Məhkəmə qərarları › İş №2(3-8)-484/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-484/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-484/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.850 manat məbləğində vəsaitin və 166,32 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr əsasında ödənilməli olan xidmət haqlarına əlavə olaraq cavabdeh, onunla arasında bağlanmış ## #### 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında ona işin nəticəsindən asılı olaraq əlavə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi xidmət göstərilən şəxsə həmçinin ##.##.2021-ci il tarixli, EBBJ ****** nömrəli (200 manat), ##.##.2021-ci il tarixli, EBBK ****** nömrəli (200 manat), ##.##.2022-ci il tarixli, EBCH ****** nömrəli (300 manat) və ##.##.2023-cü il tarixli, EBCN ****** nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar göndərilmiş və cavabdeh tərəfindən qəbul edilərək, müvafiq ödənişlər bank hesabına köçürülmüşdür. Göstərilən müqavilələrin aid olduğu işlər üzrə yekun məhkəmə aktlarının qəbul edilməsinin üzərindən təxminən bir ilə yaxın vaxtın keçməsinə və həmin aktların hamısının icraya yönəldilməsinə baxmayaraq, cavabdeh ## #### 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə üzrə öhdəliklərini hələ də icra etməmişdir. Halbuki, müqavilədə bunun üçün cəmi beş gün vaxt nəzərdə tutulmuşdur. Hazırda cavabdehin ona göstərilmiş xidmətlərə görə əlavə 24.850 manat məbləğində (vergi və sığorta xərcləri daxil olmaqla) borcu mövcud olsa da, bu borcu ödəməkdən bu günə kimi yayınmaqdadır. Bu məqsədlə cavabdehə 16.06.2024cü il tarixli, EBED ****** nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmiş və həmin qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir.

3. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş, habelə iddia tələbinə qarşı yazılı etiraz və ya mülahizə təqdim etməmişdir.

4. Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) iddia təmin edilmiş, Cavabdeh MMC-dən 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat pul İddiaçı xeyrinə tutulması və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 166 manat 32 qəpik məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə hüquqi yardım göstərilmiş, cavabdeh isə xidmət haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında 24.850 manat məbləği həddində məsuliyyəti yaranmışdır. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441, 442ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan cavabdehdən 2.326,31 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 43,27 manatın iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən - iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən də göründüyü kimi, tərəflər arasında bağlanmış ## #### 2021-ci il tarixli, “Hüquqi xidmərin haqqının ödənilməsinə barədə” müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndində qeyd olunan və normal insan məntiqi ilə anlaşılmayan söz yığnağı əsasında iddia tələbi tam təmin olunmuşdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi iddia tələbi onların ziyanına çıxarılan qətnamələr üzrə icraya yönəldilən məbələğlərin miqdarından iki fazi tətbiq edilməklə hesablanmış və bu məbləği məhkəmə təsdiq edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu məntiqlə hazırki iş üzrə iddiaçı qismində çıxış edən iddiaçı İddiaçı iştirak etdiyi və ziyanlarına çıxarılan digər məhkəmə qətnamələrinin icraya yönəldilməsi ilə bağlı da məhkəmələrə müraciət etmək imkanı qazanmış olur. Amma nədənsə “xxxx” ASC ilə aralarında olan məhkəmə mübahisəsi üzrə ziyanlarına çıxarılmış 10,5 milyon manatın iki faizini hesablayıb məhkəməyə hələ də müraciət etməmişdir. Hərçənd ki, həmin məbləğin iki faizi, 210000 manat təşkil edir. Həmçinin həmin məsələ ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, məhz həmin işdən sonra, indilərdə onlara məlum olmuşdur ki, bu şəxs qarşı tərəflə cinayət əlaqəsinə girərək, ümumiyyətlə onlara 2 milyon manata yaxın zərər vurmuş və zərərin miqdarı tərəflərindən tam müəyyən olunduqdan sonra müvafiq orqanlara da müraciət olunacaqdır. Nəinki Azərbaycanda, ümumiyyətlə Azərbaycandan kənarda da olan dövlətlərdə buna bənzər hər hansı müqavilə şərtlərinin olub-olmaması barədə apardığı sorğulara istehza ilə yanaşılmışdır. Necə yəni, onun ziyanına çıxarılan hər hansı işə görə o, kiməsə də xidmət haqqı ödəməlidir. Hesab edir ki, qətnamə ləğv olunmaqla yanaşı, iddiaçı barəsində də xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Göstərilənlərdən əlavə o da mütləq qeyd olunmalıdır ki, ##.##.2025-ci il tarixli həmin qətnamə iş üzrə elektron kabinetə ##.##.2025-ci il tarixdə yerləşdirməsinə baxmayaraq ən azından elektron kabinetə yerləşdirildikdən bir ay sonra, yəni qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilməli olduğu halda, hakim tərəfindən bu müddət gözlənilmədən, qətnamə qanunsuz olaraq ##.##.2025-ci il tarixdə icraya yönləndirilmişdir. İcra vərəqəsində də qeyd edilmişdir ki, qətnamə ##.##.2025-ci tarixdə qanuni qüvvəyə minmiş, ##.##.2025-ci il tarixdə də icra sənədi verilmişdir. Həmçinin qətnamə heç kəsin iştirak belə olmadan, nə iddaçı, nə də ki, cavabdeh məhkəmə proseslərində iştirak etməmişlər və onların iştirakı olmadan da qətnamə çıxarılmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, cavabdeh onu özünün imzalayıb möhürü ilə təsdiq etdiyi ## #### 2021-ci il tarixli “Hüquqi xidmətin haqqımn ödənilməsi barədə” müqavilənin (bundan sonra “Müqavilə”) 1-ci bəndinin 2-ci yanmbəndində anlaşılmayan ifadələrdən ibarət söz yığınından istifadə etməkdə ittiham edir. Halbuki, həmin bənddə fikir kifayət qədər aydın şəkildə ifadə olunmuşdur; əvvəlki yanmbənddə göstərilən nəticədən (işin müvəffəqiyyətli həllindən) fərqli (istənilən) nəticə əldə olunarsa, vəkilə iddia məbləğinin 2%-i dəyərində haqq ödənilməlidir. Bundan fərqli ödənişlə bağlı tərəflər yazılı qaydada rəsmiləşdirilmiş əlavə sənədə (razılaşma və s.) malik olmalıdırlar ki, belə sənəd də mövcud deyildir. Göründüyü kimi, müqavilədə anlaşılmayan heç bir müddəa yoxdur. Üstəlik, tərəfindən məhkəmənin tələbi əsasında borc məbləğinin formalaşmasına dair ərizə tərtib edilərək, şəxsi kabinet vasitəsilə iş materiallarına əlavə edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş və bir neçə dəfə təxirə salınmış hazırlıq iclaslarında nə həmin ərizəyə, nə də ümumiyyətlə iddiaya heç bir etiraz bildirməmişdir. Nəticə etibarilə, qanunla müəyyən olunmuş müvafiq hüquqi imkanı da itirmişdir. Cavabdehin guya onun ASC “Xalq” Bankı ilə cinayətkar əlaqəyə girib ona zərər vurması ilə bağlı iddiası isə ağlasığmaz olduğu qədər həm də gülünc və əsassızdır. Əvvəla, Cavabdeh MMC-nin həmin bankla hər hansı məhkəmə mübahisəsinin mövcudluğu barədə onda məlumat yoxdur, əgər belə mübahisə vardırsa, yaxud nə vaxtsa olmuşdursa, ümumiyyətlə, o, cavabdehi vəkil və ya nümayəndə qismində həmin məhkəmə proseslərində təmsil etməmişdir. Uzun illərdir ki, kommersiya mübahisələri elektron məhkəmənin tətbiqi vasitəsilə təmin olunur. Yəqin ki, cavabdehin göstərilən iddiasının əsası olsaydı, şəxsi kabinetdən bu barədə məhkəməyə hansısa çıxarış təqdim edərdi. Məsələn, o, hazırkı iddianı əsasən həmin sistemdən əldə etdiyi sənəd və sübutlar əsasında irəli sürmüşdür. Cavabdeh MMC-nin təsisçisinin payçısı olduğu, hüquqi xidmət etdiyi digər şirkətlər - “xxxx” MMC və “xxxx” MMC barəsində analoji iddiaları artıq təmin olunmuş və icraya yönəlmişdir (müvafiq qətnamələr tərəfimdən iş materiallarına əlavə olunmuşdur). Yeri gəlmişkən, həmin iddialara da birinci instansiya məhkəməsində baxılarkən, bu işdə olduğu kimi, cavabdehlər məhkəmə proseslərinə gəlməmiş və hər hansı etiraz təqdim etməmişlər. İddianın əsası kimi istinad olunan, cavabdehin ziyanına çıxarılmış işlər üzrə əlavə haqqın ödənilməsi tələbini tərbiyəsizlik kimi qiymətləndirən cavabdeh, təəssüf ki, yenə özünəməxsus davranış göstərərək ciddi təhrifetməyə yol vermiş və öz savadsızlığını növbəti dəfə bariz şəkildə nümayiş etdirərək özünə aid olan yolverilməz ifadələri ona ünvanlamışdır. Müqavilənin məzmununa artıq yuxarıda toxunmuşdur. Konkret olaraq müqavilə məbləğlərinə gəldikdə isə bildirir ki, təsdiqedici sənədləri iddiayaa əlavə etmişdir. Həmin sənədlərdən də göründüyü kimi, cavabdeh ona bir qayda olaraq, yüz minlərlə manat dəyərində olan iddialardan müdafiə olunmaq üçün hər işin apanlması qarşılığında cəmi təxminən 300 (üç yüz) manatlıq bir ödəniş etmişdir ki, bu da aydın olduğu kimi, heç çəkilmiş xərclərin, sərf edilmiş vaxtın, əməyin və enerjinin bir hissəsini belə qarşılaya bilməzdi. Özü də, bu zaman nəzərə almaq lazımdır ki, cavabdehin hüquqi ünvanı Quba rayonu olduğu üçün kommersiya mübahisələrinə Sumqayıt Kommersiya və ya Apellyasiya Məhkəmələrində baxılırdı ki, bu da izafi xərclər yaradırdı. Hətta təcrübədə Cavabdeh MMC-nin təsisçisinin payçısı olduğu, yuxanda qeyd etdiyi digər hüquqi şəxslərdən birinin təmsilçiliyi üçün bir məhkəmə mübahisəsinə görə Sumqayıt şəhərinə altı dəfə gedib-gəldiyini, habelə işlərdən birində dövlət rüsumunu cibindən ödədiyini xatırlayır. Hələ o zaman cavabdeh də daxil olmaqla, həmin şirkətlərə qarşı o qədər pul tələbi barədə iddialar qaldırılmışdır ki, yuxanda adı çəkilən məhkəmələrin hakimləri bu şirkətləri mənfi mənada artıq kifayət qədər yaxşı tanıyırdılar. Həmin vaxtlar cavabdehin təsisçisindən bu qədər borcun yaranma səbəbləri barədə soruşduqda, problemin pandemiyadan qaynaqlandığı və bütün borcların qısa zamanda ödəniləcəyini, uyğun olaraq, məhkəmə prosesləri bitdikdən sonra onun da yuxanda göstərilən razılaşma əsasında formalaşan xidmət haqqının ödəniləcəyini bildirirdi. Bu gün isə onu utanmadan və vicdansızcasına dələduzluqda və tərbiyəsizlikdə ittiham edir. Halbuki, həm cavabdehin, həm də onun təsisçisinin payçısı olduğu, hüquqi xidmət etdiyi digər şirkətlərə qarşı qaldırılan iddialar üzrə cəmi təxminən beş yüz min manatdan çox əsas borc, cərimə və faiz tələbinin rədd edilməsinə (silinməsinə) nail olmuşdur. Hələ buraya inzibati qaydada qaldırılmış işlərin nəticələri aid deyil. Üstəlik, həmin proseslər davam etdiyi müddətdə bu şirkətlər öz maliyyə vəziyyətini düzəltmək üçün kifayət qədər vaxt qazansalar da, onu boşa vermişlər. Başqa sözlə, ortada xüsusi bir sübuta ehtiyacı olan hal sadəcə mövcud deyildir, necə deyərlər, “görünən dağa nə bələdçi?”. Nəhayət, tərəfindən qaldırılmış hazırkı iddiaya Quba rayon məhkəməsində ədalətli şəkildə baxılmaması barədə cavabdehin iddiasına gəldikdə isə bildirir ki, cavabdehin digər əsassız fikirləri kimi bu mövqeyi də tamamilə absurd və qəbuledilməzdir. Belə ki, əvvəla demək olar ki, bütün iş materiallan elektron məhkəmə portalında yerləşdirilmişdir. Bundan əlavə, ## #### 2025-ci il tarixi, saat 11:15-ə təyin edilmiş ilkin məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməsi barədə məhkəməyə vəsatət ünvanlasa da, vəsatəti təmin olunmadığı üçün, cavabdehin əsassız iddiasının əksinə olaraq, ## ##### 2025-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında şəxsən iştirak etmişdir (bunu məhkəmə zalında aparılan videoçəkilişdən də aydın şəkildə görmək mümkündür). Həmin iclasda cavabdehin, məhkəmə tərəfindən kifayət qədər şərait yaradılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etmədiyi və iddiaya hər hansı etiraz təqdim etmədiyi, bunun əksinə olaraq, iddiaçının təqdim etdiyi sübutların kifayət etdiyi və iddia tələbinin əsaslı olduğu nəzərə alınaraq, ## ##### 2025-ci il tarixinə baxış iclası təyin olunmuş və sonradan məhkəmə baxış iclası 08 may tarixinə təxirə salınmışdır. İddia ərizəsinə bütün lazımi sənəd və sübutları əlavə etdiyi, habelə hazırlıq iclasında şəxsən iştirak edib məhkəmənin suallarına aydınlıq gətirdiyi üçün, məhkəmə baxış iclaslarının iştirakı olmadan keçirilməsi barədə müvafiq ərizələri şəxsi kabinet vasitəsilə təqdim etmişdir. Göstərilən məqamları nəzərə alan məhkəmə tam qanuni və əsaslı qətnamə qəbul etmişdir. Sadəcə, böyük ehtimalla texniki səhvə yol verilərək başqa bir işlə səhv salınması nəticəsində qətnamə hüquqi qüvvəsini almağa bir neçə gün qalmış icraya yönəldilmişdir (bu məsələyə təbii ki, məhkəmə daha dəqiq aydınlıq gətirə bilər). Lakin, bu məqam qətnamənin qanunsuz və ya əsassız olmasına qətiyyən dəlalət etmir. Yuxanda qeyd edilənlər, habelə apellyasiya şikayətinin məzmunu göstərir ki, cavabdeh işin mahiyyətinə aid olan bir dəlilə belə malik olmamışdır, əks halda, birinci instansiya məhkəməsində hazırlıq iclasında iştirak edib onlan təqdim edərdi. Onun əsl məqsədi vaxtı uzatmaq və bu platformadan istifadə edərək onu təhqir edib işgüzar nüfuzuna zərər vurmaqdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh MMC-nin Quba Rayon Məhkəməsinin ## ### 2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini təmin etməyib, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Cavabdeh MMC kənd təsərrüfatı ilə bağlı fəaliyyəti olub, rəhbərliyin onunla birgə 4 şirkətləri mövcuddur. Özü fərdi qaydada fəaliyyət göstərən vəkildir, cavabdehlə müqavilələri olub, məhkəmə iclaslarında şirkəti təmsil etmişdir. Müqavilələrdə məhkəmə mübahisəsində müvəffəqiyyət qazanacağı təqdirdə hazırki cavabdeh tərəfindən iddia məbləğinin 5 faizi, digər bütün hallarda isə 2 faizi həcmində ödəniş ediləcəyi nəzərdə tutulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsində dəfələrlə tərəflərlə barışıq sazişi imzalamış, lakin Cavabdeh MMC digər tərəflərlə razılaşdığı və qaytarmağı öhdəsinə götürdüyü məbləğləri də qaytarmaqdan yayınır. Müqavilə bağlanarkən verilmiş ilkin ödənişə vergi məbləği də daxildir. Cavabdehlə bağladığı əsas müqavilədə bütün şərtlər qeyd olunur, ona görə də ayrı-ayrılıqda müqavilə bağlanarkən standart formanı pozmur, çünki əsas müqavilədəki şərtlər digər müqavilələrə də şamil edilir. İlkin ödənişlər edilib, hazırda mübahisə ümumi müqavilənin tələbləri ilə bağlıdır, bank hesabından çıxarışları təqdim etməyinin səbəbi isə müqavilənin bağlanması faktını göstərməkdir. İddia məbləği kifayət qədər ağlabatan məbləğdir. Müqavilələrdə nəzərdə tutulmuş faizlər kifayət qədər aşağı olmuş, eyni zamanda, şirkətlərin işləri ağır və mürəkkəb olmuş, şikrətin imic riski də mövcud olmuşdur. Şirkətin işlərinə əsas Sumqayıt Kommersiya Məhkəməsində baxılmışdır. Şirkətin hüquqlarını müdafiə edərkən tərəflərlə danışıqlar aparılması, mediasiyanın təşkili, barışıq sazişinin tərtib edilməsi və bu kimi bir çox işləri həyata keçirmiş, cavabdeh şirkətin məhkəmə işləri ilə bağlı dəfələrlə Bakıdan Sumqayıta gəlmiş, nəqliyyat, yol xərci ilə təmin olunmamışdır. İddia məbləğinin böyük bir hissəsi büdcə xərcləridir, yəni sığorta, vergi və digər xərclər də ora daxildir, həmin rəqəmləri də nəzərə alsa hesab edir ki, iddia məbləği kifayət qədər ədalətli və obyektiv məbləğdir. İşlərin əksəriyyətində şirkət cavabdeh olmuşdur, şirkətin hüquqlarını müdafiə etmişdir, nəticədə, işlərdən birində iddia tələbi 17000 dollar azaldılmışdır. Bundan əlavə tərəflər arasında barışıq əldə olunması ilə nəticələnən işləri də olmuşdur. Apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdehCavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. İddiaçı ilə cavabdeh Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında ## #### 2021-ci il tarixdə “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, hüquqi xidmət göstərilən şəxsin ##.##.2021-ci il tarixli ***/** nömrəli etibarnamə ilə vəkilə etibar etdiyi səlahiyyətlərin icrası məqsədilə tərəflərin arasında bağlanacaq hüquqi xidmət göstərilməsi haqqında müqavilə(lər) əsasında ödəniləcək xidmət haqqına əlavə olaraq, hüquqi xidmət göstərilən şəxs vəkilə aşağıdakı ödəniş(lər)in ediləcəyini öhdəsinə götürür: İşin müvəffəqiyyətli həlli zamanı (Hüquqi xidmət göstərilən şəxsin xeyrinə qərar (qətnamə və s.) çıxarıldıqda, mediasiya prosesində barışıq əldə olunduqda) - iddia (şikayət) olunan məbləğin 5 faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Burada “işin müvəffəqiyyətli həlli” dedikdə, hüquqi xidmət göstərilən şəxsin cavabdeh, şikayət olunan və s. analoji statusda cəlb edildiyi işlər üzrə iddianın rədd olunması, geri qaytarılması, şikayətin təmin olunmaması, barışıq sazişinin bağlanması və işin hüquqi xidmət göstərilən şəxsi qane edən digər analoji nəticələrlə yekunlaşması başa düşülür. Eyni yanaşma hüquqi xidmət göstərilən şəxsin xeyrinə verilən iddianın və şikayətin təmin olunması, barışıq sazişinin bağlanması və işin hüquqi xidmət göstərilən şəxsi qane edən digər analoji nəticələrlə yekunlaşması hallarına aiddir; Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən iddia (şikayət) olunan məbləğin 2 faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Bu zaman tərəflər qarşılıqlı razılaşma əsasında fərqli ödəniş (o cümlədən, ümumiyyətlə ödənişin edilməməsi) şərti barədə də razılığa gələ bilərlər. Belə razılıq yazılı qaydada rəsmiləşdirilməlidir.

16. ##.##.2021-ci il, ##.##.2021-ci il, ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr əsasında İddiaçı e-*-*(***)-**/**** saylı mülki iş üzrə, *(***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə, e-*-*(***)-****/**** saylı mülki iş üzrə, e-*-*(***)-***/**** saylı mülki iş üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil kimi Cavabdeh MMC-nin hüquqlarını təmsil etmişdir.

17. İddiaçı İddiaçı məhkəməyə “borc məbləğinin formalaşmasına dair” ərizə təqdim edərək göstərmişdir ki, 24.850 (iyirmi dörd min səkkiz yüz əlli) manat aşağıdakı borc pul vəsaitləri əsasında formalaşmışdır: e-*-*(***)-**/**** saylı iş üzrə “İntesa Sanpaolo” SPA Şirkətinin Cavabdeh MMC-yə qarşı 72.300 Avro əsas borc, 5964,75 Avro faiz borcu və 71.070 Avro əsas borc, 5863,30 Avro faiz borcu, cəmi 155.198 Avro məbləğində pul tələbinə dair iddiası təmin olunmuşdur. Nəticədə cavabdehin ona, aralarında bağlanmış və iş materiallarına əlavə olunmuş ## #### 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında göstərilən pul vəsaitinin 2%-i məbləğində, yəni 3.104 Avro məbləğində xidmət haqqı borcu yaranmışdır. 72.300 + 5964,75 + 71.070 + 5863,30 = 155.198 Avro x 2% = 3.104 Avro x 1 manat 99 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 6.177 manat; *(***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə (İXM-nin 483-cü maddəsi əsasında) başlanmış icraata xitam verildiyi üçün, cavabdehin ona, təyin olunmuş cərimə məbləğinin (5619,90 ABŞ dollarının yarısı, yəni 2.810 ABŞ dolları) 5%-i, yəni 140,50 ABŞ dolları məbləğində xidmət haqqı borcu yaranmışdır. 5619,90 = 2.810 x 5% = 140,50 x 1 manat 70 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 239 manat; e-*-*(***)-****/**** saylı iş üzrə “X2&Services LP” Şirkətinin Cavabdeh MMC-yə qarşı 9.530 Avro əsas borc və 2.000 Avro dəbbə pulu məbləğində pul tələbinə dair iddiası əsas borc hissəsində tam təmin olunmuşdur, dəbbə pulu hissəsində isə ümumiyyətlə rədd edilmişdir. Nəticədə cavabdehin ona, əsas borc məbləğinin 2%-i, iddia olunan dəbbə pulunun isə 5%-i məbləğində xidmət haqqı borcu yaranmışdır. 9.530 x 2% = 190,6 Avro + 2.000 x 5% = 100 Avro, cəmi 290,6 Avro x 1 manat 99 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 578 manat; e-*-*(***)-***/**** saylı iş üzrə “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı 250.000 ABŞ dolları əsas borc, 25.180,82 ABŞ dolları faiz borcu və 21.047,95 ABŞ dolları məbləğində cərimə tələbinə dair iddiası əsas borc hissəsində tam, faiz və cərimə borcu hissəsində isə qismən təmin olunmuşdur. Nəticədə cavabdehin ona, əsas borc, habelə iddia olunan, lakin təmin olunmayan faiz və cərimə məbləğinin 2%-i, təmin olunan faiz və cərimə borcunun isə 5%-i məbləğində xidmət haqqı borcu yaranmışdır. 250.000 + 22.954,17 + 7.045,83 = 280.000 x 2% = 5.600 ABŞ dolları + 2.226,65 (25.180,82 – 22.954,17) + 14002.12 (21047.95 – 7045.83) = 16.228,77 x 5% = 811,43 ABŞ dolları, cəmi 6.411,43 ABŞ dolları (5.600+811,43) x 1 manat 70 qəpik (elektron qaimə-faktura göndərilən tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) = 10.900 manat, beləliklə, 6.177 + 239 + 578 + 10.900 = 17.894 manat + 14% (sosial sığorta haqqı) + 10% (gəlir vergisi) + 2% (icbari tibbi sığorta) + 2% (Vəkillər Kollegiyasının hər müqavilə məbləğinə tətbiq etdiyi sığorta haqqı), cəmi 28%. Hesablama bu qaydada aparılmışdır: 24.850 – 28% = 17.892 manat (hesabatın tam dəqiqliyini təmin etmək məqsədilə ümumi borc 2 manat az olmaqla hesablanmışdır). Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

19. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun

19. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. 19.3 Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2023-cü il ## ###### tarixli Qərarında qeyd edib ki, «Müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir.

21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehdən 2.326,31 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 43,27 manatın iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması, cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

23. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24.Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. 25.Belə ki, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ## #### 2021-ci il tarixli “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif məhkəmə və digər hüquqi prosedurlarda hüquqi yardım göstərməyi, cavabdeh isə göstərilən xidmətə görə müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən, hüquqi xidmət haqqına əlavə olaraq, işin hüquqi xidmət göstərilən şəxsin xeyrinə nəticələndiyi halda iddia olunan məbləğin 5 faizi, həmin nəticədən fərqli nəticə əldə edildiyi halda isə iddia olunan məbləğin 2 faizi məbləğində ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyə əsasən tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Hazırkı müqavilədən görünür ki, müqavilə şərti aydın və konkret müəyyən edilmiş, ödəniş mexanizmi hesablama qaydası ilə birlikdə göstərilmiş, tərəflər bərabər hüquqi statusa malik olmuşdur. Həmçinin cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Bu halda müqavilənin göstərilən şərtinin cavabdehin iradəsinə uyğun olmaması barədə nəticə çıxarmaq üçün hüquqi əsas mövcud deyildir. Cavabdehin müqaviləni bağlayarkən iradəsinin azad olmaması, aldadılması, məcbur edilməsi və ya yanılması barədə də sübut təqdim olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilə yazılı formada bağlanmış, tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış, onun şərtləri aydın, birmənalı başa düşülən məzmunda tərtib edilmiş, tərəflərin hüquqi bərabərliyi şəraitində bağlanmışdır. Müqavilələr üzrə tələb tələb olunan pul məbləğinin hesablanması qaydası iddiaçı tərəfindən təqdim edilmiş “borc məbləğinin formalaşmasına dair” ##.##.2025-ci il tarixli ərizədə qeyd edilmiş, cavabdeh tərəfindən həmin hesablama qaydası mübahisələndirilməmişdir.

26. Məhkəmə kollegiyası müqavilə tələbi üzrə iddiaçının hüquqdan sui-istifadə etməsi halını müəyyən etməməklə, etibarsız hesab edilməyən müqavilə şərti üzrə tələbinin sosial ədalətə və vicdanlılığa sığması, aşkar ədalətsizliyə səbəb olmaması qənaətinə gəlmişdir. Həmçinin, qeyd edilən hallara dair cavabdehin münasibətinin də öyrənilməsi mümkün olmamışdır. Belə ki, cavabdehin iştirakının təmin ediməsi məqsədi ilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası.

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində də dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar