Məhkəmə qərarları › İş №2(3-8)-56/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-56/2026

07.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-56/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh İsmayılov Ramiz Məzahər oğlunun və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh İsmayılov Ramiz Məzahər oğluna qarşı mənzilin yenisi ilə əvəz edilməsi, mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı İsmayılov Ramiz Məzahər oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı kompensasiya ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılov Ramiz Məzahər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İsmayılov Ramiz Məzahər oğluna mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan ** saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı “X1” MMC tərəfindən cavabdeh İsmayılov Ramiz Məzahər oğluna verilməsi, Sumqayıt şəhəri, İsmayılov Ramiz Məzahər oğlunun 4-cü məhəllə, ev 17/18 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı “X1” MMC tərəfindən sökülməsi, cavabdeh İsmayılov Ramiz Məzahər oğlunun ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “X1” MMC tərəfindən cavabdehə hər ay cəmi 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Ramiz Məzahər oğlu qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “X1” MMC tərəfindən onun xeyrinə 250000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) ilk iddia tələbi təmin edilmiş, cavabdeh İsmayılov Ramiz Məzahər oğlunun mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “xxxx" MMC tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan ** saylı mənzilin əvəzinə “xxxx" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı “xxxx" MMC tərəfindən cavabdeh İsmayılov Ramiz Məzahər oğluna verilməsi, cavabdeh İsmayılov Ramiz Məzahər oğlunun ünvan 1 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “xxxx" MMC tərəfindən cavabdeh İsmayılov Ramiz Məzahər oğluna hər ay cəmi 450 manat məbləğində kirayə haqqının ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh İsmayılov Ramiz Məzahər oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında razılıq əldə olunduğunu və bununla bağlı barışıq sazişi imzaladıqlarını bildirərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır:

1. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Ramiz Məzahər oğlu ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96 kv.metr olan 2 otaqlı, təmirli ** saylı mənzilini yaşayış binasının tikintisi üçün iddiaçı ’’xxxx”Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verir, ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxır və mənzili boşaldır.

2. İlkin iddia üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti bunun əvəzində həmin ərazidə inşası nəzərdə tutulmuş binanın tikintisi tam baş çatdıqdan sonra həmin binanın layihə üzrə yaşayış binasının “D-l” blokunda, 3-cü mərtəbədə ümumi sahəsi 47 kv.metr təşkil edən 1 otaqdan ibarət mənzili təmirsiz qaydada, “D- 2” blokunda isə 3-cü mərtəbədə ümumi sahəsi 78,5 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili tam təmirli qaydada verməyi öz öhdəsinə götürür.

Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb hesab edir ki, sazişin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin təsdiq olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı İddiaçı MMC-nin cavabdeh İsmayılov Ramiz Məzahər oğluna qarşı mənzilin yenisi ilə əvəz edilməsi, mənzilin boşaldılması tələbinə dair ilk, iddiaçı İsmayılov Ramiz Məzahər oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı kompensasiya ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 31 mart 2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Ramiz Məzahər oğlu ona məxsus olan Sumqayıt şəhəri, 4-cü məhəllə,ev 17/18 ünvanında yerləşən ümumi sahəsi 96 kv.metr olan 2 otaqlı, təmirli ** saylı mənzilini yaşayış binasının tikintisi üçün iddiaçı ’’xxxx”Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verir, ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxır və mənzili boşaldır.

2. İlk iddia üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti bunun əvəzində həmin ərazidə inşası nəzərdə tutulmuş binanın tikintisi tam baş çatdıqdan sonra həmin binanın layihə üzrə yaşayış binasının “D-l” blokunda, 3-cü mərtəbədə ümumi sahəsi 47 kv.metr təşkil edən 1 otaqdan ibarət mənzili təmirsiz qaydada,”D- 2” blokunda isə 3-cü mərtəbədə ümumi sahəsi 78,5 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili tam təmirli qaydada İsmayılov Ramiz Məzahər oğluna verməyi öz öhdəsinə götürür.

Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar