Məhkəmə qərarları › İş №2(3-8)-561/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-561/2026

12.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-561/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi nümayəndə3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbinə qarşı işdən azad olunma ilə bağlı müvafiq əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılan günlər üçün əmək haqqının hesablanıb verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, *5 mart 2*26-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin *5 mart 2*26-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *7.*7.2*25-ci il tarixli, ** saylı əmri və Attestasiya Komissiyasının iddiaçı barəsində verdiyi rəyin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin kamança müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı, hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin *5 mart 2*26-cı il tarixli qətnaməsindən cavabdeh Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi olduğu halda, apellyasiya şikayəti Məktəbin adından deyil, məktəbin direktoru nümayəndə1 tərəfindən verilmişdir. Halbuki apellyasiya şikayəti Məktəbin adından verilməli, direktor və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-yə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması * saylı Əlavədə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti düzgün qeyd edilməmişdir. Belə ki, apellyasiya şikayəti verən cavabdeh olduğu üçün, işdə prosessual vəziyyəti şikayət verən şəxs deyil, cavabdeh olaraq qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.1-1. maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 36*-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1. maddəsinin məzmununa görə apellyasiya və kassasiya şikayətləri verilməsi üçün həmin qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 5* faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətindən görünür ki, dövlət rüsumu apellyasiya şikayətinin verilməsi üçün deyil, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmişdir. Lakin qeyd olunan bu hala birinci instansiya məhkəməsi əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2. maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, *5 mart 2*26-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 36*, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, *5 mart 2*26-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 36*, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar