Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-438/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X4 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, indeksasiya) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X10 və X11 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçı X18, Iddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə, Iddiaçı X4 cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh torpaq sahəsinə görə ödədiyi 1900 manat məbləğində pul vəsaiti, 2012-ci ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla, o cümlədən torpaq sahəsinim dəyəri indeksasiya olunmaqla cəmi 20000 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi onun tərəfindən ödənilmiş 150 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəyə iddia ərizəsinə dəqiqləşmə verərək bildirmişdir ki, torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırki dövrə kimi olan inflyasiya faizlərini nəzərə alaraq indeksasiya olunaraq 1900 manat X 2.2 = 4180 manat və həmin torpaq sahəsinin çəkilmiş xərc 20050 manat, həmçinin ödənilmiş dövlət rüsumu 150 manat olmaqla, cəmi 24380 (iyirmi dörd min üz yüz səksən) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçının xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Qarat-oba kənd sakini olmaqla ailəsilə birlikdə həmin kənddə yaşayır. 2012-ci ildə həmkəndlisi Cavabdeh həmin şəxsin özünə və ailə üzvlərinə məxsus olan 1 ha torpaq sahəsini 1900 manata satın almışdır. Həmin vaxt Cavabdeh və onun həyat yoldaşı X6 ## ### 2012-ci il tarixdə onun adına 50 il müddətinə etibarnamə vermişlər ki, həmin torpaq sahəsini ailə üzvlərindən birinin adına rəsmiləşdirsin. Bundan sonra, onun, Cavabdeh Nurrnət oğlunun və Imaməddin Vahidovun iştirakı ilə ## #### 2013-cü il tarixli akt tərtib olunmuş, həmin aktda Cavabdeh 1 ha torpaq sahəsinin 1900 manata ona satıldığı göstərilmiş və akt Qusar rayonu Şirvanovka bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan sonra o, Rusiya Federasiyasına getmiş və təxminən 5 il bundan əvvəl Qusar rayonu Qarat-oba kəndinə qayıdaraq Ağamət Gərəxanovdan satın aldığı torpaq sahəsindən istifadə etməyə başlamış, orada bağ sahəsi salaraq müxtəlif meyvə ağacları əkmişdir. Bununla bağlı təxminən 10000 manat məbləğində xərc çəkmiş, mütəmadi olaraq bağ sahəsinə qulluq etmişdir. Təxminən 1 il bundan əvvəl torpaq sahəsini etibarnamə və dövlət aktını notariat orqanına təqdim edərək satın aldığı torpaq sahəsini ailə üzvlərindən birinin adına rəsmiləşdirilməsini xahiş etmiş, notariat ofisində ona bildirmişlər torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin adlarına olduğundan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün digər mülkiyyətçilərin də notariat ofisinə gələrək müqaviləyə imza etməli olduqlarını bildirmişlər. Bundan sonra o, cavabdeh Cavabdeh müraciət edərək Dövlət Aktında olan yalnışlığın düzəldilərək ailə üzvlərinin notariat ofisinə gəlmələrini xahiş etdikdə həmin şəxs bundan imtina edərək torpaq sahəsini rəsmiləşdirmək istəmədiyini bildirmişdir. O, isə torpaq sahəsini 10 il əvvəl ondan satın aldığını, buna görə ona pul verdiyini, torpaq sahəsində bağ sahəsini saldığını, bununla bağlı 10000 manat məbləğində xərc çəkdiyini bildirmişdir. Lakin, buna baxmayaraq cavabdeh alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən imtina etmişdir. Göründüyü kimi, onunla cavabdeh Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən əhəmiyyətsiz bir əqd olmuşdur. Bununla belə, əhəmiyyətsiz olsa da, həmin razılaşma üzrə o, həmin şəxsə 1900 manat məbləğində pul vermişdir. Cavabdeh torpaq sahəsinin rəsmiləşdirilməsindən yayınsa da, ondan aldığı pulu ona qaytarmalı olduğu halda qaytarmamış, uzun müddət özlərində saxlamış və bununla ona zərər dəymişdir. Çünki, o, torpaq sahəsini satın almaq imkanından məhrum olmuş, həmçinin cavabdehə verdiyi pul vəsaiti xeyli miqdarda infilyasiyaya uğramışdır. Belə ki, hazırda onun cavabdehdən aldığı torpaq sahəsinin dəyəri təxminən 20000 manat təşkil edir. Bundan başqa, onun tərəfindən həmin torpaq sahəsinə xərclər çəkilərək bağı salınmış, hazırda həmin bağdan da məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, yuxarıda göstərilən torpaq sahəsinin alınması ilə əlaqədar onun tərəfindən ödənilmiş 1900 manat, o cümlədən həmin pulun 2012-ci ildən hazıradək plan dövr ərzində infilyasiya faizləri, torpaq sahəsinin dəyəri indeksasiya olunmaqla cəmi 20000 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınıb ona verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir.
4. Cavabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir, iddia qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Hacıbala Nuriyev iddia ərizəsində qeyd etmişdir ki, guya o, özünə və ailə üzvlərinə məxsus 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1900 manata satmışdır. Halbuki, həmin şəxslə onun arasında heç bir alqı-satqı müqaviləsi bağlamamış, torpaq sahəsinin alqı-satqısı ilə bağlı həmin şəxsdən hər hansı məbləğdə pul almamışdır. Iddiaçı onun tərəfindən guya ona pul verilməsini təsdiq edən akt təqdim edilmişdir. Həmin aktı o, imzalamamış, kimin imzalamasından xəbəri yoxdur. Əgər iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunsa, aydın olar ki, aktda olan imza ona aid deyil. Işin faktiki halları ilə bağlı bildirir ki, o, və onun həyat yoldaşı X6 ## ### 2012-ci il tarixdə iddiaçı Hacıbala Nuriyevin adına 50 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnaməni onlar qeyd olunan 1.0 ha torpaq sahəsindən istifadə etməsi məqsədi ilə vermişdir. Iddiaçı Hacıbala Nuriyev onlara məxsus torpaq sahəsində saldığı bağı alqısatqı əsasında deyil, istifadəyə götürməklə salmışdır. Hal-hazırda isə Hacıbala Nuriyev həmin torpaq sahəsini ona satmaq üçün ona təsir göstərir. O və ailə üzvləri isə həmin torpaq sahəsini iddiaçıya satmaq istəmirlər. Göründüyü kimi, iddiaçı Hacıbala Nuriyevlə onun arasında öhdəlik münasibətlərinin mövcud olmasını, həmçinin onun iddiaçı qarşısında pul öhdəliyinin olmasını məhz iddiaçı sübut etməlidir. Iddiaçı X28 cavabdeh X20 qarşı pul tələbinə dair iddiası rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. JN 0040 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon AIK-nin ## ######## 1997-ci il tarixli **/* saylı qərarı ilə Qusar rayon Qaratoba kəndi ərazisindən 5.85 ha torpaq sahəsi X7, X12, X8, X15, X16, X13 və X14 mülkiyyətlərinə verilmişdir.
6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qusar rayon Statistika Idarəsindən verilmiş məlumatdan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2025-ci ilin noyabr ayında 2012-ci ilin sentyabr ayına nisbətən 217.5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.2 dəfə artmışdır.
7. ## #### 2013-cü il tarixli X3, X9 və X17 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Dövlət aktına əsasən Cavabdeh məxsus JB-0040 kod 30124078 1 (bir) ha torpaq sahəsi X3 nəğdi olaraq 1900 (min doqquz yüz) manata satılmışdır.
8. X1 Inkişaf Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qusar rayonunun Qarat oba kəndi ərazisində yerləşən, X3 istifadəsində olan torpaq sahəsi təxminən 0,8 ha təşkil edir və sahədə 2012-2013-cü illərdə əkilmiş 40 gilas, 134 fındıq, 3 gavalı, 12 armud, 9 qaysı, 4 şaftalı və 2 tut ağacı əkilmişdir. Baxış zamanı həm də 20 ədəd 2020- 2021-ci illərdə əkilmiş gilas tingi də müşahidə olunmuşdur. Baxış nəticələrinə əsasən bildirmək olar ki, əkin sahəsində agrotexniki qaydada xəstəlik, ziyanverici və alaqlara qarşı mübarizə tədbirləri aparılmış, sahədə mineral və üzvi gübrələrdən istifadə olunmuş, əkin sahəsi mütəmadi suvarılmış, ağac diblərinin boşaldılması, ağac gövdələrinə əhəng vurulması və budama kimi tədbirlər həyata keçirilmişdir. 2020-2021-ci ildə 1 ədəd sertifikatlı gilas tingin qiyməti 5 manatdan 8 manata kimi təşkil edirdi. Bağçılıqda istifadə olunan mineral və digər gübrə növlərinin çoxluğunu nəzərə alaraq, baxış keçirtdiyi əkin sahəsində hansı gübrələrdən və hansı normalarda istifadə olunduğunu müəyyən etmək mümkün olmadığından, aqrotexniki tədbirlərə çəkilmiş xərc barədə məlumatların qeyd olunması mümkün olmamışdır. 2012-2013cü illərdə bağ sahəsinin salınması və tinglərin növlərə uyğun qiymətlərinin müəyyən edilməsi üçün rayon Statistika idarəsinə və aidiyatı digər qurumlara müraciət etmək tövsiyyə olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş */*** saylı ##.##.2025-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza təqdim edilmiş, mülki işin 75-ci vərəqəsində olan ## ### 2012-ci il tarixli etibarnamədə “Imza” qrafasındakı 2-ci imza və həmin imzanın qarşısında “Gərəyxanov A” yazısı - Cavabdeh tərəfindən icra olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş */*** saylı ##.##.2025-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri 126 (yüz iyirmi altı) manat müəyyən edilmişdir.
11. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli CVN/N **-***/** saylı rəydən görünür ki, Qusar rayonu,Qaratoba kəndində yerləşən mübahisəli bağ sahəsindəki 01 ədəd 12-13 illik alma ağacının bir illik məhsuldarlığı 40-60 kq, 40 ədəd 12 illik gilas ağacının bir illik məhsuldarlığı 20-25 kq, 02 ədəd 15 illik gisal ağacının 1 illik məhsuldarlığı 25-30 kq, 211 ədəd 12-13 illik fındıq kolunun bir illik məhsuldarlığı 14-15 kq (qabıqlı), 03 ədəd 13-14 illik gavalı aöacının bir illik məhsuldarlığı 20-30 kq. 13 ədəd 12-13 illik armud ağacının bir illik məhsuldarlığı 20-25 kq, 09 ədəd 12 illik ərik ağacının bir illik məhsuldarlığı 20-22 kq, 17 ədəd 3 illik gilas ağacları məhsul vermir, 02 ədəd 12 illik tut ağacının bir illik məhsuldarlığı 35-40 kq olan ağacların bazar qiymətlərinin müəyyən etmək üçün araşdırma aparılmış və həmin ağacların bazar qiyməti 20050 (iyirmi min əlli) manat təşkil etmişdir.
12. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli CVN/N **-***/** saylı rəy üzrə xidmət haqqı 300 (üç yüz) manat təşkil etmişdir.
13. ##.##.2024-cü il tarixli ***** saylı rəydən görünür ki, İddiaçı tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 150 (yüz əlli) manat rüsum ödənilmişdir.
14. Qusar rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Qusar rayonu Qarat-Oba kənd ərazisində ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 1.00ha torpaq sahəsi cavabdeh X4 alınıb Cavabdeh verilsin qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
15. Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırkı dövrə kimi inflyasiya faizləri nəzərə alınaraq 4180 manat və həmin torpaq sahəsində bağ sahəsinin salınmasına çəkilmiş xərcin əvəzi kimi 20050 manat, həmçinin ödənilmiş dövlət rüsumu 150 manat olmaqla, cəmi 24380 (iyirmi dörd min üz yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı X4 verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının */*** saylı ##.##.2025-ci il tarixli rəy üzrə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat və məhkəmə-xətşünaslıq ekspertizasının *-**- **/*-*/****-*/**** saylı ##.##.2025-ci il tarixli rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərclərinin cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 385.1, 386.1, 1091.1, 1091.2, 425.1, 1092.1, 1092.2, 1093.1 və 157.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 103.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
17. Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Hacıbala Nuriyev iddia ərizəsində qeyd etmişdir ki, guya o, özünə və ailə üzvlərinə məxsus 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1900 manata satmışdır. Halbuki, həmin şəxslə onun arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamış, torpaq sahəsinin alqı-satqısı ilə bağlı həmin şəxsdən hər hansı məbləğdə pul almamışdır. Işin faktiki halları ilə bağlı bildirir ki, o və həyat yoldaşı X6 ## ### 2012-ci il tarixdə iddiaçı Hacıbala Nuriyevin adına 50 il müddətinə etibarnamə vermişlər. Həmin etibarnaməni qeyd olunan 1.0 ha torpaq sahəsindən istifadə etməsi məqsədi ilə vermişlər. Iddiaçı Hacıbala Nuriyəv onlara məxsus torpaq sahəsində saldığı bağı alqı-satqı əsasında deyil, istifadəyə götürməklə salmışdır. Hal-hazırda isə Hacıbala Nuriyev həmin torpaq sahəsini ona satmaq üçün ona təsir göstərir. O və ailə üzvləri isə həmin torpaq sahəsini iddiaçıya satmaq istəmir. Göründüyü kimi, iddiaçı Hacıbala Nuriyəvlə onun araında öhdəlik münasibətlərinin mövcud olmasını, həmçinin onun iddiaçı qarşısında pul öhdəliyinin olmasını məhz iddiaçı sübut etməlidir. Lakin, belə bir sübut yoxdur. Buna baxmayaraq, Qusar rayon Məhkəməsi heç bir əsas olmadan iddiaçının iddia tələbinin dəlilləri ilə razılaşaraq iddianı təmin etmişdir. Bundan başqa, iddiaçının saldığı bağ sahəsinə görə çəkilmiş xərclər də xeyli miqdarda şişirdilmişdir. Göründüyü kimi, işin faktiki halları ilə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi yuxarıda sadalanan hallar arasında hər hansı uzlaşma mövcud deyil, o, iddiaçının hesabına əsassız varlanmamışdır. Əksinə, iddiaçı uzun müddət ona məxsus torpaq sahəsindən istifadə etməklə, orada bağ salmaqla, xeyli miqdarda gəlir əldə etmişdir. Belə olan halda, torpaq sahəsinin mülkiyyətçisi kimi əslində onun həmin şəxsdən əsassız varlanma üzrə pul tələbini irəli sürməyə hüququ vardır. Buna baxmayaraq, Qusar rayon Məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, onun etirazının dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Bu, isə onu təsdiq edir ki, Qusar rayon Məhkəməsi işə birtərəfli qaydada baxmış, iş üzrə atraflı araşdırma aparmamış, nəticədə isə düzgün olmayan qətnamə qəbul etmişdir. Göründüyü kimi Məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da işin hallarına uyğun olmayan qətnamə qəbul edərək əsassız olaraq iddianı təmin etmişdir. Odur ki, hesab edir ki, Qusar rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi əsassız olduğundan ləğv edilməli, iddiaçı İddiaçı ona qarşı qaldırdığı iddia rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Iddiaçı X18 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
20. Etiraz onunla əsaslandırılmışdır ki, o, cavabdehin apellyasiya şikayəti ilə qəti razı deyil. Cavabdeh apellyasiya şikayətində göstərir ki, guya o, 1,0 ha torpaq sahəsini ona satmamış və ondan heç bir pul almamışdır. Tamamilə yalandır, belə ki, Qusar rayonunun Şirvanovka (hal-hazırda Şirvanllı) Bələdiyyəsində tərtib edilmiş aktdan görünür ki, aralarında alqı-satqı mövcud olmuş və o, 1900 manat pul ödəmişdir. Məhkəmə prosesində guya imzaların onlara məxsus olmadığını göstərmiş, bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və ekspertizanın rəyinə əsasən imza və həmin imzanın qarşısındakı “Gereyxanov A” yazısı cavabdeh Cavabdeh tərəfindən icra olunmuşdur. Qusar Rayon Məhkəməsi şahidləri dinlədikdən, ekspertiza rəyləri alındıqdan, mütəxəssis rəylərinə qiymət verildikdən, cavabdehin ağ-yalan danışmasını görəndən sonra qətnaməni qəbul edib. Eləcə də cavabdeh ## ###### 2026-cı il tarixli qətnamədən, sonuncu gün apellyasiya şikayəti verib ki, onu incitsin, qətnamə icraya göndərilməsin. Iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Qusar Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli əsaslı, qanuni və ədalətli qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Iddiaçı X18 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
22. Iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
23. Iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməlidir.
28. Kollegiya araşdırması zamanı müəyyən etdi ki, iddiaçı X3 cavabdeh Cavabdeh torpaq sahəsinə görə ödədiyi 1900 manat məbləğində pul vəsaiti, 2012-ci ildən hazıradək olan dövr ərzində infilyasiya faizləri nəzərə alınıb indeksasiya olunmaqla, o cümlədən torpaq sahəsinim dəyəri indeksasiya olunmaqla cəmi 20000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir /bax bənd 15/.
30. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehdən torpaq sahəsini əldə etmək məqsədilə sonuncuya 1900 manat məbləğində pul vermiş, cavabdeh isə həmin şəxsin adına ## ### 2012-ci il tarixdə 50 il müddətinə etibarnamə vermişdir. Cavabdeh iddiaçıdan bu məsələ ilə bağlı pul almadığını, iddiaçının təqdim etdiyi etibarnamənin onun tərəfindən imzalanmadığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının yuxarıda qeyd olunan məlum rəyi ilə həmin etibarnamədə olan imzanın məhz cavabdeh tərəfindən icra edildiyi məlum olmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin alınması ilə əlaqədar həqiqətən də 1900 manat məbləğində pul vəsaitinin verilməsini iddiaçı sübuta yetirmişdir.
31. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının həmin pul vəsaitinin, həmin pulun verildiyi vaxtdan indiyədək infilyasiya faizi nəzərə alınmaqla qaytarılmasını tələb etmək hüququ, cavabdehin isə həmin məbləği qaytarmaq öhdəliyi vardır.
32. Işdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qusar rayon Statistika Idarəsindən verilmiş məlumatdan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2025-ci ilin noyabr ayında 2012-ci ilin sentyabr ayına nisbətən 217.5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.2 dəfə artmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən 1900 manat məbləğində pul vəsaitinin faizi ilə birlikdə 4180 manat məbləğində pul tələbi əsaslıdır.
33. Bundan başqa, iddiaçı cavabdehin ona satmalı olduğu torpaq sahəsində bağ sahəsi saldığını, bununla bağlı xərclər çəkdiyini bildirərək cavabdehdən çəkilmiş xərcin əvəzinin ona ödənilməsini tələb etmişdir.
34. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş *-**-**/*-*/****-*/**** saylı, ##.##.2025-ci il tarixli məhkəmə biolojiməhkəmə əmtəəşünaslıq ekspertizasının ekspert rəyini və “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli CVN/N **-***/** saylı rəyini əsas götürərək qeyd etməyi zəruri hesab etmişdir ki, həqiqətən də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2012-ci ildən indiyədək cavabdehə məxsus 1.0 ha torpaq sahəsində bağ sahəsi salmış, müxtəlif növlü meyvə ağacları əkmiş, həmin ağaclara qulluq etmiş və s. işlər görmüşdür.
35. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə məxsus torpaq sahəsinə sonuncunun razılığı ilə sahiblənməklə ondan istifadə etməyə başlamış, həmin müddət ərzində iddiaçının torpaq sahəsində meyvə ağacları əkib becərməklə və onlara qulluq göstərməklə bağ sahəsini yaratması faktını bəyənməklə buna heç bir etiraz bildirməmiş, bununla da, iddiaçı torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur. Eyni zamanda cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 1.0 hissəsini iddiaçıya verdiyini etiraf etmişdir. Belə olan halda, iddiaçının torpaq sahəsini qaytarması müqabilində orada bağ sahəsinin qurulmasına çəkdiyi xərclərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ vardır və məhkəmənin qənaətinə görə iddiaçının cavabdehə məxsus torpaq sahəsindəki bağ sahəsinə görə onun tərəfindən çəkilmiş xərcin əvəzinin, yəni 20050 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası əsaslıdır.
36. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsini əsassız hesab etmişdir. Belə ki, Cavabdeh etirazında iddiaçıdan pul almadığını, bildirsə də, işdə olan ## #### 2013-cü il tarixli aktla onun iddiaçıdan torpaq sahəsinə görə 1900 manat alması sübuta yetirilmişdir. Eyni zamanda cavabdeh özünün etiraz ərizəsində torpaq sahəsini iddiaçıya verməsi faktını etiraf etmişdir. Cavabdeh etirazında torpaq sahəsini həmin şəxsə istifadə etməsi üçün verdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə etirazın dəlilləri ilə razılaşmamışdır.
37. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq qismən əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi inflyasiya ilə əlaqədar pul tutulmasına dair iddia tələbi üzrə düzgün hüquqi qiymətləndirmə aparmamış və nəticədə həmin hissədə iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir.
39. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırkı dövrə kimi inflyasiya faizləri nəzərə alınaraq 4180 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı X4 verilməsini qət etmişdir.
40. Iddia tələbindən görünür ki, iddiaçı infilyasiya faizləri nəzərə alınaraq cavabdehə ödədiyi 1900 manat pul məbləğinin indeksasiya olunmasını xahiş etmişdir.
41. MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
42. Azərbaycan Respublikası KonstitusiyasınıN ** və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, HYPERLINK "https://e-qanun.az/framework/897" \o "Azərbaycan Respublikası Konstitusiyası"Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
43. Qeyd olunmalıdır ki, indeksasiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
44. Bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.
45. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər.
46. Sadalananlara istinadən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən hissədə iddia tələbi üzrə prosessual hüquq normalarının tətbiqində pozuntuya yol vermiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
47. Apellyasiya şikayətinin digər dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qalan hissədə mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə (indeksasiya tələbi istisna olmaqla) işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalı, indeksasiya görə hesablanmış məbləğ çıxılmaqla (1900x2.2=4180-2280) 1900 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən - torpaq sahəsinə görə ödənilmiş 1900 manat pul vəsaitinin 2012-ci ildən hazırkı dövrə kimi inflyasiya faizləri nəzərə alınaraq 4180 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı X3 verilməsi – hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh torpaq sahəsinə görə ödənilmiş 1900 (bir min doqquz yüz) manat pul vəsaiti iddiaçı X4 xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.