Məhkəmə qərarları › İş №2(3-8)-636/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-636/2026

14.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-636/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi, cavabdeh3 Publik Hüquqi Şəxsi, cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh cavabdeh6 iştirakı ilə, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi, cavabdeh3 Publik Hüquqi Şəxsi, cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh6 mülkiyyətində olan torpaq sahəsindən ona Şabran bələdiyyəsi tərəfindən ## #### 2023-cü il tarixdə satılmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ## #### 2023-cü ildə 2823024530 nömrəsi ilə qeydə alınmış, ## #### 2023-cü il tarixli çıxarışı, B ****** nömrəli torpaq sahəsini planı və ölçüsü olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə işıq, qaz, su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə X4 miras qalmış şəhid İddiaçı küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə 5 metr enində gediş-gəliş yolunun verilməsi, cavabdeh Şabran bələdiyyəsinə məxsus və cavabdeh6 qanunsuz istifadəsində olan 375 kv.m torpaq sahəsindən ona Şabran bələdiyyəsi tərəfindən # #### 2023-cü il tarixdə satılmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən # #### 2023-cü ildə 2823024530 nömrəsi ilə qeydə alınmış, ## #### 2023-cü il tarixli çıxarışı, B ****** nömrəli torpaq sahəsini planı və ölçüsü olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə, X4 miras qalmış şəhid İddiaçı küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi məqsədilə 5 metr enində gediş-gəliş yolunun verilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh6 adına ünvan 7 ünvanında aşkar edilmiş fərdi yaşayış evinə verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 304013046218-***** reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atasından miras qalmış, vaxtilə Ş.Vahabzadə küçəsi, 28 ünvanında yerləşmiş, hal-hazırda şəhid Tərlan Kərimov küçəsi, 38 ünvanında yerləşən evdə yaşayır. Yaşadığı ev və # #### 2023-cü ildə Şabran bələdiyyəsinə məxsus torpaq sahəsi kimi ona satılmış torpaq sahəsində inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi vaxtilə nənəsi X3 məxsus 1352,4 kv.m torpaq sahəsinə daxil idi. Nənəsi X3 adına orada ev olmuşdur. Həmin evə 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən **** nömrəli texniki pasport tərtib edilmişdir. Nənəsinə məxsus evə gediş-gəliş yolu olmuşdur. Yəni indiki Babək Abidov küçəsinə çıxış yolu olmuşdur. 1953-cü ildə atasının iddia tələbinə əsasən həmin torpaq sahəsi məhkəmə qaydasında bölünmüş, 656,6 kv.m atasının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinə də 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən **** nömrəli texniki pasport tərtib edilmişdir. Həmin evin o zaman 26 Bakı Komissarı adlanan küçəyə çıxış yolu olmuşdur. Nənəsi X3 adına olan evə 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən tərtib olunmuş **** nömrəli texniki pasportun surətini almaq üçün Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şabran rayon şöbəsinin müdiri Vəli Vəliyevə 2012-ci ildə müraciət etmişdir. O, pul vermədiyinə görə ona texniki pasport verilməmişdir. Tikdiyi evə hal-hazırda heç yerdən gediş-gəliş yolu yoxdur və bu səbəbdən işıq, qaz, su və kanalizasiya çəkdirə bilmir. Su və kanalizasiya qovşağı cavabdeh6 tərəfindən ləğv edilmişdir. Bir neçə il bundan əvvəl RAMKO şirkəti şəhələrində, o cümlədən yaşdığı küçəyə şəhərin baş planına uyğun su və kanalizasiya xətləri çəkmişdir. X3 məxsus ev şəhərin baş planında öz əksini tapdığına görə qeyd etdiyi gediş-gəliş yolunun başında su və kanalizasiya xəttinə qoşulması üçün qovşaq inşa edib qoymuşdur. Qeyd edir ki, atasından miras qalmış hal-hazırda yaşadığı evin də kanalizasiya xətti yoxdur. Halhazırda, faktiki olaraq Şabran bələdiyyəsinə məxsus 375 kv.m torpaq sahəsi, inşa etdiyi evə gediş-gəliş yolu qonşu cavabdeh6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetindən torpaq sahəsinin təyinatının, kateqoriyasının dəyişdirilməsinə rəy almadan zəbt olunmuşdur. Qanunsuz zəbt olunan torpaq sahəsinin hasara alınması üçün, hasar tikilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən razılıq, icazə almadan hasara alınıb həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Bununla əlaqədar Şabran bələdiyyəsinə müraciət etmiş, yol istəmişdir. Bələdiyyə onun şikayətinə baxmamışdır. Məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsinə Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayan cavabdeh6 Yasəf oğlunun yaşadığı fərdi evə və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə təqdim olunan ilkin torpaq ayırma sənədlərinin, çıxarışın surətini və İddiaçı ünvan 9 ünvanında yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri barədə məlumatın verilməsi ilə bağlı ## #### 2021-ci ildə sorğu göndərilmişdir. Vəkil sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən # ###### 2021-ci il tarixdə 213420004729-nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubunda * saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən cavabdeh6 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərinə dair sənədlər aşkar edilmədiyi, cavabdeh6 adına ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 304013046218-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında fərdi yaşayış evi aşkar edildiyi, cavabdeh6 məxsus ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 304013046218-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında fərdi yaşayış evinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Onun Şabran bələdiyyəsinə qarşı bələdiyyə mülkiyyətində olan sahədən zəruri yol və keçid tələbi barədə iddiasına əsasən Şabran Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə ## ####### 2023-cü ildə mülki işə baxılıb iddiaçı İddiaçı cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr, uzunluğu 15 metr olmaqla yol və keçid verilməsinə dair iddiasının təmin edilməməsi barədə *(***)-***/**** saylı qətnamə çıxarılmışdır. İddia ərizəsi məhkəməyə daxil olan gündən 3 ay müddətində 3 məhkəmə prosesi keçirilmişdir. Şabran şəhər bələdiyyəsi məhkəməyə üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə torpaq sahəsini, gediş-gəliş yolunu cavabdeh6 zəbt etdiyinə görə o, iddianı ona qarşı qaldırmalıdır. Bu səbəbdən iddiasını təmin etməmişdir. Sonradan özünün apardığı araşdırma nəticəsində həmin ərazidə Şabran bələdiyyəsinə məxsus 375 kv.m torpaq sahəsi olduğu məlum olmuşdur. İstədiyi yol Şabran bələdiyyəsinə məxsus 375 kv.m torpaq sahəsindən də keçəcək və həmin torpaq sahəsi cavabdeh6 tərəfindən qanunsuz zəbt edilmişdir. Şabran Rayon İcra Hakimiyyətinə, Şabran rayon prokuroruna şikayət etsə də şikayətinə baxılmamışdır. Məhkəmə iddiasını təmin etməmişdir. * saylı Xaçmaz Ərazi İdarəsinin vəkil sorğusuna verdiyi ##.##.2021-ci il tarixli, ************ nömrəli cavab məktubundan Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayan cavabdeh6 qeyd edilən ünvanda yaşadığı fərdi yaşayış evə və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə sənədlərin aşkar edilməməsi qeyd edilmişdir. Qeyd edir ki, hazırda cavabdeh6 yaşadığı evin ünvanında küçənin adı dəyişdirilib ünvan 1 olmuşdur. cavabdeh6 adına Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayış evinin aşkar olunmasına gəldikdə isə hesab edir ki, evə saxta texniki pasport tərtib edilmişdir. Hesab edir ki, cavabdeh6 qanunsuz istifadəsində olan Şabran bələdiyyəsinə məxsus və cavabdeh6 məxsus mülkiyyətində olan torpaq sahəsindən onun inşa etdiyi fərdi yaşayış evinə gediş-gəliş yolu verilməlidir. Həmin yol vasitəsilə inşa etdiyi evə işıq, qaz, su və kanalizasiya sistemi çəkilməlidir. X2 miras qalmış Şabran şəhəri, şəhid İddiaçı küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə də su və kanalizasiya xətləri çəkilməlidir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi, cavabdeh3 Publik Hüquqi Şəxsi, cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 İstehsalat Birliyinə qarşı qaz, su və kanalizasiya xətlərinin, elektrik enerjisi xəttinin çəkilməsi məqsədilə bələdiyyəyə məxsus özgənin qanunsuz istifadəsində olan torpaq sahəsindən, qonşunun mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun açılması və çıxarışın ləğvi tələbinə dair iddiası üzrə icraata iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, Şabran Rayon Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi, cavabdeh3 Publik Hüquqi Şəxsi, cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 İstehsalat Birliyinə qarşı çıxarışın ləğvi tələbinə dair hissəsində xitam verilmişdir.

5. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı və ailə üzvləri hazırda torpaq sahəsindən cənubda yerləşən və özünə məxsus torpaq sahəsindən hərəkət edərək torpaq sahəsinə rahat daxil ola bilir. Bundan əlavə mütəxəssis rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş reyestr nömrəsi 304013047726, qeydiyyat nömrəsi 2823024530, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən Şabran şəhəri ünvanında yerləşən sözügedən torpaq sahəsindən ictimai yola keçid cənub sərhədinə bitişik olan İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsindən məqsədəmüvafiqdir. Şabran Rayon Notariat Ofisinin ##.##.2023-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş reyestr nömrəsi 304013047726, qeydiyyat nömrəsi 2823024530, qeydiyyat tarixi ##.##.2023-cü il olan 0,05 ha torpaq sahəsinə, Şabran bələdiyyəsi üçün ilkin torpaqayırma sənədləri hazırlanarkən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının xüsusi qeydlərində ayrılan torpaq sahəsi üçün yol nəzərdə tutulmamışdır. Göründüyü kimi İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer Şabran şəhəri üçün ləğv edilmiş DT və XK-si tərəfindən və X13 Uçot İnformasiya Sistemi (TEKUİS)-də tərtib olunmuş xəritə məlumatlarında yol nəzərdə tutulmamış, hər iki xəritə məlumatlarında həmin hissə cavabdeh6 və ailə üzvlərinə məxsus torpaq sahəsi kimi göstərilmişdir. Əlavə olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan ##.##.2024-cü il tarixli məktuba əsasən xidmətin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən gediş-gəliş yolunun açılmasını qeyd etdiyi həyətyanı torpaq sahəsinə iştirakı ilə baxış keçirilmiş və həmin ərazinin 0,05 ha olmaqla, 2023-cü ildə Şabran bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun olaraq alğısatqı yolu ilə xüsusi mülkiyyətinə verildiyi məlum olmuşdur. Sözügedən 0,05 ha ərazi ona ayrılarkən əvvəldən istifadəsində olmaqla, mülkiyyətində olan 0,07 ha torpaq sahəsinə bitişik olduğundan ora ayrıca yol nəzərdə tutulmamış və bu barədə həmin vaxt İddiaçı məlumat verilmişdir. Aparılmış kameral araşdırma nəticəsində müvafiq elektron məlumat bazalarında həmin torpaq sahəsinə ayrıca yolun nəzərdə tutulmadığı, yol açılmasını tələb etdiyi ərazinin bir hissəsinin qonşusu cavabdeh6 xüsusi mülkiyyətində, bir hissəsinin isə bələdiyyənin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əlavə edilmiş torpaq sahəsinin planında olan xüsusi qeyddə göstərilmişdir ki, ayrılan torpaq sahəsi mişar daşı ilə metal torla ümumi hasarlanmış həyətyanı sahə daxilində vətəndaşın istifadəsində olan torpaq sahəsidir. Bu sahədən ayrılan torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Daxilində fərdi yaşayış evi mövcuddur və ərazidə kommunikasiya xətləri mövcud deyildir. İddiaçı istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, sözügedən yolun açılmasının zəruriliyinə dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1, 171.2, 171.3, 175.1, 175.3, 238, 239.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 9, 47-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atasından miras qalmış, vaxtilə Ş.Vahabzadə küçəsi, 28 ünvanında yerləşmiş, hal-hazırda şəhid Tərlan Kərimov küçəsi, 38 ünvanında yerləşən evdə yaşayır. Yaşadığı ev və # #### 2023-cü ildə Şabran bələdiyyəsinə məxsus torpaq sahəsi kimi ona satılmış torpaq sahəsində inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi vaxtilə nənəsi X3 məxsus 1352,4 kv.m torpaq sahəsinə daxil idi. Nənəsi X3 adına orada ev olmuşdur. Həmin evə 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən **** nömrəli texniki pasport tərtib edilmişdir. Nənəsinə məxsus evə gediş-gəliş yolu olmuşdur. Yəni, indiki Babək Abidov küçəsinə çıxış yolu olmuşdur. 1953-cü ildə atasının iddia tələbinə əsasən həmin torpaq sahəsi məhkəmə qaydasında bölünmüş, 656,6 kv.m atasının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində ataaı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə də 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən **** nömrəli texniki pasport tərtib edilmişdir. Həmin evin o zaman 26 Bakı Komissarı adlanan küçəyə çıxış yolu olmuşdur. Nənəsi X3 adına olan evə 1962-ci ildə Sumqayıt Zona Texniki İnventarlaşdırma Bürosunun Dəvəçi Rayon Sahəsi tərəfindən tərtib olunmuş **** nömrəli texniki pasportun surətini almaq üçün Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şabran rayon şöbəsinin müdiri Vəli Vəliyevə 2012-ci ildə müraciət etmişdir, lakin ona texniki pasport verilməmişdir. Tikdiyi evə hal-hazırda heç yerdən gediş-gəliş yolu yoxdur və bu səbəbdən işıq, qaz, su və kanalizasiya çəkdirə bilmir. Su və kanalizasiya qovşağı cavabdeh6 tərəfindən ləğv edilmişdir. Bir neçə il bundan əvvəl RAMKO şirkəti yaşadığı küçəyə şəhərin baş planına uyğun su və kanalizasiya xətləri çəkmişdir. X3 məxsus ev şəhərin baş planında öz əksini tapdığına görə qeyd etdiyi gediş-gəliş yolunun başında su və kanalizasiya xəttinə qoşulması üçün qovşaq inşa edib qoymuşdur. Qeyd edir ki, atasından miras qalmış hal-hazırda yaşadığı evin də kanalizasiya xətti yoxdur. Hal- hazırda, faktiki olaraq Şabran bələdiyyəsinə məxsus 375 kv.m torpaq sahəsi, inşa etdiyi evə gediş-gəliş yolu qonşusu cavabdeh6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetindən torpaq sahəsinin təyinatının, kateqoriyasının dəyişdirilməsinə rəy almadan zəbt olunmuşdur. Qanunsuz zəbt olunan torpaq sahəsinin hasara alınması üçün, hasar tikilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən razılıq, icazə almadan hasara alınıb həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Bununla əlaqədar Şabran bələdiyyəsinə müraciət etmiş, yol istəmişdir. Bələdiyyə isə şikayətinə baxmamışdır. Məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsinə Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayan cavabdeh6 Yasəf oğlunun yaşadığı fərdi evə və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə təqdim olunan ilkin torpaq ayırma sənədlərinin, çıxarışın surətini və İddiaçı ünvan 9 ünvanında yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri barədə məlumatın verilməsi ilə bağlı ## #### 2021-ci ildə sorğu göndərilmişdir. Vəkil sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən # ###### 2021-ci il tarixdə 213420004729-nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubunda * saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən cavabdeh6 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə və İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərinə dair sənədlər aşkar edilmədiyi, cavabdeh6 adına ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 304013046218-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında fərdi yaşayış evi aşkar edildiyi, cavabdeh6 məxsus ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 304013046218- ***** reyestr nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında fərdi yaşayış evinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Şabran bələdiyyəsinə qarşı bələdiyyə mülkiyyətində olan sahədən zəruri yol və keçid tələ bi barədə iddiama əsasən Şabran Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə ## ####### 2023-cü ildə mülki işə baxılıb iddiaçı İddiaçı cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı mülkiyyətimdə olan torpaq sahəsindən ictimai yola eni 4 metr, uzunluğu 15 metr olmaqla yol və keçid verilməsinə dair iddiasının təmin edilməməsi barədə *(***)-***/**** saylı qətnamə çıxarılmışdır. Şabran şəhər bələdiyyəsi məhkəməyə üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə torpaq sahəsini, gediş-gəliş yolunu cavabdeh6 zəbt etdiyinə görə iddianı ona qarşı qaldırmalıdır. Bu səbəbdən iddianı təmin etməmişdir. Sonradan özünün apardığı araşdırma nəticəsində həmin ərazidə Şabran bələdiyyəsinə məxsus 375 m2 torpaq sahəsi olduğu məlum olmuşdur. İstədiyi yol Şabran bələdiyyəsinə məxsus 375 m2 torpaq sahəsindən də keçəcək və həmin torpaq sahəsi cavabdeh6 tərəfindən qanunsuz zəbt edilmişdir. Şabran Rayon İcra Hakimiyyətinə, Şabran rayon prokuroruna şikayət etsə də, şikayətinə baxılmamışdır. * saylı Xaçmaz Ərazi İdarəsinin vəkil sorğusuna verdiyi ##.##.2021-ci il tarixli, ************ nömrəli cavab məktubundan Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayan cavabdeh6 qeyd edilən ünvanda yaşadığı fərdi yaşayış evə və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə sənədlərin aşkar edilməməsi qeyd edilmişdir. Qeyd edir ki, hazırda cavabdeh6 yaşadığı evin ünvanında küçənin adı dəyişdirilib ünvan 1 olmuşdur. cavabdeh6 adına Ş.Vahabzadə küçəsi, ev 7 ünvanında yaşayış evinin aşkar olunmasına gəldikdə isə hesab edir ki, evə saxta texniki pasport tərtib edilmişdir. Bütün bunlara baxmayaraq, Şabran Rayon Məhkəməsi düzgün olmayaraq iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, cavabdeh cavabdeh6 bələdiyyəyə məxsus ərazini faktiki olaraq zəbt etmişdir. Halbuki, cavabdeh6 zəbt etdiyi ərazini buraxsa ona məxsus evə gediş-gəliş yolunun verilməsi mümkün olacaqdır. Bundan başqa, Şabran rayon məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “iş materiallarından aydın görünür ki, iddiaçı İddiaçı və ailə üzvləri hazırda torpaq sahəsindən cənubda yerləşən və özünə məxsus torpaq sahəsindən hərəkət edərək torpaq sahəsinə rahat daxil ola bilir”. Bununla bağlı bildirir ki, bu məsələ ilə bağlı məhkəmə işin faktiki halına formal yanaşmış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, ona və ailə üzvlərimə məxsus torpaq sahəsi cənubda yerləşən torpaq sahəsi ilə həmsərhəd olsa da praktiki olaraq oradan keçid etmək mümkün deyil. Bu, torpaq sahələrinin fiziki quruluşuna uyğun deyil. Həmin torpaq sahəsindən keçid etməklə oraya su, qaz, kanalizasiya xətlərinin çəkilməsi də mümkün deyil. Şabran Rayon Məhkəməsi həmin torpaq sahəsindən keçid etməyin mümkün olduğu qənaətinə gələrkən həmin halları nəzərə almamışdır. Nəticədə isə mübahisəni düzgün həll etməməklə aradan qaldırmamışdır. Bundan başqa Şabran Rayon Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer Şabran şəhəri üçün ləğv edilmiş DT və XK-si tərəfindən və X13 Uçot İnformasiya Sistemi (TEKİUS)-də tərtib olunmuş xəritə məlumatlarında yol nəzərdə tutulmamış, hər iki xəritə məlumatlarılnda həmin hissə cavabdeh6 və ailə üzvlərinə məxsus torpaq sahıəsi kimi göstərilmişdir” Bununla bağlı bildirir ki, onun yol üçün nəzərdə tutduğu ərazi əvvəllər yol kimi nəzərdə tutulsa da naməlum səbəbdən yol itirilmişdir. Başqa sözlə, yol cavabdeh6 tərəfindən zəbt olunmuş və bundan sonra görünür həmin ərazi müxtəlif yollarla onun sənədinin tərkibinə salınmışdır. Buna baxmayaraq, mülki qanunvericilikdə servitut nəzərə tutulmuşdur. Çünki, qeyd etdiyi kimi həmin ərazi ona məxsus torpaq sahəsinə gediş-gəliş üçün ən əlverişli ərazidir və başqa yerdən gediş-gəliş etmək praktiki olaraq mümkün deyil.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs istifadəsində olan torpaq sahsinə gediş-gəliş yolunun olmaması səbəbi ilə məhkəməyə ərizə ilə müraciət etmiş, cavabdehin həyətindən onun üçün yol açılmasını istəmişdir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində bildirmişdir ki, iddiaçı İddiaçı və ailə üzvləri hazırda torpaq sahəsindən cənubda yerləşən və özünə məxsus torpaq sahəsindən hərəkət edərək torpaq sahəsinə rahat daxil ola bilir. Eyni zamanda qeyd olunmuşdur ki, xəritə məlumatlarında yol nəzərdə tutulmamış, hər iki xəritə məlumatlarında həmin hissə cavabdeh6 və ailə üzvlərinə məxsus torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı bildirir ki, digər küçədən torpaq sahəsinə daxil olmaq mümkün deyil.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, digər küçədə qardaşının evi olduğundan oradan həyətinə keçməyi mümkünsüzdür. Cavabdehin istifadəsində olan torpaq sahəsi vaxtilə nənəsinin olmuşdur. Qarşı tərəf ona öz həyətinə keçməyə yol vermir. Torpaq sahəsi atasından miras qalmışdır. Atasından öncə nənəsinin olmuşdur. Qardaşı ilə razılaşaraq həmin torpaqda ev tikdirmişdir. Həmin yer vaxtilə atası ilə nənəsi arasında bölünmüşdür. Torpaq vaxtilə nənəsinin olmuş, sənədləri itirdiklərinə görə bələdiyyəyə müraciət etmişdir. Həm gedişgəliş yolu, həm də kommunal xətlərin çəkilməsi üçün yol istəyir. Başqa yol yoxdur, evin qarşısından getməyə imkan yoxdur, qarşıda olan yol yuxarıda olduğundan kanalizasiya xəttini çəkə bilmir. Əvvəl mövcud olmuş kanalizasiya xəttini qonşusu bağlamışdır. Belə ki, qonşusu ondan pul tələb etmiş, pul vermədiyinə görə kanalizasiya xəttini bağlamışdır. Elmira ata mülkünün, onun və qardaşının kanalizasiya xəttini kəsmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh6 bildirdi ki, mübahisəli ərazidə iddiaçının nənəsinin evi olmuş, daha sonra atası ilə birgə nənəsinin evinin yerində yenidən ev tikdirmiş, oğlu İkinci Qarabağ müharibəsində şəhid olduqdan sonra bələdiyyəyə müraciət edərək sənəd almışdır. Tərlan Kərimov küçəsindən iddiaçının həyətinə yol var. Kommunal xidmətlərdən gələn sorğulara cavabda göstərilmişdir ki, onun həyətindən heç zaman yol keçməyib. İddiaçının istifadəsində olan torpaq sahəsi zəbt edilmiş torpaq sahəsi olmuşdur. Mənim istifadəm olan torpaq sahəsi 80 ildən çoxdur istifadəmizdədir. Dövlət rəsmi olaraq iddiaçıya digər qonşuların həyətlərindən kanalizasiya xətti vermişdir. Yeni tikilinin arxasındakı Elmira adlı qonşu iddiaçının kanalizasiya xəttini kəsmişdir. Hansıki həmin qonşu İddiaçı əlavə başqa qonşulara da kanalizasiya xətti vermişdir. Elmiranın həyətindən yalnız iddiaçının kanalizasiya xətti keçir, aralarında nə baş vermişdirsə, sonradan kanalizasiya xətti bağlanmışdır. İddiaçının tələbinə görə gərək onun bağı iki yerə bölərək ona yol versin. İddiaçı oğlu şəhid olduqdan sonra bələdiyyəyə müraciət etmiş, bələdiyyə isə ona qeyri-qanuni şəkildə gediş-gəliş yolu göstərmədən tikintiyə icazə vermişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

14. 1987-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, X4 adına 26 ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Həmin sənədə əsasən sənəd üzrə torpaq sahəsinin ölçüsü 700 kv.metr, faktiki isə 948 kv.m olmuşdur. Həmin torpaq sahəsində A tikilisindən ibarət fərdi yaşayış evi mövcuddur.

15. Şabran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)***/**** saylı qətnamədən görünür ki, iddiaçı İddiaçı cavabdeh Şabran şəhər Bələdiyyəsinə qarşı ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr uzunluğu 15 metr olmaqla zəruri yol və keçid verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi 304013047726, qeydiyyat nömrəsi 2823024530 olan çıxarış və B seriyalı, ****** nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətinə Şabran şəhəri ərazisində 0,05 ha torpaq sahəsi verilmişdir

17. İş materiallarında olan ## #### 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh5 Şabran şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir.

18. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan ##.##.2024-cü il tarixli məktubdan görünür ki, xidmətin Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən gediş-gəliş yolunun açılmasını qeyd etdiyi həyətyanı torpaq sahəsinə iştirakı ilə baxış keçirilmiş və həmin ərazinin 0,05 ha olmaqla, 2023-cü ildə Şabran bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun olaraq alğı-satqı yolu ilə xüsusi müıkiyyətinə verildiyi məlum olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən 0,05 ha ərazi ona ayrılarkən əvvəldən istifadəsində olmaqla, mülkiyyətində olan 0,07 ha torpaq sahəsinə bitişik olduğundan ora ayrıca yol nəzərdə tutulmamış və bu barədə həmin vaxt ona məlumat verilmişdir. Eləcə də aparılmış kameral araşdırma nəticəsində müvafiq elektron məlumat bazalarında həmin torpaq sahəsinə ayrıca yolun nəzərdə tutulmadığı, yol açılmasını tələb etdiyi ərazinin bir hissəsinin qonşusu cavabdeh6 xüsusi mülkiyyətində, bir hissəsinin isə bələdiyyənin mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Həmçinin onun Şabran bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinə zəruri yol və keçid tələbi barədə iddiası Şabran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə təmin edilməmişdir.

19. AZ-İ seriyalı, ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 ## #### 2009-cu ildə ölmüşdür.

20. ##.##.1987-ci il tarixli arayışlardan görünür ki, X3 həqiqətən Dəvəçi şəhəri, 26 Bakı Komissarı küçəsində xüsusi evi və 1352,4 m2 torpaq sahəsi, X4 həqiqətən Dəvəçi şəhəri, 26 Bakı Komissarı küçəsində xüsusi evi və 656,6 m2 torpaq sahəsi vardır.

21. Dəvəçi Şəhər XDS İK-nin ## ### 1988-ci il tarixli, * nömrəli iclas portokolundan çıxarışdan görünür ki, Dəvəçi şəhər 26 Bakı Komissarı küçəsindəki ** nömrəli evdə yaşayan Quliyeva Minə İbadulla qızının ehtiyacını nəzərə alıb ona sahəsində tövlə tikməyə icazə verilmişdir.

22. Dəvəçi Şəhər XDS İK-nin ## #### 1988-ci il tarixli, * nömrəli iclas portokolundan çıxarışdan görünür ki, Dəvəçi şəhəri, 26 Bakı Komissarı küçəsi, ** nömrəli evdə yaşayan mərhum Kərimova İmamil Dövlət qızının adına olan evin qərarı saxlanmadığı üçün 742 kv.m torpaq sahəsində 600 kv.m sahənin həmin ünvanın hesabında saxlanması, normadan artıq sahənin kəsilib şəhərin ictimai fonduna qatılması barədə ##.##.1988-ci il tarixli, * nömrəli qərarı təsdiq edilmişdir. Mərhumun və onun vərəsələrinin adına yaşayış sahəsi 82,6 kv.m ümumi sahəsi 124,7 kv.m olan saman kərpicdən tikilmiş ikimərtəbəli binaya qeydə alınma vəsiqəsi verilmişdir.

23. Torpağın mülkiyyətə verilməsinə dair JN-5542A, kodu 30401004 olan şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu Aqrar Islahat Komissiyasının ## ######## 2000-ci il tarixli, * saylı qərarına əsasən cavabdeh6 və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi şəhəri ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir.

24. Dəvəçi Rayon İcra Hakimiyyəti Başçısının ## #### 2006-cı il tarixli, *** saylı Sərəncamından görünür ki, Dəvəçi (Şabran) şəhəri, Ş.Vahabzadə küçəsi, ** saylı ünvanda cavabdeh6 məxsus yaşayış mənzilinə aid həyətyanı torpaq sahəsi sahənin şərq tərəfindən olan istifadəsiz torpaq sahəsi hesabına 264 kv.m genişləndirilərək 864 kv.m təyin edilmişdir.

25. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi 304013046218-*****, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan çıxarışdan və texniki pasportdan görünür ki, cavabdeh6 mülkiyyətinə ünvan 8 ünvanı verilmişdir.

26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ***-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş reyestr nömrəsi 304013047726, qeydiyyat nömrəsi 2823024530, qeydiyyat tarixi ##.##.2023-cü İl tarixli çıxarışa əsasən Şabran şəhəri ünvanında yerləşən torpaq sahəsindən ictimai yola keçid cənub sərhədinə bitişik olan İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsindən məqsədəmüvafiqdir. İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer torpaq sahəsinin cənub tərəfində yerləşən cavabdeh6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş ləğv edilmiş DT və XK tərəfindən tərtib olunmuş JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi idarəsi tərəfindən mülkiyyət sənədi verilmiş reyestr nömrəsi 304013046218-*****, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan fərdi yaşayış evinə məxsus 0,07 ha torpaq sahəsidir. Şabran Rayon Notariat Ofisinin ##.##.2023-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş reyestr nömrəsi 304013047726, qeydiyyat nömrəsi 2823024530, qeydiyyat tarixi ##.##.2023-cü il olan 0,05 ha torpaq sahəsinə, Şabran bələdiyyəsi üçün ilkin torpaqayırma sənədləri hazırlanarkən torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının xüsusi qeydlərində ayrılan torpaq sahəsi üçün yol nəzərdə tutulmamışdır. İddiaçı ictimai yola keçid üçün nəzərdə tutduğu yer Şabran şəhəri üçün ləğv edilmiş DT və XK-si tərəfindən və X13 Üçot İnformasiya Sistemi (TEKUİS)-də tərtib olunmuş xəritə məlumatlarında yol nəzərdə tutulmamışdır. Hər iki xəritə məlumatlarında həmin hissə cavabdeh6 və ailə üzvlərinə məxsus torpaq sahəsi kimi göstərilmişdir.

27. Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Şabran şəhəri ərazisində olan 0,05 ha torpaq sahəsi Şabran bələdiyyəsinin mülkiyyətinə aiddir. Mühafizə və sürüşmə zonasına aid deyildir. Bundan əlavə torpaq sahəsinin planından görünür ki, ayrılan torpaq sahəsi mişar daşı ilə metal torla ümumi hasarlanmış həyətyanı sahə daxilində vətəndaşın istifadəsində olan torpaq sahəsidir. Bu sahədən ayrılan torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Daxilində fərdi yaşayış evi mövcuddur. Ərazidə kommunikasiya xətləri mövcud deyildir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

30. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha iddiaçı İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmaqla, həmin torpaq sahəsinə bitişik 0,05 ha torpaq sahəsi onların faktiki istifadəsində olmuş və cavabdeh5 ilə bağlanmış ## #### 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əssən iddiaçı İddiaçı mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi 304013047726, qeydiyyat nömrəsi 2823024530 olan çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin 0,05 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş və həmin fərdi yaşayış evinə su və kanalizasiya sistemlərinin çəkilməsi və gediş-gəliş üçün 5 metr enində gediş-gəliş yolunun verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası tərəfindən yerində baxış keçirilməklə yanaşı, həmçinin birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən, JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən elə iddiaçının özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsindən keçid etməklə ümumi istifadədə olan yola keçmək mümkündür. Həmçinin, sözügedən 0,05 ha ərazi iddiaçının mülkiyyətinə verilməmişdən əvvəl də onun istifadəsində olmaqla, birgə mülkiyyətində olan 0,07 ha torpaq sahəsinə bitişik olduğundan ayrıca yol olmamış, həmçinin daşınmaz əmlakın dövlət reyestri orqanın müvafiq elektron məlumat bazalarında həmin torpaq sahəsinə ayrıca yolun nəzərdə tutulmadığı, iddiaçının yol açılmasını tələb etdiyi ərazinin bir hissəsinin cavabdeh cavabdeh6 xüsusi mülkiyyətində, bir hissəsinin isə bələdiyyənin mülkiyyətində olması müəyyən edilmişdir. İddiaçının cavabdeh6 xüsusi mülkiyyətində olan torpaq sahəsindən 5 metr enində keçid yolunun verilməsi isə onun mülkiyyətində olan torpaq sahəsinin bütövlüyünü pozmaqla, iki yerə bölünməsinə səbəb olur.

34. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının özünün etirafı ilə müəyyən edilmişdir ki, JN-5541A, kodu 30401004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının birgə mülkiyyətində olan 0,07 ha və mülkiyyətində olan 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evlərinin kanalizasiya xətləri digər bir qonşunun həyətindən keçməklə ümumi kanalizasiya xəttinə qoşulmuş, lakin sonradan iddiaçının həmin qonşu ilə münasibətlərinin pozulması nəticəsində həmin qonuşu tərəfindən kanalizasiya xətti bağlanmışdır. İddiaçı isə ilk öncə əvvəl mövcud olmuş kanalizasiya xəttinin bərpa edilməsini tələb etmədən, hazırkı iş üzrə cavabdeh olan qonşusuna qarşı su və kanalizasiya xətlərinin çəkilməsi və gediş-gəliş üçün 5 metr enində gediş-gəliş yolunun verilməsi tələbinə dair iddia qaldırmışdır.

35. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar