Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-478/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi cəlb olunmaqla cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi cəlb olunmaqla cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il tarixli, *********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Mürsəliqışlaq kəndində yerləşən 0,07 ha torpaq sahəsindən ona düşən ½ hissədə payının əsas döngə nöqtələri və koordinantları 2-3 (Y-4589959.6997; X******.72) başlamaqla əsas döngə nöqtələri və koordinantları 3-4 (X- 317997.66; Y4589989.1498) hissəsinə kimi olan ərazidən (yaşamaq üçün tikilmiş balaca tikilinin olduğu yer daxil olmaqla) cavabdeh Cavabdeh ½ hissədə payından naturada ayrılaraq (bölünərək) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2005-ci ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuş, birgə nikahdan ## #### 2007-ci ildə Eyyub və ## ###### 2009-cu il təvəllüdlü Şəhanə adlı uşaqları anadan olmuşdur. Quba Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Quba Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu, Mürsəlqışlaq kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə ½ payı müəyyən edilmişdir. Qətnamə icra edilməsi üçün Quba rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icra olunması nəticəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən 0,07 ha torpaq sahəsi 1/2 hissədə ona, 1/2 hissədə cavabdehə məxsusdur. Həmçinin həmin torpaq sahəsinə dair ##.##.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlaklara sahiblik və istifadə etməklə bağlı iş üzrə cavabdehlə aralarında mübahisə olduğu üçün ona mülkiyyətindən istifadə etməyə maneə olur. Payının cavabehin razılığı ilə naturada ayrılması mümkünsüzdür. Belə ki, o dəfələrlə cavabdehə ona düşən torpaq payının və üzərində tikdikləri qeydiyyatsız tikililərin naturada ayrılıb verilməsini xahiş etsə də, cavabdeh buna əməl etmir. Cavabdehin təqsirli əməlləri nəticəsində paylı mülkiyyətin mülkiyyətçisi kimi o mülkiyyətində olan əmlakdan səmərəli surətdə istifadə edə və mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də hal-hazırda birgə nikah dövründə əldə edilmiş əmlakdan müəyyən edilmiş 1/2 hissədə payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Həmin torpaq sahəsində birgə nikah dövründə bir otaqlı yaşayış sahəsi və böyük bir tövlə tikilmişdi. Qeyd edilən tikililərə mülkiyyət hüququ müəyyən edilməmişdir. Lakin birgə nikah dövründə əldə etdikləri 0,07 ha torpaq sahəsi naturada bölünərsə, torpaq sahəsinin üzərində olan qeydiyyatsız tikililər də həmin torpaq sahəsinin üzərində qalmaqda davam edəcəkdir. Gələcəkdə naturada bölgü ilə bağlı torpaq sahəsinin üzərində olan tikililərə görə hər hansı problemin yaşanmaması üçün o torpaq sahəsinin bölgüsünün hansı qaydada həyata keçirilməsi ilə bağlı istəyini iddia ərizəsində qeyd edir. Belə ki, cavabdehin özünün də çox yaxşı bildiyi kimi fərdi yaşayış evinin tikintisinin əksər hissəsini onun qohumları həyata keçirmişlər. Torpaq sahəsində birgə nikah dövründə tikdirdikləri tövlənin bazar dəyəri fərdi yaşayış evindən qat-qat çoxdur. Lakin o torpaq sahəsinin ona düşən 1/2 hissədə payının naturada ayrılmasını tövlə tərəfdən deyil, fərdi yaşayış evi tərəfdən aparılmasını istəyir. Bu zaman isə torpaq sahəsində birgə nikah dövründə inşa etdikləri tövlənin cavabdehdə qalmasına etiraz etmir.
3. Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Babayev) iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ##.##.2024-cü il tarixli, *********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsindən İddiaçı ½ hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli **/*** saylı ekspertiza rəyində istinad olunmuş mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
4. Iddia tələbinin təmin edilməsi qənaətinə gələn aşağı instansiya məhkəməsi ekspertiza rəyinə əsasən Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha yaşayış sahəsinin (tikililər nəzərə alınmaqla) ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarına düşən hissəsinin mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada ayrılmasının mümkünlüyü ilə əsaslanmışdır. Bu nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçının istifadəsinə verilməsi nəzərdə tutulan yaşayış evinin bünövrəsindən 2 metr ərazinin iddiaçının istifadəsində saxlanılmaqla qalan hissənin onun istifadəsinə verilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən də göründüyü kimi məhkəmə iddiaçının iddia ərizəsində göstərdiklərini tamamilə qətnaməyə köçürmüş, məhkəmə iclasında göstərdiklərini və verdiyi təkrar ekspertizası təyin edilməsi barədə vəsatəti haqqında qətnamədə ümumiyyətlə heç nə göstərməmiş, sadəcə bir cümlə ilə göstərir ki, məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək torpaq sahəsinin 2 metr məsafə buraxılmaqla bölünməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixdə Quba Rayon Məhkəməsinə rəsmi surətdə təqdim etdiyi (təkrar ekspertiza təyin edilməsinə dair vəsatətin məhkəmə tərəfindən qəbul edilməsi barədə onda qalan nüsxədə qeyd və məhkəmənin möhürü açıq şəkildə görünür) təkrar ekspertiza təyin edilməsinə dair vəsatətində göstərmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Mürsəliqışlaq kəndi ərazisində yerləşən 0.07 ha yaşayış sahəsi (tikililər nəzərə alınmaqla) ½ hissədə İddiaçı ½ hissədə paylarına düşən hissəsini naturada ayrılmasının mümkünlüyü barədə mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxemi və razı olmamışdır. Iş üzrə alınmış ##.##.2025-ci il tarixli, **/*** saylı ekspert rəyində də mütəxəssis rəyinə istinad edilərək göstərilir ki, tərəflər öz aralarında 6.9 x 4.8 metr ölçüdə ev tikilisinin İddiaçı istifadəsində 14.7 x 9.8 ölçüdə olan tövlə tikilisinin isə onun istifadəsində qalmasına razı olduğu göstərilmişdir. Ekspert əraziyə gələrək və ölçmə işləri apararkən ona bildirmişdir ki, ev tərəfdən olan 2 metr ərazi və ev tikilisi iddiaçının istifadəsində saxlanmasına razıdır. Rəyə əlavə olunmuş sxemdə isə göstərilir ki, tövlə tikililərinə 2 metr qalmış hissəyədək ərazi iddiaçıya, qalan hissə ona verilir. Bu halda onun tövlədən istifadə etməyi mümkünsüz olacaqdır. Tövlə tikililərinə 2 metr qalmış bölgü aparılacağı halda tövləyə mal heyvanat salıb çıxarmaq mümkünsüz olacaqdır. Məhz bu səbəbdən məhkəməyə vəsatət verərək təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir ki, yenidən əraziyə baxış keçirilərək sxem dəyişdirilsin. Lakin məhkəmə təkrar ekspertiza təyin edilməsinə dair vəsatətini müzakirə etməmiş və ümumiyyətlə qətnamədə vəsatət barədə heç bir qeyd göstərilməmişdir. Ona görə də iş üzrə təkrar ekspertiza təyin edilməli və yalnız bundan sonra naturada bölgü aparılmalıdır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, birgə nikahdan doğulmuş uşaqlarının hər ikisi onun himayəsinə verilmiş və onun himayəsində qalırlar. Onların da mənafeləri nəzərə alınmalıdır. Məhkəmə qanunun normasına istinad edərək qərar çıxartsa da, mülkiyyətçi olaraq onun hüququnun pozulmasına əhəmiyyət verməmişdir. Məhkəmə mütəxəssis və ekspert rəylərinə istinad edərək verilmiş sxemə uyğun bölgü aparılması barədə qərar qəbul edərkən onun öz əmlakından təyinatına görə istifadə edib edə bilməyəcəyinə heç bir münasibət bildirməmiş, verdiyi vəsatətə münasibət bildirməmiş və hüquqi qiymətləndirməmişdir. Məhkəmə qətnaməni qəbul edərkən mütəxəssis və ekspert rəylərinə əlavə edilmiş sxemə uyğun bölgü aparılması barədə nəticəyə gələrkən belə bölgü nəticəsində ona ayrılan hissədən təyinatına görə istifadə edib edə bilməyəcəyini aydınlaşdırmamış, iş üzrə təkrar ekspertiza təyin etməmişdir. Ekspert əraziyə gələrək və ölçmə işləri apararkən ona bildirmişdir ki, ev tərəfdən olan 2 metr ərazi və ev tikilisi iddiaçının istifadəsində saxlanmasına razıdır. Rəyə əlavə olunmuş sxemdə isə göstərilir ki, tövlə tikililərinə 2 metr qalmış hissəyədək ərazi iddiaçıya, qalan hissə ona verilir. Bu halda onun tövlədən istifadə etməyi mümkünsüz olacaqdır. Tövlə tikililərinə 2 metr qalmış bölgü aparılacağı halda tövləyə mal heyvanat salıb çıxarmaq mümkünsüz olacaqdır. Məhz bu səbəbdən məhkəməyə vəsatət verərək təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir ki, yenidən əraziyə baxış keçirilərək sxem dəyişdirilsin. Lakin məhkəmə təkrar ekspertiza təyin edilməsinə dair vəsatətimi müzakirə etməmiş və ümumiyyətlə qətnamədə vəsatət barədə heç bir qeyd göstərilməmişdir. Məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əməl etməmiş, faktiki olaraq iddiaçının müdafiəçisi qismində çıxış etmişdir. Insan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Yuxarıda göstərildiyi kimi qətnamə dəyişdirilmədən qalarsa onun öz əmlakından maneəsiz istifadə hüququ pozulmuş olmaqla reallaşdırılmamış qalacaqdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmişdir.
8. Etirazda bildirilmişdir ki, Quba Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli işi üzrə məhkəmə iclası zamanı torpaq sahəsinin naturada bölgüsü aparılarkən, mühəndisin yanında cavabdeh özü bölgü ilə razılaşmışdır. Qeyd edilən qətnamə icra edilməsi üçün Quba rayon Icra və Probasiya şöbəsinə göndərilmiş, iddiaçı bölgüyə əsasən ona düşən torpaq sahəsinə dövlət reyestrindən, çıxarış və plan ölçü sənədi almışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə bölgüdən sonra düşən yarımtikilini tamamilə tikərək fərdi yaşayış evi halına gətirmişdir. Həmçinin bölgüyə əsasən ona düşən torpaq sahəsini mişar daşından hasarlamışdır. Cavabdeh məhkəmə qətnaməsi icra ediləndən sonra, müddət ötəndən sonra apellyasiya şikayəti vermiş, bir dəfə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin apellyasiya şikayətinin heç bir əsası yoxdur. Iddiaçı torpaq sahəsinə çıxarış almış, torpaq sahəsini hasarlamış, ev tikmiş yekunlaşdırmışdır. Cavabdehin əgər bölgüyə etirazı var idisə birinci instansiya məhkəməsində təkrar vəsatətlə məhkəməyə müraciət edər, yenidən bölgü tələb edərdi. Lakin cavabdeh hazırkı bölgünü deyil, iddiaçının ona bir az torpaq sahəsi verməsini xahiş edir. Səbəb kimi isə maşının torpaq sahəsinin bölgüsündən sonra ondan qalan fermaya gedib gələ bilmədiyini göstərir. Cavabdehin bu iddiası əsassızdır. Onun fermasına gedib gəlmək üçün kifayət qədər yolu vardır. Hətta məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi həmin fermanın qarşısında avtomobilini saxlamışdır. Iddiaçıdan mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsindən pay istəməyi heç bir ağıla və məntiqə sığmır. Göründüyü kimi şikayət verdiyi Quba Rayon Məhkəməsinin qətnaməsində heç bir maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir, cavabdeh apellyasiya şikayətini iddiaçıdan mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsindən ona pay verməsi üçün vermişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Vəkil/Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
12. Mülki Məcəllə
Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
13. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışa əsasən birgə paylı mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı adına qeydiyyata alınması işin mübahisəsiz halıdır.
17. Baxılan iş üzrə iddia tələbi əmlakın paylara uyğun naturada bölünməsi barədədir. Iddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 220.2-ci maddəsi təşkil edir.
18. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1., 213.2 və 213.3. maddələri).
19. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri).
20. Qeyd olunduğu kimi, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
21. Işdən göründüyü kimi iddiaçı ümumi birgə paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində keçirilmiş mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli rəylərinə əsasən Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha yaşayış sahəsi (tikililər nəzərə alınmaqla) ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarına düşən hissəsinin naturada ayrılmasının mümkün olması müəyyən edilmişdir. Bu bölgünün hansı hissədə olması isə rəyə əlavə olunmuş bölgü sxemində öz əksini tapmışdır.
22. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, sözügedən torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evi və tikililər nəzərə alınmaqla əldə edilmiş mütəxəssis və ekspert rəylərində göstərilən qaydada bölgünün aparılması tərəflərin mənafelərinə uyğun olmaqla Mülki Məcəllənin 220.2. maddəsinin dispozisiya şərtləri ilə uzlaşır.
23. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası MPMnin 14.2., 77.1 və 88-ci maddələri).
25. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
27. Cavabdehin apellyasiya şikayətində ekspert rəyini yenidən mübahisələndirərək torpaq sahəsində ölçmə işlərini apardığı zaman ekspertə ev tərəfdən olan 2 metr ərazi daxil evin iddiaçının istifadəsində saxlanılması ilə razı olduğunu bildirsə də, rəyə əlavə olunmuş sxemdə tövlə tikililərinə 2 metr qalmış hissəyədək ərazinin iddiaçıya, qalan hissənin isə ona verildiyi, nəticədə onun tövlədən istifadəsinin mümkünsüz olduğunu, bu səbəbdən də təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən müzakirə edilmədiyini bildirmişdir. Lakin işdən görünür ki, cavabdehin bu vəsaətəti məhkəmənin ##.##.2025-ci il tarixli iclasında məhkəmə tərəfindən müzakirə edilərək təmin edilməmişdir.
28. Bununla yanaşı, iddiaçının apellyasiya şikayətinə etiraza əlavə etdiyi fotoşəkillərdən də bir daha aydın olur ki, göstərilən qaydada bölgünün aparılması cavabdehin tövlədən istifadəsinə heç bir maneə yaratmır. Əksinə təqdim edilmiş fotoşəkildə həmin fermanın qarşısında avtomobilin sərbəst şəkildə saxlanıldığı və onun hərəkətinə hər hansı bir maneənin olduğu görünmür.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisə predmeti təşkil edən torpaq sahəsində ümumi paylı mülkiyyətçisi olan iddiaçının torpaq sahələrinin naturada ayrılması qənaətinə gəlmişdir.
30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 220.2. maddəsinin dizpozisiya şərti ilə uzlaşdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.