Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-792/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, *-**-*/*-**-****/**** nömrəli arayışın surətindən görünür ki, ## ###### 1963-cü ildə Bakı şəhərində doğulmuş X5 dəyişdirmiş, bu barədə ## ##### 1992ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində ** №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Dəyişiklikdən sonra vətəndaşın soyadı Cavadzadə, adı Vaqif olmuşdur. 3.İş materiallarında olan Abşeron rayon * saylı notariat ofisi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Dzhavadov Iskenderin (Djavadov İskender Valeriy oğlunun) miras əmlakdan, yəni * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə X6 verilmiş 308011000127-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,40 kv.m olan mənzildən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. 4.İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,40 kv.m olan mənzil ##.##.2025-ci il tarixdə 1625026089 qeydiyyat nömrəsi ilə Dzhavadov Iskenderin (Djavadov İskender Valeriy oğlunun) adına dövlət qeydiyyatına alınmışdır. 5.Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı Djavadov İskender Valeriy oğlu (Dzhavadov Iskender) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2, onun ailə üzvlərinin və digər şəxslərin onun şəxsi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı evin, ** saylı mənzilindən çıxarılmaları və iş üzrə cavabdeh cavabdeh2 dövlət rüsumu və vəkil qonorarı olaraq ödədiyi, ümumilikdə, 1211 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 7.İddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2, onun həyat yoldaşı cavabdeh1, onların azyaşlı övladlarının və digər şəxslərin iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) şəxsi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı evin, ** saylı mənzilindən çıxarılmaları və iş üzrə cavabdeh cavabdeh2 dövlət rüsumu və vəkil qonorarı olaraq ödənilmiş, ümumilikdə, 1211 manat pulun tutularaq iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğluna (Dzhavadov Iskenderə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, onun həyat yoldaşı cavabdeh1, onların iki azyaşlı övladlarının və digər şəxslərin iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) şəxsi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı evin, ** saylı mənzilindən çıxarılmaları və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və 1110 manat vəkil qonorarı olaraq ödənilmiş məbləğin, ümumilikdə, 1211 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğluna (Dzhavadov Iskenderə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.İddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və onun həyat yoldaşı cavabdeh1 onların iki azyaşlı övladları ilə birlikdə iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) şəxsi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı evin, ** saylı mənzilindən çıxarılmaları və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və 1110 manat vəkil qonorarı olaraq ödənilmiş məbləğin, ümumilikdə, 1211 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğluna (Dzhavadov Iskenderə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) vəkilinümayəndəsi
10. Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı evin, ** saylı mənzili Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi 308011000127- 05101******, qeydiyyat nömrəsi 1625026089 və qeydiyyat tarixi ##.##.2025-ci il olan çıxarışa əsasən nümayəndəsi və vəkili olduğu şəxs İskender Djavadovun (Iskender Dzhavadovun) şəxsi mülkiyyətindədir. Lakin həmin sözügedən mənzildə qanunsuz olaraq iş üzrə cavabdehlər olan cavabdeh2, onun həyat yoldaşı cavabdeh1 və onların iki azyaşlı övladları qeydiyyatsız yaşayırlar. 2025-ci ilin iyul ayından dəfələrlə cəhd etsələr də həmin mənzilin giriş qapısının açarlarını əldə edə bilmirlər. O, İskender Djavadovun (Iskender Dzhavadovun) nümayəndəsi olaraq bir neçə dəfə ərazi üzrə Mənzil İstismar Sahəsində olmuş və ona bildiriblər ki, həmin mənzil İskender Djavadovun (Iskender Dzhavadovun) mərhum atasının hansısa uzaq qohumları tərəfindən ayrı-ayrı şəxslərə kirayəyə verilir, 2025-ci ilin iyul ayından isə həmin mənzildə iş üzrə cavabdehlər olan cavabdeh2, onun həyat yoldaşı cavabdeh1 və onların iki azyaşlı övladları qeydiyyatsız yaşayırlar. Sözügedən mənzil iddiaçının şəxsi mülkiyyətdə olan mənzildir. İddiaçı atasından vərəsəlik qaydasında ona miras qalmış mənzilə çıxarış almışdır. Belə ki, vaxtilə iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı müraciət olunmuş və həmin şəhadətnamə alınmışdır. Onlar mənzilə baxmaq istəyərkən Mənzil İstismar Sahəsindən onlara bildirilmişdir ki, iddiaçı İskender Djavadovun (Iskender Dzhavadovun) Rauf adında əmisi orada yaşamışdır. Qeyd edilən mənzil bərbad vəziyyətdə olmuşdur. Həmçinin Mənzil İstismar Sahəsindən onlara mənzildə başqa şəxslərin kirayəçi kimi yaşadığı bildirilmişdir. Rauf adlı şəxs hazırda Ukrayna Respublikasında yaşayır. Onun tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq hazırkı iş üzrə cavabdeh cavabdeh2 ailə üzvləri ilə sözügedən mənzildə yaşadığı müəyyən edilmişdir. Tərəflər bir-birləri ilə telefon vasitəsilə danışmışdırlar. Təxminən 3 ilə yaxındır ki, cavabdeh cavabdeh2 və ailəsi həmin evdə yaşayır. İddiaçı mülkiyyətçi olaraq həmin evdə istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Bundan əlavə iş üzrə cavabdehlər olan cavabdeh2 və cavabdeh1 özbaşına və qanunsuz hərəkətləri nəticəsində 100 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı və 1110 manat vəkil qonorarı ödənildiyi üçün iş üzrə iddiaçı Djavadov İskender Valeriy oğluna (Dzhavadov Iskenderə), ümumilikdə, 1211 manat zərər vurulmuşdur. Odur ki, qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) vəkilinümayəndəsinin qeyd etdiyi Rauf adlı şəxs və iddiaçının atası Valeriy, yəni Vaqif Cavadzadə onun xalası oğludur, Rauf ilə Vaqif Cavadzadə qardaş olmuşdurlar. Hesab edirlər ki, iddiaçı tərəfindən mənzilə dair təqdim edilmiş çıxarış saxtadır, belə ki, bu mənzil onun xalasının evi olmuş və evin ilkin sənədi order olmuşdur. X3 isə vaxtilə sözügedən evi öz adına keçirmişdir. Məhz xalası oğlu Rauf onlara bu evi vermişdir. Evə dair təqdim edilmiş order Raufun adına verilmişdir. Artıq 4 ildir ki, iddiaçının atası Vaqif Cavadzadə vəfat etmişdir və mərhumun oğlunun olması barədə onların məlumatı olmamışdır. Vaqif Cavadzadənin vəfat etməsi barədə şəhadətnamə tərəflərindən alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış və digər sənədlər üzərlərində olan QR kod ilə yoxlandıqda heç bir sənədin çıxmaması həmin sənədlərin saxta olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) X3nin həqiqi oğlu olması barədə hər hansı bir sənəd mövcud deyildir. Onun fikrincə sənədlərin saxtalaşdırılması ilə bağlı ekspertiza təyin edilməlidir. Bildirir ki, xalası oğlu və iddiaçının atasının yeganə vərəsəsi olan Rauf özü onlara etibarnamə vermişdir və iddiaçının mənzil ilə bağlı aldığı çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsinə dair müvafiq işlər görüləcəkdir. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etmişdir. 12.Cavabdeh cavabdeh1 məhkəmə iclasında izahat verərək, artıq 4 ildir, mübahisə predmeti olan mənzildə yaşadıqlarını, iddiaçı Djavadov İskender Valeriy oğlu (Dzhavadov Iskender) tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışın saxta olduğunu, çıxarışı QR kod vasitəsilə yoxladıqları zaman sənədin nömrəsinin sistemdə görünmədiyini bildirdi və qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. 13.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 azyaşlı övladı — ##.##.2024-cü il təvəllüdlü X2 ilə birlikdə iddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 100 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və 1110 manat vəkil xərcinin olmaqla, cəmi 1211 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Djavadov İskender Valeriy oğluna (Dzhavadov Iskenderə) ödənilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) 14.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İ və IV bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 121.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 16.Apellyasiya şikayətinin dəlilləri 17.Cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı və ##.##.2026-cı il tarixli qətnaməsini tam ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. 18.Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, məhkəmə prosesində iştirak edərkən bildirmişdir ki, iddia tələbini qəbul etməyərək, iddiaçı Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) vəkili nümayəndəsinin qeyd etdiyi Rauf adlı şəxs və iddiaçının atası Valeriy, yəni Vaqif Cavadzadə onun xalası oğludur, Rauf ilə Vaqif Cavadzadə qardaş olmuşdurlar. Hesab edir ki, iddiaçı tərəfindən mənzilə dair təqdim edilmiş çıxarış saxtadır, belə ki, bu mənzil onun xalasının evi olmuş və evin ilkin sənədi order olmuşdur. X3 isə vaxtilə sözügedən evi öz adına keçirmişdir. Məhz xalası oğlu Rauf onlara bu evi vermişdir. Evə dair təqdim edilmiş order Raufun adına verilmişdir. Artıq 4 ildir ki, iddiaçının atası Vaqif Cavadzadə vəfat etmişdir və mərhumun oğlunun olması barədə onların məlumatı olmamışdır. Vaqif Cavadzadənin vəfat etməsi barədə şəhadətnamə tərəflərindən alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış və digər sənədlər üzərlərində olan QR kod ilə yoxlandıqda heç bir sənədin çıxmaması həmin sənədlərin saxta olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin Djavadov İskender Valeriy oğlunun (Dzhavadov Iskenderin) X3nin həqiqi oğlu olması barədə hər hansı bir sənəd mövcud deyildir. Onun fikrincə, sənədlərin saxtalaşdırılması ilə bağlı ekspertiza təyin edilməlidir. Bildirir ki, xalası oğlu və iddiaçının atasının yeganə vərəsəsi olan Rauf özü onlara etibarnamə vermişdir və iddiaçının mənzil ilə bağlı aldığı çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsinə dair müvafiq işlər görüləcəkdir. Göstərilənlər əsasında iddianın təmin edilməməsini xahiş etmişdir. Bundan sonra, məhkəmə iclasında cavabdeh cavabdeh1 məhkəmə iclasında izahat verərək, artıq 4 ildir, mübahisə predmeti olan mənzildə yaşadıqlarını, iddiaçı Djavadov İskender Valeriy oğlu (Dzhavadov Iskender) tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışın saxta olduğunu, çıxarışı QR kod vasitəsilə yoxladıqları zaman sənədin nömrəsinin sistemdə görünmədiyini bildirmiş və qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin, hakim ekspertiza təyin olunması barədə qərar verməmiş və bununla bağlı hüquqi qiymət verməmiş, hakim tərəfindən yetərincə araşdırma aparılmamışdır. Buradan sonra, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon * saylı notariat ofisi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi hazırkı iş üzrə iddiaçı Dzhavadov Iskenderin (Djavadov İskender Valeriy oğlunun) miras əmlakdan, yəni * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə X6 verilmiş 308011000127-05101- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,40 kv.m olan mənzildən tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,40 kv.m olan mənzil ##.##.2025ci il tarixdə 1625026089 qeydiyyat nömrəsi ilə iddiaçı Dzhavadov Iskenderin (Djavadov İskender Valeriy oğlunun) adına dövlət qeydiyyatına alınmışdır. Lakin bununla belə cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçı Dzhavadov Iskenderin (Djavadov İskender Valeriy oğlunun) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili tərk etməmələri iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun da pozulması ilə nəticələnir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, Dzhavadov Iskenderin (Djavadov İskender Valeriy oğlunun) mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmamışdır və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Hesab edir ki, məhkəmə işin faktiki hallarını araşdırmamış və sübutlara qiymət verməmişdir. Hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.
19.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 20.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
21.Apellyasiya icraatı iştirakçılarının izahatları 22.Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 23.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 25.Tətbiq edilən hüquq 26.Azərbaycan Respublikası Konstitusiyası 27.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 28.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29.Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu: 30.Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
31.Azərbaycan Respublikası Mülki Məcəlləsi 32.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 34.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 36.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 39.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
41.Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 43.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
45.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 47.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. 49.İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. 50.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli və əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 51.Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 52.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.