Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-53/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı cavabdeh tərəfindən ## ##### 2025-ci il tarixli, ** saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi nümayəndə1 və vəkili X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı cavabdeh tərəfindən ## ##### 2025-ci il tarixli, ** saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və həmin tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəsbəsi Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2.Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin ** saylı, ## ##### 2025ci il tarixli əmrindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. 3.Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə səsvermənin nəticələri 1 səs lehinə, 4 səs əleyhinə kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdeh Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia irəli sürərək cavabdeh Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Əhməd Bakıxanov * nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, ##.##.2025-ci il tarixindən işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ##.##.2025-ci il tarixdə ** saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxması barədə verilmiş ** saylı əmrlə razılaşmır. Barəsində verilmiş əmr əmək qanunverciliyin pozulması ilə qəbul edilmişdir. Uzun müddət sözügedən məktəbdə müəllimə vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən işlədiyi təhsil müəssisəsində işləyən təhsilverənlərin sertifikatlaşdırılması zamanı onun peşəkarlıq səviyyəsi və peşə yararlığının yoxlanılması zamanı cavabdeh tərəf qərəzli olmuşdur. Belə ki, cavabdeh bilərəkdən peşəkarlıq səviyyəsinə uyğun olmayan suallarla onun peşəkarlıq səviyyəsini düzgün qiymətləndirməmişdir. Məsələ ilə əlaqədar olaraq əlaqədar şəxslərə, o cümlədən AbşeronXızı X3 Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Həmçinin işdən çıxmağını əsassız hesab etdiyinə görə ##.##.2025-ci ildə mediasiya prosesinin tətbiqi barədə təklif ilə cavabdehə müraciət etmişdir. Təklifi cavabdeh tərəfindən müsbət qarşılanmamış və bu barədə İlkin Mediasiya Sessiyasında (İMS) iştirak edilməməsi barədə ## #### 2025-ci il tarixli, MŞS/MT***/****/***** saylı arayış verilmişdir. Hesab edir ki, əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyinə görə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Əhməd Bakıxanov adma * nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** saylı əmrin etibarsız hesab edilərək ləğv olunması, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. 6.Cavabdeh Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili nümayəndə2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Çünki iddia ərizəsində əks olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixdə mediasiya təklifi göndərmiş, daha sonra ##.##.2025-ci il tarixdə Sumqayıt * saylı Mediasiya Təşkilatına müraciət etmiş və ##.##.2025ci il tarixdə ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 3 ay 12 gün sonra, ##.##.2025-ci il tarixdə məhkəmədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia qaldırmışdır. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni ##.##.2025ci il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan 05 ay 13 gün, İlkin Mediasiya Sessiyasında iştirak edilməmə barədə arayış tərtib edildikdən 03 ay 12 gün sonra) müraciət etdiyindən iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində rədd edilməsini xahiş edir. Eyni zamanda iddia tələbinin “məcburi proqula görə əmək haqqının ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, hesab edir ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də hesab edir ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsinin də rədd edilməsini xahiş edir. Eləcə də, iddiaçıya iki ay öncədən imtahanın keçiriləcəyi barədə məlumat verilmiş, həmçinin imtahana hazırlıq üçün zəruri olan suallar və mövzular təqdim edilmişdir. Bu müddət ərzində iddiaçının imtahana normal qaydada hazırlaşması, peşə bacarıqlarını və biliklərini nümayiş etdirməsi üçün kifayət qədər imkan yaradılmışdır. Eləcə də attestasiya komissiyası tərəfindən keçirilmiş imtahan zamanı iddiaçıya verilən suallar xüsusi çətinlik kəsb etməyən, sadə və peşə fəaliyyəti ilə birbaşa bağlı olan mövzulardan ibarət olmuşdur. Buna baxmayaraq iddiaçı həmin sualları cavablandırmaqda acizlik göstərmiş, lazımi bilik və hazırlığını ortaya qoya bilməmişdir. Belə ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində keçirilmiş attestasiya imtahanından attestasiya vərəqəsindən də göründüyü kimi verilmiş bəsit sualları cavablandıra bilməmiş və lehinə 1, əleyhinə 4 səs toplamaqla attestasiya imtahanından kəsilmiş və qanunla müvafiq qaydada keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Abşeron-X5 İdarəsi Sumqayıt Şəhəri, Hacı Zeynalabdin qəsəbə, Əhməd Bakıxanov adına 1№-li Uşaq İncəsənət məktəbinin ##.##.2025-ci il tarixli, 24№-li əmrinə əsasən Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixdən Aərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və qəbul edilməməlidir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə ## ###### 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və qəbul edilməməlidir. 7.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 69-cu maddəsinin 2-ci bəndi, 83-cü maddəsinin 2-ci bəndi, 294-cü maddəsinin 4-cü bəndi, 296-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 9.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6429/2025 nörməli ##.##.2025-ci il tarixli qətnaməsini ləğv etməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iddia tələbini bütünlüklə rədd etmiş və o həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayətini təqdim edir. İşə baxan məhkəmə maddi norma kimi qeyd edilən normalara istinad etmiş və göstərmiişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1.-ci maddəsinə əsasən,işçilərin peşəkarlıq səviyyəs inin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilər i n attestasiyası keçirilə bilər.65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər.Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşə götürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu normalara istinad edən məhkəmə ona münasibətdə atestasiya komissiyasının fəaliyyətinin düzgün olub-olmadıgını, onun verilən sualları komissiyanın rəyində göstərilən qaydada cavablandırıb-cavablandırmadığını yoxlamamış, video görüntüləri tələb etməmiş və iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. 1 ay ərzində məhkəməyə müraciət edilməsinə gəldıkdə isə o həmin 1 ay müddətində mediasiyaya ərizə ilə müraciət etmiş və həmin arayışı aldıqdan sonra onu məhkəməyə təqdim edilməsini etibar etdiyi şəxsə həvalə etmiş, lakin ondan asılı olmayan səbəbdən həmin şəxs sənədləri məhkəməyə təqdim etsə də sənədlər 2 dəfə geri qaytarılmış və həmin pozuntular aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Onun ailənin yeganə gəlir gətirəni olmağı, həyat yoldaşının xəstəliyi, özünün xəstəliyi, himayəsində 2 azyaşlı uşaqlarının olması ilə bağlı məhkəməyə sübutlar təqdim etmiş,lakin məhkəmə həmin sübutlarını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 12.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 13.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 və vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 14.Maddə 35. (İ, II və VII hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 15.Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri 16.1.İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 17.2.Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 18.3.İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 19.4.Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. 20.5.Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 21.Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ... 22.Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 23.Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 24.İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. 25.Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 26.Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 27.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri müəyyənliklərlə bağlı qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 33.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 35.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 39.Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 40.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-53/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-53/2026
29.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver