Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-597/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İbadzadə Nigar Edison qızının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı İbadzadə Nigar Edison qızının cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən *** saylı fərdi yaşayış evi İbadzadə Nigar Edison qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1620020420 qeydiyyat nömrəsi, 308013015648-10301 reyestr nömrəsi ilə ##.##.2020-ci il tarixində qeydiyyata alınmışdır.
2. AR Abşeron Rayonu İcra Hakimiyyət Başçısının Fatmayı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən *** saylı fərdi yaşayış evində Cavabdeh ailə üzvləri olan həyat yoldaşı-X3, oğlu- X2 ilə birlikdə yaşayır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İbadzadə Nigar Edison qızı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Museyib oğlunun ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən *** nömrəli fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra, iddiaçı İbadzadə Nigar Edison qızının vəkili və nümayəndəsi vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ailə üzvləri həyat yoldaşı X3 və övladı X2 ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi ünvanında yerləşən *** nömrəli fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh Museyib oğlu arasında ##.##.2020-ci il tarixdə AN-İ ****** nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh Museyib oğlu daşınmaz əmlakı 40000 manata ona satmışdır. Alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh və onun ailə üzvləri ona məxsus fərdi yaşayış evindən çıxmamışlar və bugünədək ona məxsus fərdi yaşayış evində yaşamaqdadırlar. O, dəfələrlə cavabdehə ailə üzvləri ilə ona məxsus fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, cavabdeh və ailəsi hər dəfə ondan evdən çıxacaqları ilə bağlı vaxt almış və sonunda verdikləri vədə əməl etməmişlər. Bu səbəbdən də, cavabdeh Cavabdeh Museyib oğlunun ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılmalı tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İbadzadə Nigar Edison qızının iddia tələbinin, cavabdeh Cavabdeh ailə üzvləri həyat yoldaşı X3 və övladı X2 evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi hissəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Habil Əhmədov).
7. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki,iddia ərizəsindən və ona əlavə edilmiş mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdeh Cavabdeh ailə üzvləri həyat yoldaşı X3 və övladı X2 evdən çıxarılmasını xahiş etsə də, həmin ailə üzvlərinin adı, soyadı ata adlarını cavabdeh qismində göstərməmiş və ünvanlarını qeyd etməmiş, bu isə həmin şəxslərin məhkəmədə hüquqlarının müdafiə etmələrinə imkan verməmişdir. Beləliklə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadığından və iddia ərizəsinin forma və məzmununa riayət etmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı İbadzadə Nigar Edison qızının iddia tələbinin, cavabdeh Cavabdeh ailə üzvləri həyat yoldaşı X3 və övladı X2 evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi hissəsi baxılmamış saxlanılmalıdır.
8. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi ünvanında yerləşən *** nömrəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq iddiaçı İbadova Nigar Edison qızına təhvil verilməsi, iddia ərizəsinin digər hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən *** saylı fərdi yaşayış evi İbadzadə Nigar Edison qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2020-ci il tarixində qeydiyyata alınmışdır. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını və evim boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçı İbadzadə Nigar Edison qızı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinin, Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11.Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh mübahisəli yaşayış sahəsində ailəsi ilə birlikdə uzun illərdir daimi əsaslarla yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (xüsusilə "mənzil toxunulmazlığı" prinsipinə) əsasən, şəxsin yeganə yaşayış yerindən çıxarılması son dərəcə müstəsna hal olmalıdır. Birinci instansiya məhkəməsi çıxarılma haqqında qərar verərkən cavabdehin başqa yaşayış yerinin olub-olmamasını, onun ailə vəziyyətini və bu qərarın yaradacağı ağır sosial nəticələri nəzərə almamışdır. Hərçənd ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə müqavilənin etibarsızlığı təmin edilməmişdir, lakin bu, mülkiyyətçinin öz hüququndan sui-istifadə edərək şəxsi yeganə sığınacağından məhrum etməsinə mütləq əsas vermir. Mülki Məcəllənin 5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən vicdanlılıqla hərəkət etməlidirlər. İddiaçı tərəfindən cavabdehin uzunmüddətli faktiki sahibliyində olan evdən çıxarılması tələbi, cavabdehin həmin əmlakın ərsəyə gəlməsindəki şəxsi əməyi və xərcləri fonunda ədalətsizdir. Məhkəmə tərəfindən cavabdehin həmin evdə hansı hüquqi əsaslarla məskunlaşması və tərəflər arasındakı faktiki münasibətlər (əmlakın alınması və tikilməsi prosesində cavabdehin rolu) dərindən təhlil edilməmişdir. Çıxarılma barədə qətnamə yalnız formal mülkiyyət sənədinə əsaslanmış, lakin mülki dövriyyənin sabitliyi və şəxsiyyətin fundamental hüquqları arasındakı balans qorunmamışdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin cavabdeh Cavabdeh ailə üzvləri həyat yoldaşı X3 və övladı X2 evdən çıxarılmaları barədə məhkəmə qərardadı qəbul edildiyindən, məhkəmə iddia tələbinin bu hissələrinə qiymət vermir.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia ərizəsinin digər hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi cavabdeh Cavabdeh Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi ünvanında yerləşən *** nömrəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq iddiaçı İbadova Nigar Edison qızına təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 2ndə yerləşən *** nömrəli fərdi yaşayış evinin İbadzadə Nigar Edison qızının xüsusi mülkiyyətində olduğu təsdiq edilir. Cavabdeh isə iddiaçının mülkiyyət hüququnu istisna edən və ya onun mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.Buna görə də birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə əsaslanaraq cavabdeh Cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə düzgün nəticəyə gəlmişdir.
20. Bununla yanaşı, məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində “iddia ərizəsinin digər hissədə təmin edilməməsini” qət etməklə prosessual pozuntuya yol vermişdir.
21. Belə ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh ailə üzvləri X3 və X2 mübahisəli evdən çıxarılması və evin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi baxılmamış saxlanılmışdır.
22. İddia tələbinin müəyyən hissəsinin baxılmamış saxlanılması həmin tələbə mahiyyəti üzrə hüquqi qiymət verilməməsi deməkdir. Buna görə də baxılmamış saxlanılmış tələb sonradan həmin iş üzrə qəbul edilmiş qətnamə ilə həll edilməli olan mübahisə predmetinə daxil olmamalı, hüquqi qiymət verilməməlidir.
23. Bundan əlavə iddia tələbinin təmin edilməsinə münasibətdə məhkəmə kollegiya qeyd edir ki, birinci instasniya məkəməsi həmin hissədə düzgün qərara gəlmişdir.Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, ünvan 2ndə yerləşən *** nömrəli fərdi yaşayış evi ## ####### 2020-ci il tarixdən İbadzadə Nigar Edison qızının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ şəxsin ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və həmin əmlak barəsində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Beləliklə, qətnamə qismən, yəni “iddia ərizəsinin digər hissədə təmin edilməməsi” hissəsində ləğv edilməli, cavabdeh Cavabdeh Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi ünvanında yerləşən *** nömrəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq iddiaçı İbadova Nigar Edison qızına təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni “iddia ərizəsinin digər hissədə təmin edilməməsi” hissəsində ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi ünvanında yerləşən *** nömrəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq iddiaçı İbadova Nigar Edison qızına təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.