Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-689/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı qərarın, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı qərarın, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-5383/2*2* nömrəli, 28.11.2*25-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron- X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında işdən çıxarılmağı və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *4 aprel 2*25-ci il tarixli, 4* nömrəli əmrin ləğv edilməsi, işinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqımın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26.*8.2***-ci ildən *4.*4.2*25-ci ilə qədər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, intizam tənbehi almamış, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində bilik və bacarığımı əsirgəməmişdir. Bu müddət ərzində nə şagirdlərinin, nə də onların valideynləri tərəfindən işi ilə bağlı hər hansı narazılıq olmayıb. Müxtəlif ixtisaslaşmış musiqi tədbirlərinə şagirdləri ilə birgə qatılmışdır. 14 mart 2*25-ci il tarixdə Bakı Xoreoqrafiya Məktəbində attestasiya komissiyası tərəfindən attestasiya imtahanında iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Lakin imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə ona məlumat verilmədən, sonradan attestasiya qərarı ilə "uyğunsuz" hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. Hesab edir ki, attestasiya prosesi qanun və qayda ilə təşkil olunmamış, veriləcək suallar əvvəlcədən işçilərə təqdim edilməmiş və onlardan cavablar tələb olunan sahələrlə bağlı suallar yazılı alınmadan və daha sonra ixtisasına uyğun olaraq şifahi suallar verilmiş və yekun olaraq 5 nəfər əleyhinə olmaqla barəsində attestasiya vərəqəsi yazaraq məktəbə göndərmişlər.
3. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2*25-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin *4.*4.2*25-ci il tarixli, 4* nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin “Fortepiano” müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron- X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçının attestasiyasının “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbi Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2*25-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün iddia tələbində yetərli əsaslar göstərməmiş, Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə əsasən iddiasını əsaslandırmamış, yalnız işin faktiki hallarından və hansı illərdə məktəbdə işləməsindən bəhs etmişdir. Halbuki, attestasiya prosesi zamanı İddiaçı verilən suallardan heç birinə tam cavab verə bilməmiş, hətta əksəriyyətinə heç bir cavab verməmiş, yaxud yanlış cavab verərək, komissiya üzvlərindən * leyhinə, 5 əleyhinə səs almışdır. İddiaçı qeyd edir ki, komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, buna görə suallara cavab verə bilməmişdir. Halbuki, təqdim edilən attestasiya keçirilməsi zamanı qeydə alınmış videogörüntülərdən də göründüyü kimi, komissiya üzvləri ona heç bir psixoloji təzyiq etməmiş, şəxsiyyəti və ixtisası ilə bağlı heç bir mənfi münasibətdə olmamış, əksinə bacardıqları qədər İddiaçı suallara cavab verməsi üçün ona köməklik göstərmiş, yadına salmağı üçün xatırlatmalar da etmişlər. Buna baxmayaraq İddiaçı heç bir suala cavab verə bilməmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iş üzrə hüquqi qiymətləndirmə apararkən nə prosessual hüquq normaları, nə də əmək qanunvericiliyinin tələbləri düzgün nəzərə alınmamışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “Attestasiya üzrə 14.*3.2*25ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, İddiaçı tərəfindən müəyyən suallara düzgün cavab verilsə də, bu cavablar yanlış kimi qeyd edilmiş, bəzi hallarda isə verilmiş sualın cavabı doğru olsa da həmin suala cavabın nəticəsi attestasiya vərəqəsində öz əksini tapmamaış, Belə ki, “Bax-ın tam adı sualına iddiaçı tərəfindən “İohan Sebastyan Bax” cavabı verilsə də, cavab səhv kimi qeyd edilib.” Məhkəmənin bu mövqeyi tamamilə əsassız və yalnız şəxsi mülahizəsinə əsaslanmışdır. Çünki, heç bir istinad edilmədən, sübut gətirmədən musiqi sahəsində heç bir təcrübə və biliyə sahib olmayan şəxslərin bu qənaətə gələrək əsassız mövqe bildirməsi qeyri-qanunidir. İddiaçının sadəcə “Bax”-ın adını bilməsi, bu suala düzgün cavab verməsi anlamına gəlmir. Çünki, videogörüntülərdən də aydın olur ki, ona ünvanlanan “Bax”-la bağlı suallara cavab verə bilmir, “Barakko” dövrünə aid olduğu halda, cavabında Bax-ı “Kilsə” dövrünə aid olduğunu söyləmişdir. Bu zaman aydın olur ki, iddiaçının dünyaca məşhur, bütün dövrlərin ən böyük bəstəkarlarından biri barədə heç bir məlumatı yoxdur. Halbuki, “google” platformasında axtarış etdikdə “Bax”-la bağlı ilk çıxan məlumat onun Barakko dövrünə aid olduğudur. Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Göründüyü kimi İddiaçı öz ixtisası fortepiano olduğu üçün, attestasiya zamanı ona ünvanlanan suallar da tam qanuni hesab edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin işə düzgün qiymət verməməsini göstərən digər məqam isə, işin hallarına düzgün hüquqi qiymət vermək üçün mütəxəssis cəlb olunmamasıdır. Çünki, mövcud attestasiya musiqi və incəsənətlə bağlı olduğu halda, hüquqşünas ixtisaslı şəxslərin bu attestasiyanın düzgün aparılıb-aparılmaması, iddiaçı tərəfindən musiqi ixtisaslı suallara düzgün cavab verilib-verilməməsinin müəyyən edilməsi barədə obyektiv fikir formalaşdırması real deyil. Birinci instansiya məhkəməsi keçirilən attestasiya komissiyasının qərəzli olduğunu bildirsə də, Azərbaycan Respublikasının rəsmi internet səhifəsindən görünür ki, 27.12.2*24-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərin fortepiano ixtisası üzrə təhsilverənlərin attestasiya proqramı yerləşdirilmiş, (qoşmaya əlavə edilmişdir), müvafiq olaraq attestasiyanın keçirilməsi və nəticələri barədə məlumat yerləşdirilmişdir. Bu bir daha sübut edir ki, nə Mədəniyyət Nazirliyinin Attestasiya Komissiyası, nə də tabeliyində olan musiqi məktəbi İddiaçı və digər müəllimlərə qərəzli mövqedə olmamış, onların attestasiyaya hazırlaşması üçün proqram və vaxt vermiş, ancaq İddiaçı peşəsi və ixtisası üzrə ixtisaslaşmaq və daha keyfiyyətli təhsil vermək üçün üzərində çalışmamışdır. Yekun olaraq videogörüntülərdə İddiaçı suallara cavab verməsi, verdiyi cavabların düzgün olduğu qənaətinə gələ bilməz. Bununla bağlı ciddi şübhələr yaranmışdırsa, cavabların nə qədər qənaətbəxş olduğunu sübut etmək üçün işə musiqi sahəsində fortepiano ixtisası üzrə mütəxəssisin cəlb edilməsi zəruridir. İddiaçı irəli sürdüyü iddiaya əsasən, attestasiya düzgün aparılmamış, qaydalar uyğun həyata keçirilməmişdir. Məhkəmənin də heç bir maddi ve prosessual norma pozuntusunu aşkar etmədən sadəcə iddiaçının mülahizəsinə istinad edərək İşəgötürənin *4 aprel 2*25-ci il tarixli, 4* saylı əmrini ləğv etməsi tamamilə qanunsuzdur. Çünki, İddiaçı attestasiyası zamanı, ona Əmək Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulduğu kimi yalnız öz ixtisasına (peşəsinə) və yerinə yetirdiyi işlər, onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilmiş, hər bir sualın cavabı obyektiv olaraq qiymətləndirilmiş və bütün attestasiya prosesi video görüntü ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki, normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 67.1-ci maddəsi birbaşa olaraq attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar çıxarması halında, işəgötürənə həmin nəticələrə əsaslanaraq əmək müqaviləsinə Məcəllənin 7*-ci maddəsinin “c” bəndi üzrə xitam vermək hüququnu tanıyır. Bu norma hüquqi mexanizmin mahiyyətini açıq şəkildə ifadə edir, attestasiya nəticələri işəgötürən üçün məcburi əməliyyat deyil, onun idarəetmə səlahiyyətinin tərkib hissəsi kimi həyata keçirə biləcəyi qanuni seçim üsullarından biri olduğunu göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin nəinki attestasiya komissiyasının qərarını etibarsız sayması, onun nəticələrinin heç bir sübut, dəlil olmadan qanunsuz olaraq ləğv etməsi həm işəgötürənin həmin nəticədən irəli gələn xitamvermə hüququnu əsassız şəkildə məhdudlaşdırır həm də normanın məzmununa, işəgötürənin əmək münasibətlərini idarəetmə səlahiyyətinə ziddiyyət təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə nəzərdə tutulan hüququndan istifadə edə bilmir, öz peşəsini lazımıca və keyfiyyətli yerinə yetirə bilməyən işçinin əmək müqaviləsinə xitam vermə hüququ əsassız və qanunsuz olaraq məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, obyektiv tədqiqinə nail olmamışdır. Lakin iddiaçı birinci instansiya məhkəməsində iddiasını əsaslandırmamış, yalnız komissiyanın qanuna uyğun olmayan qərar verdiyini, attestasiyanın düzgün keçirilmədiyini, ona psixoloji təzyiqlər edildiyi barədə məlumatlar vermişdir. Attestasiya komissiyasının qərarının qanunsuzluğu və ya əsassızlığı, habelə onun nəticələrinin uyğunsuzluğu mübahisələndirilməmiş, birbaşa əmək müqaviləsinə xitamla bağlı *4 aprel 2*25-ci il tarixli 4* saylı əmr ləğv edilmişdir. Lakin Əmək Məcəllənin 67.1. maddəsinin də müddəalarına uyğun olaraq, işəgötürən attestasiyanın nəticələrinə əsaslanaraq işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verə bilər. Attestasiyanın nəticələri mübahisələndirmədən əmək müqaviləsinə xitam əmrinin ləğv edilməsi iddiası hüquqi və faktiki əsasdan məhrum olmanı bir daha müəyyən edir. Beləliklə, iddiaçı tərəf öz mövqeyini əsaslandırmamış, həmin əmrin etibarsız olduğuna dair təsdiqedici sənədlər təqdim etməmiş, birinci instansiya məhkəməsi də hüquqi və faktoloji əsaslardan məhrum olan iddianı əsaslı hesab etmişdir. Məhkəmə iddiaçının sualları yetəri qədər cavablandırdığına dair qənaətinə gəlsə də, hansı əsaslarla bu qənaətə gəlməsi göstərilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, attestasiyanın predmeti fortepianoda ifa bacarıqları, musiqi materialının şərhi və analizi kimi xüsusi peşə vərdişləri ilə bağlı olduğundan, bu sahədə qiymətləndirmə aparmaq yalnız müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisin iştirakı ilə mümkün ola bilərdi. Məhkəmənin xüsusi bilik və bacarıq tələb edən məsələ üzrə öz mülahizəsini qeyd etməsi və ona əsaslanaraq qətnamə qəbul etməsi isə qanunsuz və əsassızdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
1*. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, peşəsinə, əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquq və vəzifələrinə aid məsələlərlə əlaqədar suallar verilə bilər. Eyni zamanda işçinin şəxsi keyfiyyətlərinə, o cümlədən intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
11. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”
2.4. bəndi. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. 2.6. bəndi. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı barədə iki qərardan birini qəbul edir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.*. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
15. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçının attestasiyasının “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olması ilə əsaslandırmışdır.
16. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmış, 14 mart 2*25-ci il tarixdə attestasiya komissiyası tərəfindən attestasiyadan keçirilmiş və onun tutduğu vəzifəyə uyğun olmadığı barədə nəticəyə gəlinmişdir. Attestasiya vərəqəsində onun ifaçılığının zəif, üzdən oxumasının orta səviyyədə olduğu, qammanı ifa edə bilmədiyi, nəzəri suallara cavab verə bilmədiyi və ifa etdiyi əsəri təhlil edə bilmədiyi qeyd edilmiş, səsvermənin nəticəsi lehinə *, əleyhinə 5 olmuşdur. Bundan sonra *4 aprel 2*25-ci il tarixli, 4* nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
19. İddiaçı attestasiyanın qanunsuz keçirildiyini, ona psixoloji təzyiq göstərildiyini, ixtisasına uyğun olmayan suallar verildiyini və bəzi düzgün cavablarının attestasiya vərəqəsində yanlış əks etdirildiyini əsas gətirmişdir. 2*. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin qanuniliyinin qiymətləndirilməsi zamanı attestasiya komissiyasının qərarının mövcudluğunun özü ilə kifayətlənmək mümkün olmadığı kimi, həmin qərarın qanunsuzluğunun da yalnız iddiaçının subyektiv mülahizələri əsasında müəyyən edilməsi yolverilməzdir.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin attestasiyası onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına və sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun aşkara çıxarılması məqsədi ilə keçirilir.
22. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən attestasiya komissiyası təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən şəxslərdən yaradılır. Həmin Məcəllənin 65.4-cü maddəyə əsasən komissiya azı beş nəfərdən ibarət olmaqla onun say tərkibi təkrəqəmli olmalıdır.
23. Əmək Məcəlləsinin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, peşəsinə, əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquq və vəzifələrinə aid məsələlərlə əlaqədar suallar verilə bilər. Eyni zamanda işçinin şəxsi keyfiyyətlərinə, o cümlədən intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
24. İş materiallarından görünür ki, iddiaçı məhz fortepiano müəllimi vəzifəsində çalışmışdır. Buna görə onun fortepiano üzrə ifaçılıq bacarığının, musiqi nəzəriyyəsi üzrə biliklərinin, musiqi əsərlərinin təhlili və üzdən oxuma bacarığının yoxlanılması onun tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi ilə birbaşa bağlıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndində də attestasiya zamanı işçiyə onun vəzifəsi, peşəsi, əmək funksiyası və ixtisası ilə bağlı suallar verilməsi nəzərdə tutulmuşdur. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı barədə iki qərardan birini qəbul edir.
26. Bu baxımdan birinci instansiya məhkəməsinin attestasiya zamanı musiqi ixtisası ilə bağlı suallar verilməsini qanunvericiliyin tələblərinə zidd hal kimi qiymətləndirməsi üçün hüquqi əsas müəyyən olunmur.
27. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş və 14 mart 2*25-ci il tarixdə keçirilmiş attestasiya prosesini əks etdirən videogörüntülərə baxış keçirilmişdir.
28. Videogörüntülər apellyasiya instansiyası məhkəməsində bilavasitə tədqiq edilmiş sübut kimi iş üzrə digər sübutlarla, o cümlədən attestasiya vərəqəsinin məzmunu ilə birlikdə qiymətləndirilmişdir.
29. Videogörüntünün tədqiq edilməsi xüsusilə ona görə əhəmiyyətlidir ki, birinci instansiya məhkəməsi attestasiya vərəqəsində ayrı-ayrı cavabların necə qeyd olunmasına əsaslanaraq komissiyanın qərəzli olması barədə nəticəyə gəlmiş, cavabdeh tərəf isə həmin nəticəyə etiraz edərək attestasiya prosesinin videogörüntülərinin nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya şikayətində də videogörüntülərdə komissiya üzvlərinin iddiaçıya psixoloji təzyiq göstərmədiyi və ona suallara cavab verməsi üçün imkan yaradıldığı bildirilmişdir. 3*. Məhkəmə kollegiyası videomaterialı qiymətləndirərkən onu attestasiya vərəqəsinin məzmunundan təcrid olunmuş şəkildə deyil, həmin vərəqədə göstərilən qiymətləndirmələr və iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə nəzərə alır.
31. Bu baxımdan iddiaçının attestasiya zamanı psixoloji təzyiqə məruz qalması barədə izahatının obyektiv sübutlarla təsdiq edilib-edilməməsi də qiymətləndirilməlidir. İş materiallarında komissiya üzvlərinin iddiaçıya qarşı şəxsi münasibət, təhqiramiz davranış və ya qərəzli münasibət göstərməsi barədə mötəbər sübut müəyyən edilmir.
32. İddiaçının attestasiya prosesində həyəcanlanması və ya ayrı-ayrı suallara cavab verməkdə çətinlik çəkməsi də öz-özlüyündə psixoloji təzyiqin mövcudluğunu təsdiq edən hal kimi qəbul edilə bilməz. Bunun üçün komissiya üzvlərinin qanunsuz davranışının mövcudluğu ayrıca sübut edilməlidir.
33. Birinci instansiya məhkəməsi attestasiya vərəqəsində “Bax”ın tam adı ilə bağlı “İohan Sebastyan Bax” cavabının yanlış qiymətləndirilməsini və “Menuet” sualına verilmiş cavabın attestasiya vərəqəsində əks etdirilməməsini komissiyanın qərəzli fəaliyyətinin göstəricisi kimi qəbul etmişdir.
34. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır.
35. İlk növbədə qeyd edilməlidir ki, attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğunluğu barədə nəticəsi ayrı-ayrı bir sualın cavabından ibarət deyil. Attestasiyanın məqsədi işçinin peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğunluğunun kompleks şəkildə müəyyən edilməsidir.
36. İş üzrə attestasiya vərəqəsində iddiaçının ifaçılıq bacarığının zəif, üzdən oxumasının orta səviyyədə olduğu, qammanı ifa edə bilmədiyi, nəzəri suallara cavab verə bilmədiyi və ifa etdiyi əsəri təhlil edə bilmədiyi göstərilmişdir. Bu qiymətləndirmələrdən sonra komissiyanın səsverməsində beş üzvün hamısı iddiaçının əleyhinə səs vermişdir.
37. Belə olan halda yalnız “Bax” və “Menuet” suallarına münasibətdə mübahisəli məqamların olması bütün attestasiya nəticəsinin qərəzli və qanunsuz hesab edilməsi üçün kifayət edən əsas kimi qəbul edilə bilməz.
38. Digər tərəfdən, “Bax”ın tam adının düzgün deyilməsi həmin suala verilən cavabın məzmun etibarilə tam və düzgün olduğu barədə nəticə çıxarmağa avtomatik əsas vermir. Sualın məqsədi yalnız bəstəkarın adının müəyyən edilməsi ilə məhdudlaşmırsa, cavabın məzmunu, onun digər verilmiş izahlarla əlaqəsi və işçinin həmin mövzuda ümumi peşə biliyi nəzərə alınmalıdır.
39. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmənin vəzifəsi musiqi sahəsində attestasiya komissiyasının peşəkar qiymətləndirməsini özünün subyektiv musiqi biliyi ilə əvəz etmək deyil. Məhkəmə hüquqi baxımdan attestasiya prosedurunun qanuniliyini və təqdim edilmiş sübutların mötəbərliyini qiymətləndirir. 4*. Bu baxımdan birinci instansiya məhkəməsinin “Bax” və “Menuet” suallarına dair öz qiymətləndirməsini attestasiya komissiyasının bütövlükdə peşəkar qiymətləndirməsindən üstün tutması və bunun əsasında komissiyanın qərəzli olduğu nəticəsinə gəlməsi MPM-in 88ci maddəsində təsbit edilmiş sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi tələbi ilə uzlaşmır.
41. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.7ci bəndinə əsasən attestasiyanın nəticələri, qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu attestasiya vərəqəsinə yazılır.
42. Bu normadan görünür ki, attestasiya vərəqəsi attestasiyanın bütün gedişinin sözbəsöz protokolu deyil, sual və cavabların qısa məzmununu, qiymətləndirməni və yekun nəticəni əks etdirən sənəddir.
43. Bu səbəbdən hər hansı cavabın attestasiya vərəqəsində tam ifadə olunmaması və ya cavabın məzmununun qısa şəkildə qeyd edilməsi, həmin halın attestasiya nəticəsinə həlledici təsiri müəyyən edilmədiyi halda, öz-özlüyündə attestasiya nəticəsinin qanunsuzluğunu göstərmir.
44. Birinci instansiya məhkəməsi isə qeyd olunan iki suala dair uyğunsuzluğu attestasiya nəticəsinin digər hissələrindən təcrid edərək qiymətləndirmiş, iddiaçının digər peşə bacarıqları üzrə mənfi qiymətləndirmələri və yekun *-5 səs nəticəsini nəzərə alaraq həmin halların nəticəyə real təsirini müəyyən etməmişdir.
45. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən işçinin tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarıldığı halda onun əmək müqaviləsi həmin Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq və 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
46. Normanın məzmunundan görünür ki, attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərarı ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi arasında qanunvericilikdə birbaşa hüquqi əlaqə müəyyən edilmişdir.
47. Birinci instansiya məhkəməsi isə 67.1-ci maddədə “ləğv edilə bilər” ifadəsinin işlədilməsini əsas götürərək attestasiya nəticəsinin işəgötürən üçün məcburi olmadığını və faktiki olaraq həmin nəticəyə əsasən əmək müqaviləsinə xitam verilməsini əsassız hesab etmişdir. Bu yanaşma düzgün deyildir.
48. “Ləğv edilə bilər” ifadəsi işəgötürənin attestasiya nəticəsinə əsaslanaraq əmək müqaviləsinə xitam verməsinin məcburi deyil, qanunla ona verilmiş hüquq olduğunu göstərir. Bu ifadədən attestasiya nəticəsinə əsasən xitam verilməsinin qanunsuz olması nəticəsi çıxmır.
49. Əksinə, attestasiya komissiyasının işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərarı mövcud olduqda, işəgötürən qanunun digər tələblərinə əməl etməklə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam vermək hüququna malikdir. 5*. Əmək Məcəlləsinin 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə keçirə bilər.
51. Normanın mətnindən aydın olur ki, qanunverici işəgötürənə iki mümkün tədbir nəzərdə tutmuşdur. Lakin bu tədbirlərin görülməsi əmək müqaviləsinə 7*-ci maddənin “c” bəndi üzrə xitam verilməsinin məcburi ilkin şərti kimi müəyyən edilməmişdir.
52. Başqa sözlə, attestasiya nəticəsində işçinin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edildiyi halda işəgötürənin mütləq olaraq əvvəlcə onu təlimə göndərməsi və ya başqa vəzifəyə keçirməsi, yalnız bundan sonra xitam verməsi barədə Əmək Məcəlləsində imperativ tələb yoxdur.
53. Buna görə birinci instansiya məhkəməsinin işəgötürənin iddiaçının təlimə cəlb edilməsi və ya başqa vəzifəyə keçirilməsi üçün təşəbbüs göstərməməsini əmək müqaviləsinə xitamın qanunsuzluğu üçün müstəqil əsas kimi qəbul etməsi Əmək Məcəlləsinin 67.2-ci maddənin məzmununa uyğun deyildir.
54. Birinci instansiya məhkəməsi iddiaçının uzun illər ərzində işləməsini, xəbərdarlıq və töhmət almamasını da onun qərəzli şəkildə işdən çıxarılması nəticəsinə gəlmək üçün əsas kimi qəbul etmişdir.
55. Məhkəmə kollegiyası bu nəticəni də əsaslı hesab etmir.
56. Əmək Məcəlləsinin 65.5-ci maddəsində attestasiya zamanı işçinin intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Bu müddəanın məqsədi intizam tənbehinin olub-olmamasının peşəkarlıq meyarına çevrilməsinin qarşısını almaqdır. Lakin bundan işçinin əvvəlki əmək fəaliyyətinin müsbət olması səbəbindən onun gələcəkdə keçirilmiş attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun olmadığının müəyyən edilə bilməməsi barədə nəticə çıxmır. Attestasiya işçinin əvvəlki dövrdə əmək intizamına münasibətini deyil, konkret attestasiya zamanı onun peşəkarlıq səviyyəsini və tutduğu vəzifəyə uyğunluğunu müəyyən edir. Bu səbəbdən iddiaçının əvvəlki dövrdə intizam tənbehi almaması attestasiya nəticəsinin və həmin nəticəyə əsaslanan xitamın qanunsuzluğu barədə müstəqil əsas təşkil etmir.
57. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən 7*-ci maddə ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
58. Hazırkı işdə əmək müqaviləsinə xitamın əsası *4 aprel 2*25-ci il tarixli, 4* nömrəli əmrdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi kimi göstərilmişdir. Həmin əmr attestasiya nəticəsindən sonra qəbul edilmiş və attestasiya komissiyasının iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə nəticəsi xitamın faktiki əsasını təşkil etmişdir.
59. Beləliklə, işəgötürənin əmək müqaviləsinə xitam verməsinin zəruriliyini əsaslandıran faktiki hal mövcud olmuş və bu hal attestasiya nəticəsində müəyyən edilmişdir. 6*. Birinci instansiya məhkəməsinin 71.3-cü maddənin pozulması barədə nəticəsi isə xitamın hüquqi əsasının özünün mövcudluğunu və attestasiya nəticəsini nəzərə almadan, əsasən komissiyanın qiymətləndirməsi ilə razılaşmamasına əsaslanmışdır.
61. Halbuki 71.3-cü maddənin tələbinin yerinə yetirilib-yetirilməməsi qiymətləndirilərkən əmrdə göstərilən hüquqi əsasla xitamın faktiki əsasının bir-birinə uyğun olub-olmaması müəyyən edilməlidir. Hazırkı işdə həmin uyğunluq mövcuddur.
62. Nazirlər Kabinetinin ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməli və həmin müddət başa çatdıqdan sonra attestasiyanın nəticələrinə görə işçinin işdən azad edilməsinə yol verilmir.
63. İş materiallarından görünür ki, attestasiya 14 mart 2*25-ci il tarixdə keçirilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə 4* nömrəli əmr isə *4 aprel 2*25-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, xitam attestasiya nəticəsindən sonra 3* təqvim günlük müddət başa çatmadan həyata keçirilmişdir.
64. Bu səbəbdən Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan müddətin pozulması barədə nəticə çıxarmaq üçün əsas yoxdur.
65. İş materiallarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəblərinin fortepiano ixtisası üzrə təhsilverənlərinin attestasiya proqramının 27 dekabr 2*24-cü il tarixdə yerləşdirildiyi barədə məlumat da mövcuddur. Apellyasiya şikayətində həmin proqramın attestasiyaya hazırlıq üçün əvvəlcədən əlçatan olduğu göstərilmişdir.
66. İddiaçı attestasiya zamanı sualların əvvəlcədən ona təqdim edilmədiyini bildirsə də, iş materiallarında attestasiya zamanı veriləcək hər bir konkret sualın işçiyə əvvəlcədən təqdim edilməsini məcburi edən ayrıca norma göstərilmir. Əksinə, Əmək Məcəlləsinin 65.5-ci maddəsi sualların məzmununa dair tələbi müəyyən edir və onların işçinin vəzifəsi, peşəsi və ixtisası ilə bağlı olmasını tələb edir.
67. Bu baxımdan əvvəlcədən konkret sualların təqdim edilməməsi, həmin suallar qanunun tələb etdiyi çərçivədə olduğu halda, attestasiyanın qanunsuz keçirilməsi üçün müstəqil əsas hesab edilə bilməz.
68. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 3.1ci bəndinə əsasən attestasiya komissiyasının qərarı işçiyə komissiya iclasından sonra elan edilir, 3.2-ci bəndinə əsasən isə attestasiya nəticələri müəssisə rəhbərinə bildirilir və rəhbər həmin qiymət və tövsiyələri nəzərə alaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul edir.
69. Baxılan işdə attestasiya komissiyası iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə nəticəyə gəlmiş, nəticə beş komissiya üzvünün əleyhinə səs verməsi ilə rəsmiləşdirilmiş və bundan sonra işəgötürən tərəfindən 4* nömrəli əmr qəbul edilmişdir. 7*. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə attestasiya komissiyasının nəticəsi ilə bağlı mübahisəyə baxarkən komissiyanın qərarını sadəcə olaraq öz mülahizəsi ilə əvəz edə bilməz. Komissiyanın qərarının ləğv edilməsi üçün onun qanunsuzluğunu təsdiq edən konkret və mötəbər hallar müəyyən edilməlidir. Lakin mövcud işdə isə belə hallar müəyyən edilməmişdir.
71. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini əsaslandırarkən attestasiya nəticəsində işçinin işdən çıxarılmasını “dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd” hal kimi də qiymətləndirmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, bu mülahizə mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Əmək müqaviləsinə xitamın qanuniliyi Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş əsas və qaydalar əsasında müəyyən edilməlidir. İşçinin ailə və sosial vəziyyətinə dair ümumi mülahizə, qanunda əmək müqaviləsinə xitamı qadağan edən və ya məhdudlaşdıran konkret əsas müəyyən edilmədiyi halda, attestasiya nəticəsində işçinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərarın hüquqi qüvvəsini aradan qaldırmır.
73. İddiaçı attestasiya komissiyasının 14 mart 2*25-ci il tarixli qərarının da ləğv edilməsini tələb etmişdir.
74. Birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməmiş və bunun səbəbi kimi məktəbin həmin qərar üzrə subyektiv cavabdeh olmamasını göstərmişdir.
75. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı nəticəsində əmək müqaviləsinə xitamın qanunsuzluğu müəyyən edilmədiyindən, iddiaçının həmin qərarın ləğvindən irəli gələn əmək hüquqi nəticələrə dair tələblərinin də təmin edilməsi üçün hüquqi əsas yoxdur.
76. Bununla yanaşı, attestasiya qərarının özünün hansı subyekt tərəfindən qəbul edilməsi və həmin qərara görə cavabdehlik məsələsi əmək müqaviləsinə xitamın qanuniliyinin qiymətləndirilməsindən ayrıca hüquqi məsələdir. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticənin düzgünlüyünün qiymətləndirilməsi iddianın həmin hissəsinin prosessual qaydada hansı şəxsə qarşı yönəldilməsindən asılıdır. Hazırkı apellyasiya baxışında isə əsas mübahisə əmək müqaviləsinə xitamın və işə bərpa tələbinin qanuniliyidir.
77. Əmək Məcəlləsinin 3**.1-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsi əsaslarını pozduqda və ya qanunda müəyyən edilmiş qaydalara əməl etmədikdə məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarır.
78. Mövcud iş üzrə Əmək Məcəlləsinin 3**.1. maddəsinin tələbinin pozulması müəyyən edilmir.
79. Əksinə, işçinin attestasiyası keçirilmiş, onun tutduğu vəzifəyə uyğun olmadığı barədə komissiya qərarı qəbul edilmiş, bu qərarın qanunsuz və ya qərəzli olması mötəbər sübutlarla təsdiq edilməmiş, xitam attestasiya nəticəsindən sonra və 3* təqvim günlük müddət daxilində həyata keçirilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi göstərilmişdir. 8*. Bu halların məcmusu əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsi üçün əsasların olmadığını göstərir.
81. Buna görə də iddiaçının işə bərpa edilməsi tələbi təmin edilə bilməz. İşə bərpa tələbi təmin edilmədiyindən, onunla bağlı törəmə xarakter daşıyan məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbi də təmin edilməməlidir.
82. Məhkəmə kollegiyası nəticə etibarilə hesab edir ki, birinci instansiya məhkəməsi attestasiya vərəqəsindəki ayrı-ayrı cavabların qeyd edilməsini attestasiya komissiyasının qərəzli olması barədə nəticə üçün kifayət edən əsas kimi qiymətləndirməklə iş üzrə digər sübutları, xüsusilə attestasiya nəticəsinin digər qiymətləndirmə meyarlarını və komissiyanın yekun səsverməsini lazımi qaydada nəzərə almamışdır.
83. Birinci instansiya məhkəməsi həmçinin Əmək Məcəlləsinin 67.1-ci maddəsinin hüquqi mahiyyətini düzgün müəyyən etməmiş, həmin maddədə “ləğv edilə bilər” ifadəsinin işəgötürənin attestasiya nəticəsinə əsaslanmaq hüququnu aradan qaldırmadığını nəzərə almamış, 67.2-ci maddədə nəzərdə tutulan təlim və ya başqa vəzifəyə keçirmə imkanını isə əmək müqaviləsinə xitamdan əvvəl yerinə yetirilməsi məcburi olan şərt kimi qiymətləndirmişdir.
84. Bundan başqa, iddiaçının əvvəlki əmək fəaliyyətinin və intizam tənbehinin olmamasının attestasiya nəticəsində tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsinə mane olan hal kimi qiymətləndirilməsi də Əmək Məcəlləsinin 65-ci maddəsinin məqsədi və məzmunu ilə uzlaşmır.
85. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı videogörüntülərə baxmaqla həmin sübutu bilavasitə tədqiq etmiş, onu attestasiya vərəqəsi və digər iş materialları ilə qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Videogörüntünün tədqiqi nəticəsində attestasiya prosesinin qanunsuz təşkil edildiyini və ya komissiyanın iddiaçıya qərəzli münasibət göstərdiyini təsdiq edən mötəbər hal müəyyən edilmədiyindən, həmin görüntülər birinci instansiya məhkəməsinin qərəzlilik barədə nəticəsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
86. Beləliklə, iş üzrə sübutların məcmu qiymətləndirilməsi attestasiya komissiyasının qərarının və həmin qərara əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi üçün kifayət edən halların mövcud olmadığını göstərir.
87. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2*25-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
88. Azərbaycan Respublikası MPM-nin 384.*.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
89. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). 9*. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 4*5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2*25-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-X3 İdarəsi Fikrət Əmirov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı qərarın, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.