Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-407/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Yusibov İsməndiyar İsmayıl oğlunun, onun nümayəndə və vəkili Vəkil və cavabdeh cavabdeh2 İsfəndiyar oğlunun iştirakı ilə, İddiaçı Yusibov İsməndiyar İsmayıl oğlunun cavabdeh cavabdeh2 İsfəndiyar oğlu, Əsədov İlqar İsmandiyar oğlu və cavabdeh1 İsfəndiyar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı Yusibov İsməndiyar İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusifov İsməndiyar İsmayıl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yusibov İsməndiyar İsmayıl oğlunun Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 45-ə köçürülməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçı Yusibov İsməndiyar İsmayıl oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Yusibov İsməndiyar İsmayıl oğlunun nümayəndə və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdeh Vüqar Yusubovla iddiaçını qocalar evinə yerləşdirilməsinə dair razılıq əldə edilmiş və o, iddiaçını qocalar evinə yerləşdirilməsini öhdəsinə götürmüşdür. Bu səbəbdən də iddiadan imtina edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Yusibov İsməndiyar İsmayıl oğlu bildirdi ki, qocalar evində yaşamaq istəyir. Buna görə də iddiadan imtina edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 İsfəndiyar oğlu bildirdi ki, iddiaçını qocalar evinə yerləşdirəcək, özü də mütəmadi olaraq onu ziyarət edəcək. Hazırda sənədlər hazırlanmaqdadır. Buna görə də iş üzrə icraata xitam verilməsinə razıdır. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icrata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Yusibov İsməndiyar İsmayıl oğlunun iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Yusibov İsməndiyar İsmayıl oğlunun cavabdeh cavabdeh2 İsfəndiyar oğlu, Əsədov İlqar İsmandiyar oğlu və cavabdeh1 İsfəndiyar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-407/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-407/2026
19.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver