Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-673/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Əmrahova Qumru Telman qızına qarşı əşyaların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmrahova Qumru Telman qızına qarşı əşyaların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Əmrahova Qumru Telman qızıtərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Əmrahova Qumru Telman qızına qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddiа ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cavabdeh Əmrahova Qumru Telman qızının gəlin gələrkən gətirdiyi adları qeyd edilən cehiz əmlaklarının evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmrahova Qumru Telman qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü X1 anadan olmuşdur. Cavabdeh heç bir əsaslı səbəb olmadan ##.##.2024-cü ildən uşaqları da götürüb valideynlərinin evinə getmişdir. Ailə münasibətlərinin qorunması cavabdehin təqsiri üzündən mümkün olmadığına çörə Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh faktiki olaraq ##.##.2024-cü ildən, rəsmi olaraq ##.##.2025-ci ildən ayrılmağına baxmayaraq, dəfələrlə xəbərdarlıq etsə də, gəlin gələrkən gətirdiyi cehiz əmlaklarını evindən çıxarıb aparmamışdır. X9 cavabdeh cehiz əmlakların evdən çıxarılması tələbi ilə razılaşmamışdır.
3. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim N.Ağazadə) iddianın təmin olunması, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evindən Əmrahova Qumru Telman qızına məxsus əmlaklar süd rəngli mebel dəsti, stol və stullar, tək yataq, divan-kreslo-1x2, 1 ədəd Веkо markalı paltaryuyan, 1 ədəd Grundig markalı televizor, 1 ədəd Notional markalı mikrodalğalı soba, 1 ədəd Samsung markalı tozsoran, 1 ədəd Galaxsi markalı ətçəkən, 1 ədəd mikser, 1 dəst nahar dəsti (servizi), 2 dəst çay dəsti (servizi), kofe dəsti, 48 ədədlik nahar dəsti (servizi), 1 ədəd paltar ütüləyən, 1 ədəd Geepas markalı ütü, 1 ədəd şirəçəkən maşın, 2 ədəd çilçıraq, 1 dəst qaşıq çamadanı, 2 ədəd büllur (xrustal) qoğal qabı, 1 ədəd büllur (xrustal) güldan, 1 ədəd bagema dəsti, 6 ədəd qədəh (rumka), 1 ədəd ayaqlı tort qabı, 12 ədəd büllur (xrustal) bakal, 2 ədəd büllur (xrustal) meyvə qabı, 1 ədəd böyük bəzək üçün meyvə qabı, 3 ədəd sini (padnos) dəsti, 2 ədəd sini (padnos) sadə, 1 ədəd büllur (xrustal) qrafin bakal dəsti, 1 ədəd qaşıq dəsti, 12 ədəd çay qaşığı, çəngəl və qaşıq, 1 ədəd qrafin, 6 ədəd bakal, 12 ədəd limon çəngəli, 12 ədəd yağ bıçağı, 6 ədəd göy kasa (badya), 9 ədəd piyalə, 1 ədəd büllur (xrustal) konfet qabı, 1 ədəd konfet qabı, 6 ədəd duz qabı, 2 ədəd şirli vedrə, 1 ədəd aliminium tas, 1 ədəd ləyən, 1 ədəd aftafa, 1 ədəd elektriklə işləyən tefal qəfədan, 1 ədəd sandıq, 4 ədəd əl dəsmalı, 2 ədəd adyal, 1 ədəd taxt üstü, 1 ədəd uşaq çarpayısı, 1 dəst uşaq yorğandöşəyi, 4 ədəd yastıq, 4 ədəd selekon yastıq, 8 ədəd stolüstü döşəkçə (nalça), 1 ədəd türk yataq dəsti, 1 ədəd yataq örtüyü, 6 ədəd şiş, 2 ədəd şirli çüyün, 5 ədəd şirli qazan, 1 qazan dəsti, 1 ədəd tefal tava, 1 ədəd aş qazanı, 1 ədəd aş qarası tavası, 1 ədəd şirli qəfədan çaydan dəsti, 1 ədəd od samovarı, 2 ədəd aş dəsti, 2 ədəd böyük ləbləbi qabı, 2 ədəd tort qabı dəsti, 2 ədəd süzgəc, 2 ədəd tək çaydan, 1 ədəd tefal qəfədan, 1 ədəd böyük tefal qəfədan, 12 ədəd mürəbbə qabı, 12 ədəd sadə ləbləbi qabı, 8 ədəd limon qabı, 1 ədəd güzgü, 1 ədəd lampa, 6 ədəd qənd qabı, 3 dəst yorğan-döşək, 1 ədəd taxt üçün yorğan - döşək, 1 ədəd böyük xalça, 3 ədəd kiçik xalça, 1 ədəd divan üstü, 4 ədəd büllur (xrustal) kül qabı, 1 ədəd sadə külqabı, 2 dəst pərdə, 12 ədəd asılqan çıxarılması, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh Əmrahova Qumru Telman qızından tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (tarix: ##.##.2025, qəbzin nömrəsi: 1879436857) dövlət büdcəsindən iddiaçı İddiaçı qaytarılması qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının razılığı olmadan cavabdehə məxsus əşyaların iddiaçının evində qalmaqda davam etməsi iddiaçının mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Əmrahova X5 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən ona zorakılıq göstərildiyi üçün polisə müraciət edib, cavabdehə həyat yoldaşı və qaynanası tərəfindən fiziki təzyiq göstərilmiş, ##.##.2024-cü il tarixində gizlin şəkildə uşaqları ilə birlikdə atasının evinə getməli olmuşdur. Xaçmaz Rayon Polis X8 tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin zorakılığa məruz qalması təsdiq edilir. Sonradan cavabdeh valideynlərinin təkidi əsasında iddiaçı ilə barışıb, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməsi səbəblərindən biri də bu olmuşdur. Bundan əlavə, iddiaçının evinin üçüncü mərtəbəsində cavabdehin atası tərəfindən mansar da tikilmişdir və əşyalar da orada yerləşdirilmişdir. Əgər həmin əşyalar olduğu yerdən sökülərsə, yararsız vəziyyətə düşəcəklər. Həmçinin onu da qeyd edir ki, cavabdehin qızılları həmin evdə qalmışdır, onlar da cavabdehə məxsus qızıl-zinət əşyalarının alınaraq cavabdehə verilməsini xahiş etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xaçmaz rayonu, Hacıəlibəy kəndində yaşayan Əmrahova Qumru Telman qızının Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Lakin bu qərar sübut edir ki, cavabdeh evdən zorakılıqla məcburi çıxarılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN 0819, kod 30209078 olan şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı sərəncamı ilə X3 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. Yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Xaçmaz rayon Hacıəlibəy kəndində fərdi yaşayış evinə dair X3 adına texniki pasport işlənmişdir. Işin faktiki hallarından göründüyü kimi cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının razılığı olmadan cavabdehə məxsus əşyaların iddiaçının evində qalmaqda davam etməsi iddiaçının mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bu əşyaların öz evindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir. Lakin hesab edir ki, qətnamə ləğv edilməli iddia təmin edilməməlidir. Belə ki iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iddiaçı evin mülkiyyətçisi deyil. Məhkəmə iddiaçının mülkiyyətçi hüquqları olması nəticəsinə aşağıdakı hallar əsasında gəlmişdir: “Torpağın mülkiyyətə verilməsinə dair JN 0819, kod 30209078 olan şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı sərəncamı ilə X3 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. Yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Xaçmaz rayon Hacıəlibəy kəndində fərdi yaşayış evinə dair X3 adına texniki pasport işlənmişdir.” Yəni göründüyü kimi torpaq mülkiyyətdə olsa da ev özbaşına tikilidir. X3 adına texniki pasport işlənmişdir. Texniki pasport mülkiyyət sənədi olmasa da hətta o da iddiaçının deyil, başqa şəxsin adınadır. Yəni iddiaçının iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Bununla da hazırki qətnamə ilə MM-nin 178.1. maddəsinin tələbləri pozulmuş, MPM-nin 385- 387-ci maddələrində göstərilən pozuntu edilmişdir. Həmçinin MPM-nin 54-ci maddəsi də pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Qumru Əmrahova vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyası qətnamənin cavabdeh Qumru Əmrahova tərəfindən mübahisələndirildiyini nəzərə alaraq. apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Iş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının razılığı olmadan cavabdehə məxsus əşyaların iddiaçının evində qalmaqda davam etməsi iddiaçının mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırması ilə əsaslandırmışdır.
16. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Işdən görünür ki, tərəflər arasında ## #### 2014-cü il tarixdə bağlanmış nikah Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikahdan doğulmuş iki yetkinlik yaşına çatmayan uşaq cavabdehin yanında saxlanılmışdır. Cavabdeh ailə münasibətlərinin faktiki olaraq sona çatmasından sonra sözügedən yaşayış evindən ayrılmış, lakin ona məxsus cehiz əşyaları həmin evdə qalmışdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi də cehiz əşyalarının iddiaçının istifadə etdiyi evdə olmasını mübahisələndirməmiş, həmin əşyaların evdən çıxarılmasına razı olmadığını bildirmişdir.
19. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı mübahisəli yaşayış evinin mülkiyyətçisi olmadığından həmin əşyaların evdən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyil.
20. Məhkəmə kollegiyası cavabdehin şikayətində göstərdiyi bu dəlillə aşağıdakılara əsasən razılaşmır.
21. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni, yaşayış evinin texniki pasportunu, yerli icra hakimiyyəti nümayəndəsinin arayışını və digər sübutları araşdıraraq mübahisəli yaşayış evinin iddiaçının istifadəsində olduğunu müəyyən etmişdir. Qətnamədə ayrıca müəyyən edilmişdir ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının istifadə etdiyi fərdi yaşayış evindədir və bu hal cavabdehin nümayəndəsi tərəfindən də inkar edilməmişdir.
22. Bununla belə, hazırkı mübahisənin həlli baxımından əsas məsələ iddiaçının mübahisəli evə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının olub-olmaması deyil, onun həmin yaşayış evindən qanuni əsaslarla istifadə edib-etməməsi və cavabdehə məxsus əşyaların həmin evdə saxlanılmasının iddiaçının mənzildən istifadə və sahiblik hüquqlarını həyata keçirilməsini məhdudlaşdırmışdır.
23. Iş üzrə müəyyən edilmiş faktiki hallara əsasən iddiaçı sözügedən yaşayış evində yaşayır və ev onun istifadəsindədir. Cavabdeh isə həmin evdə yaşamır. Buna görə də cavabdehə məxsus əşyaların iddiaçının razılığı olmadan onun istifadə etdiyi yaşayış sahəsində saxlanılmaqda davam etməsi həmin əşyaların faktiki olaraq iddiaçının istifadəsində olan sahəni tutması ilə nəticələnir. Birinci instansiya məhkəməsi də məhz bu halı nəzərə alaraq iddiaçının həmin əşyaların evdən çıxarılmasını tələb etmək hüququnun olduğunu düzgün müəyyən etmişdir.
24. Apellyasiya şikayətində istinad edilən Mülki Məcəllənin 178.1-ci maddəsinin tələbləri isə hazırkı mübahisənin nəticəsini dəyişdirmir. Həmin norma daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi və dövlət reyestrində qeydiyyatı ilə bağlıdır. Hazırkı işdə isə iddiaçı tərəfindən evə mülkiyyət hüququnun tanınması və ya həmin ev üzərində mülkiyyət hüququnun əldə edilməsi tələb olunmur. Mübahisənin predmeti cavabdehə məxsus əşyaların iddiaçının faktiki istifadəsində olan yaşayış evindən çıxarılmasıdır. Buna görə də evin dövlət reyestrində kimin adına qeydiyyatda olması barədə şikayət dəlili özlüyündə iddiaçının həmin əşyaların çıxarılmasını tələb etmək hüququnu aradan qaldırmır.
25. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tətbiqi üçün iddia tələbinin əsl olmayan tərəf tərəfindən irəli sürüldüyünün müəyyən edilməsi zəruridir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi iddiaçının mübahisəli evdən istifadə etdiyini və cavabdehə məxsus əşyaların həmin evdə yerləşdiyini müəyyən etmişdir. Bu faktlar nəzərə alınmaqla, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olmadığı barədə apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.
26. Bundan başqa, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları araşdırmış, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının istifadə etdiyi evdə olmasını müəyyən etmiş və cavabdehin nümayəndəsinin də bu halı mübahisələndirmədiyini nəzərə almışdır.
27. Cavabdehin bildirdiyi qızıl-zinət əşyalarına münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin əşyaların cavabdehə məxsus olması və iddiaçının evində saxlanılması ilə bağlı ayrıca tələb irəli sürülməsi mümkündür. Hazırkı iddianın predmeti isə cavabdehin cehiz əşyalarının iddiaçının istifadə etdiyi evdən çıxarılmasıdır.
28. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki halları təkzib etmir və həmin məhkəmənin gəldiyi nəticənin səhv olduğunu təsdiq edən əsaslı hüquqi arqumentlərlə müşayiət olunmur. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları müəyyən etmiş, həmin hallara uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və nəticədə iddianın təmin edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamənin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırıldığı da iş materiallarından görünür.
29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsasların mövcudluğunu təsdiq etmir.
30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Əmrahova Qumru Telman qızının apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.