Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-663/2026 14.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *2.*3.2*26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Sumqayıt şəhər Bülbül adına * №-li Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” *8 aprel 2*25-ci il tarixli, ** nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət məktəbi bölməsində “xxxx” vəzifəsində işləyən İddiaçı Fərhad qızı ilə bağlanılmış **********1** nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, istisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən *8.*4.2*25-ci il tarixindən xitam verilmişdir. Işçinin *1.*9.1994-cü il tarixindən *8.*4.2*25-ci il tarixinə qədər istifadə edilməmiş 32 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir.
2. Iş materiallarında olan İddiaçı məxsus № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, *1.*9.1994-cü ildən İddiaçı Sumqayıt şəhər Bül-bül adına incəsənət məktəbinə nəzəriyyə fənni üzrə müəllimə təyin olunmuşdur. *8.*4.2*25-ci il tarixdə ** saylı əmrlə Sumqayıt şəhər Bül-Bül adına * nömrəli Uşaq Incəsənət Məktəbindən Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
3. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya “Impressionizm haqqında- düzgün cavab verilmədi, Ilk romantik bəstəkar kimdir- cavab verildi, F.Şopenin fortepiano yaradıcılığı neçə hissəyə bölünür- cavab verilmədi, F.Şopenin hansı balladaları tədris olunur- cavab verilmədi, Hansı etüdləri tədris olunur- cavab verilmədi, F.Şopenin yaradıcılığında vətən mövzusundakı əsərlər hansılardır- cavab verilmədi, Motsartın yaradıcılığı haqqında- qismən cavab verdi, Motsartın neçə simfoniyası var- cavab verildi, Ü.Hacıbəylinin hansı muğam operaları vardır- cavab verildi, Muğam operalarına başqa hansı bəstəkar müraciət edib- cavab verildi, Şah Ismayıl operasında Aslan şahın mövzusu necə adlanır- cavab veriImədi, Azərbaycan musiqisində cənubi Azərbaycan mövzusuna kim müraciət edib- düzgün cavab verilmədi, Leyli və Məcnun operasında hansı zərbi-muğamlar istifadə edilib- qismən cavab verildi, Ü.Hacıbəylinin musiqili komediyalarında hansı rəqslərdən istifadə edilib- qismən cavab verildi, Submedianta nədircavab verildi, lakin qura bilmədi, Fa səsindən dorik ladın qurulması- qura bilmədi, Do diyez səsindən Əks53 qurulması- çətinliklə qura bildi, tonallığını deyə bilmədi, hansı pillələrdə qurulur - deyə bilmədi, Kvintdetsima quruluşu- izah edə bilmədi, Mi mayeli segah ladının qurulmasıqura bilmədi, Solfecio nömrəsinin oxunması-düzgün oxuya bilmədi, Musiqi nömrəsinin üzdən ifası- ifa edə bilmədi, 6 musiqi nömrəsindən 1 düzgün cavab verildi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə-1, əleyhinə -4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
4. Iş materiallarında olan *1.12.2*25-ci il tarixli, MŞS/MT***/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 5* manat mediasiya xərci və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı *1.*9.1994-cü il tarixdən cavabdeh Sumqayıt şəhəri Bülbül adına * saylı Uşaq Incəsənət Məktəbində “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi” vəzifəsinə işə qəbul olunmuşdur. Iddiaçı həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və ehtiramını qazanmışdır. Işdən çıxarılan tarixə kimi 3* il *2 ay iş stajı olmuşdur. 2*25-ci ildən başlayaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da ##.##.2*25-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası daxilində keçirilmiş attestasiyada iştirak etmiş və nəticədə guya attestasiya komissiyasının 1 lehinə olmaqla, 4 üzvünün əleyhinə verilmiş qərarı ilə iddiaçının “tutduğu vəzifəyə uyğun olmaması” barədə qərar qəbul edilmişdir. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan 11 illik proqram çərçivəsində suallar ünvanlanmış, cavab verilən suallar attestasiya vərəqində qeyd olunamamış, iddiaçı sualların çoxusuna cavablar versə də (Attestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 4 səs verilmişdir. Yəni attestasiya qərəzli keçirilmiş, attestasiya vərəqəsinin 7-ci bəndlərində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən attestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə və Attestasiya Komissiyasının üzvü olmuş Həmkarların sədri olan Minəxanım Babayevanın məhkəmədə iştirakı ilə də tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni ##.##.2*25-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin *8.*4.2*25-ci il tarixli, ** saylı əmri ilə xitam verilmiş və iddiaçı vəzifədən azad edilmişdir. Halbuki, iddiaçı 3* ildir ki, həmin məktəbdə “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi" vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Əgər o bu vəzifə üçün yararsız idisə, 3* il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 7*-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. Işəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. Işin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Göstərilənlərə əsasən, Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin direktoru Nümayəndə *8 aprel 2*25-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi" vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının 3* illik iş stajı vardır. 2*25-ci ildən etibarən Mədəniyyət Nazirliyi tərəfindən müəllimlərin biliklərinin qiymətləndirilməsi prosesi başlanmışdır. Iddiaçı ilə həmin gün keçirilən imtahanda 21 müəllim iştirak etmiş və yalnız 4 müəllim imtahandan müsbət nəticə almış, qalan 17 müəllim isə imtahandan kəsilmişdir. Bu faktı nəzərə alaraq hesab edirlər ki, həmin imtahan müəllimlərin attestasiya yox, onların işdən azad edilməsi məqsədini güdürdü. Belə ki, müdafiə etdiyi müəllimə imtahandan 15 dəqiqə əvvəl evdən atasının insult keçirməsi barədə xəbər alıb. Iddiaçı dəfələrlə imtahan komissiyasına bildirirərək, belə həyəcanlı və ağır vəziyyətdə imtahanı verə bilməyəcəyini izah etmişdir. Buna baxmayaraq, imtahan keçirilmiş və nəticədə həmin müəllimə kəsilən qiymət verilmişdir. Həmçinin, bugünki məhkəmə iclasında iştirak edən cavabdeh tərəfin nümayəndəsi həmin imtahanda komissiyanın üzvi olmuşdur. Bu səbəbdən məhkəmədən ədalətli və obyektiv qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Güləbatın xanım həqiqətən də çox savadlı və məsuliyyətli bir müəllimədir. Rəhbərlik Güləbatın xanımın otağının qapısını açdığı zaman çox vaxt sinif uşaqları ilə dolu olduğunu görürdü. O, öz peşəsini uşaqlara sevdirməyi bacarır və dərsləri ilə uşaqlara müsbət təsir bağışlayır. O, həmin imtahanda komissiya üzvü olaraq iştirak etmiş, lakin vəzifəsi yalnız xal verməkdən ibarət idi və başqa hər hansı bir səlahiyyəti yox idi. Bundan əlavə, Güləbatın xanım imtahan zamanı həqiqətən narahat idi və görünürdü ki, düşüncələri evdə, atasının yanında qalıb. O, bir neçə dəfə müəllimə tərəfindən su içməklə ayıldıldı. Bu hal, imtahanın keçirilmə şəraitinin qeyri-adi və düzgün olmadığını göstərir. Müəlliməyə heç bir şərait yaradılmamışdı və bəzi müəllimələr, məsələn xəstə və ya məzuniyyətdə olan müəllimələr yanvar ayında imtahanlara çağırılırdı, buna görə də iddiaçı üçün də belə şərait yaradılmalı idi ki, növbəti dəfə rahat şəkildə iştirak edə bilsin. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının tutduğu vəzifə ilə əlaqədar olmayan 11 illik proqram çərçivəsində suallar ünvanlanmışdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin *2.*3.2*26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilmiş, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, ** saylı əmrin ləğv edilməsi, iddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin “musiqi nəzəriyyəsi şöbəsinin müəllimi” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. İddiaçı irəli sürdüyü iddiaya əsasən attestasiya düzgün aparılmamış, qaydalara uyğun həyata keçirilməmişdir. Məhkəmənin də heç bir maddi və prosessual norma pozuntusunu aşkar etmədən sadəcə iddiaçının mülahizəsinə istinad edərək işəgötürənin *8.*4.2*25-ci il tarixli, ** nömrəli əmrini ləğv etməsi tamamilə qanunsuzdur. Çünki, İddiaçı attestasiyası zamanı, ona Əmək Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulduğu kimi yalnız öz ixtisasına (peşəsinə) və yerinə yetirdiyi işlər, onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri oian əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilmiş, hər bir sualın cavabı obyektiv olaraq qiymətləndirilmiş və bütün attestasiya prosesi video görüntü ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində işçilərin attestasiya nəticələrinə uyğun olaraq Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbində müəllimlərin “kütləvi şəkildə işdən çıxarıldığının” müəyyən edildiyi göstərilsə də, bu qənaət hüquqi baxımdan əsaslandırılmamış və Əmək Məcəlləsinin 63-cü maddəsinin qeyd hissəsində təsbit olunmuş “əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi” anlayışının normativ meyarları nəzərə alınmamışdır. Həmin qeyd hissədə açıq şəkildə müəyyən edilir ki, kütləvilik yalnız müəssisəyə mülkiyyət hüququ yaranan gündən etibarən üç ay ərzində, müəssisənin ümumi işçi sayından asılı olaraq konkret faiz hədlərinin aşılması halında mövcud olur. Bu normadan göründüyü kimi, işçilərin say göstəriciləri, müqavilələrin hansı əsaslarla və hansı zaman intervalında ləğv olunduğu, həmçinin müəssisəyə yeni mülkiyyətçi tərəfindən idarəetmə hüququnun keçdiyi vaxt əsas elementlərdir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsi nə müəssisənin ümumi ştat vahidlərinin sayını araşdırmış, nə də müəyyən edilmiş faiz hədlərinin aşılması faktını sübut edən hər hansı mötəbər dəlilə istinad etmişdir. Belə olduqda, attestasiya nəticələri əsasında fərdi qaydada əmək münasibətlərinə xitam verilməsini “kütləvi ləğv” kimi qiymətləndirmək hüquqi reallığa uyğun gəlmir və normanın mahiyyətindən kənar şərh hesab olunur. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsi qətnamədə “kütləvi əmək müqavilələrinin ləğvi” terminindən istifadə etsə də, həmin nəticəyə gəlməsinə əsas verən sübutların hansılar olduğunu göstərməmiş, dəlillərin qiymətləndirilməsi, hüquqi meyarların tətbiqi və faktların normaya uyğunluğunu izah etməmişdir. Bu yanaşma Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit olunmuş qanunçuluğun təmin edilməsi, məhkəmə aktlarının hüquqi əsaslar üzərində qurulması tələblərini pozur. Qətnamədə hüquqi nəticənin faktoloji baza ilə əlaqələndirilməməsi, normanın tətbiqi mexanizminin izah edilməməsi və kütləvilik meyarlarının araşdırılmaması məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmək və sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmək öhdəliyini yerinə yetirmədiyini göstərir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin “kütləvi əmək müqavilələrinin ləğvi” barədə gəldiyi nəticə əsassız olmaqla yanaşı, MPM-də nəzərdə tutulan hüquqi yanaşma və sübutetmə standartlarına uyğun deyil. Birinci instansiya məhkəməsi qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın maddəsi və hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki, normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 67.1-ci maddəsi birbaşa olaraq attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar çıxarması halında, işəgötürənə həmin nəticələrə əsaslanaraq əmək müqaviləsinə Məcəllənin 7*-ci maddəsinin “c” bəndi üzrə xitam vermək hüququnu tanıyır. Bu norma hüquqi mexanizmin mahiyyətini açıq şəkildə ifadə edir, attestasiya nəticələri işəgötürən üçün məcburi əməliyyat deyil, onun idarəetmə səlahiyyətinin tərkib hissəsi kimi həyata keçirə biləcəyi qanuni seçim üsullarından biri olduğunu göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin nəinki attestasiya komissiyasının qərarını etibarsız sayması, onun nəticələrinin heç bir sübut, dəlil olmadan qanunsuz olaraq ləğv etməsi həm işəgötürənin həmin nəticədən irəli gələn xitamvermə hüququnu əsassız şəkildə məhdudlaşdırır, həm də normanın məzmununa, işəgötürənin əmək münasibətlərini idarəetmə səlahiyyətinə ziddiyyət təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə nəzərdə tutulan hüququndan istifadə edə bilmir, öz peşəsini lazımi və keyfiyyətli yerinə yetirə bilməyən işçinin əmək müqaviləsinə xitam vermə hüququ əsassız və qanunsuz olaraq məhdudlaşdırılır. MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı birinci instansiya məhkəməsində iddiasını əsaslandırmamış, yalnız komissiyanın qanuna uyğun olmayan qərar verdiyini, attestasiyanın düzgün keçirilmədiyini, texniki qüsur barədə məlumatlar vermişdir. Attestasiya komissiyasının qərarının qanunsuzluğu və ya əsassızlığı, habelə onun nəticələrinin uyğunsuzluğu mübahisələndirilməmiş, birbaşa əmək müqaviləsinə xitamla bağlı *8.*4.2*25-ci il tarixli ** saylı əmr ləğv edilmişdir. Lakin Əmək Məcəllənin 67.1-ci maddəsinin də müddəalarına uyğun olaraq, işəgötürən attestasiyanın nəticələrinə əsaslanaraq işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verə bilər. Attestasiyanın nəticələri mübahisələndirmədən əmək müqaviləsinə xitam əmrinin ləğv edilməsi iddiası hüquqi və faktiki əsasdan məhrum olmasını bir daha müəyyən edir. Beləliklə, iddiaçı tərəf öz mövqeyini əsaslandırmamış, həmin əmrin etibarsız olduğuna dair təsdiqedici sənədlər təqdim etməmiş, birinci instansiya məhkəməsi də hüquqi və faktoioji əsaslardan məhrum olan iddianı əsaslı hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər Bülbül adına * saylı Uşaq Incəsənət Məktəbinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 35. Əmək hüququ I.Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;
18. Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
19. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
2*. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
21. Maddə 11. Işəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)
22. Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)
23. Maddə 64. Iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
2. Işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
3. Iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
24. Maddə 65. Işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)
25. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.
26. Maddə 67. Işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.
2. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
3. Iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
4. Iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz.
5. Işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
27. Maddə 7*. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
3*. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 4*2. Kassasiya şikayəti vermə hüququ 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *1.*6.2*26-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.
37. Iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, attestasiya komissiyası tərəfindən iddiaçı barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar əsasında qəbul edilmiş əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.
38. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı *8.*4.2*25-ci il tarixdə ** saylı əmrlə Sumqayıt şəhər Bül-Bül adına * nömrəli Uşaq Incəsənət məktəbindən Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
39. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur. 4*. Kollegiya qeyd edir ki, mövcud mübahisə üzrə qiymət verilməli olan ilkin məsələ məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olan attestasiya komissiyasının həmin qərarının əsaslılığıdır.
41. Işdən görünür ki, məhkəməyə iddiaçı mübahisələndirilən əmrin qanunsuz olmasını təsdiq edən mötəbər sübut təqdim etməmiş, cavabdeh tərəf isə həmin əmrin əsaslılığına dair aktları, yazışmaları və yuxarıda adı çəkilən sənədləri təqdim etmişdir.
42. Məhkəmə kollegiyası attetasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının həmin qərarı əsaslı olmuşdur.
43. Baxılan işdən müəyyən edildi ki, iddiaçı incəsənət təhsil müəssisəsində xxxx vəzifəsində işləmiş, müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir, iddiaçı attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bu qərardan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə *8.*4.2*25-ci il tarixli ** saylı əmr verilmişdir.
44. Iddiaçı iddia edir ki, imtahan zamanı ona tutduğu vəzifə ilə əlaqədar olmayan proqram çərçivəsində suallar ünvanlanmış, cavab verdiyi suallar attestasiya vərəqində qeyd olunamamış, iddiaçı sualların çoxuna cavab versə də, qərəzli olaraq əleyhinə 4 səs verilmişdir. Onun verdiyi cavablara göstərilən aqressiv reaksiya və ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir.
45. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya “Impressionizm haqqında- düzgün cavab verilmədi, Ilk romantik bəstəkar kimdir-cavab verildi, F.Şopenin fortepiano yaradıcılığı neçə hissəyə bölünür- cavab verilmədi, F.Şopenin hansı balladaları tədris olunur- cavab verilmədi, Hansı etüdləri tədris olunur- cavab verilmədi, F.Şopenin yaradıcılığında vətən mövzusundakı əsərlər hansılardır- cavab verilmədi, Motsartın yaradıcılığı haqqında- qismən cavab verdi, Motsartın neçə simfoniyası var- cavab verildi, Ü.Hacıbəylinin hansı muğam operaları vardır- cavab verildi, Muğam operalarına başqa hansı bəstəkar müraciət edib- cavab verildi, Şah Ismayıl operasında Aslan şahın mövzusu necə adlanır- cavab veriImədi, Azərbaycan musiqisində cənubi Azərbaycan mövzusuna kim müraciət edib- düzgün cavab verilmədi, Leyli və Məcnun operasında hansı zərbi-muğamlar istifadə edilib- qismən cavab verildi, Ü.Hacıbəylinin musiqili komediyalarında hansı rəqslərdən istifadə edilib- qismən cavab verildi, Submedianta nədircavab verildi, lakin qura bilmədi, Fa səsindən dorik ladın qurulması- qura bilmədi, Do diyez səsindən Əks53 qurulması- çətinliklə qura bildi, tonallığını deyə bilmədi, hansı pillələrdə qurulur - deyə bilmədi, Kvintdetsima quruluşu izah edə bilmədi, Mi mayeli segah ladının qurulmasıqura bilmədi, Solfecio nömrəsinin oxunması-düzgün oxuya bilmədi, Musiqi nömrəsinin üzdən ifası- ifa edə bilmədi, 6 musiqi nömrəsindən 1 düzgün cavab verildi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə 1, əleyhinə 4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
46. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Milli Konservatoriyasının ##.##.2*26-cı il tarixli ** nömrəli məktubunda attestasiya vərəqəsindəki sualların ixtisasa uyğunluğunun müəyyən edildiyi göstərilmişdir.
47. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən tələb edilmiş iddiaçının iştirak etdiyi attestasiyanın videoyazısı (disk formasında) məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər təsdiqini tapmamışdır. Əksinə işdə olan attestasiya vərəqəsində göstərilən suallar və onların iddiaçı tərəfindən cavablandırılma formaları videogörüntü ilə eynilik təşkil etmişdir. Videogörüntüdə attestasiya zamanı iddiaçının verilmiş suallara cavab verməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. Iddiaçı onu narahat edən hal barədə komissiya üzvlərinə məlumat verməmişdir. O cümlədən iddiaçının səhhətində dəyişiklik baş verməsi, başqasının imtahana müdaxiləsi halları videogörüntüdə müşahidə edilməmişdir.
48. Məhkəmə kollegiyası həmin görüntüləri sübut növü kimi qəbul edir və attestasiyanın keçiriliməsində qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına səbəb olmuş attestasiya komissiyasının mübahisələndirilən qərarı əsaslı olmuşdur.
49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. 5*. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2**1-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir.
51. Kollegiya həmçinin qeyd edir ki, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin bilavasitə vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33-cü maddəsi).
52. Məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilibverilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Bu mənada Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir.
53. Kollegiya cavabdehin nümayəndəsinin izahatına münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
54. Işdən görünür ki, cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
55. Mülki Prosessual Məcəllənin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
56. Attestasiya zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmiş, o cümlədən bu barədə göstərilənlər məhkəmə iclasında işin araşdırılmış halları və tədqiq olunan sübutlarla müəyyən edilməmişdir.
57. Birinci instansiya məhkəməsi qətnaməsində, həmçinin işçilərin attestasiya nəticələrinə uyğun olaraq Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığının müəyyən edildiyini göstərsə də, bu halın məhkəmə tərəfindən araşdırıldığı və bu hüquqi nəticəyə gəlmənin əsasları iş materialları ilə müəyyən olunmamışdır.
58. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Işdən azad olunma barədə əmr ləğv olunmadığından, iddia tələbinin digər hissələri yəni, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbi təmin edilə bilməz.
59. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 6*. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
61. Həmin Məcəllənin 384.*.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
62. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *2.*3.2*26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *2.*3.2*26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.