Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-562/2026 22.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müavinətin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən ##.##.2021-ci ildən ##.##.2021-ci ilədək, hər ay 549,60 manatın 80%i olmaqla, 439,68 (dörd yüz otuz doqquz manat, altmış səkkiz qəpik) manat, ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək, hər ay 647,30 manatın 80%-i olmaqla, 517,84 (beş yüz on yeddi manat, səksən dörd qəpik) manat, ##.##.2023cü ildən ##.##.2023-cü ilədək, hər ay 711,15 manatın 80%-i olmaqla, 568,92 (beş yüz altmış səkkiz manat, doxsan iki qəpik) manat, ##.##.2024cü ildən başlayaraq, hər ay 723 manatın 80%-i olmaqla, 578,40 (beş yüz yetmiş səkkiz manat, qırx qəpik) manat məbləğində aylıq ödəncin alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** saylı qərardadından ##.##.2025-ci il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadından şikayət verilmiş və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməklə, şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)***/**** saylı qərardadı ilə apellyasiya şikayətinin icraata götürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, iddiaçı İddiaçı nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılaraq, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə şikayətin baxılması mümkün hesab edilərək yazılı icraatda baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-8)- 562/2026 il nömrəli qərardadı ilə şikayət üzrə işə şifahi icraat qaydasında baxılması və işin məhkəmə iclasında baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili nümayəndə1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı İddiaçı şikayətə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qərardadı ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə onun nümayəndəsi və vəkili nümayəndə1 elekron kabinetlərinə yerləşdirilməsinə baxmayaraq, şikayət ##.##.2026-cı il tarixində verilmişdir, yəni 10 gün müddət, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra verilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi haqqında düzgün nəticəyə gəlmişdir. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-562/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-562/2026
22.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver