Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-80/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Vəliyeva (Rüstəmova) Afaq Allahverdi qızı və onun iki azyaşlı övladları 2017-ci il təvəllüdlü X1 və qızı 2018-ci il təvəllüdlü X5 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən * saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, * saylı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 309011000249-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla ##.##.2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə adına rəsmiləşdirilmişdir. Hal-hazırda həmin mənzil xüsusi mülkiyyət hüquq əsasında tam payda ona məxsusdur. Bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Lakin o, öz xüsusi mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Belə ki, göstərilən mənzil Vəliyeva (Rüstəmova) Afaq Allahverdi qızı tərəfindən zəbt edilərək, iki azyaşlı övladları 2017-ci il təvəllüdlü X1 və qızı 2018-ci il təvəllüdlü X5 ilə birlikdə qanunsuz olaraq həmin mənzildə yaşayırlar. Qeyd edir ki, Afaq Allahverdiyeva ilə oğlu Anar Vəliyev ##.##.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin vaxtdan 2020-ci il tarixə kimi ünvan 2 ünvanında kirayədə yaşamış (arayış əlavə edilir), iki övladları olduğuna və kirayə pulunu çatdıra bilmədiklərinə görə o, özü çətin şəraiti olan yataqxanada qalaraq, onları özü üçün aldığı qeyd olunan mübahisəli mənzilə köçürmüşdür. Artıq üç ildən artıqdır ki, müvəqqəti yaşadıqları Sumqayıt şəhəri, 42-ci məhəllə, ** saylı yataqxananın ** nömrəli otağından çıxarıldıqlarına görə, hazırda o, Sumqayıt şəhəri, 9-cu mikrorayonda kirayədə yaşayır. Sumqayıt Dövlət Universitetində xadimə işləyir, əmək haqqı 420 manatdır. Aldığı əmək haqqı ilə dolanmağı qeyri-mümkündür. X9 mənzilini boşaltmağını tələb etməyinə baxmayaraq, o, həmin mənzildən çıxmır. X3 Afaq arasında bağlanmış nikah qeydi ##.##.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahından anadan olmuş ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 anaları Vəliyeva Afaq Allahverdi qızının yanında saxlanılmaqla, onların hər ikisinin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər birinə 160 manat olmaqla, ümumillikdə 320 manat sabit pul məbləğində aliment alınaraq Vəliyeva Afaq Allahverdi qızına verilməsi qət edilmişdir. Afaq özü də hazırda özəl bağçada işləyir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh övladları - ##.##.2017-ci il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən * saylı mənzildən çıxarılmaları qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin mübahisəli mənzildə məskunlaşmalası həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə normalara istinad etsə də işin faktiki halları ilə müəyyən olunan halları nəzərə almamışdır, belə ki, bu mənzil iddiaçının mülki kimi qeyd olunsa da onun bu mənzildə davamlı olaraq uzun illər yaşamağı, uşaqlarının və özünün həmin ünvan üzrə qeydiyyatda olmağı, evin dəyərinin yarıdan çox hissəsinin onun tərəfdən ödənilməsi, mənzildə aparılan təmir işləri onun da bu mənzildə mülkiyyət hüququnun olmasını ehtiva edir, sadəcə etibarlı ailə münasibətləri üzündən o bu hüququnu rəsmiləşdirməmişdir. Lakin məhkəmə bu halları təsdiqləyən sübutlarının olmasına baxmayaraq hazırki qanunsuz qətnaməni qəbul etmişdir. Məhkəmə qeyd olunan mənzilin onun vəsaiti ilə alınmasını, valideynləri tərəfindən maddi dəstəyin olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını və bununla bağlı təqdim etdiyi sübutlarını nəzərə almadan hazırki qanunsuz qətnaməni çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Afaq Vəliyeva verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin mübahisəli mənzildə məskunlaşmalası həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olması ilə əsaslandırmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh Afaq Vəliyeva tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hüquqi qiymət verilməsini zəruri hesab edir.
17. Hazırkı iddia tələbi mənzildən çıxarılma barədədir. Iddia tələbinin hüquqi əsasını isə Mənzil Məcəllənin 30-cu maddəsi təşkil edir.
18. ünvan 1 ünvanında yerləşən * saylı mənzilin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı adına ##.##.2020-ci il tarixdə qeydiyyata alınması, iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır.
19. MPM-nin 217.2. maddəsinin tələbinə əsasən tərəflər arasında hüquq münasibəti 2016cı il tarixdən yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir
20. Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
21. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.
22. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (Mənzil Məcəlləsinin 30.4. maddəsi).
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
24. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
25. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır.
26. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbini təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Hazıki halda cavabdehin iddiaçının ailə üzvü olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüququ mövcud deyildir.
28. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdeh Afaq Vəliyevanın həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
29. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.