Məhkəmə qərarları › İş №2(3-8)-601/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-601/2026

12.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-601/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, işdən azad edilməsi barədə ##.##.2024-cü il tarixli, **-K saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də maliyyə departamenti direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2024-cü il tarixədək cavabdeh "xxxx” MMC-nin maliyyə departamentinin direktoru vəzifəsində işləmiş və vəzifə öhdəliklərini düzgün, operativ yerinə yetirdiyinə görə dəfələrlə rəhbərlik tərəfindən təqdir olunmuş, lakin birdən-birə ona münasibət tamamilə dəyişərək fərqli formada təzahür etmişdir. Cavabdeh ünvanına göndərdiyi ##.##.2024-cü il tarixli, ** saylı məktubda müəssisəyə dəvət olunan müstəqil audit şirkəti tərəfindən və müəssisənin daxilində araşdırmalar nəticəsində vəzifə səlahiyyətlərini aşaraq,eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin pul vəsaitini mənimsədiyini, müəssisəyə külli miqdarda maddi ziyan vurduğunu, bunun nəticəsində işəgötürən “xxxx” MMC-nin qanunla qorunan mənafelərini pozduğunu bildirmiş, işəgötürənin onunla bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə), Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə istinadən (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmasi) xitam verilməsinə razılıq almaq üçün “X1” X5 müvafiq təqdimatın ünvanlandığı, təqdimata baxılması üçün X6 2 iclasının keçiriləcəyi və qərar qəbul ediləcəyi, işəgötürənin nümayəndəsinin əmək müqaviləsinin tərəfi olaraq müvafiq iclasa qatılacağı, əmək müqaviləsinin tərəfi olaraq da, onun iclasa qatılmağının zəruri olduğu və müvafiq iclasa qatılmaq üçün dəvət olunduğu qeyd olunmuşdur. Yuxarıda qeyd edilən məktub ##.##.2024-cü il tarixdə ünvanına daxil olmuşdur. ##.##.2024-cü il tarixdə isə ünvanına cavabdeh tərəfindən göndərilən ##.##.2024-cü il tarixli, ** saylı məktub daxil olmuşdur. Həmin məktubda onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verildiyi bildirilmişdir. Qeyd etmək istəyir ki, ** saylı ##.##.2024cü il tarixli məktub rəsmi qaydada ünvanlarına ##.##.2024-cü il tarixində çatdırılmışdır. Bildirmək istəyir ki, o, 18.01. 2024-cü il tarixində həmin məktubu aldıqdan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən azad edildiyini bilmişdir. Yəni bu məktub alınmasaydı, əmək müqaviləsinin hüquqi müqəddəratı ilə bağlı məlumatı olmayacaqdı. Həmin məktubda sadəcə əmək kitabçasının təhvil götürülməsi və ya rəsmi qaydada ünvana çatdırılması təklif olunmuşdur. Halbuki, əmək qanunyvericiliyində işdən çıxan işçiyə işdən çıxdığı gün əmək kitabçası, işdən azad edilmə barədə əmrin surəti və son haqq-hesabı verilməlidir. Yalnız bu məktubu aldıqdan sonra mənə məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, nə əmək kitabçası, nə də işdən azad edilməyi barədə əmrin surəti ona təqdim olunmamışdır. ##.##.2024-cü il tarixli məktubla etibarnamə üzrə nümayəndə Vəkil tərəfindən cavabdeh müraciət olunaraq işdən azad edilməyi barədə əmrin surəti və əmək kitabçasının, eləcə də ona son haqq-hesabın ödənildiyini təsdiq edən bank çıxarışının ünvanına göndərilməsi xahiş olunmuşdur. Yalnız bundan sonra, ## ###### 2024-cü il tarixdə cavabdeh tərəfindən əmək kitabçasının və əmrin surəti ünvanına göndərilmişdir. Cavabdehin hərəkətlərinin qanunsuzluğu ilə bağlı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ##.##.2024-cü il tarixində müraciət olunaraq qanuni tədbirlərin görülməsi xahiş olunsa da, müraciəti hal-hazırdakı dövrə qədər cavablandırılmamışdır. Mübahisənin mediasiya vasitəsi ilə nizama salınmasına dair müraciətlər nəticə verməmiş və Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış təqdim olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan, işdən azad edilməyi barədə ##.##.2024-cü il tarixli, **-K saylı əmr ləğv edilməli, işə bərpası təmin edilməli və məcburi iş buraxma dövrü üzrə əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun istinad olunan bəndinin birbaşa göstərişinə baxmayaraq, cavabdeh nə əmək kitabçasını, nə də əmrin surətini ona əmək müqaviləsinə xitam verdiyi gün – ##.##.2024-cü il tarixdə təqdim etməmiş, yalnız nümayəndəsinin müraciətindən sonra, ##.##.2024-cü il tarixdə poçt ünvanına göndərmişdir. X6 iclasında onun iştirak etməyinin zəruriliyi ilə bağlı ##.##.2024-cü il tarixli məktubda qeyd aparılsa da, bu məktubun tərtibindən 4 gün sonra – həmin məktub onun ünvanına daxil olduğu gün – yəni ##.##.2024-cü il tarixində o, Əmək Məcəlləsinin 70- ci maddəsinin "ç” bəndinə istinad edilməklə işdən azad edilmişdir. Odur ki, Həmkarlar Ittifaqının iclasında iştirakı qəsdən təmin edilməmiş, yazılı və ya şifahi formada izahatı alınmadan əmək müqaviləsinə işçi üçün "ən ağır” maddə ilə - Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Halbuki Əmək Məcəlləsinin 187.1-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci bəndinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Əmək Məcəlləsinin 186 və 187-ci maddəsinin tələblərinə kompleks nəzər yetirildiyində görünür ki, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi bir intizam tənbehidir və intizam tənbehi verilməmişdən qabaq işçidən yazılı izahat alınmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlər – onun hər hansı formada izahatı alınmadan və qəsdən vaxtında xəbərdar edilmədən, iştirakı təmin edilmədən keçirilən iclas nəticəsində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsini 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi, əmək kitabçasının və işdən azad olunmağı barədə əmrin surətinin 20 gündən artıq vaxt keçdikdən sonra - yalnız nümayəndəsinin müraciəti əsasında ##.##.2024-cü il tarixdə ona təqdim olunması cavabdeh tərəfindən yol verilən kobud qanun pozuntusu və işçi olaraq onun hüquq və mənafeyinin açıq-aşkar pozulmasını ehtiva edir. Iqtisadi şərtlərin kifayət qədər çətin olduğu dövrdə onun əmək müqaviləsinə qanunun tələblərinin kobud şəkildə pozularaq xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi ilə müəyyən edilən "Dövlətin ali məqsədi” müddəasının da realizəsinin pozulmasına səbəb olur.

3. Mülki iş üzrə cavabdeh Cavabdeh MMC “xxxx” MMC ilə əvəz edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı tərəfindən əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinin pozulması, cavabdehin mənafeyinə xələl gəlməsi, beləliklə də iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyi üçün hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, ##.##.2024-cü il tarixində iddia tələbi ilə müraciət olunan Abşeron Rayon Məhkəməsində tam 1 il 11 aydan sonra qətnamənin qəbul edilməsi, həm də iddia tələbi ilə uyğun olmayan maddi və prosessual hüquq normalarının tətbiq edilməklə bu qətnamənin çıxarılması birbaşa işin hansı formada “dərindən və təfsilatlı araşdırıldığına” əyani sübut təşkil edir. Iş birinci instansiya məhkəməsinin icraatında olduğu 23 aylıq müddət ərzində cavabdeh təşkilat 5 dəfə hüquqşünas dəyişdi və hər bir hüquqşünas nümayəndə qismində məhkəmə iclasında iştirak edərkən işlə aiddiyəti olmayan məsələləri məhkəmənin diqqətinə çatdırmaq istəmişlər. Əslində isə heç o 5 hüquqşünasın iştirak etməsinə zərurət də yox idi. Belə ki, birinci instansiya məhkəməsinin 23 aylıq müddət ərzində onsuz da heç bir araşdırma aparmadan və 4 dəfə heç bir hüquqi əsas olmadan ekspertiza təyin etməklə məsələni hansı formada həll edəcəyini başından münasibət bildirmişdi. Qətnamə ilə tanış olarkən isə belə bir qənaət yarandı ki, doğrudan da o 5 hüquqşünasın da iştirak etməyinə zərurət yox idi. Ancaq olmayan şeyləri və ya məhkəmədə cavabdehin dediyi fikirləri iddiaçının deməsi kimi qətnaməyə yazması bir şeydən xəbər verir. Məhkəmə bu işi araşdırarkən obyektivlik prinsipini tamamilə bir kənara qoymuş və cavabdeh təşkilatın hüquqlarını özü müdafiə etmişdir. Belə hallar isə məhkəmələrə olan inamın sarsılmasından başqa bir şeyə xidmət etmir. Birinci instansiya məhkəməsi bu normaya maddi hüquq norması qismində istinad etmişdir, ancaq qeyd edilən maddə düzgün tövsif edilməmişdir. Iddiaçı tərəfindən cavabdeh təşkilata vurulan ziyanın nədən ibarət olduğu və ya hansı miqdarda olduğuna dair sadəcə audit rəyinə əsaslanılmışdır. O zaman ortaya haqlı olaraq bir sual çıxmaqdadır, əgər doğrudan da birinci instansiya məhkəməsi iddiaçı İddiaçı cavabdeh təşkilata ziyan vurduğuna dair qənaətə gəlirsə, o zaman qətnamə qəbul edilərkən də iddiaçının barəsində xüsusi qərarda çıxardılmaqla iş araşdırılmaq məqsədilə prokurorluq orqanlarına göndərilməli idi ki, birinci instansiuya məhkəməsi bunu etməmişdir. Iddiaçı tərəfindən cavabdehə ziyan vurulduğunu məhkəmə öz qətnaməsində bu şəkildə qeyd etmişdir. Məhkəmə ekspertiza rəyi alınması üçün bütün mümkün prosessual vasitələrdən istifadə etsə də, "xxxx” MMC tərəfindən bütün tələb olunan sənədlərin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmədiyi və iddiaçı tərəf də əmrin verilməsinə əsas olmuş cavabdeh tərəfin əldə etdiyi auitor rəyində göstərilənlərini təkzib edən sübut növü təqdim etmədiyindən məhkəmə iş materiallarında olan “Akif.M.Rzayev” tərəfindən "xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2024-cü il tarixli müstəqil auditor rəyinin məlumatlarını əsasən hazırki iddia tələbinə qiymət verilməsini məqbul sayır. Məhkəmə ekspertiza rəyinin alınması üçün özünün qeyd etdiklərinin əksinə heç bir prosessual vasitələrdən istifadə ertməmişdir. Sadəcə işi uzatmaq və süründürməçiliyə yolvermək məqsədilə işi dəfələrcə təxirə salmış, cavabdeh təşkilatdan dəfələrcə sənədlər istəmiş, onlar təqdim etmədiyi halda yenə də işi ekspertizaya göndərmişdir. Iddiaçı tərəfindən audit rəyində qeyd edilənləri təkzib edən hər hansı bir sübutu təqdim edə bilməməyinə gəlincə bildirmək istəyir ki, iddiaçı 2023-cü ilin dekabr ayından faktiki olaraq cavabdeh təşkilatın ərazisinə buraxılmırdı. Heç bir sənədlərə əl çatanlığı yox idi. Audit rəyinə də baxanda 3 səhifədən ibarət bir rəy olduğu görülməkdədir. Əgər rəydə tutarlı bir yanaşma və ya dəyərləndirmə olsaydı, əvvəlcə işi icraatına qəbul edən Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi, daha sonra da Abşeron rayon Prokurorluğu cinayət işinin başlanması barədə qərar qəbul edərdi. Hər iki orqan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. 3 səhifəlik audot rəyində ümumlikdə 2.194.890 manatlıq zərər vurulduğu yazılır. Cavabdeh təşkilata 2.194.890 manatllıq ziyan vurulubsa, ziyanın vurulduğu illər üçün həmin şirkətdə kənar audit aparılıb və müsbət rəylər alınıb. Həmin rəyləri də məhkəməyə təqdim etdi. Necə olur ki, auditor Akif Rzayevin aşkar etdiyi ziyan məbləğini həmin illər üçün rəy vermiş digər auditorlar görməyib. Ya həmin müsbət rəyi verən auditorlar saxta rəy veriblər, ya da ki, Akif Rzayevin verdiyi rəy çox “mötəbərdir”. Bundan başqa bildirmək istəyir ki, birinci instansiya məhkəməsi doğrudan da araşdırma aparmaq kimi bir niyyəti olsa idi, onun ekspertiza keçirilməsi zamanı qoyulmuş olan sualların bəzilərini ən azından qərardadda qeyd edərdi. Özünün qəbul etdiyi qərardadda isə birbaşa yönləndirici suallar qoymaqla İddiaçı tərəfindən vurulmuş ziyanın məbləğinin nə qədər olduğunu soruşur. Bu qərardadı qəbul edən və eksperti yönləndirməyə çalışan hakim necə obyektiv ola bilər. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir: “Iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə cavabdeh Cavabdeh MMC-nin “xxxx” MMC ilə əvəz edilməsini xahiş etmişdir.” Sübutlara bu şəkildə səhv və ya düzgün olmayan şəkildə qiyməti verildiyinin birinci dəfədir ki, şahidi olur. Işdə olan ərizələrə və ya vəsatətlərə baxılarsa iddiaçının nümayəndəsi və vəkili Vəkil belə bir ərizə və ya vəsatətlə məhkəməyə müraciət etmədiyi görüləcəkdir. Əksinə cavabdehin məhkəmə iclaslarına gələn 5 hüquqşünasından biri bu vəsatətlə məhkəmə müraciət etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Iş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. İddiaçı ##.##.2016-cı il tarixindən ##.##.2024-cü il tarixədək "xxxx” MMC-nin maliyyə departamentinin direktoru vəzifəsində işləməsi işin mübahisəsiz halıdır.

18. Mövcud iş üzrə iddia tələbi əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və işə bərpa edilməklə məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədədir. Iddia tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi nəzərdən keçirilə bilər.

19. Işdən görünür ki, iddiaçı İddiaçı ##.##.2016-cı il tarixindən ##.##.2024-cü il tarixədək Cavabdeh MMC-nin maliyyə departamentinin direktoru vəzifəsində çalışmış, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi iddiaçının əmək funksiyalarının icrası zamanı yol verdiyi pozuntular, o cümlədən işəgötürənə vurulmuş maddi zərərdir.

20. Qeyd olunmalıdır ki, işəgötürənin iddiaçının əvvəlki ərizəsini əsas götürərək əmək müqaviləsinə xitam verməli olması barədə qanundan irəli gələn imperativ tələb müəyyən edilmədiyindən, yalnız həmin ərizənin mövcudluğuna istinad edilməklə ##.##.2024-cü il tarixli əmrin qanunsuz olduğu nəticəsinə gəlmək mümkün deyildir. Odur ki, iddiaçının ##.##.2023-cü il tarixli ərizəsinə əsasən əmək müqaviləsinə ##.##.2023-cü il tarixdə xitam verilməli olduğu halda bunun edilməməsi barədə iddiaçının dəlili ##.##.2024-cü il tarixli əmrin qanuniliyini şübhə altına alan əsas kimi qəbul edilə bilməz.

21. Birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutları, o cümlədən işəgötürən tərəfindən təqdim edilmiş sənədləri, həmkarlar ittifaqının ##.##.2024-cü il tarixli protokolunu, işdən azad edilmə barədə **-K saylı əmri və müstəqil auditor rəyini tədqiq etmişdir. Həmin auditor rəyində iddiaçının xammalın tədarükü zamanı qiymət siyasətində ciddi nöqsanlara yol verməsi və əsassız bonuslar alması nəticəsində cəmiyyətə ümumilikdə 2.194.890 manat məbləğində maddi zərər dəyməsi göstərilmişdir.

22. Apellyasiya şikayətinin əsas dəlillərindən biri həmin auditor rəyinin mötəbər olmaması və işəgötürənə ziyan vurulmasının sübuta yetirilməməsi ilə bağlıdır.

23. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, aşağı instansiya məhkəməsi auditor rəyini digər sübutlarla birlikdə qiymətləndirmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, lakin ekspertizanın keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməməsi səbəbindən ekspertiza rəyinin verilməsi mümkün olmamışdır. Ekspertiza Mərkəzinin məlumatından da görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün tələb olunan əlavə sənədlər təqdim edilmədiyindən iş rəy verilmədən məhkəməyə qaytarılmışdır.

24. Eyni zamanda, iddiaçı auditor rəyində göstərilən halların həqiqətə uyğun olmadığını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir. Əksinə, onun ekspertiza keçirilməsi ilə bağlı vəsatətində auditor rəyində göstərilən maddi ziyanın, alınmış bonusların və xammalın qiymətlərinin müəyyən edilməsi ilə bağlı sualların qoyulmasını xahiş etməsi auditor rəyində əks olunan hallardan məlumatlı olduğunu göstərir.

25. Iddiaçı məhkəmə kollegiyasında iştirakı zamanı verdiyi izahatında auditor rəyinin onun işdən çıxarılma barədə əmrin verilməsindən sonra alındığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehin ##.##.2023-cü il tarixli əmrinə əsasən iddiaçının fəaliyyəti ilə bağlı ##.##.2024-cü il tarixli daxili audit yoxlaması aparılmış və əldə edilmiş rəyə əsasən İddiaçı xammal tədarükü ilə məşğul olması və ezamiyyətlərə göndərilməsi barədə hər hansı rəsmi əmr və sərəncam mövcud olmamışdır. Qeyd olunan hal məhkəmə kollegiyası tərəfindən əmrlər kitabına baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Maliyyə şöbəsinin müdiri İddiaçı tərəfindən 2020-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək heç bir rəsmi əmr və əsas olmadan 54 dəfə kassadan ümumilikdə 239.105,00 əsassız bonus göstərilmişdir. Xammalların yüksək qiymətlərlə alınmasının səbəbləri barədə yazılı məlumat və ya əsaslandırma daxili sistemdə tapılmamışdır.

26. Göründüyü kimi cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli daxili audit rəyinə əsasən iddiaçı tərəfindən cavabdeh şirkətə maddi zərər dəyməsi aşkardır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan auditor rəyi də iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olduğun, birinci instansiya məhkəməsi tərəfindən belə qiymətləndirmə aparılmışdır. Aşağı instansiya məhkəməsinin auditor rəyini sübut kimi qəbul etməsi həmin rəyin digər sübutlardan üstün tutulması anlamına gəlmir. Məhkəmə öz qənaətini iş materiallarında olan sübutların məcmu qiymətləndirilməsi əsasında formalaşdırmışdır.

28. Apellyasiya şikayətində həmçinin iddiaçının işdən azad edilməzdən əvvəl yazılı izahatının alınmaması, həmkarlar ittifaqının iclasında iştirakının təmin edilməməsi və əmək kitabçası ilə əmrin surətinin sonradan təqdim olunması halları əsas gətirilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır. Belə ki, birinci instansiya məhkəməsi də bu halları araşdırmış və iş materiallarından çıxış edərək qeyd olunan nöqsanların mövcudluğunun belə ##.##.2024-cü il tarixli, **-K saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsinə hüquqi əsas yaratmadığı qənaətinə gəlmişdir.

30. Iddiaçının X6 iclasında iştirak etməməsi barədə dəlilinə gəldikdə qeyd olunmalıdır ki, iddiaçının iclasa çağırılması barədə məktub onun ünvanına göndərilmiş və sonuncu özü də ərizəsində məktubun ona ##.##.2024-cü il tarixdə çatdırılmasını təsdiq etmiş, lakin həmin iclasa getməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edərək, məhkəmənin bununla bağlı gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, iddiaçının işdən azad edilməsinin əsasını təşkil edən konkret hallar göstərilmiş, işəgötürən tərəfindən müvafiq təqdimatın X5 göndərilməsi və həmin təşkilat tərəfindən ##.##.2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

32. Həmin Məcəllənin 71.2-ci maddəsində isə bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işçinin təqsirli hərəkəti nəticəsində əmək intizamının normal ahənginin pozulması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi tələb olunur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını həmin normaların tələbləri baxımından düzgün qiymətləndirmişdir.

33. Iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlillər də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən müəyyən edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları ətraflı araşdırmış, tərəflərin təqdim etdikləri sübutlara hüquqi qiymət vermiş və iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

34. Bu baxımdan apellyasiya şikayətində göstərilən dəlillər əsasən birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətin yenidən qiymətləndirilməsinə yönəlmiş olsa da, həmin qiymətləndirmənin yanlışlığına və ya məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına dəlalət edən kifayət qədər əsas müəyyən edilmir.

35. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçının törəmə tələbləri – məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi – işdən azad edilmə barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsindən asılıdır. Işdən azad edilmənin qanunsuzluğu müəyyən edilmədiyindən həmin törəmə tələblərin də təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş, sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş və mübahisəyə tətbiq edilməli maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

39. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar