Məhkəmə qərarları › İş №2(3-8)-607/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-607/2026

02.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-607/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı və X4 qarşı birgə nikah dövründə inşa edilmiş evə çəkilən xərcin yarısının tutulması tələbinə dair qarşılıqlı iddiasının qəbulundan imtina edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı və X4 qarşı birgə nikah dövründə inşa edilmiş evə çəkilən xərcin yarısının tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin verilməsi üçün «ASAN ödəniş» sistemi vasitəsilə ##.##.2026-cı il tarixli, ************ nömrəli qəbzdən ödənilmiş 248 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən Cavabdeh qaytarılması və qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X10 Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh vəkili vəkil1 Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından ##.##.2026-cı il tarixdə vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh vəkili-nümayəndəsi vəkil1 Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində vermiş olduğu şikayətlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, cavabdeh Cavabdeh vəkili-nümayəndəsi vəkil1 Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından ##.##.2026-cı il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 yetkinlik yaşına çatmayan övladları X3 və X1 ilə birlikdə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 308013151038-10301 reyestr nömrəsi ilə qeydə alınmış ona məxsus 0,0766 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X4 onun xeyrinə, nikah dövründə inşa edilmiş evə çəkilmiş xərclərin 1/2 hissəsi olaraq 42500 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından şikayət verərək, şikayətin geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətin icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılması üçün prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh vəkili-nümayəndəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində verilmiş şikayətlər geri qaytarılmışdır. Həmin qərardad qanuni və əsaslı qəbul edilməmişdir. Iş materiallarından görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə inşa edilmiş evə çəkilmiş xərclərin yarısı qismində 42500 manatın tutulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin qarşılıqlı iddianın qəbulundan imtina olunmuşdur. Həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verilmiş, lakin sonradan ##.##.2026-cı il tarixli qərardadla şikayət geri qaytarılmışdır. Daha sonra həmin ##.##.2026-cı il tarixli qərardaddan ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində şikayətlər təqdim edilmişdir. Mübahisələndirilən ##.##.2026-cı il tarixli qərardadda məhkəmə göstərmişdir ki, ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, nümayəndənin elektron kabineti mövcud olduğundan şikayət vermə müddəti həmin tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir. Bu əsasla məhkəmə ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli şikayətlərin müddətdən sonra verildiyi qənaətinə gəlmişdir. Lakin əslində “Elektron məhkəmə” portalında yaranmış texniki problemlər səbəbindən həmin qərardadı vaxtında əldə etmək, onunla tanış olmaq və qanunla müəyyən edilmiş müddətdə şikayət hazırlayıb təqdim etmək mümkün olmamışdır. Şikayətin gecikdirilməsi nümayəndənin iradəsindən və davranışından asılı olmayan texniki səbəblərlə əlaqədar baş vermişdir. Başqa sözlə, qərardadın sistemə texniki olaraq yerləşdirilməsi ilə onun istifadəçi tərəfindən real olaraq əldə edilərək oxunması və müdafiə hüququnun həyata keçirilməsi eyni anlayış deyildir. Portalda yaranmış texniki nasazlıq nəticəsində qərardad faktiki olaraq əldə edilə bilmədiyindən, şikayət vermə müddətinin keçdiyi barədə nəticə obyektiv hallara uyğun deyildir. Bundan başqa mübahisələndirilən qərardadın özündə də göstərilmişdir ki, şikayət qərardaddan “rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində” verilə bilər. Deməli, müddətin başlanğıcı üçün hüquqi əhəmiyyət daşıyan hal sadəcə sənədin sistemə yerləşdirilməsi deyil, onun real qaydada təqdim edilməsi və ya əldə olunmasıdır. Məhkəmə isə bu mühüm fərqi nəzərə almamışdır. Məhkəmə ## ###### 2026-cı il tarixli qərardaddan şikayəti nümayəndəlik səlahiyyətləri olmaması səbəbindən geri qaytarmışdır. Məhkəmə qərardadı portala yerləşdirdiyi tarixdə də o, nümayəndə olmamışdır, məhkəmənin öz mövqeyi ilə yanaşılsa, həmin vaxt onun şikayət vermək hüququ olmamış, belə olan halda qərardad portala daxil edildiyi tarixdən deyil, vətəndaşın özünə poçtla göndərildiyi tarixdən hesablanmalıdır. Vətəndaşı etibarnamə verdiyi və nümayəndə kimi işə qoşulduğu tarixdən hesabladıqda isə 10 müddət daxilində şikayət vermişdir. Belə olan halda, şikayətlərin geri qaytarılması prosessual normaların həddindən artıq formal tətbiqi nəticəsində baş vermiş və şikayətçinin məhkəməyə çıxış hüququnu əsassız məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu norma məhkəməyə müraciət hüququnun formal deyil, real və effektiv təmin olunmasını tələb edir. Əgər şəxs elektron sistemdə yaranmış texniki problemə görə qərardadı əldə edə bilməmişdirsə, onun şikayət hüququndan istifadə etməməsi öz iradəsindən asılı hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu norma baxımından müddətin başlanğıcı düzgün müəyyən edilməlidir. Texniki nasazlıq səbəbindən qərardad faktiki əldə olunmamışdırsa, müddətin başlanğıcının yalnız sistemə yerləşdirmə tarixi ilə hesablanması hüquqa uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Bu maddəyə görə müddətin başlanğıcı hüquqi əhəmiyyətli hadisə ilə müəyyən edilməlidir. Hazırkı işdə belə hadisə qərardadın sadəcə sistemə yüklənməsi deyil, onun real olaraq əldə olunması və tanış olmaq imkanının yaranmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu norma yalnız müddətin başlanğıcı və sonu düzgün müəyyən olunduqda tətbiq edilə bilər. Hazırkı halda isə gecikmə nümayəndədən asılı olmayan səbəblərlə bağlı olduğundan, prosessual hüququn keçmiş hesab edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırkı işdə məhkəmə müddətin həqiqətən keçib-keçmədiyini, gecikmənin səbəblərini və elektron sistemdə texniki problem olub-olmadığını araşdırmadan bu normanı tətbiq etmişdir. Halbuki nümayəndədən asılı olmayan texniki maneə mövcud olduqda, bu hal prosessual hüququn müdafiəsi baxımından nəzərə alınmalı idi. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmanın əsası kimi şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsi, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etməməsi, hansı səbəbdən şikayətin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı onun tərəfindən hər hansı bir sübut təqdim etməməsi və hər hansı bir sübuta istinad etməməsi ilə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-cü maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu mənada məhkəmə kollegiyası şikayətin prosessual müddəti ötürməklə verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq prosessual müddət daxilində verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli və onunla bağlı ## ##### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar