Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-79/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1666/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X3 baş direktoru X9 tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə töhmət verilməsinə dair” xx.xx.2025-ci il tarixli, 107 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X3 (ŞAR) baş direktoru X9 16 iyul 2025-ci il tarixində, 107 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cü hissəsinin “a” bəndinə əsasən ona şəxsi işinə tikilməklə töhmət vermişdir. Əmrdə qeyri-müəyyən formada yazılmışdır ki, N.Tusi adına X3 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., o, İddiaçı 55 illik elmi və elmi təşkilati fəaliyyəti zamanı guya heç bir ciddi nailiyyətlər əldə etməyib və bununla yanaşı guya çalışdığı müəssisənin nizam-intizam qaydalarına heç bir məhəl qoymadan bu qaydaları mütəmadi pozub. Guya işlədiyi şöbənin normal fəaliyyətinə mane olub və mane olmaqda da davam edib. Guya şöbə müdiri Canməmməd Rüstəmov ondan izahat tələb edib və o, buna heç bir məhəl qoymayıb və heç bir yazılı izahat təqdim etməyib. Bu əmrdən görünür ki, gələcəkdə ona daha ciddi cəzalar veriləcəyi ilə hədələnib. Bu səbəbdən o, ilkin olaraq Şamaxıda fəaliyyət göstərən Mediasiya Təşkilatına müraciət edib. Mediasiya Təşkilatından verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X3 heç bir nümayəndəsi Mediasiya prosesində iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət edib. Onu da bildirir ki, xx.xx.2025-ci il tarixi də daxil olmaqla, həmin tarixədək məhkəməyə müraciət etmə hüququ vardır. Lakin xx.xx.2025-ci il tarixi həftənin bazar gününə (qeyri-iş gününə) düşdüyünə görə bu iddia tələbi üzrə məhkəməyə son müraciətetmə tarixi xx.xx.2025-ci il tarixidir. Məhkəməyə bildirir ki, ŞAR-ın baş direktoru N.S.Cəlilovun əsassız olaraq ona belə hədə qorxular gəlməsi və onu əsassız olaraq təqib və təhdid etməsi haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət əmrdə qeyd olunduğu kimi yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. O, ixtisası üzrə peşəkar, təcrübəlli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyəti üzrə yaşının bu vaxtında, yəni 87 yaşında haqsız olaraq artıq üçüncü dəfə şəxsi işinə tikilməklə ona belə töhmət verilməsi onun indiyədək qurduğu karyerasına və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. O, kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı və məhsuldar bir işci kimi tanınıb. O həm də ŞAR-da əmək veteranıdır və ŞAR-da Ağsaqqallar Şurasının sədridir. O, N.Tusi adına X4 daxili nizam-intizam qaydalarını pozmur və heç vaxt da pozmayıb. Bundan başqa, ixtisası üzrə hətta bu yaşında yüksək səviyyədə elmi fəaliyyətlə məşğul olmaq bacarığını da itirməyib və bu davam edir. Əmək müqaviləsi üzrə üzərinə düşən işi həmişə tam yerinə yetirib. Elə bunun nəticəsidir ki, 2017-2018-ci illərdə indiki işlədiyi şöbənin müdiri Canməmməd Rüstəmovun təqdimatı ilə indiki baş direktor Namiq Cəlilovun sədrlik etdiyi X6 Elmi Şurasının vəsatəti ilə ona “dosent” elmi adı verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edilmiş və nəticədə ona dosent elmi adı verilmişdir. Bir daha qeyd edir ki, işəgötürənlə o, İddiaçı arasında 2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsində üzərinə düşən elmi işləri və elmi fəaliyyətini hətta bu yaşında da layiqincə yerinə yetirib. Ona görə də işəgötürən Namiq Cəlilov şəxsi intriqa məqsədilə ondan əmək müqaviləsinə uyğun gəlməyən işi məcburi qaydada tələb etməsi və bu əsasda əmr verərək ona töhmət verməsi, onu daha ciddi formada cəzalandıracağı ilə hədələməsi qanunla qadağandır və bu halda təqsirkar işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə uyğun qaydada məsuliyyətə cəlb olunur. O bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə də müraciətlər edib. Onlar isə vəzifə səlahiyyətinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, onların şikayət məktublarını ŞAR-ın baş direktoru Namiq Cəlilova, onun cavab məktubunu isə göndərməklə işini bitmiş hesab etmişdir. Hesab edir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi poçtalyon rolunu oynamamalıdır. Xüsusi qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X3 baş direktoru X9 tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə töhmət verilməsinə dair” xx.xx.2025-ci il tarixli, 107 saylı əmrində barəsində əleyhinə yazılanların hamısı yalan və şər-böhtandır. Ondan nəyə görə izahat alınması heç vaxt açıqlanmayıb, hansı əmək funksiyasını yerinə yetirə bilməməyi və hansı nizam-intizam qaydasını pozmağı qeyri-müəyyən saxlanılıb. Ona verilmiş töhmət cəzası ilə bağlı bu əmrdə də bu barədə heç nə yazılmamış və həmin əmr qeyri-müəyyən sözlərdən tərtib olunmuşdur. Ona görə də bu əmr birmənalı surətdə ləğv edilməlidir. Yox əgər məqsəd onun N.Tusi adına X2 işdən çıxmağıdırsa, onda bunu könüllü olaraq öz ərizəsi ilə edə bilər. Ona görə də ona verilmiş bu töhmət ləğv edilməlidir və bundan sonra öz ərizəsi ilə işdən çıxacaqdır.
3. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 nümayəndəsi Nümayəndə iddia müddətinin tətbi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi əmr ona poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə SS936540656AZ nömrəli poçt qəbzi ilə göndərilmiş və xx.xx.2025ci il tarixdə iddiaçı həmin poçt göndərişini almışdır. (poçt qəbzi və çatdırma haqqında poçt qurumunun saytından çıxarış əlavə edilir) Demək iddiaçı artıq xx.xx.2025-ci il tarixdə hazırda mübahisələndirdiyi əmrin mövcud olmasından və hüquqlarının pozulmasından məlumatlı olmuşdur. Yəni, iddiaçı üçün artıq xx.xx.2025-ci il tarixdən iddia müddətinin axımı başlamışdır. İddia ərizəsinə əlavə edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞQ/MT051-2025-00102 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış”dakı məlumatlardan müəyyən olunur ki, iddiaçı mülki prosessual və mediasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə “Mediasiyanın tətbiqi barədə təklif’lə, daha sonra isə xx.xx.2025-ci il tarixdə ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunun ona məlum olduğu xx.xx.2025-ci il tarixdən hesblanmaqla, qanunvericiliklə ona verilmiş 1 aylıq müddətinin 28 gününü ötürdükdən sonra, xx.xx.2025ci il tarixdə “Mediasiyanın tətbiqi barədə təklif’lə çıxış etdiyindən, həmin vaxtdan onun üçün iddia müddətinn axımı dayanmış və iddia ilə məhkəməyə müraciət etmək üçün cəmi 2 günü qalmışdır. İddiaçıya icbari mediasiya prosesi ilə əlaqədar xx.xx.2025-ci il tarixli MŞQ/MT051-2025-00102 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış təqdim olunduğundan, həmin tarixdən onun üçün iddia müddətinin axımı bərpa olunaraq davam etmiş və xx.xx.2025-ci il tarixdən yerdə qalan 2 günlük iddia müddətini hesablansa, xx.xx.2025-ci il tarixi iddiaçı üçün iddia tələbinin irəli sürülməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan 1 aylıq müddətin son günü olmuşdur. İddia ərizəsinə əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 12:58-də ilkin mediasiya üçün 60 manat ödəniş etmişdir. Bu ona dəlalət edir ki, artıq həmin tarixdə iddiaçının mediasiya sessiyasının baş tutmamasından məlumatı olmuş və ona həmin arayış təqdim edilmişdir. Lakin, iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni iddia müddətinin başa çatmasından 30 gün sonra məhkəməyə təqdim edilmişdir. Əvvəlki günlərin qeyri-iş günləri olmasını və ondan əvvəlki son iş günü olan xx.xx.2025-ci il tarixini nəzərə alınsa belə, iddiaçı 26 gün iddia müddətini ötürmüş olur. Bütün bunlar iddiaçı tərəfindən hazırkı iddia tələbinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməklə məhkəməyə müraciət edilməsinə dəlalət edir..
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1666/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 16 iyul 2025-ci il tarixli, 107 saylı əmri İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. İddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə bağlı Qobustan 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296, Mülki Məcəllənin 375.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1666/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X3 (ŞAR) baş direktoru X9 16 iyul 2025-ci il tarixində, 107 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cü hissəsinin “a” bəndinə əsasən mənə şəxsi işimə tikilməklə əsassız olaraq töhmət vermişdir. Əmrdə qeyri-müəyyən formada yazılmışdır ki, N.Tusi adına X3 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n. İddiaçı 55 illik elmi və elmi təşkilati fəaliyyəti zamanı guya heç bir ciddi nailiyyətlər əldə etməyib və bununla yanaşı guya çalışdığı müəssisənin nizam-intizam qaydalarına heç bir məhəl qoymadan bu qaydaları mütəmadi pozub. Guya işlədiyi şöbənin normal fəaliyyətinə mane olmuş və mane olmaqda da davam edir. Guya şöbə müdiri Canməmməd Rüstəmov ondan izahat tələb edib və o, buna heç bir məhəl qoymamış və heç bir yazılı izahat təqdim etməmişdir. Bu əmrdən görünür ki, gələcəkdə ona dahi ciddi cəzalar veriləcəyi ilə hədələnmişdir. Bu səbəbdən o, ilkin olaraq Şamaxıda fəaliyyət göstərən Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatından verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X3 heç bir nümayəndəsi Mediasiya Prosesində iştira etməmişdir. Ona görə də məhkəməyə müraciət edib. xx.xx.2025-ci il tarixi də daxil olmaqla həmin tarixədək məhkəməyə müraciət etmə hüququ vardır. Lakin xx.xx.2025-ci il tarixi həftənin bazar gününə (qeyri-iş gününə) düşdüyünə görə bu iddia tələbi üzrə məhkəməyə son müraciət etmə tarixi xx.xx.2025-ci il tarixidir. ŞAR-ın baş direktoru N.S.Cəlilovun əsassız olaraq ona belə hədə qorxular gəlməsi və onu əsassız olaraq təqib və təhdid etməsi haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət əmrdə qeyd olunduğu kimi yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanə idi. İxtisası üzrə peşəkar, təcrübəlli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyəti üzrə yaşının bu vaxtında, yəni 87 yaşında haqsız olaraq artıq üçüncü dəfə şəxsi işinə tikilməklə belə töhmət verilməsi onun indiyədək qurduğu karyerasına və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. Kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizamlı və məhsuldar bir işci kimi tanınmışdır. Həm də ŞARda əmək veteranıdır və ŞAR-da Ağsaqqalla Şurasının sədridir. O, N.Tusi adına X4 daxili nizam-intizam qaydalarını pozmur və heç vaxt da pozmamışdır. Bundan başqa, ixtisası üzrə hətta bu yaşında yüksək səviyyədə elmi fəaliyyətlə məşğul olmaq bacarığını da itirməmişdir və bu davam edir. Əmək müqaviləsi üzrə üzərinə düşən işi həmişə tam yerinə yetirmişdir. Elə bunun nəticəsidir ki, 2017-2018-ci illərdə indiki işlədiyi şöbənin müdiri Canməmməd Rüstəmovun təqdimatı ilə indiki baş direktor Namiq Cəlilovun sədrlik etdiyi X6 Elmi Şurasının vəsatəti ilə ona “dosent” elmi adı verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edilmiş və nəticədə ona dosent elmi adı verilmişdir. Bir daha qeyd edir ki, işəgötürənlə onun arasında 2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək-müqaviləsində üzərinə düşən elmi işləri və elmi fəaliyyətini hətta bu yaşında da layiqincə yerinə yetirir. Ona görə də işəgötürən Namiq Cəlilov şəxsi intriqa məqsədilə ondan əmək müqaviləsinə uyğun gəlməyən işi məcburi qaydada tələb etməsi və bu əsasda əmr verərək ona töhmət verməsi, onu daha ciddi formada cəzalandıracağı ilə hədələməsi qanunla qadağandır və bu halda təqsirkar işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinə uyğun qaydada məsuliyyətə cəlb olunur. Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə də müraciətlər etmişdir. Onlar isə vəzifə səlahiyyətinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, şikayət məktublarını ŞAR-ın baş direktoru Namiq Cəlilova, qarşı tərəfin cavab məktubunu da ona göndərməklə işlərini bitmiş hesab etmişlər. Hesab edir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlə Agentliyi poçtalyon rolunu oynamamalıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X3 baş direktoru X9 tərəfindən mənə verilmiş “şəxsi işinə tikilməklə töhmət verilməsinə dair” xx.xx.2025-ci il tarixli, 107 saylı əmrində barəmdə əleyhimə yazılanların hamısı yalan və şər-böhtandır. Naməlum bir tələbə görə izahat verməlidirmi...? ondan nəyə görə izahat alınması heç vaxt açıqlanmayıb, hansı əmək funksiyasını yerinə yetirə bilməməyi və hansı nizam-intizam qaydasını pozmağı qeyrimüəyyən saxlanılıb. Ona verilmiş töhmət cəzası ilə bağlı hazırki əmrdə də bu barədə heç nə yazılmamış və həmin əmr qeyri-müəyyən sözlərdən tərtib olunmuşdur. Ona görə də bu əmr birmənalı surətdə ləğv edilməlidir. Yox, əgər məqsəd onun N.Tusi adına X2 işdən çıxmağıdırsa, onda bunu könüllü olaraq öz ərizəsi ilə edə bilər. Ona görə də verilmiş bu töhmət ləğv edilməlidir və bundan sonra öz ərizəsi ilə işdən çıxacağını bildirmişdir. Bildirir ki, N.Tusi adına ŞAR-ın baş direktoru Namiq Cəlilov üstünə adam salaraq əgər özü könüllü olaraq işdən çıxsa, ona verdiyi töhmətin məhkəmədə ləğv olunmasına maneə yaratmayacağına söz vermişdi. Lakin o, sözünün üstündə durmadı. Həqiqətən də öz ərizəsi ilə işdən çıxıb, amma Namiq Cəlilov məhkəməyə nümayəndə göndərərək ona verdiyi əsassız töhmətin ləğv edilməməsini məhkəmədən tələb etmişdir. Bildirir ki, iddia müddətini ötürməmişdir. X12 ciddi dirəniş göstərməsəydi və bitərəf qalıb işi məhkəmənin öhdəsinə buraxsaydı, onda aydındır ki, qətnamənin əsaslandırıcı və həmçinin nəticə hissəsi indiki yazılanın əksi kimi qərarlaşacaqdı. İş materiallarından görünür ki, o, sözünü, vədini yerinə yetirib öz ərizəsi ilə könüllü işdən çıxıb, amma nə Namiq Cəlilov nadürüstcəsinə vədini yerinə yetirmədi, nə də məhkəmənin müstəqilliyi görünmədi ki, işdən öz ərizəsi ilə çıxmış 87 yaşlı şəxsin üzərində bu töhmətin saxlanması nəyə xidmət edir deyə qətnamədə buna izah verilmədi. N.Tusi adına X4 maqnit ulduzları üzrə elmi dərəcəsi olan yeganə mütəxəssis o, idi, amma indi bu sahədə mütəxəssis olmadığına görə maqnit ulduzları üzrə elmi sahənin də tədqiqi dayanmış oldu.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı iddia ərizəsini verərəkən iddia müddətini ötürmüşdür. Qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət ötürülmüş, iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə müraciət etməmişdir. Buna görə də apellyasiya şikayətinin rədd ediləsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 direktoru Namiq Cəlilovun 16 iyul 2025ci il tarixli, 107 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı elmi və elmi təşkilati fəaliyyəti zamanı heç bir ciddi nailiyyətlər əldə etməməklə yanaşı, çalışdığı müəssisənin nizam-intizam qaydalarına heç bir məhəl qoymadan bu qaydaları mütəmadi pozmasına, işlədiyi şöbənin normal fəaliyyətinə mane olmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən ŞAR “Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin aparıcı elmi işçisi İddiaçı töhmət elan edilmişdir.
13. İş materiallarında olan poçt izlənməsinə dair çıxarışdan görünür ki, “SS936540656AZ” saylı poçt qəbzi alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır.
14. İş materiallarına əlavə edilən cavabdehin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1666/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 1666/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı ixtisası və əmək funksiyası üzrə yüksək səviyyədə elmi fəaliyyətlə məşğul olmaql, məhsuldar bir işci olduğunu iddia etsə də əmək fəaliyyəti dövründə işlədiyi sahə üzrə elm və texnikanın bir problemi üzrə hər hansı bir tədqiqat aparması, buna müvafiq olaraq müəyyən nəticələrin əldə edilməsi və ümumiləşdirməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası əmrin qanunsuz verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
23. Bununla yanaşı məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə də tam razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X3 16 iyul 2025-ci il tarixli, 107 saylı əmri İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. İddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə Qobustan 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nətəzdə tutmuş 1 aylıq müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. 24.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1666/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1666/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.