Məhkəmə qərarları › İş №2(3-8)-481/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-481/2026

17.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-481/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqı tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin ## #### 2025-ci il tarixli, **-K nömrəli əmrindən görünür ki, Quba şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba şəhər Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiya haqqında 01№li Xəbərdarlıq bildirişdən görünür ki, Quba şəhər Uşaq İncəsənət Məktəbinin ##.##.2024-cü il tarixli **-F nömrəli əmrinə və bu əmrə dəyişiklik edilməsi haqqında ##.##.2025-ci il tarixli **-F nömrəli əmrinə əsasən işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olubolmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılması, həmin əmrlərlə məktəbin müvafiq şöbəsi və “Elanlar” lövhəsində tanış ola bilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir. 3.İşçi tərəfindən attestasiyanın keçirilməsi haqqında bildirişin və proqramın təhvil alınması haqqında məlumatdan görünür ki, İddiaçı attestasiyanın keçirilməsi haqqında bildirişi və proqramı ##.##.2025-ci ildə təhvil alımışdır. 4.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin ##.##.2024-cü il tarixli **-F nömrəli Əmrinə əsasən Məktəbin əməkdaşları 2025-ci ilin ######ın #-dən iyunun 5-dək attestasiyadan keçirilməlidirlər. 5.Quba şəhər Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsi ##.##.2025-ci il tarixli əmrlə təsdiq edilmişdir. 6.Attestasiya vərəqəsinə əsasən: Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar; Hazırladığı əsəri orta zəif ifa etdi. Hazırladığı əsəri orta təhlil etdi. Qammaları zəif ifa etdi. Əsəri üzdən oxumaqdan imtina etdi. Pedaqogikadan suallar verildi. Cavabladı. Bax haqqında nə danışa bilərsiniz? Cavabladı. Baxın hansı konsertləri var? cavablava bilmədi. Konsert jann nədir? Cavablaya bilmədi. Şopenin neçə konserti və sonatası var? qismən cavabladı. Şopen hansı cərəyanın nümayəndəsidir? Cavabjadı. Pomantizmin banisi kimdir? Cavabladı. Romantizmdən başqa hansı cərəyanlar var? cavabladı. İmpressionizm bəstəkarlarından kimləri sadalaya bilərsiniz? Cavabladı. A.Məlikovun hansı fortepiano üçün əsərlərini tanıyırsınız? Cavablaya bilmədi. Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhər Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ## #### 2025-ci il tarixli № ** К saylı əmrinin ləğv edilməsi və onun iddia ərizəsinin təmin olunaraq işə bərpa olunmağı və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2007-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində fortopiano müəlliməsi vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində o, xalq çalğı alətləri üzrə ümumi fənn dərsi tədris etmiş və heç bir vaxt iş fəaliyyəti ilə əlaqədar irad tutulmamışdır. Digər müəllimələr ilə birlikdə o, da attestasiyadan keçirilməyə cəlb edilmişdir. Attestasiya komissiyasının vərəqəsində qeyd edilir ki, iştirakçı hazırladığı əsəri orta-zəif ifa etdi. Hazırladığı əsəri orta təhlil etdi. Qammaları zəif ifa etdi. Əsəri üzdən oxumaqdan imtina etdi. Pedaqogikadan suallar verildi. Cavabladı. Bax haqqında nə danışa bilərsiniz? Cavabladı. Baxın hansı konsertləri var? Cavablaya bilmədi. Konsert janrı nədir? Cavablaya bilmədi. Şopenin neçə konserti və sonatası var? Qismən cavabladı. Şopen hansı cərəyanın nümayəndəsidir? Cavabladı. Romantizmin banisi kimdir? Cavabladı. Romantizimdən başqa hansı cərəyanlar var? Cavabladı. İmpressionizm bəstəkarlarından kimləri sadalaya bilərsiniz? Cavabladı. A.Məlikovun hansı fortopiana üçün əsərlərini tanıyırsınız? Cavablaya bilmədi. Verilən suallara verdiyi cavablara görə komissiya nəticədə ona “uyğun deyil” rəyini verdi. Belə ki, atestasiya komissiyası tərəfindən 14 sual verilib, 10 suala cavab vermişdir. Hesab edir ki, atestasiya komissiyası tərəfindən ona verilən sualların əksəriyyətinə cavab verməyinə baxmayaraq ona qarşı qərəzli münasibət nümayiş etdirilib və əsassız olaraq Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun ## #### 2025-ci il tarixli №-**-K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəla qeyd etmək istəyir ki, atestasiya komissiyası Uşaq Musiqi məktəbinin aparıcı fortepiano müəllimələrindən biri olmağına və 17 il 6 ay iş stajı olmasına baxmayaraq ona qarşı qərəzli və qeyri obyektiv qərar qəbul edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə razı deyil ona görə ki, komissiya onu nə iş stajını, nə seçilən müəllimə olmağını və nədə ki, suallara verdiyi müsbət cavabları nəzərə almamışdır. Qeyd etmək istəyir ki, işlədiyi 17 il 6 ay ərzində aparıcı müəllimə kimi onun iş fəaliyyətində nəaliyyətləri olmuşdur. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən Quba şəhər Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun ## #### 2025-ci il tarixli № ** К saylı Əmri ləğv edilməli, o işə bərpa edilməli və ödənilməmiş əmək haqqı ona ödənilməlidir. 9.Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Nigar Xəlilova). 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1, 3, 4, 5, 6 və 7-ci hissələrinə, 67-ci maddəsinin 1 və 2-ci hissələrinə, 70ci maddəsinin “c” bəndinə, 288-ci maddəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 2.4, 2.6, 2.7, 3.1, 3.2 və 3.3-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri 11.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2007-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində işlədiyi müddət ərzində o, xalq çalğı alətləri üzrə ümumi fənn dərsi tədris etmiş və heç bir vaxt iş fəaliyyətilə əlaqədar irad tutulmamışdır. Digər müəllimələr ilə birlikdə o da, attestasiyadan keçirilməyə cəlb edilmişdir. Attestasiya komissiyasının vərəqəsində qeyd edilir ki, iştirakçı hazırladığı əsəri orta-zəif ifa etdi. Hazırladığı əsəri orta təhlil etdi. Qammaları zəif ifa etdi. Əsəri üzdən oxumaqdan imtina etdi. Pedaqogikadan suallar verildi. Cavabladı. Bax haqqında nə danışa bilərsiniz? Cavabladı. Baxın hansı konsertləri var? Cavablaya bilmədi. Konsert janrı nədir? Cavablaya bilmədi. Şopenin neçə konserti və sonatası var? Qismən cavabladı. Şopen hansı cərəyanın nümayəndəsidir? Cavabladı. Romantizmin banisi kimdir? Cavabladı. Romantizimdən başqa hansı cərəyanlar var? Cavabladı. İmpressionizm bəstəkarlarından kimləri sadalaya bilərsiniz? Cavabladı. A.Məlikovun hansı fortopiana üçün əsərlərini tanıyırsınız? Cavablaya bilmədi. Verilən suallara verdiyi cavablara görə komissiya nəticədə ona “uyğun deyil” rəyini verdi. 13.Belə ki, atestasiya komissiyası tərəfindən 14 sual verilib, 10 suala cavab vermişdir. 14.Hesab edir ki, attestasiya komissiyası tərəfindən ona verilən sualların əksəriyyətinə cavab verməyinə baxmayaraq ona qarşı qərəzli münasibət nümayiş etdirilib və əsassız olaraq Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktorunun ## #### 2025-ci il tarixli №-**- K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70 -ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əvvəla qeyd etmək istəyir ki, attestasiya komissiyası Uşaq Musiqi məktəbinin aparıcı fortopiano müəllimələrindən biri olmağına və 17 il 6 ay iş stajı olmasına baxmayaraq ona qarşı qərəzli və qeyri-obyektiv qərar qəbul edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə razı deyil ona görə ki, komissiya onun nə iş stajını, nə seçilən müəllimə olmasını və nədə ki, suallara verdiyi müsbət cavabları nəzərə almamışdır. Qeyd etmək istəyir ki, işlədiyi 17 il 6 ay ərzində aparıcı müəllimə kimi onun iş fəaliyyətində nəaliyyətləri olmuşdur. Hesab edir ki, Quba rayon məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddiaçının iddia ərizəsi apelyasiya məhkkəməsi tərəfindən təmin edilməlidir. İddiaçı attestasiya zamanı 14 sualdan 10 suala cavab verməsinə baxmayaraq, ona qarşı qərəzlilik müəyyən edilir və buna görə də, məhkəmənin gəldiyi nəticə qeyri-obyektiv və ədalətsizdir. Sübutlara düzgün qiymət verilmədiyindən, məhkəmə yalnış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. 17.Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 18.Maddə 35. (İ, II və VII hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 19.Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları 20.Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: 21.... 22.c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 23.... Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 24.Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 25.2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 26.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 31.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 36.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır. 37.İşin mübahisəsiz hallarından göründüyü kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba-X3 İdarəsi Quba şəhər Uşaq İncəsənət Məktəbinin ## #### 2025-ci il tarixli, **-K nömrəli əmrinə əsasən, fortepiano müəllimi İddiaçı ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 38.Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq və apellyasiya şikayətində göstərilən dəlillər ilə razılaşmayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. 39.Belə ki, kollegiya apellyatorun “attestasiya zamanı 14 sualdan 10 suala cavab verilməsi, ona qarşı qərəzli münasibət göstərilməsinə dair” dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirilmədiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanuni olmuşdur. 40.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırmaları zamanı attestasiya imtahanında iddiaçıya qarşı qərəzli mövqə halı müəyyən olunmadığından, həmin fakt hər hansı mötəbər təkzibolunmaz sübutu ilə öz təsdiqini tapmadığından, həmin dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 41.Əksinə iş materiallarında olan attestasiya vərəqəsinə görə isə atesstasiya zamanı iddiaçı ona verilmiş bütün sualları cavablaya bilməmiş, əsərin təhlilini orta təhlil etmiş, əsəri və qammaları zəif ifa etmişdir. 42.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, attestasiya proqramı bir neçə ay əvvəl bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilmişdir. Həmçinin, ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərin attestasiya proqramı yerləşdirilmişdir. Attestasiya isə Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmiş, attestasiya vərəqəsinə əsasən işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş, attestasiya komissiyasının iddiaçıya qarşı qərəzli olması, verilmiş cavabların qiymətləndirilməsində pozuntulara yol verməsi müəyyən edilməməkdədir. 43.Qeyd olunanlarla yanaşı, məhkəmə araşdırmaları zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. 44.Belə ki, iş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olmuşdur. 45.Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, iddiaçının ##.##.2025-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməsi attestasiya nəticəsinə adekvat olmuşdur. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 47.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 48.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 49.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar