Məhkəmə qərarları › İş №2(3-8)-630/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-630/2026

23.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-630/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlundan və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 nümayəndə və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər ərizəçi2 və ərizəçi1 maraqlı şəxs DƏDRX-nin * saylı Sumqayıt Ərazı İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər ərizəçi2 və ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin “Novxanı bağlan” ərazisində yerləşən ****v saylı 1000 kvadrat metrdən ibarət bağ torpaq sahəsinə dair ərizəçi2 ilə, Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən ****b saylı 1000 kvadrat metrdən ibarət bağ torpaq sahəsinə dair ərizəçi1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin ##.##.2005-ci ildən bağlanmış hesab edilməklə üzərində onların mülkiyyət hüquqlarının yaranması faktının müəyyən edilməsi, çıxarılacaq nəhkəmə qətnaməsinin həmin bağ torpaq sahələri üzərində onların mülkiyyət hüququnun dövlət qeytdiyyatına alınması üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən ****v saylı 1000 kvadrat metrdən ibarət bağ torpaq sahəsinə dair ərizəçi2 Məhəmməd oğlu ilə, Sumqayıt şəhərinin “Novxanı bağları” ərazisində yerləşən ****b saylı 1000 kavdrat metrdən ibarət bağ torpaq sahəsinə dair ərizəçi1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqısatqı müqaviləsinin ##.##.2025-ci ildən bağlanmış hesab edilməklə üzərində onların mülkiyyət hüquqlarının yaranması faktının müəyyən edilməsi qət edilmişdir. Hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə də məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2014-cü il tarixli qətnaməsi maraqlı şəxs2 maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək, “apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizə təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs qismində maraqlı şəxs2 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdaifə etdiyi şəxs 2023-cü ildə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 5039V torpaq sahəsini alqı-satqı əsasında X2 almışdır. Hansıki ##.##.2016-cı il tarixdə X2 çıxarış verilmişdir. Müqavilə reyestr xidmətinə çıxarışın əldə olunması üçün göndərilmişdir. Reyestr Xidmətindən imtina cavabı gəlmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs biri 12 sot olmaqla, iki torpaq sahəsi alıb. * saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında yoxlanılması zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi X7 adına qeydiyyata alınmış Novxanı bağ massivi, 5028D ünvanında yerləşən ************ reyestr nömrəli və X3 adına qeydiyyata alınmış Novxanı bağ massivi, 5028A ünvanında yerləşən ************ reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Həmin çıxarışlar isə Sumqayıt Şəhər Məhkəməsinin qətnamələri əsasında verilmişdir. Onlar isə Sumqayıt İnzibati Məhkəməsinə həmin şəxslərin qeydiyyat vəsiqələrinin ləğvi tələbi ilə müraciət etmişlər. Qətnamədə adı keçən ərizəçi1 2014-cü ildə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini Salahov Ramin İdris oğluna, Salahov Ramin İdris oğlu 2015-ci ildə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini X5. 2019-cu ildə isə X5 Mətanət Səfər qızına satmışdır. Hazırda həmin torpaq sahəsi Qurbanov Mətanət və Əliyev Səbuhinin adına qeydə alınmışdır. Mübahisəli ərazi tamamilə boşdur. Eyni torpaq sahəsinə iki çıxarış mövcuddur. Torpaq sahəsini Əliyev Ramindən almışlar, həmin şəxsin çıxarışı olub. Qurbanova Mətanət isə məhkəmə qətnaməsinə görə torpaq sahəsini sonuncu alan şəxsdir. X3 və X7 verilmiş çıxarışların ləğv edilməsi və ona məxsus alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahəsinə “çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsələr də, sonradan iddianı geri götürmüşlər. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü il tarixli qətnamələri buna imkan verməyib. Həmin iş üzrə mütəxəssis rəyi əldə olunub, rəylə də eyni yerə iki çıxarış verilməsi, torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasınınyeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçilər məhkəmə iclasında gəlməmiş, gəlməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinə aşağıda göstərilənlərə əsasən baxılması qeyri-mümkündür. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən ****v saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ JN 3101B KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X6 adına qeydiyyata alınmış, həmin torpaq sahəsi ## ###### 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X2, sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. ## ###### 2023-cü il tarixdə X2 həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında maraqlı şəxs2 satmışdır. maraqlı şəxs2 tərəfindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin maraqlı şəxs2 ünvandığı ## ###### 2023-cü il tarixli məktubda isə torpaq sahəsinə müayinə baxışı keçirərkən əldə olunan məlumatların idarənin istifadəsində olan kadastr məlumat bazasında yoxlanılarkən, sözügedən torpaq sahəsinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin X7 adına qeydiyyata alınmış Novxanı bağ massivi, 5028D ünvanında yerləşən ************ reyestr nömrəli və X3 adına qeydiyyata alınmış Novxanı bağ massivi, 5028A ünvanında yerləşən ************ reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşdüyü bildirilməklə, hüququn qeydiyyatından və plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. Buna görə də maraqlı şəxs2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin sonradan hazırkı qətnamənin mövcudluğunu əsas gətirərək iddia tələbini geri götürmüşdür. Həmin icraat çərçivəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə üvnalnamış ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, maraqlı şəxs2 tərəfindən faktiki yerində göstərilmiş torpaq sahəsinin koordinatlarına əsasən daşınmaz əmlak ************ reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş (hazırkı mübahisələndirilən məhkəmə qətnaməsi əsasında) torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisə predmeti olan daşınmaz əmlakı özgəninkiləşdirən X2 müraciət zamanı vaxtilə texniki baxışa şərait yaratmadığından koordinatların uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi maraqlı şəxs2 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinin plan-ölçü sənədi mövcud olmamaqla, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin X7 adına qeydiyyata alınmış Novxanı bağ massivi, 5028D ünvanında yerləşən ************ reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşməsinə dair qeydiyyat orqanının cavabları maraqlı şəxs2 torpaq sahəsinin faktiki olaraq naturada göstəməsi faktına əsaslanmışdır. Hərçənd ki, yuxarıda qeyd olunan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli məktubundan da göründüyü kimi mübahisə predmeti olan daşınmaz əmlakı özgəninkiləşdirən X2 müraciət zamanı vaxtilə texniki baxışa şərait yaratmadığından koordinatların uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, şəxsin mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinə özünün planölçü sənədi olmadan, torpaq sahəsini faktiki olaraq naturada göstəməsi faktına əsaslanmaqla, naturada göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququna dair qeydi, buna əsas olmuş hüquqmüəyyənedici sənədi və ya məhkəmə aktını mübahsiələndirmək hüququ mövcud olmur. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, hazırkı mübahsələndirilən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin nəticə hissəsində torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktı müəyyən edilməklə, qətnamənin mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması qət edilmişdir. Mümkün olan haldır ki, daşınmaz əmlak üzərində hüquqları qeydə alan inzibati orqan hər hansı bir əsas olmadan, yanlışlıqla qətnamə ilə mülkiyyət hüququ tanınmış şəxsin hüququnu naturada düzgün olmayan yerə qeydə almaqla, buna dair müvafiq sənəd versin. Belə olan halda da maraqlı şəxs mülkiyyət hüququna dair qeydi, buna əsas olmuş hüquqmüəyyənedici sənədi və ya məhkəmə aktını deyil, mülkiyyət hüququ naturada yanlış yerə qeydə alınmış torpaq sahəsinə dair plan-ölçü sənədini və torpaq sahəsinin koordinatlarnı mübahisələndirmək hüququna malik hesab olunur. Bununla yanaşı iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarından görünür ki, maraqlı şəxs2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçü sənədinin verilməsi tələbinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan həmin iddia ərizəsini geri götürmüşdür. Halbuki, həmin iddia ərizəsi geri götürülmədiyi halda məhkəmənin yekun qərarı ilə (iddianın qeyri-mümkün hesab edilməsi, iddianın təmin və ya rədd edilməsi) mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin faktiki olaraq naturada göstərdiyi torpaq sahəsinə aidiyyətinin olub-olmaması müəyyən edilmiş olacaqdı. Lakin, maraqlı şəxs2 alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçirmək istədiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmədən, müvafiq sənədlərə əsasən torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı deyil, naturada göstərmə faktına əsaslanan torpaq sahələrinin üst-üstə düşməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin müraciətə cavablarına əsaslanaraq, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti vermişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunması müəyyən edilməməkdədir. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, maraqlı şəxs2 gələcəkdə yuxarıda qeyd olunan əsaslardan kənar hər hansı bir formada Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmasına dair müvafiq sübutları məhkəməyə təqdim edə biləcəyi və halları əsaslandıra biləcəyi təqdirdə qətnamədən yenidən apellyasiya şikayət vermək hüququna malik olacaqdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263,264, 402.2.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar