Məhkəmə qərarları › İş №2(3-8)-629/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-629/2026

04.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-629/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, qətnamə ilə maraqlarına toxunan şəxs maraqlı şəxs2 nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi Idarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması, həmin hüququn miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2014-cü il tarixli qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt şəhər Məhkəməsinin ## #### 2014-cü il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) ərizəçinin tələbinin təmin edilməsi, Sumqayıt şəhəri Novxanı bağları ərazisində yerləşən ****A saylı 1200 kv.m. ibarət bağ torpaq sahəsinə dair mərhum atası X1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin ##.##.2005-ci ildən bağlanmış hesab edilməklə, həmin torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüququnun yaranması faktı və həmin hüququn miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının tanınması, qətnamənin Sumqayıt şəhərinin Novxanı bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan ****A nömrəli bağ torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması qət edilmişdir. Qətnamə ilə maraqlarına toxunan şəxs maraqlı şəxs2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Baxılan iş üzrə ərizəçi Ərizəçi Sumqayıt şəhəri Novxanı bağları ərazisində yerləşən ****A saylı 1200 kv.m. ibarət bağ torpaq sahəsinə dair mərhum atası X1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin ##.##.2005-ci ildən bağlanmış hesab edilməklə, həmin torpaq sahəsi üzərində mərhum atası X1 mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi və həmin hüququn miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının tanınması, qətnamənin Sumqayıt şəhərinin Novxanı bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan ****A nömrəli bağ torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir. Bu normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-in 308-ci maddəsi). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3.). Qeyd olunmalıdır ki, məhkəmə icraatının bir növü olan xüsusi icraat hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan məhkəmədə mülki işə baxılması qaydasıdır. Odur ki, xüsusi icraat qaydasında baxılmalı olmayan ərizəçinin “müqavilənin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun yaranması və bundan doğan hüququn miras əmlak kimi qəbul edilməsi” tələbinin təsdiq edilməli hüquqi əhəmiyyətə malik fakt hesab edərək, təmin etməklə aşağı instansiya məhkəməsi düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.5, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin ## #### 2014-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Ərizəçi maraqlı tərəf ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi Idarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması, həmin hüququn miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar