Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-45/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəmbərova (Əhədova) Fatma Ələkbər qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X10 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, cavabdehlər cavabdeh2, Qəmbərova (Əhədova) Fatma Ələkbər qızı, onların nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəmbərova (Əhədova) Fatma Ələkbər qızına qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyinin * saylı Mənzil Kommunal İdarəsinin verdiyi **** saylı, ##.##.2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, cavabdeh2 2007-ci ildən, X7 2001-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadırlar.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, S.Vurğun küçəsi, 25-ci məhəllə, ev 66/36 ünvanında yerləşən * nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 14170070645 qeydiyyat nömrəsi ilə ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
3. X2, X9 və X3 tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, S,Vurğun küçəsi, 25-ci məhəllə, ev 66/36 ünvanında yerləşən * saylı mənzildə qeydiyyatda olan X5 2011-ci ildən, cavabdeh2 isə 2014-cü ildən burada yaşamırlar.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2, X6 və 2013-cü il təvəllüdlü Əhmədova Günel Mansur qızının ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil ##.##.2017-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil mərhum anası Qənbərova İrbaba Usub qızına məxsus idi və vərəsəlik yolu ilə ona keçmişdir. Cavabdehlər qardaşının uşaqlarıdır. Fatma 2001-ci ildən, Cəfər isə 2007-ci ildən mənzildə qeydiyyatdadır. Fatma 2011-ci ildə ailə həyatı qurub Gəncə şəhərinə köçmüşdür, dəqiq ünvanı ona məlum deyil. Cəfər isə 2014-cü ildən mənzildə yaşamır. Cavabdehlərin ona məxsus mənzildə heç bir əşyası qalmamışdır. Cavabdehlərin qeydiyyatda qalması səbəbindən mənzillə bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir, hətta cavabdehlərin mənzildə qeydiyyatda qalması səbəbindən əlavə kommunal ödəyir.
6. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi İdarəsinin ************ saylı, ##.##.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən * saylı mənzil Sumqayıt XDS-in ** nömrəli ##.##.1987-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından arxiv çıxarışı, Sumqayıt şəhəri * saylı Mənzil İstismar İdarəsinin verdiyi *** nömrəli, ##.##.2008-ci il tarixli * saylı forma arayışı əsasında tam mülkiyyət hüququ üzrə Qənbərova İrbaba Usub qızının adına qeydiyyata alınmış və ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) cavabdehlər cavabdeh2 və cavabdeh1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, S.Vurğun küçəsi, 25-ci məhəllə, ev 66/36 ünvanında yerləşən * saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.
8. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə ##.##.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” ## #### 1999-cu il tarixli Qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçının qardaşı övladlarıdır. Onlar mübahisəli mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatda olmaqla valideynləri ilə birgə yaşamış, təhsil almış, böyüyüb başa çatmışlar. İddiaçı cavabdehlərin doğma atası Qəmbərov Ələkbər Cəfər oğlunun doğma qardaşıdır. Təsadüfi deyildir ki, cavabdehlərdən Cəfərin adı, məhz, iddiaçının atasının və cavabdeh Cəfərin ata atasının şərəfinə, “Cəfər” qoyulmuşdur. Hal-hazırda da cavabdehlər həmin mənzildə yaşayırlar. Cavabdeh cavabdeh2 subaydır, onun başqa yerdə yaşamaq üçün yeri olmadığından, həmişə həmin mənzildə yaşamış və hal-hazırda da yaşayır. Cavabdeh cavabdeh1 isə 2011-ci ildə ailə qursa da, ailəsi ilə birgə həmin mənzildə 2 qız uşağı ilə birlikdə yaşayır. Onun uşaqları Sumqayıt şəhəri * saylı tam orta məktəbdə təhsil alırlar. Cavabdehlər uzun müddətə mübahisələndirilən mənzili tərk etməmişlər. Cavabdeh cavabdeh2 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla, müharibə veteranıdır. İddiaçı isə Ukrayna Respublikasının vətəndaşıdır, uzun illər Ukraynada yaşamış və hal-hazırda da orada yaşayır. Onun bu mübahisəli mənzildə hər hansı bir ailə üzvü yaşamamış və hal-hazırda da yaşamır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh2, Qəmbərova (Əhədova) Fatma Ələkbər qızı, onların nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
15. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
17. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixədək qüvvədə olan):
19. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;
20. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
21. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
22. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları
23. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” ##.##.1999cu il tarixli Qərar: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsi tərəfindən onların məhkəmə proseslərinə çağırılmadıqlarını göstərmişlər.
34. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülki mühakimə icraatı tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilir. Birinci instansiya məhkəməsinin iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında məlumatlarının cavabdehlərə təqdim edilməsi və həmin məlumatların cavabdehlər tərəfindən alınması barədə sənəd iş materiallarında aşkar edilməmişdir.
35. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
36. Məhkəmə iclasında işin araşdırılmış halları və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli mənzil Sumqayıt XDS-in ** nömrəli ##.##.1987-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından arxiv çıxarışı, Sumqayıt şəhəri * saylı Mənzil İstismar İdarəsinin verdiyi *** nömrəli, ##.##.2008-ci il tarixli * saylı forma arayışı əsasında tam mülkiyyət hüququ üzrə iddiaçının anası (cavabdehlərin nənəsi) Qənbərova İrbaba Usub qızının adına qeydiyyata alınmışdır. Daha sonra, mənzil vərəsəlik qaydasında ##.##.2017-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda mənzilin mülkiyyətçisi iddiaçıdır. Cavabdeh 1997-ci il təvəllüdlü cavabdeh2 2007-ci ildən, cavabdeh 1985-ci il təvəllüdlü X7 isə 2001-ci ildən mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə doğulduqları vaxtdan yaşamışlar.
37. Kollegiya qeyd edir ki, cavabdehlərə münasibətdə mənzillə bağlı hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən qabaq yarandığından, mövcud mübahisəyə 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
38. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
39. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
40. İşdən göründüyü kimi cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarının olması mübahisəsizdir, onlar mənzilin əvvəlki sahibinə münasibətdə ailə üzvü kimi bu hüququ əldə etmişlər. Mübahisələndirilən məsələ cavabdehlərin həmin mənzildə yaşayıb-yaşamamaları və bu hüquqlarını itirib-itirməmələridir.
41. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.
42. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
43. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
44. Cavabdeh Qəmbərova (Əhədova) Fatma Ələkbər qızı məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, doğulandan mübahisələndirilən mənzildə yaşayır. Mənzil nənəsinin olmuşdur. Əmisinin mənzildən çıxarılmaya dair iddia ərizəsi ona göndərildikdən sonra hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatı olmuşdur və hazırda həmin iş də bu işə görə dayandırılmışdır. 2011-ci ildə ailə həyatı qurub Gəncəyə gəlin köçsə də, tez-tez mübahisələndirilən mənzilə gəlib-getmiş, ərinin evi olmadığına görə evləndikdən 1-2 ay sonra ər-arvad tək yaşayan qardaşının yanına qayıdıb mübahisələndirilən mənzildə yaşamışlar. Hazırda da qardaşı və iki qızı ilə birlikdə həmin mənzildə yaşayırlar. Hətta mənzilin internet xətti onun adına çəkilmişdir.
45. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər * nömrəli tam orta ümumtəhsil məktəbinin ##.##.2025-ci il tarixli, 140 və *** nömrəli arayışlarında qeyd edilmişdir ki, Əhədova Günel Mansur qızı Sumqayıt şəhər * nömrəli tam orta ümumtəhsil məktəbinin 7b sinfində, Əhədova Günay Mansur qızı Sumqayıt şəhər * nömrəli tam orta ümumtəhsil məktəbinin 5b sinfində təhsil alır.
46. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsal Birliyinin * saylı Mənzil Kommunal İdarəsinin verdiyi *** saylı, ##.##.2026-cı il tarixli arayışdan həmçinin görünür ki, Əhədova Günel Mansur qızı və Əhədova Günay Mansur qızı 2013-cü ildən ünvan 2 ünvanında qeydiyyatdadırlar.
47. Birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməsə də, iddia ərizəsindən görünür ki, mövcud tələb eyni zamanda iddiaçı tərəfindən cavabdehin qızı 2013-cü il təvəllüdlü Əhmədova Günel Mansur qızına qarşı da yönəldilmişdir.
48. Cavabdeh cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, o, 1997-ci ildə mübahisəli mənzildə doğulmuş və orada boya-başa çatmışdır. 44 günlük Vətən müharibəsi, həmçinin aprel döyüşləri və sonrakı antiterror əməliyyatlarında iştirak etmişdir. Həmin döyüş əməliyyatları zamanı zədə almış və hazırda sinə nahiyəsində qəlpə yaraları mövcuddur. Onun əmisi ilə şəxsi münasibətlərində hər hansı problem yoxdur və zərurət yaranarsa, eyni evdə yaşamaqları da mümkündür. Onlar həmin mənzildən heç vaxt çıxmamışlar, fasiləsiz olaraq orada yaşamışlar. Kommunal xərclərin ödənişi də onun tərəfindən həyata keçirilmişdir. Əmisi uzun illərdir ki, Azərbaycan Respublikasında yaşamır. O, hərbi xidmətini Ukraynada çəkmiş, ondan sonra da Ukraynada qalmış, orada ailə qurmuş və hazırda da həmin ölkədə yaşayır. Bacısı 2012-ci ildə ailə həyatı qurmuşdur, lakin evləri olmadığı üçün həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. Onların övladları da həmin ünvanda qeydiyyatdadırlar. Mənzildə yaşamamaları barədə akt həqiqəti əks etdirmir. Aktı tərtib etmiş Ruslan bibisi oğludur. Ev satılan zaman əmisi onlara da pul verəcək. Zahid həmin evdə yaşayırdı, onu evdən polislə çıxarmışdır. Fikrət isə hazırda cəzaçəkmə müəssisədindədir. Onlardan yalnız Ruslan qonşudur, digərləri başqa yerdə yaşayırlar.
49. İddiaçı tələbində cavabdehlərin mənzili tərk etdiyini və həmin mənzildə qeydiyyatlarının formal xarakter daşıdığını göstərsə də, cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmələrinə və həmin mənzillə əlaqələrini kəsmələrinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdehlərin hələ də həmin mənzilin yaşayış sahəsindən istifadə etdikləri və iddiaçının onlara qarşı mənzildən çıxarılma ilə əlaqədar iddia qaldırdığı da müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müvafiq araşdırma aparmadan cavabdeh2 və cavabdeh1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, S.Vurğun küçəsi, 25-ci məhəllə, ev 66/36 ünvanında yerləşən * saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə gəldiyi nəticəni əsassız hesab edir.
52. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
53. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Beləliklə, məhkəmə kollegiyası sadalanan qanunvericilik aktları normalarına, işin araşdırılmış hallarına və iş üzrə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qəmbərova (Əhədova) Fatma Ələkbər qızına qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.