Məhkəmə qərarları › İş №2(3-8)-518/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-518/2026

19.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-518/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, Şabran Rayon Notariat Kontoru və "xxxx" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi Idarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X8 və X9 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Cavabdehlər cavabdeh4 və cavabdeh1, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, Şabran Rayon Notariat Kontoru və "xxxx" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi Idarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:

1. Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 ##.##.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh1, Şabran Rayon Notariat Kontoru və "xxxx" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “torpaq sahəsi üzrə payların müəyyən edilməsi və torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi ************; qeydiyyat nömrəsi **********) üzrə müəyyən edilmiş X6 3/36 hissəsinin 1/6 payı və X11 3/36 hissəsinin 1/6 payı hər bir iddiaçı üçün müəyyən edilməsi və iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 ha torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi ************; qeydiyyat nömrəsi **********) üzrə naturada paylarının ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq, iddiaçılara ödənilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi ************; qeydiyyat nömrəsi **********) ##.##.2025-ci Il tarixində Azərbaycan Respublikasının Əmlak Məsələlər Dövlət Xidməti xxxx Publik Hüquqi şəxsi tərəfindən hüquq sahiblərinin hüquqları qeydiyyata alınaraq payları aşağıdakı kimi müəyyən edilmişdir: 1. cavabdeh1 6/36 hissə; 2.X4-6/36 hissə; 3.cavabdeh4-6/36 hissə; 4.Eldarov Rövşən Sədrəddin oğIu-6/36 hissə; 5.iddiaçı1-2/36 hissə; 6.iddiaçı3-2/36 hissə; 7.iddiaçı2-2/36 hissə; 8. X6-3/36 hissə; 9.X113/36 hissə. Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestı nömrəsi ************;qeydiyyat nömrəsi **********) ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi şəxsi tərəfindən hüquq sahiblərinin hüquqları qeydiyyata alınmış X11 ##.##.2006- ci il tarixində, X6 isə ##.##.2013-cü il tarixində vəfat etmişdir. Onların vəfat etməsi ilə əlaqadar Şabran rayon Notariat Ofisinə müraciət edilərək Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi ************) miras payları müəyyənləşdirilmişdir (hər birindən hər bir iddiaçıya 1/6 pay müəyyən edilmişdir). Lakin cavabdehlər cavabdeh1, X4, cavabdeh4 ilə iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 arasında paylı mülkiyyətdə Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilmədiyindən, iddiaçılar öz paylarının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

3. Bununla yanaşı iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2006-cı il tarixdə vəfat etmiş X11 və ##.##.2013-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Şabran rayonunun Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi ************; qeydiyyat nömrəsi **********), 1,0317 hektar (daşınmaz əmlakın reyestr nömrəsi ************; qeydiyyat nömrəsi **********) və 0,084 hektar (daşınmaz əmlakın reyestr nömrəsi ************; qeydiyyat nömrəsi **********) üzrə müəyyən edilmiş X6 3/36 hissəsinin 1/6 payı və X11 3/36 hissəsinin 1/6 payı hər bir iddiaçı üçün müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Şabran Rayon Icra Hakimiyyəti Başçısının Rəhimli Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş ##.##.2024-cü il tarixli, *-**/*-***/**** saylı arayışdan görünür ki, X6 rəhmətə gedəndən sonra ailə üzvləri – X10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, X12, iddiaçı2, Eldarov Rövşən Sədrəddin oğlu və iddiaçı1 qalmışdır.

6. Şabran Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, X6 və X11 qalmış mirasın iddiaçı2, iddiaçı1, X12 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmişdir.

7. ##.##.2025-ci il tarixli reyestrdə 2V-374 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2013-cü il tarixdə vəfat etmiş X6 vərəsələri: iddiaçı2 və iddiaçı1 miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə X6 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.9814 hektar olan torpaq sahəsinin X6 məxsus hissəsindən ibarətdir. Eldarova (Mirzəyeva) Nərgiz Sədrəddin qızı, Eldarova (Bayramova) Şəfiqə Sədrəddin qızı və Eldarov Rövşən Sədrəddin oğluna çatası paylar açıq saxlanılmışdır.

8. ##.##.2025-ci il tarixli reyestrdə 2V-375 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2013-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ##.##.2022-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi iddiaçı3 miras qalmış əmlakdan vəfat etmiş X12 çatası 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə X6 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.9814 hektar olan torpaq sahəsinin X6 məxsus hissəsindən ibarətdir. Eldarova (Mirzəyeva) Nərgiz Sədrəddin qızı, Eldarova (Bayramova) Şəfiqə Sədrəddin qızı və Eldarov Rövşən Sədrəddin oğluna çatası paylar açıq saxlanılmışdır.

9. ##.##.2025-ci il tarixli reyestrdə 2V-376 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2006-cı il tarixdə vəfat etmiş X11 vərəsələri: vərəsəliyi qəbul etmiş lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ##.##.2013-cü il tarixdə vəfat etmiş X6 vərəsələri iddiaçı3, iddiaçı2, iddiaçı1 miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə X6 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.9814 hektar olan torpaq sahəsinin X11 məxsus hissəsindən ibarətdir. Eldarova (Mirzəyeva) Nərgiz Sədrəddin qızı, Eldarova (Bayramova) Şəfiqə Sədrəddin qızı və Eldarov Rövşən Sədrəddin oğluna çatası paylar açıq saxlanılmışdır.

10. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (************ reyestr nömrəli daşınmaz əmlak) görünür ki, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1, cavabdeh5, cavabdeh4, X11, Eldarov Rövşən Sədrəddin oğlu və X6 ümumi birgə mülkiyyətindədir.

11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (************ reyestr nömrəli daşınmaz əmlak) görünür ki, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1, cavabdeh4, cavabdeh5, Eldarov Rövşən Sədrəddin oğlu, X6 və X11 ümumi birgə mülkiyyətindədir.

12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (************ reyestr nömrəli daşınmaz əmlak) görünür ki, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6/36 hissədəcavabdeh1, 6/36 hissədə cavabdeh5, 6/36 hissədə cavabdeh4, 6/36 hissədə Eldarov Rövşən Sədrəddin oğlu, 2/36 hissdə iddiaçı1, 2/36 hissədə iddiaçı3, 2/36 hissədə iddiaçı2, 3/36 hissədə X6, 3/36 hissədə isə X11 mülkiyyətindədir.

13. Elektron Notariat Avtomatlaşdırılmış Informasiya Sistemi vasitəsi ilə X16 AQISdən çıxarışdan görünür ki, ##.##.1933-cü il təvəllüdlü X6 ##.##.2013-cü il tarixdə vəfat etmişdir.

14. Elektron Notariat Avtomatlaşdırılmış Informasiya Sistemi vasitəsi ilə X16 AQISdən çıxarışdan görünür ki, ##.##.1927-ci il təvəllüdlü X11 ##.##.2006-cı il tarixdə vəfat etmişdir.

15. ##.##.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, hazırki iş üzrə məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. Azərbaycan Respublikası Şabran rayon Icra Hakimiyyəti Başçısının Rəhimli Inzibati Ərazi Dairəsi üzrə nmayəndəliyinin ## ### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli arayışından görünür ki, Şabran rayon Padar kəndində yerləşən reyestr nömrəsi ************, 304************ və ************ olan pay torpaq sahəsi 1998-ci ildən Eldarov Rövşən Sərəddin oğlu və onun vəfatından sonra isə oğlu cavabdeh1 tərəfindən kənd təsərrüfatı təyinatı üzrə istifadə olunur.

17. Azərbaycan Respublikası Şabran rayon Icra Hakimiyyəti Başçısının Rəhimli Inzibati Ərazi Dairəsi üzrə nmayəndəliyinin ## ### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli arayışına əlavə olunmuş ## ### 2026-cı il tarixli Padar kənd sakinləri tərəfindən tərtib olunmuş AKT-dan görünür ki, cavabdeh1 1998-ci ildən islahata getmiş nənəsi X7, babası X11, valideynləri Eldarov Rövşən Sədrəddin oğlunun, cavabdeh5, qardaşı cavabdeh4 pay torpaqlarını 1998-ci ildən hal-hazırkı vaxta qədər istifadə etmişdir.

18. AZ-II № ****** nömrəli, ##.##.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Eldarov Rövşən Sədrəddin oğlu ##.##.2019-cu il tarixində şəkərli diabet səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin, 10-cu ayının, 09-cu günündə 222 № ilə qeyd edilmişdir.

19. Azərbaycan Respublikası Şabran rayon Icra Hakimiyyəti Başçısının Rəhimli Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## #### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli arayışından görünür ki, Eldarov Rövşən Sədrəddin oğlu həqiqətən Şabran rayon Padar kəndində yaşamış və qeydiyyatda olmuşdur. ##.##.2019-cu il tarixdə vəfat etmiş və vəfat etdikdən sonra cavabdeh5, cavabdeh4, X5 və X2 adlı ailə üzvləri qalmışdır.

20. Aqrar Kredit və Inkişaf Ağentliyi tərəfindən cavabdeh1 verilmiş arayışdan görünür ki, 1,1157ha torpaq sahəsində həyata keçirilmiş payızlıq arpa əkininə görə 256,61 manat subsidiya verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

21. Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddianın təmin edilməsi, X6 miras qalmış: - ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; - ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; - ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi üzrə onun vərəsələri iddiaçı2, iddiaçı1, Eldarov Rövşən Sədrəddin oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 hər biri 1/6 hissədə, vəfat etmiş övladlara münasibətdə X12 vərəsəsi kimi iddiaçı3 1/6 hissədə vəfat etmiş X10 vərəsələri kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hər birinin 1/30 hissədə pay almaları, X11 miras qalmış: - ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; - ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; - ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi üzrə onun vərəsələri iddiaçı2, iddiaçı1, Eldarov Rövşən Sədrəddin oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 hər biri 1/6 hissədə, vəfat etmiş övladlara münasibətdə X12 vərəsəsi kimi iddiaçı3 1/6 hissədə vəfat etmiş X10 vərəsələri kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hər birinin 1/30 hissədə pay alması qət edilmişdir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin VII bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1274 və 1291-ci maddələri, Azərbaycan Respublikasının "Notariat haqqında” ##.##.1999-cu il tarixli, ***-IQ nömrəli Qanununun 59 və 60-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" ##.##.2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ##.##.2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 78.1, 88, 119.1, 191.3, 216-220, 227 və 357-360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

23. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə müvafiq yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı, həmçinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnamələrlə mülki məhkəmə icraatı haqqında qanunvericiliyin tələblərinə uyğun qətnamə qəbul etməmiş, onun qanunla qorunan və mülkiyyətində olan əmlak üzərində hüquqlarını pozmuşdur. Şabran Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi mülki məhkəmə icraatının vəzifələrinə və iş üzrə məhkəmə baxışının prinsiplərinə uyğun qəbul edilməmiş, işin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar mübahisənin mahiyyəti ilə səbəbiyyət əlaqəsi yaratmır. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. *(***)-****/**** saylı mülki iş üzrə ilkin iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 hazırda məhkəmədə mübahisələndirdiyi torpaq sahələri ilə hər hansı bağlılıqları olmamışdır, torpaq sahələrinin təyinatı üzrə istifadə edilməsində iştirak etməmişlər, eləcə də məhkəməyə təqdim etdiyi sənədlər qanunu pozmaqla əldə edilmişdir. Iddiaçıların guya hüquqi savadları olmadığı üçün mirasın 3 ay ərzində qəbul edilməli olduğunu bilmədiklərini bəyan etmələri cəfəngiyyatdır. Məlumdur ki, mübahisələndirilən torpaq sahələri uzun illərdir ki, onun mübahisəsiz istifadəsində olmuşdur. Buna görə dövlət tərəfindən ayrılmış subsidiyalar qanuni əsaslarla ona verilmişdir. Qanunvericilik mirasın qəbuluna dair hərəkətlərin iki formasını tanıyır: 1) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Hazırkı mübahisədə iddiaçılar yalnız ona ziyan vurmaq məqsədilə məhkəməyə müraciət etmişlər. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı və ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnamələri onlara bu məqsədlərinə çatmalarına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il # ### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X17rşı iş üzrə 1985-ci il ## ### tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan RespublikasıQanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir. Iddia ərizəsi üzrə iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 məhkəməyə təqdim etdikləri sənədlər qeyri-qanuni yollarla əldə edilmiş, notarius tərəfindən vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Şabran Rayon Məhkəməsi ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı və ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnamələrdə hüquq normalarının müvafiq maddələrini sadalamaqla kifayətlənmiş, lakin sonda həmin müddəaları iddiaçıların xeyrinə tövsif etmiş, tətbiq etdiyi hüquq normalarının iddia tələbləri ilə bağlılığına aydınlıq gətirməmişdir. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin (MM, maddə 1282.1). Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə aparılmış pay bölgüsü təsərrüfatın mövcudluğunu təmin etmir, əksinə maneə yaradır. *(***)- ****/**** saylı mülki iş üzrə ilkin iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 iddia tələbləri ilə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixində qəbul etdiyi qətnamə arasında uyğusuzluq vardır. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli Qərarnda göstərilir: «1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır».

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

26. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum nənəsi Safuranın və babası Sədrəddinin vəfatından sonra miras qalmız torpaq sahələrini mərhum atası Rövşən və ailə üzvəlri istifadə etmiş, orada fındıq bağları salmışlar. Həmin torpaq sahələri 1998-ci ildən atası Rövşənin və ailə üzvəlrinin sahibliyində olmuş, həmin torpaqları əkib-becərdikləri üçün onlara subsidiya da verilmişdir. Iddiaçılar heç vaxt həmin torpaq sahələrindən istifadə etməmişlər. Eləcə də digər bibiləri Nərgiz və Şəfiqə ailə quraraq baba-nənənin ölümündən əvvəl, köçüb başqa yaşayış yerinə getmişlər, miras kütləsinə dair heç bir əmlak onlar tərəfindən istifadə edilməmiş, qəbul edilməmişdir. Göstərilənlərin məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etdi.

27. Digər cavabdeh cavabdeh4 cavabdeh cavabdeh1 bildirdiklərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

29. Iş üzrə iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1, cavabdehlər cavabdeh5, Şabran rayonu Notariat Ofisinin və xxxx" Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi Idarəsinin nümayəndələri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

30. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (## #### 2025-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.

34. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər bacı-qardaş, nəvələr olmaqla, iddiaçılar miras qalmış əmlakdakı vərəsəlik hüququnu mübahisələndirərək araşdırılan tələblə məhkəmə müraciət etmişlər.

35. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 21/.

36. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2006-cı il tarixdə vəfat etmiş ##.##.1927-ci il təvəllüdlü X11 və ##.##.2013-cü il tarixdə vəfat etmiş ##.##.1933-cü il təvəllüdlü X6 miras əmlak olaraq hər birinə ayrı-ayrılıqda ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsindən ibarətdir və hazırki iş üzrə iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetinin dəyişdirərək həmin miras əmlakdan onlara çatası payın məhkəmə qaydasında müəyyən edilməsini tələb edirlər. Bu səbəbdən də onların tələbləri həmin hissədə təmin edilməli və ##.##.2006-cı il tarixdə vəfat etmiş ##.##.1927-ci il təvəllüdlü X11 və ##.##.2013-cü il tarixdə vəfat etmiş ##.##.1933-cü il təvəllüdlü X6 miras qalmış əmlaklar üzrə vərəsələrin payları məhkəmə tərəfindən müəyyən edilməlidir.

37. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırması zamanı ##.##.2006-cı il tarixdə vəfat etmiş ##.##.1927-ci il təvəllüdlü X11 və ##.##.2013-cü il tarixdə vəfat etmiş ##.##.1933-cü il təvəllüdlü X6 vərəsələrinin onların uşaqları: 1 - iddiaçı2, 2 - iddiaçı1, 3 - Eldarov Rövşən Sədrəddin oğlu, 4 - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, 5 - X10 və 6 - X12 olduğu, həmin vərəsələrdən ikisinin, yəni 1 - X10 və 2 - X12 hazırda vəfat etdiyi, X10 vərəsələrinin 1 - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, 2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və 5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olduğu, X12 vərəsəsinin isə iddiaçı3 olduğu müəyyən edilmişdir. Bu səbəbdən də ##.##.2006-cı il tarixdə vəfat etmiş ##.##.1927-ci il təvəllüdlü X11 və ##.##.2013-cü il tarixdə vəfat etmiş ##.##.1933cü il təvəllüdlü X6 miras qalmış əmlak altı övlad arasında bərabər bölünərək hər birinə 1/6 hissə pay düşməli, həmçinin iddiaçı2, iddiaçı1, Eldarov Rövşən Sədrəddin oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 hər biri 1/6 hissədə pay almalı, vəfat etmiş övladlara münasibətdə X12 vərəsəsi kimi iddiaçı3 1/6 hissədə, vəfat etmiş X10 vərəsələri kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hər biri 1/30 hissədə pay almalıdır.

38. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam, hərtərəfli araşdırılmamış, maddi hüquq normalarının tətbiqi və təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə qanuni və əsaslı qətnamə çıxarılmamışdır.

40. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb vərəsələr arasında payların müəyyən edilməsi barədədir.

41. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, vərəsələrinə dairəsinə, eləcə də miras əmlakın hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir.

42. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, miras qoyan X11 ##.##.2006-cı il tarixdə və X6 ##.##.2013-cü il tarixdə vəfat etmişlər.

43. Miras kütləsi – Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/36 hissədə X6 və 3/36 hissədə isə X11, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (************ reyestr nömrəli daşınmaz əmlakın) və Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X6 və X11 ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindəki paylarından ibarətdir.

44. Məhkəmə kollegiyası vurğulayır ki, araşdırılan tələb vərəsəlik hüquq münasibətlərindən irəli gələn qanun üzrə vərəsələr arasında yaranan mübahisə olduğndan qanun üzrə vərəsələrin dairəsi araşdırılmış, miras qoyanlar X11 və X6 birgə nikahlarından altı övladları – iddiaçı2, Lətifə Eldarova, Rövşən Eldarov, Nərgiz Eldarova, Şəfiqə Eldarova və Nəsrəddin Eldarovun olduğu müəyyən edilmişdir.

45. Nəsrəddin Eldarov ##.##.2022-ci il tarixdə və Röşən Eldarov ##.##.2019-cu il tarixdə vəfat etmişlər.

46. Rövşən Eldarovun qanuni üzrə vərəsələri sırasına arvadı- cavabdeh5, övladları – cavabdeh4, cavabdeh1 və Zeynəb Eldarova daxildir.

47. Nəsrəddin Eldarovun qanuni üzrə vərəsələri sırasına – övladı iddiaçı3 Nəsərddin oğlu daxildir.

48. Göründüyü kimi mirasın açıldığı vaxt 2006 və 2013-cü illər olmaqla kollegiya hesab edir ki, mübahisənin həllində hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir.

49. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

50. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər.

51. Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, X6 və X11 qalmış mirasın iddiaçı2, iddiaçı1, X12 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmişdir.

52. Məhkəmə kollegiyası vurğulayır ki, Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm fomal, həm də qeyri-formal üsulla qəbul edə bilər.

53. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

54. Işin mübahisəsiz hallarından görünür ki, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 iddiası üzrə qüvvədə olan məhkəmə qətnaməsinə əsasən mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış və onlar tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbulu müddətinin uzadılması nəticəsində vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək yolu ilə araşdırılan mübahisə üzrə iddiaçılar mirası formal üsulla qəbul etmiş sayılırlar.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsinə baxmayaraq, göründüyü kimi iddiaçılar digər vərəsələr arasında mübahisə olduğunu bildirərək araşdırılan tələblə məhkəməyə müraciət etmiş və yenidən mirasda payın müəyyən edilməsini iddia edirlər.

57. Məhkəmə kollegiyası vurğulayır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir.

58. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (adı çəkilən Qanun, maddə 8.0.4).

59. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin olması hazırki mübahisəyə baxılmasına maneə olmur, araşdırılan tələbə baxılaraq miras əmlakda vərəsələrin payı müəyyən edilməlidir.

60. Qeyd olunduğu kimi iddiaçılar iddiaçı3 (vərəsə Nəsrəddin Eldarovun oğlu), iddiaçı2 və iddiaçı1 mirası formal üsulla qəbul etmişlər.

61. Məhkəmə kollegiyası digər vərəsələr - Rövşən Eldarov, Nərgiz Eldarova və Şəfiqə Eldarovaya münasibətdə vərəsəliyin qəbulu məsələsini araşdıraraq müəyyən etdi ki, Nərgiz və Şəqifə Eldarovalar mərhum valideynləri X6 və X11 ailə quraraq köçüb başqa ünvana getmişlər, valideynlərindən miras qalmış heç bir əmlakı nə rəsmi üsulla, nə qeyri-rəsmi üsulla qəbul etməmişlər, əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmişlər.

62. Həmçinin məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, miras kütləsinə daxil olan torpaq sahələri 1998-ci ildən Eldarov Rövşən Sərəddin oğlu və sonuncunun vəfatından sonra isə onun ailə üzvləri tərəfindən istifadə olunmuş, həmin topaq sahəsinə görə subsidiya alınmış, arpa əkilmiş, fındıq bağı salınmışdır.

63. Göründüyü kimi miras kütləsinə daxil olan torpaq sahəsi faktiki olaraq vərəsə Rövşən Eldarov, sonuncunun ölümündən (2019-cu il) sonra isə ailə üzvləri tərəfindən idarə edilmiş, miras əmlaka sahiblik həyata keçirilərək əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün hərəkətlər edilmişdir.

64. Mülki qanunvericiliyə görə mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

65. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

66. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, miras kütləsi iddiaçıların tərəfindən formal üsulla, vərəsə Rövşən Eldar tərəfindən isə faktiki qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapır. Odur ki, miras kütləsi üzərində iddiaçı3, iddiaçı2, iddiaçı1 və Eldarov Rövşən Sədrəddin oğlunun hər birinin ¼ hissədə payı müəyyən edilməlidir.

67. Eldarov Rövşən Sədrəddin oğlu vəfat etdiyindən miras əmlakda ona çatası pay irsi transmissiya qaydasında araşdırılan mübahisə üzrə birinci növbə qanuni vərəsələrinə keçmişdir.

68. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir.

69. Qeyd olunanlara əsasən, Eldarov Rövşən Sədrəddin oğlu vəfat etdiyindən sonuncuya aid X6 miras qalmış əmlaklar üzərində ¼ hissədə və X11 miras qalmış əmlaklar üzərində ¼ hissədəki miras payı irsi transmisiya qaydasında birinci növbə vərəsələrinə keçmiş hesab edilməli, həmin ¼ hissədə pay üzərində vərəsələr - cavabdeh5, cavabdeh4, X5 və X2 hər birinin ¼ hissədə payı müəyyən edilməlidir.

70. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin olunsun. X6 miras qalmış - ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi üzrə - vərəsələr iddiaçı2, iddiaçı1, Eldarov Rövşən Sədrəddin oğlunun və iddiaçı3 hər birinin 1/4 hissədə; X11 miras qalmış: - ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (************ reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi üzrə - vərəsələr iddiaçı2, iddiaçı1, Eldarov Rövşən Sədrəddin oğlunun və iddiaçı3 hər birinin 1/4 hissədə payları müəyyən edilsin. Mərhum Eldarov Rövşən Sədrəddin oğlunun, X6 miras qalmış əmlaklar üzərində ¼ hissədə və X11 miras qalmış əmlaklar üzərində ¼ hissədə yaranmış pay hüququ üzərində vərəsələri - cavabdeh5, cavabdeh4, X5 və X2 hər birinin ¼ hissədə payı müəyyən edilsin. Iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar