Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-396/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Haqverdiyeva (Abbasova) Nigar Eynullah qızı, cavabdeh2 və cavabdeh1 İsa oğluna qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X4 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər Haqverdiyeva (Abbasova) Nigar Eynullah qızı, cavabdeh2 və cavabdeh1 İsa oğluna qarşı “borc” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdeh(lər)dən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 591,60 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 624,70 manat məbəğində pulun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası cavabdeh X2 arasında bağlanmış ##.##.2014-ci il tarixli, ***** saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 3918 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 18 ay müddətinə hissə-hissə ödənilməsilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq cavabdeh2 və cavabdeh1 İsa oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh(lər) müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Qubadlı Rayon Məhkəməsinin 2(028)- ***/**** saylı ##.##.2018-ci il tarixli məhkəmə qərarına əsasən borclular X1, cavabdeh2 və cavabdeh1 İsa oğlundan cəmi 2784 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 04 il, 03 ay, yəni (51 ay) müddətində ##.##.2022-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh(lər) qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdeh(lərin) məhkəmə qərarı üzrə öhdəliyinizi icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 2784 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da (2784 manat x 0,05 % = 139,20 manat / 12 ay = 11,60 manat x 51 ay = 591,60 manat) təşkil edir. Bununla bağlıqanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdeh(lərə) rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh(lər) icra etməmişlər (ödəməmişlər).
3. İddia tələbinə dair yazılı etiraz daxil olmamışdır.
4. Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən X2, cavabdeh2 və cavabdeh1 İsa oğlundan müştərək qaydada 2754 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu, cəmi 2784 manat pul vəsaiti tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
5. Sunny Electronics mağazası İddiaçı Qubadlı rayon İcra Şöbəsinə və Binəqədi rayon İcra Şöbəsinə ünvanladığı ##.##.2022-ci il tarixli icraata xitam verilməsi barədə ərizəsində qeyd edilir ki, Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən X2, cavabdeh2 və cavabdeh1 İsa oğlundan müştərək qaydada 2754 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu, cəmi 2784 manat pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qeyd edilir ki, icra sənədi üzrə tələb olunan məbləğ borclu tərəfindən tam ödənilmişdir. “İcra haqqında” Azərbaycna Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən icr asənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən Qubadlı Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
6. Sunny Electronics mağazası İddiaçı oğu cavabdehlərə Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan 04 il 03 ay (yəni 51 ay) müddətinə ##.##.2022-ci il tarixdə icra olunduğunu bildirərək, məhkəmə qərarı üzrə kreditora ödənilən 2784 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5% hesablanmaqla mhəkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməsi bildirilmişdir. Bu da 2784 manat x 0,05% = 139,2; 139,2/12 ay = 11,6; 11,6 x 51 ay = 591,6 manat təşkil edir. Bu səbəbdən borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Qubadlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ramiz Quliyev) iddia tələbinin təmin edilməsi, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İsa oğlundan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 591,60 manat (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı, cəmi 624,70 manatın əvəzinin iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 445, 445.7, 470.1, 470.2 və 475.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-1-284-6, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrası cavabdehin əmək haqqına yönəldilmiş və hər ay əmək haqqından tutularaq ödənilmişdir. Yəni qərəzli olaraq pul yubadılmamışdır. Maddi durumu həmin pulu bir dəfəyə ödəmək imkanı vermədiyi üçün gec ödənilmişdir. Bundan əlavə olaraq bildirir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- ***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsində iddia tələbi cərimə hissəsində təmin edilməmiş və ancaq əsas məbləğ təmin edilmişdir. Göründüyü kimi baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Ancaq bu halda icranın mükünsüzlüyü deyil, əmək haqqına yönəldilmiş və onun nəticəsində icra gecikmişdir. Bildirmək istəyir ki, müasir dövrdə istənilən şəxsin yaşadığı yeri müəyyən etmək heç bir çətinlik törətmir. Buna baxmayaraq məhkəmə onun prosessual müdafiə hüquqlarını təmin etməmiş, onun məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edəcəyi halda müvafiq sübutlarını məhkəməyə təqdim edə bilər və öz hüquqlarının qorunması üçün çıxış edə bilər. Hesab edir ki, iddia və iş üzrə çıxarılan qətnamə tam əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən qətnamə Beynəlxalq müqavilələr və Konstitusiyasının maddələrinə məhəl qoymadan qəbul edilmişdir. Məhkəmə heç bir araşdırma aparmayaraq, qanunlara məhəl qoymayaraq qərəzli qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı İddiaçı tərəfindən ##.##.2026-cı il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
12. Etiraz onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə qətnamənin ləğvi üçün yetərli hüquqi əsas yaratmır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmişdir. İş materialları ilə təsdiq olunur ki, Qubadlı Rayon Məhkəməsinin ##.##.2018ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə 2784 manat tutulmalı olduğu halda, həmin məbləğ yalnız ##.##.2022-ci il tarixdə, yəni 51 ay sonra tam icra edilmişdir. Bu gecikmə faktı iş materialları ilə müəyyən olunur və cavabdeh tərəfindən də mahiyyət etibarilə inkar edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, əgər qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında da bu hüquqi mövqe təsdiq edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin 591,60 manat məbləğində 5% illik faiz tutması qanunauyğundur. Apellyasiya şikayətində göstərilən “məhkəmə qərarı əmək haqqından tutulmaqla icra olunub, qərəzli yubadılma olmayıb” arqumenti hüquqi əhəmiyyət daşımır. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun qəsdinin və ya pis niyyətinin sübutu tələb edilmir; kifayət edir ki, pul öhdəliyi vaxtında icra edilməmiş olsun. İcra mexanizminin əmək haqqına yönəldilməsi də gecikməni aradan qaldırmır. Apellyasiya şikayətində 2018-ci il tarixli qətnamədə “cərimə hissəsinin” təmin olunmamasına istinad edilməsi də əsassızdır. Hazırkı tələb əvvəlki işdə baxılmış müqavilə cəriməsi ilə bağlı deyil. Hazırkı iş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin gecikdirilmiş icrası nəticəsində yaranmış ayrıca faiz tələbi ilə bağlıdır. Buna görə də, əvvəlki işdə cərimənin rədd edilməsi indiki iddianın rəddinə əsas vermir. Şikayətçi prosessual pozuntu kimi Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə istinad etmişdir. Lakin iş sadələşdirilmiş icraat qaydasında baxılmışdır və qətnamədən göründüyü kimi məhkəmə MPM-in 284- 5.2 və 284-5.3-cü maddələrini tətbiq etmişdir. Həmin qaydalara əsasən belə işlər tərəflər çağırılmadan, məhkəmə baxışı keçirilmədən, təqdim olunmuş sənədlər əsasında həll olunur. Buna görə də şikayətçinin 185.5-ci maddəyə istinadı işin prosessual formasına uyğun deyildir. Qətnamədən görünür ki, cavabdeh cavabdeh2 məhkəmə bildirişi göndərilmiş, lakin “ünvanda yaşamadığına görə” geri qayıtmışdır. Bu hal cavabdehin öz rəsmi qeydiyyat məlumatlarının və yaşayış yerinin uyğunlaşdırılması ilə bağlı öhdəliklərini aradan qaldırmır və özlüyündə maddihüquqi tələbi əsassız etmir. Hər bir halda, şikayətçi apellyasiya şikayətində işin nəticəsinə təsir edə biləcək yeni sübut və ya əsaslı maddi-hüquqi arqument təqdim etməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi və Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.
15. İş üzrə cavabdehlər X7 (Abbasova) və Ceyhun İsa oğlu Adıgözəlov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdeh(lər)dən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 591,60 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 624,70 manat məbəğində pulun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qət edilmişdir /bax bənd 7/.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsini qanuni qüvvəyə mindikdən sonra ##.##.2022-ci il tarixdə 04 il 03 ay müddəti gecikdirməklə icra etdiklərinə görə İddiaçı iddiası əsaslıdır.
24. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
26. İşin müəyyən edilmiş hallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- ***/**** saylı ##.##.2018-ci il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borc tam ödənildiyindən icraata xitam verilməsi barədə İddiaçı tərəfindən icra şöbəsinə ##.##.2022-ci ildə müraciət edilmişdir. İcra sənədi üzrə borclu (hazırki iş üzrə cavabdeh) cavabdeh2 icra sənədinin 2022-ci il tarixdə icra edilmədiyini mübahisələndirməmişdir. Əksinə cavabdeh2 şikayətinin dəlilləri ilə də həmin hal təsdiq olunur. Göründüyü kimi icra sənədi dörd il ərzində icra edilmişdir.
27. Apellyator borcun əmək haqqından tutularaq hissə-hissə ödənildiyini, təqsirinin olmadığını mübahisələndirmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 231-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsi məsələsinə baxıla bilinər. Lakin, araşdırılan mübahisə üzrə istinad olunan məhkəmə qətnaməsinin hissəhissə29.icra edilməsi və ya məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair məhkəmə aktı müəyyən edilmir. Belə olan halda icra sənədinin uzun müddət ərzində hissə-hissə icra edilməsi qanuni hesab edilə bilməz.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
31. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında vurğulanmışdır ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
32. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
33. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququpozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
35. İstinad edilən mülki hüquq normalarının əlaqəli təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, borclu tərəfindən öhdəliyin icrasının gecikdirilməsi kreditora zərər dəyməsinə səbəb olur və borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi kreditoru həmin pul məbləğindən təkrar istifadə nəticəsində adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum etmiş olur ki, bu zaman kreditor əldən çıxmış fayda formasında zərərə məruz qalır. Belə vəziyyətdə kreditor digər əsaslardan çıxış edərək borcludan daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün əsas borcdan illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır. Həm də bu zaman kreditor daha yüksək məbləğ tələb etdiyi digər əsasları sübut etməli olduğu halda, gecikdirilmiş vaxt üçün əsas borcdan illik beş faiz tələbini sübut etməyə borclu deyil; yəni pul məbləğinin ödənilməsinin gecikdirilməsi faktı borclunun üzərinə gecikdirilmiş vaxt üçün əldən çıxmış faydanın əvəzi olaraq ən azı illik beş faiz həcmində borc hesablanmasına əsas verir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kasaasiya şikayəti verilə bilməz.