Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-746/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdehlər Yusifov İbrahim Bahaddin oğlu və cavabdeh2 iştirakı ilə İddiaçı İddiaçı BOKT QSC-nin cavabdehlər Yusifov İbrahim Bahaddin oğluna və cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş yaşayış evinə yönədilməsi və evin hərracda satılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx" QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Yusifov İbrahim Bahaddin oğluna və cavabdeh2 qarşı 1503,04 manat borc məbləğinin ipoteka qoyulmuş yaşayış evinə yönəldilməsi və evin hərracda satılmasına dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdeh Yusifov İbrahim Bahaddin oğlundan kredit müqaviləsi üzrə yaranmış 500,84 manat əsas borc, 1002,20 manat faiz borcu olmaqla cəmi 1503.04 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh2 məxsus Quba rayonu, Çartəpə kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,8 kv.m yaşayış, 29.7 kv.m köməkçi sahədən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılmsı, əldə olunan məbləğin borca ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehlərə qaytarılması qət edilmişdir. Cavabdeh Yusifov İbrahim Bahaddin oğlu ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim olmadığını, bu səbəbdən qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim olmadığını, bu səbəbdən qətnamənin ona təqdim edilməsini xahiş etmiş, qətnamənin surətini ##.##.2026-cı il tarixdə almışdır. Cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh2 izahatında bildirdi ki, məhkəmə işindən məlumatı olmamışdır. İcra şöbəsindən onu çağıran olmayıb. Hazırki günədək onları kimsə narahat etməyib. Evini girovdan çıxarılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini aparan orqana getmiş, əmlakının ipotekadan azad edilməsini istəyərkən borcun qaldığını bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Yusifov İbrahim Bahaddin oğlu bildirdi ki, məhkəmə iclasında iştirak etməyib. 2024-cü ildə ərizə ilə müracət edərək qətnaməni alıb. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıbimzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. İş materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı ilə baxılmış və ##.##.2015-ci il tarixli qətnamə onların iştirakı ilə qəbul edilmiş, qətnamə ##.##.2016-cı il tarixdə poçt vasitəsi ilə cavabdehlərə göndərilmişdir. Qətnamə ##.##.2016-cı il tarixdə icra edilməsi üçün Quba rayon İcra şöbəsinə göndərilmiş, ##.##.2016-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, digər cavabdeh Yusifov İbrahim Bahaddin oğlu ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim olunmadığını, bu səbəbdən qətnamənin ona təqdim edilməsini xahiş etmiş, məhkəmə iclasında verdiyi izahatına əsasən həmin ərizə əsasında qətnaməni aldığını təsdiqləmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər işə onların iştirakı olmadan baxıldığını bildirsələr də işə onların iştirakı ilə baxılaraq qətnamə qəbul edilməsi iş materialları ilə müəyyən edilir. Həmçinin, keçən 10 ildən yuxarı müddət ərzində qətnamənin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi, o cümlədən cavabdehin icra tədbirlərində iştirak etməsi də istisna olunmur. Birinci instansiya məhkəməsi isə cavabdehlərin qətnamədən məlumatlı olub-olmamasını yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişldir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akif Həsənovun Azərbaycana qarşı işində (Akif Həsənov Azərbaycana qarşı - 7268/10 Qərar ##.#.2019) qeyd etmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi ərizəçini məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Cavabdeh qeyd edilən müddət ərzində onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən yuxarıda qeyd olunan xüsusatlara diqqət yetirmədən, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR A RA ALDİ: Quba Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-746/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-746/2026
16.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver