Məhkəmə qərarları › İş №2(3-8)-523/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-523/2026

07.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-523/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məhərrəmova (Abdullayeva) Aynurə Yavər qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icra sənədinin izah edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Abdullayeva (Məhərrəmova) Aynurə Yavər qızının "icra sənədinin izah edilməsi" tələbinə dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən, iddia ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

2. İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bildirirəm ki, bu iş üzrə qəbul edilmiş Abşeron rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi onun hüquqlarını pozur. Beləki, qətnamədə "iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” göstərilsə də, fərdi yaşayış evinin hansı otağına köçürülməsi qeyd edilməmişdir. Qeyd edir ki, ona məxsus cehiz əşyaları olan otaqda qızı ilə birlikdə köçüb yaşamağına cavabdeh imkan vermir. Cavabdeh kiçik və cehiz əşyaları olmayan otağa köçürülməyini icra məmurundan tələb edir. Abşeron rayon İcra və X1 Hacızadə adlı icra məmuru bildirir ki, qətnamədə fərdi evin hansı otağına köçürülməsi öz əksini tapmadığından icra hərəkətlərinin aparılması mümkünsüz olmuşdur. Bir daha bildirir ki, cavabdeh fərdi evin yalnız kiçik və əşyasız otağına köçürülməyini tələb edir. Məhkəmənin nəzərinə çatdırır ki, qızının ürəyində qulaqcıqlar arası çəpərdə 2 mm ölçüdə dəlik mövcuddur. Doğuş zamanı həkimin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində qızının baş nahiyyəsində damar deşilmişdir. Nəticədə qızında oksigen çatışmazlığı (hipoksiya) yaranmış və sağlamlığına ciddi zərər dəymişdir. Kiçik və əşyasız otaqda xəstə qızıyla yaşamaqları mümkünsüzdür. Xahiş edir nəzərə alınsın. AR MPM-nin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır". Yuxarıda qeyd olunanlara və MPM-nin 230cu maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin izah edilməsi və həmin qətnamədə "iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əşyaları olan otağına köçürülməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(012)- ****/**** nömrəli qərardadına əsasən (hakim Habil Əhmədov), Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinin izah edilməsi barədə iddiaçı Məhərrəmova (Abdullayeva) Aynurə Yavər qızının ərizəsi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadına aşağıdakı məzmunda izah verilmişdir: “İddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əşyaları olan otağına köçürülsün.”

4. Cavabdeh Cavabdeh tərəfindən Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə şikayət verilərək, həmin qərardadın ləğv edilməsi xahiş edilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.

6. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

9. Cavabdeh Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, göstərilən qərardad qanunsuzdur və ləğv edilməlidir. Belə ki, ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, işin baxılma qaydasında da prosessual pozuntu aparılaraq qərardad qəbul edilmişdir. Hazırkı ərizə icra icraatı qaydasında baxılmalıdır və 2 indeksi ilə deyil, 8 indeksi ilə baxılmalıdır. Qərardadın qanunsuzluğu ilkin olaraq baxılma qaydasından başlayır. Daha sonra hakim nəzərə almamışdır ki, izah ümumiyyətlə nədir və hansı işlərə izah verilə bilər. İcra haqqından qanunun 14.1-ci maddəsində qeyd edilmişdir ki, İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Hakim ilkin növbədə verilmiş icra sənədində nəyin aydın olmadığını müəyyən etməli və aydın olmayan halı aydınlaşdırmalıdır. Lakin icra sənədi aydın olmasaydı İcra məmuru işi icra edə bilməz və ərizə ilə məhkəməyə müraciət edərdi. Əgər icra sənədinin icrası mümkün olmadığı halda icra məmuru işi İcra haqqında qanunun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarardı. Əksinə qeyd edilən hallar baş verməyib, icra məmuru icra sənədini ##.##.2026-cı il tarixdə icra etmiş və icra sənədinin icrasına xitam vermişdir. Həmçinin bildirir ki, tərəfin ümumiyyətlə icra sənədinə izah verilməsi ilə bağlı müraciət etmək hüququ yoxdur. Belə ki, İcra haqqında qanunun 14.1-ci maddəsinə imperativ tələb kimi qeyd edilmişdir ki, tələb aydın olmadıqda icra məmuru tələbin aydın olmadığını müəyyən etməli və ərizə icra məmuru tərəfindən verilməlidir. Lakin hakim bütün bu qeyd edilən halları nəzər almadan qanunsuz olaraq mülkiyyətçinin hüquqlarını pozaraq naturada bölgü edərək qətnaməyə qanunsuz izah vermişdir. Əgər tərəfin qeyd etdiklərinə əsasən tərəflərin birgə yaşamağı mümkün deyildirsə, tərəf bu barədə ayrıca iddia icratı qaydasında başqa tələblə müraciət edə bilərdi. Göründüyü kimi hakim bütün bu göstərilənləri nəzərə almadan formal cümlələrlə qərardadın çıxarılması üçün əsas olmayan normalara əsaslanaraq ərizəni təmin etmişdir. Qərar icra edilmişsə onun izah verilməsinə yol verilmir. Qərar isə ##.##.2026-cı il tarixdə icra edilmişdir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları ümumiyyətlə araşdırmamışdır. Araşdırılan hallara düzgün hüquqi qiymət verməmişdir. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi izahla bağlı qanunvericilik bu hüququ yalnız icra məmuruna vermişdir. Yəni tələbin aydın olmadığını icra məmuru müəyyən edə bilər, tələbkar yox. Lakin məhkəmə ümumiyyətlə icraat materiallarını belə əldə etməyə cəhd etməmiş, icra məmurunun iclasda iştirakını təmin etməmişdir. Hazırkı işdə həm maddi normalar, həm də prosesual normalar pozulmaqla qərardad qəbul edilmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

10. İddiaçı Abdullayeva (Məhərrəmova) Aynurə Yavər qızı tərəindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, o, şikayət ərizəsinə etiraz edir. Hesab edir ki, qətnaməyə izah verilməsi tam ədalətli olub, bu iş üzrə qət edilmiş qərardad qanun çərçivəsində qəbul edilmişdir. Abşeron rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının “İddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əşyaları olan otağına köçürülməsi” mübahisəli məsələnin həll edilməsi üçün əsasdır. Belə ki, Abşeron rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi anlaşılmazlıq səbəbindən icra edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edirəm ki, şikayət ərizəsinin rədd edilməsi və Abşeron rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanması barədə yeni qərardad qəbul edilməsi xahiş olunur.

Apellyasiya baxışının hədləri

12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(012)- ****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(012)-1354/2024 qərardadı ləğv olunaraq, iddiaçı Abdullayeva (Məhərrəmova) Aynurə Yavər qızının "icra sənədinin izah edilməsi" tələbinə dair ərizəsi təmin olunmamalıdır.

15. Kollegiya araşdırması zamanı müəyyən olundu ki, Abdullayeva (Məhərrəmova) X4 rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin izah edilməsi və həmin qətnamədə "iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əşyaları olan otağına köçürülməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsində göstərilən “iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün” cümləsinə bu şəkildə izah verilməli, anlaşılmazlıq aradan qaldırılmalıdır: “iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əşyaları olan otağına köçürülsün.”

17. Məhkəmə qərardadı ilə razılaşmayan cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət vermişdir.

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamışdır.

19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən, iddia ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı və övladı ##.##.2023-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

20. Həmin qətnamə ## #### 2024-cü il tarixində icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

21. ## ###### 2026-cı il tarixli Aktdan görünür ki, Abşeron rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilmiş, tələbkar İddiaçı övladı ##.##.2023-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş, evin açarları tələbkara təhvil verilmişdir.

22. Göründüyü kimi məhkəmə qətnaməsi icra olunmuşdur.

23. MPM-nin 230.3-cü maddəsinin tələbinə görə qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuş, icra edilmiş məkhəmə qətnaməsinə izah vermişdir.

25. Bundan əlavə, məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır.

26. «Məhkəməmə qətnaməsi haqqında» AR Ali Məhkəməsi Plenumunun Qərarının 14-cü bəndində görə «qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyətli olduqda işi həll etmiş hakim qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.».

27. Araşdırılan ərizədən görünür ki, ərizəçi fərdi yaşayış evinin cehiz əşyaları olan otağına köçürülməsi barədə icra sənədinə izah verilməsini xahiş etmişdir.

28. Kollegiya hesab edir ki, ərizəçinin izah verilməsi qaydasında həll etmək istədiyi məsələ mənzildən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı ayrıca tələbdir və bu məhkəmə baxışının predmeti olmaqla həll edilməli olan məsələdir. Qətnamənin qəbul edildiyi vaxt mövcud olmayan və araşdırılmayan tələbə görə qətnaməyə izah verilməsi qətnamənin məzmununun dəyişdirilməsi anlamına gələcəkdir ki, bu da yolverilməzdir.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və iddiaçı Abdullayeva (Məhərrəmova) Aynurə Yavər qızının "icra sənədinin izah edilməsi" barədə ərizəsi təmin olunmamalıdır.

30. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 230, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq

qərara a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv olunsun. İddiaçı Abdullayeva (Məhərrəmova) Aynurə Yavər qızının "icra sənədinin izah edilməsi" barədə ərizəsi təmin olunmasın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar