Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-765/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh cavabdeh4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və Mustafayev Qurban Bayram oğluna qarşı mənzildən çıxarılma tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 mülkiyyətində olan köhnə ünvan: ünvan 1 ünvanında yerləşən * saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən * saylı mənzil ona məxsusdur. Cavabdehlər qeyri-qanuni olaraq ona məxsus mənzildə yaşayırlar. Hazırda həmin şəxslərin evdən çıxarılmasını və mənzilin boşaldılmasını istəyir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddia tələbi təmin edilmiş, cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A ünvanında yerləşən * saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən cavabdehlər həmin mənzildə məskunlaşmışlar. Mülkiyyətçi olan iddiaçı ünvan 1 ünvanında yerləşən * saylı mənzilə faktiki sahibliyini itirmiş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır. Belə ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mənzilin iddiaçının adına qeydiyyata alınaraq verilmiş, etibarlılığı mübahisə doğurmayan çıxarış mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə dövlətin sosial problemləri, o cümlədən məcburi köçkünlərin mənzillə təmin edilməsi vəzifəsi fərdi şəxslərin hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırmamalıdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 425.1, 560.1,560.2, 560.3, Mənzil Məcəlləsinin 5.1, 91.1, 96, 107-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbində bildirmişdir ki, cavabdehlər ona məxsus mənzildə qanunsuz yaşayırlar. İddiaçının bu fikirləri həqiqəti yansıtmır. Cavabdehlər uzun illərdir ki, sözügedən mənzildə yaşayırlar. Bu günə qədər də mənzilin sahibini tanımamışdırlar. Həmçinin onlar sözügedən mənzildə yaşamağa başlayarkən həmin evlər tam olaraq boş idi. Hazırda ailəsi həmin mənzildə yaşayır. Özü həmin mənzildə dünyaya gəlmişdir. Bu məsələlərlə bağlı Prezidentin məlum Fərmanı mövcuddur. Belə ki, onlar evlə təmin edilmədiyi halda məskunlaşdıqları evdən çıxarıla bilməzlər. Yuxarıda qeyd etdiklərindən də aydın göründüyü kimi məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və işin hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə əsasız və qanunsuz hesab edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qərarından sorna Qubadlı rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, ona bildirmişlər ki, böyük köç olana qədər müvəqqəti məskunlaşdırıldığı evdə yaşamalıdırlar. Başqa yaşamağa yer yoxdur. Müracitələrinə eyni cavablar alıb. 1993-cü ildən məskunlaşıblar, 1994-cü ildə həmin evdə doğulub. Mənzil hazır olmayan bina olub, ancaq divarlar olub. İki azyaşlı övladı var. Borcları var, kirayə ev tutmağa maddi imkanı yoxdur.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci Qarabağ müharibəsi veteranıdır, bir ayağı yoxdur, 4-cü mərtəbədə kirayə qalır, evə qalxıb-düşməyə çətinlik çəkir. Hər ay 700 manat kirayə haqqı ödəyir. Evinin boşaldılmasını istəyir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ##.##.2026-cı il tarixdə qeydə alınmışdır.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ##.##.2026-cı il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A ünvanında yerləşən * saylı mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.
15. ** saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş *** nömrəli, ##.##.2026-cı il tarixli arayışından görünür ki, cavabdeh4, cavabdeh2, cavabdeh3 və cavabdeh1 ünvan 1 mənzil 3-də müvəqqəti olaraq məskunlaşmışlar.
16. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun (Həmzəli kənd İƏD) Əfəndilər kəndindən məcburi köçkün cavabdeh2, övladları cavabdeh4, cavabdeh3, cavabdeh1 və Mustafayev Sahil Bayram oğlu Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən sıx məskunlaşma obyekti olan *B saylı evin ** nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində, həmçinin “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində başqa yaşayış sahəsi ilə təmin olunmamış və onlara başqa yaşayış sahəsi təklif edilməmişdir. Qeyd edirlər ki, sözügedən ailənin hazırda başqa yaşayış sahəsi ilə təmin olunması imkan xaricindədir. Azərbaycan Respublikasınını işğaldan azad edilmiş Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Qubadlı rayonunun Əfəndilər kəndindən məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi başlanan zaman sözügedən ünvan üzrə qeydiyyata alınmış cavabdeh2 da ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları doğma yurdlarına köçürülməsi məsələsinə baxılacaqdır. Köçürülmə vaxtı mənzilin boşaldılaraq evin sahibinə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ.Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdeh cavabdeh4 şikayətinin dəlllərinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdeh məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışdır. Cavabdeh cavabdeh4 mübahisəli mənzilə dair hər hansı bir hüquq əldə etməməklə, onun həmin mənzil üzərində faktiki sahibliyi qanunsuzdur. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının mülkiyyətindən istifadə etməsinə maneə olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.
23. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.