Məhkəmə qərarları › İş №2(3-8)-423/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-423/2026

07.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-423/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh cavabdehlər İddiaçı və Nümayəndə qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İlk iddia üzrə iddiaçı İddiaçı ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk, Cavabdeh cavabdehlər İddiaçı və Nümayəndə qarşı “pul” barədə qarşılıqlı idda tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi ərazisi 0,20 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh öz növbəsində ##.##.2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1ndə yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa olunmuş iki fərdi yaşayış evlərinin inşasına çəkilmiş xərclərə görə 105000 manat, hasarların inşasına çəkilmiş xərcə görə 7430 manat, hovuzun inşasına çəkilmiş xərcə görə 5400 manat, tövlənin inşasına çəkilmiş xərcə görə 3300 manat, üç ədəd istixanaya çəkilmiş xərcə görə 35742 manat və darvazaya çəkilmiş xərcə görə 1000 manat olmaqla ümumilikdə 157872 manat pulun və ödənilmiş 448 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1ndə yerləşən 0.20 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş iki fərdi yaşayış evinin, hasarların, hovuzun, tövlənin inşasına, üç ədəd istixananın quraşdırılmasına və darvazaya çəkilən xərcə görə 221560,25 manat pulun və ödənilmiş 512 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbini azaldılması dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində cavabdeh Nümayəndə cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi ərazisi 0,20 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və boşaldılaraq İddiaçı təhvil verilməsi, ilkin iddiaya görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.20 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş iki fərdi yaşayış evinin, hasarların, hovuzun, tövlənin inşasına və darvazaya çəkilən xərcə görə 124763,25 (yüz iyirmi dörd min yeddi yüz altmış üç manat iyirmi beş qəpik) manat pul və qarşılıqlı iddiaya görə ödənilmiş 288 (iki yüz səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə ödənilmiş 281 (iki yüz səksən bir) manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

6. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh Cavabdeh şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.

11. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman, Abşeron Rayon Məhkəməsi sorğu ilə müraciət edərək ilk iddia üzrə iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə və prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün işin geri qaytarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyası sənədləri araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.

13. Beləliklə, qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, iş üzrə digər tərəf - ilk iddia üzrə iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə verildiyindən mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.

14. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli mümkünlük qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. İlk iddia üzrə iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməsi ilə əlaqədar mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar