Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-73/2026 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə icasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi işin faktiki hallarına uyğun onunla əsaslandırılmışdır ki, mağazaya 1999cu ildən sahiblik edir və faktiki olaraq mülkiyyətçi kimi hüquqlarını həyata keçirir. Qeyd olunan torpaq sahəsində tikilmiş mağaza binası digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilərək, Quba şəhəri 22-ci məhəllədə, 56 kv metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (mağaza binasına) faktiki ölçüləri müəyyən edilməklə bütövlükdə İddiaçı mülkiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edilən qətnamə əsasında İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51- 06301 reyestr nömrəli çıxarış verilmişdir. O, maraqlarına toxunan şəxs kimi qeyd edilən qətnamədən 30 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Verdiyi apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)- 83/2015 saylı qərardadı ilə geri qaytarılmışdır. Geri qaytarılmanın səbəbi kimi "xxxx" Kiçik Müəssisəsi MMC-nin iş üzrə tərəf olmadığından qətnamədən apellyasiya şikayəti vermək hüququnun olmaması qeyd edilmişdir. O, qeyd edilən qərardadla razılaşmır. Hesab edir ki, məhkəmə onun apellyasiya şikayətini geri qaytarmaqla onun qanunvericilikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 83/2015 saylı qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəssisəsi MMC-nin hüquqları pozulmuş və qeyd edilən qətnamə "xxxx" Kiçik Müəssisəsi MMC-nin maraqlarına toxunsa da, məhkəmədə iştirakı təmin edilməmişdir. Belə ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə "xxxx" Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmış, "xxxx" kiçik müəssisəsi 26 iyun 1995ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəssisədə tikinti-quraşdırma işləri başa çatandan sonra obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv metr olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı müəssisənin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən müəssisənin və obyektin texniki pasportu 16 mart 2006-cı il tarixdə tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X3r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv metr olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. Həmin çıxarışa dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. "xxxx" Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri-yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya 11 iyul 2024-cü il tarixli cavabda Fərid Kiçik” Müəssisəsi MMC-nə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsində İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası) xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********51- 06301 reyestr nömrəli (çıxarış verilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 83/2015 nömrəli qətnaməsi) çıxarışın verilməsi qeyd edilmişdir. Göründüyü kimi "xxxx" Kiçik Müəssisəsi MMC-nə daimi istifadəyə verilmiş torpaq sahəsində başqa şəxsə, yəni iddiaçıya mülkiyyət hüququ tanınmışdır. Halbuki "xxxx" Kiçik Müəssisəsi MMC-nə torpaq sahəsinin verilməsinə əsas olan Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ləğv edilməmiş, qüvvədədir. Bundan əlavə həmin torpaq sahəsinə dair "xxxx" Kiçik Müəssisəsi MMC-yə Dövlət Aktı verilmişdir. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq ayrılmasına dair XDS qərarının və XDS tərəfindən verilmiş Dövlət Aktlarının daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsas sayılır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi "xxxx" Kiçik Müəssisəsi MMC-yə aid çıxarışda da torpaq sahəsinin ölçüsü 1,5 ha göstərilmişdir. Bütün bunlara əsasən qeyd edilən qətnamə "xxxx" Kiçik Müəssisəsi MMC-nin hüquqlarına toxunur. Hazırkı iddia tələbi ilə işə baxılan zaman qəbul ediləcək qətnamə maraqlarına toxunduğu üçün "xxxx" Kiçik Müəssisəsi MMC işə cəlb edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz qərarlarında qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Göründüyü kimi Quba Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyi qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəssisəsi MMC-nin iştirakı təmin edilməmiş və həmin qətnamə onun hüququnun pozulmasına səbəb olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1269/2025 nömrəli iş üzrə 23 sentyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı “mağaza binasına mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Rəhimli və A.Mahmudov). İddiaçı (vəkil Nümayəndə Sədrəddin oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının (20 fevral 2020-ci il tarixli düzəlişlərlə) 17-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2007-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, MPM-in 8, 14.2, 77.1, 88, 268.1 və 385.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəmənin hüquqlarının pozulmasına yol vermişdir. Ümumiyyətlə götürdükdə isə qərardad əsassız və Mülki-Prosessual, həmçinin Torpaq qanunvericiliyinin müddəalarına ziddir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən tək prosessual qanunvericilik aktları yox, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ da pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3485/2025 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1269/2025 nömrəli iş üzrə 23 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi, işin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışıdır (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Rəşad Həsənov və Aqil Abbasov). Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, Maraqlı şəxs2 MMC-nin qətnamə ilə maraqlarına toxunan şəxs olmasının müəyyən edilməsi barədə apellyasiya məhkəməsinin qüvvədə olan 21 aprel 2025-ci il tarixli qərardadının mövcudluğuna əsaslanan apellyasiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxarkən Mülki Prosessual Məcəllənin 364 və 395.2-ci maddələrinin tələblərini nəzərə almamış, göstərilən qərardadın olmasının qətnamənin Maraqlı şəxs2 MMC-nin konkret olaraq hansı maraqlarına toxunmasını, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayəti verməyə MMC-nin subyektiv hüququnun olubolmamasını yoxlanılmasını istisna etmədyini diqqətdən qaçırmış, məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından təqribən 10 il əvvəl qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsinin mümkünlüyünü müzakirə etməmişdir. İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarışda torpaq sahəsinin xüsusi mülkiyyət kimi göstərilməsinin əsasları müəyyən deyildir, Maraqlı şəxs2 MMC bu barədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Rayon məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş Maraqlı şəxs2 ilə ərizəçi İddiaçı yarımtikilini satın aldığı Quba rayonu XDS İK-nin 08 yanvar 1992-ci il tarixli 107 nömrəli qərarı ilə Quba şəhəri, 29-cu məhəllədə 1,5 ha torpaq sahəsi təhkim edilmiş "xxxx" kiçik müəssisəsinin hansı əlaqənin olması, bu hüquqi şəxslərin varisliyi barədə iş materiallarında hər hansı sənəd (nizamnamə) mövcud deyildir. Apellyasiya məhkəməsi həmin məsələyə də aydınlıq gətirməmişdir. Sonda Ali Məhkəmə qeyd etmişdir ki, qeyd olunan hallar aydınlaşdırılmadan apellyasiya mümkünlüyü ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz, ona görə də apellyasiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair qərardadı ləğv edilməklə iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə almaqla aktın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə cavavdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasına əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, qanunvericiliyin tələbini və Ali Məhkəmənin mövqeyini nəzərə alıb, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu aydın formada izah etmiş və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, notariat qaydada 30 dekabr 1999-cu ildə təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı X2 42 kv metr sahəsi olan yarımçıq tikilini satın almışdır. Həmin yarımçıq tikilinin yerləşdiyi ərazi Quba rayonu XDS İK-nin göstərilən qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış ərazi olmuş, İddiaçı yarımçıq tikilini inşasını 56 kv metrlik mağaza binası kimi başa çatdırmış, mağazanın inşasına "xxxx" kiçik müəssisəsinin razılıq məktubu nəzərə alınmaqla Quba şəhər bələdiyyəsi icazə vermişdir. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı adına 0,0056 ha torpaq sahəsi üzərində yerləşən 49,1 kv metr qeyri-yaşayış binasına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilən hərəkətlərin icrası zamanı X7 "xxxx" kiçik müəssisəsinin təsisçilərindən biri və müdiri olmuş, kiçik müəssisənin adından çıxış etmişdir. İşdə olan "xxxx" kiçik müəssisəsinin adına olan 28 aprel 1994-cü il tarixdə 110 nömrə ilə qeydə alınmış “Torpaqdan istifadə hüququna dair” Dövlət aktından və 10 iyul 2014-cü il tarixli dövlət reyestrindən Çıxarışdan görünür ki, müəssisənin istifadəsində olan 1,5 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı aid qeyri-yaşayış binasının altındakı 0,0056 ha torpaq sahəsi də xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa görə dövlət mülkiyyətində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, yarımçıq tikilinin inşasının başa çatdırılmasına və uzun müddət istifadə edilməsinə "xxxx" kiçik müəssisəsinin etiraz etməməsi də əsas verir ki, ərizəçi İddiaçı müəssisənin təsisçilərinin və icra orqanının iradəsinə zidd hərəkət etməmişdir. Digər tərəfdən kassasiaya instansiya məhkəməsi tərəfindən vurğulanmışdır ki, ş üzrə çıxarılmış rayon məhkəməsinin qətnaməsi torpaq sahəsinə deyil, qeyri-yaşayış binasına (mağaza binasına) mülkiyyət hüququnu müəyyən etmişdir. Belə olan halda MMC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması halı müəyyən edilmir. Həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq kollegiya tərəfindən Maraqlı şəxs2 "xxxx" kiçik müəssisəsinin hüquq varisliyi məsələsi araşdırılımış, kollegiyaya təqdim olunmuş MMC-nin nizamnaməsinin 1.3-cü bəndinə əsasən Maraqlı şəxs2 "xxxx" kiçik müəssisəsinin bazasında çevrilmə nəticəsində yenidən təşkil olunması və hüquq varisliyi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsinin Maraqlı şəxs2 MMC-nin konkret olaraq hansı maraqlarına toxunması işin hallarından müəyyən olunmadığından, təqribən 10 il əvvəl qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayəti məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd olunan Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilən Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxaraq hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 nömrəli 05 yanvar 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1269/2025 nömrəli 01 sentyabr 2025-ci il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 nömrəli 05 yanvar 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1269/2025 nömrəli 01 sentyabr 2025-ci il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 nömrəli 05 yanvar 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-73/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-73/2026
28.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver