Məhkəmə qərarları › İş №2(3-8)-697/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-697/2026

28.07.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-697/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X5 cavabdeh Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı X5, cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, Iddiaçı X5 cavabdeh Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı X5 ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları ilə birlikdə cavabdeh Cavabdeh məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı X5 ##.##.2026-cı il tarixdə məhkəməyə iddiasının əsasının dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, onun faktiki yaşadığı ünvan 1 ünvanından övladları ##.##.2017-ci il təvəllüdlü Həmidli Aydın Bəhram oğlu və ##.##.2021-ci il təvəllüdlü X1 ilə birgə cavabdeh Cavabdeh məxsus evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 cavabdeh Cavabdeh qardaşı X2 ilə ##.##.2016-cı ildə rəsmi nikahla ailə qurub. Ər-arvad münasibətindən ##.##.2017-ci ildə Həmidli Aydın Bəhram oğlu və ##.##.2021-ci ildə X1 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Həyat yoldaşı respublikadan kənarda olduğundan iddiaçı X5 gəlin getdiyi evdən çıxarılaraq cavabdeh Cavabdeh evinə köçürülmüş və son 01 (bir) il 07 (yeddi) ayı da orada yaşamışdır. Iddiaçı X5 məxsus əmlakda orada olmuşdur. Lakin hazırda cavabdeh Cavabdeh iddiaçı X5 əmlakını sözü gedən evdən çıxarmaq istəyir. Məsələ ilə bağlı mediasiyaya da müraciət edilmiş, lakin cavabdehin mediasiyada iştirak etməməsi səbəbi ilə mediasiya prosesi baş tutumamışdır.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ##.##.1994- cü ildə anadan olmuş, ##.##.2016-cı ildə rəsmi nikaha girərək, Şabran rayon sakini Cavabdeh qardaşı X2 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları var: 1. Həmidli Aydın Bəhram oğlu - ##.##.2017-ci il 2. X1 - ##.##.2021-ci il. Ailə quran vaxtda iddiaçı X5 qayınatasına məxsus Şabran rayonunun Aygünlü kəndindəki evə gəlin köçmüşdür. Sonradan 2024-cü ilin oktyabr ayından qaynı Cavabdeh məxsus Şabran rayonunun Aygünlü kəndindəki evə köçmüşdür. Cavabdehin qardaşı ilə xasiyyətləri uyğun gəlmədiyindən, ##.##.2025-ci ildə aralarında olan nikahları pozulmuşdur. Həyat yoldaşı ##.##.2024-cü il tarixdən Litva Respublikasına işləməyə getmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı X5 qayınanası və qaynının yoldaşı ilə münaqişələri zəminində dalaşaraq evi tərk etmişdir. Iddiaçı X5 evdən çıxanda bütün əmlakı qaynı Cavabdeh məxsus evdə idi. Hazırda da özü kirayə yaşayır.

5. Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddianın təmin edilməsi, iddiaçı X5 övladları ##.##.2017-ci il təvəllüdlü Həmidli Aydın Bəhram oğlu və ##.##.2021-ci il təvəllüdlü X1 ilə birgə gəlin gəldiyi və cehiz əmlakını gətirdiyi yaşayış evinə – ünvan 1ndə yerləşən qayınatasına məxsus evə köçürülməsi qət edilmişdir.

6. Iddianın təmin edilməsi qənatinə gələn aşağı instansiya məhkəməsi iddiaçının əmlakının faktiki olaraq həmin ünvana köçürülməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olması və onun yaşayış hüququnun təmin olunmasının qanunvericiliyin tələblərinə uyğunluğu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Həmin qətnaməni mübahisələndirir. Çünki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, həmçinin maddi hüquq normaları pozulmuşdur. Göründüyü kimi iddiaçının və iddiaçının övladlarının ünvan 1ndə yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır ki, onlar həmin evə köçürülsünlər. Göründüyü kimi məhkəmədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə formal cəhətdən istinad edilsə də, həmin maddə səhv təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edilsə də, həmin maddə səhv təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Iddiaçının köçürülməsi qət edilən ünvan 1ndə yerləşən evə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud deyildir, ümumiyyətlə evin heç bir hüquqi sənədi yoxdur. Qətnamədə həmin evin hüquqi statusu özbaşına tikili olaraq qeyd olunsa da, X5 özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, atası X3 isə vəfat etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı iddiaçı Nuranə Həmidli tərəfindən yazılı etiraz təqdim edilmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X5 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tələbində Cavabdeh məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən evinə köçürülməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq iddiaçının ünvan 1ndə yerləşən qayınatasına məxsus evə köçürülməsini qət etmişdir.

17. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPMnin 218.3. maddəsinin tələbindən kənara çıxaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

18. Iddiaçı ilə cavabdehin qardaşı Bəhram Həmidli arasında ##.##.2016-cı il tarixdə nikahın qeydə alınması, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qeydə alınmış nikahın pozulması və iddiaçının qaynı Cavabdeh aid mənzilə köçüb 1 il 7 ay yaşaması işin mübahisəsiz halıdır.

19. Işin mübahisə olunmayan digər halına görə ünvan 1 ünvanında 0,12 hektar ölçüdə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına adi torpaq sahəsi cavabdeh Cavabdeh xüsusi mülkiyyətindədir.

20. Iddiaçı Nuranə Həmidli himayəsində olan uşaqları ilə kirayədə yaşamasının çətin olduğunu əsas gətirərək, Cavabdeh məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən evinə köçürülməsini tələb etmiş, cavabdeh də öz növbəsində ilk öncə atasının evinə gəlin köçdüyünü, sonradan onun evinə köçərək orada 01 (bir) ildən bir az çox müddət yaşadığını və hazırda iddiaçı X5 onun evində yaşamasını istəmədiyini bildirərək iddiaya etiraz etmişdir.

21. Baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 30-cu maddəsi nəzərdən keçirilə bilər.

22. Göründüyü kimi fərdi yaşayış evi ilə bağlı tərəflər arasında hüquq münasibəti 2016-cı ildə yarandığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə bu dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir.

23. Mülki Məcəllənin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanuvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analagiyası).

24. Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

25. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

27. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

28. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır.

29. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Nuranə Həmidli cavabdeh Cavabdeh münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbi təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

32. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı X5 cavabdeh Cavabdeh qarşı evə köçürülməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar