Azәrbaycan Respublikası adından Qәtnamә Sumqayıt şәhәri İş № 2(3-8)-68/2026 13.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X8 cavabdeh "xxxx" Açıq Sәhmdar Cәmiyyәtinә qarşı iş üzrә (sahiblik hüququnun müdafiəsinə dair tələblər, icarə müqaviləsindən irəli gələn tələb) Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının hakimlәri X1 (sәdrlik edәn vә mәruzәçi), Dәmirov İlqar Kamal oğlu vә Qafari Sәyyad Ağaәli oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X4, İddiaçı X8, Cavabdeh “xxxx” ASC-nin nümayәndәsi X2 iştirakı ilә, Siyәzәn Rayon Mәhkәmәsinin # ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsindәn cavabdeh “xxxx” ASC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq mәhkәmә kollegiyası müəyyən etdi: İşin halları:
1. Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn X8 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları ## ### 2014-cü il tarixindә daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır.
2. Hal-hazırda hәmin torpaq sahәsinin üzәrindәn 6 kVt elektrik hava xәtti keçir.
3. Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-***/**** nömrәli mәktubla göndәrilmiş daşınmaz әmlakın texniki vәziyyәtini әks etdirәn müayinә (baxış) aktında, Siyәzәn Bәlәdiyyәsinin ## ##### 2014-cü il tarixli, *-* nömrәli qәrarı ilә X8 icarәsinә verilmiş Siyәzәn şәhәrindә yerlәşәn bir tәrәfdәn yol, digәr tәrәflәrdәn boş sahә ilә әhatә edilmiş, hasarlanmamış, tәyinatı üzrә istifadә olunan 0,01 ha torpaq sahәsi ilә bağlı mübahisә olmamaqla, hәmin sahәdә icazәsiz tikililәr mövcud olmadığı qeyd olunmuşdur. Təkrar apellyasiya icraatı zamanı əldə edilmiş: 4.Sumqayıt Apellyasiya Mәhkәmәsinin sorğusuna cavab olaraq “Xaçmaz” X10 vә Satışı İdarәsinin ##.##.2026-cı il tarixli, ** nömrәli mәktubundan görünür ki, X8 adına olan torpaq sahәsi hal-hazırda Siyәzәn 35/6 kV -luq y/st-dan çıxan * saylı 6 kV hava xәttinin mühafizә zonasındadır. Sözügedәn 6 kV-luq 2 №- li hava xәtti 2017-ci ilә kimi Siyәzәn 110/35/10 kV y/st-dan çıxan 1985-ci ildә istifadәyә verilmiş Kondensator hava xәtti kimi fәaliyyәt göstәrmişdir. Hәmin xәttdәn 2017-ci ilә kimi budaqlarıma ilә Balaca Hәmyә kәndinә gәrginlik verilmişdir. 2017-ci ildә “xxxx” ASC X12 mәxsus yarımstansiya (Siyәzәn 35/6 kV) tikildikdәn sonra yeni yaradılmış 2 №- li 6 kV-luq hava xәtti mövcud Kondensator hava xәttinә qoşulmuş, Siyәzәn 110/35/6 kV-luq y/st-dan budaqlanmaya qәdәr hava xәtti lәğv edilmiş vә hal-hazırda * №-li hava xәtti kimi fәaliyyәt göstәrir.
5. Azәrbaycan Respublikası Kosmik Agentiyindәn mәhkәmә sorğusuna verilәn cavab mәktubunda qeyd olunub ki, sözügedәn әrazinin monitorinqi mәqsәdilә 2013–2023-cü illәrә aid mövcud yüksәk ayırdetmәli peyk tәsvirlәri tәhlil edilmişdir. Aparılmış tәhlil zamanı torpaq sahәsinin cәnub vә şimal hissәlәrindә yerlәşәn elektrik dirәklәri şәrti olaraq müvafiq şәkildә 1 vә 2 nömrәlәri ilә işarәlәnmişdir. Tәhlilin nәticәlәrinә әsasәn, sözügedәn torpaq sahәsindәn keçәn hava elektrik veriliş xәttinә aid 1 vә 2 nömrәli dirәklәrin peyk tәsvirlәri üzәrindәn müәyyәn olunma vaxtları fәrqlidir. Belә ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013–2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir. Bu hal 2 nömrәli dirәyin daha sonrakı dövrdә quraşdırılması ilә әlaqәli ola bilәr. Bununla yanaşı, nәzәrә alınmalıdır ki, dirәklәrin ölçü vә konstruktiv xüsusiyyәtlәrindәki fәrqlәr kölgәlәrin tәsvir üzәrindә fәrqli formada müşahidә olunmasına tәsir göstәrә bilir.
İş üzrә qәbul edilmiş mәhkәmә aktları a) Birinci instansiya mәhkәmәsindә icraat
6. İddiaçı X8 cavabdeh “xxxx” ASC-yә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh “xxxx” ASC tәrәfindәn onun mülkiyyәtindә olan Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin bir hissәsini qanunsuz olaraq zәbt etmәklә, onun üçün yaratdığı maneәnin cavabdehin hesabına aradan qaldırılması vә ödәnilmiş 100 manat mәblәğindә dövlәt rüsumunun sonuncudan tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tәlәbini işin yuxarıda qeyd olunan hallarına istinad edilmәklә belә әsaslandırıb ki, Siyәzәn bәlәdiyyәsinin ## ##### 2014-cü il tarixli, *-* nömrәli qәrarı ilә onun icarәsinә verilmiş Siyәzәn şәhәri, Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsini müәyyәn iqtisadi çәtinliklәr sәbәbindәn tam hasara ala bilmәmişdir. Bu yaxınlarda cavabdeh ASC-nin әmәkdaşları onun icarә hüquqları qeydә alınmış torpaq sahәsinin içәrisindәn yüksәk gәrginlikli elektrik hava xәtti çәkmiş, hәtta bu xәttin bir dayağını sözügedәn torpaq sahәsinin daxilinә basdırmışlar. Cavabdehin bu qanunsuz hәrәkәtlәri barәsindә qonşu torpaq sahәsinin icarәçisi X3 ## ###### 2022-ci il tarixdә yazılı әrizә ilә “xxxx” ASC-yә müraciәt etmiş, hәmin müraciәtә ## ###### 2022-ci il tarixdә verilmiş *-**/**/K-***/***** saylı cavab mәktubunda göstәrilmişdir ki, “ünvan 1 ünvanında yüksәk gәrginlikli elektrik verilişi xәttinin trassasının dәyişdirilmәsi barәdә müraciәtinizә baxılmışdır. Bununla әlaqәdar bildirilmişdir ki, yüksәk gәrginlikli elektrik veriliş xәttinin trassasının dәyişdirilmәsi üçün “ASAN Xidmәt” mәrkәzinә müraciәt etmәyiniz tövsiyә olunur.” Belәliklә, cavabdehin qanunsuz hәrәkәtlәri nәticәsindә onun qanunla qorunan hüquqları pozulmaqla mәnafeyinә ciddi ziyan vurulmuşdur.
8. Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri publik hüquqi şәxsinin * saylı Sumqayıt Ərazi İdarәsi tәrәfindәn ## ####### 2023-cü il tarixli, 3-21-3-31/2- ****/**** nömrәli mәktubla göndәrilmiş mütәxәssis rәyindәn, elәcә dә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin ## ####### 2023-cü il tarixli, 3-16-16/2- **/**** nömrәli ekspert rәyindәn görünür ki, Siyәzәn şәhәri, Şәhriyar küçәsindә icarә hüquqları ilә X8 mәxsus 0,01 ha torpaq sahәsindәn 6 kVt elektrik xәtti keçir vә torpaq sahәsi bütovlükdә elektrik xәttinin mühafizәsinә düşür. Hәmçinin, sözügedәn torpaq sahәsindә elektrik xәttinә aid dayaq aşkar edilmәmişdir. Bu torpaq sahәsinin üzәrindәn 6 kVt elektrik hava xәttinin keçmәsi müәyyәn edilmişdir.
9. Siyәzәn Rayon Mәhkәmәsinin (hakim X5) # ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş; -Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Komitәsi yanında Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtinin * saylı Ərazi İdarәsi tәrәfindәn ## ### 2014-cü il tarixdә, 1414007916 nömrә ilә qeydiyyata alınmış hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarışa әsasәn iddiaçı X8 icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin cavabdeh “xxxx” ASC-nin hesabına çıxarılması; -iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi, iş üzrә aparılmış mәhkәmә tikintitexniki ekspertiza tәdqiqatının dәyәri 50 manatın 50%-i, yәni 25 manatın iddiaçı X8, qalan 50%-i, yәni 25 manatın isә cavabdeh “xxxx” ASC-dәn tutularaq Azәrbaycan Respublikasının Dövlәt Büdcәsinә köçürülmәsi, mütәxәssis rәyinin alınması, elәcә dә, iddia tәlәbi üzrә ödәnilmiş cәmi 195 manat mәhkәmә xәrcinin 50%-i, yәni 97,50 manatının cavabdeh “xxxx” ASC-dәn tutularaq, iddiaçı X8 xeyrinә ödәnilmәsi qәt edilmişdir.
10. Birinci instansiyası mәhkәmәsi öz mövqeyini onunla әsaslandırmışdır ki, işin faktiki halları, habelә tәdqiq edilmiş mötәbәr sübutlarla, elәcә dә ekspert rәyi ilә müәyyәn edildi ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn iddiaçı Vәsilә Kәrimovanın icarәsinә verildikdәn sonra, ## ### 2014-cü il tarixdә müvafiq çıxarışa әsasәn hәmin torpaq sahәsinin üzәrindә onun icarә hüquqları qeydә alınmış, habelә qeydә alma zamanı sözügedәn torpaq sahәsi ilә bağlı mübahisә olmamaqla, hәmin әrazidә icazәsiz tikililәr, habelә 6 kVt gәrginlikli elektrik hava xәtti mövcud olmamışdır. Lakin Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindә iddiaçı Vәsilә Kәrimovanın icarә hüquqları dövlәt qeydiyyatına alındıqdan sonra, cavabdeh “xxxx” ASC-yә mәxsus 6 kVt gәrginlikli elektrik hava xәttinin hәmin әrazidәn keçmәsi müvafiq ekspert rәyi ilә aşkar olmaqla, hazırkı işin tәkzib olunmaz halıdır. Bununla da, iddiaçı Vәsilә Kәrimova yuxarıda qeyd edilәn qanunun normalarının tәlәblәrinә müvafiq olaraq hәmin torpaq sahәsinә sahiblik vә istifadә hüquqlarını bәrpa etmәk mәqsәdilә mәhkәmә müdafiәsindәn istifadә etmәk qәrarına gәlmәkdә haqlı olmuşdur. Göründüyü kimi iddiaçı Vәsilә Kәrimova dövlәt qeydiyyatına alınmış icarә hüquqları әsasında istifadәsindә olan daşınmaz әmlakdan maneәsiz istifadә hüquqlarından mәhrum olmuşdur. Bu hal onun hüquqlarını mәhdudlaşdırır vә әmlakından istifadә vә sahiblik hüquqlarının hәyata keçirilmәsinә maneәlәr yaradır.
11. Mәhkәmә iddianın “Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin bir hissәsinin qanunsuz olaraq zәbt edilmәsi”nә dair hissәsinә münasibәtdә qeyd etmişdir ki, müvafiq rәylәrә әsasәn, sözügedәn әrazidә cavabdeh ASC-nin elektrik xәttinә aid dayaq aşkar edilmәdiyinә, habelә orada torpaq sahәsinin faktiki zәbt halına rast gәlinmәdiyinә görә iddia tәlәbinin hәmin hissәdә tәmin edilmәsi istisna edilir.
12. Birinci instansiya mәhkәmәsi hüquqi mövqeyini Azәrbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Mәcәllәnin 5.3, 139.1, 152.1, 157.2, 157.4, 157.8-ci, Azәrbaycan Respublikası Torpaq Mәcәllәsinin 55, 66, 67, 68-ci, “İcarә haqqında “Azәrbaycan Respublikası qanununun 15-ci, “Torpaq icarәsi haqqında” Azәrbaycan Respublikası qanununun 22-ci, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1, 14.2, 77.1, 88, 107, 115.0.1, 119.1-ci maddәlәrinә istinadla әsaslandırmışdır.
b) Apellyasiya instansiyası mәhkәmәsindәki birinci icraat
13. Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmiş, Siyәzәn Rayon Mәhkәmәsinin # ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi qismәn – iddianın tәmin edilәn hissәsindә lәğv olunmuş, hәmin hissәdә yeni qәtnamә çıxarılmaqla iddia tәlәbi tәmin edilmәmişdir (hakimlәr - Almaz Süleymanova (sәdrlik edәn vә mәruzәçi), Lalә Rәhimli vә Fuad Mәmmәdov).
c) Kassasiya instansiyası mәhkәmәsindә icraat
14. İddiaçı X8 qәtnamәdәn kassasiya şikayәti verәrәk, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә işin yenidәn baxılması üçun apellyasiya instansiyası mәhkәmәsinә göndәrilmәsi barәdә yeni qәrar çıxarılmasını xahiş etmişdir.
15. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrarı ilә kassasiya şikayәti tәmin edilmiş, Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının 2025-ci il ## #### tarixli 2(105)- ***/**** nömrәli qәtnamәsi tamamilә lәğv edilәrәk, iş yenidәn baxılması üçün hәmin mәhkәmәyә göndәrilmişdir.
a) Apellyasiya şikayәtinin dәlillәri
16. Cavabdeh “xxxx” ASC apellyasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilib, iddia tәlәbinin rәdd olunması barәdә yeni qәtnamә çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hazırkı mübahisә üzrә iddiaçının mülkiyyәtçisi olduğu torpaq sahәsindә elektrik xәtti çәkilmәsi ilә bağlı şәxsi mәnafeyinin cavabdeh “xxxx” ASC-yә mәxsus vә hәmin әrazidә yerlәşәn xeyli sayda fәrdi yaşayış evlәrini elektrik enerjisi ilә tәchiz edәn elektrik hava xәtlәrinin ictimai әhәmiyyәtli olması, yәni onun mәnafeyindәn üstünlüyü nәzәrә alınmamışdır. Hazırkı iş üzrә iddiaçı ona mәxsus torpaq sahәsindәn keçәn yüksәk gәrginlikli elektrik hava xәtlәrinin çıxarılmasını (nәzәrә alsaq ki, hәmin xәtlәrin yerinin dәyişdirilmәsi böyük maddi vәsasit tәlәb edir) tәlәb etmәklә mülkiyyәt hüquqlarından sui-istifadәyә yol verәrәk, mülkiyyәtindәn “xxxx” ASC-yә ziyan vurmaqla istifadә etmiş vә öz hәrәkәtlәrinin zәruriliyini әsaslandırmamışdır. Bundan başqa, “İnzibati vә mülki hüquq münasibәtlәrindәn irәli gәlәn mübahisәlәrin mәhkәmә aidiyyәtinә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qәrarında qeyd olunan mövqe nәzәrә alınarsa, hazırkı işә mülki mühakimә icraatı qaydasında deyil, inzibati mәhkәmә icraatı qaydasında baxılmalıdır. Hazırkı tәlәb cavabdeh “xxxx” ASC tәrәfindәn iddiaçının mülkiyyәtindә olan torpaq sahәsinә müdaxilәnin aradan qaldırılması ilә bağlıdır vә qeyd edilәn iş üzrә mәhkәmә iddia tәlәbinә inzibati mәhkәmә icraatı qaydasında baxılmalı olmasını nәzәrә almamış vә bununla da, prosessual hüquq normaları pozulmuşdur. Digәr tәrәfdәn mәhkәmә nәzәrә almamışdır ki, iddiaçı ona mәxsus torpaq sahәsindәn keçәn yüksәk gәrginlikli elektrik hava xәtlәrinin çıxarılmasını tәlәb etmәklә mülkiyyәt hüquqlarından sui-istifadәyә yol verәrәk, mülkiyyәtindәn “xxxx” ASC-yә ziyan vurmaqla istifadә etmiş vә öz hәrәkәtlәrinin zәrurliyini әsaslandırmamışdır. b) Apellyasiya şikayәtinә qarşı etirazın dәlillәri
18. Apellyasiya şikayәtinә qarşı yazılı etiraz daxil olmamışdır.
Mәhkәmә icraatı iştirakçılarının izahatları
19. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdeh “xxxx” ASC-nin nümayәndәsi X2 apellyasiya şikayәtini müdafiә edәrәk bildirdi ki, Azәrbaycan Respublikası Kosmik Agentliyi tәrәfindәn verilәn sorğuya cavab mәktubunda da qeyd edilmişdir ki, torpaq sahәsindә şәrti ilә 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-cü ilә aid peyk tәsvirlәrindә aydın müşahidә edilir. İddiaçı isә qeyd olunan torpaq sahәsinә dair mülkiyyәt sәnәdini 2014-cü ildә әldә etmişdir. Belә olan halda iddiaçının iddiası әsassız hesab edilmәlidir. Göstәrilәnlәrә әsasәn nümayәndә sonda apellyasiya şikayәtinin tәmin edilmәsini, iş üzrә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddia tәlәbinin rәdd edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etdi.
20. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn iddiaçı X8 apellyasiya şikayәtinә etiraz edәrәk bildirdi ki, sorğuda qeyd olunan natamam mәlumatı doğru hesab etmәk olmaz. Belә ki, mübahisәsi gedәn torpaq sahәsini alqı-satqı edәrkәn hәmin torpaq sahәsi boş vәziyyәtdә idi, yәni orada hәr hansı elektrik xәtti keçmirdi. Əgәr belә olsaydı, ümumiyyәtlә torpaq sahәsini almazdı. Hәmin elektrik xәtlәri sonradan quraşdırılmışdır vә bu hal onun mülkiyyәt hüququnu pozur. Ona görә dә mәhkәmәyә müraciәt etmişdir. Göstәrilәnlәrә әsasәn iddiaçı sonda apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi.
21. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımı qaydada vә vaxtında mәlumatlandırılmasına baxmayaraq, Siyәzәn Bәlәdiyyәsi mәhkәmә iclasında tәmsil olunmamış vә sәbәblәri barәdә mәhkәmәyә mәlumat vermәmişdir.
22. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 376.2-ci maddәsinә әsasәn işә Siyәzәn Bәlәdiyyәsinin nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tәtbiq edilәn hüquq
23. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi; Maddә 139.1 Mülkiyyәt hüququ vә daşınmaz әmlaka digәr hüquqlar, bu hüquqların mәhdudlaşdırılması, әmәlә gәlmәsi, başqasına keçmәsi vә xitamı dövlәt qeydiyyatına alınmalıdır. Mülkiyyәt hüququ, istifadә hüququ, ipoteka, servitutlar, habelә daşınmaz әmlaka digәr hüquqlar bu mәcәllәdә vә qanunvericilikdә nәzәrdә tutulan hallarda qeydә alınmalıdır. Maddә 152.1. Mülkiyyәt hüququ subyektin ona mәnsub әmlaka (әşyaya) öz istәdiyi kimi sahib olmaq, ondan istifadә etmәk vә ona dair sәrәncam vermәk üzrә dövlәt tәrәfindәn tanınan vә qorunan hüququdur. Maddә 152.5. Mülkiyyәtçi qanunda vә ya müqavilәdә müәyyәn edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla müәyyәnlәşdirilmiş hәdlәrdә әmlaka (әşyaya) sәrbәst surәtdә sahib ola bilәr, ondan istifadә edә bilәr vә ona dair sәrәncam verә bilәr, hәmin әmlaka başqa şәxslәrin sahibliyinә yol vermәyә bilәr, ona mәnsub әmlak barәsindә öz mülahizәsi ilә istәnilәn hәrәkәtlәri edә bilәr, bir şәrtlә ki, hәmin hәrәkәtlәr qonşuların vә ya üçüncü şәxslәrin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadә olmasın. Maddә 157.4. Əgәr mülkiyyәtә qәsd vә ya başqa maneәlәr әşyanı götürmәdәn vә ya ondan mәhrum etmәdәn törәdilirsә, mülkiyyәtçi qәsd edәndәn bu hәrәkәtlәrә son qoymağı tәlәb edә bilәr. Bu cür hәrәkәtlәr davam etdirildikdә mülkiyyәtçi hәmin hәrәkәtlәrә son qoyulmasını mәhkәmә vasitәsilә tәlәb edә bilәr. Maddә 157.8. Mülkiyyәtçi hüquqları mülkiyyәtçi olmasa da, bu Mәcәllәdә vә ya müqavilәdә nәzәrdә tutulan әsasla әmlaka sahiblik edәn şәxsә dә mәnsubdur. Maddә 164.1. Sahibin iradәsi olmadan sahiblikdәn mәhrumetmә vә onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hәr bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiә üçün güc işlәtmәk ixtiyarı vardır. Bu zaman o, şәraiti nәzәrә almaqla, әsassız güc hәrәkәtlәrindәn çәkinmәlidir. Maddә 164.2. Sahiblikdәn mәhrum olan onun üçün qanunsuz sahibdәn sahibliyin qaytarılmasını tәlәb edә bilәr. Sahiblikdәn mәhrumetmә faktik sahib vә ya onun hüquq sәlәfi barәsindә sәhv addım olduqda vә sahiblik mәhrumetmәdәn әvvәlki ildә әldә edildikdә iddia istisna edilir. Maddә 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilә pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tәlәb edә bilәr. Pozuntuların davam edәcәyindәn ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verә bilәr. Pozucu vә ya onun hüquq sәlәfi üçün sahib qanunsuz olduqda vә sahiblik mәhrumetmәdәn әvvәlki ildә әldә edildikdә bu cür iddia istisna edilir. Maddә 165.2. Qadağan edilmiş özbaşınalıq üzrә iddiaya yalnız o halda yol verilir ki, sahib qәsdin vә tәqsirkarın ona mәlum olmasından dәrhal sonra әşyanın qaytarılmasını vә ya pozuntunun aradan qaldırılmasını tәlәb etsin. İddia müddәti, hәtta qәsd vә tәqsirkar sahibә sonralar da mәlum olarsa, mәhrumetmә vә ya pozuntu anından başlayaraq bir il tәşkil edir. Maddә 166.3. Yalnız o şәxsin torpaq sahәsinә mülkiyyәt hüququnun vә sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahәsinin daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınmasından irәli gәlir. Lakin torpaq sahәsinin faktik sahibi sahiblikdәn özbaşına mәhrumedilmә vә ya sahibliyin pozulması barәdә iddia verә bilәr. Maddә 238.1. Daşınmaz әmlak kimi torpaq mülkiyyәt hüququnun obyektidir. Torpaq sahәsinin әrazi sәrhәdlәri daşınmaz әmlakın dövlәt reyestrinin ixtiyarlı şәxsinin mülkiyyәtçiyә verdiyi sәnәdlәr әsasında tәyin edilir. Maddә 238.2. Əgәr qanunla ayrı qayda müәyyәnlәşdirilmәyibsә, torpaq sahәsinә mülkiyyәt hüququ hәmin sahәnin sәrhәdlәri daxilindә yerlәşәn sәth (torpaq) qatına vә qapalı sututarlara, meşәlәrә vә bitkilәrә dә şamil edilir. Maddә 238.3. Torpaq sahәsinin mülkiyyәtçisi, әgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa vә digәr şәxslәrin hüquqlarını pozmursa, hәmin sahәnin üstündә vә altında olan hәr şeydәn istifadә edә bilәr. Əgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa, yerin tәki vә faydalı qazıntılar Azәrbaycan Respublikasının mülkiyyәtidir.
24. Azәrbaycan Respublikasının Torpaq Mәcәllәsi Maddә 22.3. Zona üzrә müәyyәn edilmiş rejimlә, torpaqların tamamilә tәsәrrüfat dövriyyәsindәn çıxarılması nәzәrdә tutulan hallar istisna olmaqla, әrazisindә mühafizә zonası müәyyәn edilәn torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri torpaq sahәsi üzәrindә hüquqlardan mәhrum edilmirlәr. Mühafizә zonasının hüdudlarında torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri bu zonalar üçün tәsdiq edilmiş qaydalara әmәl etmәyә borcludurlar. Maddә 55. Hüquqi vә fiziki şәxslәrin torpaq sahәsi üzәrindә hüquqları müvafiq icra hakimiyyәti orqanlarının vә ya bәlәdiyyәlәrin qәrarları vә onlarla bağlanan müqavilәlәr; hüquqi vә (vә ya) fiziki şәxslәr arasında bağlanan müqavilәlәr vә torpaqla bağlı digәr әqdlәr; mәhkәmәnin torpaq sahәsi üzәrindә hüququn müәyyәn edilmәsinә dair qәrarı vә ya hökmü; vәrәsәlik hüququ әsasında vә qanunvericiliklә müәyyәn edilmiş digәr yollarla yaranır. Maddә 66, II hissә. Torpaq üzәrindә hüquqlar (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) qanunvericiliklә müәyyәn edilmiş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә dövlәt qeydiyyatına alınır vә hәmin reyestrdәn çıxarışla rәsmilәşdirilir. Maddә 67, III hissә. Dövlәt vә bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrinin alınması ilә yaranan hüquqların, habelә torpaq sahәlәri vә digәr daşınmaz әmlaka dair bağlanılan әqdlәr nәticәsindә әldә edilәn hüquqların dövlәt qeydiyyatına alınması mәcburidir. Maddә 68. Torpaq sahәlәri üzәrindә hüquqlar torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә müәyyәn edilmәsindәn, onların plan vә ölçüsünün tәrtib edilmәsindәn, torpaq sahәlәrinin verilmәsi barәdә müqavilәnin bağlanmasından vә onun müәyyәn olunmuş qaydada dövlәt qeydiyyatından keçirilmәsindәn sonra yaranır. Maddә 82. Torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri başqa torpaq mülkiyyәtçilәrinin, istifadәçilәrinin vә icarәçilәrinin hüquqlarını pozmamalıdırlar. Maddә 84. Torpaq mülkiyyәtçilәrinin, istifadәçilәrinin vә icarәçilәrinin hüquqları qanunla qorunur. Maddә 238.2. Əgәr qanunla ayrı qayda müәyyәnlәşdirilmәyibsә, torpaq sahәsinә mülkiyyәt hüququ hәmin sahәnin sәrhәdlәri daxilindә yerlәşәn sәth (torpaq) qatına vә qapalı sututarlara, meşәlәrә vә bitkilәrә dә şamil edilir. Maddә 238.3. Torpaq sahәsinin mülkiyyәtçisi, әgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa vә digәr şәxslәrin hüquqlarını pozmursa, hәmin sahәnin üstündә vә altında olan hәr şeydәn istifadә edә bilәr. Əgәr qanunla ayrı qayda nәzәrdә tutulmayıbsa, yerin tәki vә faydalı qazıntılar Azәrbaycan Respublikasının mülkiyyәtidir.
25. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin; Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Maddә 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Maddә 217.1. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır. Maddә 217.2. Qәtnamә mübahisәli hüquq münasibәtinin yarandığı zaman qüvvәdә olan maddi hüquq normalarına vә işin baxılması zamanı qüvvәdә olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddә 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır Maddә 384.0. Apellyasiya instansiyası mәhkәmәsi: qәtnamәni dәyişmәdәn, apellyasiya şikayәtini isә tәmin etmәdәn saxlaya bilәr; qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr; qәtnamәni dәyişdirә bilәr. Maddә 385.1. Mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsaslar aşağıdakılardır: maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi; mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi, birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi. Maddә 420. Kassasiya instansiyasında işә baxan mәhkәmәnin qәrarında şәrh edilәn göstәrişlәr hәmin işә yenidәn baxan mәhkәmә üçün mәcburidir.
Apellyasiya baxışının hәdlәri
26. Apellyasiya şikayәtinin dәlillәrindәn göründüyü kimi cavabdeh "xxxx" Açıq Sәhmdar Cәmiyyәti apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsini xahiş edәrәk, qәtnamәni tam mübahisәlәndirmişdir.
27. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi tam hәcmdә yoxlanılmalıdır.
Apellyasiya instansiyası mәhkәmәsinin mövqeyi
28. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini iş materialları vә işdә iştirak edәn şәxslәrin izahatı ilә әlaqәli şәkildә tәhlil edәrәk belә qәnaәtә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin 0# ###### 2024-cü il tarixli, *(***)- */**** nömrәli qәtnamәsi tamamilә lәğv edilәrәk, iş üzrә yeni qәtnamә ilә iddia tәlәbi tәmin edilmәmәlidir.
29. Belә ki, iş üzrә müәyyәn edilmiş hallara görә Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn X8 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları ## ### 2014cü il tarixindә daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır. Hal-hazırda hәmin torpaq sahәsinin üzәrindәn 6 kvt elektrik hava xәtti keçir. İddiaçı hazırkı tәlәbindә hәmin hava xәttinin onun torpaqdan istifadәsinә maneә törәtdiyini bildirir vә cavabdeh “xxxx” ASCdәn maneәnin aradan qaldırılmasını tәlәb edir.
30. Araşdırılan işin faktiki halları ilә müәyyәn edilir ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn iddiaçı Vәsilә Kәrimovanın icarәsinә verildikdәn sonra, ## ### 2014-cü il tarixdә müvafiq çıxarışa әsasәn hәmin torpaq sahәsinin üzәrindә onun icarә hüquqları qeydә alınmışdır.
31. Hazırda iddiaçı iddia tәlәbindә qeyd edir ki, Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindә iddiaçı Vәsilә Kәrimovanın icarә hüquqları dövlәt qeydiyyatına alındıqdan sonra, cavabdeh “xxxx” ASC tәrәfindәn sonuncuya mәxsus 6 kVt gәrginlikli elektrik hava xәttinin dirәyi hәmin әrazidә quraşdırılmış vә hazırda bu xәttin iddiaçıya mәxsus әrazidәn keçmәsi, iddiaçının hüquqlarının pozulmasına sәbәb olmaqla, torpaq sahәsindәn arzuolunan formada istifadәni mәhdudlaşdırır.
32. İşә baxan birinci instansiya mәhkәmәsi iddia tәlәbini qismәn tәmin edәrәk, iddiaçı X8 icarәsinә verilmiş Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin cavabdeh “xxxx” ASC-nin hesabına çıxarılması qәnaәtinә gәlmişdir. Cavabdeh birinci instansiya mәhkәmәsinin gәlmiş olduğu nәticә ilә razılaşmayaraq apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv edilmәsini xahiş etmişdir.
33. İşin yuxarıda sadalanan ardıcıllığı üzrә işә tәkrar baxan apellyasiya instansiya mәhkәmәsi iş üzrә Ali Mәhkәmәnin qәrarında qeyd olunan göstәrişlәrә uyğun istiqamәtdә araşdırmanı tәmin etmiş, konkret olaraq Ali Mәhkәmәnin iş üzrә qәrarının 77-78-ci bәndlәrindә qeyd olunan halların araşdırılmasına çalışmışdır.
34. Bu baxımdan apellyasiya kollegiyası mübahisәnin obyektiv hәllinin tәmin edilmәsi mәqsәdi ilә Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsinin üzәrindәki 6 kVt elektrik hava xәttinin hansı tarixdәn inşa edilmәsi barәdә mәlumatların әldә edilmәsi üçün aidiyyәti orqanlara, sonda isә Azәrbaycan Respublikası Kosmik Agentliyinә müvafiq mәzmunda mәhkәmә sorğusu ünvanlamışdır.
35. Tәkrar apellyasiya icraatı zamanı sorğuya cavab olaraq bildirilmişdir ki, X8 adına olan torpaq sahәsi hal-hazırda Siyәzәn 35/6 kV-luq y/st-dan çıxan * saylı 6 kV hava xәttinin mühafizә zonasındadır. Sözügedәn 6 kV-luq * №-li hava xәtti 2017-ci ilә kimi Siyәzәn 110/35/10 kV y/st-dan çıxan 1985-ci ildә istifadәyә verilmiş Kondensator hava xәtti kimi fәaliyyәt göstәrmişdir. Hәmin xәtdәn 2017-ci ilә kimi budaqlanma ilә Balaca Hәmyә kәndinә gәrginlik verilmişdir. 2017-ci ildә “xxxx” ASC X12 mәxsus yarımstansiya (Siyәzәn 35/6 kV) tikildikdәn sonra yeni yaradılmış * №-li 6 kV-luq hava xәtti mövcud Kondensator hava xәttinә qoşulmuş, Siyәzәn 110/35/6 kV-luq y/st-dan budaqlanmaya qәdәr hava xәtti lәğv edilmiş vә hal-hazırda * №-li hava xәtti kimi fәaliyyәt göstәrir.
36. Mәktuba әlavә olaraq ##.##.1981-ci il tarixli layihәlәndirmә sәnәdi әlavә edilmişdir. Əlavә edilmiş sәnәdin mәzmunundan aydın olur ki, Xaçmaz Elektirk şәbәkәsi Siyәzәn şәhәrindә 6-cı kvartalda yerlәşәn şimal-zadon kondensator zavodunun 980 kv. elektrik tәminatına aşağıdakı şәrtlәrlә etiraz etmir. 1) Qoşulma nöqtәsi p/st 110/35/6 kv. Siyәzәn. 2) p/st 110/35/6 kv-da olan 3Ru-6kB reaktorun kamerasonda yerlәşdirilsin. 3) Obyektin layihәlәndirmәsindәn әvvәl 2 әdәDOP-6kV Siyәzәn altstansiyada yerlәşdirilsin. 4) Hәr transformatorlardan kabel girişi 6 kB güclәndirmәk 20 mba әlavә mis kabeli/180 vә ya 240 mm2 kәsilişlә 5) Layihәyә uyğun layihәlәndirilәn obyektlә 6/0,4 kB-luq altstansiya quraşdırılsın (i/m 2ci cild sәh.236-237 - Xaçmaz” X10 vә Satışı İdarәsinin ##.##.2026-cı il tarixli, ** nömrәli mәktubu vә әlavә sәnәd).
37. Azәrbaycan Respublikası Kosmik Agentliyi tәrәfindәn mәhkәmә sorğusuna cavab mәktubunda qeyd olunub ki, sözügedәn әrazinin monitorinqi mәqsәdilә 2013–2023-cü illәrә aid mövcud yüksәk ayırdetmәli peyk tәsvirlәri tәhlil edilmişdir. Aparılmış tәhlil zamanı torpaq sahәsinin cәnub vә şimal hissәlәrindә yerlәşәn elektrik dirәklәri şәrti olaraq müvafiq şәkildә 1 vә 2 nömrәlәri ilә işarәlәnmişdir. Tәhlilin nәticәlәrinә әsasәn, sözügedәn torpaq sahәsindәn keçәn hava elektrik veriliş xәttinә aid 1 vә 2 nömrәli dirәklәrin peyk tәsvirlәri üzәrindәn müәyyәn olunma vaxtları fәrqlidir. Belә ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur. Torpaq sahәsinin şimal hissәsindә yerlәşәn vә şәrti olaraq 2 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi isә yalnız 2023-cü ilә aid peyk tәsvirindә müşahidә edilir. Bu hal 2 nömrәli dirәyin daha sonrakı dövrdә quraşdırılması ilә әlaqәli ola bilәr. Bununla yanaşı, nәzәrә alınmalıdır ki, dirәklәrin ölçü vә konstruktiv xüsusiyyәtlәrindәki fәrqlәr kölgәlәrin tәsvir üzәrindә fәrqli formada müşahidә olunmasına tәsir göstәrә bilir.
38. Araşdırılan işin mübahisәsiz hallarından da müәyyәn edilir ki, iddiaçının sahibliyindә (icarәsindә) olan torpaq sahәsi dә mәhz 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin yerlәşdiyi әrazidәdir.
39. Agentlikdәn verilmiş mәlumatdan aydın olur ki, torpaq sahәsinin cәnub hissәsindә yerlәşәn vә şәrti olaraq 1 nömrә ilә işarәlәnmiş elektrik dirәyinin kölgәsi 2013-2023-cü illәrә aid yüksәk ayırdetmәli peyk tәsvirlәrindә aydın şәkildә müşahidә olunur.
40. Belәliklә, Azәrbaycan Respublikası Kosmik Agentliyinin müvafiq cavab mәktubunda qeyd olunanlardan bir daha aydın olur ki, iş üzrә iddiaçının istifadәsindә olan torpaq sahәsindәn keçәn elektrik hava veriliş xәttinin kölgәlәri hәlә 2013-cü ildәn peyk görüntülәrlә müşahidә edilir.
41. Siyәzәn şәhәrinin Şәhriyar küçәsindә yerlәşәn 0,01 ha torpaq sahәsi isә ## ##### 2014-cü il tarixdә Siyәzәn Bәlәdiyyәsi tәrәfindәn X8 99 il müddәtinә icarәyә verilmiş vә sonuncunun icarә hüquqları ## ### 2014-cü il tarixindә daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır.
42. Apellyasiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmişdir ki, mübahisәli elektrik xәttinin layihәlәndirmәsi 1985-ci ildәn, iddiaçı mübahisәlәndirilәn torpaq sahәsini icarәyә götürәrkәn elektrik dirәyi vә hava elektrik xәtti artıq mövcud olmuşdur. Bu isә o demәkdir ki, iddiaçının torpaq sahәsi üzәrindә icarә hüquqları qeydә alınarkәn hәmin torpaq sahәsi elektrik xәtti keçәn hissәdә mühafizә zonası ilә yüklü olmuşdur.
43. Apellyasiya kollegiyası bir daha iş üzrә Ali Mәhkәmәnin Qәrarındakı mövqeyin nәzәrә alınmasını diqqәtә çatdırır ki, istifadә hüququnun müdafiәsi yalnız qanunsuz vә әsassız maneәlәrin mövcudluğu halında mümkündür. İddiaçının torpaqdan istifadә hüququ mütlәq vә mәhdudiyyәtsiz xarakter daşımır vә bu hüquq mövcud qanuni yüklülüklәr, o cümlәdәn servitut xarakterli mәhdudiyyәtlәr nәzәrә alınmaqla hәyata keçirilir.
44. Torpaq Mәcәllәsinin 22 vә 62-ci maddәlәrinә әsasәn, torpaq sahәlәrindәn keçәn mühәndis-kommunikasiya xәtlәri üçün mühafizә zonaları müәyyәn edilir vә bu zonalar torpaqdan istifadәyә müәyyәn mәhdudiyyәtlәr yaradır. Hәmçinin, “Elektroenergetika haqqında” Qanunun müddәalarına görә, elektrik şәbәkәlәri dövlәt vә ictimai әhәmiyyәtli infrastruktura aid olmaqla, onların tәhlükәsiz vә fasilәsiz istismarı tәmin edilir, bununla bağlı mühafizә zonaları müәyyәn edilir. Qanunvericiliklә müәyyәn edilmiş mühafizә zonası çәrçivәsindә yerlәşir, iddiaçının hәyat vә sağlamlığı üçün birbaşa tәhlükә yaratmır, normativ texniki tәlәblәrin pozulması ilә istismar olunmur. Buna görә dә, iddiaçı elektrik xәttinin mühafizә zonasının hüquqi rejimindәn irәli gәlәn mәhdudiyyәtlәr altlndadır.
45. Ali Mәhkәmәnin iş üzrә Qәrarının 75-ci bәndindә qeyd olunan istiqamәtdә araşdırmanı tәmin edәn kollegiya vurğulayır ki, iddiaçı torpaq sahәsi üzәrindә icarә hüququ әldә edәrkәn, hәmin sahә üzәrindә әvvәldәn mövcud olan mühәndis-kommunikasiya obyekti mövcud olduğundan, sonuncu torpaq sahәsini mövcud yüklülüklәrlә birlikdә qәbul etmiş sayılır. Bu yanaşma Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 255 vә 256-cı maddәlәrindә tәsbit edilmiş servitut hüququnun hüquqi mahiyyәtinә uyğundur vә mülki dövriyyәdә hüquqi sabitliyin tәmin edilmәsinә xidmәt edir.
46. Yuxarıda qeyd olunan mәktubdan isә konkret olaraq aydın olur ki, mübahisәli torpaq sahәsinin üzәrindәn keçәn 6 kVt elektrik hava xәtti hәlә 2013-cü ildә mövcud olmuşdur. Başqa sözlә, iddiaçının torpaq sahәsinә dair münasibәtinin yarandığı tarixdә (## ### 2014-cü il) torpaq sahәsi qeyd olunan hava elektrik xәtti ilә yüklü vәziyyәtdә olmuşdur.
47. Kollegiya qeyd edir ki, hazırkı vәziyyәtdә belә iddiaçı hüquqlarının mәhdudlaşdırılmasının konkret olaraq nәdә ifadә olunmasını әsaslandırmaqla cavabdeh tәşkilatdan servitutdan irәli gәlәn haqq ödәnilmәsini tәlәb edә bilәr.
48. Mülki Mәcәllәsinin 261.1-ci maddәsinә әsasәn әgәr müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, servitutla yüklü olan daşınmaz әşyanın mülkiyyәtçisi xeyrinә servitut qoyulmuş ixtiyarlı şәxslәrdәn sahәdәn istifadә üçün haqq tәlәb edә bilәr.
49. Hәmin Mәcәllәnin 261.2-ci maddәsinә görә haqqın miqdarı tәrәflәrin razılaşması ilә, razılaşmaya gәlmәk mümkün olmadıqda isә mәhkәmәnin qәrarı ilә müәyyәnlәşdirilir.
50. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası bu nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә işin hәqiqi hallarına uyğun olmamaqla, tәrәflәrin qarşılıqlı münasibәtlәri üzrә düzgün nәticәyә gәlinmәmiş, maddi vә prosessual huquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, apellyasiya şikayәti tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin 0# ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi tamamilә lәğv edilmәli, iş üzrә yeni qәtnamә qәbul edilәrәk iddia tәlәbi tәmin edilmәmәlidir.
51. Mәhkәmә kollegiyası AR MPM-in 119.1-ci maddәsinin tәlәbinә әsasәn hesab edir ki, iddia tәlәbi tәmin edilmәdiyindәn, hazırkı iş üzrә 50 manat mәblәğindә ekspertiza xәrci iş üzrә iddiaçı X8 tutularaq, AR Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin hesabına köçürülmәlidir.
52. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384, 385, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
Qәt etdi
Cavabdeh "xxxx" Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Siyәzәn Rayon Mәhkәmәsinin 0# ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrәli qәtnamәsi lәğv edilsin. İddiaçı X8 cavabdeh "xxxx" Açıq Sәhmdar Cәmiyyәtinә qarşı "cavabdehin torpaq sahәsini qanunsuz zәbt etmәklә yaratdığı maneәnin sonuncunun hesabına aradan qaldırılması" tәlәbinә dair iddiası tәmin olunmasın. Ekspertiza tәdqiqatının dәyәri olan 50 manat pul iddiaçı X8 alınıb AZ.MEM, VÖEN 1700326621, X16, KOD 210005 VÖEN 1401555071 müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22 hesabına keçirilsin. Qәtnamәdәn, tәrәflәr, üçüncü şәxslәr vә maraqlı şәxslәr tәlәblәri tәmin olunmadığı hallarda onlara rәsmi qаydаdа verildiyi gündәn 2 (iki) ay müddәtindә Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyаsı vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyаsına kassasiya şikayәti (elektron kabinet və vəkil vasitəsilə) verә bilәr. Apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsindәn şikayәt verilmәmişdirsә, qәtnamә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay keçdikdәn sonra qanuni qüvvәyә minir.