqəsinin 8, 9, 11-ci qrafaları ümumiyyətlə doldurulmayıb; 2. Attestasiya vərərəqəsinin 7-ci qrafasında attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu yazılmayıb və bir nüsxəsi tərtib olunan attestasiya vərəqəsinə yazılmayıb (əlavə olunmayıb); səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanmayıb; 3. Qərarda attestasiya vərəqəsində attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmununun əks olunması tələbi olduğu halda, suallar çox qısa və aydın olmayan mətnlə yazılıb (məsələn, “M.Qlinka haqqında”, “İvan Susanin haqqında”, “Qüdrətli dəstə bəstəkarları haqqında”, “Yevgeni Onegin haqqında” və s.); attestasiya edilən şəxslərin cavablarının attestasiya vərəqəsində qısa məzmunu verilməli olduğu halda isə, “qismən cavab verildi”, “düzgün cavab vermədi”, “sadəcə bir cavab verildi” və s. kimi yayğın ifadələrdən istifadə olunub. 4. Həmçinin attestasiya vərəqəsində sualların kimlər tərəfindən verildiyi də qeyd olunmayıb. Nəzərə alınsa ki, komissiya üzvləri müxtəlif sahələrin nümayəndələrindən təyin olunmalı idilər, müxtəlif peşə sahibləri olduğu güman edilən həmin şəxslərin hansı sualları verdiklərini bilmək və qiymətləndirmək üçün bu, önəmli faktdır. Hakim iddia tərəfinin bu pozuntularla bağlı təqdim etdiyi dəlilləri, sübutları araşdırmadan, tərəflərin izahatlarını dinləmədən, qarşı tərəfdən bu dəlillərlə bağlı nə şifahi, nə yazılı etiraz daxil olmadan, onlara qətnamədə qiymət vermədən bu hissədə də tələbi əsassız sayaraq rədd edib. Əmək müqaviləsinə xitam verilməsinin (tətbiq olunan maddə, sənədləşdirilmə, əmrin məzmunu) qanuna uyğunsuzluğu iddiaları barədə qətnamədə yazılanlarla bağlı qeyd edilmişdir ki, hakim iddia ərizəsində yazılanların əsassızlığının sübutu kimi, hər hansı qanun normasına, məhkəmə aktlarına, faktlara istinad etmir. Əksər digər məsələlər kimi bu məsələ də məhkəmə baxının araşdırma predmeti olmadığı üçün hakimin gəldiyi bu nəticə qanuni sayıla bilməz. Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi, qanun yalnız “sertifikatlaşdırmadan təkrar keçməyən” işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas sayır. Bu işdə iddiaçı təkrar sertifikatlaşdırmadan keçmədən yuxarıda qeyd olunan maddə ilə işdən çıxarılıb ki, bu da kobud qanun pozuntusu sayıla bilər. Hakim isə qətnamədə bu arqumentlə bağlı münasibətini bildirməmişdir. Sənədləşdirilmə və əmrin məzmunu ilə bağlı qeyd edilmişdir ki, iddiaçını Əmək Məcəlləsinin ən ağır maddəsi ilə işdən çıxaran məktəb qanunvericiliyin tələbinə zidd olaraq bu qərarını da əsaslandırmayıb, yalnız Attestasiya Komissiyasının qərarına istinad etmişdir. Nəticədə Əmək Məcəlləsinin 83-cü maddənin 1-ci bəndinin tələblərini pozmuşdur. İddiaçı uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, bu müddətdə işinə, peşəkarlığına, etik davranışlarına və s. Nə məktəb müdiriyyəti, nə təhsilalanlar, nə də onların valideynləri tərəfindən hər hansı irad olmayıb, əksinə, onun işi təqdir olunub, təşəkkürnamələrlə fərqləndirilib. Bunlar nəzərə alınmadan, heç bir əsaslandırma olmadan, yalnız Attestasiya Komissiyasının qərarını əsas götürüb onun işdən çıxarılması qanun pozuntusudur. İddiaçının işdən azad edilmələri barədə əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsi ilə yanaşı, həm də 67, 67-2-ci maddələrinin tələblərinə ziddir. Əmr həm də bu səbəbdən etibarsızdır. Qətnamədə bu pozuntu ilə bağlı iddia da qiymətdən kənarda qalıb. Hakim Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinin tələblərinə zidd olaraq iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzini də ödəməkdən imtina edib, əsas kimi də onun işdən çıxarılmasının qanuni olduğu göstərib. Hakim anlamır ki, bu pul işdən çıxarılmanın qanuni və ya qanunsuz olmasından asılı olmayaraq şəxsə ödənilməlidir. Hakimin iddianı rədd etmək üçün irəli sürdüyüy dəlillər nə faktlara söykənir, nə sübutlara, nə də qanun normalarına. Hakim ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozub. Belə ki, hakim iddia tərəfinin hakimin qərəzli şəkildə prosesdə çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə imkan verməməsi ilə bağlı onun hərəkətlərinə etirazına onu zaldan çıxaracağı, cərimələyəcəyi hədələri ilə cavab verib, iddiaçının tələb etdiyi sənədləri və digər sübutları məhkəməyə verməkdən imtina edən Mədəniyyət Nazirliyindən həmin sübutları tələb etmək adı ilə, hər dəfə məhkəmə iclaslarını təxirə salmaqla işə baxılmasını yubadıb, iddiaçının işin mühüm hallarının araşdırılması üçün önəmi olan faktiki bütün vəsatətlərinin rədd edildiyi dörd mənasız və nəticəsiz hazırlıq iclasından sonra ikinci ayın son günlərində işə mahiyyət üzrə baxıldığı və qanunun tələblərinin kobud şəkildə pozulması və iddia tərəfinin iştirakı olmadan keçirdiyi iclasda hakim nazirliyin təqdim etdiyi yeganə sübuta, yəni iddiaçının attestasiyası ilə bağlı diskə baxış keçirməklə bütün iddia tələblərini rədd edib və yekun məhkəmə aktında qanunun tələb etdiyi kimi, “yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə” əsaslandırmalı olduğu halda, qulluq mövqeyindən sui-istifadə edərək, faktlar və sübutlar əsasında yox, ehtimallar üzərində qurulan nəticələr çıxarıb. Hakim cavabdehin nümayəndəsinin attestasiya prosesini məktəbin deyil, nazirliyin keçirməsi barədə izahatlarını absurd arqumentlərlə sübut kimi tanımaqdan imtina edib. Hakimin hansı araşdırmanın (izahatların, şahid ifadələrinin, yazılı sübutların və s.) nəticəsində “attestasiyanın nazirliyin keçirmədiyi” qənaətinə gəldiyi barədə heç nə yazılmır, iddia tərəfinin, həmçinin məktəbin hər iki nümayəndəsinin (onlardan biri həm də məktəbin direktorudur) attestasiyanın nazirlik tərəfindən keçirildiyini və məktəbin bu prosesdə formal iştirakı barədə dediklərinin hansı sübutlarla təkzib olunduğuna aydınlıq gətirilmir. Hakim bu məsələlərin üzərindən ona görə yan keçir ki, nə qanunun tələbinə uyğun olaraq proses, nə də araşdırma aparıb. İddia tərəfinin dövlət qurumlarında olan və iddiaçıya verməkdən imtina edən sübutların məhkəmə qaydasında tələb edilərək araşdırılmasına yönəlik bütün cəhdlərinin qarşısını iclas qaydalarını pozma kimi qələmə verməklə, zala nəzarətçi çağırmaqla və nümayəndəyə hədə-qorxu gəlməklə alıb. Heç bir əsas olmadığı və məhkəmə araşdırmasına vaxt qalmasın deyə təkrar-təkrar hazırlıq iclasları təyin edib, hazırlıq iclasında qanunla həll edilməli məsələlərin müzakirəsinə imkan verməyib, sonda da bir məhkəmə baxışı iclası təyin edib orada bir diskə baxaraq bunun adını “məhkəmə araşdırması” qoyub prosesi yekunlaşdırıb. Hakim attestasiyanın məktəbin yox, nazirliyin həyata keçirməsi ilə bağlı işdə olan iddia tərəfinin təqdim etdiyi sübutların nazirliyin rəsmilərinin iddiaçının sorğu və müraciətlərinə cavab olaraq bu faktı təsdiqləyən məktublarına, nazirliyin rəsmi saytında yerləşən məlumatlara, nazirliyin rəsmilərinin mediaya verdiyi müsahibələrə, açıqlamalarına və digər sübutların heç birini nə araşdırılmasına imkan verib, nə də yekun məhkəmə aktında onlara istinad edib, qiymət verib. Hakimin qətnamədə yazdıqlarının əksi olaraq, nazirlik iddiaçının və məhkəmənin sorğusuna verdiyi cavablarda, eyni zamanda, ictimaiyyət üçün açıqlamalarında bu qurumun nəinki attestasiyanın təşkili və keçirilməsində iştirakını inkar etməyib, əksinə, onun iştirakı, nəzarəti və hazırladığı proqram və tənzimləyici sənədlər əsasında şəffaf keçirildiyini iddia edib. Hakim yekun məhkəmə qərarında məktəbin direktoru və məhkəmədə nümayəndəsi olan şəxsin, yəni nümayəndə3 attestasiyanı məktəbin yox, nazirliyin keçirməsi barədə izahatlarını sübut kimi qəbul etmədiyini onunla izah edir ki, o, həmin dövrdə məktəbin direktoru olmadığı üçün bu proseslərdən məlumatsız olub. Hakimin bu yazdıqları əsassız olmaqla yanaşı, həm də onun prosesdə yol verdiyi çoxsaylı qanun pozuntularını bilərəkdən etdiyinin təsdiqidir. Belə ki, iddia tərəfinin attestasiyanın keçirilməsinə məsul olan qurumların, attestasiyanı keçirən komissiya üzvlərinin, həmçinin həmin dövrdə məktəb direktoru olmuş şəxsin məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsi barədə təkrar-təkrar verdiyi vəsatətləri hakim heç bir əsaslandırma olmadan hər dəfə rədd edib. Hakim həmin şəxslərin dəvət edilib dindirilməsinə ona görə imkan verməyib ki, bu, iddia tərəfinin və həmçinin məktəbin məhkəmədə nümayəndə olan yeni direktorunun (nümayəndə3) və ondan qabaqkı nümayəndəsinin attestasiyanı məktəbin yox, nazirliyin aparması barədə dediklərini həqiqət olduğunu üzə çıxaracaqdı. Hakim iddia tərəfinin nazirliyin ona verməkdən imtina etdiyi sənədlərin və digər sübutların nazirlikdən tələb edilməsi adı altında prosesi qanunsuz olaraq bir neçə dəfə təxirə salmaqla, işi bilərəkdən yubadıb. Nazirlik həmin sənədləri verməkdən imtina etdikdə, iddia tərəfinin etirazına cavab olaraq “məhkəmə nazirliyi zorla sübutları təqdim etməyə məcbur edə bilməz” kimi arqumentlə cavabdehin hərəkətinə bəraət qazandırıb. Hakimin bir tərəfin nazirliyin işin həlli üçün önəmi olan sübutları təqdim etməkdən imtinasına qərəzli olaraq bəraət qazandırması və qətnamədə həmin sübutları məhkəməyə təqdim etməməkdə iddiaçını təqsirləndirməsi bir pozuntudursa, başqa bir pozuntu, bu faktı iddianın rədd edilməsi üçün əsaslardan biri kimi təqdim etməsidir. Halbuki əksinə olmalı idi, çünki qanun bunu tələb edir. Cavabdehlər iddiaçının tələblərini əsaslandırdığı faktları cavabdehlərin etiraf etməsinə baxmayaraq, hakim bu faktları iddiaçının sübut etmədiyi əsası ilə iddianı rədd edib. Məktəbin nümayəndələri attestasiya prosesinin məktəb tərəfindən yox, nazirlik tərəfindən təşkil və keçirildiyi barədə iddia ərizəsində yazılanları dəfələrlə etiraf etsə də, hakim qətnamədə attestasiyanın qanunsuz keçirilməsini iddia tərəfinin sübut edə bilmədiyini yazır. Həmçinin nazirliyin nümayəndəsinin iddia tərəfinin sorğularına cavabının məzmunundan (həmçinin həmin qurumun açıqlamalarından, rəsmilərinin mediaya müsahibələrindən və s.) attestasiyanın məhz nazirliyin keçirdiyi aydın görünsə də, hakim bu etirafları da qəbul etməyib. Hakim məhkəmə sənədlərinin əksəriyyətini tərəfə rəsmi qaydada təqdim etməyib. Bütün məhkəmə sənədlərini elektron kabinetində yerləşdirməyib (və ya vaxtında yerləşdirməyib), həmçinin iddiaçını bu barədə elektron qaydada məlumatlandırmayıb. Hazırlıq iclasında iddiaçının nümayəndəsi həmin tələblərə nəyə görə riayət etmədiyini soruşanda sədrlik edən nümayəndəyə xəbərdarlıq edib ki, iclas qaydalarını pozduğuna görə onu iclas zalından çıxara və ya cərimələyə bilər. Hakim prosesin çəkişmə prinsipi aparılmasına imkan verməyib, işin düzgün və vaxtında həllinə yönələn hərəkətləri etməkdən qərəzli şəkildə imtina edib. Hakim heç bir əsas olmadığı halda məhkəmənin dörd hazırlıq iclasını təyin edib, hər dəfə əsassız olaraq onları təxirə salıb, iclaslar arasında məsafəni, iddia tərəfinin etirazlarına məhəl qoymadan, uzun müddətə (2* gündən çox) müəyyən edib, hazırlıq iclaslarında işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri nə özü edib, nə də iddia tərəfinin bu yöndə cəhdlərinin qarşısını alıb, çəkişmə prinsipinin təmin olunmasına imkan verməyib, hazırlıq iclaslarında iddiaçının nümayəndəsinin işin həlli üçün önəmi olan sübutların qanuni vasitələrlə əldə etmək cəhdlərinin qarşısını qanunsuz vasitələrlə qarşısını alan hakim onun qanuna zidd hərəkətlərinə nümayəndənin etiraz etdiyinə görə iclas zalına iki dəfə məhkəmə nəzarətçisini çağırtdırıb, hazırlıq iclasları zamanı iddiaçının nümayəndəsini dəfələrlə zaldan çıxarmaqla, ona cərimə təyin edəcəyi ilə hədələməklə ona prosessual hüquqlarını həyata keçirməyə imkan verməyib və sairə. İddiaçının prosessual hüquqlarını kobud şəkildə pozmasına nümayəndənin etirazlarına hakim imkan verməyib, hər dəfə bu cəhdinə görə ona sədrlik edənin işlərinə qarışdığı üçün xəbərdarlıq edib. Mülki Prosessual Məcəllənin 174.2-ci maddəsinə əsasən proses iştirakçılarına sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır, sədrlik edən öz hərəkətləri ilə bağlı şərhlər verir. Bu işdə sədrlik edən onun hərəkətlərinə etiraz edilməsi cəhdlərini məhkəmə iclasında qaydanı pozmaq kimi təqdim edib, buna imkan verməyib və məhkəmə nəzarətçilərini zala dəvət edib. İddiaçının prosessual hüquqlarını kobud şəkildə pozmasına nümayəndənin etirazlarına cavab olaraq hakim iki dəfə məhkəmə nəzarətçisini iclas zalına çağırtdırıb. İddiaçının nümayəndəsi məhkəmə iclasına vaxtında gəldiyi, məhkəmə iclasında qaydanı pozmadığı halda hakim ona bir neçə dəfə xəbərdarlıq edib. Xəbərdarlığın səbəbi kimi, nümayəndənin sədrlik edənin göstərişlərinə tabe olmaması, etik qaydalara riayət etməməsi, iclas qaydalarını pozması göstərilsə də, əsas səbəb nümayəndənin hakimin prosesi qanunun norma və tələblərinə əsasən yox, kefi istədiyi kimi idarə etməsinə imkan verməməsi, özbaşınalığına etiraz etməsi olub. Hakim iddiaçının hüquq və vəzifələrinin ona izah edilməsi barədə təklifini o əsasla rədd edib ki, tərəfə bu barədə rəsmi bildiriş təqdim olunub. Belə ki, hakim 19 sentyabr tarixli hazırlıq iclasında iddia tərəfinin onlara hüquq və vəzifələrini izah olunması barədə müraciətini o əsasla təmin etməkdən yayınıb ki, tərəflərə hüquq və vəzifələri barədə maddələrin əks etdirildiyi bildirişlərin rəsmi təqdim olunması elə həmin hüquqların izahıdır. Hakim iddia tərəfinin verdiyi vəsatətləri müzakirəyə çıxarmayıb, onların rəddi və ya baxılmamış saxlanması barədə qərarlarını əsaslandırmayıb, onlar barədə tərəfə məlumat təqdim etməyib. Hakim işə baxılmasını qanuna zidd əsaslarla təxirə salıb. Belə ki, əsaslandırılmış qərardad olmadan və qabaqcadan nəzərdə tutula bilməyən müstəsna hallar olmadığı halda, cavabdehlərin məhkəmə qaydasında tələb edilən sübutları təqdim etməməsi əsası ilə üç dəfə məhkəmə iclasını təxirə salıb. Hakim işə mahiyyəti üzrə baxmamaq üçün mümkün olan hər cür qanunsuzluğu edib, prosesin həmin mərhələsi ilə bağlı Mülki Prosessual Məcəllənin pozmadığı normaları qalmayıb. Mülki Prosessual Məcəllənin 19*-cı maddəsinin tələbləri pozulub. Belə ki, hakim iclası açdıqdan sonra Mədəniyyət Nazirliyinin təqdim etdiyi diskə baxış keçirildiyini elan etdikdə iddiaçının nümayəndəsi ona qanunun yuxarıda qeyd olunan normasının tələblərini xatırladıb. Konkret olaraq xahiş edib ki, iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları elan etsin. Hakim isə bu xahişi yerinə yetirməkdən heç bir əsas göstərmədən imtina edib. Mülki Prosessual Məcəllənin 193-cü maddəsinin tələbləri də pozub. Belə ki, sübutların tədqiqi ardıcıllığını qanunun tələb etdiyi qaydada yox, özü lazım bildiyi kimi, yəni işdə iştirak edən şəxslərin fikirlərinin (mülahizələrini) nəzərə almadan müəyyən edib. Bu ardıcıllığa əsasən, ilk və son araşdırılan sübut Mədəniyyət Nazirliyinin məhkəməyə təqdim etdiyi yeganə sübut - disk olub. Məhkəmə qərarı çəkişmə və məhkəmə baxışının ümumi müddəalarına əməl olunmadığı şəraitdə çıxarılıb. İddia tərəfinin verdiyi vəsatətlərlə bağlı hakimin yerində müşavirə edərək ayrıca akt şəklində tərtib olunmadan çıxardığı qərardadı MPM-in 263.5-ci maddəsinə zidd olaraq elan etmədiyini və MPM-in 263.5-1-ci maddəsinə zidd olaraq elan olunmuş qərardadlar barədə məlumatı həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmədiyinə etirazını bildirib, hakim isə nümayəndəyə cavabında ayrıca akt şəklində tərtib olunmadan çıxardığı qərardadlar barədə məlumatların “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsinə gərək olmadığını, həmin məlumatların məhkəmə iclas protokolunda əks olunduğunu bildirmişdir. Nümayəndə MPM-in 272.5-ci maddəsinin tələblərinə əsaslanaraq ayrıca akt şəklində çıxarılmayan qərardadlar vasitəsilə vəsatətlərin rədd olunması ilə bağlı protokola daxil edilən məlumatların elan edilməsi barədə iddia tərəfinin vəsatətini heç bir əsas gətirmədən rədd edib. Hər iki vəsatətin rədd olunmasının səbəbi onunla bağlıdır ki, hakim vəsatətlərin rədd edilməsinin səbəblərini əsaslandırmadığı və elan etmədiyi kimi bu barədə məhkəmə iclas protokoluna da qanunla nəzərdə tutulan məlumatı daxil etməyib. Hakim qanunsuz olaraq ona edilən etirazı baxılmamış saxlayıb, iddiaçınım Sumqayıt Şəhər Məhkəməsinə yazılı etiraz hazırlamasına yetərincə vaxt verməkdən imtina edib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Həmçinin cavabdeh1 Kollegiyasının 3*.*7.2*25-ci il tarixli 24/3-3-KQ- 5/2*2* nömrəli Qərarı ilə təsdiq edilmiş “İncəsənət məktəb və mərkəzlərinin Nümunəvi Əsasnaməsi”nə əsasən, müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında müvafiq məktəbin direktoru tərəfindən işə qəbul edilir. Bu normativ tənzimləmədən də açıq şəkildə görünür ki, müəllimlərlə əmək münasibətlərində işəgötürən qismində müvafiq təhsil müəssisəsinin direktoru çıxış edir və əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamı ilə bağlı hüquqi nəticələr də məhz həmin işəgötürən tərəfindən rəsmiləşdirilir. Bu baxımdan, Nazirliyin fəaliyyəti attestasiyanın təşkilati-hüquqi əsaslarının formalaşdırılması, metodiki yanaşmaların müəyyən edilməsi və sahə üzrə ümumi koordinasiya ilə məhdudlaşır. Nazirlik konkret əmək münasibətlərinin tərəfi olmadığından, ayrı-ayrı təhsil müəssisələrində işçilərin attestasiyasının keçirilməsi, attestasiya komissiyalarının yaradılması, attestasiya nəticələrinin rəsmiləşdirilməsi və həmin nəticələr əsasında əmək müqavilələrinə xitam verilməsi barədə qərarların qəbulu səlahiyyətinə malik olmamışdır. Beləliklə, iddiaçı tərəfindən attestasiya prosesinin bilavasitə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirildiyi barədə irəli sürülən arqumentlər mövcud normativ hüquqi aktların tələbləri ilə uzlaşmır və hüquqi əsasdan məhrumdur. Nazirliyin attestasiyada iştirakı yalnız metodiki dəstək və ümumi təşkilati koordinasiya xarakteri daşımış, konkret attestasiya prosedurunun həyata keçirilməsi və nəticələrinin hüquqi rəsmiləşdirilməsi isə işəgötürən qismində müvafiq məktəbin səlahiyyətlərinə aid olmuşdur. Bu səbəbdən də iddiaçının hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı birbaşa subyektiv hüquq tələbi formalaşmır, habelə Nazirliyin vəzifəli şəxslərinin attestasiyanın mahiyyəti üzrə şahid qismində dindirilməsi mübahisənin həlli üçün həlledici hüquqi əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 3*.*7.2**8-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Hazırkı iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinin bağlanması, onun attestasiya prosesinə cəlb olunması və işdən azad olunması ilə bağlı qərarların verilməsində Mədəniyyət Nazirliyi birbaşa iştirakçı olmamış, qərarların qəbulunda iştirak etməmişdir və nəticə etibarilə iddiaçının irəli sürdüyü hüquq münasibətlərində cavabdeh qismində tanına bilməz. İddia ərizəsi və əlavə sənədlərdən də göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir. İddia tələbi isə iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, iddia ərizəsinin qeyd olunan əsasla təmin edilməməsini xahiş edilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Əliyev İntiqam Kamil oğlu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh1 məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 35. Əmək hüququ I.Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

19. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

2*. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

22. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)

23. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)

24. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

25. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)

26. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

27. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

28. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

3*. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

34. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.*3.2*26-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq musiqi məktəbində işçilərin və ya iş yerlərinin attestasiyası məqsədilə yaradılan Attestasiya Komissiyasının təşkili, attestasiyanın keçirilməsi və onun nəticələrinə görə verilən qərarların qanuna uyğun və əsaslı olmadığı, iddiaçının işdən çıxarılması barədə əmrin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmadığı, Attestasiya Komissiyasının iddiaçının attestasiyası ilə bağlı verdiyi qanuni və ya əsaslı olmayan qərar əsasında çıxarıldığına görə əmrin qanunsuz olduğu üçün ləğv edilməsi (qüvvədən düşmüş sayılması), işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi və qanunsuz işdən çıxarılma nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzinin ödənilməsindən ibarətdir.

38. İş materiallarından görünür ki, İddiaçı cavabdeh1 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbində nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 14.*3.2*25-ci il tarixdə həmin məktəbdə işçilərin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, *7.*4.2*25-ci il tarixli, ** nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

39. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən musiqi məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur. 4*. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir.

41. Həmin Məcəllənin 65-ci maddəsinə görə işçilərin attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası işəgötürənin əmri (sərəncamı, qərarı) ilə yaradılır.

42. İşçilərin attestasiyasının məqsədi onların tutduğu vəzifəyə və ya peşəyə uyğunluğunu müəyyən etməkdir. Suallar isə yalnız işçinin birbaşa əmək funksiyasına, ixtisasına və tutduğu vəzifəyə aid olmalıdır.

43. İddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli uşaq musiqi məktəbində işçilərin və ya iş yerlərinin attestasiyası məqsədilə yaradılan Attestasiya Komissiyasının təşkili, attestasiyanın keçirilməsi və onun nəticələrinə görə verilən qərarların qanuna uyğun və əsaslı olmadığını göstərsə də, həmin qərarların qanuna uyğun və əsaslı olmaması halları iş materiallarında olan tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir.

44. İddiaçı eyni zamanda ərizəsində göstərmişdir ki, imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə ona məlumat verilmədən, sonradan attestasiya qərarı ilə uyğunsuz hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir.

45. Həmçinin göstərmişdir ki, attestasiya komissiyasının üzvləri illər boyu tədris etdiyi mövzulardan kənara çıxaraq başqa sahələri əhatə edən mövzular üzrə suallar veriblər ki, bütün bunlar onda çaşqınlıq və stress yaradıb. Verdiyi cavablara göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirilməsi bu attestasiyanın müəllimin bilik və bacarığını yoxlamaq üçün deyil, işdən çıxarılma məqsədi güddüyü əminliyi yaradır.

46. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, nə iddiaçı, nə onun nümayəndəsi nə iddia ərizəsində, nə məhkəməyə təqdim etdikləri digər sənədlərdə, həmçinin məhkəmə iclasları zamanı “attestasiya zamanı iddiaçıya qarşı qərəzəli münasibət göstərilməsi ilə bağlı” heç nə nə yazıblar, nə də deyiblər. Nə iddia ərizəsində, nə də məhkəmə prosesində, nə də başqa yerdə yazılmayıb və deyilməyib ki, iddiaçı suallara doğru cavab verdiyi halda komissiya üzvləri ona aşağı qiymət verib, iddiaçı imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalıb, verdiyi cavablara aqressiv reaksiya göstərilib, ona qarşı ayrı-seçkilik nümayiş etdirilib. Qətnamədə yazılanların əksi olaraq, iddiaçı hər zaman və hər yerdə deyib ki, komissiya üzvləri ona hörmətlə yanaşıblar, onlardan narazılığı yoxdur, sadəcə təzyiqi çox yüksək olduğu üçün özündə olmayıb. Belə ki, həmin gün iddiaçının yüksək təzyiqi olduğu üçün (o, təzyiqdən əziyyət çəkir) özünü pis hiss edib, şəxsiyyətini təsdiqləyən sənədi pasportunu yadından çıxarıb evdə qoyub, tələm-tələsik sənədi götürüb geri qayıdanda Saray postunun yanında onu az qala maşın vurub. Bütün bunlar və attestasiyaya gecikəcəyindən narahatlıq keçirdiyi üçün təzyiqi daha da qalxıb. Odur ki, attestasiya zamanı özündə olmayıb, attestasiya komissiyasının üzvləri bunu görüblər və onu sakitləşdirməyə çalışıb, su təklif ediblər. İddiaçının həmin gün yüksək təzyiq altında olduğunu *7.*4.2*25-ci il tarixli həkim arayışı da təsdiq edir.

47. İş materiallarında olan videogörüntüdə attestasiya zamanı iddiaçının verilmiş suallara cavab verməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. Belə ki, işdə olan attestasiya vərəqəsində göstərilən suallar və onların iddiaçı tərəfindən cavablandırılma formaları videogörüntü ilə eynilik təşkil edir. İddiaçı həmin gün səhhətinin (yüksək təzyiqinin olması) qənaətbəxş olmadığını komissiya üzvlərinə bildirməmişdir.

48. Məhkəmə kollegiyası həmin görüntüləri sübut növü kimi qəbul edir və attestasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının mübahisələndirilən qərarı əsaslı olmuşdur.

49. Kollegiya hesab edir ki, iddiaçıya verilən sualların ümumi məcmusu tədris proqramı çərçivəsində olduğundan, iddiaçının bunları bilməsi vacib şərtlərdən biridir. 5*. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

51. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.

52. İş materiallarından həmçinin görünür ki, cavabdeh cavabdeh1 attestasiyada iştirakı yalnız metodiki dəstək və ümumi təşkilati koordinasiya xarakteri daşımışdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara, o cümlədən cavabdehlər tərəfindən iddiaçıya mənəvi ziyan vurulması hallarına yol verilməmişdir.

54. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə *7.*4.2*25-ci il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının həmin əmrin ləğv edilməsi ilə əlaqədar göstərdiyi dəlillər məhkəmə iclasında işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir.

56. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

57. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.*.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

58. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15.12.2*25-ci il tarixli, 2(*6*)-5278/2*2* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar