Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-660/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının hakimlәri X1 (sәdrlik edәn vә mәruzәçi), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә, Mәmmәdli Rәşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, Maraqlı şәxs MMC-nin nümayәndәsi vә vәkili Vәkil iştirakı ilә, İddiaçı İddiaçı cavabdehlәr cavabdeh1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә, cavabdeh2 Mәnzil Tikinti Kooperativinә vә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı mәnzilin tәhvil verilmәsi tәlәbinә dair mülki iş üzrә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadından maraqlı şәxs Maraqlı şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh cavabdeh1 MMC-yә qarşı mәnzilin tәhvil verilmәsi tәlәbinә dair iddia әrizәsi ilә Abşeron rayon Mәhkәmәsinә müraciәt edәrәk, ünvan 1 ünvanında inşa edilәn, hal-hazırda, “xxxx” MTK-ya mәxsus olan çoxmәrtәbәli yaşayış binasının 13-cü mәrtәbәsindә yerlәşәn ümumi sahәsi 75.5 kv.m olan, 2 otaqlı mәnzilin tәhvil verilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qәtnamәsi ilә iddia әrizәsi qismәn tәmin edilmiş, ##.##.2019-cu il tarixli müqavilәyә әsasәn, ünvan 1 ünvanında inşa edilәn yaşayış binasının İ blok, 13-cü mәrtәbә, ümumi sahәsi 75.5 kv.m olan iki otaqdan ibarәt mәnzilin hәmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra iddiaçı İddiaçı (İddiaçı Yaqub oğlu) tәhvil verilmәsi vәzifәsinin cavabdeh cavabdeh1 MMC-yә hәvalә edilmәsi, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir. “xxxx-2022” MMC mәhkәmәyә әrizә ünvanlayaraq, Abşeron Rayon Mәhkәmәsinin *(***)- ****/**** nömrәli ##.##.2023-cü il tarixli qәtnamәsinin onlara rәsmi qaydada tәqdim edilmәsini, hәmin mülki iş üzrә maraqlarına toxunduğundan apellyasiya şikayәti vermәk hüquqlarını tәmin edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qәrardadı ilә iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1 Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә, cavabdeh2 Mәnzil Tikinti Kooperativinә vә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı mәnzilin tәhvil verilmәsi tәlәbinә dair iddia әrizәsi üzrә maraqlarına toxunan şәxs olaraq tanınmasına dair “xxxx-2022” MMC-nin olduğu әrizә tәmin edilmәmişdir. Maraqlarına toxunan şәxs olduğunu iddia edәn “xxxx-2022” MMC Abşeron rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qәtnamәsindәn 05.01.2026cı il tarixdә apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş 2(012)- 1514/2023 saylt ##.##.2023-cü il tarixli qәtnamәnin lәğv edilmәsi, iddia tәlәbinin tam rәdd edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı X3 etibarnamә üzrә nümayәndәsi X2 verdiyi ##.##.2025-ci il tarixli apellyasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır (hakim Pәrvin İmamverdiyeva). Maraqlı şәxs MMC Abşeron rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)****/**** saylı qәrardadından elektron kabinet vasitәsilә ##.##.2026-cı il tarixdә şikayәt verәrәk, Abşeron rayon mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsi vә mәhkәmә qәtnamәsi “xxxx-2022” MMC-nin hüquqlarına vә mәnafelәrinә toxunduğundan maraqlı şәxs qismindә tanınması vә onun tәrәfindәn verilmiş apellyasiya şikayәtinin baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә baxılması üçün işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası MPM-nin 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 10.8-1-ci maddәsinә әsasәn, bu Mәcәllәnin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrәli qәrardadı ilә işә mәhkәmә iclasında baxılması qәrara alınmışdır. Mәhkәmә kollegiyasının iclasında iddiaçı İddiaçı şikayәtә etiraz edәrәk tәmin edilmәmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında Maraqlı şәxs MMC-nin nümayәndәsi vә vәkili Vәkil şikayәti müdafiә edәrәk tәmin edilmәsini xahiş etdi. Kollegiya işә cavabdehlәrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrәli qәrardadı lәğv edilmәli, sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyәtinin ##.##.2015-ci il tarixli Sәrәncamına әsasәn “xxxx” MMC-yә Xırdalan şәhәri, R.Axundov küçәsindә yaşayış binalarının layihәlәndirilmәsinә vә tikintisinә icazә verilmişdir. Digәr tәrәfdәn iş materiallarından ( 2-ci cild, iş vәr. 53) görünür ki, Maraqlı şәxs MMC “xxxx” MMC-nin ona qoşulması nәticәsindә ##.##.2023cü ildә yenidәn tәşkil olunmuşdur vә “xxxx” MMC-nin hüquq varisidir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsi yuxarıda qeyd olunan halları nәzәrә almayaraq, Maraqlı şәxs MMC-nin maraqlarına toxunan şәxs kimi tanınmamasına dair sәhv nәticәyә gәlmişdir. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kоllegiyаsı bu qәnaәtә gәlir ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş birinci instansiya mәhәkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi işә yenidәn baxarkәn sadalanan xüsusatları nәzәrә almalı, ondan sonra Maraqlı şәxs MMC-nin maraqlarına toxunan şәxs kimi tanınması mәsәlәsinә baxmalıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 vә 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Şikayәt qismәn tәmin edilsin. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-8)-660/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-660/2026
18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver